Məhkəmə qərarları › İş №2(102)-2533/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2533/2020

18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2533/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh İKB ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Mə hkəməsinin (hakim C.Tağıyev) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Şirinov, hakimlər T.Səmədov və E.Kazımov) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməməsi, iddia ərizəsi və apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiy ası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixliqətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh İKB ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh İKB ASC və «xxxx» MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiya sı məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh İKB ASC və digərləri arasında xx.xx.2010-cu il tarixli xxx saylı sonrakı ipoteka müqaviləsi bağlanmış, İddiaçı məxsus qeyri-yaşayış binası xx.xx.2010-cu il tarixli xxx saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. So nradan bank qarşısında öhdəliklər icra edilmədiyindən müvafiq məhkəmə mübahisəsi olmuş, məhkəmə tərəfindən işə baxılaraq hüquqi qiymət verilmiş və tələb üzrə tutma mübahisə predmetinə aid olmayan digər əmlaka və hazırkı mübahisənin predmeti olan - İddiaçı ilə Cavabdeh İKB ASC və digərləri arasında bağlanmış xx.xx.2010-cu il tarixli xxx saylı sonrakı ipoteka müqaviləsi üzrə bank qarşısında ipoteka ilə yüklü edilmiş qeyriyaşayış binasına yönəldilməsi qət edilmişdir. Hazırda iddiaçı qeyd olunan ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün hazırkı iş üzrə heç bir qanuni əsas müəyyən edilməmişdir. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əs asən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında qeyd olunan ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Bu səbəbdən, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün qanuni əsaslar yoxdur, iddia tələbi əsassızdır, ona görə də təmin edilə bilməz. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hazırkı iddia tələbini rədd edərkən MM-nin 354.1-ci maddəsində təsbit olunmuş bir illik müddətin ötürülməsi, həmin müddətə iddia müddəti kimi istinad etməsi barədə mövqeyini aşağıda qeyd olunanlara əsasən əsassız hesab etmişdir. Birincisi, MM-nin 354-cü maddəsində təsbit olunmuş müddət iddia müddəti yox, kəsici müdddətdir, kəsici müddətin tətbiqi üçün isə hər hansı ərizənin verilməsinə ehtiyac yoxdur, məhkəmə öz vəzifəsinə görə maddi hüquq norması kimi həmin müddəti tətbiq etməlidir; İkincisi, iddia müddəti (kəsici müddətin özü də) yalnız və yalnız keçərli olan, başqa sözlə, əsaslı olan və buna görə də təmin edilməli olan iddia tələbinə tətbiq edilə bilər, lakin keçərli olmayan, yəni əsassız olan iddia tələbinə iddia müddəti tətbiq oluna bilməz, əsassız olan iddialar yalnız elə əsassız olmasına görə rədd edilməlidir. Hazırkı mülki iş üzrə İddiaçı tələbi, öz-özlüyündə keçərli deyil, əsassızdır, çünki onun mübahisələndirdiyi ipoteka müqavilələrinin etibarlılığı məsələsi qüvvədə olan məhkəmə aktları ilə yoxlanılaraq ona qiymət verilmişdir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv ed ilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar