Məhkəmə qərarları › İş №2(102)-2541/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2541/2024

08.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2541/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı; Qarşılıqlı iddia üzrə Cavabdeh2 cavabdeh İddiaçı və Cavabdeh1nə qarşı tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliyinin icra edilməsi, əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-311/2024 nömrəli, 7 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin bin asında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İcraçı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən icraçı, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 147 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, V blok, 7ci mərtəbə, izolə olunmuş iki otaqdan ibarət 320 saylı mənzili bir pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş mənzili qəbul etməyi və dəyərini tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür;

3. İcraçı Cavabdeh1 MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 075 saylı mənzil tikintisi haqqında müqaviləyə əssasən ic raçı, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanındakı V blok, 10-cu mərtəbə, izolə olunmuş iki otaqdan ibarət 320 saylı mənzili (bundan sonra mübahisəli mənzil) bir pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş mənzili qəbul etməyi və dəyərini tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür;

4. Həmin müqavilənin 3-cü bəndinə əsasən, mənzilin sahəsi 77.36 kv.m təşkil etməklə 1 kv.m-nin dəyəri 540 manat, mənzilin ümumi dəyəri isə 41774 manat təşkil etmiş, payçı mənzilin dəyərindən 25740 manat ödəniş etməklə qalıq qalan ödəniş məbləğini 8 ay ərzində hər ay 2000 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür;

5. İcraçı Cavabdeh1 MMC ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 320 saylı mənzil tikintisi haqqında müqaviləyə əsasən icraçı mübahisəli mənzili bir pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş mənzili qəbul etməyi və dəyərini tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür.

6. Həmin müqavilənin 3-cü bəndinə əsasən, mənzilin sahəsi 77.36 kv.m təşkil etməklə 1 kv.m-nin dəyəri 594.62 manat, mənzilin ümumi dəyəri isə 46000 manat təşkil edir, mənzilin dəyəri payçı tərəfindən tam şəkildə ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İlkin iddia üzrə İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddia qaldıraraq, mübahisəli mənzilin Cavabdeh1 MMC-nin qanunsuz sahibliyindən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İlkin iddiaçı daha sonra tələbini dəqiqləşdirərək, ilk iddianın qalan hissələrdə saxlanılmaq şər tilə, Cavabdeh2 ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 320 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla "xxxx" MMC-nin direktoru X6 arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən MMC mübahisəli mənzili bir pay kimi verməyi öz öhdəsinə götürmüşdür. Müqavilədən də göründüyü kimi, o, "xxxx" MMC-nin direktoruna ilkin olaraq 7000 manat avans ödəmiş və müqavilənin şərtlərinə uyğun olaraq hər ay ödənişlərini vaxtı-vaxtında etmişdir. Bundan sonra, o, "xxxx" MMC ləğv olunduğuna və onun hüquqi varisi kimi Cavabdeh1 MMC tanındığına görə xx.xx.2019-cu il tarixdə Cavabdeh1 MMC-nin direktoru X7 ilə 075 saylı mənzil tikintisi haqqında müqavilə bağlamışdır. Müqaviləyə ə sasən, MMC mübahisəli mənzili bir pay kimi verməyi öz öhdəsinə götürmüş, o isə ilkin olaraq 25740 manat avans ödəmiş, bundan sonra da müqavilədə də qeyd edildiyi kimi, 8 ay müddətində ödənişlərini mütəmadi olaraq ödəmişdir. Həmçinin, o, MMC-nin direktoruna ərizə ilə müraciət edərək şirkətin "xxxx" MMC adından Cavabdeh1 MMC adına keçməsinə etiraz etmədiyini bildirmişdir. Sənədlərdən də göründüyü kimi, o, bütün ödənişlərini edərək mənzili satın almış və faktiki olaraq mənzil açarla birlikdə təhvil verilmişdir. Buna baxmayaraq, məlum olmuşdur ki, mənzilin açarı dəyişdirilmişdir. Açarın verilməsi üçün o, şirkətə müraciət etsə də, açar ona təqdim edilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

10. Cavabdeh2 İddiaçı və Cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilənin mübahisəli mənzilə aid hissədə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 MMC ilə xx.xx.2022-ci il tarixdə 320 saylı müqavilə bağlamış və mübahisəli mənzilin dəyəri olan 46000 manat nağd şəkildə ödənilmişdir. Bununla bağlı Cavabdeh1 MMC tərəfindən maliyyə arayışı verilmişdir. Mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün nəzərdə tutulmuş pay haqqı tam ödənilməsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Sahiblik, faktiki vəziyyət olduğuna görə, onun varlığı nəticəsinə gəlmək üçün hüqu qi sənədləşmə ilə yanaşı, şəxsin əşyanı real şəkildə öz təsirində saxlamasını göstərən hərəkətlər mövcud olmalıdır ki, bu hərəkətlər artıq onun tərəfindən həyata keçirilmişdir.

12. Abşeron Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(012)-3568/2023 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) ilk iddia ərizəsinin təmin edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022- ci il tarixli mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, mübahisəli mənzilin MMC-nin qanunsuz sahibliyindən alınaraq İddiaçı təhvil verilməsi, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair müxtəlif tarixlərdə, yəni xx.xx.2019-cu il tarixdə (xx.xx.2014) və xx.xx.2022-ci il tarixdə mənzil alqı-satqısı müqaviləsi bağlanaraq müqavilə tərəfləri qismində alıcı - ilkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh2 tanınmışdır. Hazırda, mənzil alqı-satqı müqavilələrinin alıcıları olan ilkin və qarşılıqlı iddiaçılar digər tərəflə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişlər.

14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, MMC mənzilin ilk sahibinin İddiaçı olduğunu bildiyi halda, mənzilin bağlanma tarixindən sonra, yəni xx.xx.2022-ci il tarixdə Cavabdeh2 ilə mənzil alqı-satqısına dair müqavilə bağlamaqla qanunvericiliyin tələblərinə zidd hərəkət etmiş, müqavilənin etibarlı hesab edilməsi üçün zəruri şərtlərə cavab verməmişdir. Beləliklə, qarşılıqlı iddiaçı Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixdə mübahisəli mənzilə dair növbəti dəfə alqı-satqı müqaviləsi bağlamaqla mənzili ikinci dəfə satmış Cavabdeh1 MMC mənzilin ilk sahibi olduğu halda bilərəkdən qanunvericiliyin tələblərini pozduğundan bağlanmış ikinci müqavilə də iradə ifadəsinin zədələnməsi yolu ilə tərtib olunmuşdur. Başqa sözlə, həmin əqdin etibarsızlığı ilkin iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir ki, bu da əqdin etibarsız hesab edilməsinə əsasdır, yəni qeyd olunan əqd “iradə ifadəsinin zədələnməsi” ilə tərtib olunmuşdur və bağlandığı andan da etibarsız hesab edilməlidir.

15. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh2 mübahisəli mənzilə dair xx.xx.2022-ci il tarixdə müqavilə bağlandığını idd ia edərək İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin qanunvericiliyin tələblərinə uyğun olan formada bağlanması, Cavabdeh2 ilə bağlanmış müqavilənin isə qanunvericiliyin tələblərinə uyğun olmayan formada bağlanması, nəticə etibarı ilə qeyd olunan halın sonuncu müqavilənin etibarsız hesab edilməsinə əsas olması öz təsdiqini tapmışdır.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 324.6, 337.1, 337.2, 337.4, 390.1, 405.1, 452.1 və 452.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.3 və 217.4-cü maddələrinə, həmçinin, Azərbayca n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 1 dekabr 2020-ci il tarixli və “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarlarında qeyd olunan hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rə dd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə öhdəliyinin olmasına baxmayaraq, bir mənzilin inşa edilib eyni zamanda müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri-mümkündür. Belə bir vəziyyət yarandığı halda, yəni hazırkı vəziyyətdə mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmək üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir. Bu zaman əşyaya sahiblənmə dedikdə, mahiyyət etibarilə hüquqi sənədləşmə deyil (belə ki, tərəflərin hər birinin sənədi mövcuddur), faktiki hərəkətlərlə gər çəkləşən yiyələnmə əməli başa düşülür. Sahiblik (yiyələnmə), şəxsin əşyanı özünün nəzarətində və təsir dairəsində saxlaması, kənar şəxslərin müdaxiləsindən qoruması (qapı qoyması, açarını yalnız özündə saxlaması, təmir etməsi), mütəmadi baş çəkərək onu idarə etməsi, saxlanma və kommunal xərclərini ödəməsi və s. kimi faktiki hərəkətlərdə özünü göstərir. Belə ki, sahiblik, faktiki vəziyyət olduğuna görə, onun varlığı nəticəsinə gəlmək üçün hüquqi sənədləşmə ilə yanaşı, şəxsin əşyanı real şəkildə öz təsirində saxlamasını göstərən hərəkətlər mövcud olmalıdır ki, bu hərəkətlər artıq onun tərəfindən həyata keçirilmişdir. Əlavə olaraq 1-ci instansiya məhkəməsi qətnamə ilə mənzilin iddiaçıya təhvil verilməsini qət etməklə onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. Məhkəmə nəzərə alm amışdır ki, sözügedən mənzilin vicdanlı sahibi və alıcısı odur. Hazırkı qətnamənin icrası zamanı mənzilin ondan alınması qanunun pozulmasına gətirib çıxaracaqdır. Eyni zamanda 1-ci instansiya məhkəməsi nəzərə almamışdır ki, ilkin iddiaçı tərəfindən mənzilə dair müqavilə öhdəliyi tam yerinə yetirilməmiş, digər cavabdehə ona mənzil verilməsi barədə heç bir tələb irəli sürülməmiş və birbaşa hazırkı iddia ilə məhkəmədə iddia verilmişdir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. İşi araşdıran 1-ci instansiya məhkəməsi mübahisəli mənzilin 202 1-ci ildə onun tərəfindən tam qanuni əsaslarla əldə edilməsi hissəsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda Mülki Məcəllənin 337.5ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Təsadüfi deyildir ki, mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştir akçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Lakin 1-ci instansiya məhkəməsi bu qaydaya əməl etməmiş hər iki tərəfin şahidlərin dindirilməsi ilə bağlı vermiş olduğu vəsatət təmin edilsə də, onun şahidləri dindirilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün bütün sübutları tədqiq etməmişdir. Məhkəmə tərəfindən məhkəmə araşdırması zamanı tərəflərin həqiqi iradə ifadələri araşdırılmamış, tərəflər arasında yaranmış problem və mübahisənin nəticəsinə bir başa təsir edəcək bütün faktiki hallar araşdırılmamış, sadəcə olaraq iddiaçının formal tələbi əsasında iddia təmin edilmişdir. Müqavilənin etibarsız sayılması özü-özlüyündən mənzilin təhvil verilməsinə dəlalət edə bilməz. Bundan başqa, 1-ci instansiya məhkəməsi nəzərə almamışdır ki, hazırkı mənzil onun tərəfindən 2021-ci ildə əldə edilmiş və nə mənzili alan, nə də mənzildə sahiblik və istifadəyə başladığı müddət ərzində ona qarşı heç kəs irad bildirməmişdir. Bundan başqa, 1-ci instansiya məhkəməsi nəzərə almamışdır ki, digər cavabdeh Fam-88 ilkin iddiaçı tərəfindən müqavilə öhdəliyi yerinə yetiriləcəyi təqdirdə həmin şəxsi mənzillə təmin edəcəkdir. Məhkəmə tərəfindən tərəflər arasında olan mübahisə üzrə sübut növündə əsas götürdüyü hallar əsaslandırılmamış və hüquqi qiymət verilməmişdir. 1-ci instansiya məhkəməsi tərəflər arasında olan münasibətləri tam şəkildə araşdırmadığı üçün qətnamədə qeyd etdiyi nəticə işin halları ilə uyğun gəlməmişdir.

19. Cavabdeh1 nümayəndəsi X1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 28 may 2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə kücəsi, 1 ünvanıda fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus çox mərtəbəli yaşayış binasından 36 ay müddətinə, ümumi dəyəri 41774 manat olan mübahisəli mənzilə dair müqavilə bağlamışdır. Müqavilənin şərtlərini pozan İddiaçı 28 may 2014-cü ildən 26 mart 2019-cu ilə kimi "xxxx" MMC-yə ümumilkdə 25740 manat pul ödəmişdir. "xxxx" MMC də istintaq orqanında yaranmış problemlərlə bağlı zərərçəkmişlərin zərərinin ödənilməsi məqsədi ilə, Cavabdeh1 MMC tikinti şirkətinə həvalə edilmişdir. Bunlardan biri İddiaçı olmuşdur. Ərizə ilə Cavabdeh1 MMC tikinti şirkətinə, "xxxx" MMC şirkətinə ümumilkdə ödədiyi 25000 manat məbləgində pulun ilkin avans kimi qəbul edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Şirkət bunu mənzilin qalan pullarını Cavabdeh1 MMC-yə ödəmək şərti ilə qəbul etmişdir. Ərizəni yazan gün, yəni 26 mart 2019-cu il tarixdə 2000 manat ödəmişdir. 29 mart 2019-cu il tarixdə 2000 manat ödəmişdir. 29 aprel 2019-cu il tarixdən bu günə kimi şirkətə heç bir manat ödəməmişdir, hazırda iddia tələbi ilə şirkətdən mənzil tələb edir və məhkəmə iddiaçının haqsız tələbini təmin edərək əsassız qərar qəbul etmişdir. “Payçı” ödənişi 3 gündən artıq gecikdirdikdə mənzilin aylıq ödəniləcək məbləğindən gecikdirilmiş hər 1 gün üçün 1% məbləğində 1 aya 30% məbləğində cərimə tətbiq olunur. Məhkəmə qərar qəbul edəndə, iddiaçının Cavabdeh1 MMC-nin qarşısında olan öhdəlikləri yerinə yetiməməsini və müqavilənin bir tərəfli pozulmasını nəzərə almayaraq, iddiaçının marağı naminə qərar qəbul etmişdir. Mənzilin həqiqi və vicdanlı sahibi olmasını mənzil sahibinə verilən maliyyə arayışı təsdiq edir. Yəni mənzili alan alıcı mənzilin pulunu tam ödədikdən sonra alıcıdan kassa mədaxil qəbzləri alınır və qəbzə əsasən maliiyə arayışı verilir. Məhkəmə bu halları araşdırmadan əsassız qərar qəbul etmişdir. Məhkəmə qeyd edilən bütün fakt iki hallara və sübutlara istinad etməli idi. Məhkəməyə dəfələrlə vəsatətlər və etiraz etməsinə baxmayaraq, iddiaçının birinci prosesdə təqdim etməyib sonradan təqdim etdiyi kassa mədaxil qəbzlərini necə, harda və hansı şəraitdə tərtib olunması üçün, obyektiv araşdırma apararaq, ekspertiza təyin etməli idi. Məhkəmə iddiaçının planlı şəkildə iddia tələbinin formal olduğunu bildiyi halda heç bir araşdırma aparmamış, əksinə qarşı tərəfin maraqları naminə qərar qəbul etmişdir. Belə ki, iddiaçı şahidlərin növbəti prosesdə dindirilməsi ilə bağlı vəsatət verdiyi halda məhkəməyə şahidlərlə birlikdə gəlməsi, cavabdeh olaraq, şahidlərinin dindirilməsini təmin etməməsi, məhkəmənin qarşı tərəfin maraqları naminə qərar verməsi üçün sübutdur. Belə ki, məhkəmənin iddiaçının formal təşkil etdiyi şahidlərin in saxta və öyrədilmiş ifadəsini sübut kimi qəbul etməsi tamamilə kobud surətdə prosesual pozunutuya yol vermişdir. Belə ki, şahidlər İddiaçı mənzil alması barədə məlumatı olduğunu bildirmiş, yəni iddiaçını harda, necə, hansı mənzilin alınmasında iştirak etməmələri və sadəcə iddiaçının “Xırdalandan mənzil almışam” deməsi bu tələb üçün şahid ola bilməz. İddiaçının məhkəmədə iştirak etdiyi şahid hal şahidi yox, ehtimal fərziyə üstündə qurulmuş şahiddir və məhkəmə şahid kimi qəbul etməklə mülkü prosesual pozuntusuna yol vermişdir. X4 onun sinif yoldaşı, ikinci şahidi X9 oglu isə iddiaçının qaynının qonşusudur. Məhkəmə iddiaçının şahidləri olan biri sinif yoldaşı, ikincisi qaynının qonşusunun İddiaçı nə qədər yaxın olmasını, iddiaçının mənzil alması ilə bağlı nə dərəcədə şahidlik etməyinə hü quqi qiymət vermək əvəzinə, gözüyumulu, bitərəf və iddiaçının maraqları naminə əsassız qərar verməsi qətnamənin ləğv edilməsi üçün sübutdur. Birinci instansiya məhkəməsinə təqdim etdiyi sübutların heç birinə hüquqi qiymət verilməmişdir. Əlavə olaraq, İddiaçı və havadarları tərəfindən tez-tez təhqir olunması, şərəf və ləyaqətinin alçaldılması ilə bağlı DİN-in 102 məlumat bürosuna şikayəti barədə Abşeron RPİ-dən rəsmi məlumatı məhkəməyə bildirsə də, məhkəmə münasibət bildirməmişdir. Yəni ən azından iddiaçının formal şahidlərinə hüquqi qiymət verdiyi kimi məhkəmə sorğu verməmişdir. Qeyd olunanlara əsasən qətnamənin ləğv edilməsini tələb etmişdir.

21. Cavabdeh2 öz apellyasiya şikayətini müdafiə edərək digər Cavabdeh1 apellyasiya şikayəti ilə razı olduğunu bildirmiş və apellyasiya şikayətlərini n təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Həmçinin bildirmişdir ki, mübahisə predmeti olan mənzil 14 aprel 2022-ci il tarixdə müqavilə bağlandıqdan sonra ona təhvil verilmiş, mənzilə baxarkən və ona təhvil verilərkən mənzilin qapısı olmamış, heç kim həmin mənzilin başqa şəxsə məxsus olması barədə məlumat verməmiş, o, mənzili qəbul etdikdən sonra qapı quraşdırmış və təmir işlərinə başlamışdır. Hazırda da mənzildə təmir materialları qalmaqdadır, o, mənzilə kommunal xidmətlərlə bağlı sayğaclar quraşdırmış və müvafiq qurumlarla müqavilələr bağlamışdır. Bu müddət ərzində o, həmin mənzilin digər şəxsə məxsus olması barədə məlumatsız olmuş, mənzil onun sahibliyində və istifadəsində bir il olduğu müddətdə heç kim, o cümlədən İddiaçı həmin mənzilə gəlməmişdir. Yalnız bir ildən sonr a ona bu mənzilin ondan öncə İddiaçı satıldığını bilmişdir. MMC-nin direktoru ona mənzili göstərmiş, o, mənzili bəyənərək almışdır. O, təsadüf nəticəsində bu evi almışdır. Onun FAM-88 MMC ilə əvvəllər heç bir əlaqəsi, MMC rəhbərliyi ilə heç bir tanışlığı olmamışdır.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-311/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Almaz Süleymanova – sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Gülnar Cabbarova) Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilkin iddia ərizəsinin təmin edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli "xxxx" haqqında müqavilənin etibarsız hesab edilməsi, mübahisəli mən zilin MMC-nin qanunsuz sahibliyindən alınaraq İddiaçı təhvil verilməsi - hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin iddianın rədd edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi ilkin iddia üzrə mübahisələndirilən Cavabdeh2la Cavabdeh1 MMC arasında bağlanılmış 14 aprel 2022-ci il tarixi alqı-satqı müqaviləsi üzrə qeyd etmişdir ki, həmin müqavilənin etibarlı hesab edilməsi üçün əsas olan şərtlərə cavab verir, müqavilə qanunla nəzərdə tutulmuş qaydada bağlanmışdır, müqavilənin etibarsız hesab edilməsi üçün şərtlər mövcüd deyildir.

24. Araşdırma zamanı Cavabdeh2 izahatı ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil 14 aprel 2022-ci il tarixdə müqavilə ba ğlandıqdan sonra Cavabdeh2 təhvil verilmiş, mənzilə baxarkən və ona təhvil verilərkən mənzilin qapısı olmamış, heç kim həmin mənzilin başqa şəxsə məxsus olması barədə məlumat verməmiş, o, mənzili qəbul etdikdən sonra qapı quraşdırmış və təmir işlərinə başlamış, hazırda da mənzildə təmir materialları qalmaqdadır, o, mənzilə kommunal xidmətlərlə bağlı sayğaclar quraşdırmış və müvafiq qurumlarla müqavilələr bağlamışdır. Bu müddət ərzində o, həmin mənzilin digər şəxsə məxsus olması barədə məlumatsız olmuş, mənzil onun sahibliyindən və istifadəsində bir il olduğu müddətdə heç kim, o cümlədən İddiaçı həmin mənzilə gəlməmişdir. Yalnız bir ildən sonra ona bu mənzilin ondan öncə İddiaçı satıldığını bilmişdir. MMC-nin direktoru ona mənzili göstərmiş, o, mənzili bəyənərək almışdır. O, təsadüf nəticəs ində bu evi almışdır. Onun FAM-88 MMC ilə əvvəllər heç bir əlaqəsi, MMC rəhbərliyi ilə heç bir tanışlığı olmamışdır.

25. Göründüyü kimi mübahisə predmeti olan mənzil 2022-ci ili aprel ayından Cavabdeh2 istifadəsində və sahibliyindədir.

26. Məhkəmə kollegiyası işin sadalanan faktiki hallarını Mülki Məcəllənin 452-ci maddəsinin tələbləri baxımdan qiymətləndirərək hesab etmişdir ki, araşdırılan mübahisə üzrə Mülki Məcəllənin 452-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtləri mövcuddur, bu isə ilkin iddianın rədd edilməsi üçün qanuni əsas olaraq qəbul edilməli, ilkin iddia üzrə iddiaçıya müqavilə predmetini təşkil edən əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzini ödənilməsini tələb etmək hüququ izah edilməlidir.

27. Məhkəmə kollegiyası qarşılıqlı iddanın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, əqdin etibarsız hesab edilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir.

28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 324.6, 337.1, 337.2, 337.4, 337.5, 390.1 və 405.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti ilk iddia tələ bi ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, Hüsnüyə X2baq mübahisəli mənzili Cavabdeh1 MMC-dən təhvil almış, ona faktiki sahiblik etməyə başlamışdır. Pərviz Nəzərov isə sonradan qanunsuz olaraq gəlib həmin mənzilin qapısını çaxarıb başqa qapı qoymaqla, iddiaçının sahiblik hüququnu pozmuşdur. Cavabdeh2 mənzilin ona təhvil verilməsini və həmin vaxt mənzilin qapısı olmadığını bildirsə də, bunu heç nə ilə təsdiq edə bilməmişdir. Əksinə, apelyasiya baxışı zamanı məhkəmə iclasında tərəfindən bununla bağlı sual verilərkən mənzildə qapının oldugunu etiraf etmişdir. Bununla da bir daha təsdiq olunur ki, mənzilə ilk əvvəl İddiaçı faktiki sahibliyə başlamış, Cavabdeh2 isə qadağan edilmiş özbaşınalıq yolu ilə onu sahiblikdən məhrum etmişdir. b) Kassasiya şikayətinə qarşı et irazın dəlilləri

31. Cavabdeh2 kassasiya şikayətinə etiraz edərək apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. instansiyası Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

32. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

33. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

36. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

37. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

38. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə ed ilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

39. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

40. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

41. Maddə 14.2. Məhkəmə yalnız tə rəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin m övqeyi

49. Tərəflər arasındakı mübahisə ünvan 1 ünvanındakı V blok, 10-cu mərtəbə, 320 saylı mənzillə bağlıdır.

50. İlkin iddiaçı həmin mənzilə dair cavabdeh MMC ilə xx.xx.2019-cu il tarixdə müqavilə bağlamasına və dəyərini ödəməsinə istinad edərək bildirir ki, MMC yaşayış sahəsini ona təhvil verməməklə müqavilə öhdəliyini pozmuşdur. Bundan əlavə, ilkin iddiaçı, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 arasında eyni mənzilə dair bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız sayılmasını və mənzilin ona təhvil verilməsini tələb edir.

51. Qarşılıqlı iddiaçı Cavabdeh2 mübahisəli mənzili cavabdeh MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli müqavilə əsasında aldığını və sahibləndiyini bildirərək İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilənin mübahisəli m ənzilə aid hissədə etibarsız sayılmasını xahiş etmişdir.

52. Cavabdeh1 MMC isə bildirmişdir ki, İddiaçı "xxxx" MMC şirkətinə ümumilkdə ödədiyi 25000 manat məbləgində pulun ilkin avans kimi qəbul edilməsi bağladıqları müqavilədə öz əksini tapmış, İddiaçı 26 mart 2019-cu il tarixdə 2000 manat, 29 aprel 2019-cu il tarixdə 2000 manat ödəmiş, qalıq borc olan 12.034 manat isə ödənilməmişdir. Bu səbəbdən MMC İddiaçı ilə bağladığı müqaviləni birtərəfli qaydada ləğv edərək həmin mənzilə dair xx.xx.2022-ci il tarixdə Cavabdeh2la müqavilə bağlamış və mənzili sonuncunun sahibliyinə vermişdir.

53. Birinci instansiya məhkəməsi ilkin iddianı əsaslı sayaraq təmin etsə də, apelyasiya məhkəməsi ilkin iddianın təmin olunmuş hissəsində qətnaməni ləğv, həmin tələbləri rədd etmişdir. Apelyasiya məhkəməsi Mülki Məcəllənin 452-ci maddəsinə əsaslanaraq mübahisəli mənzil üzərində Cavabdeh2 üstünlüyünü tanımışdır. Bu nəticəyə gələrkən apelyasiya kollegiyası ona istinad etmişdir ki, 14 aprel 2022-ci il tarixli müqavilə bağlandıqdan sonra mənzil Cavabdeh2 təhvil verilmiş, o, mənzilə qapı qoyaraq təmir işlərinə başlamış (hazırda da mənzildə təmir materialları qalmaqdadır), kommunal xidmətlərlə bağlı sayğaclar quraşdırmış və müvafiq qurumlarla müqavilələr bağlamışdır. Beləliklə də yaşayış sahəsi qeyd olunan tarixdən Cavabdeh2 istifadəsində və sahibliyindədir (§ 24-26).

54. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

55. Məlum olduğu kimi, məhkəmə iddia tələbləri üzrə hüquqi dəyərləndirmə apararkən iddiaya uyğun gələn qanuni əsası t apmalı, ona bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olub-olmadığını yoxlamalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və işin müəyyən olunmuş faktiki halları müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.

56. Nəzərə alsaq ki, ilkin iddiaçının mübahisəli mənzilin təhvil verilməsi barədə tələbi cavabdeh MMC ilə bağladığı əqdə əsaslanır, eləcə də hər iki iddiaçı müqavilələrin etibarsızlığının təsbit olunmasını tələb edirlər, o zaman iş üzrə tərəflərin bağladıqları müqavilələrin etibarlı olub-olmadığının müəyyən edilməsi, əqdlər etibarlı hesab edildikdə isə onların tərəflər üçün yaratdığı h üquq və öhdəliklərin nədən ibarət olması, bu öhdəliklərin yerinə yetirilib-yetirilməməsi, cavabdeh MMC ilə bağlanılmış müqavilələr üzrə öhdəlikləri hər iki iddiaçı icra etmişsə, eyni mübahisəli əşya üzərində hansının üstün hüquqa malik olmasına qiymət verilməsi mübahisəyə mahiyyəti üzrə baxan apelyasiya məhkəməsinin vəzifəsi olmuşdur.

57. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin bu məsələlərlə bağlı formalaşdırdığı hüquqi mövqelərə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla b ağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərar).

58. Baxılan işdə ilkin iddiaçının cavabdeh MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli müqavilənin etibarsızlığı təsbit olunmamışdır. Məhkəmələr m üəyyən etmişlər ki, həmin müqavilə əsasında Cavabdeh1 MMC inşa etdiyi binada mübahisəli mənzili bir pay kimi İddiaçı verməyi, sonuncu isə əşyanı qəbul edərək dəyərini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunanlar tərəflər arasında podrat müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yarandığına dəlalət edir.

59. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir (§ 36-37).

60. Sözügedən mənzilin inşa edilməsi və mövcudluğu işin mübahisə olunmayan halıdır. İlkin iddiaçı mənzilin dəyərini tam şəkildə ö dədiyini bildirərək bunu təsdiq edən sübutlar kimi ödəniş qəbzlərinin əslini məhkəməyə təqdim etmişdir (iş vər. 40-46).

61. Cavabdeh MMC mənzili ilkin iddiaçıya təhvil verməkdən boyun qaçırmış və məhkəməyə təqdim etdiyi etirazında İddiaçı qalıq 12.034 manat borcu ödəmədiyini, bu səbəbdən onunla bağladığı müqaviləni birtərəfli qaydada ləğv edərək eyni mənzilə dair xx.xx.2022-ci il tarixdə Cavabdeh2la müqavilə bağladığını bildirmişdir. MMC bu barədə ilkin iddiaçıya göndərdiyi xəbərdarlıqların surətini məhkəməyə təqdim etmişdir (iş vər. 87, 90-94).

62. Buna baxmayaraq apelyasiya məhkəməsi adları çəkilən tərəflər arasında bağlanmış müqavilənin hüquqi qüvvədə olub-olmamasının təsbiti üçün cavabdeh MMCnin göstərdiyi (müqavilənin ləğvinə əsas verən) halların mövcudluğuna, eləcə də müqavilənin bir tərəfli qaydada və qanunvericiliyə uyğun şəkildə ləğv edilib-edilmədiyinə hüquqi qiymət verməmişdir.

63. Bu baxımdan həmin xüsusatlar üzrə tərəflərin iddia və etirazlarının dəlilləri təqdim olunmuş sübutlar əsasında tam və hərtərəfli araşdırılmalı, əgər İddiaçı təqdim etdiyi qəbzlərin əsli borcu tam ödədiyini təsdiq edirsə, Cavabdeh1 MMC-nin 12.034 manat borcun qalması barədə etirazının nəyə əsaslandığı, müqaviləni ləğv etməsinə dair İddiaçı ünvanlandığı bildirişlərin əslinin və həqiqətən də göndərildiyini təsdiqləyən sübutları təqdim etməməsinin səbəbləri, MMC 2019-cu ilin iyun, sentyabr və oktyabr aylarında iddia olunan məzmunda bildirişlər göndərməklə müqaviləyə bağlı olmadığını bəyan etmişsə, həmin ilin iyun və sentyabr aylarında İddiaçı müxtəlif məbləğlərdə ödəmələri qəbul etmələrinə dair qəbz vermələrinin səbəbləri aydınlaşdırılmalı və nəticədə hər iki tərəfin təqdim etdikləri sənədlərin mötəbərliyinə və mümkünlüyünə qanunvericliyə uyğun qaydada qiymət verilməklə mübahisəli hallar üzrə məhkəmənin gəldiyi qənaət konkret şəkildə qətnamədə göstərilməlidir.

64. Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış müqavilənin hüquqi qüvvədə olduğu və sonuncu tərəfindən öhdəliyin tam icra edildiyi müəyyən edildiyi halda mənzilin MMC tərəfindən ona təhvil verilməməsi üçün qanuni əsasların olub-olmaması yoxlanılmalıdır.

65. Bu zaman eyni mənzilə dair Cavabdeh1 MMC-nin Cavabdeh2la bağladığı xx.xx.2022-ci il tarixli müqavilənin etibarlılığı, həmin əqd etibarlı sayıldıqda ilkin və qarşılıqlı iddiaçılardan hansının əşya üzərində üstün hüquqa malik olması müəyyənləşdirilməlidir.

66. Bu xü susatlar araşdırılarkən nəzərə alınmalıdır ki, xx.xx.2022-ci il tarixli müqavilə ilə bağlı Cavabdeh2 etdiyi faktiki və hüquqi hərəkətlərin tarixi (təmir işlərinin aparılması, həmin əqdə əsaslanmaqla Cavabdeh2 hazırkı işə qoşulmaq barədə verdiyi ərizə, mübahisəli mənzilə dair MMC-yə edilmiş kommunal ödənişlər, kommunal xidmətlər üçün bağlanmış müqavilələr, sayğacların quraşdırılması və s.) iş üzrə mübahisəli halların, o cümlədən mənzilin Cavabdeh2 sahibliyinə qəbul edilməsi iddiasının müəyyənləşdirilməsi baxımından əhəmiyyətli ola bilər.

67. Lakin həmin xüsusatlar üzrə iş materiallarında olan məlumatlar araşdırılmamış və onalara qiymət verilməmişdir.

68. Belə ki, işə əlavə edilmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin iyun 2023-cü il tarixli (günü müəyyən etmək mümkün olmamışdır) aktın da qeyd edilmişdir ki, iddianın təmini tədbiri haqqında Abşeron rayon məhkməsinin xx.xx.2023-cü il tarixli qərardadının icra edilməsi məqsədilə icra məmurları tələbkar İddiaçı və borclu Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə3 ilə birlikdə mübahisəli mənzilə baxış keçirilərkən orada heç kəsin yaşamadığı, qaz, su, işıq sayğaclarının quraşdırılmadığı aşkar edilmişdir.

69. Cavabdeh1 MMC-nin nümayəndəsi qeyd olunan aktda icra hərəkəti ilə bağlı müvafiq qeyd apararaq onu imzası ilə təsdiqləsə də, sözügedən mənzilin xx.xx.2022-ci il tarixdə Cavabdeh2 satılması və mənzilin onun sahibliyində olması barədə hər hansı məlumat verməmişdir.

70. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh2 hazırkı işə maraqlı şəxs qismində qoşulması barədə ərizəsi xx.xx.2023-cü ildə, işıq və su xidmətləri ilə bağlı sən ədlər 2023cü ilin avqust ayında, qazın alqı-satqısı müqaviləsi və bununla bağlı digər sənədlər isə 2023-cü ilin sentyabr-oktyabr aylarında tərtib edilmişdir.

71. Belə olan halda, xx.xx.2022-ci il tarixli müqaviləni bağladıqdan sonra mənzili sahibliyinə alması, təmir işlərinə başlaması, oraya təmir materialları yığması, qapı qoyması, kommunal xidmətlərlə bağlı sayğaclar quraşdırması barədə Cavabdeh2 bildirdiyi məlumatlar işdəki digər sübutlarla, o cümlədən Abşeron rayon İcra və Probasiya şöbəsinin əməkdaşlarının tərtib etdikləri aktın məzmunu ilə birlikdə qiymətləndirilməmiş, ziddiyyətli hallar aydınalşdırılmamışdır.

72. Halbuki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və r əhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarları).

73. Odur ki, yuxarıda göstərilən, eləcə də işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar tam və hərtərəfli araşdırıldıqdan sonra il kin və qarşılıqlı iddiaçının cavabdeh MMC ilə bağladıqları müqavilələrin hüquqi qüvvəsi və fiziki şəxslər tərəfindən öhdəliklərin icra edildiyi təsbit olunduğu halda Mülki Məcəllənin fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələrinə dair 452-ci maddəsinin işə tətbiqi nəzərdən keçirilə bilər.

74. Həmin normaya əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olma dıqda isə daha əvvəl iddia irəli sürənindir.Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (§ 39-40).

75. Göründüyü kimi, fərdi-müəyyən əşyanın borclunun əlindən alınması və kreditora təhvil verilməsinə dair tələb hüququnun əşyanın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxdığı qanunda nəzərdə tutulmuşdur. Bu baxımdan əşyanı daha əvvəl sahibliyinə qəbul etdiyini iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Bu xüsusat üzrə təqdim olunmuş sübutlar mötəbərlilik, mümkünlük və aidedilənlik meyarları ilə qiymətləndirilməklə həmin hala dair yekun nəticəyə gəlinməlidir.

76. O da nəzərə alınmalıdır ki, tərəflərdən biri əşyanı daha əvvəl sahibliyinə aldığını sübuta yetirə bilmədikdə fərdi-müəy yən əşya üzərində öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

77. Baxılan işdə yuxarıda qeyd olunan maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamışdır (§ 43-45).

78. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

79. Təkrar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilibedilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

80. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-311/2024 nömrəli, 7 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar