Məhkəmə qərarları › İş №2(102)-2625/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2625/2024

17.10.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2625/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh X1ə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 1% hesabı ilə ödəncin hesablanmalı olduğu hallar, iddia müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh X1ə qarşı “əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödəncin verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 589/2024 nömrəli mülki iş üzrə 01 fevral 2024-cü il ta rixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə 17 oktyabr 2024-cü il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2020-ci il tarixli, 09 saylı əmrə əsasən İddiaçı (bundan sonra – “iddiaçı”) həmin tarixdən Cavabdeh (bundan sonra – “cavabdeh”) İnsan resursları departamentinin İnsan resurslarının idarə olunması şöbəsinin (bundan sonra – “müvafiq şöbə”) baş mütəxəssisi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixli, 01-25 nömrəli əmək müqaviləsinə 1 saylı əlavəyə əsasən onun aylıq əmək haqqısı 1.784,24 manat məbləğində müəyyən edilmişdir. 2. xx.xx.2021-ci il tarixli, 01-93 saylı əmrə əsasən cavabdehin müvafiq şöbəsinin baş mütəxəssisi olan iddiaçıya həmin tarixdən qeyd edilən şöbə nin müdiri vəzifəsinin icrası həvalə edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinin 3 saylı əlavəsinə, əsasən, onun aylıq əmək haqqısı 1.828,57 manat məbləğində müəyyən edilmişdir. 3. xx.xx.2021-ci il tarixli, 02-044/h saylı əmrə əsasən müvafiq şöbənin baş mütəxəssisi olan iddiaçıya həmin tarixdən 3 ay müddətinə yenidən həmin şöbənin müdiri vəzifəsinin icrası həvalə edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinin 4 saylı əlavəsinə, əsasən, onun aylıq əmək haqqısı 2.449,69 manat məbləğində müəyyən edilmişdir. 4. xx.xx.2021-ci il tarixli, 02-085/h saylı əmrə əsasən cavabdehin İnsan resursları departamentinin İnsan kapitalının inkişafı şöbəsinin koordinatoru olan iddiaçıya həmin tarixdən 3 ay müddətinə müvafiq şöbənin müdiri vəzifəsinin icrası həvalə edilmişdir.

5. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə edilmiş 5 saylı əlavəyə əsasən onun xx.xx.2021-ci il tarixindən cavabdehin İnsan resursları departamentinin Kadrlar şöbəsinin koordinatoru vəzifəsinə əsas iş yeri üzrə keçirilməsi müəyyən edilmişdir. Əmək müqaviləsinə edilmiş 6 saylı əlavəyə əsasən əmək müqaviləsi xx.xx.2022-ci il tarixinədək 3 ay müddətinə uzadılmışdır. 6. xx.xx.2022-ci il tarixli, PHŞ/1.1-3.1-2022-146 saylı əmrə əsasən cavabdehin İnsan resursları departamentinin Kadrlar şöbəsinin koordinatoru olan iddiaçı xx.xx.2022-ci il tarixində tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, ona xx.xx.2021-xx.xx.2022-ci iş ili üzrə 30 gün, xx.xx.2022-xx.xx.2023-cü iş ili üzrə 8 gün olmaqla cəmi 38 gün əsas əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi barədə göstəriş verilmişdir.

7. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində iddiaçıya 9 405, 86 manat məbləğində ödəniş edilmişdir.

8. Cavabdehin aparatının ştat cədvəlindən çıxarışlara əsasən müvafiq şöbənin müdirinin əmək haqqısı xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək 1784,24 manat, xx.xx.2021-ci il tarixindən 1.828,57 manat, müvafiq şöbənin baş mütəxəssisinin əmək haqqısı xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 2.692,31 manat, xx.xx.2021-ci il tarixindən 2.769,78 manat, İnsan resursları departamentinin Kadrlar şöbəsinin koordinatoru üçün aylıq əmək haqqısı 2.449,69 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək m üvafiq şöbənin müdiri vəzifəsinin icrasının ona həvalə edilməsinə dair xx.xx.2021-ci il tarixli, 01-93 nömrəli, xx.xx.2021-ci il tarixli, 02-044/h nömrəli və xx.xx.2021-ci il tarixli, 02-085/h nömrəli əmrlərə əsasən ona ödənilməli olan 9 aylıq əmək haqlarının gecikdirildiyinə görə qanunvericiliyin tələbinə əsasən hər gecikdirilmiş günə görə bir faiz hesablanmaqla ümumilikdə 34.328,25 manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, müvafiq əmrlərə əsasən iddiaçıya cavabdeh tərəfindən müvafiq şöbənin müdiri vəzifəsi həvalə olunsa da, vəzifənin əmək haqqısı ona ödənilməmişdir. İddiaçı çalışdığı müddət ərzində dəfələrlə bu barədə m əsələ qaldırmaq istəyərkən ona sakit olmağı, özünü doğruldacağı halda həmin vəzifəyə təyin olunacağını deməklə onu aldatmışlar. Buna görə də o, 2022-ci ilin aprel ayınadək dözmüş və görmüşdür ki, ona verilən vədlər söz yığımından başqa şey deyil. Bu aralarda da daha perspektivli bir iş təklifi aldığı üçün ərizə ilə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixli, müvafiq əmrə əsasən öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir. O yenə də humanistlik göstərib şifahi qaydada müraciət edərək onunla son haqq-hesab olunarkən əsas vəzifə üzrə ödəniləcək məbləğlə yanaşı həvalə olunmuş vəzifənin də əmək haqqısını və qanunvericiliyə əsasən hər gün üçün bir faiz olmaqla ona hesablanmış faiz məbləği ilə birlikdə ona ödənilməsini xahiş e tmişdir. Lakin cavabdeh onun əsas vəzifəsi üzrə son ayda işləmədiyi günlərin əmək haqqısını ödəsə də, həvalə olunmuş vəzifənin qanunla müəyyən edilmiş qaydada əmək haqqısını və faiz məbləğini ödəməmişdir. O, 2 saylı mediasiya təşkilatına müraciət etmiş, aparılan mediasiya sessiyası zamanı cavabdehin nümayəndəsi ona həvalə edilmiş vəzifə üzrə ödənilməli olan əmək haqqının ödənilmədiyini etiraf etmiş və ödənilməsi üçün vaxt istəmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixində 9 ay üçün ona ödənilməli 9.405,86 manat məbləğində olan əsas əmək haqqını ödəsə də, həmin məbləğin gec ödənildiyinə görə qanunla nəzərdə tutulan hər günə bir faiz məbləği ödəməmişdir.

11. Cavabdeh iddia tələbinə qarşı məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsi əmək haqqı nın verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi halını fərdi əmək mübahisəsi yaratmaması ilə şərtləndirilmişdir. Həmçinin iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət edilməklə onunla son haqq-hesab aparılmışdır. İddiaçı əmək haqqının işəgötürənin təqsiri üzündən gecikdirilməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, əksinə son haqq-hesab ödənişlərini qəbul edərək bununla razılaşmış, əmək haqqının gecikdirilməsinə görə bir faiz məbləğinin ödənilməsini qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirmədiyi üçün iddia tələbi təmin edilməməlidir.

12. İddiaçı cavabdehin etiraz ərizəsinə qarşı məhkəməyə ərizə təqdim edərək qeyd e tmişdir ki, mediasiya sessiyası zamanı cavabdeh iddiaçıya həvalə edilmiş vəzifəyə görə əmək haqqı ödənilmədiyini etiraf etmiş və ödənilməsi üçün vaxt istəmişdir. Borclu şəxsin borcu etiraf etməsi iddia müddətinin axımının kəsilməsinə əsas olduğu üçün bu məsələdə də iddia axımı kəsildiyi üçün cavabdehin etiraz ərizəsi əsassızdır.

13. Daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2023-cü il tarixli 9/2442 saylı rəyinə (bundan sonra – “ekspert rəyi”) əsasən iddiaçı barəsində çıxarılmış xx.xx.2021-ci il tarixli 01-93 nömrəli, xx.xx.2021-ci il tarixli 02-044/h nömrəli və xx.xx.2021-ci il tarixli 02-085H nömrəli əmrlərə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək əmrdə göstərilən müddətlər, tarixlər və ödənilməli olan ə mək haqqının ödənildiyi gün nəzərə alınmaqla ödənilməli olan 9.405,86 manat əmək haqqının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən hər gecikdirilmiş günü üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində verilməli olan ümumilikdə ödəniş məbləği 30.633 manat 16 qəpik təşkil etdiyi müəyyən olunmuşdur.

14. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 129/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, gecikdirilmiş əmək haqqının hər günü üçün 1 faiz olmaqla hesablanmış 30.633,16 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilm əməsi qət edilmişdir (hakim C.Tağıyev).

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ona həvalə olunmuş vəzifənin əmək haqqısının ona ödənilməməsini iddia etsə də, cavabdeh tərəfindən 9 ay üçün iddiaçıya ödənilməli 9.405,86 manat məbləğində olan əsas əmək haqqı xx.xx.2022-ci il tarixində ödənilməsi faktını məhkəmə borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkət kimi qiymətləndirərək bu halın mövcudluğunu iddia axımının kəsilməsi hesab etmişdir. Həmçinin ödənclə bağlı olan norma fərdi əmək mübahisələrinə də aid edilir və həmin mübahisələrə dair iddia müddəti bir ildir. Ona görə də məhkəmə hesab etmişdir ki, hazırkı mülki iş üzrə iddia müddəti tətbiq edilə bilmədiyi üçün iddiaçıya xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ümumilikd ə 9.405,86 manat məbləğində əmək haqqının ödənilməsinə baxmayaraq bu əmək haqqının gecikdirilməklə verilməsi barədə iddiaçı tərəfin dəlilləri əsaslıdır.

16. Bundan başqa ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, onun sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, eləcə də araşdırılmış halları və qeyd edilən prosessual normaların tələbləri baxımından mötəbər sübut kimi qəbul edildiyi üçün sözügedən əmək haqqının azı 1 faizi məbləğində verilməli olan ümumilikdə ödəniş məbləği həmin rəyə uyğun müəyyən edilməlidir. Həmçinin rəydə ekspertiza qarşısında qoyulmuş suallara cavab verilmiş və rəy qeyri-müəyyən xarakter daşımamışdır.

17. Məhkəmə qeyd edilən əsaslara məcmu halda qiymət verərək hesab etmişd ir ki, iddiaçının ona ödənilməli olan 9 aylıq əmək haqqının gecikdirildiyinə görə qanunvericiliyin tələbinə əsasən hər gecikdirilmiş günə görə bir faiz hesablanmasına dair iddia tələbi qismən əsaslıdır və cavabdehdən iddiaçının xeyrinə 30.633 manat 16 qəpik pul vəsaiti tutulmalıdır.

18. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 7, 154, 172, 296-cı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 380-ci, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 101.7, 103.1, 206.1, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəm əsindəki icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Şikayət birinci instansiya məhkəməsinə təqdim edilmiş etiraz ərizəsindəki dəlillərlə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, mübahisəyə dair qanunun norması Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulmasına baxmayaraq birinci instansiya məhkəməsi mübahisəyə əsassız olaraq Mülki Məcələnin 380.1-ci maddəsini tətbiq etməklə kobud qanun pozuntusuna yol vermişdir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-589/2024 nömrəli iş üzrə 01 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: F.Abdıyev – sədrlik edən və məruzəçi, X.Sarıyev və F.Qasımov) apellyasiya şikayəti qismən təmin edilərək birinci i nstansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-129/2023 saylı qətnaməsi ilə əmək haqqının verilməsinin gecikdirilməsinə görə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan ödəncin məbləği hissəsində dəyişdirilərək əmək haqqının verilməsinin gecikdirilməsinə görə cəmi 13.619,32 manat ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

22. Məhkəmə kollegiyası cavabdehin əmək haqqı ödənişinin gecikdirilməsini inkar etməməsi, sadəcə iddiaçının bunun cavabdehin təqsirindən dolayı baş verdiyi ilə bağlı sübutunun olmadığını bildirməsinə münasibətdə hesab etmişdir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə ola n işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək münasibətləri ilə əlaqədar bütün sənədləşmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Lakin cavabdeh məhkəməyə iddiaçının tələblərini təkzib edəcək, başqa sözlə, əmək haqqı ödənişinin ondan asılı olmayan səbəblərdən gecikdirilməsini təsdiq edəcək, nəinki mötəbər, ümumiyyətlə, hər hansı sübut təqdim edə bilməmişdir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı 2022-ci ilin may ayında mediasiya təşkilatına müraciət etdiyindən iddiaçı 2021-ci ilin yanvar-aprel ayları üçün gecikdirilmiş əmək haqqıya görə ödənc tələb edilməsi lə bağlı 1 illik iddia müddətini ötürmüşdür. Başqa sözlə, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçıya aylıq əmək haqqı hər ayın sonuncu günündə ödənilməli olduğundan i ddiaçı əmək haqqının ödənilməli olduğu müddətdən 1 il ərzində iddia qaldıra bilərdi. Buna görə də məhkəmə kollegiyası mötəbər sübut kimi qəbul edilmiş ekspert rəyini nəzərə alıb belə qənaətə gəlmişdir ki, 2021-ci ilin yanvar-aprel ayları üzrə əmək haqqının verilməsinin gecikdirilməsinə görə ödənc məbləği hesablana bilməz və ödənc məbləği xx.xx.2021-ci il tarixindən etibarən gecikdirilmiş əmək haqqı məbləğinə hesablanmalıdır.

24. Məhkəmə kollegiyası öz mövqeyini Əmək Məcəlləsinin 154.1, 157.1, 172.4, 172.5, 195-ci maddənin d bəndi, 296.3, 296.4-cü, MPM-in 14.2, 77.1, 217.1, 217.3, 217.4cü maddələrinə və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona qarşı etirazların dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

25. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin mahiyyəti üzrə tam və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədi ilə yenidən həmin məhkəməyə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

26. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya instansiyasında öz mövqeyini dəyişərək 1 illik iddia müddətinin tətbiq olunmasını istəsə də, apellyasiya instansiyasında buna məhəl qoyulmamış, ümumiyyətlə, bu xüsusata qiymət verilməmişdir. Həmçinin iş materialları tam şəkildə araşdırılmamış, məhkəmə cavabdehin birinci instansiyada verdiyi ərizəyə qanunvericiliyin tələb inə uyğun qiymət verməmişdir.

27. Şikayət Əmək Məcəlləsinin 372, 375.2, 380.1, 380.2-ci və MPM-in 77.1, 88, 106.1, 106.2-ci maddələrinə istinadla əsaslandırılmışdır.

28. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

29. Şikayətin dəlilləri apellyasiya şikayətində və birinci instansiya məhkəməsinə təqdim edilən etiraz ərizəsində göstərilmiş dəlillərlə eynilik təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə mübahisəyə düzgün hüquqi qiymət verilmədiyindən və qətnamə tərəflərin həqiqi münasibətlərinə və işin hallarına uyğun əsaslandırılmadığından mülki prosessual qanu nvericiliyin müəyyən etdiyi qanunilik tələblərinə cavab vermədiyi üçün həmin qətnamə ləğv edilməlidir.

30. Şikayət Əmək Məcəlləsinin 172.5, 195 (d bəndi), 296, 372-ci və MPM-in 14, 77, 88 və 217-ci maddələrinə istinadla əsaslandırılmışdır. b)

31. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

32. Maddə

154. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

33. Maddə 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

34. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasib at uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

35. Maddə

287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər nor mativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

36. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 37.

1. Əmək münasibətlərinin subyektlərin hüquq və məna felərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.

2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut et məlidir.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdı r. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətlərində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

47. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır və əlavə olaraq qeyd edir ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələblərinə görə əgər tərəflər arasında əmək haqqı borcunun yarandığı barədə mübahisə yoxdursa, yəni işəgötürən əmək haqqı borcunun yarandığını mübahisələndirmirsə, lakin ondan asılı olan üzrsüz səbəblərdən onun ödənilməsini gecikdirirsə və məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olursa, həmin mübahisəyə bu norma tətbiq edilməli və hesablanmış ödənc işəgötürəndən tutulmalıdır. Lakin əgər əmək haqqı borcunun yarandığı tərəflər arasında mübahisəyə səbəb olursa, onda qeyd olunan ödənc tutula bilməz. Məlum olduğu kimi əmək haqqı borcu barədə hazırda tərəflər arasında mübahisə yoxdur və cavabdeh xx.xx.2022-ci il tarix ində müvafiq şöbənin müdiri vəzifəsinin həmin aylar üzrə əmək haqqısını iddiaçıya ödəmişdir. Göründüyü kimi tərəflər arasında hazırkı mübahisə yuxarıda qeyd edildiyi kimi əmək haqqı borcuna görə yox, ödəncin ödənilməsinin cavabdeh tərəfindən üzrsüz səbəblərdən gecikdirilməsi ilə bağlı yarandığından apellyasiya məhkəməsi tərəfindən sözügedən maddə düzgün tətbiq edilmişdir.

48. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə qanunvericiliyin tələblərinə uyğun olmaqla birinci instansiya məhkəməsinə təqdim edilmiş və həmin ərizəyə həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi öz mövqeyini bildirmişdir. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi ilə bağlı a pellyasiya məhkəməsinin əsaslandırılması ilə razılaşır və iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı: İddiaçı və Cavabdeh X1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 fevral 2024-cü il tarixli, 2(103)-589/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar