Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2611/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu, X2 ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi, cərimə borcunun tutulması və qalan məbləğin qaytarılması” tələbinə dair ilk, Cavabdeh1 İddiaçı MTK-ya qarşı “cərimə borcunun silinməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1268/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 22 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı MTK ilə cavabdeh (payçı) Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, ********* nömrəli payçı müqaviləsi ilə iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllədə tikilməkdə olan 2-ci binada, 1-ci blok, 1-ci mərtəbə, 1 nömrəli, 2 otaqlı mənzili tikib və təmir etməkə (təmirli şəkildə) cavabdehə təhvil verməyi, cavabdeh isə həmin mənzili qəbul edib, mənzilin ümumi dəyərini təşkil edən 116875 manat məbləğində pulun 16000 manat hissəsini ilkin ödəniş kimi, qalan 100875 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən müddətdə və məbləğdə (ilk ödənişi xx.xx.2019-cu il tarixdə sonuncu ödənişi isə xx.xx.2024-cü il tarixdə etməklə hər ay 1681,25 manat (sonuncu ay 862,50 manat) ) iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.
2. Mübahisəli mənzil müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə təhvil verilmiş və o, həmin mənzilə köçərək, hazırda digər cavabdeh (həyat yoldaşı) Cavabdeh2 və uşaqları X3 və X5 ilə birlikdə mənzildə yaşayır.
3. Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixdə 16000 manat məbləğində ilkin, bundan sonra xx.xx.2021-ci il tarixədək cəmi 14488 manat, ümumilikdə 30588 (həqiqətdə 30488 manat) manat məbləğində ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MTK cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, ********* saylı Payçı müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (yetkinlik yaşına çatmayan uşaqları, X3 və X5 ilə birlikdə) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllədə yerləşən 2 saylı binanın, 66,6 kv metr ibarət olan 2 otaqlı 1 saylı mənzilindən çıxarılması, həmin mənzilin boşaldılaraq, İddiaçı MTK-ya təhvil verilməsi, mənzil satıldıqdan sonra Cavabdeh1 ödədiyi 30588 manat məbləğində vəsaitdən, onun İddiaçı MTK-ya ödəməli olduğu 13634 manat cərimə məbləği çıxmaqla, qalan 16954 manat məbləğində vəsaitin Cavabdeh1 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MTK ilə Cavabdeh1 arasında 28 dekabr 2018-ci il tarixdə Payçı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllədə inşa edilən 2 saylı binanın, 66,6 kv metrdən ibarət olan 2 otaqlı, 1 saylı mənzili 116875 manata satılmışdır. Qeyd olunan müqavilənin 2.3-cü bəndinə əsasən həmm mənzilin satışı üzrə ilkin ödəniş məbləği olan 16000 manat pul vəsaiti cavabdeh tərəfindən MTK-ya qabaqcadan ödənilmiş, qalan 100875 manatı isə cavabdeh müqaviləyə əlavə edilən 1 nömrəli cədvəl üzrə hər ay üçün 1681,25 manat olmaqla, 60 ay müddətinə ödəməyi üzərinə götürmüşdür. Cavabdeh cədvəl üzrə öhdəliklərini səkkiz ay müddə tinə icra edərək MTK-ya ümumilikdə cəmi 30588 manat ödəniş etmiş, lakin 03 oktyabr 2019-cu il tarixdən, 21 avqust 2021-ci ilədək olan dövr üzrə, yəni 22 ay müddətində ödənişləri həyata keçirməmişdir. Bununla da cavabdehin MTK-ya cədvəllə müəyyənləşdirilmiş aylar üzrə 38686 manat əsas borcu yaranmışdır. Tərəflər arasında bağlanılmış 28 dekabr 2018-ci il tarixdə Payçı müqaviləsinin 8.7-ci bəndinə əsasən payçı cədvəl üzrə ödənişləri gecikdirərsə, hər günə görə gecikdirdiyi məbləğin 0,1 faizi həcmində cərimə ödəməlidir. Payçı aylıq ödənişləri 22 ay müddətinə gecikdirdiyinə görə onun MTK-ya 13634 manat cərimə borcu yaranmışdır. Həmin müqavilənin 8.1-ci maddəsinə əsasən cədvəl üzrə ödənişlərin iki aydan artıq müddətə gecikdirildiyi halda MTK müqaviləni birtərəfli qaydada ləğv etmək və mənzili digər şəxsə satmaq hüququna malikdir. Belə olan halda, geri alınmış mənzil digər şəxsə satıldıqdan sonra payçının mənzilə görə MTK-ya ödədiyi məbləğdən cərimə məbləğləri və digər xərclər çıxıldıqdan sonra yerdə qalan məbləğ ona qaytarılır. Müqavilənin 8.6-cı bəndinə görə isə payçı cədvəl üzrə ödənişləri 2 aydan artıq müddətə ödəmədikdə, payçı müqaviləsinin prdemeti olan mənzil MTK-nın balansına keçir və bu halda payçı şərtsiz olaraq mənzili boşaltmalıdır. Göründüyü kimi, cavabdeh cədvəl üzrə ödənişləri 22 ay müddətinə gecikdirmiş, bununla da MTK-ya 38 686 (otuz səkkiz min altı yüz səksən altı) manat əsas borcu qalmışdır. Ödənişlərin gecikdirilməsi ilə əlaqədar hesablanan cərimə məbləği isə 13634 manatdır. İddiaçı MTK Cavabdeh1 öhdəliklərini icra etməsi barədə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, o, borcu ödəmək imkanının olmadığını bildirmişdir. Bundan sonra cavabdehə bildiriş göndərilərək, Payçı müqaviləsinin 30 aprel 2021-ci il tarixdən etibarən birtərəfli qaydada ləğv edildiyi bildirilmiş və mənzilin boşaldılaraq MTK-ya təhvil verilməsi tələb edilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaltmaqdan və təhvil verməkdən imtina etmişdir. Bununla da cavabdeh müqavilə şərtlərini icra etməmişdir. Buna görə də tərəflər arasında bağlanılmış payçı müqaviləsi məhkəmə qaydasında ləğv edilməli və mənzil boşaldılaraq MTK- ya təhvil verilməlidir.
6. Cavabdeh1 İddiaçı MTK-ya qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə onun arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, ********* saylı Payçı müqaviləsi üzrə ona hesablanmış 1363 4 manat məbləğində borcun silinməsi, həmin mənzilə görə qalan borcun hissə-hissə ödənilməsinin qəbul edilməsi vəzifəsinin İddiaçı MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh1 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MTK ilə aralarında 28 dekabr 2018-ci il tarixdə Payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllədə inşa edilən 2 saylı binanın, 66,6 kv metrdən ibarət olan 2 otaqlı 1 saylı mənzili 116875 manata satılmışdır. Qeyd olunan müqavilənin 2.3-cü bəndinə əsasən həmin mənzilin satışı üzrə ilkin ödəniş məbləği olan 16000 manat pul vəsaitini qabaqcadan MTK-ya ödəmişdir, qalan 100875 manatı isə müqaviləyə əlavə edilən 1№-li cədvəl üzrə, hər ay 1682,25 manat olmaqa 60 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cədvəl üzrə öhdəliklərini icra edərək MTK-ya ümumilikdə cəmi 30588 manat pul ödəmişdir. 03 oktayabr 2019-cu il tarixdən 21 avqust 2021-ci il tarixədək olan dövr ərzində MTK-ya 38686 manat borcu yaranmışdır. Belə ki, o bu ödənişləri məqsədli olaraq gecikdirməmişəm, bütün dünyada, Respublikada da işlər dayandırılmış, hər hansı bir fəaliyyətlə məşgül ola bilməmişdir. Müqavilədə də nəzərdə tutuluşdur ki, tərəflər müqavilə imzalandıqdan sonra fövqaladə xarakterli qarşısı alınmaz qüvvə nəticəsində bu müqavilə üzrə öhdəliklərini tam və ya qismən yerinə yetirə bilmədikdə buna görə məsuliyyət daşımırlar. Belə fövqəladə xarakterli hadisələr deyildikdə daşqın, zəlzələ, partlayış, qasırğa, torpaq çöküntüsü, epidemiya, pandemiya və digər təbii hadis ələr, həmçinin müharibə və döyüş, əməliyyətlari, ərazi və müvafiq sahə üzrə tətillər, dövlət və icra hakimiyyəti orqanının bu müqavilənin icrasını mümkünsüz edən qərarları başa düşülür. “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı o həmin pulu ödəyə bilməmişdir. MTK isə “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına təsirlərini nəzərə almayaraq əsassız olaraq 13634 faiz borcu hesablamışdır. Koronavirus (COVİD-19) pandem iyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında da göstərilmişdir ki, “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamına əsasən və Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli “kreditlərin verilməsi Qaydası”nın təsdiq edilm əsi və “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş səxslərə faizlər hesablanmamalıdır. Ona görədə hesablanmış 13634 faiz borcunun silinməsi barədə qətnamə çıxarılmalıdır.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-425/2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi “əsas borcun hissə-hissə ödənilməsinin təmin edilməsi” hissəsində baxılmamı ş saxlanılmışdır.
9. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-425/2022 nömrəli, 10 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim X6) ilk iddia qismən təmin edilmiş, İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, ********* nömrəli payçı müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (onların yetkinlik yaşına çatmayan uşaqları, X3 və X5) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllədə yerləşən 2 saylı binanın, 66,6 kv metr sahədən ibarət olan 2 otaqlı 1 saylı mənzilindən bütün əşyaları ilə birlikdə çıxarılması, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllədə yerləşən 2 saylı binanın, 66,6 kv metr sahədən ibarət olan 2 otaqlı 1 saylı mənzilin İddiaçı MTK-ya təhvil verilməsi, Cavabdeh1 İddiaçı MTK-nın xeyrinə 3500 (üç min beş yüz) manat məbləğində cərimə borcunun tutulması, ilk iddianın qalan hissədə rədd edilməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MTK-ya qarşı “cərimə borcun silinməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd olunması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli Payçı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, mənzilin müəyyən edilmiş qalıq məbləğini müqavilədə (1 saylı əlavə) nəzərdə tutulmuş müddətlərdə və məbləğlərdə ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehə xx.xx.2021ci il tarixdə bildiriş göndərilərək, xx.xx.2018-ci il tarixli payçı müqaviləsinin 8.1-ci maddəsinin tələbləri onun nəzərinə çatdırılmı ş və müqavilə üzrə gecikdirilmiş müddət, habelə müqavilənin ləğv edilməsi barədə ona məlumat verilməklə, mənzilin 3 gün ərzində boşaldılması tələb edilmişdir. Lakin bu bir nəticə verməmiş, cavabdeh bundan sonra da ödənişlərin edilməsi ilə bağlı iddiaçı ilə razılıq əldə edə bilməmiş, o cümlədən həm ödəniş etməmiş, həm də mənzildən çıxmamışdır.
11. Bununla belə, məhkəmə iddiaçı tərəfindən Mülki Məcəllənin bu məsələni tənzimləyən müddəalarının tələblərinə riayət edildiyini nəzərə alıb hesab etmişdir ki, ilk iddia tələbi “müqavilənin ləğv edilməsi” hissəsində əsaslıdır və təmin edilməli, tərəflər arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, ********* nömrəli Payçı müqaviləsi ləğv olunmalıdır. Məhz həmin müqavilənin bağlanması Cavabdeh1 mübahisəli mənzilə köçməsi və həmin mənzildə ailəsi, y əni Cavabdeh2 və uşaqları ilə birlikdə yaşaması üçün əsas olmuşdur. Lakin bu müqavilənin ləğv edilməsi ilə cavabdehlərin mənzildə yaşaması üçün mövcud olan hüquqi əsas aradan qalxmışdır. Başqa sözlə, müqavilənin ləğv edilməsi onların həmin mənzildən çıxarılmasını hüquqi baxımdan şərtləndirir. Bu səbəbdən ilk iddia tələbi “cavabdehlərin mənzildən çıxarılması və mənzilin təhvil verilməsi” hissəsində əsaslıdır.
12. Məhkəmə onu da vurğulamışdır ki, cavabdehlərin uşaqları, yəni X3 və X5 da hazırda həmin mənzildə onlarla birlikdə yaşayır. Bu şəxslərin mənzildən çıxarılması hüquqi nəticə etibarı ilə onların yetkinlik yaşına çatmayan uşaqlarının da mənzildən çıxarılmasına səbəb olur. Belə ki, uşaqlar yetkinlik yaşına çatmadıqlarından hazırki mübahisə üzrə mülki-prosessual fəaliyyət qabiliyyətli de yil və bu səbəbdən hazırki tələb onlara qarşı irəli sürülə bilməz. Onların hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri, yəni atası Cavabdeh1 və anası Cavabdeh2 qoruyur. Ona görə bu şəxslərin mübahisəli mənzildən çıxarılması, hüquqi nəticə etibarı onların uşaqlarının da mənzildən çıxarılmasını şərtləndirir.
13. Məhkəmə ilk iddia tələbinin “mənzilin boşaldılması” hissəsi ilə bağlı qeyd etmişdir ki, mənzilin boşaldılması özündə məhz həmin mənzildə yaşayan şəxslərə məxsus olan bütün əşyalarının çıxarılmasını özündə ehtiva edir. Başqa sözlə, iddiaçı “mənzilin boşaldılması” tələbini həmin əmlakda cavabdehlərə, habelə əmlaka aidiyyəti olan digər şəxslərə məxsus olan hər bir əşyanın çıxarılmasını və mənzilin onlara bütün əşyalardan tam azad şəkildə təhvi l verilməsini təmin etmək məqsədi ilə irəli sürmüşdür. Bu səbəbdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildən çıxarılarkən mənzildə olan bütün əşyalar da mənzildən çıxarılmalıdır. Başqa sözlə, mübahisəli mənzil bütün əşyalardan azad şəkildə iddiaçıya təhvil verilməlidir.
14. Birinci instansiya məhkəməsi ilk iddia tələbinin “cərimə borcunun tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixli müqavilə üzrə iddiaçı ilə Cavabdeh1 arasında həmçinin, cərimə məbləğinin ödənilməsi haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cədvəl üzrə ödənişləri gecikdirdiyi təqdirdə, gecikdirilmiş məbləğin hər gününə görə 0,1 faiz həcmində cərimə ödəyəcəyini öhdəsinə götürmüşdür. Bu razılaşma (vəd) həmin müqavilənin 8.7-ci bəndində öz əksini tapmışdır. Hazırda da iddia çı müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımı qaydada icra edilməməsi səbəbindən yaranmış borc məbləğinə cərimənin hesablandığını və hesablanmış məbləğin 13634 manat olduğunu bildirərək, hüquqi nəticə etibarı ilə bu məbləğin Cavabdeh1 tutulmasını tələb edir.
15. Məhkəmə işin hallarını, o cümlədən xx.xx.2018-ci il tarixli payçı müqaviləsi üzrə ümumilikdə 30488 manat məbləğində pulun ödənildiyini, yaranmış borc məbləğinin 38686 manat olduğunu nəzərə alıb, belə qənaətə gəlmişdir ki, İddiaçı MTK tərəfindən tənasübsüz surətdə yüksək cərimə məbləği hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, tələb edilən cərimə məbləği azaldılmalı və 3500 manat məbləğində müəyyən edilməli, məhz bu məbləğdə cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
16. Məhkəmə ilk iddia tələbinin “mənzi l satıldıqdan sonra ödənilmiş pul vəsaitindən cərimə məbləği silinməklə qalan məbləğin Cavabdeh1 qaytarılması” hissəsi ilə bağlı qeyd etmişdir ki, bu tələbi irəli sürməklə iddiaçı nəticə etibarı ilə ondan cavabdehin xeyrinə pulun tutulmasını tələb edir. Halbuki, belə bir tələbin irəli sürülməsi üçün subyektiv hüquq sahibi iddiaçı deyil, məhz Cavabdeh1dur. O, isə belə bir tələb irəli sürməmişdir. Həmçinin, hazırda bu məsələ ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və olması mümkün də deyil. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci maddəsinə əsasən həmin müqavilə ləğv edildikdən sonra iddiaçının mənzili digər şəxsə satmaq hüququ, mənzili satıldıqdan sonra isə əldə edilmiş vəsaitdən xərcləri çıxmaqla qalan məbləğin cavabdehə qaytarılması vəzifəsi yaranır. Bununla b elə, cavabdehlər mübahisəli mənzildən çıxarıldıqdan və mənzil iddiaçıya təhvil verildikdən sonra iddiaçı mənzilin satılmasında sərbəst olacaq və hər bir halda müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əsasən mənzil satıldıqdan sonra cavabdehlə hesablaşmağa (haqq-hesab aparmağa) məcbur olacaqdır. Tərəflər arasında bu məsələ ilə bağlı mübahisənin də mənzil satıldıqdan və ya cavabdehlərin mənzildən çıxarılmasından sonra yaranması mümkündür. Başqa sözlə, hazırda bu məsələ ilə bağlı tərəflər arasında hər hansı mübahisə mövcud deyil, mövcud olduğu halda belə, bu tələbin irəli sürülməsi üçün iddiaçı deyil, Cavabdeh1 subyektiv hüquqa malikdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ilk iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir.
17. Məhkəmə, ilk iddia tələbinin “cərimə borcunun tutulması” h issəsi ilə bağlı nümayiş etdirdiyi hüquqi mövqeyi və gəldiyi nəticəni əsas götürüb, belə qənaətə gəlmişdir ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MTK-ya qarşı “cərimə borcun silinməsi” tələbinə dair qarşılıqlı iddiası əsassızdır və rədd edilməlidir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 421.2, 423.2, 424.2, 424.3, 425.1, 427.3, 442, 448.1, 462.1, 463.1, 465.2 və 467-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilk iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1 09, 112 və 423-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3, 109, 109-2.1, 110.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddianın həcminin artırılması barədə ərizə yalnız işin məhkəmədə baxılmağa hazırlanmasına qədər verilə bilər. Tərəflər arasında bağlanmış müqavilə əslində kooperativə üzv daxil olmasına dair bağlanmış payçı müqaviləsidir. Deməli, Cavabdeh1 ilkin ödədiyi 16000 manat kooperativə daxil olmaq üçün üzvlük haqqıdır. Kooperativ üzvü kooperativdən yalnız MTK-nın ümumi yığıncağının qərarı əsasında çıxarıla bilər və bu halda onun pay dəyəri tam məbləğdə özünə qaytarılmalıdır. Bu halda, kooperativdən çıxan payçının üzərinə hər hansı başqa öhdəliklərin qoyulması nəzərdə tutulmamışdır. Deməli payçı müqaviləsində cərimənin ödənilməsi haqqında müddəa qanunda nəzərdə tutulmayan əsassız müddəadır, hansı ki əhəmiyyətsiz hesab edilməlidir. Ona görə məhkəmənin cavabdeh tərəfindən iddiaçıya 3500 manat cərimənin ödənilməsi haqqında qərarı qanunsuzdur. Göstərilənlərdən başqa, onun MTK qarşısında öz öhdəliklərini icra edə bilməməsi, yəni üzvlük haqqının qalan hissəsinin ödənilməməsi, onun istifadəsinə verilən mənzilin MTK-ya qaytarılması üçün əsas ola bilməz. Bu halda MTK ona təklif edə bilər ki, pay hüququnu təcəssüm edən mənzilə olan hüquq və öhdəliklərini başqa şəxsə (üzvə) satsın. Lakin MTK tərəfindən ona belə bir təklif edilməmiş və icazə verilməmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1268/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X1 (sədrlik edən və məruzəçi), X8 və X7) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-425/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi qismən – Cavabdeh1 iddiaçı "Kristal Abşeron” MTKnın xeyrinə 3500 manat məbləğində cərimə borcunun tutulması hissəsində ləğv edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsalandırmışdır ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qismən səhv nəticəyə gəldiyindən, habelə göstərilmiş nəticələr işin sübut edilməli olan hallarına tam uyğun gəlməyərək, ilk iddia üzrə tələbdən kənar mövqe sərgiləndiyindən qətnamə cərimənin tutulması hissəsində ləğv edilməklə, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk iddia üzrə iddiaçının şikayət vermədiyi nəzərə alınaraq qeyd edilməlidir ki, qarşılıqlı iddia və apellyasiya şikayətinin dəlilləri üzrə cavabdehin subyektiv mülahizəli tələbi müstəvisində mötəbər və mülki icraata (müqavilə üzrə öhdəliklərə) aid olan sübutların təqdim edilməməsi, ilk iddianın tam rədd edilməsinə, qarşılıqlı iddianın və apellyasiya şikayətinin tam təmin edilməsinə əsaslar müəyyən etmir. Lakin mülki prosessual qanunvericiliyin tələbləri baxımından birinci instansiya məhkəməsi iddia üzrə dəyərləndirməni zəruri prosessual tələblər (iddia tələbi) həddində aparmamış, ilk iddia üzrə iddianın prosessual mahiyyəti baxımından və müqavilə münasibətlərindən irəli gələrək, tərəflərin hüquq və vəzifələrinə müvafiq (qeyd edilə n hissədə) işin hallarına uyğun olmayaraq Cavabdeh1 iddiaçı "Kristal Abşeron” MTK-nın xeyrinə 3500 manat məbləğində cərimə borcunun tutulmasını qət etmişdir. Qeyd edilməlidir ki, tələbin pulun tutulması hissəsi mənzil satıldıqdan sonra ödənilmiş pul vəsaitindən cərimə məbləği silinməklə qalan məbləğin Cavabdeh1 qaytarılması olsa da, məhkəmə tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci maddəsinə əsasən həmin müqavilə ləğv edildikdən sonra iddiaçının mənzili digər şəxsə satmaq hüququ, mənzili satıldıqdan sonra isə əldə edilmiş vəsaitdən xərcləri çıxmaqla qalan məbləğin cavabdehə qaytarılması vəzifəsi yarandığını, cavabdehlərin mübahisəli mənzildən çıxarıldıqdan (mənzil iddiaçıya təhvil verildikdən) və mənzilin satıldıqdan sonra cavabdehlə hesablaşmağa (haqq-hesab aparmağa) hüquqların yar andığı və hazırkı mərhələdə bu hissədə mübahisənin yaranmadığı barədə qənaətə gələrkən düzgün nəticə hasil etsə də, tələbin müstəqil hissəsi olmayan cərimə məbləğinin azaldılması və tutulması üzrə (qanunda göstərilən müstəsna hallara istinad etmədən) iddia tələblərindən kənara çıxaraq səhv nəticəyə gəlmişdir.
23. Cavabdehin hazırlıq iclasından sonra ilk iddianın dəyişdirilməsi isə, hazırlıq iclasından sonra verilmiş qarşılıqlı iddianın verilməsindən sonra verilmiş və buna etiraz etməyən cavabdehin ailə üzvlərinin adlarının dəqiqləşməsi ilə əsaslandırıldığından, məhkəmə qarşılıqlı iddianın da olduğu kimi, ilk iddia üzrə iddianın həcminin artırılması barədə ərizənin icraata qəbulunun birinci instansiya məhkəməsi tərəfindən edilən prosessual pozuntu kimi qiymətləndirməyə əsasların olmaması və bu əsasların məhkəmə baxışı gedişində əmələ gəlməsindən asılı olmasının istisna edilməməsi kimi qiymətləndirmişdir.
24. Apellyasiya məhkəməsi kooperativdən yalnız MTK-nın ümumi yığıncağının qərarı əsasında çıxarıla bilməsi üzrə cavabdehin dəlilinə münasibətdə qeyd etmişdir ki, müqavilədə belə şərt olmadığından və bu tələbin əsası müqavilə öhdəliyindən irəli gələn əsas olduğundan, nə müqaviləni, nə də ki, müqavilənin qeyd edilən müddəasını cavabdeh mübahisələndirmədiyindən, habelə müqavilənin və onun müddəasının etibarsızlığına dəlalət edən hallar müəyyən edilmədiyindən, bu dəlil də digər dəlillər kimi əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, ********* saylı payçı müqaviləsinin 8.1, 8.6 və 8.7-ci bəndlərinə əsasən: cədvəl üzrə ödənişlərin 2 (iki) ay mü ddətindən artıq gecikdirildiyi halda, “MTK” müqaviləni bir ay müddətində ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda “MTK” həmin mənzili digər şəxsə satdıqdan sonra mənzilin qalıq borcu bağlanır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan sonra yerdə qalan məbləğ “Payçı”ya qaytarılır. “Payçı” tərəfindən “MTK” ilə imzalanmış kredit müqaviləsinə üzrə təqdim olunmuş ödəniş cədvəlin əsasən kredit üzrə ödənişlər, əsas və ya faiz borcu ayrı-ayrılıqda 2 (iki) ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda qeyd olunan müqavilənn predmeti olan mənzil “MTK”-nın balansına keçir və “Payçı” qeyd-şərtsiz evi boşaltmalıdır. “Payçı” verilmiş cədvəl üzrə ödənişləri gecikdirərsə, gecikdirdiyi məbl əğin hər günə görə 0,1 faiz cərimə hesablanır. Cərimə ödənişləri ödənildikdən sonra aylıq ödənişlər qəbul edilir.
25. Apellyasiya isntansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının ümumilikdə cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi tələbi əsaslıdır və qalan hissədə təmin edilməsini istisna edən hallar müəyyən edilmir.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 24 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-112,152-164, 324, 385-390, 405424, 560, 600-601 və 646-649-cu, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109-118ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13, 14.2, 14.3, 15, 50, 52, 76.1, 77.1, 80-82, 119, 217.4, 372, 385, 386 və 390-cı madələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etira zın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – ilk iddianın təmin edilən, qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında ilk iddianın qalan hissədə də rədd olunması və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi əsasən iddiaçının nümayəndəsiin ifadələrinə istinad edərək və məhz həmin şəxslərin göstərdiklərini mötəbər sübut kimi qəbul edərək iddianı təmin etməsi qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanunsuzdur. Qətnamə ə saslandırılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə düzgün istinad etmiş, digər normalar düzgün tətbiq olunmamışdır.
29. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması ilə nəticələnmiş qətnamə qəbul etmiş, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Mülki Prosessual Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olmuşdur ki, bu da qətnamənin ləğv edilməsi üçün əsasdır.
30. İddiaçının MTK qarşısında öz öhdəliklərini icra edə bilməmə si, yəni üzvlük haqqının qalan hissəsinin ödənilməməsi, onun istifadəsinə verilən mənzilin MTK-ya qaytarılması üçün əsas ola bilməz. Bu halda MTK ona təklif edə bilər ki, pay hüququnu təcəssüm edən mənzilə olan hüquq və öhdəliklərini başqa şəxsə (üzvə) satsın. Lakin MTK tərəfindən ona belə bir təklif edilməmiş və icazə verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ v ardır.
33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
34. Maddə 421.2 Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
35. Maddə 423.2 Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər.
36. Maddə 424.2 Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
37. Maddə 424.3 Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
38. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
39. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
40. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbayca n Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edi lmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şi kayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya inst ansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. İddiaçının kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
55. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əs asən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1268/2023 nömrəli iş üzrə 27 fevral 2023-cü il tarixli rixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.