Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2515/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: uşağın himayəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-539/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) xx.xx.2019-cu il tarixdə nikah bağlamışl ar, bu nikahdan xx.xx.2020-ci il tarixdə Uğurxan adlı uşaqları doğulmuşdur.
2. Sonradan tərəflərin ailə münasibətləri pozulmuş, ayrı yaşamağa başlamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanılmış xx.xx.2019-cu il tarixli nikahın pozulması və birgə nikahlarından 24 fevral 2020-ci ildə doğulmuş Uğurxan adlı uşağın onun yanında saxlanılmasına və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat məbləğində aliment ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə el adəti ilə ailə qurmuş, nikahlarını xx.xx.2019-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2020-ci ildə Uğurxan adl ı uşaqları anadan olmuşdur. Cavabdehlə evləndikdən sonra xasiyyətlərində olan uyğunsuzluqların yaranması səbəbindən ayrılmışlar. Artıq bir neçə ildir ki, onlar ayrı yaşayırlar. Həmin vaxtdan ər-arvad münasibətləri pozulmuşdur. Onların ailələrini bərpa etmək mümkün deyildir.
5. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında nikahın pozulmasına dair hissədə qəbul etdiyini bildirmiş, lakin uşağın iddiaçıdan alınıb onun himayəsinə verilməsini xahiş etmişdir.
6. İş üzrə alınmış Tovuz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 05 iyul 2022-ci il tarixli rəyində qeyd olunmuşdur ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından anadan olmuş xx.xx.2020-ci ildə Uğurxan adlı uşağın atası ilə qalması məqsədə müvafiqdir.
7. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli 2(062)-936/2022 saylı qətnaməsi ilə (hakim Z.Hünmətov) iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşağın iddiaçının himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə hər ay 130 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə Tovuz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 05 iyul 2022-ci il tarixli rəyini uşağın mənafeyinə uyğun hesab etməyərək qeyd etmişdir ki, komissiya uşağın atasının yanında saxlanılması qənaətinə gələrkən uşağın yaşının iki yaş yarım olmasını, onun bu yaşda daha çox ana qayğısına ehtiyacının nəzərə almamış, yalnız uşağın anasının yaşayış yerinin müayinə edilməsinin mümkün olmaması əsası ilə uşağın atasının himayəsində saxlanılması qənaətinə gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, Tovuz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasında da uşağın anadan alınaraq ataya verilməsinə dəlalət edən müstəsna hallar aşkar edilməmişdir. Ona görə də məhkəmə yenidən materialların həmin və yaxud başqa komissiyaya göndərilməsini zəruri hesab etməmişdir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, Uğurxanın xalası və anası çəkilmiş şəkillərinə və videogörüntülərinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, uşaq ana qayğısı ilə əhatə olunmaqla özünü xoşbəxt hiss edir. Ana qayğısından əhatə edilmə uşağın hərəkətindən, on un geyimindən və vizual görünüşündən də müşahidə edilməkdədir.
10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1, 21.1, 22.1, 75.1, 78.1, 100.2-ci, BMT Baş Məclisinin 1386 (XİV) nömrəli, 1959-cu il 20 noyabr tarixli Uşaq Hüquqları Bəyannaməsinə və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşma çatmayan uşaqların alideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarına istinadla hesab etmişdir ki, tərəflər arasındakı nikah pozulmalı, nikah pozulduqdan sonra uşaq ananın himayəsində saxlanılmalı və cavabdehdən hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində aliment tutulmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin uşağın iddiaçının himayəsində saxlanılması və iddiaçının xeyrinə aliment tutulması hissəsində ləğv edilməsini, uşağın onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, Tovuz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 05 iyul 2022-ci tarixli rəyi nəzərə alınmamış, hakimin istinad etdiyi BMT Baş Məclisinin 1386 nömrəli, 1959-cu il 20 noyabr tarixli qətnaməsinə ilə qəbul edilmiş Uşaq Hüquqları Bəyannaməsində qeyd edilən müstəsna halın mövcudluğu araşdırılmamışdır. Belə ki, onun uşağı məhkəmə qətnaməsi ilə anasının h imayəsində saxlanılmaqla birbaşa xalasının himayəsinə verilib. Bununla da, məhkəmə onun hüquq və vəzifələrini qanunsuz məhdudlaşdırıb. Xalası ilə uşağın fotoşəkillərinin mövcudluğu iş üçün əhəmiyyət kəsb edən hal deyil. Məhkəmə işdə ananın uşağına qarşı etdiklərini, uşağı xalasının yanında qoymasını, xalanın uşaq qucağında sosial şəbəkələrdə uyğunsuz hərəkətləri, uşağa qarşı təhqir, mənəviyyatın alçaldılması, qəddarlıq, kobudluq kimi qiymətləndirməmişdir. Bununla da məhkəmə qeyd olunan maddi hüquq normasının tələblərini pozmuşdur.
13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-539/2023 nömrəli, 8 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Rzaquliyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və A.Hüseynzadə) apellyas iya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, hesab etmişdir ki, 24 fevral 2020-ci ildə doğulmuş Uğurxanın ana qayğısına daha çox ehtiyacı olmaqla onun anasının himayəsində saxlanması uşağın mənafeyinə daha uyğundur, ona görə də birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi də uşağın anasının, yəni iddiaçının yanında olduğunu bildirmişdir.
15. Birinci instansiya məhkəməsi qanunvericiliyin həmin tələbinə riayət edərək nikah pozulduqdan sonra azyaşlının kimin yanında qalması məsələsini həll etmiş, bu zaman uşağın körpə olmaqla ana qayğısına daha çox ehtiyacının olduğunu nəzərə almış və uşağı anasının, yəni iddiaçının yanında saxlamışdır.
16. Digər tərəfdən məhkəmə kollegiyasının iclasında da ananın azyaşlı ilə kobud davranması və ya uşağın maraqlarına zidd olan digər hərəkətlər müəyyən edilməmişdir. Odur ki, məhkəmə azyaşlının kimin yanında qalması məsələsini həll edərkən Qəyyumluq və himayəçilik komissiyasının işdəki rəyini nəzərə almamaqda, həmçinin tərəflər arasındakı nikah pozulduqdan sonra uşaq iddiaçının yanında saxlandığına görə cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasını qət etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
20. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.
21. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər.
22. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sa ir halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
23. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
24. Maddə 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
25. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
26. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə v əziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdır ılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdu r.
35. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2020-ci il təvəllüdlü Uğurxanın nikah pozulduqdan sonra ananın yanında saxlanılması hissəsində qətnamə qəbul edərkən mübahisənin həlli üçün tətbiq edilməli olan qanunvericilik normalarını düzgün tətbiq etmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi, uşaqların təlim-tərbiyəsi ilə onların şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılması təmin etmək valideynin borcudur. Ailə münasibətləri davam etdiyi müddətdə bu vəzifə valideynlər tərəfindən birgə həyata keçirilir. Valideynlər arasında nikah münasibətlərinə xitam verilərkən uşaqların hansı valideynin yanında qalması həll olunduqdan sonra digər valideynin uşaqların qayğısına qalmaq hüququnun reali zə edilməsi istisna edilməməklə, təmin edilməlidir. Nikahın ləğv edilməsi zamanı uşaqların hansı valideynin yanında qalması məsələsi həll edilərkən uşağın yaşı, rəyi, onun tələbatının təmin edilməsi təmin edilə bilməsi, valideynə bağlılığı həll edilməlidir. Bu hal ona görə vacib və zəruridir ki, uşağın maddi tələbatının ödənilməsi ilə birgə mənəvi tələbatının da ödənilməsi təmin edilməklə, onun psixoloji cəhətdən inkişafına mənfi təsir edən hallardan azad edilməklə, uşağın cəmiyyətdə bir şəxsiyyət kimi formalaşması təmin edilsin.
37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəm ənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
38. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
39. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstəril ənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-539/2023 nömrəli, 8 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.