Məhkəmə qərarları › İş №2(102)-2617/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2617/2022

26.04.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2617/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdehnə və X X1rşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin ötürülməsi 26.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdehnə və X «əmək haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1341/2021 nömrəli iş üzrə 03 mart 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 aprel 2022-ci il tarixd ə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(105)-1341/2021 saylı qətnaməsinin surəti 12 noyabr 2021-ci il tarixdə poçt vasitəsi ilə tərəflərə göndərilmişdir. İddiaçı poçt göndərişinin xəbərnaməsinə 17 noyabr 2021-ci il tarixdə imza etməklə qətnamənin surətini rəsmi qaydada qəbul etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki birinci icraat

2. İddiaçı cavabdehlər Cavabdehnə və X «əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən onun xeyrinə, Zəngilan rayon şöbəsinin nəzdində fəaliyyət göstərən məktəbdə 1993-cü il tarixdən 2016-cı ilin oktyabr ayına olan dövr üçün ona ödənilməmiş əmək haqqı fərqinin hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Zəngilan Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(034)-15/2020 saylı qətnaməsi ilə (hakim G.K.İmanova) İddiaçı cavabdehlər Cavabdehnə və X orta aylıq əmək haqqı fərqinin ödənilməsi tələbinə dair iddia tələbi təmin edilərək, 01 sentyabr 1993-cü il tarixdən 2016-cı il tarixədək olan dövr üçün ödənilmiş əmək haqqının fərqi olaraq 25141,68 (iyirmi beş min yüz qırx bir min manat altmış sakkiz qəpik) manat məbləğində pul vəsaitinin cavabdeh Xn Cavabdehndən və X tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

4. Cavabdeh müdiri X apellyasiya şikayəti verərək, Zəngilan Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(034)-15/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbi nin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) 13 oktyabr 2021-ci il tarixli, 2(105)1341/2021 saylı qətnaməsindən qətnaməsi ilə Cavabdeh müdiri X apellyasiya şikayəti təmin edilərək, Zəngilan Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(034)15/2020 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Cavabdehnə və X orta aylıq əmək haqqı fərqinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmiş və ekspertiza tədqiqatlarının dəyəri 345 (üç yüz qırx beş) manatın İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 4 1 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməsi qət edilmişdir.

6. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) 2(105)-1341/2021 nömrəli iş üzrə 03 mart 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(105)-1341/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, İddiaçı poçt göndərişinin xəbərnaməsinə 17 noyabr 2021-ci il tarixdə imza etməklə qətnamənin surətini rəsmi qaydada qəbul etdiyi halda həmin tarixdən sonra 2 ay müddətində kassasiya şikayəti verməmiş və kassasiya şikayətini 16 fevral 2022-ci il tarixdə təqdim etməklə prosessual müddəti 29 gün ötürmüş, prosessual müddətin bərpa olunması barədə vəsatət verməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və kassasiya şikayətinin mümkün hesab edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiy a baxışının hədləri

12. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

13. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

14. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayı nda və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.(maddə 129.1)

15. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. (maddə 130.1)

16. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. (maddə 130.3)

17. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. (maddə 405)

18. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə ver ilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır (maddə 408.1.4)

19. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

20. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Belə ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

23. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 2(105)-1341/2021 nömrəli iş üzrə 03 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar