Məhkəmə qərarları › İş №2(102)-2611/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2611/2022

31.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2611/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: aliment borcunun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2021-ci il tarixli, 2(103)4323/2021 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəm əsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə 25 avqust 2016-cı il tarixdən başlayaraq 05 oktyabr 2012-ci il təvəllüdlü X1 və 29 sentyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment üzrə 8424 manat məbləğində aliment üzrə borcu ödə məkdən azad olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2016-cı il tarixli qətnaməsi qəbul edildikdən sonra tərəflərin nikahları rəsmi qaydada pozulmasına baxmayaraq 2016-cı ilin oktyabr ayından 2019-cu ilin dekabr ayının axırına kimi onlar faktiki olaraq bir ailə kimi yaşamış, iddiaçı həm keçmiş həyat yoldaşını, həm də iki uşağını maddi cəhətdən tam təmin etmişdir. Lakin bu müddət üçün iddiaçıya aliment üzrə 8424 manat məbləğində borc hesablanmışdır.

4. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(005)685/2021 nömrəli qətnaməsi ilə (hakim V.Ş.Quliyev) iddia rədd edilmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1 və 112-ci maddələrinə istin ad etmiş və hesab etmişdir ki, qeyd edilən qanunvericilik əsasları mövcud olmadığından İddiaçı aliment üzrə borcu ödəməkdən azad olunmasına dair iddiası təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

6. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(005)-685/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2021-ci il tarixli, 2(103)-4323/2021 nömrəli qətnaməsi ilə (hakim N.Ş.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Ə.Mehdiyevdən və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tar ixli, 2(005)-685/2021 nömrəli qətnaməsi ləğv olunmuş, iddia qismən təmin olunmuş, İddiaçı Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2016-cı il tarixli, 2(005)7649/2016 nömrəli qətnaməsi üzrə 11 aya görə 2574 manat aliment borcunu ödəməkdən azad edilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh apellyasiya icraatında etiraf etmişdir ki, aliment tutulması barədə qətnamənin qəbul edilməsindən sonra tərəflər 11 ay birlikdə yaşadıqlarını bildirmişdir. Münasibətləri pozulan şəxslərin münasibətlərini bərpa edərək 11 ay birlikdə yaşaması onu təsdiq edir ki, iddiaçı həmin 11 ayda uşaqların maddi ehtiyaclarını ödəyib, çünki cavabdeh bunun əksini təsdiq edən sübut təqdim etməyib. Əgər iddiaçı həmin 11 ayda uş aqların maddi ehtiyaclarını ödəməkdən imtina edibsə, ağlabatan mühakiməyə görə münasibətlərin bərpası və birlikdə yaşayış mümkün olmazdı. Əgər bu, mümkün olubsa, deməli, iddiaçı ailəsinin, o cümlədən uşaqların maddi ehtiyaclarını ödəyib. Odur ki, məhkəmə Ailə Məcəlləsinin 107.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı 11 aya görə aliment borcunu ödəməkdən azad edilməlidir. 11 aya görə aliment borcunun məbləği 2574 manat təşkil edir: 11 ay x 234 manat = 2574 manat. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2021-ci il tarixli, 2(103)-4323/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə Mülki Prosessual Məcəllənin 14, 76, 87 və 380-ci maddələrinin tələbləri pozulmuş, şahidlərin dindirilməsinə dair vəsatəti təmin edilməmişdir.

11. Həmçinin Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2021-ci il tarixli, 2(103)-4323/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Ailə Məcəlləsinin 58.2, 75, 99-cu, “Uşaq hüquqları haqqında” Qanunun 19, 49.3-cü, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 88, 217.1, 217.3, 217.4-cü maddələrinin tələbləri pozulmuş, tərələr 11 ay birgə yaşasalar da, iddiaçının həmin müddətdə uşaqlarına baxmaması nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri:

15. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

16. Apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi tərəflərlə qarşılıqlı olaraq iddianın təmin edilən və təmin edilməyən hissələrdə mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

19. Azərbaycan Respu blikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqc adan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişik lik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edir.

21. Məhkəmə tərkibi iddiaçının kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı apellyasiya məhkəməsində şahidlərin dindirilməsinə dair vəsatət versə də, şahidlərin birinci instansiya məhkəməsində təqdim edilməməsini ağlabatan səbəblərlə əsas landırmamışdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı birinci instansiya məhkəməsində nümayəndəsi vasitəsi ilə təmsil olunmuş, lakin şahidlərin dindirilməsinə dair vəsatət verilməmişdir. Belə olan halda, apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində iddiaçının bu vəsatətini təmin etməmiş və bu qətnamənin ləğvi üçün əsas ola biləcək prosessual hüquq normaların pozulması kimi qiymətləndirilə bilməz.

22. Cavabdehin kassasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər işin faktiki hallarının müəyyən edilməsi ilə bağlıdır. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitus iya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

23. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işə baxılarkən gəlinən nəticənin uşaqların üstün mənafeyinə uyğun olduğu kifayət qədər əsaslandırılmış, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2021-ci il tarixli, 2(103)-4323/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qü

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar