Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2554/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, iddiaçı Cavabdeh1 və vəkili Vəkil1 x1 iştirakları ilə, iddiaçı Cavabdeh1 və vəkili Vəkil1 x1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli qərardadından verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 02 iyul 2018-ci il tarixli qətnaməsi ilə (A.A.Qasımov, iş 2(008)- 302/2018) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavab deh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 1801,2,79 manat əsas, 889,87 manat faiz, 209,92 manat cərimə borcu olmaqla, cəmi 19112.58 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 23, 65 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 85000 AZN olmalqa açıq hərracda satılması və satışdan əldə ediləcək pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnamə si ilə (A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.K.Xəlilov, iş 2(103)-10469/2018) Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 2(008)-302/2018 saylı iş üzrə 02 iyul 2018- ci il tarixli qətnaməsinin mübahisələndırilən hissədə - kredit borcunun təmin edilmiş hissəsində dəyişdirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli qərardadı ilə (A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), A.N.İmanov və V.N.Sadıqov, iş 2(103)-10469/2018) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(103)- 10469/2018 saylı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabı 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfində n verilmiş kassasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. İddiaçı Cavabdeh1 və vəkili Vəkil1 kassasiya şikayəti verib qərardadın ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı Cavabdeh1 və vəkili Vəkil1 kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, digər tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 İbaduila oğluna, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qa rşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 18012,79 manat əsas, 889,87 manat faiz 1671.09 manat cərimə borcu olmaqla, cəmi 20573.75 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmetinin açıq hərracdan satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, cavabdehlərin ipoteka predmeti olan mənzilə dair istifadə hüquqlarının itirilməsi, mənzilə tutma yönəldikdə və o, satıldıqda cavabdehlərin tutduğu yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməsi, evin boşaldılması və pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 kassasiya şikayəti ve rərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı Cavabdeh1 və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, iddiaçı Cavabdeh1 və vəkili Vəkil1 dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndə si) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. -407.4-cü maddəsinə görə şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. -408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti geri qaytarılır. -108.1.4-cü maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövləl rüsumu ödənilir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı ka ssasiya şikayəti vəkil tərəfindən tərtib edilərək imzalanmamış, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsi haqqında sənədlər əlavə edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kassasiya şikayəti geri qaytarılmalıdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərardad ilə razılaşır və hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qərardadın ləğv edilməsi üçün əsaslar olmadığından qərardad dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azər baycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli, 2(103)10469/19 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2554/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2554/2019
24.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver