Məhkəmə qərarları › İş №2(102)-2510/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2510/2023

16.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2510/2023 16.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2510/2023 (Açar sözlər: uşaq tələbi) Bakı şəhəri 16 avqust 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı uşaq tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-233/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qə bul etdi. İşin halları

1. İddiaçı Cavabdeh ilə 28 yanvar 2008-ci il tarixdə Ağdam rayonu, Norvuzlu İHB-nin Novuzlu ərazi nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 22 oktyabr 2009-cu il tarixdə X12, 14 noyabr 2011-ci il tarixdə X8 və 10 iyul 2014-cü il tarixdə X13 adlı üç uşaqları doğulmuşdur.

2. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-906/2021 saylı 24 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş və nikah pozulduqdan sonra Arif, Aylin və Əsma adlı uşaqların Cavabdeh yanında qalmaları müəyyən edilmiş və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində alimentin ondan alınıb Cavabdeh verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə a ktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı uşaqların yanında qalması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlə birgə nikahlarından xx.xx.2009-cu il tarixdə doğulmuş Arif, xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqların onun yanında qalması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İşin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, cavabdehlə birgə nikahdan doğulmuş uşaqların onun yanında qalması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddia ərizəsi verildikdən sonra cavabdeh uşaqlara təsir edərək özü ilə aparmışdır. Hazırda uşaqlar cavabd ehin yanındadırlar. Odur ki, xx.xx.2009-cu il tarixdə doğulmuş Arif, xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqların Cavabdeh alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia tələbini onunla əsaslandırmışdır ki, boşandıqdan sonra hər üç uşaq onun yanında qalmışlar. Həmin müddət ərzində də uşaqlara özü qulluq etmiş və bütün təminatlarını qarşılamışdır. Bununla belə həmin vaxtlar uşaqlar anaları ilə görüşmüş və onunla heç bir problemləri olmamışdır. Buna baxmayaraq, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-906/2021 saylı 24 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən uşaqların analarının yanında qalmaları və alimentin tutulması müəyyən olunduğu üçün aliment borcu yaranmışdır. O hər zaman uşaqlara anaları ilə g örüşməyi və onun yanında da qalmalarını təklif etsə də, özləri onu seçmiş və onun yanında qalmaq istəmişlər. Lakin sonradan, yəni işə məhkəmdə baxılan vaxt cavabdeh uşaqları görmək adı ilə aparmış və geri qaytarmamışdır. Hazırda uşaqlar cavabdehin yanındadır.

6. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçı ilə ayrıldıqdan sonra uşaqlar onun yanında qalmışlar. İddiaçı aliment ödəməkdən boyun qaçırmaq üçün uşaqların onun yanında qaldığını bildirir, lakin uşaqlar heç vaxt iddiaçının yanında qalmamışlar. Uşaqlar daim onun yanında qalmışlar. Hazırda da uşaqlar onun yanındadır. Bununla belə o, uşaqların iddiaçı ilə görüşməsinə etiraz etmir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Üçünc ü şəxs Mingəçevir şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nüməyəndəsi X9 izahatında göstərmişdir ki, məhkəmənin qərardadı qəyyumluq və himayəçilik orqanına daxil olduqdan sonra hər iki tərəfin yaşayış yerini, həyat şəraitini müayinə etmiş, belə qərara gəlmişlər ki, xx.xx.2009-cu il tarixdə doğulmuş Arif, xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqların Cavabdeh yanında qalmaları daha məqsədə uyğundur. Belə rəyə gələrkən uşaqların bir-birinə bağlılığını, gündəlik həyat tərzlərini, təhsillərini, yaşlarını və qidalanmalarını nəzərə almışlar, əsasən uşaqların mənafelərini diqqətdə saxlamışlar. Hazırda isə həmin azyaşlı uşaqlar anaları tərəfindən döyüldüklərini və lazımı qayğı-qulluq göstərilmədiyini bildirmişlər, həmç inin Qəyyumluq və Himayəçilik komissiyasındakı izahatları anaları tərəfindən edilmiş psixi təzyiqlərin təsiri altında vermişlər. Belə olan halda isə həmin uşaqların Cavabdeh alınıb ataları İddiaçı verilmələrinə etiraz etmir.

8. Məhkəmə iclası zamanı psixoloq X2 iştirakı ilə dindirilmiş xx.xx.2009-cu il tarixdə doğulmuş Arif adlı uşaq göstərmişdir ki, anası hər gün işə gedən zaman evləri təmizləməyi onlara tapşırmış, onlar isə bunu etmədikdə evə gələn zaman onları döymüşdür. Bu səbəbdən də o, bacıları ilə birlikdə qaçıb atasının yanına getmişlər. Sonra isə anası ilə görüşdükləri zaman anası onları zorla aparıb onunla birlikdə yaşamağa məcbur etmişdir. Həmçinin anası onun yanında qalmaqlarına etiraz edəcəkləri təqdirdə bunun onlar üçün heç də yaxşı olmayacağı ilə hədələyərək onlara psixi təs ir göstərmişdir. Elə buna görə də qəyyumluq və himayəçilik komissiyasında verdikləri izahatları anaları tərəfindən edilmiş psixi təzyiqlərin təsiri altında verdiklərindən məcbur qalıb anaları ilə yaşamaq istədiklərini bildirmişlər. Hazırda anasının yanında olsa da, onunla qalmaq istəmir. O, atasının yanına getmək istəyir.

9. Məhkəmə iclası zamanı psixoloq X2 iştirakı ilə dindirilmiş xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqlar da Arif adlı uşaqla eyni məzmunlu izahat verərək onun göstərdiyi halları təsdiq etmişlər və ataları İddiaçı yanına getmək istədiklərini bildirmişlər.

10. Mingəçevir Şəhər Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(051)-1476/2022 saylı qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabd eh birgə nikahından xx.xx.2009-cu il tarixdə doğulmuş Arif, xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqlarının Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2008ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahlarından xx.xx.2009cu il tarixdə Arif, xx.xx.2011-ci il tarixdə Aylin və xx.xx.2014-cü il tarixdə Əsma adlı uşaqları doğulmuşdur. Tərəflər ailə daxili narazılıqlara görə xx.xx.2021-ci il tarixdə rəsmi qaydada boşanmışlar və boşandıqdan sonra uşaqların cavabdehin yanında qalması müəyyən edilmişdır. Lakin sonradan uşaqlar öz istəkləri ilə atalarının, yəni iş üzrə iddiaçının yanına getmiş və onun yanında yaşamışlar. Ona görə də iddiaç ı ilkin olaraq uşaqların onun yanında saxlanılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu müddət ərzində cavabdeh tərəfindən uşaqlara təzyiq edilmiş və onlar cavabdehin yanına getmişlər. Hazırda xx.xx.2009-cu il tarixdə doğulmuş Arif, xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqlar cavabdehin yanında yaşasalar da, məhkəmə iclasında psixoloq X2 iştirakı ilə dindirilən zaman cavabdeh tərəfindən zorakılığa məruz qaldıqlarına görə cavabdehlə bir evdə yaşamaq istəmədiklərini bildirməklə, iddiaçının yanında qalmalarını istəmişlər.

12. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək, həmçinin atanın (iddiaçının) azyaşlı uşaqların onun himayəsinə verilməsini istəməsini, onun şəxsən öz uşaqlarının qayğısına qalıb onları böyütmək, tərbiyə etmək arzusunda olmasını və bir ata, valideyn kimi qanunvericilikdə bu hüquqa malik olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, Arif adlı uşaq 13 yaşına, Aylin adlı uşaq 11 yaşına çatdığına görə ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə ayrı yaşayan valideynlərdən birini seçmək hüququna malikdirlər. Həmçinin Əsma adlı uşaq 8 yaşına çatdığından məhkəmə qərar qəbul edərkən həmin uşağın fikrini öyrənə və nəzərə ala bilər. Belə olan halda uşaqların fikirlərinin nəzərə alınması onların mənafeyinə uyğundur. Çünki uşaqlar barəsində görülən bütün tədbirlərdə uşaqların mənafeyi üstün tutulmalı, onların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən o lunmuş hallarından görünür ki, uşaqların məhkəmə qətnaməsi ilə ananın yanında qalmaları müəyyən edilsə də, sonradan uşaqlar öz istəkləri ilə zorakılığa məruz qaldıqlarına istinad edərək, ananın yanında qalmaq istəməmiş və atanın yanına getmişlər. Lakin sonradan uşaqlarla görüş zamanı cavabdeh onları iradələrinə zidd şəkildə öz yanına aparmışdır. Hazırda həmin uşaqlar məcburən ananın yanında qalırlar. Belə olan halda uşaqların ananın yanında qalmalarına dair məhkəmə qətnaməsindən asılı olmayaraq, hazırkı mübahisə uşaqların mənafeyinə uyğun həll edilməlidir. Uşaqların mənafeyi isə onu tələb edir ki, uşaqlar cavabdehdən (anadan) alınaraq iddiaçıya (ataya) verilsin.

14. Uşaqlar məhkəmə iclası zamanı anası tərəfindən dəfələrlə döyüldüklərini və onun yanında qalmaq istəmədikklərini bildirdiklə ri halda şiddətə məruz qalacaqları ilə hədələndiklərini bildirmişlər. Bu hallar da onu deməyə əsas verir ki, cavabdeh tərəfindən uşaqlara qarşı qeyd olunan qəddar rəftarın və psixi zorakılığın tətbiq edilməsi, uşaqların həyat və sağlamlığının təhlükədə olmasına, hətta hüquqlarının və qanuni mənafelərinin pozulmasına şərait yaratmaqla bərabər, ana ilə uşaqlar arasında mövcud olmuş emosional bağlılığın qopmasına və uşaqların atanın yanında qalmalarına üstünlük vermələrinə səbəb olmuşdur. Hazırkı vəziyyətdə ana və uşaqları bir-birindən ayırmasını şərtləndirən müstəsna şərait məcmu halında mövcuddur. Ona görə də uşaqların cavabdehdən alınıb iddiaçıya verilməsi, həm işin həqiqi hallarına həm də, uşaqların üstün mənafelərinə uyğundur.

15. Məhkəmə mübahisənin düzgün həlli edilməsi baxımından, Min gəçevir Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində göstərilən xüsusatlara da qiymət verilməsini zəruri hesab etmişdir. Belə ki, Komissiyanın rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, komissiya tərəflərin hər birinin həyat və yaşayış şəraitini müayinə etmiş, nəticədə belə qərara gəlmişdir ki, xx.xx.2009-cu il tarixdə doğulmuş Arif, xx.xx.2011 -ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqların anası Cavabdeh yanında qalması daha məqsədə müvafiqdir. Bununla belə Komissiya həmin nəticəyə gələrkən, uşaqların ananın yanından getmələrinə, hazırda onların iradələrinə zidd şəkildə və psixi təzyiqlərlə analarının yanında qalmağa məcbur edildiklərinə, ana ilə uşaqlar arasında emosional bağlılığın qopmasına səbəb olan halları araşd ırmamış, həmçinin belə vəziyyətə uşaqların ananın yanında qalmalarını zəruri edən müstəsna halların nədən ibarət olmasını göstərməmiş və bu halların uşaqların üstün mənafeyinə uyğun olmasını kifayət qədər əsaslandırmamışdır. Komissiya yalnız hər iki tərəfin həyat şəraiti müayinə etmiş və formal mülahizələrlə azyaşlı uşaqların analarının yanında qalmalarının onların mənafelərinə uyğun olması qənaətinə gəlmişdir. Hansı ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasında azyaşlı uşaqlardan alınmış izahatlar anaları tərəfindən onlara edilmiş psixi təsirin nəticəsində yazılmışdır. Lakin Komissiya bu kimi halları araşdırmadan, yalnız cavabdehin dəlillərinə istinad etmiş, işin digər hallarına qiymət verməmişdir. Ona görə də məhkəmə komissiyanın gəldiyi nəticə ilə razı laşmır və onu sübut növü kimi qəbul etmir.

16. Baxılan iş üzrə uşaqlar ananın yanında qalmaqdan təkidlə imtina edir, atanın yanında özlərini xoşbəxt hiss etdiklərini bildirirlər. Bu baxımdan, cavabdehin valideynlik hüquqları uşaqların mənafeyinə zidd, onların mənəvi inkişafına, fiziki və psixi sağlamlıqlarına xələl yetirəcək şəkildə həyata keçirilə bilməz.

17. Məhkəmə, bu qənaətə gələrkən, yalnız uşaqların bildirdiklərini deyil, işin müəyyən olunmuş digər hallarını da əsas tutmuşdur. Belə ki, uşaqların öz iradələri ilə atasının yanına getmələri, bir müddət atalarının yanında yaşamaları, lakin sonradan iradələrinə zidd şəkildə analarının yanında yaşamalarına məcbur edilmələri və buna görə də psixi təzyiqlərə məruz qalmaları onu deməyə əsas verir ki, uşaqların ananın yanında qalmaları onları n mənafeyinə ziddir. Belə olan halda uşaqların mənafeyi valideynlik hüququndan üstündür.

18. Məhkəmə, həmçinin qeyd etmişdir ki, uşaqları valideynlərindən ayırmaq, himayəyə və ya övladlığa vermək barədə qərarlar Avropa Məhkəməsinin "İnsan Hüquqları və Əsas azadlıqlarına dair Avropa Konvensiyası”nın 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ kontekstində araşdırdığı məsələlərdəndir və Məhkəmənin presedent hüququna görə bu məsələlərlə bağlı qərar çıxarılarkən uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət verilməklə yanaşı, onların rəyləri dinlənilməlidir ("Mustafa və X7rşı” iş). "K. A. Finlandiyaya qarşı” iş üzrə qərarında isə Avropa Məhkəməsi vurğulamışdır ki, "...ayrılıqdan sonra uzun müddət keçdikdə və uşaq himayəyə verildiyi ailədəki vəziyyətə alışdıqda, bu vəziyyətin yenidən dəyişməsi uşağın maraqlarına uyğun olmaya bilər və bu halda onun maraqları valideynlərinin maraqlarını üstələyə bilər”.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5, 12-ci maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.4, 51.5, 52, 60.1, 60.4-cü maddələri, BMT Baş Məclisinin xx.xx.1959–cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6-cı prinsipi, Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddələri, Avropa Məhkəməsinin Mustafa və Armağın Türkiyəyə qarşı, K.A.Finlandiyaya qarşı qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsinə dair 20 fevral 2020-ci il ta rixli qərarının 7.1-ci bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə heç bir qanuna əsaslanmamış və mülahizələri əsasında çıxarılmışdır. Məhkəmə iclasında uşaqların fikri öyrənilməsi qeyd edilmiş və guya uşaqlar onun onlara təzyiq etməyini, onu istəmədiklərini, onun onları döyməyini və evdə işlətməyini bildirmişlər. Buna istinad edən məhkəmə qətnamə çıxarmış və uşaqların azyaşlı olmasını nəzərə almamışdır. Uşaqların əvvəldən ataları tərəfindən öyrədilməsini nəzərə almamışdır. Mingəçevir Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Hima yəçilik Komissiyasında dindirilmiş hər üç uşaq onun yanında qalmaq istəmələrini bildirmiş, lakin məhkəmə iclasında xx.xx.2009-cu il tarixdə doğulmuş Arif və xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin adlı uşaqlar dindirilərkən ataları ilə qalmaq istədiklərini bildirmişlər. Bunun səbəbi araşdırılmamışdır. Belə ki, uşaqlar ataları olan İddiaçı tərəfindən aldadılmışlar. İddiaçı onlara guya onlar atalarını seçdikləri halda oda məcburiyyət qarşısında qalıb barışacağını bildirmişdir. Lakin onun iddiaçı ilə barışmaq niyyəti yoxdur və uşaqlara bunu izah etmişdir. Uşaqlar dindirilərkən o, zaldan çıxarılmış və onun heç bir nümayəndəsi və ya vəkili olmadığı üçün uşaqların aldadılaraq izahatının alınmasında iştirak edə bilməmişdir. Uşaqlar hazırda onun yanındadırlar və bildirirlər ki, “ana biz səni istəy irik. Sən bizə yaxşı baxırsan. Atam qardaşımızı öyrədib ki, biz atamızda qalmağı desək sənin yanında qalacağıq amma atamda bizlə qalacaq.” Lakin bu cür aldadılma qanunsuz və əsassızdır. Uşaqlarda çaşqınlıq yaradılmış və aldadılmalarına birbaşa göz yumulmuşdur. Hazırki vaxta kimi onun uşaqları döyməyi və onlara hər hansı işlər gördürməyi ilə əlaqədar heç bir sübut yoxdur. O, Mingəçevir şəhərində uşaqlara əyləncəli proqramların hazırlanmasında və azyaşlı uşaqların zehni inkişafına kömək edən layihələri təşkil edir. Bütün şəhər əhalisi bunu bilir və onun bütün uşaqlara qarşı necə həssas yanaşmasından xəbərdardır. Məhkəmə iş üzrə yuxarıda qeyd edilən halları araşdırmaq, uşaqların sözlərinin təsir altında dediklərini müəyyən etmək və valideynlərdən hansının uşaqların psixologiyasına mənfi təsir etməsini dəqiqləşdirmək üçün iş üzrə məhkəmə psixoloji ekspertizasını keçirməli olduğu halda bunu etməmişdir. Əksinə tələsik və tam araşdırma aparmadan qətnamə çıxarmışdır. Halbu ki, uşaqların Mingəçevir Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasında verdikləri izahatlarla məhkəmə iclasında veridikləri izahatlar fərqlilik təşkil edir. Bu isə öz növbəsində tam araşdırılmalı idi. Mingəçevir Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən uşaqların onun yanında qalması ilə bağlı rəy verilmiş, lakin məhkəmə iclasında uşaqların sözlərindən sonra nümayəndə öz fikrini söyləmişdir. Məhkəmə mötəbər sübut kimi İcra Hakimiyyətinin nümayəndəsinin deyil Komissiyanın üzvlərinin kollektiv halda çıxardığı qərar və rəyi əsas götürməli idi. Məhkəmə işin bütün ha llarını müqayisəli təhlil edib işdə olan sənədlərə əsasən qərar çıxarmalı olduğu halda yalnız sonuncu məhkəmə iclasında aldadılmış uşaqların sözlərini mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə uşaqları iddiaçıya yəni atalarına verəndə uşaqlara kimin qulluq edəcəyini və iddiaçının uşaqlarına baxmaq üçün hansı imkanları olmasını araşdırmamışdır. İddiaçı aliment kəsiləndən indiyə kimi aliment ödəməmiş, yalnız aliment ödəməmək üçün uşaqları tələb etmişdir. Buna diqqət yetrilməli olduğu halda məhkəmə əslində çox böyük rol oyrayan bu nüanslara qətiyyən diqqət etməmişdir. Uşaqların kimin yanında qalması müəyyən olunarkən uşaqların psixoloji vəziyyəti, valideynlərə bağlılığı, uşaqların maddi cəhətdən saxlanması üçün lazım olan vəsait və şarait, valideynlərin uşaqların həyatına və tərbiyəsinə mə nfi təsiri, uşaqların həyatına təhlükə yaratmaq ehtimalları nəzərə alınmalıdır. Lakin bu hallar məhkəmə iclasında araşdırılmamışdır. Bütün bunlardan əlavə həm beynəlxalq qanunvericilik aktlarında, həm yerli qanunvericilikdə, həm də adət-ənənələrdə ananın üstün mövqeyi əsas götürülmüş və uşaqların ana qayğısına daha çox ehtiyacı olması qeyd edilmişdir. Ananın uşaqların tərbiyyəsində və təhsilində mövqeyi mütləqdir. O, övladlarının təhsilində hər zaman məsuliyyətlidir və övladlarının gələcəyi və təhsili üçün əlindən gələni edir. Buna görə məhkəmədən və ya digər orqanlardan tənqid eşidəcəksə və uşaqlarının təhsilində irəliləyişləri tələb etməyinə görə uşaqlar əlindən alınacaqlarsa bu ədalətsizlikdir. Valideynlərin borcu uşaqlarına baxmaq və onların təhsil almasında yaxından iştirak etməkdir. Onun tək istəyi övladlarına normal tərbiyyə verilməsi ilə bağlıdır. Plenum qərarından da göründüyü kimi, uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar müəyyən olunur. Lakin qətnamədə bunlar öz əksini tapmamış. Məhkəmə uşağın inkişafı, tərəflərin yəni onların ailə şəraitini, uşağın saxlanması, tərbiyyəsi və t əhsilində rolunun hansı dərəcədə olması barədə heç bir halı araşdırmamışdır. Məhkəmə ən azından uşaqların sözlərinin psixoloji təzyiq altında verilib-verilməməsini dəqiqləşdirməli idi. Lakin məhkəmə iş materillarına birmənalı və təktərəfli yanaşmışdır. Hakim məhkəmə iclasında araşdırılmayan və təqdim edilməyən sübutlar əsasında qətnamə çıxarmışdır. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində hakim heç bir fakta əsaslanmamış, yalnız öz istədiyi kimi dindirdiyi və təsirdə olan və işin mahiyyətini dərk etmək iqtidarında olmayan uşaqların sözlərinə əsasən qətnamə çıxarmışdır. Bu gün uşaqlar dindirildikdə sərbəst olaraq onu istədiklərini və ona bağlı olduqlarını bildirəcəklər. Onlar ataları tərəfindən aldadıldıqlarını və hakimin suallarını düzgün başa düşmədiklərini indi də bildirirlər. İki az yaşlı qız uşağının ata tərəfindən böyüdülməsi inandırıcı deyildir. Hamının bildiyi kimi uşaqlar anaya bağlı olur və o da qızları və oğlu ilə dost kimidir. Onların təhsilindən başqa bir işdə sərtlik göstərmir. Uşaqların təhsil almasını və yaxşı oxumasını tələb etmək isə onun həm borcu həm də vəzifəsidir. Məhkəmə uşaqları iddiaçıya yəni atalarına verəndə uşaqlara kimin qulluq edəcəyini və iddiaçının uşaqlarına baxmaq üçün hansı imkanları olmasını araşdırmamışdır. İddiaçı aliment kəsiləndən indiyə kimi aliment ödəməmiş, yalnız aliment ödəməmək üçün uşaqları tələb etmişdir. Buna diqqət yetrilməli olduğu halda məhkəmə əslində çox böyük rol oynayan bu nüanslara qətiyyən diqqət etməmişdir.

22. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-233/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə (Elçin Mehdiyev – sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Mahir Əsədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qərar qəbul edilərək, iddia tələbi rədd edilmişdir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən uşaqların məhkəmə iclası zamanı verdikləri izahatlarına, onları tam araşdırmadan istinad edilməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin, habelə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq Konvensiyaların müvafiq müddəalarına ziddir.

24. Kollegiya qeyd etmişdir ki, hazırki iş üzrə ilk növbədə nəzərə çarpan o haldır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən tərəflərin birgə nikahdan anadan olan uşaqları Arif, Aylin və Əsma Mingəçevir Şə hər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasında fikirləri öyrənilərkən anaları Cavabdeh yanında qalmaq istədiklərini bildirmişlər. Daha sonra isə məhkəmə iclası zamanı psixoloq X2 iştirakı ilə izahat verərək, atalarının yanında qalmaq istədiklərini göstərmişlər. Burada diqqəti cəlb edilən hal ondan ibarətdir ki, uşaqlar əvvəlcə analarının yanında qalmaq istədiklərini göstərdikləri halda, daha sonra isə analarına münasibətdə fikirləri mənfiyə doğru dəyişmiş və atalarının yanında qalmaq istədiklərini bildirmişlər. İddiaçı Cavabdeh isə apellyasiya şikayətində uşaqların hazırda onun yanında olduqlarını göstərmişdir. Qeyd edilən halın aydınlaşdırılması məqsədi məhkəmə kollegiyasının iclası zamanı tərəflərin birgə nikahdan anadan olmuş uşaqları xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2014-cü il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X8 psixoloq (pedaqoq) X3 iştrakı ilə ayrıayrılıqda dindirilmişlər. xx.xx.2009-cu il təvəllüdlü X5 dindirilməsi zamanı müəyyən edilmişdir ki, o, hazırda atasının yanında yaşayır. Hazırkı vəziyyətdə atası ilə yaşamaq istəyir. Buna baxmayaraq hər iki valideynini istəyir. Valideynləri birlikdə yaşasa idilər onların hər ikisi ilə birgə yaşamaq istəyərdi. O, bacılarını da çox istəyir və onlar üçün darıxır. Bacıları ilə də birlikdə yaşamaq istəyir. Ancaq anası ilə qalmaq istəmir. xx.xx.2011-ci il təvəllüdlü X4 dindirilməsi zamanı müəyyən edilmişdir ki, o, hal-hazırda anasının himayəsində yaşayır. Ata və anasını, qardaşını çox istəyir. Valideynlərinin bir yerdə yaşamasını və əvvəlki kimi qardaşının da onlarla birlikdə yaşamasını istəyir. Qard aşı Arif üçün darıxır. Belə ki, qardaşı Arif 2 aydır ki, atası ilə birlikdə yaşayır. O, anasının yanında qalmaq istəyir. xx.xx.2014-cü il təvəllüdlü X6 dindirilməsi zamanı müəyyən edilmişdir ki, o, hal-hazırda anasının himayəsində yaşayır. Ata və anasını, qardaşını çox istəyir. Qardaşı üçün darıxır. Qardaşının da onlarla birlikdə yaşamasını istəyir. O, anasının yanında qalmaq istəyir. Məhkəmə kollegiyasi qeyd edir ki, uşaqlardan xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014cü il təvəllüdlü X13 qəti şəkildə anaları ilə birlikdə qalmaq istədiklərini bildirmələri ilə yanaşı tərəflərin birgə nikahlarından olan övladı xx.xx.2009-cu il təvəllüdlü X12 atası ilə qalmaq istədiyini göstərsə də hər iki valideynini, yəni atası ilə yanaşı anasına qarşı da istək hisslərinin olduğunu, valideynləri birlikd ə yaşasa idilər onların hər ikisi ilə birgə yaşamaq arzusunun olduğunu, hazırda analarının yanında olan bacılarını da çox istədiyini, onlar üçün darıxdığını, bacıları ilə də birlikdə yaşamaq istəyini bildirmişdir.

25. Belə olan məhkəmə kollegiyası qeyd etmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə analarının yanında saxlanılmış, bundan sonra da analarının himayəsində yaşamaqda davam etmiş, 2022-ci ilin avqust ayında Mingəçevir Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasında fikirləri öyrənilərkən anaları Cavabdeh yanında qalmaq istədiklərini bildirmiş, bundan bir neçə ay sonra, yəni 2022-ci ilin noyabr ayının 14-də Mingəçevir Şəhər Məhkəməsində keçirilən məhkəmə iclasında dindirilmiş uşaqların fikirlərinin analarına münasibətdə mənfiyə doğru dəyişməsinin səbəblərinin öyrənilməsi məqsədi ilə məhkəmə kollegiyasının iclasında dindirilən uşaqlardan hər üçü analarına və bir-birinə qarşı istəklərinin olmasını bildirmişlər. Beləliklə məhkəmə kollegiyasının iclasında uşaqlardan hər üçünün baxılan məsələyə adekvat münasibət bildirmək iqtidarında olmaları müəyyən edilmişdir.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırdığı hallardan biri kimi uşaqların anaları tərəfindən dəfələrlə döyülmələrinə, cavabdehin uşaqlatra qarşı qəddar rəftar və psixi zorakılığın tətbiq edilməsi, uşaqların həyat və sağlamlığının təhlükədə olmasının ana ilə uşaqlar arasında emosional bağlılığın qopmasına və uşaqların atalarının yanında qalmalarına üstünlük verməsinə səbəb olmasını göstərsə də uşaqların fiziki təzyiqə, psixi zorakılığa mər uz qalmalarına dair iddiaçı tərəfdən məhkəməyə heç bir sübutun təqdim edilməməsini nəzərə almamışdır. Uşaqların fiziki təzyiqə, psixi zorakılığa məruz qalmaları öz rəsmi təsbitini tapmadığı halda həmin halların uşaqların fikrinə açıq və ya gizli təsir şəklində təlqin edilməsi istisna edilmir.

27. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi uşaqların Cavabdeh alınıb İddiaçı verilməsi nəticəsinə gələrkən işin hallarını tam araşdırmamış, uşaqların analarından ayrılmasını şərtləndirən müstəsna şəraitin nədən ibarət olmasını müəyyən etməmişdir.

28. Məhkəmə kollegiyası, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən uşaqların üstün mənafelərini, valideynlərin əxlaqi və mənəvi keyfiyyətlərini, onların uşağın tərbiyəsindəki rolunu, uşaqların izahatlarını, eyni zamanda cavabdehin bir ana olaraq uşaqların böyüyüb boya-başa çatmasındakı rolunu, uşaqların yaşını, azyaşlı olmalarını, uşaqların bir-birilərinə bağlılığını, ana qayğısına daha çox ehtiyaclarının olmasını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, xx.xx.2009-cu il tarixdə doğulmuş Arif, xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqların anaları Cavabdeh yanında qalmaları daha məqsədə müvafiqdir.

29. Məhkəmə kollegiyası gəldiyi nəticəni Ailə Məcəlləsinin 49, 56.1, 58.2, 60.2, 60.4-cü maddələrinə, “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, məhkəmə psi xoloji ekspertizası təyin etməklə, iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2009-cu il tarixdə doğulmuş Arif, xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqlarının Cavabdeh alınıb İddiaçı verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi Mingəçevir Şəhər Məhkəməsində audio-video çəkiliş vasitəsi ilə, 30 illik təcrübəsi olan psixoloq-pedaqoq Şahin Məmmədovun iştirakı ilə xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqların çox sərbəst formada izahatlarını mötəbər hesab etməyib, məhkəmə özünü yuxarı instansiya hesab edərək heç bir təcrübəsi olmayan ümumiyyətlə məhkəmə iclasında iştirak etməmiş və bu qaydaları bilməyən, vəkilə Cavabdeh mənafeyi baxımından sual verən X3 iştirakı ilə uşaqların dindirilməsini mötəbər qəbul etmişdir. Apellyasiya Məhkəməsi nəzərə almamışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 14 noyabr 2022-ci il tarixdə qətnamə qəbul edilən gün hər üç nəfər uşağı ataları İddiaçı yaşadığı evə aparmış, Cavabdeh zorla Elşadın yaşadığı evə girmiş, uşaqları Elşadın əlindən almışdır, bununla bağlı onların arasında mübahisə olmuş, Elşad Ayişəni əli ilə itələdiyi üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati cərimə tətbiq edilmişdir. Halbuki, hər üç nəfər uşaq özlərini atasının yanında xoşbəxt hesab edirdi. Apellyasiya Məhkəməsi nəzərə almalı idi ki, xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmu ş Əsma adlı uşaqlar Şəki şəhərinə Mingəçevir şəhərindən 1 saatdan artıq yolu Vəkil2 avtomobilində, anaları Ayişə və psixoloq kimi qəbul edilmiş X10 ilə birlikdə gəlmiş və yol boyu uşaqlara yetərincə psixoloji təsir etməkləri danılmazdır.

32. Apellyasiya Məhkəməsi nəzərə almalı idi ki, xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqların 3 dəfə dəyişən fikirləri onlara psixoloji təsir olmasına olmasına sübutdur. Ona görə də mütləq qaydada məhkəmə psixoloji ekspertiza təyin edilməli idi. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx.xx.2009-cu il tarixdə doğulmuş Arifin iradə ifadəsinin ələyhinə necə gedə bilər? Arif 14 yaşın içərisindədir. Məhkəmə iclasında bildirdi ki, anası Ayişə gecə tanımadıqları maşına minərək harasa gedirdi və dəfələrlə be lə hallar olmuşdur. Anasına qarşı belə aydın formada fikrini bildirən 14 yaşının içərisində olan oğlan uşağını zorla anasına verilərsə, sonrakı yaxşı nəticələrin olmamasından heç kim sığortalana bilməz. İddiaçı əlində lazimi qədər səs yazmaları var ki, Cavabdeh başqa şəxslərlə telefon danışıqlarında onlarla görüş vaxtları təyin etmişdir, bunla bağlı Elşad Ayişənin atasına məlumat vermişdir.

33. Cavabdeh Apelyasiya Məhkəməsinin iclasında özünü uşaq əyləncə proqramları təşkil edən şəxs kimi təqdim etdi, məhkəmə aydınlaşdırmadı ki, sənin təhsilin varmı, necə belə işlə məşğul ola bilirsən, harada işləyirsən? Ümumiyyətə uşaqlar anada qalarsa uşaqlara baxıb, təhsil-tərbiyə verə bilərmi? Hazırda xx.xx.2009-cu il tarixdə doğulmuş Arif atası Elşadın yanındadır, anasının yanına getmək istəmir, xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma isə ataları Elşadla telefonla danışanda anaları Ayişədən qorxduqlarını və ona görə də anaların yanında izahat verəndə onun yanında qalmalarını bildirirlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

35. Maddə

17. İİ hissəsi. Uşaqların qayğısına qalmaq və onları tərbiyə e tmək valideynlərin borcudur.

36. Maddə

34. İV bəndi. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi

37. Maddə

49. Uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ var.

38. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.

39. Maddə 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.

40. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

41. Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına v ə onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.

42. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz.

43. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

44. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarı:

45. Həmin qərarda deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının süb ut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfin dən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Kassasiya şikayətlərinin dəlilləri aşağıdakılara əsasən əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

59. Məhkəmə kollegiyası qeyd edir ki, valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi, uşaqların təlim-tərbiyəsi ilə onların şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılması təmin etmək valideynin borcudur. Ailə münasibətləri davam etdiyi müddətdə bu vəzifə valideynlər tərəfindən birgə həyata keçirilir. Valideynlər arasında nikah münasibətlərinə xitam verilərkən uşaqların hansı valideynin yanında qalması həll olunduqdan sonra digər valideynin uşaqların qayğısına qalmaq hüququnun realizə edilməsi istisna edilməməklə, təmin edilməlidir. Nikahın ləğv edilməsi zamanı uşaqların hansı valideynin yanında qalması məsələsi həll edilərkən uşağın yaşı, rəyi, onun tələbatının təmin edilməsi təmin edilə bilməsi, valideynə bağlılığı həll edilməlidir. Bu hal ona görə vacib və zəru ridir ki, uşağın maddi tələbatının ödənilməsi ilə birgə mənəvi tələbatının da ödənilməsi təmin edilməklə, onun psixoloji cəhətdən inkişafına mənfi təsir edən hallardan azad edilməklə, uşağın cəmiyyətdə bir şəxsiyyət kimi formalaşması təmin edilsin.

60. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah etmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsin in 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir.

61. Həmin qərarda həmçinin məhkəmələrə izah edilmişdir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.

62. Məhkəmələrə tövsiyə edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur.

63. «Uşaq hüquqları haqqında Beynəlxalq Konvensiyanın 12-ci maddəsində bəhs olunan uşağın fikrini «azad» ifadə etməsi anlayışı, uşağın öz fikirlərini heç bir təzyiq olmadan ifadə etmək və dinlənilmək hüququnu həyata keçirmək və ya keçirməmək seçiminin olması, «uşaq manipulyasiyaya və ya əsassız təsir və təzyiqə məruz qalmamalıdır» deməkdir.

64. Avropa Məhkəməsi «NTS və başqaları Gürcüstana qarşı» iş üzrə 02 fevral 2016-cı il tarixli qərarının 28-ci bəndində göstərmişdir ki, uşağın fikirlərinə «onun yaşına və yetkinliyinə əsasən qiymət» verilməlidir. Bu bənd uşağın fikirlərinə müvafiq qiymət verilməsi və ya həmin fikirlərin hansı şəkildə prosesin gedişinə təsir etdiyini öyrənmək üçün ünsiyyət qurularaq uşağın potensialının qiymətləndirilməsinə aiddir. 12-ci maddə uşağın sadəcə dinlənilməsini yetərsiz hesab edir. Uşaq öz fikirlərini ifadə etmək və formalaşdırmaq potensialı nda olduğu təqdirdə onun fikirlərinə ciddi nəzər yetirilməlidir.

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi uşaqların mənafeləri, o cümlədən uşaqların yaşı, təhsil, tərbiyə, inkişaf, asudə vaxtın təşkili nəzərə alınaraq tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının analarının himayəsində saxlanılmasını daha məqsədəuyğun saymaqla düzgün nəticəyə gəlmiş və gəldiyi nəticəni əsaslandırmışdır. Hazırkı işdə ananı və uşaqları bir-birindən ayırmaq üçün müstəsna şərait mövcud deyil. Uşaqların ananın barəsində dedikləri öz təsdiqini tapmır, anada uşaqlara zərər yetirə biləcək hər hansı mənfi cəhət müəyyən olunmur, o, uşaqları tərbiyə etmək, onların qayğısına qalmaq iqtidarındadır.

66. Beləliklə də, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nə ticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətləriinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

67. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-233/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdiri lmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar