Məhkəmə qərarları › İş №2(102)-2637/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2637/2023

03.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2637/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:aliment borcunun silinərək, aliment öhdəliyinə qismən xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Həsənov Vüqar Təvəkgülibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 mart 2023-cü il tarixli, 2(103)1252/2023 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 03 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İddiaçı ilə cavabdeh X1 0 1 mart 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və onların birgə nikahından 09 yanvar 2005-ci il tarixdə Əkbər adlı övladları doğulub. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən 09 yanvar 2005-ci il tarixdə doğulmuş X yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı 11 iyun 2020-ci il tarixdən etibarən hər ay 900 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi və qətnamənin dərhal icra edilməsi qət edilmişdır. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən 09 yanvar 2005-ci il tarixdə doğulmuş X yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli qətnamə ilə tutulan alimentin miqdarı dəyişdirilərək (azaldılaraq), İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh qarşı “aliment borcunun silinərək, aliment öhdəliyinə qismən xitam verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli qətnaməsi və həmin məhkəmənin 27 iyul 2021-ci il tarixli icra sənədinə əsasən hesablanmış 12.447 manat aliment borcunun silinərək, həmin hissədə aliment öhdəliyinə qismən xitam verilməsi və iddiaçının aliment borcunun 522 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırm ışdır ki, o, cavabdehlə 01 mart 2007-ci il tarixdə Bakı şəhərində rəsmi nikaha daxil olmuş və nikahları 137 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan 09 yanvar 2005-ci il tarixdə X adlı övladları doğulmuşdur. Münasibətləri uzun illər normal olmuşdur. Hazırkı iş üzrə cavabdeh ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək birgə nikahdan anadan olmuş övladları 09 yanvar 2005-ci il tarixdə doğulmuş X saxlanılması üçün ondan sabit pul məbləğində aylıq 1.000 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki işə baxılan zaman o, iddia tələbini qismən qəbul edərək aylıq 900 manat alimentin tutularaq cavabdehə ödənilməsinə razılıq vermişdi. Məhz buna görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə 09 ya nvar 2005-ci il tarixdə doğulmuş X yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan sabit pul məbləğində hər ay 900 manat məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət edilmiş və aliment məbləğinin hesablanması 11 iyun 2022-ci il tarixdən başlanmışdır. Faktiki olaraq onlar 2021-ci ilin sentyabr ayınadək bir yerdə yaşamışlar və övladlarının xərclərini o, çəkmişdir. Məhz bu səbəbdən cavabdeh heç zaman aliment borcu ilə bağlı şikayət etməmişdir. Artıq 2021-ci ilin əvvəllərində münasibətləri tamamilə korlanmağa başlamış, lakin bu dövrdə də yenə birlikdə yaşamışlar və o, aliment öhdəliyini icra etmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Bundan sonra həmin məhkəmənin 27 iyul 2021-ci il tarixli icra sə nədinə görə 09 yanvar 2005-ci il təvəllüdlü X yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (azaldılaraq) ondan cavabdehin xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında alimentin tutulması qərara alınmışdır. 2021-ci ilin iyul ayından sonra onun əlilliyə görə aldığı pensiya dayandırılmış və avqust ayından onun ödəməli olduğu aliment qanunvericiliyə görə 193 manat təşkil edir. Cavabdeh sentyabr ayında birgə yaşadığı mənzildən getdikdən sonra fürsətdən istifadə edərək, guya bu müddət ərzində onun aliment ödəmədiyini və onun 12.450 manat aliment öhdəliyinin olmasını irəli sürmüşdür. Cavabdeh 2020-2021-ci illər ərzin də alimentlə bağlı heç zaman icra məmuruna şikayətlər etməmişdir. Çünki aliment məbləğini tam olaraq əldə etmişdir. Yalnız sentyabr ayında onlar faktiki olaraq ayrılandan sonra alimentlə bağlı şikayətlər etməyə başlamışdır. Sentyabr ayında o, “Covid-19” virusuna yoluxduğundan və aldığı pensiya dayandırıldığından o, aliment öhdəliyini 2021-ci ilin sentyabr ayından 2022-ci ilin yanvar ayınadək icra edə bilməmişdi. 2022-ci ilin fevral ayında 375 manat, mart ayında 275 manat, aprel ayında isə 300 manat məbləğində aliment ödəmişdir. Məhkəmə qətnamələrinə əsasən onun aliment üzrə öhdəliyi 13.347 manat təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, e-2(006)3156/2022 saylı qətnaməsi ilə (hakim R.Səmədov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin mövqe yi ondan ibarət olmuşdur ki, iddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçı aliment borcunun qismən ödənilməsini, həmçinin tərəflərin faktiki olaraq 2021-ci ilin sentyabr ayınadək bir yerdə yaşamasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2, 56.1 və 75.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsin in qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı tərəfindən 2021-ci ilin sentyabr ayınadək cavabdehlə birlikdə yaşamasını təsdiq edən fotoşəkillər, övladının təhsil haqqını ödəməsini təsdiq edən qəbzlər və aylıq aliment ödənişlərini əks etdirən qəbzlər təqdim edilmiş, məhkəmə isə qətnamədə həmin sübutlarla bağlı heç bir qeyd aparmamışdır. Cavabdeh 2020-2021-ci illər ərzində alimentlə bağlı heç zaman icra məmuruna şikayətlər etməmişdir. Çünki aliment məbləğini tam olaraq əldə etmiş, yalnız sentyabr ayında onlar faktiki olaraq ayrılandan sonra cavabdeh alimentlə bağlı şikayətlər etməyə başlamışdır. Məhkəmə isə işin faktiki hallarını və təqdim edilmiş sübutları nəzərə almadan iddia t ələbini rədd etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 mart 2023-cü il tarixli, 2(103)1252/2023 saylı qətnaməsi ilə (hakimlər Q.Əsgərov sədrlik edən, məruzəçi, A.İmanov və F.Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən şikayətdə qeyd etdiyi hallarla bağlı məhkəmə kollegiyasına heç bir sübut təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 56.1, 75.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri i lə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlara məhkəmə tərəfindən obyektiv və düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı tərəfindən mülki iş materiallarına tərəflərin 2021-ci ilin sentyabr ayınadək birlikdə yaşamasını təsdiq edən foto şəkillər, iddiaçının övlad ının təhsil haqqını ödəməsini təsdiq edən qəbzlər və aylıq aliment ödənişlərini əks etdirən qəbzlər təqdim edilmişdir. Məhkəmə öz qətnaməsində həmin sübutlarla bağlı heç bir qeyd aparmamışdır. Məhkəmə iddia tələbini rədd edən zaman iddiaçının öz iddiasını sübut edə bilməməsini qeyd etmişdir. Halbuki iddiaçı tərəfindən mülki iş materiallarına tərəflərin 2021-ci ilin sentyabr ayınadək birlikdə yaşamasını təsdiq edən foto şəkillər, iddiaçının övladının təhsil haqqını ödəməsini təsdiq edən qəbzlər və aylıq aliment ödənişlərini əks etdirən qəbzlər təqdim edilmişdir. Məhkəmə öz qətnaməsində həmin sübutlarla bağlı heç bir qeyd aparmamışdır. Bundan başqa sonuncu məhkəmə iclası zamanı iddiaçı tərəfindən məhkəməyə şifahi vəsatətlə müraciət edilərək, iddiaçının və cavabdehin anten məlumatlarının götü rülməsi xahiş edilmişdir. Lakin məhkəmə bu vəsatətdə təmin etməmişdir. Cavabdeh 2020-2021-ci illər ərzində alimentlə bağlı heç zaman icra məmuruna şikayətlər etməmişdir. Çünki aliment məbləğini tam olaraq əldə etmişdir. Yalnız sentyabr ayında tərəflər faktiki olaraq ayrılandan sonra alimentlə bağlı şikayətlər etməyə başlamışdır. Sentyabr ayında iddiaçı “Covid-19” virusuna yoluxduğundan və aldığı pensiya dayandırıldığından aliment öhdəliyini 2021-ci ilin sentyabr ayından 2022-ci ilin yanvar ayınadək icra edə bilməmişdir. 2022-ci ilin fevral ayında 375 manat, mart ayında 275 manat, aprel ayında isə 300 manat məbləğində aliment ödəmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respubli kası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Maddə 106.4. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs g östərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Maddə 106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Maddə 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmə li hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələr ək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayəti nin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi, iddiaçının aliment borcunu qismən ödəməsini, həmçinin tərəflərin faktiki olaraq 2021-ci ilin sentyabr ayınadək bir yerdə yaşamasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməməsini nəzərə alıb qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı “aliment borcunun silinərək, aliment öhdəliyinə qismən xitam verilməsi” ba rədə tələbini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı qətnamədən verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdir ki, tərəfindən 2021-ci ilin sentyabr ayınadək cavabdehlə birlikdə yaşamasını təsdiq edən foto şəkilləri, övladının təhsil haqqını ödəməsini təsdiq edən qəbzləri və aylıq aliment ödənişlərini əks etdirən qəbzləri təqdim etmiş, lakin işə baxan məhkəmələr həmin sübutlarla bağlı heç bir araşdırma aparmamışdır. İşə baxan məhkəmələr işin faktiki hallarını və təqdim edilmiş sübutları nəzərə almadan iddia tələbini rədd etmiş və hansı müddətdən cavabdehdən ayrı yaşamasını müəyyən etməmişdir. Halbuki, Ailə Məcəlləsinin 107.1 və 107.2-ci m addələrinin mənasına görə, aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, iddiaçının iddia tələblərinin təmin edilməsi üçün qeyd olunan maddələrdə nəzərdə tutulan əsaslar yoxdur. Belə ki, aliment borcunun məhz iddiaçının xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gə lməsi, habelə onun ailə və maddi vəziyyətinin bu borcu ödəməyə imkan verməməsi mülki iş materilları ilə təsdiq olunmur. Ona görə də iddiaçının kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 mart 2023-cü il tarixli, 2(103)-1252/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar