Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2536/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 fevral 2023-cü il tarixli, 2(103)970/2023 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 27 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 15 may 2017-ci il tarixli, 3 7 saylı əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" ASC-nin “Sumqayıt” filialının “aparıcı sığorta əməliyyatçısı” vəzifəsinə işə qəbul edilmiş, tərəflər işçiyə hər ay müvafiq vergi məbləği və digər məcburi ödəniş məbləğləri daxil olmaqla 600 manat əmək haqqı ödənilməsi barədə razılığa gəlmişlər. 13 mart 2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, işçi İddiaçı aylıq əmək haqqının məbləği 320 manat müəyyən edilmişdir. Bildirişdən, həmçinin, “əvvəlki- 600 manat” qeydinin olduğu görünür. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 08 yanvar 2021-ci il tarixli, AS-k-21/09 saylı əmrdən görünür ki, “Sumqayıt” filialının “aparıcı sığorta əməliyyatçısı” İddiaçı ilə bağlanmış 15 may 2017-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci ma ddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) 08 yanvar 2021-ci il tarixdə xitam verilməsi, həmçinin, yekun hesablaşma aparılaraq, 15 may 2020-08 yanvar 2021-ci il tarixlərdə olan iş ili üçün 19 əsas məzuniyyət günlərinin haqqının ödənilməsi barədə əmr verilmiş və əmrin əsasının AS-K-20/236 saylı əmrə əsasən “Sumqayıt” filialında aparılmış yoxlamanın nəticələri barədə 07 yanvar 2021-ci il tarixli aktın olması göstərilmişdir. 08 yanvar 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı ilə bağlanmış 15 may 2017-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (“işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda”) xitam verilmişdir. 0358656 nömrəli əmək kitabçasında 08 yanvar 2021-ci il tarixdə edilmiş 12 nömrəli qeyddən görünür ki, 08 yanvar 2021-ci il tarixli, AS-k-21/09 saylı əmrə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72 “a” bəndinə) əmək vəzifələrinin kobud şəkildə pozulmasını nəzərə alıb əmək müqaviləsinə xitam verilmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, "xxxx" ASC-nin 08 yanvar 2021-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" ASC-nin “Sumqayıt” filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının "xx xx" ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərardadı ilə, borclu "xxxx" ASC-nin Nəsimi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi aşağıdakı qaydada təmin edilmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsinin məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsinə İddiaçı işdən çıxarıldığı vaxtdan bərpa olunduğu vaxtadək məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının (işdən azad olunanadək aldığı əmək haqqı miqdarında) "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməli olduğu kimi izah verilməsi və qətnamənin icrası ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. 01 fevral 2022-ci il tarixli, AS-K-2 2/18 saylı “AS-k-21/09 saylı əmrin ləğv edilməsi haqqında” əmrdən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsi əsas tutularaq, "xxxx" ASC-nin 08 yanvar 2021-ci il tarixli, AS-k-21/09 saylı əmri ləğv edilmiş, İddiaçı 01 fevral 2021-ci il tarixdən 4 ay 7 gün müddətinə 600 manat əmək haqqı ilə “Əcəmi” Filialının sığorta əməliyyatçısı vəzifəsinə bərpa edilmişdir. 01 fevral 2022-ci il tarixli, AS-K-22/20 saylı “AS-k-21/09 saylı əmrin ləğv edilməsi haqqında” əmrdən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsini əsas tutaraq, "xxxx" ASC-nin 08 yanvar 2021-ci il tarixli, AS-k-21/09 saylı əmri ləğv edilmiş, İddiaçı 01 fevral 2021-ci il tarixdən 4 ay 7 gün müddətinə 320 manat əmək haqqı ilə “Əcəmi” Filialının sığorta əməliyyatçısı vəzifəsin ə bərpa edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsinə əsasən 01 fevral 2022-ci il tarixli, AS-K-22/18 saylı əmrlə 08 yanvar 2021-ci il tarixli, AS-k-21/09 saylı əmr ləğv edilmişdir. "xxxx" ASC-nin 14 mart 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsinə əsasən "xxxx" ASC tərəfindən 2021-ci ilin yanvar-dekabr ayları və 2022-ci ilin yanvar ayı üzrə hesablanmış 3797,65 manat əmək haqqı İddiaçı hesabına köçürülmüşdür. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərardadının ləğv edilməsi və Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsinə izah verilməsi barədə borclu "xxxx" ASC tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 17 iyun 2022-ci il tarixli, AS-k-22/14 saylı əmrdən görünür ki, cavabdehin “Əcəmi” filialının aparıcı sığorta əməliyyatçısı İddiaçı ilə bağlanmış 15 may 2017-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2(b) bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 17 iyun 2022-ci il tarixdə xitam verilmişdir. İddiaçı 13 iyun 2022-ci ildən 15 iyun 2022-ci il tarixədək, 15 iyun 2022-ci ildən 18 iyun 2022-ci il tarixədək, 19 iyun 2022-ci ildən 22 iyun 2022-ci il tarixədək, 23 iyun 2022-ci ildən 24 iyun 2022-ci il tarixədək işdən azad edilmiş, işə başlamalı olduğu tarix 25 iyun 2022-ci il qeyd edilmişdir. Bakı şə həri, 9 saylı Mediasiya Təşkilatının 26 iyun 2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışından görünür ki, "xxxx" ASC ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" ASC-nə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirlməsi barədə” ərizələr ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında 15 may 2017-ci il tarixdə bağlanmış 37 saylı “əmək müqaviləsinin” “işçiyə hər ay müvafiq vergi məbləği və digər məcburi ödəniş məbləği daxil olmaqla 600 manat əmək haqqı ödənilir” məzmunundakı 4.1.1-ci bəndinin həmin əmək müqaviləsinin bağlandığı 15 may 2017-ci ildən 2022-ci ilin iyun ayına qədər dəyişdirilmə dən qüvvəsində qaldığının hesab edilməsi; cavabdehdən 2019-cu ilin mart ayından 2022-ci ilin iyun ayına qədər 39 ay ərzində hər ay iddiaçının əmək haqqından qanunsuz olaraq kəsdiyi 280 manat, cəmi 10.920 manat əmək haqqının, həmin məbləğin ödənilməsinin cavabdehin təqsiri üzündən gecikdirildiyindən hər gecikdirilmiş gün üçün 1 faiz məbləğində ödənc olan cəmi 20.000 manatın, iddia ərizəsinin məhkəməyə verilməsi üçün aldığı hüququ yardıma görə çəkdiyi xərcin əvəzi olaraq 300 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün mediasiyaya çəkdiyi xərcin əvəzi olaraq 50 manat, cəmi ümumilikdə 31.270 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdehin “Sumqayıt” filialında aparı cı sığorta əməliyyatçısı vəzifəsində işləmişdir. Tərəflər arasında bağlanmış “əmək müqaviləsinə” əsasən iddiaçının aylıq əmək haqqı 600 manat müəyyən edilmişdir. 2019cu ilin mart ayında cavabdeh, əmək qanunvericiliyinin tələbləri pozulmaqla, bir tərəfli qaydada iddiaçının əmək haqqısını 280 manat azaltmışdır. İddiaçı ilk vaxtlar bunun yanlışlıq olduğunu hesab etmiş və vəziyyəti cavabdehə bildirməmişdir. İddiaçı bu məsələnin hər ay davamlı hal almağa başladığını gördükdə vəziyyəti və narazılığını cavabdehin İdarə Heyətinin sədr müavini vəzifəsində işləyən və komanda rəhbəri olan (hazırda artıq vəfat etmiş) X şifahi şəkildə bildirmişdir. X iddiaçıya cavabdehin maliyyə durumunun çox ağır olduğunu bildirmiş və vəziyyət düzələn kimi iddiaçının ödənməyən əmək haqqının ödəniləcəyini qeyd etmişdir. Amma aylar keçsə də, iddiaçının əmək haqqı yenə də 320 manat hesablanmışdır. Cavabdeh isə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddiaçının 15 may 2017-ci ildən 17 iyun 2022-ci il tarixədək cavabdehin “Sumqayıt” və “Əcəmi” filiallarında aparıcı sığorta əməliyyatçısı vəzifələrində çalışdığını bildirmişdir. 13 mart 2019cu il tarixdə 15 may 2017-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilərək, iddiaçının əmək haqqısı 320 manat olmuşdur. Müqaviləyə dəyişikliklə bağlı məlumat “əmək müqavilələrinin elektron informasiya sisteminə” daxil edilmişdir. Əmək müqaviləsinin bildirişi “elektron məhkəmə portalına” əlavə edilib. Tərəflər arasında bağlanmış 15 may 2017-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (AR Əmək Məcəlləsinin 72-ci maddəsi nin “a” bəndində sadalanan hal) 08 yanvar 2021-ci il tarixdə xitam verilmişdir. Bundan sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürənin 08 yanvar 2021-ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, işəgötürənin 08 yanvar 2021-ci il tarixli əmrinin ləğv edilərək, iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının, habelə 290 manat vəkil xərcinin tutularaq iddiaçının hesabına köçürülməsi qət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsi cavabdeh tərəfindən tam icra olunmuş, tərəflər arasında bağlanmış 15 may 2017-ci il tarixli əmək müqaviləsi 01 fevral 2021-ci il tarixli, AS-K-22/20 saylı əmrlə bərpa olunmuş və iddiaçının bank hesabına əmək haqqı hesablanaraq 3797,65 manat pul vəsaiti ödənilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 31270 manat pul vəsaitinin iddiaçının xeyrinə cavabdehdən tutulmasına dair qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində narazılığını İdarə Heyətinin sədr müavini vəzifəsində çalışan və komanda rəhbəri olan Qoşqar Həsənova şifahi şəkildə bildirdiyini və əvəzində sonuncunun ona şirkətin maliyyə durumunun çox ağır olmasını, vəziyyət düzələn kimi onun ödənməyən (qalan) maaşının qəpiyinə kimi ödəniləcəyini bildirmişdir. Lakin, “elektron məhkəmə” portalına əlavə edilmiş sənədlərə nəzər yetirdikdə bu halı təsdiq edən hər hansı bir sübutun olmadığı görü nür. Tərəflər arasında bağlanmış 15 may 2017-ci il tarixli əmək müqaviləsinə dəyişiklik 13 mart 2019-cu ildə olmuş və həmin əmək müqaviləsinə 08 yanvar 2021-ci ildə xitam verilmişdir. Göründüyü kimi, iddiaçı 22 ay 320 manat əmək haqqı almış, bununla bağlı narazılığını rəsmi olaraq nə cavabdehə, nə də səlahiyyətli dövlət orqanlarına bildirməmişdir. Əmək Məcəlləsində pul və digər tələblərlə bağlı iddia tələbi üçün nəzərdə tutulmuş 1 il prosessual müddəti imperativ haldır. İddiaçı hüquqlarının pozulduğunu ən yaxşı halda 31 mart 2019-cu il tarixdə əmək haqqının kart hesabına köçürülməsi ilə müəyyən etmiş olmalı idi. Əmək Məcəlləsinin 296.4-cü maddəsi nəzərə alınsa, iddia tələbi üçün müddət 31 mart 2020-ci il tarixdə başa çatmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il ta rixli, e-2(006)3413/2022 saylı qətnaməsi ilə (hakim G.Abidova) iddia təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı 21 ay müddətində 320 manat əmək haqqı ilə işləyəndən sonra yalnız 03 dekabr 2020-ci il tarixdən etibarən bu məsələni müvafiq qaydada dövlət orqanlarına şikayətlər ünvanlamaqla mübahisələndirmişdir. Bütün bunlardan sonra iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi məhkəmə tərəfindən hüquqdan sui-istifadə kimi qiymətləndirilir. Bundan başqa, iddiaçı 22 ay 320 manat əmək haqqı almış, bununla bağlı narazılığını rəsmi olaraq nə cavabdehə, nə də səlahiyyətli dövlət orqanlarına bildirməmişdir. Əmək Məcəlləsində pul və digər tələblərlə bağlı iddia tələbi üçün nəzərdə tutulmuş 1 il prosessual müddəti imperativ haldır. İddiaçı hüquqlarının pozulduğunu ən yaxşı halda 31 mart 2019-cu il tarixdə əmək haqqının kart hesabına köçürülməsi ilə müəyyən etmiş olmalı idi. Əmək Məcəlləsinin 296.4-cü maddəsi nəzərə alınsa, iddia tələbi üçün müddət 31 mart 2020-ci il tarixdə başa çatmışdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 24.3-cü maddəsinə, Mülki Məcəllənin 357-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 76, 77.1, 88, 104.1, 107, 119.1, 124.2-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu olan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işə əlavə edilmiş sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, tərəflər arasında yazılı qaydada bağlanmış “əmək müqaviləsinə” dəyişiklik müqavilə tərələrin razılığı əsasında və yazılı qaydada ola bilər. Lakin o, belə bir dəyişikliyə razılıq verməmişdir. Onun susmasının razılıq kimi qəbul edilməsi yolverilməzdir. İddiaçı hüququnun pozulduğundan əmin olduqdan dərhal sonra şikayət etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 fevral 2023-cü il tarixli, 2(103)970/2023 saylı qətnaməsi ilə (hakimlər M.Məmməd sədrlik edən, məruzəçi, C.Musayeva və R.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Ba kı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq, iddia təmin edilməmişdir. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə sübutetmə yükünü daşıyan cavabdeh sübut etməlidir ki, onunla bağlanmış “əmək müqaviləsinə” dəyişiklik barədə iddiaçı ilə razılığa gəlmiş və iddiaçı ilə “əmək müqaviləsinə dəyişiklik barədə” müqavilə bağlanmışdır. Lakin cavabdeh, “əmək müqaviləsinə dəyişiklik barədə” müqaviləni məhkəmələrə təqdim etməmişdir, baxmayaraq ki, məhkəmə tərəfindən cavabdehin nümayəndəsinə tapşırıq vermişdir ki, tərəflər arasında bağlanmış “razılaşma” və ya həmin “razılaşmanın” hansı səbəbdən hazırda cavabdehdə olmaması barədə sonuncunun rəsmi arayışı (yazılı izahatı) məhkəməyə təqdim edilsin. Qeyd edilənlərə ə sasən hesab edilməlidir ki, iddiaçının əmək haqqının dəyişdirilməsi ilə tərəflər arasında “əmək müqaviləsinə dəyişiklik barədə” müqavilə bağlanmamışdır. Cavabdehin başqa mövqeyi ondan ibarət olmuşdur ki, iddia əsassızdır, çünki əmək haqqının məbləğinin azaldılması barədə iddiaçı narazılığını bildirməmişdir. Məhkəmə cavabdehin bu dəlilini də, əsassız hesab etmişdir. Belə ki, işçinin susmağı ilə onun əmək haqqısının məbləğinin azaldılması Əmək Məcəlləsində nəzərdə tutulmamışdır. Beləliklə də, apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, iddia tələbi əsaslıdır; birinci instansiya məhkəməsi bu tələbi əsassız hesab etməklə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə, iddia tələbini əsaslı hesab etsə də belə nəticəyə gəlmişdir ki, iddia təmin edilə bilməz. Belə ki, işə birinci instansiya məhkəməsində baxılan zaman cavabdeh iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsini birinci instansiya məhkəməsindən xahiş etmişdir. Nəzərə alınsa ki, iddiaçı, qanunsuz olaraq azaldılmış əmək haqqını 2019-cu ilin mart ayının sonunda, aprel ayının əvvəlində almış və bununla da, hüququnun pozulduğunu həmin vaxtdan aşkar etməsinə baxmayaraq o, 1 illik müddəti ötürməklə 21 iyun 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü hazırki iddia, iddia müddətinin üzürlü səbəb olmadan ötürülməsi əsası ilə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddianın yuxarıda qeyd edilən hissəsi təmin edilmədiyindən iddiaçının “əmək haqqının ödənilməsinin gecikdirilmiş hər gün üçün 1 faiz məbləğində ödəncin tutulması barədə” tələbi də, təmin edilə bilməz. Məhkəmə kollegiyası hüquqi mövqeyini Əmək Məcəlləsinin 296-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçının hüquqlarını pozan hissədə ləğv edilməsi və həmin hissədə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi, iddiaçının iddia tələbi təmin edilməsi, bu mümkün olmasa, məhkəmə işi yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin məhkəməyə 2022-ci ilin avqust ayında verildiyi faktdır, hal hazırda isə 2023-cü ilin aprel ayıdır. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə qəbul edilməzdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbi ilə bağlı həmin 5.040 manat və hər gecikdirilmiş gün üçün 1 faiz ödənc ( dəbbə pulu) tələbi ilə bağlı gəldiyi nəticə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndini və digər normalarını, digər qanunvericilik aktlarını pozub. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və hər hansı pr osessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 fevral 2023-cü iltarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
296. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İşə götürən bu Məcəllə iləmüəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. M əhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən ed ilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarıda tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında 15 may 2017-ci il tarixdə 37 saylı əmək müqaviləsi bağlanmış, iddiaçı cavabdehin “Sumqayıt” filialına “aparıcı sığorta əməliyyatçısı” vəzifəsinə işə qəbul edilmiş və iddiaçıya 600 manat əmək haqqının ödənilməsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən 13 mart 2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildiriş indən görünür ki, iddiaçının aylıq əmək haqqının məbləği 320 manat müəyyən edilmişdir. Hazırda cavabdeh bildirir ki, əmək haqqının məbləğinin azaldılması ilə bağlı onunla iddiaçı arasında “əmək müqaviləsinə dəyişiklik barədə” yazılı qaydada müqavilə bağlanmışdır. İddiaçı isə bildirir ki, onunla cavabdeh arasında “əmək müqaviləsinə dəyişiklik barədə” müqavilə (“razılaşma”) bağlanmamış, o, əmək haqqının məbləğinin azaldılması ilə bağlı ümumiyyətlə nə yazılı, nə də ki, şifahi razılıq verməmişdir. Göstərilənləri nəzərə alaraq Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz (maddə 43; bənd 4). Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər (maddə 46; bənd 6.). Bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şə raitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir (maddə 82). MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini hazırki əmək mübahisəsinə tətbiq edib, işin hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, hazırki iş üzrə sübutetmə yükünü daşıyan cavabdeh sübut etməlidir ki, iddiaçı ilə arasında bağlanmış “əmək müqaviləsinə” dəyişiklik edilməsi barədə onunla razılığa gəlmiş və iddiaçı ilə aralarında “əmək müqaviləsinə dəyişiklik edilməsi barədə” müqavilə bağlanmışdır. Lakin cavabdeh, “əmək müqaviləsinə dəyişiklik edilməsi barədə” müqaviləni nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir, baxmayaraq ki, Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinə tapşırıq vermişdir ki, iddiaçı ilə aralarında bağlanmış “razılaşma” və ya həmin “razılaşmanın” hansı səbəbdən hazırda cavabdehdə olmamasına dair müvafiq arayışı məhkəməyə təqdim etsin. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının əmək haqqının dəyişdirilməsi ilə bağlı tərəflər arasında “əmək müqaviləsinə dəyişiklik edilməsi barədə” müqavilə bağlanmamışdır. Cavabdeh in digər mövqeyi ondan ibarətdir ki, iddia əsassızdır, çünki əmək haqqının məbləğinin azaldılması barədə iddiaçı narazılığını bildirməmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini də, əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçının susması da onun əmək haqqının məbləğinin azaldılması üçün əsas ola bilməz və belə bir əsas ümumiyyətlə Əmək Məcəlləsində nəzərdə tutulmamışdır. Beləliklə də, apellyasiya instansiyası məhkəməsi, apellyasiya baxışının nəticəsi olaraq müəyyən etmişdir ki, iddia əsaslıdır və birinci instansiya məhkəməsi bu tələbi əsassız hesab etməklə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. MPM-nin 385-ci maddəsinin tələbinə görə isə, qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası, iddia tələbini əsaslı hesab etsə də haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilə bilməz. Belə ki, işə birinci instansiya məhkəməsində baxılan zaman cavabdeh iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsini birinci instansiya məhkəməsindən xahiş etmişdir. Məhkəmə kollegiyası, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, Əmək Məcəlləsinin 296-ci maddəsinin tələbinin mənasına görə, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri iləəlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatın a və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri iləəlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Nəzərə alınsa ki, iddiaçı, qanunsuz olaraq azaldılmış əmək haqqını 2019-cu ilin mart ayının sonunda, aprel ayının əvvəlində almış və bununla da, hüququnun pozulduğunu həmin vaxtdan aşkar etməsinə baxmayaraq o, 1 illik müddəti ötürməklə 21 iyun 2022-ci il tarixdə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddiaçı, iddia müddətinin onun tərəfindən üzrlü səbəbdən ötürülməsi barədə mövqeyini yuxarıda qeyd edilənlər ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, Əmək Məcəlləsinin 296cı maddəsinin 6-cı hissəsinin tələbinə görə, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin maddənin göstərişinə əsasən, “yaxın qohum” dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bac ıları başa düşülməlidir. İddiaçının ilk olaraq mübahisənin məhkəmədən kənar həll edilməsi üçün cavabdehin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışmış və həm də komanda rəhbəri olmuş (hazırda vəfat etmiş) X müraciət etməsi iddia müddətinin axımının dayandırılmasına səbəb olmamış və həmin hallar üzrlü hesab edilə bilməz. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə kollegiyası düzgün olaraq qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü hazırki iddia, iddia müddətinin üzürlü səbəb olmadan ötürülməsi əsası ilə təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddianın yuxarıda qeyd edilən hissəsi təmin edilmədiyindən, iddiaçının “əmək haqqının ödənilməsinin gecikdirilmiş hər gün üçün 1 faiz məbləğində ödəncin tutulması barədə” tələbi də, təmin edilə bilməz. Bundan başqa Məhkəmə kollegiyası haqlı olaraq qeyd etmişdir ki, iddia təmin edilmədiyindən iddiaçının mediasiya təşkilatına və iddia ərizəsinin məhkəməyə verilməsi üçün aldığı hüququ yardıma görə çəkdiyi xərclər də onun özünə aid edilməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Resp ublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 fevral 2023-cü il tarixli, 2(103)-970/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.