Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2537/2020 19.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, cavabdeh “xxxx” ASC-nin vəkili Abdullayev Fərid Kazım oğlunun iştirakı ilə, cavabdeh “xxxx” ASC-nin və vəkili Abdullayev Fərid Kazım oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli, 2(103)-13521/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(0 06)-2845/2019 saylı, 01 iyul 2019cu il tarixli qətnaməsi ilə (sədrlik edən C.C.Musayeva) İddiaçı cavabdeh "Cavabdeh" İKB ASC-yə (“xxxx” ASC) qarşı hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka predmetinin yüklülükdən azad edilməsi və s. tələbinə dair iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İKB ASC ilə “xxxx” MMC arasında 08.12.2017-ci il tarixli, 106/4 saylı “Hərracın yekunları barədə” protokolun və eyni tarixli “Hərracın yekunları üzrə alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, Cavabdeh İKB ASC ilə İddiaçı arasında bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin 54 saylı mənzilinin üzərindəki ipotekaya xitam verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilm işdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli, 2(103)-13521/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi A.N.İmanov, A.Q.Hüseynov və V.N.Sadıqov) Cavabdeh İKB ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2845/2019 saylı 01 iyul 2019-cu il tarixli qətnaməsi Cavabdeh İKB ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh "Cavabdeh" İKB ASC-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh" İKB ASC ilə onun arasında bağlanmış, 25 dekabr 2007-ci il tarixli RBB (İ) 039 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "Cavabdeh" İKB ASC ilə onun arasında 25 dekabr 2007-ci ildə bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 11, 54 saylı mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri 1 saylı Ərazi İdarəsi tərəfindən bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydlər aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi X2 və vəkili Vəkil iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerlə şən 11 saylı evin 54 saylı mənzilinin əldə edilməsinə dair "Cavabdeh" İKB ASC ilə “xxxx” MMC arasında bağlanmış 08.12.2017-ci il tarixli, 106/4 saylı “Hərracın yekunları barədə” protokol və eyni tarixli “Hərracın yekunları barədə” əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 11 saylı evin 5 saylı mənzilinə dair "Cavabdeh" İKB ASC-nin ipotekasına xitam verilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində bu barədə müvafiq qeydlərin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "Cavabdeh" İKB ASC arasında 25 dek abr 2007-ci il tarixdə alqı-satqı və ipoteka müqaviləsi bağlanmış, 2 otaqlı ümumi sahəsi 77.5 kv.m., o cümlədən yaşayış sahəsi 57.5 kv.m., köməkçi sahəsi 20 kv.m. olan ünvan 4a yerləşən mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Mübahisəli mənzil 01 dekabr 2011-ci ildə “xxxx” MMC-də hərraca çıxarılmış, lakin alıcı olmadığından satılmamışdır, həmin tarixdə banka ipoteka predmetini alma barədə təklif olunmuş, lakin bank əmlakı balansına götürməmişdir. Hərrac təşkilatçısı “xxxx” MMC ilə bank arasında Hərracın yekunları barədə protokol bağlanmamış və Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq ipotekaya xitam verilməsinə əsas yaradır. İlkin və təkrar hərrac maneəsiz şəkildə keçirilmiş, yəni tələbkarın və ya sifarişçinin hərracın da yandırılması barədə Hərrac təşkilatçısından heç bir tələbləri olmamışdır. Hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində isə hərracın dayandırılmasından belə söhbət gedə bilməz. Belə ki, həmin müddət ərzində heç bir hərrac keçirilmir və tərəflər arasında müvafiq protokol bağlanması üçün nəzərdə tutulmuş müddətdir. Bundan sonra bank (tələbkar) əmlakın qiymətini məhkəmə qaydasında mübahisələndirmiş və Hərracın yekunları barədə müvafiq protokolda da qeyd edildiyi kimi "xxxx" MMC tərəfindən verilmiş 31.07.2015-ci il tarixli, 15/704 saylı hesabata əsasən qeyd edilən mənzilin qiyməti 125.000 manat məbləğində müəyyən edilmişdir. Nəsimi rayon İcra şöbəsi ipoteka Haqqında Qanunun tələblərinə zidd olaraq mənzilin açıq hərracdan satılması üçün ikinci dəfə "X3" MMC-yə sifariş vermiş və nəticədə əmlak bank tərəfindən əldə edilmişdir. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh “xxxx” ASC həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları C avabdeh “xxxx” ASC və vəkili Abdullayev Fərid Kazım oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, Cavabdeh İKB ASC ilə İddiaçı arasında bağlanmış 25 dekabr 2007-ci il tarixli, RBB(İ)039 saylı kredit müqaviləsinə əsasən illik 16 faiz olmaqla 156 ay müddətinə 173.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin tə minatı olaraq İddiaçı məxsus olan Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 54 saylı mənzil Cavabdeh İKB ASC-nin xeyrinə 25 dekabr 2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Müəyyən müddətdən sonra, iddiaçı tərəfindən kredit borcu ödənilmədiyindən, bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2010-cu il tarixli, 2(006)-2273/2010 saylı qətnaməsi ilə iddia təmin edilərək, ümumilikdə 215.780 ABŞ dolları pul məbləğində pulun Cavabdeh” İKB ASC-nin xeyrinə tutulması və X4 məxsus ipoteka ilə yüklü edilmiş Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 54 saylı mənzilinə yönəldilməsi qət edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi ipoteka ilə yüklü edilmiş və Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə tutmanının yönəldiyi Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin 54 nömrəli mənzil 08 dekabr 2017-ci il tarixdə Cavabdeh Banka açıq hərracda satılmışdır. Həmin mənzilin hərrac vasitəsi ilə satılmasından İddiaçı məlumatı olmuşdur və iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Bundan başqa, iddia müddətinin axımı 2017-ci il tarixdən deyil 2011-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə 2011-ci il tarixdə keçirilmiş hərracı nəzərə alaraq, bank ilə iddiaçı arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, bankın iddia ərizəsi üzrə qəbul edilmiş 2010-cu il tarixli qətnamə üzrə aparılmış bütün icra hərəkətlərindən İddiaçı məlumatı olmuşdur. Bu da onunla öz təsdiqini tapır ki, iş materilarında o lan və məhkəmə qətnaməsində göstərilən müxtəlif məhkəmə mübahisələri olmuş və həmin mübahisələrə dair məhkəmə qərarları vardır. Odur ki, iddiaçı Ş Babayevanın 2011-ci il tarixdən icra vərəqəsi üzrə aparılmış bütün hərəkət və hərəkətsizlikdən məlumatı olmuş lakin ipoteka müqaviləsinə xitam verilməsi və digər tələbləri ilə əlaqədar iddia tələbi ilə bağlı məhkəməyə vaxtında müraciət etməmişdir Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin vəkili Abdullayev Fərid Kazım oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən mə hkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdeh “xxxx” ASC-nin vəkili Abdullayev Fərid Kazım oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apellyasiya şikayətinin təmin edilməməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıda müəyyən olunmuş halları üzr ə əsaslandırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-270/2010 nömrəli, 26.01.2010-cu il tarixli icra vərəqəsinə əsasən iddiaçı "Cavabdeh" İKB ilə cavabdeh İddiaçı arasında bağlanmış 25 dekabr 2007-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdeh İddiaçı əsas borc 169.246 ABŞ dolları, faiz borc 24.744 ABŞ dollarının və cərimə borc 21.790 ABŞ dolları, cəmi 215.780 ABŞ dolları borc, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulmalı, cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 11-də yerləşən, 54 saylı mənzil açıq hərracdan satılmalı və satışdan əldə ediləcək vəsait hesabına iddiaçı "Cavabdeh" İKB-nə borc ödənilməlidir. “xxxx” MMC tərəfindən 18.08.2011-ci və 20.09.2011-ci il tarixlərində tələbkar "Cavabdeh" İ KB ASC və borclu İddiaçı ünvanlanmış bildirişlərdən görünür ki, ünvan 4a yerləşən əmlak satılmaq üçün açıq hərraca çıxarılmışdır. “xxxx” MMC hərracın baş tutmaması barədə 15.09.2011-ci il tarixli, 2149 saylı və 19.10.2011-ci il tarixli, 2300 saylı protokollardandan görünür ki, ünvan 4a yerləşən mənzilin hərrac iştirakçısı olmaması səbəbindən hərracı baş tutmamışdır. “xxxx” MMC tərəfindən "Cavabdeh" İKB-nin rəhbərliyinə ünvanlanmış 01.12.2011-ci il tarixli, 11048 saylı ipoteka predmetini alma barədə təklifə əsasən kreditora borcu olan şəxslərin göstərilən əmlakları Hərracda satılmadığına görə həmin əmlakları almaq təklif olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci və 597-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan alıcı qismində çıxış etdiyi üçün hərrac təşkilatına xidmət haq qı ödəməlidir. Əmlakı almadığı halda ipotekaya xitam verilir. Təkliflər arasında İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 11, mənzil 54-ün ilkin satış qiyməti 232.500 manat, təklif qiyməti isə 148.218 manat məbləğində qeyd edilərək göstərilmişdir. “xxxx” MMC tərəfindən tərəfindən Nəsimi rayon İcra Şöbəsinin rəisi N.Nərimanova ünvanlanmış 28.12.2012-ci il tarixli, 16334 saylı məktuba əsasən Hərrac Mərkəzi tərəfindən keçirilən hərraclar zamanı əmlaklar satılmamışdır. Buna görə qanunvericiliyə uyğun qərar qəbul etmək üçün işlər geri qaytarılmışdır. 31.07.2015-ci il tarixli 15-704 saylı “Əmlakın Qiymətləndirilməsinin Nəticələri Haqqında” Hesabatdan görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin, 54 saylı mənzilinin bugünkü günə qiym ətini müəyyən etmək üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmənin nəticəsi olaraq sözügedən mənzilin qiyməti 125.000 manat təşkil etmişdir. “xxxx” MMC tərəfindən 19.10.2015-ci il tarixində tələbkar "Cavabdeh" İKB ASC və borclu İddiaçı ünvanlanmış bildirişdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 11, mənzil 54 əmlak satılmaq üçün açıq hərraca çıxarılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1473/2016 saylı, 06 aprel 2016-cı il tarixli qəradadından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin 54 saylı mənzilinin 2015-ci ilin iyul ayına olan və hazırki vaxta bazar qiymətlərinin müəyyən edilməsi qərara alınmışdır. “xxxx” MMC tərəfindən Nəsimi rayon İcra Şöbəsinin rəisi N.Nərimanova ünvanlanmış 10.07.2017-ci il tarixli, 33 57 saylı məktuba əsasən Nəsimi İcra Şöbəsinin sifarişləri üzrə hərraclar “xxxx” MMC tərəfindən keçirildiyi üçün borclu İddiaçı məxsus əmlak (Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 11, mənzil 54) icra olunmadan Nəsimi İcra şöbəsinə geri qaytarılmışdır. “X3” MMC tərəfindən 30.08.2017-ci il və 11.10.2017-ci il tarixlərində “Açıq hərracın keçirilməsinə dair” bildirişlərdən görünür ki, ünvan 4a yerləşən əmlak satılmaq üçün açıq hərraca çıxarılmışdır. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İcra Şöbəsinə ünvanlanmış 25.10.2017-ci il tarixli ərizəsindən görünür ki, iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edildiyindən, ekspert rəyi alınanadək hərracın təxirə salınmasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. “X3” MMC hərracın baş tutmaması barədə 29.09.2017-ci i l tarixli və 10.11.2017-ci il tarixli protokollardan görünür ki, ünvan 4a yerləşən mənzilin hərrac iştirakçısı olmaması səbəbindən hərracı baş tutmamışdır. “X3” MMC tərəfindən "Cavabdeh" İKB-nin rəhbərliyinə ünvanlanmış 21.11.2017-ci il tarixli, 970 saylı ipoteka predmetini alma barədə təklifə əsasən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 11, 54 saylı mənzilinin 30 təqvim günü ərzində əldə edilməsi ilə əlaqədar münasibətini bidirməyi kreditora təklif olunub. “Hərracın yekunları barədə” 08 dekabr 2017-ci il tarixli, 106/4 nömrəli protokoldan görünür ki, ipoteka predmeti (ilkin qiyməti 125.000 manat, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən 15 % endirimlə 106.250 manat, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci mad dəsinə əsasən 25 % aşağı olan qiyməti 79.687,50 manat) alıcı "Cavabdeh" İKB ASC tərəfindən əldə edilmişdir. “Sifarişçi” “X3” MMC ilə “Alıcı” "Cavabdeh" İKB ASC arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 08.12.2017-ci il tarixli müqaviləyə əsasən “Alıcı” Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 11-də yerləşən 54 saylı mənzili 79.687,50 manata (təkrar hərracdakı satış qiymətindən 25% aşağı) əldə etmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-8069/2017 saylı, 13 dekabr 2017-ci il tarixli iddianın təmin etmə tədbirinin tətbiq olunması haqqında qərardadından görünür ki, İddiaçı ərizəsi təmin edilmiş, ünvan 4a yerləşən mənzilin üzərinə həbsin qoyulması və həmin mənzil üzrə cavabdeh “X3” MMC-yə və üçüncü şəxslər Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə və "Cavabdeh" İKB ASC-yə hər hansı hərəkətlərin edilməsi qadağan edilməsi qərara alınmışdır. “X3” MMC tərəfindən 25.12.2017-ci il tarixdə Nərimanov rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Zaur Həmzəyevə ünvanlanmış məktuba əsasən ünvan 4a yerləşən mənzilin satışı Nərimanov rayon İcra Şöbəsinin 19 dekabr 2017-ci il tarixli 17/69-351949-6 saylı məktubuna əsasən müvəqqəti dayandırılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)270/2010 saylı, 26 yanvar 2010-cu il tarixli qanuni qüvvəsini almış qətnaməsi 21.09.2010cu il tarixdə icraya yönədilmişdir. Həmin icra sənədi 28.09.2010-cu il tarixdə Nəsimi rayon İcra Şöbəsinə daxil olmuş və icra hərəkətlərinə başlanılmışdır. Qeyd edilən icra sənədi əsasında cavabdeh İddiaçı Cavabdeh İKB-nin xeyrinə ümumilikdə 215.780 (iki yüz on beş min yeddi yüz səksən) ABŞ dolları kredit borcu və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 11-də yerləşən, 54 saylı mənzilin açıq hərracdan satılması ilə bağlı dəfələrlə hərraclar təyin edilmişdir. Belə ki, ilk olaraq Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-270/10 saylı, 26.01.2010-cu il tarixli icra vərəqəsi əsasında “xxxx” MMC hərrac keçirmiş, lakin 15.09.2011-ci il və 19.10.2011-ci il tarixlərdə ünvan 4a yerləşən mənzilin hərrac iştirakçısı olmaması səbəbindən hərraclar baş tutmamış, qeyd edilən tarixlərdə müvafiq olaraq 2149 saylı və 2300 saylı protokollar tərtib edilmişdir. Həmçinin də, “xxxx” MMC tərəfindən "Cavabdeh" İKB-nin rəhbərliyinə ünvanlanmış 01.12.2011- ci il tarixli, 11048 saylı «ipoteka predmetini alma barədə təklif»ə əsasən kreditora borcu olan şəxslərin aşağıda göstərilən əmlakları Hərracda satılmadığına görə həmin əmlakları almaq təklif olunmuş, əmlakı almadığı halda ipotekaya xitam verilməsi qeyd edilmişdir. İş materiallarından görünür ki, "Cavabdeh" İKB ASC tərəfindən Nəsimi Rayon Məhkəməsinə «icra sənədinin yenidən icraya yönəldilməsi haqqında» ərizə ilə müraciət edilərək «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən Nəsimi Rayon Məhkəməsinin 28.09.2010-cu il tarixli, 2(006)-270/10 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin yenidən icraya yönəldilməsi xahiş edilmiş, ərizənin əsası kimi tərəflər arasında borcun ödənilməsi ilə bağlı əldə olunmuş razılığa əsasən «İcra haqqında» Azərbaycan Respubli kası Qanununun 23.1.5-ci maddəsinin tələbinə uyğun olaraq icra sənədinin müvafiq məhkəməyə qaytarılması, İddiaçı əldə olunmuş razılığı yenidən pozaraq öhdəliyi lazımınca yerinə yetirməməsi, ona görə də məhkəmənin 28.09.2010-cu il tarixli, 2(006)-270/10 saylı qətnaməsinin məcburi qaydada icra olunması zərurətinin yaranması göstərilmişdir. Nəsimi Rayon Məhkəməsinin 27.04.2015-ci il tarixli məktubu ilə 26 yanvar 2010-cu il tarixli, 2(006)-270/10 saylı qətnaməsi icra olunması üçün icra vərəqəsini yenidən icra edilməsi üçün həmin şöbəyə göndərilmiş, icra sənədi 30.04.2015-ci il tarixdə şöbənin icraatına götürülmüş, 04.06.2015ci il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin, 54 saylı mənzilinin bugünkü günə qiymətini müəyyən etmə k üçün qiymətləndirmə işi həyata keçirilərək sözügedən əmlakın qiymətinin 125.000 manat təşkil etməsinə dair 31.07.2015- ci il tarixli 15-704 saylı “Əmlakın Qiymətləndirilməsinin Nəticələri Haqqında” Hesabat təqdim edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən 19.10.2015-ci il tarixində tələbkar "Cavabdeh" İKB ASC və borclu İddiaçı ünvanlanmış bildirişdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 11, mənzil 54 əmlak satılmaq üçün açıq hərraca çıxarılmış, lakin tərəflərindən Nəsimi rayon İcra Şöbəsinin rəisi N.Nərimanova ünvanlanmış 10.07.2017-ci il tarixli, 3357 saylı məktuba əsasən Nəsimi İcra Şöbəsinin sifarişləri üzrə hərraclar “xxxx” MMC tərəfindən keçirildiyi üçün borclu İddiaçı məxsus əmlak (Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 11, mənzil 54) icra olunmadan Nəsimi İcra Şöbəsinə geri qaytarılmışdır. “X3” MMC tərəfindən 30.08.2017-ci il və 11.10.2017-ci il tarixlərində “Açıq hərracın keçirilməsinə dair” bildirişlərdən görünür ki, ünvan 4a yerləşən əmlak satılmaq üçün açıq hərraca çıxarılmış, “Sifarişçi” “X3” MMC ilə “Alıcı” "Cavabdeh" İKB ASC arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə” 08.12.2017-ci il tarixli müqaviləyə əsasən “Alıcı” Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 11-də yerləşən 54 saylı mənzili 79.687,50 manata (təkrar hərracdakı satış qiymətindən 25% aşağı) əldə etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam ver ilir. Həmin Qanunun 44-cü maddəsinə görə bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» 28 oktyabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərz ində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Həmin Qərarda qeyd olunmuşdur ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. «İpoteka haqqında» Qanunun başqa şəkildə şərh edilməsi, yəni, ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarır. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək haqlı nəticəyə gəlmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. Yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə Cavabdeh İKB ASC ilə “xxxx” MMC arasında 08.12.2017-ci il tarixli, 106/4 saylı “Hərracın yekunları barədə” protokolun və eyni tarixli “Hərracın yekunları üzrə alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, Cavabdeh İKB ASC ilə İddiaçı arasında bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin 54 saylı mənzilinin üzərindəki ipotekaya xitam verilmişdir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, 08.12.2017-ci il tarixli, 106/4 saylı “Hərracın yekunları barədə” protokol və eyni tarixli “Hərracın yekunları üzrə alqı-satqı müqaviləsi” Cavabdeh İKB ASC ilə “xxxx” MMC arasında deyil, digər cavabdeh olan “xxxx Şirkətlər Qrupu” MMC arasında bağlanmışdır. İşin 76-cı vərəqində olan iddia ərizəsində “xxxx Şirkətlər Qrupu” MMC cavabdeh kimi, “xxxx” MMC isə üçüncü şəxs kimi göstərilsə də, birinci instansiya məhkəməsi yalnız qeyd edilən həmin üçüncü şəxsi işə cəlb etmişdir, cavabdeh “xxxx Şirkətlər Qrupu” MMC-ni isə ümumiyyətlə işə cəlb etməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bildiriş məktublarına əsasən yalnız iddiaçı İddiaçı Tofiq qızını və Cavabdeh İKB ASC-ni işə cəlb etmiş, işdə iştirak edən digər şəxsləri isə işə cəlb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 418.4.5-ci maddə sinə görə işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Bundan əlavə iş materiallarından görünür ki, “xxxx” MMC tərəfindən ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 77,5 kv.m. olan 2 otaqlı mənzil ilkin satış qiyməti 232.000 manat olmaqla hərraca çıxarılmışdır. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli, 2(103)-10987/2018 saylı qətnaməsi ilə isə həmin mənzilin ilkin satış qiymətinin 125.000 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan 2 otaqlı mənzilin qiymətinin 232.000 manat müə yyən edilməsi öz-özlüyündə əhəmiyyətsiz əqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin maddənin tələbindən göründüyü kimi əhəmiyyətsiz əqdlərə müddət şamil olunmur. Bir illik kəsici müddət isə mübahisələndirilən əqdlər üzrə Mülki Məcəllənin 354.2-ci maddəsində təsbit edilmişdir. Buna görə qeyd olunan 2 otaqlı mənzilin 232.000 manat qiymətləndirilməsi onunla bağlı keçirilmiş hərracların nəticələrini də öz-özlüyündə əhəmiyyətsiz edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılm alı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli, 2(103)13521/2019 saylı qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2537/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2537/2020
19.05.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver