Məhkəmə qərarları › İş №2(102)-258/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-258/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-258/2021 25.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər “xxxx” KB ASC, “X1 mərkəzi” MMC-yə və Sumqayıt şəhər üzrə İcra İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka ilə yüklülüyündən azad edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və X3 ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Cavabdehin vəkili X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1216/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) istifadədə olan 0.16 ha torpaq sahəsində yerləşən 36 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsində yerləşən 50,91 kv.m ümumi, 32,93 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 40 nömrəli mənzil xx.xx.2009-cu il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

2. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” KB ASC-nin cavabdeh İddiaçı1 qarşı kreditin və kredit faizlərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi barədə iddia tələbinin qismən tə min edilərək, cavabdeh İddiaçı1 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 65/14SU saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 36653,31 ABŞ dolları, faiz borcuna görə 3584,05 ABŞ dolları, cərimə borcuna görə 90,15 ABŞ dolları, cəmi 40327,51 ABŞ dollarının və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 36 saylı evin 40 saylı mənzilin hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin hesabına cavabdeh İddiaçı1 xx.xx.2014-cü il tarixli 65/14SU saylı kredit müqaviləsi üzrə 4 0327,51 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASCyə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50000 (əlli min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 36 saylı evin 40 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində cavabdeh İddiaçı1 həmin yaşayış sahəsindən çıxarılması qət edilmişdir

3. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 2(105)-134/2018 saylı qətnaməsi ilə İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər M əhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli,2(060)14342 saylı qətnaməsi ləğv edilərək və iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı1 xx.xx.2014-cü il tarixli 65/14SU saylı kredit müqaviləsi üzrə 36244 (otuz altı min iki yüz qırx dörd) ABŞ dolları, 93 (doxsan üç) sent əsas borc məbləği, əsas borca hesablanmış 3584 (üç min beş yüz səksən dörd) ABŞ dolları, 05 (beş) sent faiz məbləği, 90 (doxsan) ABŞ dolları, 15 (on beş) sent cərimə məbləği, cəmi 39919 (otuz doqquz min doqquz yüz on doqquz) ABŞ dolları, 13 (on üç) sent (ödəniləcək günə manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), 30 (otuz) manat ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövl ət rüsumunun əvəzinin alınaraq iddiaçı Cavabdeh4nə verilməsi, tələbin ipoteka predmeti olan İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 40 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin hesabına cavabdeh İddiaçı1 “xxxx” KB ASC-ə olan 39919 (otuz doqquz min doqquz yüz on doqquz) ABŞ dolları, 13 (on üç) sent (ödəniləcək günə manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), 30 (otuz) manat ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı Cavabdeh4nə verilməsi, ipoteka predmeti olan “xxxx” KB ASC-nin xeyrinə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydə alınmış ünvan 1 ünvanında yerləşən 40 saylı mənzilin ilkin satış qiyməti 53000 (əlli üç min) manat müəyyən edilərək ipoteka predmeti olan “xxxx” KB ASC-nin xeyrinə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydə alınmış ünvan 1 ünvanında yerləşən 40 saylı mənzil satıldıqdan ən geci 1 (bir) ay ərzində cavabdeh İddiaçı1 çıxarılması və iddia tələblərinin qalan hissədə təmin edilməməsi, apelyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun cavabdeh İddiaçı1 özünə aid edilməsi, cavabdeh İddiaçı1 məhkəmə mühasibatlıq ekspertizasının dəyəri 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına, məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 200 (iki yüz) manat alınaraq “xxxx” MMC-nin hesabına (Kapital Bankın 2 saylı Xətai filialı kod 200082, VÖEN **********, Muxbir hesab AZ37NABZ013501**********1944, S.W.İ.F.T AİİBAZ 2X, İban: AZ23AİİB********************8) hesabına köçürülməsi qət edilmişdir

4. Sumqayıt şəhər İcra idarəsinin xx xxxxxxx 2018-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 2(105)-134/2018 saylı qətnaməsi əsasında verilmiş icra sənədi əsasında icra tədbirlərinə başlanılmışdır. 5. “X1 Mərkəzi” MMC-nin xx xxxxx 2017-ci il tarixli və xx xxx 2017-ci il tarixli bildirişlərinin surətindən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin № 13k-81-6 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı1 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, 36 saylı evin 40 saylı mənzili ilkin satış qiyməti 50 000 manat olmaqla açıq hərraca çıxarılmış və açıq hərracın xx xxx 2017-ci il tarixdə, saat 11:00-da ünvan 2 ünvanında keçirilməsi barədə tələbkar “xxxx” KB ASC-yə və borclu İddiaçı1 bildiriş ünvanlanmışdır. 6. “X1 Mərkəzi” MMC-nin xx xxxxxx 2018-ci il tarixli və xx xxxxxx 2018-ci il tarixli bildirişlərinin surətindən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin № 13k-81-6 saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı1 məxsus Sumqayıt şəhəri, 9cu mikrorayon, 36 saylı evin 40 saylı mənzili ilkin satış qiyməti 53 000 manat olmaqla açıq hərraca çıxarılmış və açıq hərracın xx xxxxxx 2018-ci il tarixdə, sa at 11:00-da ünvan 3 ünvanında keçirilməsi barədə tələbkar “xxxx” KB ASC-yə və borclu İddiaçı1 bildiriş ünvanlanmışdır 7. “X1 Mərkəzi" MMC-nin xx xxxxxx 2018-ci il tarixli və xx xxxxxx 2018-ci il tarixli bildirişlərinin təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin № 13k-81-6 saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı1 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, 36 saylı evin 40 saylı mənzili satış qiyməti 45050 manat olmaqla açıq hərraca çıxarılmış və açıq hərracın xx xxxxxx 2019-cu il tarixdə, saat 11:00-da ünvan 3 ünvanında keçirilməsi barədə tələbkar “xxxx” KB ASC-yə və borclu İddiaçı1 bildiriş ünvanlanmışdır. 8. “MARKET” qəzetinin xx.xx.2018-xx.xx.2018-ci il tarixləri üzrə dərc edilmiş 44 (976) nömrəsində Sumqayıt şəhəri, 9-cu mikrorayon, 36 saylı evin 40 saylı mənzilin açıq hərracın xx xxxxxx 2018-ci il tarixdə 53 000 manat ilkin satış qiyməti ilə ünvan 3 ünvanında keçirilməsi barədə elan yerləşdirilmişdir. 9. “MARKET” qəzetinin xx.xx.2018-xx.xx.2018-ci il tarixləri üzrə dərc edilmiş 44 (976) nömrəsində Sumqayıt şəhəri, 9-cu mikrorayon, 36 saylı evin 40 saylı mənzilin açıq hərracın xx xxxxxx 2018-ci il tarixdə 53 000 manat ilkin satış qiyməti ilə ünvan 3 ünvanında keçirilməsi barədə elan yerləşdirilmişdir. 10. “MARKET” qəzetinin xx.xx.2018-xx.xx.2018-ci il tarixləri üzrə dərc edilmiş 49 (981) nömrəsində Sumqayıt şəhəri, 9-cu mikrorayon, 36 saylı evin 40 saylı mənzilin açıq hərracın xx xxxxxx 2019-cu il tarixdə 45050 manat ilkin satış qiyməti ilə ünvan 3 ünvanında keçirilməsi barədə elan yerləşdirilmişdir 11. “MARKET” qə zetinin xx.xx.2018-xx.xx.2019-cu il tarixləri üzrə dərc edilmiş 51 (983) nömrəsində Sumqayıt şəhəri, 9-cu mikrorayon, 36 saylı evin 40 saylı mənzilin açıq hərracın xx xxxxxx 2019-cu il tarixdə 45050 manat ilkin satış qiyməti ilə ünvan 3 ünvanında keçirilməsi barədə elan yerləşdirilmişdir. 12. “MARKET” qəzetinin xx.xx.2019-xx.xx.2019-cu il tarixləri üzrə dərc edilmiş 3 (986) nömrəsində Sumqayıt şəhəri, 9-cu mikrorayon, 36 saylı evin 40 saylı mənzili üzrə xx xxxxxx 2019-cu il tarixdə keçirilən açıq hərracın baş tutmaması barədə elan yerləşdirilmişdir.

13. Sumqayıt şəhər İcra Şöbəsinin "X1 Mərkəzi" MMC-yə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, həmin məktubla Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədindən apelyasiya şikayəti verildiyi üçün hərracın k eçirilməsinin dayandırılması xahiş olunmuşdur.

14. Hərracın dayandırılması barədə xx.xx.2017-ci il tarixli, 024 nömrəli protokolun təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhər İcra Şöbəsinin 7775-6 saylı, xx.xx.2017-ci il tarixli məktubuna əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının qanununun 17-ci bəndinə görə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 36 saylı evin 40 saylı mənzili ilə bağlı hərrac dayandırılmışdır. 15. “X1 Mərkəzi" MMC tərəfindən “xxxx” KB ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, İddiaçı1 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, 36 saylı evin 40 saylı mənzili keçirilən hərraclar zamanı satılmamışdır. xx.xx.2019-cu il tarixədək əmlakı almadıqları halda iş sifarişçi icra şöbəsinə geri qaytarılacaqdır. 16. “xxxx” KB ASC tərəfindən " X1 Mərkəzi" MMC-yə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, bank İddiaçı1 işi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi əsasında hərrac vasitəsi ilə satışa çıxarılmış İddiaçı1 mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 36 saylı evin 40 saylı mənzilini təkrar hərracdakı ilkin satış qiymətinin 25 faizdən az olmayan qiyməti ilə almağa etiraz etmir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.7-ci maddəsinə əsasən Qanunun 43.1.1-ci maddəsinin tələblərinə görə nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Göst ərilən əmlakı təkrar hərracdakı ilkin satış qiymətinin 25 faizdən az olmayan qiymətlə tələbkar “xxxx KB” ASCnin adına rəsmiləşdirilməsi üçün tələb olunan digər sənədlər əlavə edilərək göndəriləcəkdir.

17. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxx 2019-cu il tarixli Müqavilənin təsdiq olunmuş surətinə əsasən, "X1 Mərkəzi" MMC (satıcı) ilə “xxxx” KB ASC (alıcı) arasında alqı-satqı müqaviləsi imzalanmış və xxxx KB ASC İddiaçı1 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, 36 saylı evin 40 saylı mənzilini 33787,50 manata almışdır 18. “X1 Mərkəzi" MMC-nin hərracın nəticələri haqqında xx xxxxxx 2019-cu il tarixli Y-62 nömrəli yekun protokolunun təsdiq olunmuş surətindən görünür ki, keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” AR qanunun 43.7-ci maddəsinə əsasən i poteka saxlayan “xxxx” KB ASC İddiaçı1 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, 36 saylı evin 40 saylı mənzilini 33787,50 manata almışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

19. İddiaçı1 cavabdehlər “xxxx” KB ASC, “X1 mərkəzi” MMC-yə və Sumqayıt şəhər üzrə İcra İdarəsinə qarşı ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka ilə yüklülüyündən azad edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandımışdır ki, mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 9-cu mikroravon, ev 36, 40 saylı mənzil kreditin təminatı qismində “xxxx“ KB ASC tərəfindən ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinə tələbin yönəldilməsinə dair Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-134/2018 saylı icra vərəqəsinə əsasən məhkəmə qərarı icraya yönəlmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən mənzilin açıq hərracdan satılması üçün «X1 Mərkəzi» MMC-yə xx.xx.2018-ci il tarixdə 26566/6 saylı sifariş verilmişdir. Lakin bundan sonrakı hərəkətlər barəsində və ipoteka ilə yüklü edilmiş mənzillə bağlı hərracın nəticələrindən məlumatı olmamışdır. Hərracın keçirilməsi və artıq tərəflər arasında yekun protokolun bağlanması barədə isə İcra İdarəsinin çağırışına əsasən həmin idarədə olduqdan sonra məlumatı olmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsindən verilən məlumata görə, hərrac təşkilatı tərəfındən ilkin hərrac xx.xx.2018-ci il tarixdə, təkrar hərrac isə xx.xx.2019-cu il tarixdə keçirilmişdir. Lakin qeyd edilən hərracla bağlı hər hansı bildiriş almamış və hərracın nəticələri barədə o na məlumat verilməmişdir. Onu da bildirir ki, bunlardan öncə isə 13k-81-6 saylı, xx.xx.2017-ci il tarixli sifariş əsasında xx.xx.2017-ci il tarixdə ilk dəfə hərrac keçirilmiş və həmin hərracın da nəticələri məlum deyildir. Qeyd olunanlara əsasən cavabdeh olan "X1 Mərkəzi" MMC-yə ərizə ilə müraciət edərək, ipoteka ilə yüklü edilmiş mənzilin hərraca çıxarılması ilə əlaqədar xx.xx.2017-ci il tarixli hərracın hansı sifariş əsasında keçirildiyi, həmin hərracın nəticəsi, o cümlədən sonuncu hərracların baş tutub- tutmamasının səbəbləri barədə ona yazılı məlumat verilməsini və tələbkarın əmlakı alması barədə məktubun. hərracın nəticələri haqqında yekun protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin təsdiq edilmiş surətlərinin əlavə edilməsini xahiş etmişdir. Hazırki mü bahisələndirilən hərracla bağlı bəzi sənədlərin təsdiq edilmiş surətlərini əldə etsə də, bundan öncəki hərraclar barədə və sonuncu hərracların baş tutubtutmamasının səbəbləri barədə yazılı məlumat verilməmişdir. Bununla da belə qənaətə gəlinmişdir ki, eyni sifariş əsasında 3 dəfə hərrac keçirilmiş və hərracın iştirakçısı olmadığı üçün hərraclar baş tutmamış elan olunmuşdur. Nəticədə mülkiyyətində olan mənzil daha aşağı qiymətə 33787,50 manata tələbkara təklif olunmuş və tələbkarın məktubu əsasında xx.xx.2019-cu il tarixli, Y-69 saylı hərracın yekunları barədə protokol tərtib edilmişdir. Qanunvericilikdə yalnız 2 dəfə hərracın keçirilməsi nəzərdə tutulduğu halda hərracın keçirilməsi ilə bağlı bundan öncə 13k-81-6 saylı, xx.xx.2017-ci il tarixli sifariş əsasında xx.xx.2017-ci il tarixdə 1-ci hərrac keçirilmiş və davamlı olaraq xx.xx.2018-ci il tarixdə 2-ci, xx.xx.2019-cıı il tarixdə isə 3-cü hərrac keçirilmişdir. Hesab edir ki, hərracın baş tutmamasına baxmayaraq hərrac təşkilatının hərracın yekunları barədə protokol tərtib etməsi və tərəflər arasında əmlakın alqı-satqısı barədə müqavilə bağlaması qanunsuzdur və ipoteka predmeti ipoteka ilə yüklülükdən azad edilməli, ipotekaya xitam verilməlidir. Belə ki, əldə edilən sənədlərdən görünür ki, mənzilin açıq hərracdan satılması üçün "X1 Mərkəzi” MMC-yə Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfındən xx.xx.2018-ci il tarixdə 26566/6 saylı sifariş verilsə də, bundan öncəki sifariş əsasında keçirilən hərracın dayandırılması barədə hər hansı sənəd yoxdur. Bundan əlavə, Hərrac təşkilatı tərəfindən təqdim edilən bildirişlərdə də hərracın əvvəlki - 13k-81-6 saylı, xx.xx.2017-ci il tarixli sifariş əsasında və 477/17 savlı LOT üzrə keçirilməsi əksini tapmışdır. Həmçinin qeyd olunmalıdır ki, 13k81-6 saylı, xx.xx.2017-ci il tarixli sifariş əsasında xx.xx.2017-ci il tarixdə keçirilmiş 1-ci hərracdan başqa, keçirilmiş digər hərraclardan və onların nəticələrindən xəbəri olmamışdır. Hərrac təşkilatı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, hərracların keçirilməsi ilə əlaqədar bildirişlər "Mega Ekspress" sürətli poçt vasitəsi ilə ünvana göndərilmiş, lakin ipoteka ilə yüklü edilmiş mənzilin mülkiyyətçisi kimi həmin sənədləri əldə etməmişdir. Qanunvericiliyin tələbinə görə, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməlidir. Həmçinin bu zaman sifarişli poçt göndərişi ilə bağlı ünvan sahibinin (ipoteka qoyanın) müvafıq sənədi imzalaması tələb olunur. Hesab edir ki, hərracın keçirilməsi vaxtı barədə ipoteka qoyana qanunla müəyyən edilmiş müddətlər ərzində məlumat verilməməsi, habelə qanunvericiliyə zidd olaraq üçüncü hərracın keçirilməsi formal xarakter daşımır və əhəmiyyətli dərəcədə qanun pozuntusudur. Həmçinin mülki qanunvericiliyin məhkəmələrə hərracın nəticələrini yoxlamaq səlahiyyəti verməsi məhz ədalət mühakiməsi orqanının üzərinə müvafiq tələb əsasında qanunu kobud pozmaqla keçirilmiş hərracın nəticələrini etibarsız hesab etmək vəzifəsi qoyur. Ədliyyə Nazirinin "Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi haqqında əsasnamə"nin təsdiq edilməsi barədə xx xxx 2007-ci il tarixli, 18-T nömrəli əmrində göstərilir ki, müsa dirə olunan əmlakın satışı bu idarənin səlahiyyətlərinə aiddir. Hərracın yekunları barədə mübahisələndirilən protokolun sifarişçisi olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi tərəfindən imzalanmaması da göstərir ki, sonuncunun heç hərracın nəticələrindən xəbəri olmamışdır. Qanunvericilikdə iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Ona görə də, “xxxx” KB ASC ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli 65/14SU saylı kredit müqaviləsi üzrə öhdəliyə əsasən bankın xeyrinə yüklü edilmiş Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 36, 40 saylı mənzil üzrə ipotekaya xitam verilməsi və həmin ipoteka predmetinin ipoteka ilə yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Sumqayıt şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxxx 2019-cu il tarixli 2(060)-5840/2019 nömrəli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddia tələbi təmin edilməmişdir.

21. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Qanunun 43.4-43.8, 48-ci, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77. 1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

24. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1216/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və F.Məmmədov) İddiaçı1 verdiyi apelyasiya şikayəti təmin edilməsmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(060)-5840/2019 saylı qətnaməsi İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə d üzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh bankın vəkil i M.Cabbarov izahat verərək kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını, şikayətin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədədn saxlanılmasını xahiş etdi.

30. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdehlər tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçı və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

31. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün f aktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

32. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməs i işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

35. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.. (maddə 415.2)

36. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. (maddə 416.1)

37. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. (maddə 416.2) “İpoteka haqqında” Qanun

38. Hərracın təşkilatçısı hərracın keçirilməsinə da ir kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır (maddə 42.1)

39. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetin i təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.

40. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir (maddə 43.7 və 43.8) “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar h ərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Mülki Prossesual Məcəllə

41. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

42. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

43. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

44. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

46. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1216/2020 nömrəli iş üzrə xx xxx 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar