Məhkəmə qərarları › İş №2(102)-2563/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2563/2019

17.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2563/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğludan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 dekabr 2018-ci il tarixli qətnaməsindən ləğv posesində olan Cavabdeh ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsi iləiddia t ələbinin təmin edilmiş, 13 avqust 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən “Cavabdeh" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən, 50,98 kv.m. ümumi, 22,2 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı 358 nömrəli mənzilin ipoteka yüklülüyündən azad edilməsi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Şamayev, hakimlər X.Sarıyev və Ş.Məhərrəmova, İş № 2(103)13147/2018) cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli, 2(005)-3214/2018 saylı qətnam əsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 13 avqust 2015-ci il tarixli, ********* saylı Kredit müqaviləsi üzrə öhdəliyi tam icra etdiyinə görə qeyd olunan kreditin təminatı kimi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 50,98 kv.m. ümumi, 22,2 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı 358 nömrəli mənzilin üzərinə qoyulmuş yüklülüyün götürülməsinə dair aidiyyəti məktubun Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş et mişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onunla Cavabdeh ASC arasında bağlanmış 13 avqust 2015-ci il tarixli ********* saylı Kredit müqaviləsi üzrə öhdəliyi tam icra etdiyinə görə qeyd olunan kreditin təminatı kimi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 50,98 kv.m. ümumi, 22,2 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı 358 nömrəli mənzilin üzərinə qoyulmuşyüklülüyün götürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh ləğv posesində olan Cavabdeh ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunl a əsaslandırmışlar ki, maddi və prosessual hüquq normaları pozulduğudan Bakı Apellyasiya Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məru zəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiyainstansiyasıməhkəməsiişinaraşdırılmışhallarıilə müəyyən edilmişdir ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 13 avqust 2015-ci il tarixli müqavilə ilə hazırki iş üzrə iddiaçıya kredit verilmiş və sonuncu həmin müqavilədən irəli gələn öhdəliklərinin təminatı kimi mülkiyyətində olan ünvan 1, 358 saylı mənzili ipoteka ilə yüklü etmişdir. ünvan 1, 358 nömrəli mənzili üzərində xüsusi mülkiyyət hüququ İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh ASC-nin Müşahidə Şurasının 31 avqust 2017-ci il tarixli iclasının 23 nömrəli protokolunun, habelə həmin bankın “Xəzər” filialının əməkdaşları və İddiaçı 05 sentyabr 2017-ci il tarixli aktın surətlərindən müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən 7200 manat məbləğində vəsait cari hesaba mədaxil edilmiş və həmin vəsait müştərinin Cavabdeh ASC qarşısında olan 13 avqust 2015-ci il tarixli ********* saylı Kredit müqaviləsi üzrə kredit borcunun (əsas borc 6543,42 ABŞ dolları, hesablanmış faiz və cərimə 7358,41 ABŞ dolları ilə birlikdə cəmi 13901,83 ABŞ dolları məbləğində) qalığının əsas borcunu (1 ABŞ dolları = 1,10 manat məzənnəsi ilə) ödənilməklə, hesablanmış faiz və cər imənin Bank tərəfindən güzəşt edilməsi nəticəsində tam bağlanmasına yönəldilmişdir. Bank təsdiq etmişdir ki, qeyd edilən müqavilə üzrə heç bir öhdəlik mövcüd deyil. Həmin qərarın və aktın mötəbərliyi cavabdeh tərəfdə mübahisələndirilməmişdir. Cavabdeh ASC-nin Biznes Proseslər və Əməliyyatların İdarə edilməsi Departamentinin direktoru X1 tərəfindən imzalanmış və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 26 sentyabr 2017-ci il tarixli, 3-21159-17 nömrəli məktubuna əsasən İddiaçı ilə Cavabdeh ASC-nin Binəqədi filialı arasında bağlanmış 13 avqust 2015-ci il tarixli ********* saylı Kredit müqaviləsinin təminatı kimi İddiaçıya məxsus ünvan 1 ünvanında, 50,98 kv.m. ümumi, 22,2 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı 358 nömrəli mənzilin girov qoyulması b arədə 14 avqust 2015-ci il tarixli İpoteka müqaviləsi rəsmiləşdirilmişdir. İddiaçı X2 qarşısında kredit ilə bağlı öhdəliklərini tam yerinə yetirmişdir. Bununla əlaqədar, qeyd edilən mənzilin üzərindən yüklülüyün götürülməsi barədə müvafiq qeydiyyat aparılmasında aidiyyəti şəxslərə göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhəri 1 saylı Ərazi İdarəsinin 26 aprel 2018-ci il tarixli məktuba əsasən İddiaçıya məxsus Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilinə dair ipotekanın ləğvi barədə 3-21159-17 saylı, 26 sentyabr 2017-ci il tarixli məktub idarəyə daxil olmamış, Cavabdeh ASC tərəfindən müraciət olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qərarının surətinə əsasən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət P alatasının ərizəsi təmin edilmiş, Cavabdeh ASC müflis elan edilmiş və iflas prosedurasına başlanılmış, Əmanətlərin Sığortalanması Fondu Cavabdeh ASC-nin ləğvedicisi təyin edilmişdir. Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 01 may 2018ci il tarixli məktubuna əsasən 09 mart 2018-ci il tarixli **/****** saylı Bank adından verilmiş qərara uyğun olaraq bankın müştərisi İddiaçının 03 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə Bankın əməliyyat sistemində olan qalıq borcun silinməsi və ipoteka predmetinin yüklülükdən azad edilməsi ilə bağlı müraciətinə müsbət rəy verilməmiş və bu məsələ üzrə məhkəmə tədbirlərinin başlanılmasının təmin edilməsi məqsədəuyğun hesab edilmişdir. Apellyasiyainstansiyasıməhkəməsiişinaraşdırılmışhallarıiləgəldiyinəticəon danibarə tdirki, birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək, bankın iddiaçı tərəfindən götürülmüş kredit öhdəliyinin icra olunmadığını əsas gətirərək iddiaçıya məxsus olan mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi barədə məktub verməməklə sonuncunun mülkiyyət hüquqlarının əhəmiyyətli dərəcədə pozulduğu qənaətinə gəlmiş və iddianı əsaslı hesab etməklə təmin etmişdir. Beləliklə, iş üzrə toplanmış sübutları, o cümlədən, cavabdeh bankın müşahidə şurasının iclasının protokolunu və həmin protokola əsasən tərtib olunmuş aktı nəzərə alaraq məhkəmə tərkibi qeyd edir ki, iddiaçı tərəfindən 13 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh ASC-yə olan əsas, faiz və cərimə borcunun müqabilində 7200 manat ödənilərək, qalan borc ona güzəşt edildiyi və borc tam bağlanıldığı üçün onun müqavilə üzrə öhdəlikləri tam icra edilmiş hesab olunmalıdır. Belə olan halda, iddiaçının daşınmaz əmlakının ipoteka ilə yüklü olaraq qalması onun həmin əmlaka Azərbaycan Respublikasının qanunvericiliyi, habelə tərəfdar çıxdığı beynəlxalq müqavilələri ilə müəyyən olunmuş mülkiyyət hüquqlarını pozmuş və birinci insansiya məhkəməsi həmin daşınmaz əmlakı ipoteka yüklülüyündən azad etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, cavabdehin təqdim etdiyi maliyyə arayışına istinad edərək, iddiaçının bank qarşısında borcun olması iddianın rəddi üçün əsas kimi qəbul edilməməlidir. Cavabdeh ASC fəaliyyətdə olduğu dövrdə İddiaçının kredit müqaviləsi üzrə öhdəliyinin bir hissəsini icra etmək müqabi lində borcun qalan hissələrini bağışlamaqla Azərbaycan Respublikası MM-in 528 və 546-cı maddələrinə əsasən sonuncunun öhdəliklərinin xitamına səbəb olmuşdur. Bu isə öz növbəsində müvafiq olaraq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən həmin öhədliyin təminatı olan ipotekanın xitamı ilə nəticələnmişdir. Hazırda Cavabdeh ASC-nin ləğvedicisi tərəfindən xitam verilmiş öhdəlik üzrə yenidən borcun hesablanması vicdanlılıq prinsipinə ziddir və məhkəmə tərəfindən qəbul edilməməlidir. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrin ma ddi əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxnulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 20 mart 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətin dən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.1-157.2, 157.4-cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə gö rə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Qanunun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Həmin Qanunun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya da xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsa sən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 546-cı maddəsinə əsasən kreditorun borclunu onun üzərinə düşən vəzifədən azad etməsi (borcun bağışlanması) ilə öhdəliyə xitam verilir, bu şərtlə ki, həmin hərəkət kreditorun əmlakı barəsində başqa şəxslərin hüquqlarını pozmasın. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya in stansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, Cavabdeh ASC fəaliyyətdə olduğu dövrdə Süleymanov Vidadi Səhrab oğlunun kredit müqaviləsi üzrə öhdəliyinin bir hissəsini icra etmək müqabilində borcun qalan hissələrini bağışlamaqla müki qanunvericiliyin tələbinə əsasən sonuncunun öhdəliklərinin xitamına səbəb olmuşdur. Bu isə öz növbəsində müvafiq olaraq qanuna əsasən həmin öhədliyin təminatı olan ipotekanın xitamı ilə nəticələnmişdir. Bununla da apellyasiya instansiyası məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə k ollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək həmin dəlilləri mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin faktiki hallarına uyğun olmaqla onun tərəfindən Azərbaycan Respublikasının 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi is ə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ləğv posesində olan Cavabdeh ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar