Məhkəmə qərarları › İş №2(102)-2548/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2548/2019

04.04.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2548/2019 04.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator İddiaçı, vəkili X1, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(009)-2672/2018, hakim E.E.Rəhimov) İddiaçı Cava bdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən hər ay 50 manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi, alimentin tutulmasının əvvəli 19.07.2018-ci il tarixdən hesablanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-11897/2018, hakimlər İ.K.Xəlilov, X.A.Cəmilova, A.Q.Hüseynov) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Səbail Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 19 iyul 2018-ci il tarixdə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mü raciət edərək öz xeyrinə hər ay 174 manat aliment tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, tək və xəstə olmaqla maddi rifahı çox çətindir. Gündəlik maddi təminatını təmin edə bilmir. Ona görə də oğlu olan cavabdehdən, 174 manat aliment məbləği tutulmalıdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh vəkilsiz iştir ak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı rədd edən apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, hazırda iddiaçı ilə cavabdehin maddi imka nları müqayisə olunsa, iddiaçının maddi vəziyyətinin daha üstün olması açıq-aşkardır. O, pensiya alır, digər övladlarından yardım alır və iki otaqlı mənzildə tək yaşayır. Onun cavabdehdən maddi yardım tələb etməyə ehtiyacı yoxdur. İşdən görünür ki, tərəflər arasında mənzillə bağlı mübahisə olmuş və cavabdehin tələbləri təmin edilməmiş, iddiaçının tələbi təmin edilmişdir. Mübahisənin həmin zəmində yaranması istisna deyil. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinin güddüyü məqsəd ağır maddi durumda olan valideynin öz uşaqlarından yardım almasını təmin etməkdir. Lakin bu məqsədə yardım almağa haqqı çatan digər şəxslərin mənafeyini pozmaqla naill olmaq olmaz. Hazırki işdə alimentin tutulması ilə cavabdehin himayəsində olan və onları saxlamağa borclu olduğu azyaşlı uşaqların m ənafeyi pozulur. Qorunan mənafe ilə (iddiaçının mənafeyi) zərər çəkən mənafe (uşaqların mənafeyi) müqayisə edildikdə uşaqların mənafeyi daha üstün yer tutur. Çünki onlar azyaşlı olmaqla yeganə dolanışıq mənbəyi valideynin qazancıdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırki işdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.1-ci maddəsinin tətbiqi üçün əsaslar yoxdur. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, tək və xəstə olmaqla gündəlik maddi təminatını təmin edə bilmir. Oğlu olan cavabdeh isə onunla qətiyyən maraqlanmır. İddiaçı pensiyaçı olduğunu, hər ay 200 manat pensiya aldığını, Moskvada yaşayan iki övladının ona hər ay 2.000 rubl yardım etdiyini bildirmişdir. Azər baycan Respublikası Ailə Məcəlləsinin 82-ci maddəsi ilə yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq onların vəzifəsi kimi müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Deməli, valideynin əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olmasının müəyyən edilməsi əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlardan aliment tutulmas ı üçün əsasdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi ilə əmək qabiliyyəti olmayan şəxslər sırasına əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmu ş 18 yaşından yuxarı əlil uşaqları aid edilmişdir. İddiaçı xx xxx 1956-cı il təvəllüdlü olmaqla, 62 yaşı tamam olmuşdur. İddiaçının yetkinlik yaşına çatmış övladından aliment tutulması üçün qanunvericilikdə nəzərdə tutulmuş digər şərt onun maddi yardıma ehtiyacının olmasının müəyyən edilməsidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 200 manat məbləğində pensiya alır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının digər 2 övladı ona hər ay 2.000 rubl məbləğində maddi yardım göstərir. Qeyd edilən hal iddiaçının maddi vəziyyətinin yaxşı olmasına dəlalət etməməklə, əksinə hər ay digər övladları tərəfindən ona yardım edilməsi onun həqiqətən də maddi yardıma ehtiyacı olduğunu təsdiq edir. Cavabdehin özünün də maddi imkanının yaxşı olmaması onun valideynini saxlamaq və ona q ayğı göstərmək vəzifəsindən azad edilməsi üçün əsas hesab edilə bilməz. Çünki yuxarıda qeyd edildiyi kimi qanunvericiliyin tələblərinə görə maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamaq və onlara qayğı göstərmək əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların vəzifəsidir. Cavabdeh yetkinlik yaşında olmaqla, əmək qabiliyyətli olmaması iş materialları ilə müəyyən edilmir. Apellyasiya məhkəməsi iddianın rədd ediməsi barədə gəldiyi nəticəni məhz cavabdehin maddi və ailə vəziyyətinin yaxşı olmaması ilə əsaslandırmışdır. Halbuki qeyd edilən hallar aliment öhdəliyindən azad edilmə üçün əsas hesab edilməməklə, yalnız alimentin məbləğinin müəyyən edilməsi zamanı nəzərə alınır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.3-cü maddəsinə əsasən övladların hər b irindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərin diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Lakin apellyasiya məhkəməsi işin qeyd edilən hallarına Ailə Məcəlləsinin sadalanan normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəh bər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar