Məhkəmə qərarları › İş №2(102)-2518/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2518/2025

27.10.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2518/2025 27.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ İddiaçı cavabdeh Böyük Britaniyanın “X1 Services LTD” Şirkətinin Filialına (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 Xidməti cəlb edilməklə) qarşı işi üzrə QƏRADADİ (Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Böyük Britaniyanın “X1 Services LTD” Şirkətinin Filialına qarşı “əmək haqqının ödənilməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Ra yon Məhkəməsinin 2(006)-325/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 27 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat:

1. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Böyük Britaniyanın "X1 Services LTD” Şirkətinin filialından (bundan sonra “cavabdeh” və ya “Şirkət”) ödənilməmiş əmək haqqına görə 61193 manat, əmək haqqının gecikdirilməsinə görə 23950 manat və vurulmuş mənəvi ziyana görə 10000 manat olmaqla, cəmi 95143 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. X2 Xidməti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsd ir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-325/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iş üzrə çəkilmiş mediasiya xərcləri iddiaçıya aid edilmiş, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 227 manat məbləğində pulun İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim Günay Abidova) b) Apellyasiya instansiyası məhkəməsində icraat

3. İddiaçı apellyasiya şikayəti verərək, qətnaməsini ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2043/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-325/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Azad İmanov, Məmməd Məmmədov) c) Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

7. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bununla belə, iddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, iddia tələbindən imtina etdiyini, iddiadan imtinanın hüquqi nəticələrinin ona aydın olduğunu bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. d) Kassasiya şikayətinə qarşı etiraz:

9. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası mülki prosessual qanunveri ciliyin yuxarıda sadalanan normalarına əsasən hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi və onun iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir.

11. İddiaçının iddiadan imtina etməsi barədə ərizəsinə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata MPM-in 261.0.4-cü maddəsinə uyğun olaraq xitam verilməlidir.

12. Məhkəmə kollegiyası iş üzrə icraata xitam verilməsi ilə yanaşı, onu da izah edir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

13. Yuxarıda göstərilənləri və MPM-in 417.1.5-ci maddəsini r əhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2043/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Böyük Britaniyanın “X1 Services LTD” Şirkətinin Filialına qarşı “əmək haqqının ödənilməsi və s.” tələblərinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar