Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2507/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Nəriman qızına, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(104)-767/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və v əkili xxx tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Nəriman qızına, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 006R********** saylı kredit razılaşması üzrə 22069,56 ABŞ dolları məbləğində kredit borcunun, 5714,77 ABŞ dolları məbləğində faiz borcunun və 11127,33 ABŞ dolları məbləğində cərimə borcunun, 006KK**********01 saylı kredit razılaşması üzrə 4998,17 ABŞ dolları məbləğində kredit borcunun, 842,27 ABŞ dolları məbləğində faiz borcunun və 1714,51 ABŞ dolları cərimə borcunun, hər iki razılaşma üzrə cəmi 46466,61 məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının haqqının tutulması, tələbin ünvan 1 küçəsində istifadədə olan 0,0183 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44,4 kv.m. yaşayış, 43,2 kv.m. yardımçı, 87,6 kv.m. ümumi sahədən ibarət 15 nömrəli fərdi yaşayış evinin (Liter Bdə yerləşən 1 mərtəbəli 68,8 kv.m. tikintialtı sahədən ibarət əl damı) açıq hərracda satılması və cəmi 46466,61 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulması, ünvan 1 küçəsində istifadədə olan 0,0183 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44,4 kv.m. yaşayış, 43,2 kv.m. yardımçı, 87,6 kv.m. ümumi sahədən ibarət 15 nömrəli fərdi yaşayış evinə (Liter B-də yerləşən 1 mərtəbəli 68,8 kv.m. tikintialtı sahədən ibarət əl damı) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, oların həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşald ılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(043)220/2018 saylı qətnaməsi ilə (hakim A.H.Hüseynzadə) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 006R********** saylı kredit razılaşması üzrə 22069,56 ABŞ dolları əsas borcun, 5714,77 ABŞ dolları məbləğində faiz və 100 ABŞ dolları məbləğində cərimə məbləği və 006KK**********01 saylı kredit razılaşması üzrə 4998,17 ABŞ dolları əsas borc, 842,27 ABŞ dolları məbləğində faiz və 50 ABŞ dolları cərimə məbləği olmaqla, hər iki razılaşma üzrə cəmi 33774,77 ABŞ dollarının ödəniş anına manata məzənnə ilə manat ekvivalentində və məhkəmə xərcləri qismində iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat d övlət rüsumunun və ipotekaya yönəltməyə dair bildirişin qeydə alınması üçün ödənilmiş 30 manatın tutularaq, İddiaçı QSC-yə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus ünvan 1 küçəsində istifadədə olan, 0,0183 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44,4 kv.m. yaşayış, 43,2 kv.m. yardımçı, 87,6 kv.m. ümumi sahədən ibarət 15 nömrəli fərdi yaşayış evinə (Liter Bdə yerləşən 1 mərtəbəli 68,8 kv.m. tikintialtı sahədən ibarət əl damı) yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılaraq tələbin təmin edilməsi, ipoteka predmetinin açıq hərracda ilkin satış qiyməti 55000 manat məbləğində müəyyən edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ipoteka predmetinin qiymətləndirilməsi ilə əlaqədar 200 manatın tutularaq, “xxxx” MMC-yə ödənilməsi, fərdi yaşayış evi açıq hərracda satıl dıqdan sonra cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 yaşayış evinə istifadə hüquqlarının itirlmiş hesab edilməklə, ən geci bir ay ərzində yaşayış evinin boşaldılmаsı və onların yaşayış evindən çıxarılmаsı, iddia tələbinin digər hissələrdə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(104)-767/2019 nömrəli qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev - sədrlik edən və məruzəçi, L.S.Süleymanov və A.V.Bayramov) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(043)-220/2018 nömrəli qətnaməsinin ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 55000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməsi və ipoteka predmetinin qiymətinin 58000 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 və vəkili xxx kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(104)- 767/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işi ətraflı araşdırmamış, ipoteka predmetinin ilkin satış qiymətini az məbləğdə qaldırmış, əsas və kreditdən istifadəyə görə faiz borcu şişirdilmiş, ödənişlər nəzərə alınm amışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehlər, habelə tərəflərin vəkilləri gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tə rəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız əsas və faiz borcunun, habelə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində mübahisələndirmiş, iddiaçı qətnamələri iddianın təmin edilməyən hissəsindən, habelə digər cavabdehlər kassasiya şikayəti verməmişlər. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin yalnız əsas və faiz borcu, habelə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində qanuniliyinin yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 006L**********61 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 xx xxxx 2015-ci il tarixli 006R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 ABŞ dolları məbləğində kredit götürmüş, xx xxxx 2016-cı il tarixli, 006R**********S saylı sazişlə həmin razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Bundan başqa, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxx 2015-ci il tarixli 006KK**********01 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1,8333% olmaqla 11 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 5000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx xxxx 2015-ci il tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələri imzala mış, həmçinin cavabdeh - ipoteka qoyan Cavabdeh2 ilə Bank arasında bağlanılmış xx xxxx 2015-ci il tarixli, 006M**********03 saylı ipoteka müqaviləsi əsasında ünvan 1 küçəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 15 nömrəli fərdi yaşayış evi (Liter B-də yerləşən 1 mərtəbəli, 68.8 kv.m tikintialtı sahədən ibarət əl damı) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Nəhayət məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh1 yuxarıda qeyd olunan kreditləri qəbul etmiş, lakin müqavilə (razılaşmalar) üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmiş və bu səbəbdəq iddiaçı tutmanın ipoteka predmetinə yönəltmək proseduruna başlamışdır. Borcu tutan birinci instansiya məhkəməsi tələbi ipoteka predmetinə yönəltmiş və ipoteka predmetinin 55000 manat məbləğində müəyyən etmişdir. Apell yasiya instansiyası məhkəməsi işüzrəməhkəməəmtəəşünaslıq ekspertizası təyin etmiş və əldə edilmiş rəyinəəsasən ipoteka predmetinin bazar dəyərinin 58000 manat olmasını əsas götürərək, ipoteka predmetinin ilkin satış qiymətinin həmin məbləğdə müəyyən etmişdir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşır və hesab edir ki, qeyd olunan hissədə məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması müəyyən edilmədiyindən, kassasiya şikayətinin ipoteka predmetinin dəyərinin düzgün müəyyən edilməməsindən ibarət dəlili təmin olunmamalıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin s atış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşmasıəsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq ipoteka predmetinin ilkin satış qiymətini keçirilmiş ekspertiza rəyinə uyğun olaraq müəyyən etmişdir. Belə ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, tədqiqat mübahisələndirilən əmlaka baxış keçirilməklə, onun yerləşdiyi yer, evin ümümi xarakteristikası nəzərə alınmaqla müqayisəli metod əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, dig ər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mə cəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kredit borcunun düzgün hes ablanmamasına dair kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri bilir: İş materiallarından müəyyən olunur ki, İddiaçı QSC cavabdehlərin 006R********** saylı kredit razılaşması üzrə 22069,56 ABŞ dolları məbləğində kredit borcunun, 5714,77 ABŞ dolları məbləğində faiz borcunun və 11127,33 ABŞ dolları məbləğində cərimə borcunun, 006KK**********01 saylı kredit razılaşması üzrə 4998,17 ABŞ dolları məbləğində kredit borcunun, 842,27 ABŞ dolları məbləğində faiz borcunun və 1714,51 ABŞ dolları cərimə borcunun, hər iki razılaşma üzrə cəmi 46466,61 məbləğində borcun olduğunu iddia edərək, tələbinin sübutu qismində xx xxxxxxxx 2017-ci il tarixli maliyyə arayışlarını məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 5743 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 xx xxxx 2015-ci il tarixli 006R********** saylı kredit müqaviləsi üzrə xx xxxx 2017-ci il tarixə İddiaçı QSC-yə olan borcu 27784,33 ABŞ dolları, ondan 22069,56 ABŞ dollarıəsas və 5714,77 ABŞ dolları faiz borcu təşkil edir. xx xxxx 2015-ci il tarixli 006KK**********01 saylı kart kredit müqaviləsi üzrə Cavabdeh1 xx xxxx 2017-ci il tarixə olan borcu 5840,44 ABŞ dolları, onlardan 4998,17 ABŞ dollarıəsas borc və 842,27 ABŞ dolları faiz borcu təşkil edir. Borcun düzgün hesablanmamasına dair apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, təyin edi lmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsinəəsasən birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərdən tutulan borcun düzgün hesablandığıöz təsdiqini tapmış və bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə borc hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin banka olan borcu ilə bağlı xx xxxx 2015-ci il tarixli 006R********** saylı kredit müqaviləsi üzrə düzgün nəticəyə gəlsə də, xx xxxx 2015-ci il tarixli 006KK**********01 saylı kart kredit müqaviləsi üzrə borc müəyyən edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəy yən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcə lləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi b ağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı QSC və Cavabdeh1 arasında xx xxxx 2015-ci il tarixli, 006KK**********01 saylı kredit razılaşması 11 ay müddətinə, yəni xx xxxx 2016-cı il tarixədək bağlanılmışdır. Lakin iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinin icra etməməsini əsas götürərək borcu xx xxxx 2017-ci il tarixədək, yəni kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonrakı müddət üçün də hesablamış, birinci instansiya məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etsə də, ekspert rəyində borc həmin tarixədək müəyyən olunmuş və iddianı qismən təmin edən birinci instansiya məhkəməsi, habelə apellyasiya şikayətini göstərilən hissədə təmin etməyən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan Qərarda irəli sürülmüş mövq eyi nəzərə almamışlar. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan s übutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qənaətə gə lərkən maddi və prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni xx xxxx 2015-ci il tarixli 006KK**********01 saylı kredit razılaşması üzrə borcun müəyyən edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikas ı MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və vəkili xxx tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(104)-767/2019 nömrəli qətnaməsi qismən, yəni xx xxxx 2015-ci il tarixli 006KK**********01 saylı kredit razılaşması üzrə borcun müəyyən edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Elşad Şamayev
Məhkəmə qərarları › İş №2(102)-2507/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2507/2020
08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver