Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2537/2022 11.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X2, X3 və X1, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə və ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə xərclənmiş vəsaitin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apelyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızınd an və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2(105)-621/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları: Abşeron Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(012)-3562/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, X2, X3 və X1, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə və ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə xərclənmiş vəsaitin qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı 27 noyabr 2021-ci il tarixdə “Elektron məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(105)-621/2022 nömrəli qərardadı ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər T.O.Quliyevdən və G.T.Tağızadədən ibarət tərkibdə) Abşeron Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(105)-621/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instans iyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya rəsmi qaydada poçt vasitəsilə 28 oktyabr 2021-ci il tarixdə verilmiş, apellyasiya məhkəməsi yanlış olaraq birinci instansiya məhkəməsinin “iddianın təmini tədbiri barədə ərizənin rədd edilməsi haqqında” 26 iyun 2021-ci il tarixli qərardadının iddiaçı tərəfindən alınmasını təsdiq edən xəbərnaməyə istinad edərək, elə zənn etmişdir ki, həmin xəbərnamə qətnaməyə aiddir. Birinci instansiya məhkəməsi kobud pozuntulara yol verərək qəbul edilmiş məhkəmə aktlarını iddiaçının ünvanına gec göndərmişdir. İş materialında olan şübhəli məqamlar isə onun ziyanına şərh edilə bilməz. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yaz ılı icraat qaydasında baxılmışdır. Cavabdehlər X4 və Cavabdeh1 ayrı-ayrılıqda kassasiya şikayətinə qarşı etiraz verərək, şikayət təmin edilməməsini xahiş etmişlər. Etirazlarda hər hansı prosessual hüquq normalarına istinad olunmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 3 60-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmi n etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində iddiaçının apellyasiya şikayətinin mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı prosessual müddət ötürülmüşdür. Belə ki, iş materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflərin, o cümlədən iddiaçının iştirakı ilə elan olunmuş və qətnamənin əsaslandırılmış surəti 18 avqust 2021-ci il tarixli reyestrlə iddiaçının ünvanına göndərilmişdir. Reyestrə əlavə olunan xəbərnaməyə əsasən poçt zərfi iddiaçıya 30 avqust 2021-ci il tarixdə rəsmi qaydada təqdim olunmuşdur. İş materiallarından həmçinin müəyyən olunur ki, iddiaçı birinci instansiya məhkəməsinin q ətnaməsindən apellyasiya şikayətini 27 noyabr 2021-ci il tarixdə “Elektron məhkəmə” İnformasiya Sisteminə yerləşdirmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçı tərəfindən MPM-in 360-cı maddəsi ilə müəyyən edilən müddət ötürülmüşdür. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına iddiaçıya 11 noyabr 2021-ci il tarixdə başqa bir sənədin poçt vasitəsi ilə verilməsini təsdiq edən xəbərnamə əlavə olunmuşdur ki, həmin xəbərnamə Abşeron Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərardadından verilmiş şikayət üzrə qəbul edilən qərardada aiddir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin qeyri-mümkün hesab olunmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstə rilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddiaçının MPM-in 133-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2(105)-621/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2537/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2537/2022
11.04.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver