Məhkəmə qərarları › İş №2(102)-2553/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2553/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2553/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2553/21 (Açar sözlər: MPM-nin 82.3-cü maddəsinə əsasən iddianın rədd edilməsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi X9 və vəkili Bayramov Anar Şakir oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «ipoteka müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair Bakı Apely asiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6305/2020 nömrəli, 18 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı məxsus olan əmlak cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə bağlanmış kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin borc vəsaitinin tutulması və ipoteka ilə yüklü edilmiş əmlaklara, o cümlədən həmin iş üzrə (borcun tutulmasına dair iş üzrə) cavabdehlərdən biri olan İddiaçı məxsus olan əmlaka yönəldilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətanməsi mövcüddür. İddiaçı hazırkı mübahisəni başlatmaqda məqsədi ondan ibarətdir ki, onun əmlakı ilə bağlı bağlanmış ipoteka və sonradan on a edilmiş dəyişikliklər etibarsız hesab olunsun. İddiaçı həmin müqavilələri bağlamadığını və heç kimə belə müqavilələr bağlamağa səlahiyyət vermədiyinə istinad etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «ipoteka müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır: cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı iddiaçı X4 qarşı “xxxx" ASC ilə Mərkəzi Bank arasında bağlanmış 16.04.2013-cü il tarixli, KBQ13-1510, 03.06.2013-cü il tarixli KBQİ3-İ518 və 02.07.2013-cü il tarixli KBQ13-1527 nömrəli üç müqavilə üzrə iddiaçının xeyrinə tutulmalı olan 50.000.000 manat əsas borc və 5.144.923 manat faiz olmaqla, cəmi 55.144.923 manat borcun, iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 9619,5 kv.m. olan 7 mərtəbəli qeyri-yaşayış sahəsinə (mehmanxanaya) yönəldilməsi tələbi ilə çıxış edərək, iddiaçının bank qarşısında öhdəliyi olduğunu iddia edir. Cavabdeh tələbinin əsası kimi onu göstərir ki, “xxxx” ASC ilə Mərkəzi Bank arasında bağlanmış üç kredit müqaviləsi əsasında ASC-nə verilmiş cəmi 50.000.000 manat məbləğində kreditin təminatı üçün iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 9.619,5 kv.m. olan 7 mərtəbəli qeyriyaşayış binasının girov edildiyi barədə guya iddiaçı ilə Mərkəzi Bank arasında 16 aprel 2013-cü il tarixli, İBQ13- 1510 saylı ipoteka, 03.06.2013- cü il tarixli İBQ13-1518 saylı və 02.07.2013-cü il tarixli İBQ13-1527/2 nömrəli sonr akı ipoteka müqavilələri bağlanmışdır. Halbuki, iddiaçı Məmmədova (Kərimova) Yeqanə Sabir qızı ilə əmlakının ipoteka ilə girov edilməsinə dair nə Azərbaycan Respublikası Mərkəzi Bankı, nə də kreditin verildiyi “xxxx” ASC ilə hər hansı müqavilə münasibətində olmamış və bununla bağlı hər hansı razılaşma da olmamışdır. Adıçəkilən ipoteka müqavilələrindən və həmçinin qeyd olunan kreditlərdən iddiaçının məlumatı olmamışdır. İddiaçıya aid ünvan 2 ünvanda yerləşən, 7 mərtəbəli qeyri-yaşayış binasının kreditin təminatı üçün girov edildiyi barədə iddiaçı ilə Mərkəzi Bank arasında 2013-cü ilin 16 aprel, 03 iyun və 02 iyul tarixlərində bağlandığı qeyd edilən, müvafiq olaraq İBQ13- 1510 saylı ipoteka, İBQ13-1518 və İBQ13-1527/2 saylı sonrakı ipoteka müqavilələrini heç bir zaman görməmiş, iddiaçıya təq dim edilməmişdir və belə bir müqaviləyə tərəfindən imzalanmamışdır. İddiaçının əmlakına dair icra işi olduğu barədə ona ilk dəfə Nərimanov rayon İcra şöbəsindən 2019-cu ilin iyun ayında məlumat verilmişdir. Daha sonra da icra sənədinin aid olduğu qətnaməni əldə etməsi üçün Səbail Rayon Məhkəməsinə müraciəti nəzərə alınıb, qətnamə və adıçəkilən ipoteka müqavilələrinin kserosurətləri məhkəmə tərəfindən 26.12.2019-cu il tarixdə iddiaçıya təqdim edilmişdir. İddiaçı qeyd olunan ipoteka müqavilələrini ilk dəfə 26.12.2019-cu il tarixdə mülki işin materiallarında görmüş və ilk dəfə də həmin gün bu barədə ona məlum olmuşdur. Həmin ipoteka müqavilələrini və həmçinin onların təminatı kimi qeyd edildiyi kredit müqavilələrini iddiaçı əvvəllər heç görməmiş, Mərkəzi Bankla aralarında belə bir müqavilə mö vcud olmamış və həmin müqavilədə qeyd olunmuş iddiaçının adı, soyadının qarşısında imza ona məxsus deyildir. Kreditlə bağlı da bankla iddiaçı arasında hər hansı münasibət və razılaşma mövcud olmamışdır və indiyə kimi də kredit barəsində iddiaçıya heç nə deyilməmiş, ödənişlərin edilməməsi ilə bağlı da irad bildirilməmişdir. İddiaçı cavabdehdən müqavilələrin əsllərini və onunla əlaqəli sənədlərin ona verilməsini tələb etsə də, indiyə kimi təqdim edilməmişdir. İddiaçı ilə Mərkəzi Bank arasında 2013-cü ilin 16 aprel, 03 iyun və 02 iyul tarixlərində bağlandığı qeyd edilən, müvafiq olaraq İBQ13-1510 saylı ipoteka, İBQ13-1518 və İBQ13- 1527/2 saylı sonrakı ipoteka müqavilələrində ipoteka qoyanın qrafasında qeyd olunan ad və soyadının qarşısında imzalar birində “Məməg”, digərində “Məməos” o biri ndə isə “Məməq” sözü yazılmaqla icra olunmuşdur ki, bu iddiaçıya aid olan imza deyil və tərəfindən də icra olunmamışdır. Ümumiyyətlə iddiaçının imzası “Məməq” və ya “Məməd” söz yazılışı kimi deyil, qız soyadı Kərimovanın baş hərfi olan “K” hərfi ilə başlayır, sonradan isə hərflər deyil, cizgilərlə davam etdirilən şəkildədir. “Məməd” sözü imzanın əvəzində, həyatında bir dəfə 07.11.2001-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində qeyd edilmişdir. Buna da səbəb vəsiqənin almasına özü getməmiş, yoldaşının köməkçilərindən birini göndərmişdi. Ər soyadının Məmmədov olduğu baxımından, imzasının əvəzində sadəcə “Məmə” sözünü yazmış, sonunu “sonlu işarəsi” ilə bitirmişdir. Həmin ipoteka müqavilələrinə iddiaçının adına verilmiş 07.11.2001-ci il tarixli şəxsiyyət vəsiqəsinin ksero surəti əlavə edilmi şdir. Görünür mübahisələndirilən ipoteka müqavilələrinə həmin şəxsiyyət vəsiqəsinə baxıb, oradakı imzaya oxşatmaq istəmişlər və burada da sonunda “q, g, os və ya kirillə d” hərfi yazmaqla səhvə yol vermişlər. Göründüyü kimi mübahisələndirilən 2013-cü ilin 16 aprel, 03 iyun və 02 iyul tarixlərində bağlandığı qeyd edilən, müvafiq olaraq İBQ13- 1510 saylı ipoteka, İBQ13- 1518 və İBQ13-1527/2 saylı sonrakı ipoteka müqavilələri iddiaçıya münasibətdə aşkar şəkildə həqiqəti əks etdirməyən, məzmununa yanlış məlumatlar daxil edilməklə, imzanı saxtalaşdırmaqla təsdiqlənib bağlanmışdır. Həmin müqavilələrin hansı məqsədlə və kimin marağından tərtib edildiyi və imzalandığı, eləcə də qeyd olunan kredit məbləğinin hansı istiqamətə yönəldiyi iddiaçıya məlum deyildir. Hər bir halda həmin müqavilələrin tərt ib edilməsi və iddiaçı əvəzindən imzanı saxtalaşdırmaqla qeyd edilməsi, müqavilənin tərtibinə səlahiyyəti olan şəxsin ona aid olan hakimiyyətdən (vəzifəsindən) sui-istifadə etməsi aşkar haldır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı ilə iddiaçı Kərimova (Məmmədova) Yeqanə Sabir qızı arasında 2013-cü ilin 16 aprel, 03 iyun və 02 iyul tarixlərində bağlandığı göstərilmiş, müvafiq olaraq İBQ 13-1510 saylı ipoteka, İBQ131518 və İBQ 13-1527/2 saylı sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1728/2020 saylı, 14 fevral 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim R.Səmədov) iddia təmin edilməmiş və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

5. M əhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 269, 390.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3, 59.3.2-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsi MK-nın 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- A.Tanrıverdiyev (sərlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1728/2020 saylı, 14.02.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

9. Apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: iddiaçı Məmmədova (Kərimova) X10 hər hansı müqavilə münasibətində olmamış, ona məxsus əmlakı heç vaxtı ipoteka ilə yüklü etməmiş və bu barədə ümumiyyətlə hər hansı düşüncəsi belə olmamışdır. Mübahisələndirilən müqavilələrin surətini ilk dəfə məhkəmədən götürəndə görmüşdür. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı həmin müqavilələri məhkəməyə təqdim edə rək, müqavilələrlə iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 9.619,5 kv.m. olan 7 mərtəbəli qeyri-yaşayış binasının girov edildiyi, həmin girovun da “xxxx” ASC ilə Mərkəzi Bank arasında bağlanmış üç kredit müqaviləsi əsasında ASCnə verilmiş cəmi 50.000.000 manat məbləğində kreditin təminatı olduğunu, bu baxımdan da qeyd olunan kredit borcunun adı çəkilən əmlaka yönəldilməsi barədə qətnamə əldə etmişdir. İddiaçının adı çəkilən ipoteka müqavilələrindən və həmçinin qeyd olunan kreditlərdən məlumatı olmamışdır. Əmlakına dair icra işi olduğu barədə ona ilk dəfə Nərimanov rayon icra şöbəsindən 2019-cu ilin iyun ayında məlumat verilmişdir. Daha sonra da icra sənədinin aid olduğu qətnaməni əldə etməsi üçün Səbail rayon məhkəməsinə müraciəti nəzərə alınıb, qətnamə və adı çəkilən ipoteka müqavilələrinin ksero surətləri məhkəmə tərəfindən 26.12.2019-cu il tarixdə ona təqdim edilmişdir. İpoteka müqavilələrini və həmçinin onların təminat kimi qeyd edildiyi kredit müqavilələrini əvəllər görməmiş, Mərkəzi Bankla belə bir müqaviləsi mövcud olmamış və həmin müqavilədə qeyd olunmuş ad-soyadı qarşısında imza ona məxsus deyildir. Kreditlə bağlı bankla hər hansı razılaşması mövcud olmamışdır və indiyə kimi də kredit və ya girovla bağlı ona heç nə deyilməmiş, ödənişlərin edilməməsi ilə bağlı da irad bildirilməmişdir. Cavabdehdən müqavilələrin əsillərini və onunla əlaqəli sənədlərin ona verilməsini tələb etsə də ona təqdim edilməmişdir. Məhkəmə mübahisələndirilən müqavilələrin əsillərini tələb etmiş, cavabdeh tərəf müqavilənin əslini, məhkəmədə olduğunu bildirmiş, müqav ilələrin əsilləri, bir nüsxəsinin saxlanıldığı notariat konturundan məhkəməyə təqdim edilmişdir. Mübahisənin obyektiv araşdırılması məqsədi ilə mübahisələndirilən müqavilələrdə icra edilmiş imzanın mənsubiyyətinin müəyyən edilməsi üçün müqavilələrin əsilləri tələb edilmişdir ki, bununla bağlı ekspertiza keçirilsin. Lakin məhkəmə mübahisəli məsələləri aydınlaşdırılmasını təmin etmədən, növbəti məhkəmə iclasında iddianın rədd edilməsi barədə qətnaməni elan etmişdir. Mübahisələndirilən müqavilələrdə iddaçının adı-soyadı qarşısında icra edilmiş imzanın kimə məxsusluğunun müəyyən edilməsi, hüquqi məsələdən kənar və xüsusi sahəvi biliyə malik mütəxəssilərin cəlbi ilə müəyyən edilir. Məhz bu baxımdan məhkəmə mübahisələndirilən müqavilələrin əsillərinin məhkəməyə təqdim edilməsini təmin etmişdir. Lakin bununla bağlı ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir. Bu da işin nəticəsi üçün əhəmiyyətli olan halın aydınlaşdılmasını həyata keçirməmişdir. Bundan başqa, məhkəməyə məlum idi ki, mübahisələndirilən 3 (üç) müqavilənin imzalandığı tarixlərin birində iddiaçı ümumiyyətlə ölkədən kənarda olmuşdur. Belə olan halda ən azından müqavilələrin birinin onun tərəfindən imza edilmədiyi aşkar vəziyyət olmaqla, həlli mübahisəsiz halda hüquqi məsəldir. Lakin məhkəmə bu hala ümumiyyətlə hüquqi qiymət verməmişdir. İddiaçı Məmmədova (Kərimova) Yeganə Sabir qızı tərəfindən H.Məmmədova əmlakları barədə etibarnamənin verilməsi, hazırkı iş üzrə mübahisələndirilən ipoteka müqavilələrinə aidiyyəti yoxdur, çünki mübahisələndirilən müqavilələrin məzmununda kiminsə tərəfindən deyil, məhz iddiaçını n özü tərəfindən imzalandığı qeyd edilmişdir. İddianın rədd edilməsinin əsaslarından bir kimi məhkəmənin “mübahisələndirilən müqavilələrlə bağlı halların müəyyən edilməsi barədə artıq qanuni qüvvəsində olan məhkəmə qərarının mövcud olduğu” barədə istinad etdiyi halın özü də yanlışdır. Ona görə ki, hazırkı mübahisəyə baxılan zaman Azərbaycan Respublikası Mərkəzi Bankı hazırda mübahisələndirilən müqavilələri təqdim etməklə, “xxxx” ASC ilə Mərkəzi Bank arasında bağlanmış üç kredit müqaviləsi əsasında ASC-nə verilmiş cəmi 50.000.000 manat məbləğində kredit borcunun iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 7 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi barədə əldə edilmiş qətamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti artıq məhkəmənin icraatına qəbul edilmişdir. Bu baxı mdan da məhkəmənin istinad etdiyi qətnamə iddiaçıya nisbətdə qanuni qüvvəsinə minmiş hesab edilə bilməzdi. Digər tərəfdən məhkəmənin istinad etdiyi məhkəmə aktlarında hazırkı iş üzrə adı çəkilən ipoteka müqavilələrinin mübahisələndirilməsi məsələsinə baxılmamışdır. Onlarda icra edilmiş imzalarla bağlı mübahisələrə baxılmamış və imzaların doğruluğu barədə məhkəmə tərəfindən müəyyən edilmiş hallar mövcud deyildir. Ona görə də məhkəmənin bununla bağlı hüquqi dəyərləndirməsi də düzgün olmamışdır. İddiaçı müqavilə bağlandığı müddətdə ölkədən kənarda olduğu dəlillini təqdim etməklə, ipoteka müqaviləsinin onun tərəfindən imzalanmasının mümkünsüzlüyünü sübut etmişdir. Belə olan halda ən azında məhkəmə üç müqavilədə mövcud imzanın eyin şəxs tərəfindən icra edilib-edilmədiyi vəziyyətini müəyyən et məyə borclu idi. Bunun üçün də xətşünaslıq ekspertizası təyin etməli idi. Lakin məhkəmə bununla bağlı tərəfin əsaslı vəsatətini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin əsassız olmasını, işə baxan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının vəkili Səfərov Rövşən Hətəməli oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdehin nümayəndəsi X9 və vəkili Bayramov Anar Şakir oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

16. Maddə

6. Mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.

17. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

18. Maddə 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

19. Maddə 269.4. ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

20. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

21. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin ( girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.

22. Maddə 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

22. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3 və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla b irlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 82.3. bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxsl ər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

18. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

19. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması nı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə kassasiyanın dəlillərini qətnamənin ləğvi üçün əsas hesab etmir.

22. Məhkəmələr müəyyən etmişlər ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə “xxxx” ASC və X6 arasında bağlanmış 02 iyul 2013-cü il tarixli, İBQ13-1527/2 saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, X6 ona məxsus ünvan 4-nı b anka ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 50.000.000 manat məbləğində qiymətləndirilmişdir.

23. İddiaçının əri X5 notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, o, arvadı X3 məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təkrar ipoteka qoyulmasına etiraz etmir. Qeyd olunan qeyri-yaşayış sahəsinə tutma yönələrsə və ya satılarsa, həmin qeyri-yaşayış sahəsinə dair heç bir iddia və tələbi olmayacaqdır.

24. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3996/2017 saylı, 12.12.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankı ilə "xxxx" ASC arasında bağlanmış 16 aprel 2013-cü il tarixli, KBQ13-1510 nömrəli kredit müqaviləsi üzrə yaranmış 20.000.000 (iyirmi milyon) manat əsas, 2.040.916,64 (iki milyon qırx min doqquz yüz on altı manat altmış dörd qəpik) manat faiz olmaqla, ümumilikdə 22.040.916,64 (iyirmi iki milyon qırx min doqquz yüz on altı manat altmış dörd qəpik) manat kredit borcu 16.04.2013-cü il tarixli, İBQ131510 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş X3 məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 9619,5 kv.m olan 7 mərtəbəli qeyri-yaşayış binasına (mehmanxanaya) yönəldilməsi, həmin qeyri-yaşayış binasının satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi və tutmanın yönəldilməsi ilə bağlı çəkilmiş bütün xərclər məbləğində Azərbaycan Respublikası Mərkəzi Bankına ödənilməsi, Azərbaycan Respublikası Mərkəzi Bankı ilə "xxxx" ASC arasında bağlanmış 03 iyun 2013-cü il tarixli, KBQ13-1518 nömrəli kredit müqaviləsi üzrə 10.000.000 (on milyon) manat əsas, 1.020.458,3 (bir milyon iyirmi min dörd yüz əlli səkkiz manat otuz qəpik) manat faiz olmaqla, ümumilikdə 11.020.458,3 (on bir milyon iyirmi min dörd yüz əlli səkkiz manat otuz qəpik) manat kredit borcun 03.06.2013cü il tarixli, İBQ13-1518 saylı və 03.06.2013-cü il tarixli İBQ13-1518/2 saylı sonrakı ipoteka müqavilələrinə uyğun olaraq ipoteka ilə yüklü edilmiş, X3 məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 9619,5 kv.m olan 7 mərtəbəli qeyri-yaşayış binasına (mehmanxanaya) və "xxxx" MMC-yə məxsus, Quba şəhəri, Quba-Bakı magistral yolunun 4-cü km-liyi ünvanında 9,9 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15721,9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin 7 mərtəbəli qeyri-yaşayış binası (mehmanxana) və əmlak kompleksi kimi müəssisənin satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi və tutmanın yönəldilməsi ilə bağlı çəkilmiş bütün xərclər məbləğində Azərbaycan Respublikası Mərkəzi Bankına ödənilməsi, Azərbaycan Respublikası Mərkəzi Bankı ilə "xxxx" ASC arasında bağlanmış 02 iyul 2013-cü il tarixli, KBQ13-1527 nömrəli kredit müqaviləsi üzrə 20.000.000 (iyirmi milyon) manat əsas, 2.083.548,2 (iki milyon şəksən üç min beş yüz qırx səkkiz manat, iyirmi qəpik) manat faiz olmaqla, ümumilikdə 22.083.548,2 (iyirmi iki milyon səksən üç min beş yüz qırx səkkiz manat,iyirmi qəpik) AZN kredit borcu 02.07.2013-cü il tarixli İ BQ 13- 1527/1 saylı və 12.02.2014-cü il tarixli İBQ 13-1527/3 saylı ipoteka müqavilələrinə, həmçini n 02.07.2013-cü il tarixli İBQ131527/2 saylı sonrakı ipoteka müqavilələrinə uyğun olaraq ipoteka ilə yüklü edilmiş X3 məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 9619,5 kv.m olan 7 mərtəbəli qeyriyaşayış binasına (mehmanxanaya), "xxxx" MMC-yə məxsus, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 3001 kv.m olan qeyri-yaşayış sahəsinə, X7 məxsus ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 462,3 kv.m olan 4 mərtəbəli fərdi yaşayış evinə və X7 məxsus, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 320,36 kv.m olan 3 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi və tutmanın yönəldilməsi ilə bağlı çəkilmiş bütün xərclər məbləğində Azərbaycan Respublikası Mərkəzi Bankı na ödənilməsi qət edilmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.05.2018-ci il tarixli, 2(103)-4317/2018 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli, 2(009)3996/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08.04.2019-cu il tarixli, 2(102)-2096/2019 saylı qərarı ilə cavabdeh “xxxx” MMC-nin kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2018ci il tarixli, 2(103)-4317/2018 nömrəli qətnaməsinin yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır

27. Apelyasiya Məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında 16 ap rel 2013cü il tarixli, İBQ13-1510 saylı ipoteka müqaviləsi (i.v. 44), 03 iyun 2013-cü il tarixli, İBQ131518 saylı sonrakı ipoteka müqaviləsi (i.v. 11), 02 iyul 2013-cü il tarixli, İBQ131527/2 saylı sonrakı ipoteka müqaviləsi (i.v. 13) 07.02.2007-ci il tarixli X2 X8 verdiyi və 07.02.2017-ci il tarixinədək qüvvədə olan etibarnamə (i.v. 42) əsasında bağlanmışdır. Göründüyü kimi, qeyd olunan ipoteka müqavilələri etibarnamə əsasında təmsilçi vasitəsilə bağlanmış və mülki qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilmədiyindən həmin müqavilələrin etibarsız hesab edilməsi üçün əsas mövcud deyildir.

28. Etibarnamədə olan imzanın iddiaçıya aid olmamasına dair əvvəllər heç bir dəlili irəli sürülməmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müqavilələrdəki imza ona məxsus deyil. Məhkəmələr müəyyən etmişlər ki, ipoteka müqavilələri etibarnamə əsasında iddiaçının əri tərəfindən imzalanmışdır. Hər bir halda iddiaçının əri hazırkı vaxta qədər bu halı təkzib etməmişdir. Ona görə müqavilədəki imzaların iddiaçıya məxsus olubolmamasına dair xətt ekspertizasının keçirilməsinə zərurət olmamışdır.

29. Eyni zamanda qeyd olunmalıdır ki, borcun tutulması və tutmanın ipoteka müqaviləsinin predmeti olan əmlaka yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi barəsində 2(009)-3996/2020 saylı, 12.12.2017-ci il tarixli Bakı şəhəri Səbail rayon Məhkəməsinin Qətnaməsi və həmin qətnamənin dəyişdirilmədən saxlanması barədə yuxarı instansiya məhkəmələrinin qərarları mövcuddur. Tutmanın ipotekaya yönəldilməsi tələbinə baxılırsa, məhkə mə tələbi ipoteka ilə yüklü edilmiş əmlaka yönəltmək barədə qərar qəbul etməmişdən əvvəl həmin müqavilənin (ipoteka müqavilələrinin) etibarlı müqavilə olub-olmamasını yoxlayır. Etibarlı müqavilə hesab olunmayan əqd üzrə ipotekaya yönəltmə aparıla bilməz. Ona görə digər iş üzrə məhkəmə qərarlarının hazırkı iş üzrə sübutu əhəmiyyətə malik olmaması barədə dəlillər əsassızdır.

30. Bundan başqa, məhkəmə kollegiyası bir məsələni də qeyd edir ki, iddiaçının əmlakın mülkiyyətçisi olmaqla 2013-cü ildə onun əmlakı ilə bağlı ipoteka müqaviləsinin bağlanmasından keçən illər ərzində məlumatsız olması və bu barədə ancaq 2019-ci ildə məlumat alması barədə dəlillər inandırıcı deyil. Yeddi mərtəbəli mehmanxananın idarəçiliyi ilə bağlı gündəlik fəaliyyətdə həmin əmlakın ipoteka ilə yüklü edilməsindən mülkiy yətçinin məlumatsız olması absurddur. Həmin dəlil əqdin etibarsızlığını tələbetmə müddətinin ötürülməməsi görüntüsü yaradılmasına hesablanmışdır.

31. Hazırkı tələbin ipotekanın sıradan çıxarılmasına və kredit öhdəliyinin təminatsız saxlanmasına hesablandığı açıq-aşkardır.

32. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6305/2020 nömrəli iş üzrə 18 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən s axlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar