Məhkəmə qərarları › İş №2(102)-261/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-261/2020

14.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-261/2020 14.01.2020 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsi MülkiKollegiyasının Q Ə RARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və X1 ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov, iş № 2(049)-xx/19) İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması tələbinə dair” iddiası rədd ed ilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Babayev-sədrlik edən və məruzəçi, N.Mirzəyev və Q.Kərimov, iş № 2(106)-xx/19) apellyasiya şikayəti qismən təmin olunaraq Lənkəran Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq Lənkəran Rayon Məhkəməsinin 2(049)-xx/2013 saylı, xx xxx 2013-cü il il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, İddiaçı Cavabdeh ilə birgə nikahlarından xx xxx 2011-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxx 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 dörddə bir hissəsi miqdarında, eyni zamanda 30 (otuz) manat olmaqla sabit pul məbləğində alimentintutularaq İddiaçı verilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin qismən - 30 manat sabit pul məbləğində alimentin tutulması hissəsində ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahlarından doğulmiş xx xxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh sabit pul məbləğində 200 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsasland ırmışdır ki, o, Cavabdeh ilə xx xxx 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx xxx 2011-ci il təvəllüdlü X5 doğulmuşdur. Cavabdehlə nikahları Lənkəran Rayon Məhkəməsinin 2(049)-xx/2013 saylı, xx xxx 2013-cü il il tarixli qətnaməsi ilə pozulmuş, Cavabdeh qızı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 80 manat məbləğində aliment təyin edilmişdir. Hazırda uşaq xəstəlikdən əziyyət çəkir və o, uşağın dərmanlarına pul çatdıra bilmir. Özü hazırda işləyir və 200 manat əmək haqqı alır. Bu əmək haqqı ilə uşağını saxlaya bilmir. Bu səbəbdən də alimentin artırılası barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasi ya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili O.Məmmədli məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən y alnız Cavabdeh kassasiya şikayəti vermiş və o, şikayətində qətnaməni ancaq 30 manat sabit pul məbləğinin tutulması hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız kassasiya qaydasında mübahisələndirilən hissədə və kassasiya şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məruzəçinidinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddia təl əbinin qismən təmin olunması barədə yeni qətnamə çıxararkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh ilə xx xxx 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından xx xxx 2011-ci il tarixdə X5 adlı uşaqları doğulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 2(049)-xx/2013 saylı, xx xxx 2013-cü il il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 80 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı işləməklə ayda 200 manata yaxın əmək haqqı alsa da, uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir və cavabdehin köməyinə ehtiyacı vardır. Cavabdeh isə uşağın saxlanması üçün qətnamə ilə müəyyən edilmiş 80 manatdan artıq iddiaçıya maddi kömək etmir. Cavabdeh bunun səbəbini yeni ailə qurması, həmin nikahdan bir azyaşlı uşağının olması və gəlirlərinin az olması ilə əlaqələndirmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini əsaslı saymamış və rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı sayıla bilməz. Belə ki, məhkəmənin mübahisəli hüquq münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmək üçün bütün faktiki halları araşdırmaması, gəlinən nəticənin işin faktiki hallarına uyğun olmaması, aliment tələbi üzrə səhv nəticəyə gəlməsinə səbəb olmuş və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün kifayət qədər əs aslar yaratmışdır. Buna görə də tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının və cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər (Ailə Məcəlləsinin 75.1. 75.2-ci maddəsi). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəll ənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda onun valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsində aliment tutulur: Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilindən müəyyən edilir ki, məhkəmə tərəfindən uşağın saxlanılması üçün alimentin miqdarı müəyyən edilərkən iki hal nəzərə alınmalıdır. -Tərəflərin maddi və ailə vəziyyəti; -Uşağın əvvəlki təminatının səviyyəsi; Həmin hallar bir-biri ilə əlaqəli olm aqla ikinci halın nəticəsi birinci halın nəticəsindən bilavasitə asılı olmaqla birinci halın nəticəsini özündə ehtiva edir. Belə ki, əgər tərəflərin maddi vəziyyəti nəzərə alınmamaqla uşağın təminatının yüksək tutulması üçün alimentin miqdarı müəyyən edilərsə, onda valideyn əlverişsiz vəziyyətə salınmaqla uşağın saxlanılması üçün müəyyən edilən alimentin məbləğinin ödənilməsində qeyri-müntəzəmlik və natamamlıq (alimentin məbləğinin tam ödənilməməsi) yaradacaqdır ki, uşağın əvvəlki təminatına mənfi təsir edərəkdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normati v hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (12.11.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələ ləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd etmişdir ki, hazırkı mübahisə üzrə tərəflərin birgə nikahlarından bir övladları vardır. Həmin uşağın saxlanılmasında bərabər məsuliyyət daşımaqla onların maddi və mənəvi tələbatlarının ödənilməsində də eyni həcmdə öhdəlik daşıyırlar. Ölkə üzrə müəyyən edilən yaşayış minimumu müəyyən edilərkən əhali kateqoriyalarının yaşayışının təmin edilməsi üçün minimum istehlak səbəti əsas götürülür ki, uşağın saxlanılması üçün də 160 manat müəyyən edilmişdir. Həmin məbləğ uşa ğın saxlanılmasının minimum hədlərini müəyyən edir. Uşağın saxlanılmasında valideynlərin bərabər məsuliyyət və öhdəlik daşımaları nəzərə alınarsa, uşağın saxlanılması üçün onun minimum təminatını ödəsinlər. Cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin 14 may 2019-cu il tarixli 500 saylı arayışından görünür ki, Cavabdeh Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Lənkəran” X8 avtonəqliyyat sahəsinin dispetçeri işləməklə ayda 390 manat əmək haqqı alır. Lakin həmin məbləğin 1/4 hissəsi kimi alimentin tutulması, valideynlərin bərabər öhdəlik daşımaları nəzərə alınarsa, uşağın saxlanılmasının minimum təminatının ödənilməsinə yetərli hesab edilə bilməz. Bundan əlavə cavabdehin aldığı əmək haqqı nəzərə alınmaqla uşağa görə h ər ay hər 200, yaxud 160 manat sabit pul məbləğində aliment pulunun tutulması valideyn kimi cavabdehin maddi imkan xaricində olmaqla, yenidən qurduğu ailəsinin vəziyyətini ağırlaşdıra, həmçinin gələcəkdə məhkəmə qətnaməsinin icrasından yayınma kimi dəyərləndirilərək cavabdehin və uşağın hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına (alimentin tam həcmdə icra olunmaması uşaqların mənafeyinə ziyan vuracaq, qətnamənin icra olunmaması həm də cavabdeh barəsində məsuliyyət yaradacaq) səbəb olacaqdır. Bu isə onu ehtiva edir ki, birinci instansiya məhkəməsi tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın mənafeyinin pozulmamasından ötrü tərəflərin maddi vəziyyəti, işin faktiki halları düzgün dəyərləndirilməmiş, nəticədə maddi hüquq normaları səhv tətbiq və təfsir edilməklə mübahisələndirilən hissədə düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək yekun olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisəl əndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. M əhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(106)-xx/19 saylı qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar