Məhkəmə qərarları › İş №2(102)-2633/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2633/2023

22.08.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2633/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul kompensasiyasının tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul kompensasiyasının tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-255/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondu (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 22 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Tibbi sosial ekspertiza müayinəsindən 14 noyabr 2016-cı il tarixli çıxarışa əsasən, İddiaçı 12 noyabr 2021-ci il tarixə kimi İİ dərəcəli əlillik təyin edilmişdir. Əmək qabiliyyətinin itirilməsi ilə bağlı TSEK-in diaqnozu: Virus mənşəli xroniki C hepatiti, 16 qenotipi residiv gedişli, natamam remissiya mərhələsində, qaraciyər fibrozu, İİ mərhələ, İİİ dərəcəli.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin iş yerinə dair arayışa əsasən İddiaçı müddətli əmək müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci i l tarixədək Əmanətlərin Sığortalanması Fondunda aparıcı hüquqşünas, sonra isə departament direktorunun müavini vəzifəsində işləmiş, əmək müqaviləsində iş saatları 5 günlük iş həftəsi ilə gündəlik 8 saat, həftəlik 40 saat qeyd edilmiş, aylıq əmək haqqının məbləği 4.200 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul kompensasiyasının tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Əmanətlərin Sığortalanması Fondunda iş saatlarından artıq, bayram və istirahət günləri üçün ödənilməmiş əmək haqqına əlavələrinin işlədiyi vaxtlar üçün 500.000 manatın cavabdeh Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması; Əmanətl ərin Sığortalanması Fondunda iş saatlarından artıq, bayram və istirahət günləri üçün ödənilməmiş əmək haqqına əlavələri cavabdeh tərəfindən gecikdirilməsinə görə, hər gecikdirilmiş gün üçün kompensasiya miqdarında cəmi 50.000 manat pul kompensasiyasının cavabdeh Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması; qeyd edilən hallar ona maddi və mənəvi ziyan vurduğundan, sağlamlığının və mənəvi halının pisləşməsinə səbəb olaraq vurulmuş mənəvi ziyanın əvəzi 50.000 manatın cavabdeh Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması; əldən çıxmış fayda üzrə 10.000 manat pul vəsaitinin Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd olunan halları nəzərə alınmaqla onunla əsaslandırılmı şdır ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək o, Əmanətlərin Sığortalanması Fondunda aparıcı hüquqşünas, sonra isə departament direktorunun müavini vəzifəsində işləmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək onunla bağlanmış əmək müqaviləsinə əsasən iş saatları 5 günlük iş həftəsi ilə gündəlik 8 saat, həftəlik 40 saat qeyd edilmişdir. Əmək müqaviləsinə uyğun olaraq o, vəzifə təlimatı əsasında öhdəliyinə düşən işləri yerinə yetirmək məqsədi ilə gündəlik iş saatlarından artıq işləmişdir. Belə ki, ƏSF ləğv prosesində olan bankların ləğvedicisidir. İşlədiyi dövrlərdə ləğv prosesində olan bankların çoxluğu iş yükünün həddən artıq artmasına səbəb olmuşdur. Bununla əlaqədar o, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixlərədək həftənin 6-cı günlərində və günd əlik olaraq iş saatından artıq vaxtlarda vəzifə öhdəliklərini yerinə yetirmişdir. Həmçinin, o, İİ qrup əlil olduğu üçün onun iş saatı həftəlik 36 saat olmalıdır. Tərəflərin birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verildikdən sonra o, ödənilmiş son haqq-hesab zamanı iş vaxtından artıq işlədiyi saatlar nəzərə alınmadığı, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş həftəlik 36 saat normasından artıq işləməsini əlavə iş saatı kimi nəzərə alaraq, ona hesablanması və ödənilməsi barədə müraciətləri fond tərəfindən icra edilmir. İş vaxtından artıq işləməsinin təsdiqi Fondun elektron sənəd dövriyyəsi (Aurora proqramı) üzərindən onun icraatına verilmiş sənədlər üzrə müəyyən etmək olur. Həmin proqramda sənədə hər bir istifadəçi tərəfindən edilmiş münasibət tarixlər, saat və saniyələrlə sənəd m əlumatları bölməsində əks edilir. Bəzən iş çoxluğu zərurətindən hətta bayram və bazar günləri də işləmişdir. İş vaxtlarından artıq işləmələri elektron sənəd dövriyyəsi proqramından hər icraatına daxil olmuş sənədlərin tərəfindən icra edildiyi vaxt sənəd məlumatlarında qeyd edilir. Təqribi hesablamalara görə 650 saat bilavasitə həftəlik 36 saat əvəzinə həftəlik 40 saat işlədiyi vaxtlar üçün iş vaxtından əlavə kimi sayılaraq ona kompensasiya edilməlidir. Həmçinin iş günləri ərzində əlavə işlədiyi saatlar üzrə ortalama 3-4 saat gündəlik üçün 3.000 saatın, 6-cı və bayram günləri üçün 2.000 saatın haqqı ona əlavə iş saatları sonuncu əmək haqqı üzrə hesablanaraq ödənilməlidir. 500.000 manat ona ödənilməlidir. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 91-ci maddəsinə, 99-cu maddəsinin İ hissəsinə, 1 02-ci maddəsinin İ hissəsinə uyğun olaraq, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ƏSF-in Elektron sənəd dövriyyəsində onun icraatına daxil olmuş bütün sənədlər üzrə məlumatlarını məhkəməyə təqdim etməklə, iş saatından artıq işlədiyi vaxtların düzgün hesablanmasını təmin etməlidir. Həmçinin qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 165-ci maddəsinin İ hissəsinə, 195-ci maddəsinin “d” bəndinə, “e” bəndinə uyğun olaraq, onun məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi günə olan hesaba görə cavabdeh Əmanətlərin Sığortalanması Fondu ödənişin hər gecikdirilmiş gün üçün ona əlavə kompensasiya verilməlidir. Əsas və digər ödənişlərin ödənilməsi üçün cavabdehə şifahi müraciət edilmiş, cavab alınmadıqda 2 dəfə onun tərəfindən sifarişli məktub göndərilmişdir. Həmin məktuba fond tərəfindən o na iş saatından artıq hesablanmış kompensasiyanın cəmi 7 gün üçün verilməsi qeyd edilsə də, bu cavab, onun tələbi üzrə imtina hesab edilməlidir. Eyni zamanda Əmək Məcəlləsinin 164, 165, 172-ci maddələrinə uyğun olaraq qeyd olunmalıdır ki, onun həftəlik 36 saat işləməli olduğu halda 40 saat rəsmiləşdirildiyi hal üçün əmək haqqına əlavə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ona ödənilməmişdir. Həmçinin iş vaxtından əlavə və istirahət günlərində işlədiyi üçün əmək haqqına əlavələri vaxtında ödənilməmişdir. Bu səbəbdən həmin gecikmə üçün sonuncu haqq-hesab günü üzrə 50.000 manat fond tərəfindən ona ödənilməlidir. Əlavə olaraq qeyd edilən hallar ona mənəvi ziyan vurmuş, sağlamlığının və mənəvi halının pisləşməsinə səbəb olaraq vurulmuş mənəvi ziyanın əvəzinə fond ona 50.000 manat kompensasiya ödəməlidir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondunun ona vurduğu zərər maddi təminatının düzgün verilməməsi səbəbindən əldən çıxmış fayda üzrə ona ödəniləcək məbləğ 10.000 manat təşkil edir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4448/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia tələbi rədd edilmişdir.

6. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı rəhbər vəzifədə işləmiş və onun işlədiyi təşkilatın fəaliyyəti ilə bağlı iş yükünün çox olmasına dair göstərdiklərinin şübhə altına alınmasına da zərurət yoxdur. Lakin bununla əlaqədar məhkəmə baxışı zamanı iddiaçının iş saatından artıq işləməsi ilə bağlı onun müvafiq razılığı əsasında işəgötürənin əmrinin olmaması müəyyən edilmiş dir.

7. Məhkəmə iddiaçının iş saatlarından artıq, bayram və istirahət günləri üçün ödənilməmiş əmək haqqına əlavələrinin işlədiyi vaxtlar üçün 500.000 manatın cavabdehdən tutulmasına dair iddiası ilə bağlı həm izahatını, həm də təqdim etdiyi sənədləri mötəbər sübut kimi qiymətləndirməmiş və hesab etmişdir ki, o, rəhbər vəzifəli şəxs olmaqla bağlanmış əmək müqaviləsinin şərtlərinə əsasən vəzifə təlimatı əsasında öhdəsinə düşən işləri iş vaxtı ərzində yerinə yetirib-yetirməməsi onun məsuliyyətidir və onun iş saatlarından artıq, bayram və istirahət günlərində üzərinə düşən öhdəlikləri yerinə yetirilməsinə məcbur edilməsi halı müəyyən edilməmişdir. Beləliklə də müəyyən edilmişdir ki, iddiaçı iş vaxtından artıq işləməyə məcbur edilməmişdir. İşəgötürənlə işçi arasında bununla bağlı hər hansı raz ılıq yoxdur, işəgötürən bu barədə hər hansı əmr, sərəncam, qərar verməmişdir.

8. Məhkəmə həmçinin hesab etmişdir ki, bu barədə işəgötürənin əmri olmadan öz təşəbbüsü ilə, könüllü surətdə iş saatlarından artıq, bayram və istirahət günlərində üzərinə düşən öhdəlikləri yerinə yetirməsi faktı mövcud olsa belə, o, bununla əlaqədar həmin günlər üçün ödənilməmiş əmək haqqına əlavələri cavabdehdən tələb edilməsinə dair hazırki iddianı qaldırmaqda haqlı olmamışdır. Belə ki, əmək müqaviləsinin şərtlərinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək iddiaçının işçi kimi vəzifələrindən biri olmuşdur.

9. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlə bağladığı əmək müqaviləsinin şərtləri ilə razılaşmış, onu imzalamış, qanuniliyini mübahisələndirmədi yi bu müqavilənin şərtləri əsasında da, xx.xx.2021-ci il tarixədək tərəflərin birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilənə kimi fəaliyyət göstərərək müvafiq əmək haqqını da almışdır. İddiaçının əmək müqaviləsi bağlananda ona 2016-cı ildən müddətli İİ qrup əlillik təyin edilməsinə dair müvafiq sənədi işəgötürənə təqdim etməklə sözügedən müqavilədə iş saatının həftəlik 36 saat olmalı olmasının qeyd edilməsini tələb etməməsini tutarlı arqumentlərlə izah edə bilməmişdir. Məhkəmə iddiaçının bununla bağlı verdiyi izahatlarına (əgər İİ qrup əlil olduğunu bildirsə idi, onunla əmək müqaviləsi bağlanmayacaqdı) tənqidi yanaşaraq hesab etmişdir ki, iddiaçı hüquqşünas ixtisasına malik şəxs olmaqla özünün qanunvericiliklə təsbit edilmiş hüquqlarını bildiyi halda, müqavilə bağlanarkən bilə-bilə əlil statusuna malik olmasını cavabdehdən gizlətmiş, bağladığı əmək müqaviləsində iş saatının həftəlik 40 saat müəyyən edilməsi ilə razılaşmış, əmək müqaviləsinə xitam verildikdən sonra əlil olması əsası ilə həftəlik 36 saat əvəzinə həftəlik 40 saat işlədiyi vaxtların iş vaxtından əlavə kimi sayılaraq ona kompensasiya edilməli olmasına dair iddia tələbini irəli sürmüşdür ki, məhkəmə də bunu hüquqdan sui-istifadə kimi qiymətləndirir.

10. Məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı Əmanətlərin Sığortalanması Fondunda iş saatlarından artıq, bayram və istirahət günləri üçün ödənilməmiş əmək haqqına əlavələrin işlədiyi vaxtlar üçün 500.000 manatın cavabdeh Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulmasına dair iddia tələbi üzrə irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı üçün əsassızdır. Buna görə də digər, yəni, Əmanətlərin Sığortalanması Fondunda iş saatlarından artıq, bayram və istirahət günləri üçün ödənilməmiş əmək haqqına əlavələrin cavabdeh tərəfindən gecikdirilməsinə görə, hər gecikdirilmiş gün üçün kompensasiya miqdarında cəmi 50.000 manat pul kompensasiyasının, qeyd edilən halların ona maddi və mənəvi ziyan vurduğundan, sağlamlığının və mənəvi halının pisləşməsinə səbəb olaraq vurulmuş mənəvi ziyanın əvəzi 50.000 manatın, əldən çıxmış fayda üzrə 10.000 manat pul vəsaitinin Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulmasına dair iddia tələblərinə də hüquqi qiymət verilməsinə zərurət yoxdur.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmə k Məcəlləsinin 3(5), 42(1), 42(2), 46(1), 91(2), 95(1), 99(1), 102-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 88, 106.1, 217.4, 218.1-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə mahiyyəti üzrə baxaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2021 hazırlıq, xx.xx.2021 baxış iclasları qarşı tərəfin nüməyəndəsi iştirak etmədiyi üçün xx.xx.2021-ci il tarixə təxirə salınmış, xx.xx.2021-ci il tarixdə tərəflərin izahatları dinlənilərək xx.xx.2021-ci il tarixə təyin edilən məhkəmə prosesi ald atma yolu ilə prosesdə iştirakını təmin etmədən təcili şəkildə, həmin tarixdə maddi və ya sair maraq müqabilində əsasız və qanunsuz məhkəmə aktının qəbulu ilə yekunlaşmışdır. xx.xx.2021-ci il tarixli məhkəmə prosesi zamanı cavabdehin nümayəndələrinin verdiyi şifahi cavabların qeyd edilməsi barədə iclas zamanı həmin cavabların xüsusilə mühüm əhəmiyyət kəsb etdiyi üçün məhkəmə iclas protokolunda qeyd edilməsi barədə bir neçə dəfə katibdən xahiş etmiş və sonradan həmin qeydlərin aparılmasını müəyyən etmək məqsədilə protokolla tanış olması ilə əlaqədar rəsmi ərizə ilə müraciət etsə də, müxtəlif əsasız və bəhanələrlə protokolla tanış olmağına şərait yaradılmamışdır. Həmçinin birinci instansiya mərhələsi qəbul etdiyi məhkəmə aktında iddiaçıya qərəzini belə ifadə etməkdən çəkinməyərək, əlavə ol araq absurd əsaslandırma etmişdir. Belə ki, bilərəkdən iddiaçının hüququndan sui-istifadə etməsini iddia edərək əlilliklə bağlı sənədi təqdim etməməkdə günahlandırmış, lakin nəzərə almamışdır ki, iddiaçı tərəfindən əlilliklə bağlı sənəd təqdim edilməmişdirsə ƏSF tərəfindən hər ay əmək haqqından əlilliklə bağlı vergidən azadolma məbləğinin tutulması fond tərəfindən mütəmadi olaraq həyata keçirilmişdir. Bu barədə ilk baxış iclasında məhkəmə tərəfindən məlumatlandırılmışdır. Məhkəmə bu fikrini dəqiqləşdirmək istəsəydi aylıq pul təminatı barədə ətraflı arayış tələb etməliydi. Məhkəmənin daha bir qərəzi və prosessual pozuntusu xx.xx.2021-ci il tarixli maraqlı şəxs qismində müvafiq icra hakimiyyəti orqanlarını cəlb edilmə barədə ərizəsinə rəğmən prosesi iştirakını belə təmin etmədən yekunlaşdırm ası və bu ərizəyə münasibət bildirməməsindən aşkardır. Hakim qətnamədə cavabdehin mahiyyəti üzrə baxışın keçirilməsini tələb etdiyini qeyd etsə də, cavabdehin bu barədə ərizəsinin mövcudluğu şübhəlidir. Həmçinin iş üzrə mühüm əhəmiyyət kəsb edən halları müəyyən etmək məqsədilə xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, və s. tarixli yazılı ərizə və vəsatətlərinə xx.xx.2021-ci il tarixli iclasda cavabdehin nümayəndələrinə ərizələrində tələb edilən məlumatların təqdim edilməsi barədə şifahi sorğu verdiyini bildirərək növbəti iclasadək həmin sənədləri təqdim etmədikdə müvafiq məhkəmə aktı ilə həmin sənədləri tələb edəcəyini bildirməsinə və cavabdehin nümayəndələrinin növbəti prosesədək həmin sənədləri təqdim edəcəklərini bildirsələr də, təəssüf ki, hakim tələm-tələsik öz şəxsi mövqeyini üstün tutaraq qərəzli məhkəmə aktını qəbul etmək üçün müvafiq prosessual normaları pozmuş və xx.xx.2021-ci il tarixli ədalətsiz, qanunsuz və qərəzli əsaslarla qərar qəbul etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10943/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi) Elnur Həsənov və Fuad Babayev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4448/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edən zaman düzgün nəticəyə gəlmiş və məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İİ qrup müddətli əlil olsa da, o, əmək müqaviləsi bağlanan zaman bununla bağlı işəgötürəni məlumatlandırmamışdır. Belə olan halda, cavabdeh iddiaçı ilə əmək müqaviləsi bağlayan zaman 40 saatlıq iş həftəsi müəyyən edərkən öz hüquqlarından vicdanla istifadə etmiş, lakin iddiaçı qanunla ona verilmiş hüquqlardan suiistifadə etmişdir. İddiaçı müqaviləni imzalayarkən, müqavilə şərtləri ilə tanış olmuş və qəbul etmişdir.

16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının tələblərinin əsasını təşkil edən maddi ziyanın ödənilməsi tələbi təmin edilmədiyindən, həmin tələblə bağlı əldən çıxmış faydanın və mənəvi ziyanın tutulması tələblərinin təmin edilməməsində də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

17. Qeyd olunanlara əsasən məhkə mə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edən zaman düzgün nəticəyə gəlmiş və məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur.

18. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 42, 95, 99cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat:

19. Qətnamədən iddiaçı (Vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, birinci və apellyasiya instnasiya hakimləri barədə işdə yol verilən pozuntularla bağlı Məhkəmə Hüquq Şurasına müraciət göndərilməsini, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü m addələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14-cü fəslinin, 99-cu maddəsinin şərh edilməsi və qeyd edilən vəziyyətlərdə “işəgötürənin əmri (sərəncamı, qərarı)” tələbinin imperativliyi və Azərbaycan Respublikasının Konstitusiyasına və beynəlxalaq qanunlara uyğunluğunun yoxlanılması üçün konstitusiya məhkəməsinə müraciət edilməsini, həmçinin işə mahiyyəti üzrə baxılıb ilkin iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1706/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər Ələsgər Əliyev (sədrlik edən və məruzəçi) Mehparə Əhmədova və İsmayıl Xəlilov) İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10943/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qətnaməsinin əlilliyə görə əlavə iş vaxtlarına ödənilməli pul tələbinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün cavabdehin iddiaçıya hər ay əmək haqqı hesablayarkən əlilliklə bağlı vergidən az adolma tətbiq edib-etməməsinin müəyyənləşdirilməsi mühüm əhəmiyyətə malik olsa da apellyasiya instansiyası məhkəməsi qeyd edilən hala hüquqi qiymət verməmişdir. Halbuki, cavabdeh tərəfindən iddiaçıya əlilliklə bağlı vergidən azadolmanın tətbiq edilib-edilməməsinin müəyyənləşdirilməsi, cavabdehin iddiaçının əlil olmasından məlumatlı olub-olmamasının aydınlaşdırılmasına və son nəticədə cavabdehin məlumatlı olduğunun müəyyən edilməsi iddianın təmin edilməsinə əsas ola bilər.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əlilliyə görə əlavə iş vaxtlarına ödənilməli pul tələbinə dair iddianın rədd edilməsi hissəsində prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

24. Qətna mənin qalan hissələrinə münasibətdə məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:

25. İşə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman, Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma aparılmış və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş dir.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5932 saylı ekspert rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan məlumatları nəzərə alaraq, İddiaçı 2018-ci ilin iyul ayından 2020-ci ilin avqust ayınadək olan müddətdə 78.283,98 manat əmək haqqı, 20.000,00 manat mükafat, 10.859,00 manat məzuniyyət haqqı, 1.513,24 manat əlavə gün üzrə hesablanmışdır. İddiaçı Əmanətlərin Sığortalanması Fondunda işlədiyi müddətdə hesablanmış əmək haqqlarından əlilliklə bağlı Vergi Məcəlləsinin 102.1.6-ci maddəsinə əsasən vergidən güzəşt 5.200,00 manat təşkil etdiyi müəyyən edilir. İddiaçı Əmanətlərin Sığortalanması Fondunda işlədiyi müddətdə, yəni 487 gün ərzində həftədə 36 saatdan artıq işlədiyi vaxt əvəzinə 40 iş saatı işlədiyi vaxt üçün 396 saat artıq işlədiyi müəyyən edilir. Bu səbəbdən, Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən, 15.964,84 manat hesablanmamış məbləğ müəyyən edilir.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-255/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi) İkram Şirinov və Elşən Kazımov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4448/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qətnaməsinin yoxlanılan hissədə - əlilliyə görə əlavə iş vaxtlarına ödənilməli pul tələbinə dair iddianın rədd edilməsi hissəsində ləğv olunması, həmin hissədə iddianın qismən təmin edilməsi, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə 487 gün ərzində həft ədə 36 saat əvəzinə 40 iş saat işlədiyi üçün ümumilikdə 396 saata görə 15.964,84 (on beş min doqquz yüz altmış dörd manat səksən dörd qəpik) manat məbləğində pul vəsaitinin tutulması qət edilmiş, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən həmin rəy hazırki mübahisənin həllində sübut kimi qəbul edilməlidir.

29. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini iş materialları və ekspert rəyi ilə birlikdə araşdıraraq hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4448/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 487 gün ərzində həftədə 36 saat əvəzinə 40 iş saat işlədiyi üçün ümumilikdə 396 saata görə 15.964,84 manat məbləğində pul tutulmalıdır.

30. Apellyasiya instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə, Əmək Məcəlləsinin 165ci maddəsinə və Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

31. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddia təmin edilən hissədə ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırı lmışdır ki, iddiaçı onunla əmək müqaviləsi bağlanan zaman (onun şərtlərini oxuyub imza edərkən) iddia etdiyi kimi, öz əmək hüququnun pozulmuş olduğunu bilmək imkanına malik olmuş və həmin andan 1 (bir) il müddətində pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət edə bilərdi. Lakin bütün bunlara baxmayaraq iddiaçı iddia müddəti ərzində bununla bağlı hər hansı tələb irəli sürməmiş və məhkəməyə iddia müddətinin üzürlü səbəbdən ötürülməsi barədə heç bir sübut təqdim edə bilməmişdir.

33. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda da iddia müddətinin ötürülmüş olması xüsusi olaraq bildirilmiş, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin məsələyə ümumiyyətlə qiymət verilmədən yekun ədalətsiz məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə işin faktik hall arına obyektiv hüquqi qiymət verməmiş, öz subyektiv mülahizələri əsasında işin faktiki hallarını düzgün araşdırmadan yekun qənaətə gələrək ədalətsiz məhkəmə aktı qəbul etmişdir. Məhkəmənin işin faktiki hallarına düzgün qiymət verməməsi nəticəsində qeyd olunan prosessual hüquq normasının tələbləri pozulmuş və bu da öz növbəsində qanunsuz və ədalətsiz məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir. İddiaçı tərəfindən iddia müddəti ötürülmüş, məhkəmə isə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin mövqeyini nəzərə almamış və qətnamədə ümumiyyətlə bu məsələyə hüquqi qiymət verməmişdir. Nəticə etibarı ilə qanunsuz və əsassız yekun məhkəmə aktı qəbul edilmişdir.

34. Beləliklə, qeyd olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır, bu səbəb dən təmin edilən hissədə ləğv olunmalı, iddia tələbi isə rədd edilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

35. İddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, etirazını kassasiya şikayətinin dəlillərinin əsassız olması ilə əsaslandırmış, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.

36. Maddə

24. İ. İnsan ləyaqəti qorunur və ona hörmət edilir. İİ. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yo l verilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

37. Maddə 2. (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması və digər prinsiplərə əsaslanır.

38. Maddə 91. (2-ci hissə). Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

39. Maddə 164.

1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

40. Maddə 165. (1-ci hissə). İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxta muzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

41. Maddə 296 (3-cü hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

42. Maddə 296 (4-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

43. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarı Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

44. Mad də 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan so nra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

56. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

57. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin olunması hissəsində mübahisələ ndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiya məhkəməsi, bundan əvvəl işə baxmış kassasiya instansiya məhkəməsinin qərarında şərh edilən göstərişlərinə əməl etmişdir. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün ə sas yoxdur.

60. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə qismən razılaşmayaraq məhkəmənin gəldiyi nəticəni işin hallarına uyğun hesab etməmiş, apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbini qismən təmin etmək barədə nəticəyə gəlmişdir.

61. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayəti nin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

62. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayətində qeyd olunan dəlillə ri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

63. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin iddiaçının məhkəməyə iddia müddəti ötürülməklə müraciət etməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə 02 iyun 2021-ci il tarixdə, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində qeyd olunan müddət ərzində müraciət etdiyindən, iddia müddətinin ötürülməsi barədə cavabdehin kassasiya şikayətində göstərdiyi dəlilləri əsassızdır.

64. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin b əzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır.

65. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşd ırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

66. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsin in vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 67. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əmə l edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

69. Bu səbəbdən, kassasiya şikayət i təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-255/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar