Məhkəmə qərarları › İş №2(102)-2595/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2595/2024

24.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2595/2024 24.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2595/2024 (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2014/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh İB (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 24 sentyabr 2024-cü il tarixdə Ali Məhkə mənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə X8 xx.xx.1996-cı il tarixində nikahlarını rəsmiləşdirmişdir. 2. xx.xx.2017-ci il tarixdə Göyçay rayonunun Kürd kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin mətbəxində dəm qazının sızması nəticəsində partlayış baş vermiş, X4 aldığı yanıq yaraları nəticəsində xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.

3. Hadisənin baş verməsində təqsirli bilinən X1 Rayon Məhkəməsinin 1(046)56/2018 nömrəli, 13 noyabr 2018-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 1 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 il müddətə azadlıqdan məhrumetmə cəzası t əyin edilmişdir. X6 təyin olunan əsas cəza Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti müəyyən olunaraq şərti hesab olunmuşdur. Hökmdən şikayət verilməmiş və qanuni qüvvəsini almışdır.

4. Cinayət işinə məhkəmədə baxılarkən İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi olaraq bildirmişdir ki, hazırda X9 ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur.

5. İddiaçı X2 ilə yenidən nikaha daxil olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı X3 (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh və ya İstehsalat Birliyi) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə 40.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 210 manat dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il saat 08 radələrində yoldaşı Yeganə 4 gözlü qaz plitəsini alışdırıcı vasitə ilə işə salmaq istəyərkən partlayış baş vermişdir. Bu hadisə baş verdikdən sonra yoldaşını təcili yardım maşını ilə Göyçay şəhər xəstaxanasına çatdırdılar. Bir gecə orada qaldıqdan sonra vəziyyəti ağır olduğuna görə həkimlərin rəyi ilə təcili tibbi yardım maşını ilə Bakı şəhərində yerləşən Əziz Əliyev adına Az.DHTİ-nin plastik və rekonstruktiv cərrahiyyə klinikasına aparıldı. Plastik və rekonstruktiv cərrahiyyə klinikasında xx.xx.2017-ci il tarixinə qədər ağır xəstə olaraq reanimasiya şöbəsində həyat mücadiləsi verdi. Yeganənin almış olduğu yanıq yaraları nəticəsində baş vermiş orqanizmin ümumi yanıq intoksikası onun həyatına son qoydu. Həm onun, həm də oğlu üçün ağrılı günlər başladı. Cavabdeh əməkdaşının işinə, səhlənkar, vicdansız, laqeyd münasibət göstərdiyi əməlləri nəticəsində o, 27 illik həyat yoldaşı Yeganəni faciəvi surətdə itirmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmdən görünür ki, X10 xx.xx.2015-ci il tarixindən Cavabdeh İB X15 İstismar İdarəsinin Göyçay rayonu üzrə təmirbərpa xidmətinin rəisi vəzifəsində işləyərkən işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerin yetirməmiş, yəni “X15 İstismarı İdarəsinin təmir-bərpa xidmətinin rəisinin vəzifə Təlimatı”nın 1.1-ci bəndinə, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 1.15, 1. 19-cu bəndlərinə, ”Qazdan istifadə qaydaları”nın 3.1.3, 3.1.6, 3.2.7, 3.2.9 və 3.2.10-cu bəndlərinə, həmçinin texniki təhlükəsizlik qaydalarının pozulması hallarının aradan qaldırılmasını təmin etməli olduğu halda bunu etməyərək, nəticədə xx.xx.2015-cı il tarixdə Göyçay rayonu, Kürd kəndində daimi yaşayan X4 evin mətbəxində dəm qazının sızması nəticəsində sonuncunun baş vermiş partlayışda ehtiyatsızlıqdan ölməsinə səbəb olmuşdur.

8. Cavabdeh məhkəməyə iddia tələbinə qarşı yazılı etiraz verərək bildirmişdir ki, xx.xx.2017-ci il tarixində, saat 08:00 radələrində Göyçay rayonunun Kürd kəndində baş vermiş partlayış hadisəsi Cavabdeh İB əməkdaşı tərəfindən qəsdən törədilməmişdir, hadisə ehtiyyatsızlıqdan baş vermişdir. Bu səbəbdən, iş üzrə iddia tələbinin 40.000 manat qiymətləndirilməsi ağlab atan deyildir. Belə ki, ehtiyyatsızlıqdan bas vermiş cinayət hadisəsi zamanı vurulan zərər məbləği, qəsdən törədilmiş cinayət hadisələri zamanı vurulan zərər məbləğindən düzgün fərqləndirilməlidir. Cavabdeh İB-nın işçisi X5 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi zamanı, Göyçay Rayon Məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varis kimi tanınmış İddiaçı təqsirləndirilən şəxs ilə barışmışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı tərəfindən Göyçay Rayon Məhkəməsinə verilmiş yazılı ərizədən də müəyyən olunmuşdur ki, o, X9 ilə barışmış, onun təqsirləndirilən şəxs X6 qarşı heç bir şikayəti və maddi tələbi yoxdur Hadisə 2017-ci ildə baş vermiş, mənəvi zərərlə bağlı tələb isə 6 il sonra irəli sürülmüşdür. İddia tələbinin hadisədən sonrakı yaxın illərdə deyil, daha sonradan, aradan uzun müddət keçdikdən sonra qaldırılması mənəvi zərərin əvvəlki illərə nisbətdə təsir gücünü zəiflədir. Belə ki, İddiaçı hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırki vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz. İddiaçı, 22 illik həyat yoldaşı rəhmətə getdikdən sonra onun yoxluğunu hər gün dərindən hiss etdiyini qeyd etmişdir. Lakin, işin görünən tərəfi odur ki, iddiaçı rəhmətə getmiş həyat yoldaşının boşluğunu aradan qaldırmış, ona qarşı vəfalılığını nümayiş etdirməmiş, 50 yaşından sonra ikinci baharını yaşamaq məqsədilə yenidən evlənmişdir. Rəhmətə getmiş yoldaşı üzərindən iddiaçının pul qazanıb yeni xanımına zadəgan həyatı yaşatmaq istəməsi, yeni xanımına son model mobil telefon alacağı, geyim-libas alacağı, ziyafətlərə və restoranlara qonaq edəcəyi, onun digər emosional ehtiyaclarını qarşılaması və s. kimi belə hallar rəhmətə getmiş həyat yoldaşına qarşı hörmətsizlikdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(011)5863/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia qismən təmin edilmiş, mənəvi zərərə görə 25.000 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 162 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ona maddi və mənəvi zər ər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdeh təşkilatın X16 İstismarı İdarəsinin Göyçay rayonu üzrə təmir-bərpa xidmətinin rəisi X5 əməlinin qanuna zidd olması, cinayətin baş verməsində onun təqsirli olması, habelə onun əməli nəticəsində iddiaçının ailə üzvlərinin ölməsi iş materialları ilə öz təsdiqini tapır. İddiaçının arvadının ölməsində cavabdeh təşkilatın işçisinin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, deliktin Mahir Məmmədovun əmək vəzifələrinin icrası zamanı törətməsi qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Beləliklə, cavabdeh təşkilatın işçisi Mahir Məmmədovun törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıması işdə olan sübutlar əsasında təsdiqini tapır.

12. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehin işçisinin təqsirli hərəkətləri nəticəsində iddiaçının arvadının ölməsi və bunun nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi işin mübahisəsiz halıdır.

13. Məhkəmə hesab etmişdir ki, dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 25.000 manat pulun tutulması adekvat hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

14. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəməklə əlavə xərc çəkdiyindən iddia tələbi ödənilmiş 162 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsində də təmin edilməlidir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsin in 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

16. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Apellyasiya şik ayəti iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan mənəvi zərərin məbləğini yüksək müəyyən etmişdir.

18. Qeyd olunmalıdır ki, 1966-cı il təvəllüdlü iddiaçı 22 illik həyat yoldaşı rəhmətə getdikdən sonra özündən 18 yaş kiçik, 1984-cü il təvəllüdlü Aytəkin adlı qadınla nikaha daxil olaraq evlənmiş və beləliklə o, 2017-ci ildə yaşadığı evdə baş vermiş partlayış nəticəsində dünyasını dəyişmiş ilk həyat yoldaşı Yeganə Zərbaliyevanın ölümü ilə yaşamış olduğu mənəvi hüzursuzluğunu aradan qaldırmışdır. Tərəflərindən məhkəməyə verilmiş zəruri məlumatı məhkəmə nəzərə almamış, iddiaçı tərəfin arvadı öldükdən sonra onun yenidən evlənməsinə hüquqi qiymət verməmişdir. İdiaçı tərəf yenidən evlənməklə rəhmətə getmiş arvadına qarşı vəfasızlıq nümayiş etdirmişdir. İddiaçı tərəfin başqa bir qadınla yenidən evləndikdən sonra ölən arvadını hələ də unuda bilməməsini deməsi, onun yeni evləndiyi qadına qarşı da hörmətsizlik nümayiş etdirməsi anlamına gəlir və yeni evləndiyi qadını düşüncələrində aldatdığı müəyyən olunur. Bu kimi hallar milli adət-ənənələrə və əxlaq normalarına da uyğun gəlmir. Mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntı və əzabların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyasıdır. Bu kimi hal, heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. İddiaçı tərəf hazırki iş üzrə ölmüş arvadının üzərindən pul qazanmağa, həmin pulu da yeni evləndiyi qadına və onunla birgə yaşayacağı həyata xərcləməyi nəzərdə tutmuşdur. Kənar dan bu açıq-aşkar hiss olunur. Məhkəmə, iddiaçı tərəfin Cavabdeh İB işçisi ilə barışdıqdan 6 il sonra sırf maddi qazanc əldə etmək məqsədi üçün bu iddia tələbi ilə məhkəməyə müraciət etməsini nəzərə almamışdır.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-2014/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər- Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmiş, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10.000 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 52,5 man atı tutularaq iddiaçıya verilməsi qət edilmişdir.

20. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin əməkdaşının səhlənkarlığı, yəni işə laqeyd münasibəti nəticəsində arvadının ölümü ilə bağlı iddiaçı mənəvi sarsıntı keçirdiyinə görə cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, işin halları iddiaçının ən yaxın ailə üzvlərindən biri hesab edilən arvadının ölümü nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mənəvi zərərə görə təzminatın məbləğini 25.000 manat müəyyən etməklə aşağıda göstərilən halları nəzərə alma mışdır. Belə ki, iş materiallarında olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(046)-56/2018 nömrəli hökmündən müəyyən edilir ki, hazırki iş üzrə iddiaçı həmin cinayət işinə baxılarkən zərərçəkmiş şəxsin hüquqi varisi olaraq bildirmişdir ki, hazırda hadisənin törədilməsində təqsirli bilinən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının arvadının ölümündən artıq altı il ötmüşdür. Qeyd edilməlidir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. İddiaçının yenidən nikaha daxil olması da mənəvi zərərin təsir inin azalmasına səbəb olan amildir.

22. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, zərərvuranın tərəfindən cinayətin qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi də təzminatın məbləğinin müəyyən edilməsində əhəmiyyət kəsb edir. Belə ki, qəsdən törədilmiş cinayət əməli insanı daha güclü mənəvi sarsıntı və iztiraba məruz qoyur. İddiaçının arvadının ölümü isə ehtiyatsızlıqdan baş vermiş cinayət əməli nəticəsində baş vermişdir.

23. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab etmişdir ki, iddiaçıya mənəvi zərərə görə ödənilməli olan təzminat 10.000 manat məbləğində müəyyən edilməlidir. Belə ki, iddiaçıya şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər.

24. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 109 7.1, 1099.1, 1099.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 88, 217.4, 384.0.3 və 392.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

25. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq Cavabdeh İB-dən 10.000 manat məbləğin də vəsaitinin tutularaq iddiaçıya ödənilməsi” hissəsində dəyişdirilməsini, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pul vəsaitinin Cavabdeh İB-dən alınaraq iddiaçıya ödənilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəmə kollegiyası tərəfindən təyin edilmiş, Cavabdeh İB-dən tutularaq iddiaçı tərəfə ödəniləcək mənəvi təzminat həcminin məbləği azaldıla bilər. İddiaçı tərəfin himayəsində yetkinlik yaşına çatmayan övlad(lar)ı yoxdur. İddiaçı tərəf arvadının vəfatından sonra birgə nikahdan dünyaya gəlmiş uşağa və ya uşaqlara qulluq etmək məcburiyyətində qalmamışdır, yenidən evlənməklə də öz ailə vəziyyətini bərpa etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

27. Mad də 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2. Etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun.

30. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işç isinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

32. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

33. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

34. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

35. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı.

36. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının p ozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsi ri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələ ri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 101.3. Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, e kspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir.

44. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad et məyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin olunması hissəsində mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyas ı məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

54. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şi kayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bü tün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi, yaxud dəyişdirilərək iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin 5.000 manat həddinə qədər azaldılması üçün əsas ola bilməz.

56. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

57. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verə n sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

59. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabde h tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2014/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar