Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2571/2025 27.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X6 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: cavabdehlərin mənzildən çıxarılması və iddaçının mənzilə köçürülməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı X6 cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 qarşı "müqavilənin etibarsız hesab edilməsi " tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1345/2025 nömrəli, 5 may 2025-ci il tarixli qətnaməsindən cav abdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 27 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh2 iddiaçı X4 həyat yoldaşıdır. Cavabdeh1 iddiaçı ilə cavabdehin qızıdır.
2. Cavabdeh3 MMC ilə X9 arasında bağlanılmış 05 noyabr 2001-ci il tarixli müqaviləyə o, MMC tərəfindən tikilməkdə olan Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən binanın 1-ci korpus 7 saylı, ümumi sahəsi 106 kv metr olan 3 otaqlı mənzilin dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür.
3. Cavabdeh3 MMC ilə X9 arasında bağlanılmış 05 noyabr 2001-ci il tarixli müqavilə və 03 avqust 2005-ci il tarixli əlavədən görünür ki, MMC Bakı şəhəri, Yasamal rayonu, H.B.Zər dabi prospekti, 593-cü məhəllədə yerləşən, tikilməkdə olan binada 7 nömrəli mənzilin dəyərini tam ödədikdə 15,5 kv metr sahəsi olan qeyri-yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür.
4. Cavabdeh3 MMC ilə X9 arasında bağlanılmış 05 mart 2002-ci il tarixli Mənzil Tikintisi haqqında müqaviləyə əsasən MMC Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən Cavabdeh3 MMC-nın tikilməkdə olan yaşayış binalarının 7 nömrəli mənzilin ümumi dəyərini ödədikdə sahəsi 22 kv metr olan qeyriyaşayış sahəsi olan 4 nömrəli qarajı sifarişçiyə verməyi, sifarişçi isə həmin qarajı qəbul etməyi öhdəsinə götürmüşdür.
5. Yasamal Rayon Məhkəməsinin 2(004)-3075/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən iddia ə rizəsi təmin edilməklə, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş Yaşayış Kompleksində yerləşən İ korpus 07 saylı, ümumi sahəsi 106 kv metr olan 3 otaqlı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə 15,5 kv metr sahəsi olan qeyri-yaşayış sahəsinin 1/2 hissədə Cavabdeh2, 1/2 hissədə X6 payları müəyyən edilməsi, Astara rayonu, Pensər kəndində yerləşən 0,02 ha olan torpaq sahəsinin 1/2 hissəsinə iddiaçı X6 istifadə və sahiblik hüququ tanınması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
6. Məhkəmə mübahisəsi dövründə əmlakları Cavabdeh2 08 iyun 2023-cü il tarixdə qızı və hazırkı iş üzrə Cavabdeh1 adına keçirmişdir.
7. Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanılmış 08 iyun 2023-cü il t arixli yaşayış binasında qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqaviləyə əsasən MMC Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən Cavabdeh3 MMC-nın tikilməkdə olan yaşayış binalarının İİİ korpusundakı sahəsi 15,5 kv metr olan qeyri-yaşayış sahəsini sifarişçiyə verməyi öhdəsinə götürmüşdür.
8. Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanılmış 08 iyun 2023-cü il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən MMC Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən Cavabdeh3 MMC-nın tikilməkdə olan yaşayış binalarının İ korpusundakı 7 nömrəli mənzilin ümumi dəyərini ödədikdə sahəsi 22 kv metr olan qeyri-yaşayış sahəsi olan 4 nömrəli qarajı sifarişçiyə verməyi, Sifarişçi isə həmin qarajı qəbul etməyi öhdəsinə götürmüşdür.
9. Ca vabdeh2 15 dekabr 2023-cü il tarixdə Astara rayonu, Pensər kəndində yerləşən 0,02 ha torpaq sahəsi Cavabdeh1 bağışlanmışdır. Astara rayonu, Pensər kəndində 0,06 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir.
10. Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllə, ev 721, 7 saylı mənzil xx.xx.2023-cü il tarixdə Cavabdeh1 adına rəsmiləşdirilmişdir.
11. Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında 15,5 kv metr olan qeyri-yaşayış sahəsi Cavabdeh1 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı X13 cavabdehlər "X23" MMC, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksində ye rləşən həmin gün üçün ödənilmiş 24000 ABŞ dolları dəyərində olan İ korpusda yerləşən 7 saylı, ümumi sahəsi 106 kv metr olan 3 otaqlı mənzil, həmin mənzilin alt hissəsində yerləşən sahəsi 15,5 kv metr olan qeyri-yaşayış sahəsi və 22 kv metr olan qeyri-yaşayış (qaraj) sahəsinə dair 08 iyun 2023-cü il tarixli Cavabdeh3 MMC ilə X10 arasında bağlanmış müqavilə, 15 dekabr 2023-cü il tarixdə Bakı 2 saylı “ASAN xidmət” mərkəzi notariat ofisində Astara rayonu, Pensər kəndində yerləşən 0,02 ha torpaq sahəsini də bağışlanma müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən sahəsi 22 kv metr olan qeyri-yaşayış (qaraj) sahəsinə dair iddiaçı Samedov Ekhtibarın 1/2 hissədə payın tanınmasına və müqavilələr əsasında hüquqi nəticə yaratmış sənədlərin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X13 Cavabdeh2 qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksində yerləşən həmin gün üçün 24000 ABS dolları dəyərində olan İ korpus 7 saylı, ümumi sahəsi 106 kv metr olan 3 otaqlı mənzilin, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə 15,5 kv metr sahəsi olan qeyri-yaşayış sahəsinin 1/2 hissəsinə iddiaçının pay hüququnun və Astara rayonu, Pensər kəndində yerləşən sahəsi 0,02 ha olan torpaq sahəsinin 1/2 hissəsinə iddiaçının sah iblik və istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə "X23" MMC tərəfindən inşa edilmiş yaşayış kompleksində yerləşən həmin gün üçün ödənilmiş 24000 ABŞ dolları dəyərində olan İ korpusda yerləşən 7 saylı, ümumi sahəsi 106 kv metr olan 3 otaqlı mənzil və həmin mənzilin alt hissəsində yerləşən sahəsi 15,5 kv metr olan qeyri-yaşayış sahəsi üzərində onun 1/2 hissədə, Astara rayonu, Pensər kəndində alqı-satqı edilmiş torpaq sahəsi üzərində onun 1/2 hissədə istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb etdiyi əmlaklarla bağlı MTK-nin müqaviləsi olmuş, lakin çıxarış alınmayıb və maliyyə arayışına görə mənzilin pay haqqı tam məbləğdə ödənilmişdir. Qeyri-yaşayış sahəsi isə mənzil korporativ müqaviləsi əsasında əldə olunub, lakin çıxarışı yoxdur. Torpaq sahəsi isə alqı-satqı müqaviləsi əsasında cavabdehin adına əldə olunmuş, lakin Daşınmaz Əmlakın Dövlət Reyestrində müqavilə dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh heç vaxt işləməmiş, lakin o, Rusiya Federasiyasında bizneslə məşğul olmuş, pul göndərmişdir. Həmin əmlaklar da onun pulu hesabına satın alınmışdır. İddia müddətinin keçməsi ilə bağlı hissədə də o, 2021-ci ildə ölkəyə qayıtmış və nikahın pozulmasından 2021-ci ildə xəbər tutmuş və bu barədə qətnamənin surətini 2023-cıi ildə almışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3075/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli q ətnaməsi ilə iddianın təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksində yerləşən İ korpus 7 saylı, ümumi sahəsi 106 kv metr olan 3 otaqlı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-ci məhəllədə yerləşən sahəsi 15,5 kv metr olan qeyri-yaşayış sahəsinin 1/2 hissəsinə cavabdehin, 1/2 hissəsinə iddiaçının paylarının müəyyən edilməsi, Astara rayonu, Pensər kəndində yerləşən 0,02 ha torpaq sahəsinin 1/2 hissəsinə iddiaçının istifadə və sahiblik hüququnun tanınması qət edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, şikayət Ali Məhkəmənin Mülki kollegiyasının 11 iyun 2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Məhkəmə mübahisəsi dövründə əmlakların üzərinə həbs qoyulmamış və Cavabdeh2 bundan istifadə edərək əmlakları 08 iyun 2023-cü il tarixdə qızı və hazırkı iş üzrə Cavabdeh1 adına keçirmişdir. İş üzrə yenidən sübutlar toplanarkən məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-ci məhəllədə yerləşən sahəsi 22 kv metr olan qeyri-yaşayış (qaraj) sahəsi də mövcud olmuşdur. İş üzrə Cavabdeh2 08 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən sahəsi 22 kv metr olan qeyri-yaşayış (qaraj) sahəsini də qızı və hazırkı iş üzrə Cavabdeh1 adına keçirmişdir. Bununla yanaşı, iş üzrə Cavabdeh2 15 dekabr 2023-cü il tarixdə Bakı 2 saylı “ASAN xidmət” mərkəzi notariat ofisində Astara rayonu, Pensər kəndində yerləşən 0,02 ha torpa q sahəsini də bağışlanma müqaviləsi əsasında qızı və hazırkı iş üzrə Cavabdeh1 adına keçirmişdir. Göstərilənlərə əsasən hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksində yerləşən həmin gün üçün ödənilmiş 24000 ABŞ dolları dəyərində olan İ korpusda yerləşən 7 saylı, ümumi sahəsi 106 kv metr olan 3 otaqlı mənzil və həmin mənzilin alt hissəsində yerləşən sahəsi 15,5 kv metr olan qeyri-yaşayış sahəsi və 22 kv metr olan qeyri-yaşayış (qaraj) sahəsinə dair 08 iyun 2023-cü il tarixli Cavabdeh3 MMC ilə X10 arasında bağlanmış müqavilə, 15 dekabr 2023-cü il tarixdə Bakı 2 saylı “ASAN xidmət” mərkəzi notariat ofisində Astara rayonu, Pensər kəndində yerləşən 0,02 ha torpaq sahəsini də bağışlanma müqaviləsi ləğ v edilməli, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən sahəsi 22 kv metr olan qeyri-yaşayış (qaraj) sahəsinə dair iddiaçı Samedov Ekhtibarın payı tanınmalıdır.
14. Daha sonra iddiaçı tələbinə dəqiqləşdirmə verərək, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksində yerləşən həmin gün üçün ödənilmiş 24000 ABŞ dolları dəyərində olan İ korpusda yerləşən 7 saylı, ümumi sahəsi 106 kv metr olan 3 otaqlı mənzil, həmin mənzilin alt hissəsində yerləşən sahəsi 15,5 kv metr olan qeyri-yaşayış sahəsi və 22 kv metr olan qeyri-yaşayış (qaraj) sahəsinə dair 08 iyun 2023-cü il tarixli Cavabdeh3 MMC ilə X10 arasında bağlanmış müqavilə, 15 dekabr 2023-cü il tarixdə Bakı 2 saylı “ASAN xidmət” mərkə zi notariat ofisində Astara rayonu, Pensər kəndində yerləşən 0,02 ha torpaq sahəsini də bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən sahəsi 22 kv metr olan qeyri-yaşayış (qaraj) sahəsinə dair iddiaçı Səmədov Ekhtibarın 1/2 hissədə payın tanınmasına və müqavilələr əsasında hüquqi nəticə yaratmış sənədlərin və bu bağışlanma müqaviləsi əsasında yaranmış hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
15. Yasamal Rayon Məhkəməsinin 2(004)-3755/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ kor pusunda yerləşən 7 saylı, ümumi sahəsi 106 kv metr olan 3 otaqlı mənzil və Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən sahəsi 15,5 kv metr olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 iyun 2023-cü il tarixli müqavilələr etibarsız hesab edilmiş, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışın ləğv edilməsi, Astara rayonu, Pensər kəndində yerləşən 0,02 ha torpaq sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında 15 dekabr 2023-cü il tarixdə Bakı 2 saylı “ASAN xidmət” mərkəzi notariat ofisində bağlanmış bağışlanma müqaviləsi etibarsız hesab edilməsi və həmin müqavilənin əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 mülkiyyət hü ququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışının ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən sahəsi 22 kv metr olan 04 nömrəli qeyri-yaşayış sahəsi (qaraja) dair Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 iyun 2023-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən sahəsi 22 kv metr olan 04 nömrəli qeyri-yaşayış sahəsi (qaraj) X13 və Cavabdeh2 arasında payları bərabər olmaqla bölünməsi və onların hər birinin payı 1/2 (ikidə bir) hissədə müəyyən edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid olunması qət edilmişdir (hakim Sultanova- Məmmədova Ayşən).
16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qeyd edilən qeyri-yaşayış sahəsi birgə nikah dövründə əldə edildiyindən, ümumi birgə mülkiyyət sayılır və həmin əmlaka tərəflərin (keçmiş ər-arvadın) payları müəyyən edilməklə aralarında bölünməlidir.
17. Bundan əlavə, müəyyən edilmişdir ki, birgə nikah dövründə əldə edilmiş əmlaklar cavabdehlər arasında bağlanmış bağışlanma müqavilələri əsasında Cavabdeh1 adına özgəninkiləşdirilmişdir.
18. Hazırki iddianın predmetini həmin müqavilələrin etibarsız hesab edilməsi təşkil edir. Məhkəmə qeyd etmişdir ki, mübahisəli əmlak qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilərək, keçmiş ərarvad arasında hər birinin payı 1/2 olmaqla bölündüyündən, bu məsələnin yenidən sübut edilməsinə hər hansı bir zərurət qalmamışdır.
19. Məhkəmə mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.5 və 340.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
21. Məhkəmə tərəfindən "xxxx" Bankı ASC, X11 və X15 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-1345/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən sahəsi 22 kv metr olan 04 nömrəli qeyri-yaşayış sahəsi (hazırda qaraj 24,6 kv metr təşkil edir) X13 və Cavabdeh2 arasında payları bərabər olmaqla bölünməsi və onların hər birinin payı 1/2 hissədə müəyyən edilməsi” hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, iddiaçıya qeyd edilən qaraj sahəsinin satılması ilə bağlı hüquqlarının pozulması ilə əlaqədar müvafiq iddia qaldırması (alqı-satqı müqaviləsinin etibarsızlığı, payın müəyyən edilməsi və ya vurulmuş ziyanın tələbi), mənzillə bağlı isə (alqı-satqı müqaviləsinin etibarsızlığı və ya vurulmuş ziyanın tələbi) izah edilmişdir (hakimlər: Xumar Mərdanova, Vahid Sadıqov, Sabit Bəh ramzadə).
23. Apellyasiya icraatı zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti təşkil edən Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən 7 saylı, ümumi sahəsi 106 kv metr olan 3 otaqlı mənzil və Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən sahəsi 22 kv metr 04 nömrəli qeyri-yaşayış sahəsi (qaraj) Cavabdeh1 tərəfindən özgəninkiləşdirilmişdir.
24. Apellyasiya məhkəməsinin sorğusuna əsasən daxil olmuş sənədlərdən müəyyən olunmuşdur ki, 22 kv metr olan qaraj (hazırda 24,6 kv metr təşkil edir) Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixdə X1.
25. Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən 7 saylı, ümumi sahəsi 106 kv metr olan 3 otaqlı mənzil isə xx.xx.2024-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən X3.
26. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, X16 ilə X9 arasında 06 iyun 1993-cü il tarixdə, Səadət Sarayında bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1052 nömrə ilə qeyd edilmiş nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)3313/2019 saylı, 21 may 2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Yasamal Rayon Məhkəməsinin 2(004)-3075/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş Yaşayış Kompleksində yerləşən İ korpus 07 saylı, ümumi sahəsi 106 kv metr olan 3 otaqlı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə 15,5 kv metr sahəsi olan qeyri-yaşayış sahəsinin 1/2 hissədə Cavabdeh2, 1/2 hissədə X6 payının müəyyən edilməsi, Astara rayonu, Pensər kəndində yerləşən 0,02 ha olan torpaq sahəsinin 1/2 hissəsinə iddiaçı X6 istifadə və sahiblik hüququ tanınması qət edilmişdir.
27. Göründüyü kimi qeyd edilən 3 əmlak qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilərək, keçmiş ərarvad arasında hər birinin payı 1/2 olmaqla bölündüyündən, bu məsələnin yenidən sübut edilməsinə (qiymət verilməsinə) hər hansı bir zərurət qalmamışdır.
28. Bundan başqa, müəyyən edilmişdir ki, Cav abdeh3 MMC ilə X9 arasında bağlanılmış 05 mart 2002-ci il tarixli Mənzil Tikintisi haqqında müqaviləyə əsasən MMC Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən Cavabdeh3 MMC-nın tikilməkdə olan yaşayış binalarının 7 nömrəli mənzilin ümumi dəyərini ödədikdə sahəsi 22 kv metr olan qeyri-yaşayış sahəsi olan 4 nömrəli qarajı sifarişçiyə verməyi, sifarişçi isə həmin qarajı qəbul etməyi öhdəsinə götürmüşdür.
29. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən 7 saylı, ümumi sahəsi 106 kv metr olan 3 otaqlı mənzil və Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən sah əsi 15,5 kv metr olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 iyun 2023-cü il tarixli, Astara rayonu, Pensər kəndində yerləşən 0,02 ha torpaq sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında 15 dekabr 2023-cü il tarixdə Bakı 2 saylı “ASAN xidmət” mərkəzi notariat ofisində bağlanmış bağışlama müqaviləsinin və Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən sahəsi 22 kv metr olan 04 nömrəli qeyriyaşayış sahəsinə (qaraja) dair Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 iyun 2023-cü il tarixli müqavilələrin etibarsızlığı, sonuncu müqavilə istisna olmaqla digər müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 mülkiyyət hüququna dair a parılmış qeyd və verilmiş reyestr çıxarışlarının ləğvinə dair, yəni iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
30. Lakin müəyyən edilmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən 7 saylı, ümumi sahəsi 106 kv metr olan 3 otaqlı mənzil Bakı şəhəri 29 saylı DNK-nın 4Ə-138 reyestr nömrəli xx.xx.2024-cü il tarixli ipoteka və alqı-satqı müqaviləsinə əsasən X8 adına, xx.xx.2024-cü il tarixdə isə Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən sahəsi 22 kv metr olan 04 nömrəli qeyri-yaşayış sahəsi (ha zırda qaraj 24,6 kv metr təşkil edir) 5 saylı Bakı “Asan xidmət” X2 adına özgəninkiləşdirilmişdir.
31. Beləliklə müəyyən edilmişdir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri 4 əmlakdan ikisi, yəni, 3 otaqlı mənzil və sahəsi 22 kv metr olan 04 nömrəli qeyri-yaşayış sahəsi (hazırda 24,6 kv metr təşkil edir) məhkəmə icraatı dövründə özgəninkiləşdirilmişdir.
32. Bu hal istər ilk olaraq 3 əmlak üzrə payların müəyyən edilməsi işi üzrə, istərsə də sonradan payların müəyyən edilməsi ilə bağlı qaldırılmış iddia üzrə hazırki işə baxan məhkəmələrə məlum olmamışdır.
33. Yeganə məlum olan hal, 22 kv metr olan 04 nömrəli qeyri-yaşayış sahəsi (hazırda 24,6 kv metr təşkil edir) ilə bağlı olmuşdur ki, hazırki iş üzrə məhkəmə də onunla əlaqədar bağlanmış müqaviləni düzgün olaraq etibarsız saymışdır.
34. Lakin hazırda həmin əmlak digər şəxsin adına mülkiyyət hüququ əsasında rəsmiləşdiyindən apellyasiya məhkəməsi bu əmlak üzrə payların müəyyən edilməsinə dair tələbin təmin edilməsini mümkün saymamışdır.
35. Məhkəmə bu qənaətə gəlməklə yanaşı həmçinin hesab etmişdir ki, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən sahəsi 22 kv metr olan 04 nömrəli qeyri-yaşayış sahəsinə (hazırda 24,6 kv metr təşkil edir) dair Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 iyun 2023-cü il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair nəticə düzgün olsa da, iddiaçıya qeyd edilən qaraj sahəsinin satılması ilə bağlı hüquqlarının pozulması ilə əlaqədar müvafiq iddia qaldırması (alqı-satqı müqaviləsinin eti barsızlığı, payın müəyyən edilməsi və ya vurulmuş ziyanın tələbi) izah edilməlidir.
36. Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən 7 saylı ümumi sahəsi 106 kv metr olan 3 otaqlı mənzillə bağlı Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 iyun 2023-cü il tarixli müqavilə üzrə də gəlinmiş nəticə düzgün olsa da, hazırda həmin əmlak da digər şəxsin adına mülkiyyət hüququ əsasında rəsmiləşdiyindən və bu rəsmiləşmənin qanuniliyinə dair tələb irəli sürülmədiyi üçün məhkəmə bu hissəyə qiymət verə bilməz.
37. Lakin eyni zamanda iddiaçının bu alqı-satqı müqaviləsinin qanuniliyi və ya vurulmuş ziyanın tələbi ilə bağlı müvafiq iddia qaldırmaq hüququnun olması da ona izah edilməlidir.
38. Məh kəmə hesab etmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri sahəsi 22 kv metr olan 4 nömrəli qeyri-yaşayış sahəsi (hazırda qaraj 24,6 kv metr təşkil edir) X13 və Cavabdeh2 arasında payları bərabər olmaqla bölünməsi və onların hər birinin payı 1/2 (ikidə bir) hissədə müəyyən edilməsi hissə istisna olmaqla digər hissələrdə formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır.
39. Göründüyü kimi birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla sahəsi 22 kv metr olan qaraj üzrə payların müəyyən edilməsi hissəsi istisna olmaqla qalan hissələrdə düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin istisna olan haldan başqa digər hissələr üzrə nəticəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzlu q olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
40. Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. Cavabdehin kassasiya şikayətinə görə, iddiaçı mediasiyaya müraciət edib müvafiq arayış almadan məhkəməyə iddia ərizəsi verməklə, “Mediasiya haqqında” Qanunun 28-ci maddəsinin tələbini pozmuş, apellyasiya məhkəməsi isə işin bu halına hüquqi qiymət verməmişdir.
42. Digər dəlilə görə, iddiaçının vəkili olan şəxs iş üzrə cavabdeh olan Cavabdeh3 MMC-nin hüquqşünasıdır. Belə ki, iddiaç ının vəkili əmək müqaviləsi üzrə işlədiyi müəssisəni cavabdeh olaraq göstərmiş, apellyasiya məhkəməsi isə işin bu halına MPM-in 71.3-cü maddəsinin tələbi baxımından hüquqi qiymət verməmişdir.
43. İddiaçı birinci instansiya məhkəməsində iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizəni məhkəmənin hazırlıq yox, baxış iclasında təqdim etməklə MPM-in 53-ci maddəsinin tələbini pozmuşdur.
44. Digər Cavabdeh1 da (Vəkil2) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
45. Cavabdeh1 kassasiya şikayətinin dəlilləri digər kassasiya şikayəti ilə eynilik təşkil edir.
46. Cavabdeh1 yeganə əlavə dəlili vicdanlı alıcı olması ilə bağlı olmuşdur. Cavabdeh dəlilin i belə əsaslandırmışdır ki, onun vicdanlı əldə edən olmasını təkzib edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmasa da, işə baxan məhkəmələr onun konstitusion mülkiyyət hüququnun pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
48. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.[341]
49. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
50. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.[343]
51. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
52. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəm iyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayətləri əsasında apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
63. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda vermiş olduqları kassasiya şikayətlərinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
64. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mübahisənin predmeti olan Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş Yaşayış Kompleksində yerləşən İ korpus 07 saylı, ümumi sahəsi 106 kv metr olan 3 otaqlı mənzilin və həmin ünvanda 15,5 kv metr sahəsi olan qeyri-yaşayış sahəsinin və Astara rayonu Pensər kəndində 0,02 ha torpaq sahəsinin Cavabdeh2 və X6 hər birinin ikidə bir payının olması barədə qanuni qüvvəyə minmiş Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qətnaməsi olmasına baxmayaraq ilə Cavabdeh2 iddiaçının payına da qanunsuz olaraq sərəncam vermiş, iddiaçının mülkiyyət hüququnu pozmuşdur.
65. Kassasiya şikayətlərində göstərilən prosessual pozuntular apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olmamışdır, Cavabdeh1 vicdanlı əldə edən olması isə digər cavabbeh olan anası Cavabdeh2 özgəsinin əmlakına qanunsuz olaraq sərəncam verməsi və apellyasiya məhkəməsi tərəfindən müəyyən işin halları ilə istisna edlir.
66. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmə sini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
67. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1345/2025 nömrəli iş üzrə 5 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.