Məhkəmə qərarları › İş №2(102)-2561/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2561/2023

12.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2561/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlak tələbi, cehiz və qızıl-zinət əşyalarının qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-645/2023 nömrəli iş üzrə 15 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Al i Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ilə Cavabdeh1 arasında nikah xx.xx.2021-ci il tarixdə pozulmuş, birgə nikahdan xx.xx.2021-ci il tarixdə X1 doğulmuşdur.

2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh2 tərəfindən təqdim edilmiş komplektin iş materiallarının 34-cü vərəqində olan fotoşəkildə iddiaçının üzərində olan komplekt olub-olmaması, təqdim edilən kompektin tərkibi və dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş XXX nömrəli xx.xx.2023-cü il qiymətləndirmə hesabatına əsasən, iş materiallarının 34-cü səhifəsindəki şəkildə iddiaçının üzərində olan bəzək əşyaları (sırğa, qolbaq və üzükdən ibarət dəst) cavabdehin məhkəməyə təqdim etdiyi dəstlə görünüşcə eyni lik təşkil edir, lakin şəklə əsasən şəkildəki dəstlə eyni tərkibli olmasını müəyyən etmək mümkün sayılmır. Təqdim edilmiş qızıl dəsti sahil ticarət mərkəzində yoxladılmış, üzərində əyar aşkarlanmamışdır, yəni dəst bijuteriyadır. Eyni zamanda, Sahil ticarət mərkəzindən dəstin dəyəri barədə məlumat araşdırılmış, dəstin bazar dəyəri 120 manat müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdə olan, ona məxsus, adları aşağıdakı siyahıda göstərilən əmlakların ona qaytarılması və ya onların dəyəri kimi 13942 manat məbləğində pul vəsaitinin, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 82 manat, mediasiya xərci kimi 50 manatın ca vabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir: - 1 ədəd ağ rəngli, İtaliya istehsalı olan, 750 əyarlı, 1 ədəd iri sirkon qaş və xeyli sayda xırda qaşı olan, 1000 manat dəyərində nişan üzüyü; - “Cartier” markalı, 750 əyarlı, İtaliya istehsalı olan, hər birinin üzərində 2 ədəd yaşıl qaş və xeyli sayda xırda ağ qaşları olan 1 ədəd 5 qram çəkidə olan üzük, 6 qram çəkidə olan 1 cüt sırğa, 8 qram çəkidə olan qolbaqdan ibarət, ümumi çəkisi 19 qram, dəyəri 3500 manat olan nişan komplekti; - 1 ədəd ağ rəngli, İtaliya istehsalı olan, 750 əyarlı, üzərində xeyli sayda ağ sirkon qaşları olan 10 qram çəkidə kolye, 1 ədəd 750 əyarlı, İtaliya istehsalı olan, üzərində xeyli sayda ağ sirkon qaşları olan 7 qram çəkidə qolbaq, 1 ədəd üzərində xeyli sayda ağ sirkon qaşları ola n, 750 əyarlı, İteliya istehsallı 3 qram üzük və 750 əyarlı, İtaliya istehsalı olan, üzərində xeyli sayda ağ xırda sirkon qaşları olan 1 cür sırğadan ibarət, ümumi çəkisi 25 qram, dəyəri 4580 manat olan gəlinlik komplekti; - 1 ədəd “Tiffany” markalı, 6 qram çəkidə, 585 əyarlı, dəyəri 480 manat olan qaşsız qadın sırğası; - 1 ədəd Rusiya istehsalı olan, sarı rəngli, 585 əyarlı, 6 qram çəkili, dəyəri 350 manat olan qaşsız sadə qadın üzüyü; - 1 ədəd, dəyəri 200 manat olan çəhrayı rəngli uzun ətəkli mərasim donu; - 75 manat dəyərində 1 cüt qızılı rəngli dikdaban qadın ayaqqabısı; - 50 manat dəyərində 1 cüt açıq-qəhvəyi rəngli stiletto qadın ayaqqabısı; - 78 manat dəyərində 1 cüt göy rəngli “Dolce Gabbana” markalı qadın ayaqqabısı; - 84 manat dəyərində 1ədəd göy rəngli “Dolce Gabbana” markalı əl çantası; - 100 manat dəyərində 1 ədəd çəhrayı rəngli, qolu uzun, ayağı enli olan mərasim donu; - 40 manat dəyərində 1 ədəd ağ rəngli “Chanel” markalı qadın üçün əl çantası; - 45 manat dəyərində 1 ədəd qara rəngli, üzərində qaşları olan “Dior” markalı qadın çantası; - 35 manat dəyərində 1 ədəd açıq-qəhvəyi rəngli əl çantası; - 48 manat dəyərində 1 cüt “Dior” markalı, muncuqla-qaşla olan altı düz, ağ rəngdə qadın ayaqqabısı; - 47 manat dəyərində 1 ədəd nabuk materialdan qara rəngli dabanı olan qadın çəkməsi; - 67 manat dəyərində 1 cüt dikdaban, üzərində qaşlar olan qırmızı rəngli ayaqqabı; 35 manat dəyərində 1 cüt qara və açıq-əhvəyi rəngdə, üzərində muncuqlar olan altı düz qadın ayaqqabısı; - 60 manat dəyərində 1 cüt qara rəngli parlaq dəri dabanı hündür olan qadın çəkməsi; - 34 manat də yərində 1 cüt qara nabuk materialdan olan, üzəri ipli qara və altı qırmızı rəngdə olan altı düz qadın ayaqqabısı; - 45 manat dəyərində 1 cüt qara rəngli, “Versage” markalı altı düz qadın ayaqqabısı; - 25 manat dəyərində 1 cüt qırmızı rəngdə dəri materialı olan altı düz qadın ayaqqabısı; - 25 manat dəyərində 1 ədəd “Gucci” markalı, göy rəngli cins parçadan olan qadın şalvarı; - 32 manat dəyərində 1 ədəd tünd-qəhvəyi rəngdə kəmərli klassik şalvar; - 30 manat dəyərində 1 ədəd gümüşü rəngdə panço; - 30 manat dəyərində 1 ədəd tünd-qəhvəyi rəngdə uzun qollu köynək; - 30 manat dəyərində 1 ədəd qara rəngli qolu uzun olan qadın koftası; - 40 manat dəyərində 1 ədəd qara rəngli “Chanel” markalı qolu uzun olan qadın koftası; - 35 manat dəyərində 1 ədəd sarı rəngli qısa qollu kəmərli köynək; - 75 manat dəyərində 1 ədəd sarı rəngli, üzərində muncuqları olan qısa ətakli don; - 65 manat dəyərində 1 ədəd qırmızı rəngli klassik şalvar və köynək dəsti; - 68 manat dəyərində 1 ədəd “Versage” markalı şalvar və qolu uzun olan köynək dəsti; - 45 manat dəyərində 1 ədəd qara rəngli qızılı ətəkli, ayağı enli don; - 100 manat dəyərində 1 ədəd qara rəngli qısa ətəkli olan, ayağı enli mərasim donu; - 35 manat dəyərində 1 ədəd uzun ətəkli dəri materialdan olan ətək və uzunboğaz kofta dəsti; - 38 manat dəyərində 1 ədəd qara rəngli, ayağı enli olan kombinzon şalvar; - 50 manat dəyərində 1 ədəd qara rəngli dəri materialdan olan gödəkçə; - 40 manat dəyərində 1 ədəd qırmızı-ağ rəngli qısa ətəkli sadə don; - 160 manat dəyərində 1 ədəd yun materialdan olan 3-lü şalvar-kofta-platye dəsti; - 70 manat dəyərində 1 ədəd üzəri yazılı şalvar-kofta dəsti; - 48 manat dəyərində 1 ədəd açıq-qəhvəyi rəngli parça gödəkçə; - 700 manat dəyərində 1 ədəd tünd-qəhvəyi rəngli şuba və çanta; - 70 manat dəyərində 1 ədəd qara rəngli qadın saatı; - 380 manat dəyərində kosmetika dəsti; - 100 manat dəyərində 1 ədəd qadın üçün olan hamam xalatı dəsti; - 25 manat dəyərində 6 ədədli bıçaq dəsti; - 35 manat dəyərində, içərisində 12 ədəd olan rəngli qaşıq dəsti; - 30 manat dəyərində 12 ədədli xrustal şüşədən olan mürəbbə qabı; - 50 manat dəyərində 2 ədədli Galaxy firmasından olan tava dəsti; - 65 manat dəyərində 12 ədəd rəngbərəng əl-üz dəsmalı; - 300 manat dəyərində, çantada hər birindən 12 ədəd olan çəngəl-bıçaq-qaşıq dəsti; - 50 manat dəyərində 5 ədədli hamam üçün paltar sütkası dəsti; - 100 manat dəyərində 2 ədəd bədən q ətibəsi dəsti; - 35 manat dəyərində 1 ədəd qızılı rəngli, üzəri qaşlarla bəzədilmiş üzərlik qabı; - 8 manat dəyərində 1 ədəd mətbəx taxtası.

4. İddianın əsaslarına görə, birinci cavabdehlə aralarındakı nikah pozulduqdan sonra cehiz əşyalarının bir hissəsi və qızıl-zinət əşyaları cavabdehlərdə qalmışdır. Belə ki, o, cavabdehlə 10 avqust 2019-cu il tarixdə nişanlanmış, nişan mərasimi zamanı ona qızıl üzük və qızıl komplekt hədiyyə edilmiş, bundan əlavə, qız və oğlan toylarında adları ərizədə göstərilən qızıl-zinət əşyaları hədiyyə edilmiş, digər tərəfdən, cavabdehlərin yaşadığı evə gəlin köçərkən adları ərizədə göstərilən cehiz əşyaları verilmişdir. O, 2019-cu ilin dekabr ayında cavabdehlərin yaşadığı evə gəlin köçmüş, həmin vaxt özünə məxsus qızıl-zinət və cehiz əşyalarını özü ilə həmin e və aparmışdır. Cavabdehlərlə bir müddət mehriban yaşasalar da, hamilə olduğundan 2020-ci ilin iyul ayında cavabdeh onu öz məsləhəti və onun istəyi ilə atasıgilin yaşadığı Tovuz rayonunun Düz Cırdaxan kəndinə müvəqqəti gətirmişdir. 11 yanvar 2021-ci il tarixdə cavabdeh onun yanına gəlmiş və uşağın doğumunun Bakı şəhərində həyata keçirilməli olduğunu demişdir. Lakin, o, səhhəti ilə əlaqədar yola çıxa bilməmişdir. Belə olduqda cavabdeh əsaslı səbəb göstərmədən evi tərk edərək Bakı şəhərinə qayıtmış, 17 yanvar 2021-ci il tarixdə ona məxsus əşyalardan bir hissəsini göndərmişdir. Bundan sonra o, cavabdehlə münasibətlərinin bərpası üçün bir neçə dəfə cəhd etsə də, bu cəhdlər nəticə verməmiş və nikahları pozulmuşdur.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1579/2022 nömrəli iş üzrə 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev) iddia təmin edilmiş, siyahıda göstərilən əşyaların cavabdehlərdən alınaraq iddiaçıya verilməsi və ya bu əşyaların pulla əvəzi kimi 13.942 manat məbləğdə pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

6. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdehlər ondan apellyasiya şikayətləri vermişlər.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-645/23 nömrəli iş üzrə 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və M.Rüstəmli) apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qətnaməsi ləğv e dilmiş, yeni qətnamə çıxarılmış və iddia qismən təmin edilmiş, dəyəri 120 manat olan sırğa, qolbaq və üzükdən ibarət “Cartier” markalı nişan dəsti (bijuteriya), naturada olmadıqda isə dəyərinin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, aparılmış tədqiqatın dəyərini təşkil edən 300 manat məbləğdə pul vəsaitinin cavabdehlərdən tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İddiaçı cavabdehlərdən hədiyyə şəklində ona alınmış qeyd etdiyi qızıl-zinət əşyalarını və cehiz əşyalarının özlərini və ya onların ümumi dəyəri olan 13942 manat pulu tələb etmişdir. Cavabdeh tərəf isə iddia tələbi razılaşmayaraq iddi açının tələb etdiyi qızıl-zinət əşyaları və cehiz əşyalarının hamısını apardığını qeyd etmişdir. Cavabdeh2 apelyasiya baxışı zamanı iddia ərizəsində qızıl kimi qeyd edilən "Cartier" markalı komplektin qızıl olmadığını, bijuteriya olduğunu və həmin komplektin qızına məxsus olduğunu qeyt etmiş və bildirmişdir ki, yalnız nişanda iddiaçının paltarına uyğun olduğu üçün qızı bir günlük taxmağa vermiş, səhəri gün isə geri qaytarmışdır. Kollegiya tərəfindən Cavabdeh2 tərəfindən təqdim edilmiş komplektin iş materiallarının 34-cü vərəqində olan fotoşəkildə iddiaçının üzərində olan komplekt olubolmaması, təqdim edilən kompektin tərkibi və dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirilmiş və "xxxx" MMC tərəfindən verilmiş XXX saylı xx.xx.2023-cü il qiymətləndirmə hesabatına əsasən müəyyən edil mişdir ki, iş materiallarının 34-cü səhifəsindəki şəkildə iddiaçının üzərində olan bəzək əşyaları (sırğa, qolbaq və üzükdən ibarət dəst) cavabdehin məhkəməyə təqdim etdiyi dəstlə görünüşcə eynilik təşkil edir, lakin şəkilə əsasən şəkildəki dəstlə eyni tərkibli olmasını müəyyən etmək mümkün sayılmır. Təqdim edilmiş qızıl dəsti sahil ticarət mərkəzində yoxladılmış, üzərində əyar aşkarlanmamışdır, yəni dəst bijuteriyadır. Eyni zamanda sahil ticarət mərkəzindən dəstin dəyəri barədə məlumat araşdırılmış, dəstin bazar dəyəri 120 manat müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı tələbində dəyəri 3500 manat olan “Cartier” markalı nişan komplekti tələb etmiş, cavabdeh həmin komplektin qızıl deyil, bijuteriya olduğunu və həmin komplektin qızına məxsus olduğunu qeyd etmiş və bildirmişdir ki, yalnız nişanda iddiaçının paltarına uyğun olduğu üçün qızı bir günlük taxmağa vermişdir. Qiymətləndirmə hesabatı ilə də dəstin bijuteriya olduğu və 120 manat dəyərinin olduğu müəyyən edilmişdir. Kollegiya cavabdehin həmin bəzək dəstinin qızına aid olması və iddiaçıya nişanda bir günlük taxılması üçün verilməsi barədə qeyd etdiklərini inandırıcı hesab etmir və belə qənaətə gəlir ki, həmin bəzək dəsti nişanda iddiaçıya hədiyyə edilmişdir. Ona görə də həmin bəzək dəstinin özü, özü olmadıqda isə dəyəri olan 120 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Kollegiya işin müəyyən edilmiş hallarına, tərəflərin gətirdikləri arqumentlərə qiymət verərək hesab edir ki, iddia digər hissələrdə kifayət qədər əsaslandırılmamış, sübuta yetirilməmişdir. Qanunun mənasına görə əmlakın qanunsuz sahiblikdə n geri tələb edilməsi barədə iddianı təmin etmək üçün aşağıdakı şərtlər tələb olunur: iddiaçının mülkiyyət hüququnun olması, əşya üzərindən faktiki sahibliyinin itirilməsi, tələb edilən əşyanın digər eyni cinsli əşyalardan fərdi-müəyyən əlamətlərlə konkretləşdirilməsi və əşyanın faktiki olaraq cavabdehin qanunsuz sahibliyində olması. Həmçinin nəzərə alınmalıdır ki, müvafiq iddianı sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı, qaytarılmasını tələb etdiyi cehiz və qızıl-zinət əşyalarının iddia ərizəsində göstərdiyi sayda olduğunu, həmin əşyaların onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Tələb olunan digər cehiz və qızıl-zinət əşyalarının isə mövcudluğunu və cavabdehdə olmasını iddiaçı sübuta yetirə bilməmişdir. Ona görə də həmin hissələrdə iddia tələbi rədd edilməlidir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunması və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə cehiz əşyalarına münasibətdə mövqeyini hər hansı bit sübutla əsaslandırmamışdır. Məhkəmə digər cehiz və fərdi geyim əşyalarının cavabdehdə qalmasına əhəmiyyət vermədən məhz iddiaçının uşaq doğuşu adı altında Tovuz rayonuna müvəqqəti getdiyi halda həmin əşyaların özü ilə aparmasının inandırıcı olmamasını nəzərə almamış, həmin ha llar da cavabdehlər tərəfindən inkar edilməmiş, habelə apellasiya şikayəti üzrə dəlillərdə məhz cehiz əşyalarının bir hissəsinin onlar tərəfindən iddiaçıya göndərildiyini bildirmişlər ki, bütün cehiz əşyalarının göndərilməsinə dair hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin digər hissələri üzrə heç bir araşdırma aparmadan iddianı rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz tədim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət h üququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 13. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsi z məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Ma ddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azad lıqlarını və qanuni mənafelərini pozmamalıdır; Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yo xdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğ un olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araş dırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, cavabdehlər iddia qismən təmin olunan hissə ilə razılaşaraq, həmin hissədən kassasiya şikayəti vermədiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı yalnız iddia rədd olunan hissədə və şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.

20. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfin dən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətlərinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

23. Kassasiya şikayətinə gəldikdə, şikayətin dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qə tnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.

24. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

25. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

26. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-645/2023 nömrəli iş üzrə 15 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiy a şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar