Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2596/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyinin “İnnovasiya və X4” X5nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: İş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiyalar Agentliyinə qarşı “əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-776/2022 nömrəli, 25 dekabr 2022-ci il tarixli qərardadın dən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 19 iyun 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2019-cu il tarixli 1375 nömrəli sərancamı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində X1 Heyətinin sədri təyin edilmişdir.
2. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2021-ci il tarixli, 1464 nömrəli Fərmanı ilə, həmin Fərmanın 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – N azirlik) tabeliyində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnnovasiyalar Agentliyi X5n və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdindəki Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə İnnovasiya və X2 X5 yaradılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiyalar Agentliyinə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 2022-c i ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust və sentyabr ayları üzrə, hər ay 5000 manat olmaqla, ümumilikdə 40000 manat əmək haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələblərini onunla əsaslandırmışdır ki, 2022-ci ilin yanvar ayına qədər cavabdeh tərəfindən ona əmək haqqı ödənilmiş, lakin məlum olmayan səbəblərə görə nədənsə 2022-ci ilin fevral ayından etibarən bu günə qədər ona əmək haqqı ödənilməmşdir. İdarə Heyətinin digər üzvlərinə bu günə qədər əmək haqqı ödənilməkdədir. X1 Heyətinin sədri vəzifəsindən azad olunma barədə bu günə qədər heç bir qanuni tədbir görülməmişdir. Əgər o, həqiqətən tutduğu vəzifədən azad edilmişsə, belə olan təqdirdə ilk növbədə bu fakt qanuni rəsmiləşdirməli, daha sonra ona əmək kitabça və son haqqhesabı, yəni istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödəmələr ilə birlikdə verməli idi. Lakin qeyd edilən tədbirlərin heç biri görülməmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(004)-4944/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakim Toğrul Axundov) iş üzrə icraata xitam verilmişdir.
6. Məhkəmə hesab etmşidir ki, iddiaçı müvafiq vəzifəyə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli, 1375 nömrəli Sərəncamı ilə təyin edilmiş və o halhazırda cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiyalar Agentliyinə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə haqlı olmamış, iddiaçının sözü gedən tələbinə məhkəmədə baxı lmalı deyildir.
7. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə qənaətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 303-cü, Mülki Prosessual Məcəllənin 261.0.1, 262.1 və 262.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
8. İddiaçı qərardaddan şikayət verərək mülki işin məhkəmə baxışında təyin edilməsini xahiş etmişdir.
9. Şikayət Azərbaycan Respublikası Konstitusiyasının 25, 26, 35 və 147-ci, Mülki Prosessual Məcəllənin 153.2.1, 153.3 və 262.3-cü maddələrinə istinad olunmaqla əsaslandırılmışdır.
10. Birinci instansiya məhkəməsinin 4 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət ərizəsi təmin edilməmiş, iş baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmşidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsi Mü lki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-7761/22 nömrəli iş üzrə 2 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər – Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Rəfael Eyvazov və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmış, hesab etmişdir ki, iddiaçının hazırkı tələbinə məhkəmədə baxılması yolverilməzdir, qərardad qanuni və əsaslı, verilən şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. İdidaçı ( vəkili Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin 2 dekabr 2022-ci il tarixli, 2(103)-7761/2022 saylı qərardadının ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmasi barədə qərar çıxarılmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi iddiaya məhkəmə qaydasında baxılmalı olmadığı qənaətinə gəlsə də, iddiaçının hansı orqana müraciət etməli olmasını izah etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
16. Maddə 303.1. bu Məcəllə ilə müəyyən edilmiş fərdi əmək mübahisələrinin həlli qaydaları Azərbaycan Respubl ikasının Konstitusiyasında nəzərdə tutulmuş qaydada vəzifəyə təyin edilən və Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan şəxslərə şamil edilmir. Mülki Prosessual Məcəllə
17. Maddə 261.0 və 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
18. Maddə 262.1. iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
19. Maddə 262.4. işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Kassasiya baxışının hədləri
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyas iya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçünlar əsas yoxdur.
23. Birinci instansiya məhkəməsi düzgün olaraq Əmək Məcəlləsinin 303-cü madldəsinin tələblərini tətbiq etməklə iddiaçının hazırkı tələbinə məhkəmədə baxılmasının yolverilməzliyi qənaətinə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də bu mövqe ilə razılaşmaqda haqlı olmuşdur.
24. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayətinin təmin olunması, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsaslar yoxdur, ona görə də qərardad dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiy a şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-776/2022 nömrəli, 25 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.