Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2523/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment" tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli, 2(104)-3150/2019 nömrəli qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh sabit pul məbləğində hər ay 200 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1641/2019 saylı, 01 may 2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx xxxxxxx 1998-ci il tarixdən anadan olmuş İddiaçı saxlanması üçün 02.04.2019-cu il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutulub dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.(hakim Gündüz Şirinov) Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3150/2019 saylı, 16 avqust 2019-cu iltarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1641/2019 saylı, 01 may 2019-cu il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilərək, xx xxxxxxx 1998-ci il tarixdən anadan olmuş İddiaçı saxlanması üçünCavabdeh tutulmalı olan aylıq alimentin hər ay 90 (doxsan) manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi) Rəşad Mamedov, İspəndiyar Şəfiyev) İddiaçı İddiaçı və vəkili Nümayəndə kasasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.08.2019-cu il tarixli qətnaməsinin dəyişdirilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etmiş, cavabehin Rusiyada komme rsiya ilə məşğul olması, qazancının və daşınmaz əmlakalrının olmasını nəzərə almamışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də,tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı (kassatorun) kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansi yası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tələbində anadangəlmə ruhi xəstə olması, ömürlük ikinci qrup əlil olmaqla heç yerdə işləməməsini, cavabdehin onun atası olmasını, valideynlərinin boşanmasını, özünün ikinci qrup əmək qabiliyyətsiz olan anasının himayəsində yaşamasını, maddi durumu pis olsa da cavabdehin ona heç bir yardım etməməsini göstərmiş, tələbini Ailə Məcəlləsinin 80-ci maddəsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edib, cavabdehdən iddiaçının xeyrinə 150 manat aliment tutmuşdur. Barəsində şikayət verilən qətnamədən isə görünür ki, apellyasiya məhkəməsi iş materiallarına əsasən cavabdehin 150 manat alimenti ödəməyə imkan verən gəlirləri ilə bağlı mötəbər sübut olmamasını, iddiaçının özünün də i kinci qrup əlil kimi 130 manat pensiya almasını müəyyən edərək, qətnaməni alimentin miqdarı hissəsində dəyişdirmiş, 2019-cu ildə yaşayış minimumunun ölkə üzrə 180 manat olmasını nəzərə almaqla alimentin miqdarının yaşayış minimumunun yarısı qədər, yəni 90 manat təyin edilməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni də Ailə Məcəlləsinin 75, 80.1, 80.2-ci maddələri və “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanunla əsaslandrımışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddia tələbi yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan iddiaçının atasından aliment alınması barədədir. İddiaçının əmək qabiliyyətsiz, maddi yardıma ehtiyacı olan şəxs olması, cavabdehin də iddiaçının atası olması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı cavabdehin birinci instansiya məhkəməsinin təyin etdiyi miqdarda alimenti ödəməyə maddi imkanı olmasıdır. Apelyasiya məhkəməsi iş materiallarına əsasən cavabdehin 150 manat alimenti ödəməyə maddi imkanı olması halını müəyyən etməmişdir. Halbuki bu hissədə iddianı sübut etmək vəzifəsi Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq iddiaçının üzərinə düşürdü. Ailə Məcəlləsinin 80.2-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Göründüyü kimi, hazırki işin müəyyən edilmiş hallarına tətbiq edilməli olan Ailə Məcəlləsinin 80.2-ci maddəsi tərəflərin ailə və maddi vəziyyəti və diqqətəlayiq olan digər maraqlarını alimentin miqdarının müəyyən edilməsinin əsas meyarı kimi nəzərdə tutmuşdur. Buna görə də alimentin miqdarı müəyyən edilərkən həmçinin cavabdehin də tələb edilən alimenti ödəmək imkanı nəzərə alınmalıdır.Cavabdehin tələb edilən alimenti ödəmək imkanının olmasını isə iddiaçı sübut etməlidir. Apelyasiya instansiya məhkəməsi iddiaçının bu barədə sübut təqdim etməməsini müəyyən etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq, birinci instansiya məhkəməsinin qətnaməsini alimentin miqdarı hissəsində də yişməklə maddi hüquq normasını düzgün tətbiq və təfsir etmiş, sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bununla da müəyyən edilir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Kassasiya şikayətində istinad edilən digər dəlillər işin faktiki halları ilə əlaqəlidir. Qeyd edildiyi kimi apelyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmadığından, eləcə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə görə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı (kassatorun) kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı (kasatorun) kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli, 2(104)-3150/2019 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2523/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2523/2020
22.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver