Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2552/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bakı Standart” Kommersiya Bankının cavabdehlər X6 (Cavabdeh1 Sudef oğlu), Cavabdeh3 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ilk, Coşqun-R Firması” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bakı Standart” Kommersiya Bankına qarşı qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun ödənilməsi, zaminlik müqaviləsinin xitamı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhm əd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin cavabdehlər X4 (Cavabdeh1), X2 və "xxxx" MMC-yə qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi"xxxx"xxxx" MMC-nin iddiaçı QSC "Bank Standard" KB-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-1276/2021 nömrəli, 01 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 06 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı (kreditor) QSC "Bank Standard" KB-nın Lənkəran filialı ilə cavabdeh (borc alan) Cavabdeh1 arasında 09 aprel 2008-ci il tarixd ə bağlanmış ********** nömrəli kredit müqaviləsinə əsasən, kreditor tərəfindən illik faiz dərəcəsi 20 faiz müəyyən edilməklə və 36 ay müddətinə qaytarılması şərtilə 55000 manat məbləğində kreditin borc alana verilməsi, borc alan tərəfindən isə kreditdən məqsədli təyinatı üzrə istifadə edilməklə, müqavilədə nəzərdə tutulan qaydada və müddətdə qaytarılması nəzərdə tutulmuşdur.
2. Həmin müqaviləyə 1 nömrəli əlavə ödəniş cədvəlinə əsasən, borc alan almış olduğu krediti 09 may 2008-ci il tarixindən başlayaraq hər ay 2044 manat məbləğində ödənişlər etməklə 09 aprel 2011-ci il tarixinədək qaytarmalı idi. Ödəniş qrafikinə əsasən, borc alanın 55000 manat əsas, kredit borcuna görə 36 ayın sonunda ödəməli olduğu faiz məbləği 18584 manat təşkil etmişdir.
3. Bank ilə Coşqun-R Firması" MMC və Cavabdeh3 arasında 09 aprel 2008-ci tarixli zaminlik müqavilələri bağlanmış və zaminlər borc verən bank qarşısında borc alan Cavabdeh1 öz öhdəliklərini icra etməsi üçün məsuliyyəti tamamilə öz üzərlərinə götürmüşlər.
4. İddiaçı ilə Cavabdeh1 arasında 09 aprel 2008-ci ildə ipoteka müqaviləsi bağlanmış, ipoteka qoyan ipoteka saxlayan qarşısında pul öhdəliklərini icra etməsi üçün Masallı rayonu, Hüseynhacılı kəndində yerləşən və cavabdehin mülkiyyətində olan 0,05 ha torpaq sahəsində 2 mərtəbəli, 3 otaqlı, 55,9 kv metr yaşayış sahəsində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının xeyrinə ipoteka növündə yüklülüyü qeydiyyata alınmışdır. İpoteka predmeti 06 fevral 2008-ci il qiymətləndirmə aktına əsasən 120000 manat qiymətləndirilmişdir.
5. Bank tərəfindən 2010-2013-cü illərd ə cavabdehə müxtəlif tarixlərdə bildirişlər və xəbərdarlıqlar edilmiş, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini yerinə yetirməsi təklif orlunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB cavabdehlər X4 (adı dəyişib əvvəlki adı Cavabdeh1), X2 və "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankın Lənkəran filialı ilə Cavabdeh1 ilə arasında 09 aprel 2008-ci il tarixdə bağlanmış ********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müqavilə üzrə 16424,15 manat əsas borc, 14312,42 manat faiz borcu, 11751,63 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ********** saylı 09 aprel 2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olmaqla, Masallı rayonu, Hüseynhacılı kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu şəxs Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka qeyd olunmuş müqavilə üzrə 16424,15 manat, vaxtı keçmiş əsas borcu, 14312,42 manat faiz borcu və 11751,63 manat cərimə borcu olmaqla, ümumillikdə 42488,2 manat vaxtı keçmiş kredit borcu qalmışdır.
8. Cavabdeh "xxxx" MMC iddiaçı QSC "Bank Standard" KB-yə qarşı "zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, aralarında 09 aprel 2013-cü il tarixdə ba ğlanmış **********-1 saylı zaminlik müqaviləsinə xitam verilməsi, ilk iddianın ona münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC ilə borclunun öhdəliyinə görə kreditor arasında zaminlik müqaviləsi 09 aprel 2008-ci il tarixdə bağlanmışdır. Qeyd olunan kredit müqaviləsi üzrə kreditin 36 ay müddətinə qaytarılması nəzərdə tutulmuşdur. Yəni kredit müqaviləsi üzrə öhdəliklər 2011-ci ilin aprel ayınadək yerinə yetirilməli idi. "xxxx" MMC də, yalnız həmin müqavilə üzrə zaminlik öhdəliyi götürmüşdür və qeyd olunan dövr ərzində borclunun öhdəliyini yerinə yetirməməsi ilə bağlı kreditor tərəfindən "xxxx" MMC-nə rəsmi məktub göndərilməmiş, iddiaçı tə ləbetmə üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür.
10. Məhkəmə-mühasibatlıq ekspertizasının 15 dekabr 2014-cü il tarixli 21489 saylı rəyinə görə 09 aprel 2008-ci il tarixli kredit müqaviləsi üzrə 18 noyabr 2013-cü il tarixə cavabdehlərin banka olan borcu 16424,15 manat əsas, 14312,42 manat faiz və 11751,63 manat cərimə borcu təşkil edir.
11. Masallı Rayon Məhkəməsinin 02 fevral 2015-ci il tarixli, 2(050)-4/2015 saylı qətnaməsi ilə (bundan sonra birinci instansiya məhkəməsi) ilk iddia qismən təmin olunaraq, iddiaçı QSC “Bank Standard” KB-nın Lənkəran filialı ilə Cavabdeh1 arasında bağlanmış 09 aprel 2008-ci il tarixli ********** nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 kredit müqaviləsi üzrə vaxtı keçmiş əsas borca görə 16424,15 manat, vaxtı keçmiş faiz borcuna görə 14312,42 manat və cərimə borcuna görə 3073,65 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 33840,22 manat məbləğində pulun tutularaq QSC “Bank Standard” KB-na ödənilməsi, tutmanın ipoteka predmeti olan Masallı rayonu, Hüseynhacılı kəndində Cavabdeh1 mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 55,9 kv metr yaşayış sahəsindən, 148,34 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 120000 manat müəyyən olunması və ev açıq hərracda satılaraq satışdan əldə edilən məbləğ hesabına tələb olunan borcun ödənilməsi, həmin məbləğ iddiaçı QSC “Bank Standard” KB-nin tələbindən artıq olarsa, artıq məbləğin Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan fərdi yaşayış evinin satıldıqdan ən geci bir ay ər zində boşaldılması, ilk iddianın qalan hissədə və digər cavabdehlər "xxxx" MMC-yə və X1 münasibətdə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, iddiaçı QSC “Bank Standard” KB ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 09 aprel 2013-cü il tarixli, **********-1 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi qət olunmuşdur. (hakim: Hilal Xəlilov)
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, borclu öz öhdəliyini lazımınca və vaxtında icra etməmişdir, ona görə də tutma ipoteka saxlayanın tələbi ilə ipoteka predmetinə yönəldilməli, ilkin qiyməti qiymətləndirmə aktında müəyyən edildiyi kimi, yəni 120000 manat miqdarında göstərilməlidir.
13. Məhkəmə dəbbə puluna münasibətdə qeyd etmişdir ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə x ələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutulmuşdur. Məhkəmə bu qənaətə gəlmişdir ki, kredit müqaviləsindən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yük olduğundan azaldılmalı və iddia bu hissədə qismən təmin edilməlidir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, digər cavabdehlər də zaminlik müqaviləsi bağlamaqla kredit alanın bank qarşısında olan öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər və mülki qanunvericiliyin tələbinə görə borc alanla birlikdə məsuliyyət daşıyırlar. Kredit müqaviləsi 3 il müddətinə bağlanılmışdır və digər cavabdehlər 09 aprel 2088-ci il tarixli kredit müqaviləsinə əsasən, 36 ay müddətinə verilən kreditin və həmin müqavilədən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Qanunvericiliyin tələbinə əsasən (MM 477.0.4), zaminlərin zamin olduğu öhdəliyin müddəti 09 aprel 2011-ci ildə başa çatmasına baxmayaraq kreditor tərəfindən zaminlərə qarşı tələb irəli sürülməmişdir. Buna görə də, zaminlərə qarşı hissədə iddia rədd edilməli, müvafiq olaraq qarşılıqlı iddia təmin edilməlidir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.1, 421.2, 442, 448.1, 470.1, 472.1, 477.0.4, 739.1, 739.2 və 741-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələr inə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun normalarına istinadla əsaslandırmışdır.
16. Cavabdeh X4 qətnamədən apelyasiya şikayəti vermişlər. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apelyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi yalnız müqavilə müddətinin sonuna olan borcunu müəyyən etməli olduğu halda bunu etməmiş, nəticədə üzərinə ağır yük qoyularaq, ondan artıq məbləğdə pulun tutulması qət edilmişdir. Buna görə də cavabdeh cərimə məbləğinin silinməsi, əsas və faiz borcunun müqavilə müddətinin sonuna hesablanması üzrə ekspert rəyinə uyğun iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Mülki işin apellyasiya baxışı zamanı 05 may 2021-ci il tarixli qərardadla məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş, Azərbaycan R espublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2021-ci il tarixli 9/3822 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir.
19. Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər T.S Kərimov (sədrlik edən və məruzəçi), T.X.Heydərov və İ.H.Əhmədov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1276/2021 saylı mülki iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 kredit müqaviləsi üzrə vaxtı keçmiş əsas borca görə 16424,15 manat, vaxtı keçmiş faiz borcuna görə 14312,42 manat və cərimə borcuna görə 3073,65 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 33840,22 manat məbləğində pulun tutularaq QSC “Bank S tandard” KB-yə ödənilməsi hissədə dəyişdirilmiş, cavabdehdən 20346,66 kredit borcu tutularaq ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bakı Standard” Kommersiya Bankına ödənilməsi qət olunmuş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh X3 apellyasiya şikayətində göstərdiyi dəlillər apellyasiya baxışı zamanı qismən öz təsdiqini tapmışdır. Belə ki, apelyasiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən, Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair çıxarış məlumatları, 09 aprel 2008-ci il tarixli ********** saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla sonuncunun 09 aprel 2011-ci il tarixə banka olan əsas borcu 26694,08 manat, faiz borcu isə 153 7,58 manat olmaqla, 28231,66 manat təşkil etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə təqdim edilmiş çıxarış məlumatlarına əsasən bank tərəfindən cərimə hesablanmamış və kredit ödənişlərindən cəriməyə silinmə aparılmamışdır. 09 aprel 2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə cari hesabdan çıxarış məlumatından göründüyü kimi 09 aprel 2011-ci il tarixindən sonra ümumilikdə 7885 manat məbləğində ödəniş edilmişdir. 09 aprel 2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə 09 aprel 2011-ci il tarixinə müəyyən edilmiş 28231,66 manat məbləğində kredit borcundan 09 aprel 2011-ci il tarixindən sonra ümumilikdə edilmiş 7885 manat məbləğində kredit ödənişi çıxıldıqda, Cavabdeh1 kredit müqaviləsi üzrə banka olan əsas və faiz borcunun 20346,66 manat təşkil et diyi müəyyən olunur.
21. Apellyasiya məhkəməsi hesab etmişdir ki, işə birinci instansiyada baxmış məhkəmə müqavilə müddətini nəzərə almadan təyin etmiş olduğu məhkəmə mühasibatlıqekspertizası qarşısında məhkəməyə iddia ərizəsinin verildiyi tarixə hesablanan borc məbləğinin müəyyən olunması sualını qoymaqla borc məbləğini düzgün müəyyən etməmişdir. Bu isə, öz növbəsində borc məbləği hissəsində düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsasında aparılan araşdırma çərçivəsində təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının 30 iyul 2021-ci il tarixli rəyi mötəbər sübut kimi qəbul olunaraq, kredit müqaviləsi üzrə borc alanın icra edilməmiş kredit öhdəliyi həmin rəyə əsasən müəyyən edilməlidir.
22. Apellyasiya instansiya məhkəm əsi qənaətini Mülki Məcəllənin 385.1, 442, 448.1, 554.4 və 739.1-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli qərarına və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv e dilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi yalnız mübahisəli ekspert rəyinə qəbul edilmişdir. Ekspert rəyinin nə dərəcədə düzgün olmasını əsaslandıran dəlilləri yoxlamamışdır. Belə ki, ekspert apellyasiya instansiya məhkəməsi tərəfindən qarşısında qoyulan sualları cavablandırarkən qeyd etmişdir ki, mübahisələndirilən kredit müqaviləsinə görə bank tərəfindən cərimə hesablanmamış və kredit ödənişlərindən cəriməyə silinmələr edilməmişdir. Halbuki, ekspert iş materiallarında olan və tədqiqat üçün verilmiş hesabdan çıxarışda xx.xx.2015-ci il tarixində aparılan 200 manat ödənişin, xx.xx.2015-ci il tarixində aparılmış 140 ma nat ödənişin və digərlərinin kredit müqaviləsi üzrə öhdəliklərin gecikdirildiyindən cərimə hissəsinə silinmişdir. Göründüyü kimi, ekspert rəyində açıq-aşkar və kobud səhvlər mövcüd olsa da, apellyasiya instansiyası məhkəməsi həmin rəyə əsaslanaraq qətnamə qəbul eləməklə səhvə yol vermişdir.
25. Bundan başqa, borclunun kredit müqaviləsi üzrə əsas məbləğdən başqa faiz öhdəiiklərinində olmasına və bunun maliyə arayışında öz əksini tapmasına baxmayaraq ekspertin gəldiyi nəticədə faiz məbləğinin olmaması bildirilmişdir. Bu fakt isə ekspert rəyinin əsassız olduğuna və iş üzrə əlavə ekspertiza keçirilməsi zərurətinə yol açmışdır. Ekspert məhkəmə tərəfindən qarşısında qoyulan sualları cavablandırarkən, hansı yolla nəticəyə gəldiyini göstərməmişdir və yalnız suallara cavab yazmaqla kifayətlənmişdir. Kredit məbləği üzrə həyata keçirilən ödənişlərin ekspertin nəticəsi ilə bankın təqdim etdiyi və hesabdan çıxarışda göstərilənlər bir birinə ziddiyyət təşkil edir, halbuki ekspert hesablamaları bankın təqdim etdiyi çıxarışın əsasında aparmışdır.
26. İddiaçı kassasiya şikayətində Mülki Məcəllənin 418.2, 418.3, 416, 417.1.3, 417.1.4 və 432.4-cü, Mülki Prosessual Məcəllənin Məcəlləsinin 88 və 101.1.3-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
29. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya m üəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 3
3. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarı
34. Kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müq avilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələ blərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 41 6.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddia tələbinin apellyasiya instansiya məhkəməsi tərəfindən rədd edilən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bu hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının p ozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin faiz borcunun məbləği ilə bağlı gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iş üzrə ödənilməli olan əsas borc və faiz məbləğləri müqavilə müddəti çərçivəsində ekspert rəyi ilə müəyyən edilmişdir.
46. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən hal ları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər.
47. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
48. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
49. Göründüyü kimi, qanunvericiliyə əsasən məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88ci maddəsi ilə müəyyən edilm iş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.
50. İşdən görünür ki, ekspert rəyinin qeyri-mötəbərliyinin hər hansı sübutla təsdiq edilməmiş, ekspert rəyinin qiymətləndirilməsi zamanı hər hansı bir prosessual pozuntuya yol verməmişdir.
51. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
52. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası m əhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
53. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-1276/2021 nömrəli, 01 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.