Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1853/2022 15.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X2 Abasov və Telman Qədir oğlu Məmmədovdan ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi ilə, İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və digər tələblərinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərardadı ilə (hakim E.A.Abdullayev) İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və digər tələblərinə dair mülki iş üzrə Cavabdeh2 tərəfindən verilmiş mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Cavabdeh2 19 aprel 2022-ci il tarixində məhkəməyə daxil olmuş ərizəsində Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2008-ci il tarixli 2(060)-2902 saylı qərardadı ilə ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 30 iyun 2009-cu il tarixli 2(105)-482/2019 saylı qətnaməsinə əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 17 dekabr 2008-ci il tarixli qətnaməsi qismən ləğv edilmişdir. «Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 17 dekabr 2008-ci il tarixli qətnaməsi Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddiaları hissəsində ləğv olunsun. Cavabdeh2nın qarşılıqlı iddiası qismən təmin edilsin, Cavabdeh1 Cavabdeh2 xeyrinə 36500 manat tutulub verilsin. Cavabdeh1 qarşılıqlı iddiası qismən təmin olunsun, İddiaçıdan, T.S.Kazımovadan, T.S.Kazımovadan və E.S.Kazımovadan Cavabdeh1 xeyrinə 5500 ABŞ dollarının manatla məzənnəsi tutulub verilsin. İddiaçı cavabdehlərə qarşı mənzildən çıxarılma barədə iddiası təmin olunsun və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 mübahisəli mənzildən çıxarılsınlar, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrində qeydin ləğv edilməsi, qeydin bərpa olunması, cavabdehlərin mənzildən və pasport qeydiyyatından çıxarılmaları, habelə Cavabdeh1 Cavabdeh2nın xeyrinə və İddiaçı Cavabdeh1 xeyrinə yuxarıda göstərilən pul məbləğlərinin tutulması hissələrində qətnamə eyni vaxta icra olunsun» -qətnamənin qət hissəsində göstərilmişdir. Qətnamə qüvvəsini almışdır, icra edilməsi üçün Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli qərardadına əsasən Cavabdeh2 ərizəsi təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 30 iyun 2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 ödənilməli olan pul məbləği indeksiya olunaraq 2019-cu ilin oktyabr ayınadək istehlak qiymətlərinin artması nəzərə alınmaqla hesablanmış, 61201,33 manat pul vəsaiti Cavabdeh1 tutularaq Cavabdeh2 ödənilməsi müəyyən edilmişdir. Qərardad qüvvəsini almışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 8(105)-148/2021 saylı qərardadına əsasən Cavabdeh1 ərizəsi qismən təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2009-cu il tarixli 2(105)-482/2009 saylı qətnaməsi ilə Cavabdeh1 ödənilməli olan pul vəsaiti indeksasiya edilərək, borclular İddiaçı, X1 və X4 Cavabdeh1 xeyrinə manatla məzənnə üzrə 15505 ABŞ dolları tutulması müəyyən edilmişdir. İcra işinin materiallarından görünür ki, tələbkar İddiaçı Cavabdeh1 pulu qaytarmaq imkanı yoxdur. Eyni zamanda Cavabdeh1 Cavabdeh2 da pulu qaytarmaq imkanı yoxdur. İcra işində ərizəçi nəinki bir tərəfdən borclu, hətda o biri tərəfdən tələbkar da hesab edilir. Artıq 15 ilə yaxındır ki, icra sənədini icra etmək mümkün olmamışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Cavabdeh2 şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Əgər icra sənədinin geri qaytarılmaması həm də buna mövcud səbəblər icra sənədində olan tələbin müddət üzrə qeyri-məhdud olan məcburi icrasına və nəticə olaraq Konstitusiya-hüquqi təminatlar nöqteyi-nəzərindən borclunun öz hüquqi mövqeyinə münasibətdə həddən artıq uzun müddət ərzində qeyri-müəyyənlik vəziyyətində qalmasına gətirib çıxara bilər. Məhkəmə yalnız tələbkar İddiaçı etirazı oldugunu bildirmişdir. Ərizənin təmin edilməsi tələbkar (borclunun) etirazından asılı deyil, icra məmurunun “icra sənədinin qaytarılması barədə” qüvvəyə minmiş qərarından asılıdır. Tələbkar İddiaçı Ukrayina vətəndaşıdır və orada yaşayır. Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(060)-2902 saylı qərardadı ləğv edib, ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, aşağıda şərh olunanlara əsasən hesab edir ki, iş üzrə qərardad dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir (45.1.). İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur (50.1.). Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir (50.2.). İş materiallarında olan məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2902/2008 saylı, 17 dekabr 2008-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 və digərlərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və digər tələblərinə dair iddiası təmin edilmiş, ünvan 1-ə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, dövlət reyestrində qeyd ləğv edilmiş, X3 adına qeyd bərpa edilmiş, Cavabdeh2, Cavabdeh1 və digərləri mənzilə pasport qeydiyyatından çıxarılmışlar. Həmçinin Cavabdeh1 36500 manat mənzilin dəyəri və 4000 manat təmir xərcləri Cavabdeh2 xeyrinə tutulmuşdur. Qarşılıqlı iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 482/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 17 dekabr 2008-ci il tarixli qətnaməsi qarşılıqlı iddialara aid hissədə ləğv edilmiş, Cavabdeh2 qarşılıqlı iddiası qismən təmin edilmiş, Cavabdeh1 Cavabdeh2 xeyrinə 36500 manat pul tutulmuş, Cavabdeh1 qarşılıqlı iddiası qismən təmin edilmiş, İddiaçı, T.S.Kazımovadan və E.S.Kazımovdan Cavabdeh1 xeyrinə 5500 ABŞ dolları pul tutulmuş, İddiaçı mənzildən çıxarılma barədə iddiası təmin olunmuş, Cavabdeh1, Cavabdeh2 və digərlərinin mənzildən çıxarılmaları qət edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Həmçinin müqavilənin etibarsız hesab edilməsi, qeydin ləğv edilməsi və qeydin bərpa edilməsi, cavabdehlərin mənzildən və pasport qeydiyyatından çıxarılmalarının pulun tutulması ilə eyni vaxta icra edilməsi qətnamədə göstərilmişdir. Göründüyü kimi Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 üzərinə qoyulmuş həbsin götürülməsini tələb etmişdir, halbuki Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2902/2008 saylı, 17 dekabr 2008-ci il tarixli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-482/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnamələrinə əsasən Cavabdeh2 ünvan 1 ünvanından çıxarılmalı və eyni zamanda Cavabdeh1 Cavabdeh2 xeyrinə 36500 manat pul tutulmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Cavabdeh2 ünvan 1 ünvanından çıxarılması qət olunduğundan onun mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi təmin edilə bilməz. İş materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhəri, 10-cu mkr, ev 55, mənzil 35-in mülkiyyətçisi İddiaçındur. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2008-ci il tarixli 2(060)- 2902/2008 saylı qərardadı ilə Sumqayıt şəhəri, 10-cu mkr, ev 55, 35 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. İş materialları ilə müəyyən edilir ki, iş üzrə qəbul edilmiş qətnamə hazırda icra edilməmişdir və bununla əlaqədar olaraq, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadıgından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdeh2 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 23 iyun 2022-ci il tarixli 2(060)-2902/2008 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır.
Məhkəmə qərarları › İş №2(105)-1853/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1853/2022
15.08.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver