Məhkəmə qərarları › İş №2(102)-2540/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2540/2023

27.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2540/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:özbaşına tikilinin sökülməsi, zərərin əvəzinin ödənilməsi 27.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2(103)1679/2023 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə mülki işə 27 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: 22 okty abr 2008-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsində, istifadədə olan 0,01973 torpaq sahəsində yerləşən 39 saylı 1 mərtəbəli binada yerləşən 1 otaqlı yaşayış sahəsi 18,0 kv metr olan 04 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin 19 aprel 1995-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci Dəmiryol küçəsi, 39 saylı evin 05 saylı mənzili mülkiyyət hüququ üzrə X1 adına qeydiyyatdan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh2 (bundan sonra cavabdeh), Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyətində olan Bakı şəhəri, ünvan 3 evin 05 saylı mənzilində tikinti sahəsində dövlət standartlarına, tikinti norma və qaydalarına texniki şərtlərə və digər normativ hüquqi aktlara riayət olunmadan aparılmış, ona məxsus olan Bakı şəhəri, ünvan 1 evin 4 saylı mənzilinin (indiki Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi 1-ci Dəmiryol küçəsi ev 39 mənzil 4) divarının üstündə tikdirdiyi qanunsuz 3-cü mərtəbənin cavabdehlərin öz hesabına sökülməsi, Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 1-ci Dəmiryol küçəsi 39 saylı evin 5 saylı mənzilinin 3-cü mərtəbəsində evin damına baxan 2 pəncərənin bağlanmasını və suyun axıdılması nəticəsində ona dəymiş zərərə görə 15.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona veriliməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əmlakına qəsdən zərər vurduqlarına görə cavabdehlər barəsində xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 1 evin 4 saylı mənzilini o, 2008-ci ildə tam tikili vəziyyətdə, təmirli olaraq almış və 12 ildir ki, anası X ilə həmin ünvanda yaşayırlar. Yan qonşusu Cavabdeh2, onun oğlu Cavabdeh1 və həyat yoldaşı Cavabdeh3 onlara bu evdə yaşamaqlarına imkan vermirlər. Belə ki, cavabdehlər ona məxsus evin divarının üstünə 3-cü mərtəbəni özbaşına hər hansı tikinti normalarına cavab vermədən tikmişlər. Hətta onlar həmin evə yeni köçən zaman onların qadın olmağından istifadə edib qanunsuz tikdiyi evin 3-cü mərtəbəsindən evinin damına baxan 2 pəncərə açmışla r. Evinə məxsus divarın üstündən qanunsuz tikilinin sökülməsini dəfələrlə cavabdehdən xahiş etmişdir. Atası XX3 veteranı olmuş və 12 avqust 2012-ci il tarixdə rəhmətə getmişdir. Cavabdeh3 və oğlu Cavabdeh1 12 ildir ki, onların evinin damının üstündə gəzirlər. Evinin şiferləri sınmış və yenidən məcbur qalıb həmin şiferləri öz hesabına düzəltdirmişdir. O, cavabdehlərə etiraz edərək aparılmış tikintini onun evinə birləşdirilməməsini, evindən heç olmasa 2 metr aralı aparılmasını bildirmiş və əlavə etmişdir ki, bu tikili ilə onun evində yaşamaq mümkünsüz olacaq. Lakin onlar tikinti normalarını pozaraq tikdirdikləri 3-cü mərtəbədə heç nə olmamış kimi yaşayırlar. Ona məxsus mənzilin həyətinə baxan pəncərədən isə qonşunun söhbətləri, söyüşləri onun evində təmiz eşidilir. Cavabdehlər onunla düşmə n kimi davranırlar. Cavabdehlərin əməllərinə artıq tab gətirə bilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 saylı qərarı ilə tikilən evlər arasında saxlanılmalı olan ara məsafələri müəyyən edilir. Həmin qərara əsasən cavabdeh apardığı tikili ilə onun mülkiyyətində olan ev arasında ən azından 4-5 metr məsafə saxlamalı idi. Cavabdehlər özlərinə məxsus mənzilə kondisioner quraşdırmış və həmin kondisionerin suyu onun evinə tökülmüş və evi yararsız vəziyyətə düşmüşdür. Cavabdehlər özlərinə məxsus evin novalçasına qəsdən boru taxmamışlar və nəticədə yağan yağış suyu onun evinə axmış, evin tavanı, döşəməsi, divar kağızları yararsız vəziyyətə düşmüşdür. Evdə yaşamaq artıq qeyri-mümkün hala çevrilmişdir. Lakin onun yaşamağa başqa yeri yoxdur. Onun evi bərbad və ziyyətə salınmışdır. O, evinə axıdılan su ilə və tikilinin sökülməsi ilə bağlı polisə və MİS-ə müraciət etmişdir. Gəlib yerində akt tərtib etmişlər. Beləliklə cavabdehlər tərəfindən evinə axıdılan suyun təsiri nəticəsində ona 15000 manat dəyərində maddi ziyan vurulmuşdur. Cavabdeh3 və oğlu onun evinin damına baxan pəncərələr vasitəsi ilə oğurluğa girmiş, evindən qızıl və pulları oğurlamışdır. O, həmin oğurluqla bağlı polisə müraciət etmiş, araşdırma gedir. Cavabdehlərlə aralarında olan mübahisə 12 ildir ki, davam edir. Hətta 2015-ci il tarixdə həmin evin birinci mərtəbəsini əxlaqsız yuva kimi istifadə etmiş və onların şikayəti əsasında da cavabdehlərin əməllərinə son qoyulmuşdur. Göründüyü kimi, cavabdehlər tikinti sahəsində Dövlət standartlarına, tikinti norma və qaydalarına, texniki şərt lərə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 saylı qərarına əməl etməmiş, onun etirazlarına məhəl qoymamışlar. Daha sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 evin 04 saylı ünvanında mülkiyyətdə olan 18 kv metr yaşayış sahəsindən artıq inşa edilmiş tikilinin (mansardın, dam örtüyünün) iddiaçının hesabına sökülməsi, əvvəlki vəziyyətinin bərpa edilməsi, 13.000 manat vurulmuş zərərin cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onlar ailə üzvləri ilə birlikdə 1989cu ildən Rəsulzadə qəsəbəsi, 1-ci Dəmiryol küçəsi, 39 saylı evin 05 saylı mənzilində yaşayır. Evin əsaslı təmirinə 2000-ci ildə başlanılmış və 2003-cü ildə başa çatmışdır. Həmin vaxt iddiaçının hazırda yaşadığı ev x adlı şəxsə məxsus idi və onun zamanında hər ikisi razılaşıb evi təmir etdirmişlər. Daha sonra isə x həmin evi hal-hazırda qonşuluqlarında yaşayan Ağacan adlı şəxsə satmışdır. İddiaçı iddia ərizəsində bildirdiyi kimi, təxminən 2008-ci il tarixdə qonşuluqdakı evə köçmüşlər, onlar həmin evə köçərkən şəkildə də göründüyü kimi ev tam hazır vəziyyətdə idi və iddiaçının köçməsindən sonra evlərində hər hansı bir artırma olmamış və ya yeni pəncərə açılmamışdır. Əksinə iddiaçı köçərkən onun hazırda tikdiyi əlavələr olmamış, mansard olmamış, bir mərtəbədən ibarət olmuş və evin üstü düz olmaqla damı belə olmamışdır. Bu faktı iddiaçıdan əvvəl o, evdə qalmış olan və sonra həmin evi iddiaçıya satmış X təs diq edə bilər. Sözügedən evi qonşusu x da x adlı şəxsdən 2005-ci ildə almışdır. Bir daha bildirirlər ki, iddiaçı evi aldığı zaman onların evi şəkildə olduğu kimi tam hazır vəziyyətdə idi və əlavə heç bir tikili olmamışdır. Əksinə, iddiaçı evi aldıqdan sonra 2020-ci ilin noyabr ayında artırmalara, tikintiyə başladı, bununla bağlı müvafiq orqanlara şikayətləri olmuşdur. İddiaçının artırmaları onların evinə günəş enerjisinin düşməsinin qarşısını almaqla yanaşı yağışlı günlərdə isə şəkillərdən də göründüyü kimi divarların nəm çəkməsinə, yağış suları evə daxil olmaqla suvağın, oboyların dağılmasına səbəb olmuşdur. Göründüyü kimi pəncərələri açdığı zaman iddiaçının özbaşına tikdiyi dam örtüyü ilə qarşılaşır, dam örtüyü birbaşa onların divarına bitişik şəkildə qurulmuşdur. Bundan əlavə, otaqlar günəş enerjisi qəbul edə bilmir və belə olan halda otaqların rütubətli olmasına gətirib çıxartmaqla ailə üzvləri arasında müxtəlif ağır xəstəliklərin yaranmasına səbəb ola bilər, bununla bağlı iddiaçıya öz iradlarını bildirərək qanunsuz davranışlarına son qoymasını, vurulmuş zərərin ödənilməsini, maneələri aradan qaldırmasını tələb etdiyi zaman iddiaçı onlara şər-böhtan ataraq ailəsini polisə şikayət edərək onları oğurluqda, əxlaqsız yuva saxlamaqda ittiham edərək şikayət etmişdir və hal-hazırda da əməlinə haqq qazandırmaq üçün onları qabaqlayaraq məhkəməyə müraciət etmişdir. İlkin iddiaya münasibətdə bildirirlər ki, iddia tələbi tamamilə əsassızdır. Hesab edirlər ki, onların daha əvvəldən tikmiş olduğu evin pəncərələri iddiaçının öz evindən istifadə etməsinə hər hansı bir formada maneə y aratmır, iddiaçının qanunla qorunan hüquqlarını, eləcə də maraqlarını pozmur, iddiaçı oraya gələrkən artıq qonşuluqda yerləşən evlər ona bəlli idi və kimlərlə qonşu olacağı və onların evlərinin quruluşu, mərtəbəsi aydın şəkildə görünürdü. İddiaçı 1 mərtəbəli evi alarkən qonşuluqda onların evini də görmüşdü və əgər onların evi ona hər hansı bir narahatlılıq gətirəcək idisə evi almaqdan imtina edə bilərdi, əksinə iddiaçı öz birmərtəbəli evini qanunsuz olaraq artırmaqla qonşuluq münasibətlərini pozmağa başlamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyul 2021-ci il tarixli və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş 25 may 2021-ci il tarixli rəylərdən görünür ki, ki, iddiaçının 4 saylı mənzilinin texniki pasportu ilə mövcud vəziyyəti arası nda müqayisə edilərək, mənzildə əlavə tikinti işləri aparıldığı, həmin əlavə işlərin evin ölçüləri 4,6 x 3,8 metr artırılmasından (2010-cu ilə qədər) və evin dam örtüyü sökülərək kənar divarlar (parapet) 80 sm hörülərək çardaq tipli (mansard deyil) olmaqla yenidən quraşdırılmasından ibarət olduğu, aparılmış tikinti işlərinin tikinti norma və qaydalarına uyğun yerinə yetirilmədiyi və cavabdehin mülkiyyətində olan mənzilə təhlükə törətmədiyi və onun mülkiyyət hüquqlarını məhdudlaşdırmadığı müəyyən edilmişdir. Cavabdehin 5 saylı mənzilinin rəsmi reyestrdə qeydə alınmış texniki pasport təqdim olunmadığından əlavə hər hansı tikinti işlərinin görülməsini müəyyənləşdirmək mümkün olmamışdır. 05 saylı mənzilin 18 metr uzunluğunda yan divarı iddiaçının mülkiyyətində olan 4 saylı mənzillə ara divar ( şərikli) üzərində (2010-cu ilə qədər) inşa edilmişdir və 4 nömrəli mənzilə təhlükə törətmir. 05 saylı mənzilinin üçüncü mərtəbəsində 4 saylı mənzilin dam örtüyündən 60 sm yuxanda pəncərələr (3 ədəd) mövcuddur. Mənzilin texniki pasportu təqdim olunmadığından həmin pəncərələrin texniki sənədlərində əks olunmasını söyləmək mümkün deyil. Həmin pəncərələrin mövcudluğu 4 saylı mənzilə təhlükə törətmir və mənzilin sahibinin mülkiyyət hüquqlarını məhdudlaşdırmır. 5 saylı mənzilin damından 4 saylı mənzilə su axmamışdır. 05 saylı mənzilin dam örtüyündən 4 saylı mənzilin dam örtüyünə su axa bilər. 04 saylı mənzilə su axmasına səbəb 4 saylı mənzilin dam örtüyünün, su navalçasının və əks su novunun düzgün quraşdırılmaması ola bilər. Tədqiq olunan 4 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurları n aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 973 manat müəyyən olunur. 4 nömrəli mənzilin damından cavabdehin mülkiyyətində olan 5 nömrəli mənzilin yan divarına (12 m2 sahədə) su sızmışdır. Su sızmasına səbəb 4 nömrəli mənzilin dam örtüyünün, su navalçasının və əks su novunun düzgün quraşdırılmaması ola bilər. Tədqiq olunan 5 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1105 manat müəyyən olunur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(001)1824/2021 saylı qətnaməsi ilə (hakim Ə.Rüstəmli) ilk iddianın qismən təmin edilərək, cavabdehdən 973 manat vurulmuş ziyanın əvəzinin tutularaq idd iaçıya ödənilməsi, ilk iddianın digər hissədə təmin edilməməsi, habelə qarşılıqlı iddianın qismən təmin edilərək, iddiaçıdan 1.105 manat vurulmuş ziyanın əvəzinin tutularaq cavabdehə ödənilməsi, qarşılıqlı iddianın digər hissədə rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən ona məxsus mənzildə və mənzilin damında texniki pasportda nəzərdə tutulmayan əlavə tikinti işləri aparılmış, aparılmış tikinti işləri tikinti norma və qaydalarına uyğun yerinə yetirilməmişdir. Cavabdeh tərəfindən ona məxsus mənzilin texniki pasportu təqdim edilmədiyindən əlavə hər hansı tikinti işlərinin görülməsi, habelə həmin mənzilin üçüncü mərtəbəsində iddiaçının dam örtüyündən yuxarıda inşa edilmiş pəncərələrin mənzilin texniki sənədlərdə əks olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Bununla belə, qeyd olunan mənzillərin ara divar üzərində inşa edilməsi, iddiaçının gördüyü əlavə tikinti işləri, cavabdehin mənzilində inşa edilmiş pəncərələr tərəflərin mənzillərinə hər hansı təhlükə törətmir və onların mülkiyyət hüquqlarını məhdudlaşdırmır. Bundan əlavə, iddiaçı mənzili alarkən cavabdehə məxsus mənzil artıq hazırki vəziyyətdə mövcud idi, iddiaçının bildirdiyinə görə sonradan yalnız mübahisəli pəncərələr inşa edilmişdir. Məhkəmə, iddiaçının iddia tələbinin cavabdehlər tərəfindən ara divar üzərində inşa edilmiş üçüncü mərtəbənin cavabdehlərin öz hesabına sökülməsi və onun damına baxan iki pəncərənin bağlanması hissəsi, habelə cavabdehlərin qarşılıqlı iddia tələbinin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən ar tıq inşa edilmiş tikilinin onun hesabına sökülməsi və əvvəlki vəziyyətin bərpa edilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, iddia və qarşılıqlı iddia tələbləri bu hissədə təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırki iş üzrə isə tərəflərin bununla bağlı hər hansı hüquqlarının məhdudlaşdırılmadığı müəyyən olunur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, belə olan halda özbaşına tikintinin sökülməsi ilə bağlı tələbləri yalnız müvafiq i cra hakimiyyəti orqanları qaldıra bilərlər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Cavabdeh1 həmçinin iddiaçıya qarşı həmin tələbləri irəli sürməyə subyektiv hüququ yoxdur, çünki mənzilin mülkiyyətçisi digər Cavabdeh2dır və subyektiv hüquq ona məxsusdur. Məhkəmə iddia və qarşılıqlı iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsi hissələri ilə bağlı hesab etmişdir ki, həm iddia, həm qarşılıqlı iddia tələbləri bu hissələrdə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının mənzilinin damında dam örtüyünün, su navalçasının və əks su novunun düzgün quraşdırılmaması səbəbindən cavabdehin mənzilinə su sızmış və bunun nəticəsində cavabdehə 1.105 manat ziyan dəymişdir. Cavabdehin dam örtüyündən isə iddiaçının damına suyun axması nəticəs ində, yəni cavabdeh tərəfindən damından suyun iddiaçının damına axmasının qarşısının alınması üçün tədbirlər görülmədiyi səbəbindən iddiaçının mənzlinə su sızmış və bunun nəticəsində ona da 973 manat ziyan dəymişdir. Məhkəmə əmlakına qəsdən zərər vurduqlarına görə cavabdehlər barəsində xüsusi qərardadın çıxarılması barədə iddiaçının ərizəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdehlərin hərəkətlərində hər hansı cinayətin əlamətlərinin olması müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 152, 157, 139, 180, 170, 21, 1096 və 1097-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 119, 14, 77 və 217-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya m əhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə-tikinti ekspertizasının rəyi həqiqətə uyğun deyil və ekspertiza hərtərəfli aparılmamışdır, rəy aydın və tam olmadığı üçün verdiyi əlavə ekspertiza keçirilməsi barədə vəsatəti məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyində iddiaçının mənzilinə dəymiş zərərin onların təqsiri ucbatından baş verməsi qeyd edilməmiş, səbəb kimi iddiaçının öz dam örtüyünün, su navalçasının və əks su novunun düzgün quraşdırılmaması göstərilmişdir. Buna baxmayaraq məhkəmə zərərin əvəzinin ödənilməsi ilə bağlı hissədə ilk iddiani qismən təmin edərək cavabdehdən 973 manat pulun tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi qərarına gəlmişdir. Halbuki, Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələblərindən göründüyü kimi iş materiallarına və ekspert rəyinə əsasən zərərin baş verməsinə gətirib çıxardacaq hər hansı bir təqsirli, hüquqa zidd əməl olmamışdır. Bununla da məhkəmənin maddi zərərlə bağlı gəldiyi nəticə işin hallarına və ekspert rəyinə uyğun olmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2(103)709/2022 saylı qətnaməsi ilə (hakimlər N.Cə fərov sədrlik edən, məruzəçi, E.Mehdiyev və X.Sarıyev) iddiaçının apellyasiya şikayəti tam təmin, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2021ci il tarixli qətnaməsi ləvğ edilmiş, ilk iddia qismən təmin olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ədalət Yusifov küçəsi, 39 saylı evin 4 saylı mənzilinin ara (şərikli) divarı üzərində inşa edilmiş, 5 saylı mənzilə aid olan 3-cü mərtəbənin cavabdehin hesabına sökülməsi, qalan hissələrdə ilk və qarşılıqlı iddaların rədd olunması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi ilk iddianın 4 saylı mənzilin divarının üstündə tikilmiş 3-cü mərtəbənin 5 saylı mənzilə aid 3-cü mərtəbəsinin sökülməsi tələbi ilə bağlı qeyd etmişdir ki, tikinti-texniki ekspert izanın rəyi ilə müəyyən olunub ki, 5 saylı mənzilin 18 metr uzunluğunda yan divarı 4 saylı mənzillə ara (şərikli) divar üzərində inşa edilib. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyində qeyd edilmiş “18 metr uzunluğunda yan divar” iddiaçının sökülməsini tələb etdiyi tikilinin 5 sayülı mənzilə aid olan 3-cü mərtəbəsinin yan divarıdır. Bu divar 4 saylı mənzillə ara (şərikli) divar üzərində inşa edildiyinə görə iddiaçının onun sökülməsini tələb etmək hüququna malikdir. Çünki Mülki Məcəllənin 180.4-cü maddəsində özbaşına tikinti obyektinin sökülməsini tələb etmək hüququna malik olan şəxslərdən biri “maraqlı tərəf” kimi qeyd olunub. 18 metr uzunluğunda yan divarın 4 və 5 saylı mənzillərin ara (şərikli) divarı üzərində inşa edilməsi həmin ara (şərikli) divarın sahiblərindən birinin 4 saylı mənzili n mülkiyyətçisi kimi iddiaçının maraqlı tərəf sayılmasına əsas verir. Tikinti-texniki ekspertizasının rəyində qeyd olunub ki, 18 metr uzunluğunda yan divar 4 saylı mənzilə təhlükə törətmir. Lakin təhlükə törədib-törətmədiyindən asılı olmayaraq, divar sökülməlidir. Bu məsələdə həlledici meyar təhlükə deyil, mülkiyyətçinin iradəsidir. 4 saylı mənzilin ara (şərikli) divarı üzərindəki tikilinin mövcudluğu həmin mənzilin mülkiyyətçisi kimi iddiaçının iradəsinə ziddir. Mülkiyyət anlayışı iddiaçıya səlahiyyət verir ki, mülkiyyətində olan mənzilin ara (şərikli) divarı üzərində özbaşına tikintinin olmasına etiraz etsin. 18 metr uzunluğunda yan divar özbaşına tikinti obyektidir. Belə ki, həmin divar 5 saylı mənzilin texniki göstəricilərində qeyd olunmayıb. Daşınmaz əmlakın texniki göstəriciləri texn iki pasporta əsasən müəyyən olunur. Odur ki, daşınmaz əmlakın hər hansı hissəsinin özbaşına tikinti olub-olmadığı müəyyən edilərkən texniki pasportun məlumatları əsas götürülür. 4 saylı mənzilin texniki pasportu məhkəməyə təqdim edilsə də, 5 saylı mənzilin texniki pasportu təqdim edilməyib. Apellyasiya icraatı zamanı 5 saylı mənzilin texniki pasportunun məhkəməyə təqdim edilməsi mənzilin mülkiyyətçisinə təklif olunmuş, bu məqsədlə məhkəmə baxışı təxirə salınmış, lakin texniki pasport məhkəməyə təqdim edilməmişdir. 5 saylı mənzilin mülkiyyətçisinə Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış 17 dekabr 2021-ci il tarixli məktubda qeyd olunub ki, həmin ünvanda qeydiyyatdan keçmiş mənzil söküldüyünə görə texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. İşdə olan məl umatlar məhkəməyə əsas verir ki, 4 saylı mənzilin ara (şərikli) divarı üzərində inşa edilmiş 18 metr uzunluğunda yan divarı, yəni 5 saylı mənzilə aid divarı özbaşına tikinti obyekti saysın. Həmin divar sökülməlidir, bu isə o mənanı verir ki, 5 saylı mənzilə aid 3-cü mərtəbə sökülməlidir, çünki 1 divar olmadan digər 3 divarın mövcud olması mümkün deyil. Məhkəmə kollegiyası ilk iddia tələbinin 5 saylı mənzilin 3-cü mərtəbəsindən 4 saylı mənzilin damına baxan 2 pəncərənin bağlanması hissəsi ilə bağlı qeyd etmişdir ki, tələb təmin oluna bilməz. Belə ki, tikinti-texniki ekspertizanın rəyində qeyd olunmuşdur ki, 5 saylı mənzilin 3cü mərtəbəsində, 4 saylı mənzilin dam örtüyündən 60 sm yuxarıda 3 ədəd pəncərə mövcuddur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki qətnamə ilə 3-cü mərtəbənin sö külməsi qət olunub, bu isə o deməkdir ki, pəncərələr də həmin mərtəbə ilə birlikdə söküləcək. Sökülməsi qət olunan pəncərənin həm də bağlanması qət oluna bilməz. Məhkəmə kollegiyası ilk iddianın 4 saylı mənzilə 5 saylı mənzildən suyun axıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 15.000 manat ödənilməsi barədə hissəsi ilə bağlı qeyd etmişdir ki, bu tələb təmin oluna bilməz. Belə ki, tikinti-texniki ekspertizanın rəyində qeyd olunmuşdur ki, 4 saylı mənzilə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri 973 manat təşkil edir. Lakin, həmin rəydə eyni zamanda qeyd olunmuşdur ki, 5 saylı mənzilin damından 4 saylı mənzilə su axmamışdır. 5 saylı mənzilin dam örtüyündən 4 saylı mənzilin dam örtüyünə su axa bilər. 4 saylı mənzi lə su axmasına səbəb 4 saylı mənzilin dam örtüyünün, su navalçasının və əks su novunun düzgün quraşdırılmaması ola bilər. Ekspert rəyində qeyd etmişdir ki, 5 saylı mənzilin dam örtüyündən 4 saylı mənzilin dam örtüyünə su axa bilər. Dam örtüyündən digər dam örtüyünə axan su isə atmosfer yağıntılarının nəticəsində əmələ gələn sudur. Dam örtüyü öz təyinatına görə atmosfer yağıntılarının tikiliyə daxil olmasının qarşısını almaq üçündür. Əgər atmosfer yağıntıları nəticəsində əmələ gələn su dam örtüyündən tikiliyə daxil olursa, deməli, tam örtüyünün özündə qüsur var. Ekspert də bunu təsdiq edib. Ekspert rəyində qeyd olunub ki, 4 saylı mənzilə su axmasına səbəb 4 saylı mənzilin özünün dam örtüyünün, su navalçasının və əks su novunun düzgün quraşdırılmaması ola bilər. Bu səbəbdən Mülki Məcəllənin 21, 1096 və 1111.2-ci maddələrinin göstərişlərinə əsaslanaraq Məhkəmə kollegiyası hesab etmişdir ki, su axması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədə tələb əsassızıdır. Məhkəmə kollegiyası qarşılıqlı iddianın 4 saylı mənzildə 18 kv metr sahədən (mülkiyyətdə olan sahədən) artıq inşa edilmiş tikililərin (mansard, dam örtüyü) sökülməsi və əvvəlki vəziyyətin bərpa edilməsi barədə hissəsi ilə bağlı qeyd etmişdir ki, tələb əsassızdır. Belə ki, tikinti-texniki ekspertizanın rəyində qeyd olunmuşdur ki, 4 saylı mənzildə əlavə tikinti işləri aparılıb. Həmin əlavə işlər mənzilin ölçülərinin 4,6x3,8 metr artırılmasından və mənzilin dam örtüyünün sökülərək və kənar divarlar (parapet) hörülərək çardaq tipli (mansard deyil) olmaqla yenidən quraşdırılmasından ibarətdir. Rəydə daha sonra q eyd edilmişdir ki, aparılmış tikinti işləri tikinti norma və qaydalarına uyğun yerinə yetirilməyib. Lakin, 5 saylı mənzilin mülkiyyətçisi 4 saylı mənzilə aid olan əlavə tikililərin sökülməsini tələb etmək hüququna malik deyil. Çünki tikinti-texniki ekspertizanın rəyində qeyd olunmuşdur ki, 4 saylı mənzilə aid olan əlavə tikililər 5 saylı mənzilə təhlükə törətmir və 5 saylı mənzilin mülkiyyətçisinin mülkiyyət hüququnu məhdudlaşdırmır. 4 saylı mənzildəki əlavə tikililərin özbaşına tikinti olması faktı öz-özlüyündə qonşu mənzilin- yəni 5 saylı mənzilin mülkiyyətçisinə həmin tikililərin sökülməsini tələb etmək hüququ vermir. Mülki Məcəllənin 180.4-cü maddəsində özbaşına tikinti obyektinin sökülməsini tələb etmək hüququna malik olan şəxslərdən biri “maraqlı tərəf” kimi qeyd olunub. 5 saylı mənz ilin mülkiyyətçisinin maraqlı tərəf sayılması üçün əsas yoxdur. 5 saylı mənzilin mülkiyyətçisi qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, pəncərələri açdığı zaman 4 saylı mənzilə aid olan, özbaşına tikilmiş dam örtüyü ilə qarşılaşır. Lakin, hazırki qətnamə ilə həmin pəncərələrin yerləşdiyi mərtəbənin (3-cü mərtəbənin) sökülməsi qət olunub. Qarşılıqlı iddia ərizəsində qeyd olunan digər dəlillərə isə ekspert rəyində cavab verilib. Rəydə qeyd olunub ki, 4 saylı mənzilə aid olan əlavə tikililər 5 saylı mənzilin mülkiyyətçisinin mülkiyyət hüququnu məhdudlaşdırmır. Bu isə onu təsdiq edir ki, qarşılıqlı iddia ərizəsində qeyd olunan dəlillər həqiqi deyil. Qarşılıqlı iddia tələbinin 5 saylı mənzilə su axıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 13.000 manat ödənilməsi barədə hissə si ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu hissədə də tələb əsassızdır. Belə ki, tikintitexniki ekspertizasının rəyində qeyd olunub ki, 4 saylı mənzilin damından 5 saylı mənzilin yan divarına (12 kv metr sahədə) su sızmışdır. Su sızmasına səbəb 4 saylı mənzilin dam örtüyünün, su navalçasının və əks su novunun düzgün quraşdırılmaması ola bilər. Su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri 1.105 manat təşkil edir. Lakin 5 saylı mənzilin mülkiyyətçisinə Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış 17 dekabr 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, həmin ünvanda qeydiyyatdan keçmiş mənzil söküldüyünə görə texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. Göründüyü kimi, qeydiyyatdan keçmiş mənzil, yəni 5 saylı mənzil sökülmüş, ona görə texniki pasportun tərtib edilməsindən imtina olunmuşdur. Su sızan yan divara, yəni 12 kv metr sahəyə 5 saylı mənzil üzərindəki mülkiyyət hüququnun şamil olunub-olunmadığı texniki pasportun məlumatlarına əsasən müəyyən olunmuşdur. Texniki pasport olmadığına görə bunu müəyyən etmək mümkün deyil. Odur ki, texniki pasport tərtib edilənə qədər, belə ehtimal mövcuddur ki, həmin divar mülkiyyət hüququnun obyekti olan daşınmaz əşyanın tərkibinə aid deyil. Zərərin əsasında isə hüququn pozulması dayanır. Divar mülkiyyət hüququnun obyekti olan mənzilin tərkibinə aid deyilsə, Mülki Məcəllənin 21, 1096 və 1111.2-ci maddələrinin göstərişlərinə görə 5 saylı mənzilin mülkiyyətçisi mülkiyyət hüququnun pozulmasına əsaslanıb zərərin əvəzini t ələb edə bilməz. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 21, 180.4, 1096 və 1111.2-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin və qarşılıqlı iddiaya münasibətdə işə yenidən baxılması üçün təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi öz qətnaməsini əsaslandırmamış, heç bir maddi hüquq normasına istinad etməmişdir. Məhkəmə öz qərarında Mülki Məcəllənin 180.4-cü maddəsinə istinad edərək apellyasiya şikayətini qismən təmin etməklə yanlış hüquqi nəticəyə gəlmiş, bununla da, Mülki Məcəllənin 152-ci maddəsinin, Konstitusiyanın 13-cü maddəsinin tələblərini də pozmuşdur. Tərəflər arasındakı hüquq münasibəti təxminən 2008-ci il tarixindən yaranmış, iddiaçı məhkəmə iclasında vermiş olduğu ifadəsində 2008-ci il tarixdə 4 saylı mənzili aldıqlarını və ora köçdüklərini, mənzili tam tikili və təmirli vəziyyətdə aldıqlarını bildirmişdir. Bundan əlavə tərəflərin izahatları ilə sübut olunmuşdur ki, cavabdeh ailəsi ilə birlikdə 1989-cu il tarixdən 5 saylı mənzildə yaşayırlar. 1995-ci il tarixdə mənzilə qeydiyyat vəsiqəsi əldə etmiş, 2000-ci ildə evin əsaslı təmirinə başlanılmış və 2003-cü il tarixdə təmir tam başa çatmışdır. İddiaçı hazırda yaşadığı mənzil əvvəl Telman adlı şəxsə məxsus olmuş, daha sonra isə hal-hazırda da qonşuluqda yaşayan Ağacan adlı şəxsə m əxsus olmuş və 2008-ci il tarixdə iddiaçıya satmışdır. Artıq iddiaçı 4 saylı mənzili alarkən köhnə qonşuların razılığı ilə ev əsaslı təmir edilmiş və hazırki vəziyyətə gətirilmiş və iddiaçı aldığı evə köçəndə bunu görüb, bilib almışdır. 2003-cü ildən bəri is materialında da olan şəkillərdəki evdə hər hansı bir dəyişiklik edilməmişdir. İlk iddia üzrə iddiaçı həmçinin hüquqdan sui-istifadə etmişdir. Hüquqdan sui-istifadə Mülki Məcəllə ilə qadağandır. Mübahisəli 5 saylı mənzil 3 mərtəbəli deyil. Şəkildən görünən tərəf mənzilin arxa tərəfidir, yerin relyefinə görə həmin küçədən baxanda 3-cü mərtəbə görünür, həmin hissədən mənzilə giriş yoxdur, lakin giriş tərəfdən (əsas küçədən) mənzilə daxil olunan zaman birbaşa 1-ci mərtəbəyə (məhkəmənin qeyd etdiyi 3-cü mərtəbəyə) daxil oluruq. Məhkəmənin 3 -cü mərtəbə dediyi əslində 1-ci mərtəbədir, onun altında isə zirzəmi yerləşir. Məhkəmə yerli baxış təyin etməklə rahat bir şəkildə bu ziddiyyəti aradan qaldıra bilərdi. Bununla məhkəmə işin faktiki hallarına da düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05 noyabr 2022-ci il tarixli, 2(102)-5292/2022 saylı qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov sədrlik edən, məruzəçi, Z.Ə.Əliyev və A.Q.Hüseynov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 yanvar 2022-ci il tarixli qətnaməsi qismən, ilk iddianın təmin olunan hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi ilk iddianın suyun axıdı lması nəticəsində dəymiş 15.000 manat ziyan tələbinin rədd edilməsi ilə bağlı qeyd etmişdir ki, apellyasiya məhkəməsi bu məsələnin həllində düzgün nəticəyə gəlmiş, haqlı olaraq ekspert rəyinə əsasən hesab etmişdir ki, iddiaçıya məxsus 4 saylı mənzilə su axmasının səbəbi həmin mənzilin dam örtüyünün, su navalçasının və əks su novunun düzgün qüraşdırılmaması olmuşdur, pozuntunun baş verməsində cavabdehlərin təqsiri istisna olunur. İlk iddianın cavabdehlərə məxsus 5 saylı mənzilin 3-cü mərtəbəsindən mənzilin damına baxan 2 pəncərənin bağlanması hissəsində rədd olunması ilə əlaqədar qeyd etmişdir ki, bu tələb cavabdehlərə məxsus 5 saylı mənzilin 3-cü mərtəbəsinin cavabdehlərin öz hesabına sökülməsi tələbi ilə bölünməzdir, bağlanması tələb olunan pəncərələr 3-cü mərtəbədə yerləşir, 3-cü mərtəbə nin sökülüb-sökülməməsindən asılı olaraq həmin tələbə qiymət verilməlidir. İlk iddianın cavabdehlərin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 1-ci Dəmiryol küçəsi 39 saylı evin 5 saylı mənzilin tikinti sahəsində dövlət standartlarına, tikinti norma və qaydalarına texniki şərtlərə və digər normativ hüquqi aktlara riayət olunmadan aparılmış, ona məxsus Bakı şəhəri, ünvan 1 evin 4-saylı mənzilin divarının üstündə tikdirdiyi qanunsuz 3-cü mərtəbənin cavabdehlərin öz hesabına sökülməsi tələbinin təmin olunması ilə bağlı kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə bu məsələnin həlli zamanı tərəflərin təqdim etdikləri sübutlara tam və hərətərfli baxmamış və işin müəyyən edilmiş hallarına uyğun nəticəyə gəlməmişdir. İddiaçı tərəf həm iddia ərizəsində, hə m də məhkəmə iclasları zamanı verilmiş izahatlarda göstərmişdir ki, Bakı şəhəri, ünvan 3 evin 4 saylı ünvanında yerləşən, 18 kv.metr sahəsi olan mənzili 2008-ci il tam tikili vəziyyətdə almış və anası ilə həmin evə köçmüşdür. Cavabdeh tərəf də bu faktı təsdiq etmişdir. İddiaçının adına 22 oktyabr 2008-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan da bu hal öz təsdiqini tapır. İddiaçı tərəf evi alarkən cavabdehlərə məxsus mənzildə yalnız 3-cü mərtəbədə pəncərələrin açılmasi istisna olmaqla başqa işlərin görülmədiyini, cavabdeh tərəf isə özlərinə məxsus 5 saylı mənzili söküb yerində başqa mənzil tikilməsinin 2000-ci ildə başlanıb 2003-cü ildə başa çatdırıldığını, tikinti işlərinin aparılmasına, ümumi divarın üzərində 3-cü mərtəbənin qaldırılmasına 4 saylı mənzilin əv vəlki mülkiyyətçisinin etiraz etmədyini göstərmişdir. Həmçinin, sökülməsi tələb olunan tikili (5 saylı mənzilin 3-cü mərtəbəsi) daşınmaz əmlakın dövlət reyestrində cavabdehlərin adına qeydə alınmamışdır, həmin mənzilin bir divarı qonşu olan iddiaçının mənzilinin divarı ilə ümumidir, divar tərəflərin ümumi mülkiyyəti hesab olunur. Cavabdehlər tərəfindən 3-cü mərtəbə iddiaçıya məxsus mənzilin əvvəlki mülkiyyətçisinin razılığı ilə inşa edilmişdir. Bu baxımdan iddiaçının mülkiyyətinə müdaxilə kimi təqdim etdiyi, cavabdehlərin özbaşına tikili inşa etmələri və ondan istifadə etmələri 4 saylı mənzilin mülkiyyətçisi olan iddiaçıya münasibətdə qanunsuz sayıla bilməz. Belə olan halda mübahisənin həlli zamanı iddiaçının mülkiyyətinin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığı na və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikili inşa etdirmiş cavabdehlərin əmlak mənafeləri diqqətdən qaçırılmamalıdır. Çünki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş binaların sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi şübhəsizdir. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəl verdiyi razılıq əsasında cavabdehlər tərəfindən özlərinə məxsus 5 saylı mənzildə tikinti işlərinin aparılmasını, müəyyən xərclər çəkməsini nəzərə almadan, 4 saylı mənzilin mülkiyyətsinin yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsi hüquqdan sui-istifadə kimi dəyərləndirilməlidir. Qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini tanısa da, hüquqdan sui-istifadə qadağası ilə həmin səlahiyyətləri məhdudlaşdırmışdır. Mülki hüquq lar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab etmişdir ki, hazırki işin düzgün həlli üçün cavabdehlər tərəfindən mübahisəli tikililər inşa edilərkən 4 saylı mənzilin əvvəlki mülkiyyətçisinin buna razılıq verib-verməməsi, sonrakı mülkiyyətçi olan hazırkı iş üzrə iddiaçının uzun müddət həmin tikililərdən cavabdehlərin istifadəsinə etiraz etməməsinin səbəbləri tərəflərin təqdim etdikləri sübutlar və iş materiall arına əsasında aydınlaşdırılmalı, bu araşdırmanın nəticəsindən asılı olaraq ilk iddianın cavabdehlər tərəfindən inşa edilmiş 3-cü mərtəbənin cavabdehlərin öz hesabına sökülməsi hissəsinə hüquqi qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsin ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2(103)1679/2023 saylı qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, İ.S.Şirinov və G.T.Axundova) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (baxılan hissədə) dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, əvvəl cavabdehlər tərəfindən özlərinə məxsus 5 saylı mənzildə tikinti işlərinin aparıl ması, müəyyən xərclər çəkməsi, 4 saylı mənzilin mülkiyyətsinin yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsi hüquqdan sui-istifadə kimi dəyərləndirilməlidir. Qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini tanısa da, hüquqdan sui-istifadə qadağası ilə həmin səlahiyyətləri məhdudlaşdırmışdır. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 1 80.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırki iş üzrə isə istər tikili, istərsə də pəncərələrlə bağlı iddiaçının hər hansı hüquqlarının məhdudlaşdırılmadığı müəyyən olunur. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 152.1, 152.5, 152.6, 157.4, 170.2, 180.1. 180.4. 560.1, 560.3.4. 1096.1, 1097.1, 1111.2-ci maddələrinə, habelə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdı r. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin ilkin və qarşılıqlı iddiaya münasibətdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1, 71.2, 72.1 və 72.2-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Bakı şəhəri, ünvan 1 evin 18 metr uzunluğunda yan divarının 4 və 5 saylı mənzillərin ara (şərikli) divarı üzərində inşa edilməsi həmin ara (şərikli) divarın sahiblərindən biri, 4 saylı mənzilin mülkiyyətçisi kimi iddiaçının maraqlarına toxunur və həmin divarın sökülməsini tələb etmək maraqlı şəxs kimi iddiaçının hüququdur. Qətnamədə iddiaçıdan öncəki mülkiyyətçinin cavabdeh tərəfindən tikilmiş özbaşına tikiliyə razı olması qeyd olunsa da buna dair heç bir sübut, razılıq müqaviləsi mülki iş materiallarına əlavə edilməmiş, şahid ifadəsi alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 180.1-ci və 180.4-cü maddələri tələbləri düzgün tətbiq edilməmişdir. Belə ki, cavabdehlər tərəfindən tikilmiş 3-cü mərtəbə həmin mənzilin texniki pasportunda yoxdur, həmin tikilinin tikilməsi üçün qanunla müəyyən olunmuş qaydada lazımi icazə almadan, tikinti normalarına zidd tikildiyindən cavabdehlər məhkəməyə texniki pasportu təqdim etmirlər. Cavabdehlərin 3-cü mərtəbənin tikilməsinə dair icazənin olmaması, həmin tikilinin tikinti normalarına uyğun tikilməsinə dair sənədin, 5 saylı mənzilin texniki pasportunun məhkəmələrə israrla təqdim edilməməsi həmin tikililərin qanunsuz, tikinti qaydalarına zidd tikilmiş, özbaşına tikili olduğunu göstərir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci və 180.3-cü maddələrinə əsasən özbaşına tikili hesab edilməli və sökülməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1-ci maddəsinə əsasən, Ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən, Tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasında kı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən, Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Həmin Məcəllənin 72.2-ci maddəsinə əsasən, Divarın mövcud qonşu divara paralel tikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda, həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəyyən tədbirlər görülməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşd ırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ilk iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutiları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini arışdırıb qeyd etmişdir ki, əvvəl cavabdehlər tərəfindən özlərinə məxsus 5 saylı mənzildə tikinti işlərinin aparılması, müəyyən xərclər çəkməsi, 4 saylı mənzilin mülkiyyətsinin yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsi hüquqdan sui-istifadə kimi dəyərləndirilməlidir. Qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini tanısa da, hüquqdan sui-istifadə qadağası ilə həmin səlahiyyətləri məhdudlaşdırmışdır. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 180.4 -cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırki iş üzrə isə istər tikili, istərsə də pəncərələrlə bağlı iddiaçının hər hansı hüquqlarının məhdudlaşdırılmadığı müəyyən olunur. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquq i qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2(103)-1679/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar