Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-264/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçı x1 və iddiaçının vəkili Tağıyev Kamran Həsən oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(004)-695/2019 saylı, 04 aprel 2019-cu il tarixli qətn aməsi ilə (sədrlik edən hakim S.Mehralıyev) ilkin iddia qismən təmin edilmiş, ilkin iddia üzrə cavabdeh x2 məxsus olan, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmurları x3 və x4 tərəfindən tərtib edilmiş 15.11.2018-ci il tarixli akta əsasən siyahıya alınaraq üzərinə həbs qoyulmuş əşyalar cavabdeh tərəfindən ünvan 1 evdən çıxarılması, x2 cavabdehlər x1 və x5 qarşı “cehiz əşyalarının qaytarılması, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair” qarşılıqlı iddiası təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən, məruzəçi), E.Həsənov və F.Babayev, 2(103)9904/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhər Xətai Rayon Məhkə məsinin 2(004)695/2019 saylı, 04 aprel 2019-cu il tarixli qətnaməsi x2 münasibətdə qismən ləğv edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, x1 ilə x2 birgə nikahı zamanı əldə edilmiş “Hyundai İ40” markalı 90-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilə x1nun ½ pay hüququ və x2 ½ pay hüququ müəyyən edilmiş, “Hyundai İ40” markalı 90-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 12.000 manatın 6.000 manatı x1ndan alınaraq x2 ödənilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır İşin halları x1 cavabdeh x2 qarşı “əşyaların mənzildən çıxarılması tələbinə dair” iddia ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh x2 məxsus mebel əşyalarının ünvan 1-dən cavabdeh tərəfindən məcburi çıxarılması, ona məxsus dəyəri 560 manat olan “Tissot ” markalı qol saatının, üç ədəd ümumi dəyəri 800 manat olan ətir dəstlərinin və ya həmin əşyaların dəyərinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus mebel əşyalarının, o cümlədən, “Helen” qonaq otağı dəsti-stol və altı ədəd stul, komod, televizor altı, “Helen” yataq otağı dəsti-yataq, şifoner və termo, mətbəx mebeliaspirator 1 ədəd, qaz sobası, mətbəx kranı, mətbəx divanı, stolu və üç ədəd stul, iki ədəd xalça, iki ədəd böyük döşək, iki ədəd yorğan, dörd ədəd yastıq, ütü masası və iki qutu kitab, pərdələr, bir dəst yataq dəsti (postel), svetilnik iki ədəd, pol verdəsi və pol silənin Bakı şəhəri, Xəzər rayonu, Bin ə qəsəbəsi, Şosse küçəsi, 22 saylı evdən məcburi çıxarılması, özünə məxsus dəyəri 560 manat olan “Tissot” markalı qol saatının, 3 ədəd ümumi dəyəri 800 manat olan ətir dəstlərinin və ya həmin əşyaların dəyərinin və 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. x2 cavabdeh x1na qarşı “cehiz əşyalarının qaytarılması və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mətbəx dəsti, stol bir ədəd, stul iki ədəd, künç divanı, aspirator bir ədəd, qaz sobası bir ədəd, mətbəx kranı bir ədəd, yataq mebel dəsti (iki nəfərlik çarpayı, paltar dolabı, termo, iki ədəd tumboçka), qonaq dəsti (stol bir ədəd, stul altı ədəd, televizor altı, bufet iki ədəd, jurnal stolu bir əd əd, güzgülü komod bir ədəd), xalça iki ədəd, pərdələr, tezbişirən qazan bir ədəd, vafli bişirən bir ədəd, blinçik bişirən bir ədəd, ütü və ütü stolu, sac ütüsü, tozsovuran bir ədəd, yataq dəsti (postel) yeddi dəst, yorğan iki ədəd, döşək iki nəfərlik bir ədəd, bir nəfərlik döşək bir ədəd, yastıq dörd ədəd, dəsmallar: hamam 14 ədəd, üz 12 ədəd, mətbəx üçün 20 ədəd, pled iki ədəd, svetilnik iki ədəd, çay servisi bir dəst (12 nəfərlik), süfrə üç ədəd, yemək servisi iki dəst (12+12 nəfərlik), bəzək qabları, stəkanlar dəsti Karaca 12 ədəd və podnos, qazan dəstləri: termostat, aliminium, qırmızı laklanmış pol vedrəsi və pol silən, çemodan iki ədəd, kitablar iki qutuda, ayaqqabı 35 (otuz beş) dəst, geyim dəstləri 80 dəst, plaş duti bir ədəd, gödəkçə dəridən bir ədəd, sokçəkən aparat bir ədəd, sam ovar bir ədəd, süfrə üç ədəd, çantalar 15 ədəd, kofemolka bir ədəd, keramik tava dəsti, tavalar, yekə tava-qazan bir ədəd, xrustal vazalar, qaşıq, çəngəl, biçaq dəstləri, kokteyl qarışdıran aparat - 50 (əlli) manat, çay servizinin (6 nəfərlik) cavabdehdən alınaraq ona verilməsi, cavabdehin mülkiyyətində olan “Hyundai İ40 minik” markalı, 90TG-859 dövlət qeydiyyat nişanlı avtomaşına dair 1/2 hissədə payının müəyyən edilməsi, nəqliyyat vasitəsinin hərracda satılaraq əldə edilən pulun paylara mütənasib bölünərək 1/2 hissəsinin ona ödəniməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, x1ndan 30120 manat pul alınaraq x2 verilməsi, x1nun mülkiyyətində olan “Hyundai İ40 minik” markalı, 90-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşına x2 payı ½ müəyyən edilməsi, nəqliyyat vasitəsi hərraca çıxarılması, hərracda əldə edilən pulun paylara mütənasib bölünərək ½ hissəsi x2 ödənilməsi, 12 aprel 2018-ci il tarixdə x1 ilə x5 arasında bağlanan, “Hyundai İ40 minik” markalı, 90-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşının özgəninkiləşdirilməsinə dair “Nəqliyyat vastəsinin alqı-satqı”müqaviləsi etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, qarşılıqlı iddia tələbinin tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti on unla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı x1 və iddiaçının vəkili Tağıyev Kamran Həsən oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb o lmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etm əsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə qarşılıqlı iddia üzrə iddiaçı x2 ünvan 1 evdə qalmış özünə məxsus olan, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmurları x3 və x4 tərəfindən tərtib edilmiş 15.11.2018-ci il tarixli akta əsasən aşkar edilməyən əşyaların həmin evdə qalmasını, digər əşyalarının yararsız halda olduğunu, həmçinin, birgə nikah dövründə əldə-edilmiş avtomobilin onun razılığı olmadan özgəninkiləşdirildiyini iddia etsə də, iş üzrə araşdırılmış sübutlarla bu təsdiq olunmamışdır, həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı mübahisə predmeti olan avtomobilin birgə nikah dövründə, ümumi gəlirlər hesabına əldə olunması barədə, mötəbə r sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışında isə məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ərizəsi üzrə əşyaların alınması ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da, nikah dövründə əldə olunmuş avtomobilin onun razılığı olmadan satılması ilə bağlı gəldiyi nəticə ilə razılaşmamışdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəmənin 28.09.2018-ci il tarixli, 2(004)-5303/2018 saylı qətnaməsi ilə x1 ilə x2 arasında 24.12.2017-ci il tarixində bağlanmış nikahın pozulmuşdur.Tərəflərin nikahı zamanı, yəni, 24.03.2018-ci il tarixdə x1nun əldə etdiyi “Hyundai İ40” markalı 90-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 aprel 2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə x5 12.000 manata satılmışdır. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, mübahisəli avtomobilə dair x5 tərəfindən x1 atasına 2019-cu il tarixdə etibarnamə verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələblərinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinin tələblərinə görə mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinin tələblərinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Həmin Məcəllənin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən, ərarvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kom mersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin məcəllənin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Müəyyən edilmişdir ki, mübahisə predmeti olan “Hyundai İ40” markalı 90- TG-859 dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikahı zamanı əldə edildiyindən, mübahisə predmeti olan əmlaklara tərəflərin bərabər, yəni, x1nun ½ pay hüquq u və x2 ½ pay hüququ müəyyən edilməlidir. Qeyd olunan avtomobilin 12 aprel 2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə x5 12.000 manata satılmasını nəzərə alaraq, əldə olunmuş 12.000 manat məbləğində pul vəsaiti onların paylarına uyğun olaraq, əldə olunmuş vəsaitin 6.000 manatı x1, digər 6.000 manatı ilə x2 aid edilməlidir. Avtomobilin satışından əldə olunmuş 12.000 manat pul vəsaiti x1 tərəfindən qəbul edildiyindən həmin vəsaitin 6.000 manat hissəsi ondan tutularaq cavabdeh x2 ödənilməlidir. Həmçinin x2 icra məmurlarının tərtib etdiyi əmlakın siyahıya alınmasına dair aktda çehiz əşyaların siyahısı dəqiq göstərilməməsi, eyni zamanda ona məxsus bəzi əşyaların mövcüd olmaması ilə bağlı qeyd etmişdir ki, iddiaçı həmin əşyaların ona verilməməsinə və x1 istifadəsində qalm asına istinad etsə də, məhkəməyə həmin halları təstiq edən hərhansı mötəbər sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini x2 münasibətdə qismən ləğv etməklə, qarşılıqlı iddia tələbini qismən təmin etməklə, x1 ilə x2 birgə nikahı zamanı əldə edilmiş “Hyundai İ40” markalı 90-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilə x1nun ½ pay hüququ və x2 ½ pay hüququnu müəyyən etməklə, “Hyundai İ40” markalı 90-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 12.000 manatın 6.000 manatı x1ndan alınaraq x2 ödənilməsi, qətnamənin qalan hissəsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı x1nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 29 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-264/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-264/2020
08.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver