Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-250/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cəfərova İlahə Xanlar qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qəmət oğlu və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-250/22 (Açar sözlər: baba və nənəyə, məhkum edilmiş ataya qarşı aliment tələbi) Bakı şəhəri, 11 yanvar 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehlər Cavabdeh2 Qəmət oğlu və Cavabdeh3 iştirakları ilə, İddiaçı Cəfərova İlahə Xanlar qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qəmət oğlu və Cavab deh3 qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2932/2021 nömrəli, 22 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı Cəfərova İlahə Xanlar qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Cəfərova İlahə Xanlar qız ilə Cavabdeh1 04.04.2008-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan 30 oktyabr 2012ci il tarixdə Elif və 01 fevral 2017-ci il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. Onlar məhkəmə qaydasında boşanmışlar və uşaqlar iddiaçının yanında qalmışdır. İddiaçının əri Cavabdeh1 14 fevral 2019-cu il tarixdə iddiaçını və anasını qətlə yetirmək məqsədilə evlərinə hücum etmiş, və öz ir adəsindən asılı olmayaraq qəsdini sona çatdıra bilməmişdir. Həmin cinayətə görə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.2.4 və 29, 120.2.7-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 14 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cəfərova İlahə Xanlar qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qəmət oğlu və Cavabdeh3 qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, 30 oktyabr 2012-ci il tarixdə doğulmuş Elif və 01 fevral 2017-ci il tarixdə doğulmuş Yusif adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehlərdən m üştərək qaydada hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin, eləcə də, 14.02.2019-cu il tarixdən hesablamaqla, hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 9.000 manat aliment borcunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 04.04.2008-ci il tarixdə rəsmi nikah qeyd edilməklə evlənmişdir. Birgə nikahdan 30 oktyabr 2012-ci il tarixdə Elif və 01 fevral 2017-ci il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. Cavabdehlə evləndikləri ilk illərdə ailə münasibətləri normal olmuş, lakin sonradan ailə münasibətləri pozulmuş və nəticədə məhkəmə qaydasında boşanmışlar. Boşandıqda sonra yenidən barışmış və birgə ailə kimi yaşamışlar. Bir müddət birlikdə yaşasalar da, təkrar ərindən aynlmış və uşaqları ilə birl ikdə anasının evinə getmişdir. 14 fevral 2019-cu il tarixdə əri Cavabdeh1 onu və anasını qətlə yetirmək məqsədilə evlərinə hücum etmiş, onları ağır şəkildə yaralamış, lakin onları öldürə bilməmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19.12.2019-cu il tarixli hökmü Cavabdeh1 Azərbaycan Respublikası CM-in 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri arasında 14 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda uşaqları onunla yaşayır. Mövcud vəziyyətdə iki nəfər azyaşlı uşaqlarının tələbatlarını təkbaşına qarşılaya bilmir. Məhkəmənin müvafiq qətnaməsi ilə nənə və babanın uşaqlarla görüşməsi müəyyən edilmişdir. Belə olan halda nənə və baba uşaqlara maddi cəhətdən də yardım etməlidirlər. Eləcə də, Cavabdeh1 onlara qarşı cinayət törətdiyi tarixdən, yəni 14.02.2019-cu il tarix dən hesablamaqla, hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi aliment borcu da cavabdehlərdən müştərək qaydada alınmalıdır.
4. Şəmkir Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(076)-1290/2021 nömrəli qətnaməsi ilə (hakim T.V.Musayev) iddia təmin edilməmişdir. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-ci maddəsinə istinad etmişdir.
6. İddiaçı Cəfərova İlahə Xanlar qızı qətnamədən apellyasiya şikayəti vermişdir.
5. Apellyasiya instansiyası məhkəməsindəki icraat Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2932/2021 saylı 22 iyul 2021-ci il tarixli qətnaməsi (hakimlər- L.Süleymanov (sədrlik edən və məruzəçi), A.Hüseynzadə və F.Mehtiyev) ilə Apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(076)-1290/2021 nömrə li qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
9. İddiaçı Cəfərova İlahə Xanlar qızı qətnamə ilə razılaşmayaraq ondan kassasiya şikayəti vermişdir
7. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri İddiaçı Cəfərova İlahə Xanlar qızı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işn hallarına uyğun gəlmir. 10. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdehlər Cavabdeh2 Qəmət oğlu və Cavabdeh3 məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında izahatları alınmamışdır.
15. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etmək təşəbbüsündə olmamışdır. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olma dan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə
89. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına 16. çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
19. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
21. Apellyasi ya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Cəfərova İlahə Xanlar qız ilə Cavabdeh1 04.04.2008-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan 30 oktyabr 2012-ci il tarixdə Elif və 01 fevral 2017-ci il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. Onlar məhkəmə qaydasında boşanmışlar və uşaqlar iddiaçının yanında qalmışdır. İddiaçının əri Cavabdeh1 14 fevral 2019cu il tarixdə iddiaçını və anasını qətlə yetirmək məqsədilə evlərinə hücum etmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinərək 14 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Digər cavabdehlər olan Cavabdeh2 Qəmət oğlu və Cavabdeh3 iddiaçının sabiq qaynatası və qaynanas ı olmaqla, heç bir yerdə işləmirlər və yalnız cavabdeh Cəfərov X1 veteranı olmaqla, ayda 259 manat pensiya alır.
22. Məhkəmələr hesab etmişlər ki, iddiaçının keçmiş əri Cavabdeh1 azadlıqdan məhrum etmə yerində cəza çəkdiyi üçün ona münasibətdə alimentin tutulması real deyil və icrası mümkün olmayacaq. Kollegiya bu qənaətlə razılaşır. Ona görə ki, xüsusi rejimdə cəza çəkən azadlıqdan mərhumetmə yerində yaşayan məhkumun hansısa gəlirə malik olmasına dair heç bir sübut yoxdur.
23. Eyni zamanda apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, öz valideynlərindən maddi yardım ala bilməyən yetkinlik yaşına çatmayan şəxslərin zəruri vəsaitə malik olan baba və nənədən aliment almaq hüququ yaranır. Lakin hazırkı mübahisə üzrə cavabdeh baba və nənə aliment ödəmək üçün zəruri vəsaitə malik deyildir. Həmçinin, nənə və babanın zəruri vəsaitə malik olmasına dair rəsmi və təsdiqedici sənəd məhkəməyə təqdim edilməmişdir. Əksinə iş materialları ilə təsdiq edilir ki, cavabdeh Cəfərov X1 veteranı olmaqla, heç yerdə işləmir. Həmçinin, Cavabdeh3 da hər hansı qazanca, zəruri vəsaitə malik deyildir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsi zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment alınmasını əsas tutmuşdur. Buna baxmayaraq, cavabdehlər Cavabdeh2 Qəmət oğlunun və Cavabdeh3 zəruri vəsaitə malik olması məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır.
24. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əs ası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanmalıdır.
26. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cəfərova İlahə Xanlar qızının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2932/2021 nömrəli, 22 iyul 2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.