Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2641/2020 25.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 və Cavabdeh1 xxx vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)12958/2019 saylı qətnaməsindən Cavabdeh1 xxx kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-3915/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim S.R.Mustafayeva) İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh1 Petrovnaya (bundan sonra cavabdeh) və digərlərinə qarşı “bağışlama müqaviləsi”nin ləğv edilməsi barədə iddiası təmin edilərək, tərəflər arasında notarial qaydada bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqavilənin ləğv olunması qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)12958/2019 saylı qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, T.S.Səmədov və E.C.Kazımov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilib, tərəflər arasında notarial qaydada bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqavilənin etibarsız hesab olunmas ı qət edilib. Cavabdeh1 qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı iddia qaldıraraq, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 26 “a” saylı evin 43-cü mənzilinə dair cavabdehlə aralarında notarial qaydada bağlanmış xx xxxxxx 2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Sonradan məhkəmə baxışının gedişində iddiaçı, iddia tələbini dəyişdirərək, cavabdehlə aralarında Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 26 “a” saylı evin 43-cü mənzilinə dair notarial qaydada bağlanmış xx xxxxxx 2018-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KA SASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil2 kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı, Cavabdeh1 və cavabdeh 05 saylı “Asan Xidmət Mərkəzi” Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edils ələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, cavabdehin vəkili Vəkil2 izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı sonradan verdiyi ərizəsində iddianın həm əsasını, həm də predmetini dəyişdirdiyi üçün MPMnin 53-cü maddəsinin tələblərini gözlənilməyib. Bu səbəbdən də sonradan verilən ərizə iddianın dəyişdirilməsi sayıla bilməz. Birinci instansiya məhkəməsi isə ərizəni icraatına qəbul edərkən prosessual qaydalara əməl etməyib, sonradan verilmiş tələbə baxmaqla, həmçinin xx xxx 2019 tarixli qərardadla icraata qəbul edilmiş “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” barədə tələbə baxmamaqla prosessual qanunverciliyin tələblərini pozub. Hazırki halda məhkəmə araşdırmasının əsasını iddiaçının məhkəməyə təqdim etdiyi və prosessual qanunvericiliyin tələbinə əsasən icraata qəbul edilmiş “bağışlama müq aviləsinin etibarsız hesab edilməsi” barədə tələb təşkil edir. Eyni zamanda mənzilə dair bağışlama müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından etibarsızdır. Çünki boşanma tələbi ilə məhkəməyə müraciət etdiyi və münasibətlərinin gərgin olduğu bir vaxtda iddiaçının cavabdehi zənginləşdirmək məqsədilə (motivasiyası ilə) mənzili ona bağışlaması ağlabatan görünmür. Bundan əlavə, mənzil tərəflərin birgə nikahı dövründə əldə edildiyindən və mənzilə münasibətdə tərəflərin paylarının bərabərliyi prezumpsiyası qüvvədə sayıldığından, mənzilin 2/3 hissəsini cavabdehə bağışlamaqla əslində iddiaçı özünə aid olmayan əmlak üzərində sərəncam verib ki, bu da qanunun tələblərinə ziddir. Həmçinin bağışlama müqaviləsi tərəflər arasında olan münasibəti pərdələmək məqsədilə bağ lanmış yalan əqddir. Həmin əqdi bağlayarkən tərəflərin nəzərdə tutduğu razılaşma (Cavabdeh1 nikahın pozulmasından imtina edir, bunun müqabilində iddiaçı mənzili ona bağışlayır) isə qanuna zidd olub. Bundan başqa iddiaçı, payını müəyyən etmədən mənzilin 2/3 hissəsini cavabdehə bağışlamaqla mülki qanunvericiliyin tələblərini pozub. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 340.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslanıdırıb. Kasasiya instansiyası məhkəməsinin apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtə rəfli və obyektiv araşdırmayıb. Belə ki, işdən görünür ki, tərəflər xx xxxxxx 2007-ci ildə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından 24 aprel 2006-cı ildə Tamerlan, xx xxxxxx 2009-cu ildə Anna Mariya, xx xxxxxx 2014-cü ildə Elizabet və xx xxxx 2015-ci ildə Ali adlı dörd uşaqları doğulub. xx xxxxxx 2014-cü il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 26 “a” saylı evin 3 otaqlı, ümumi sahəsi 174 kv.metr olan 43-cü mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. xx xxxxxx 2018-ci il tarixli notarial qaydada bağlanmış bağışlama müqaviləsinə əsasən iddiaçı sözügedən mənzilin 2/3 hissəsini arvadı cavabdehə bağışlayıb. Bundan sonra, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 İddiaçı qarşı “nikahın pozulması, uşaqların yanında saxlanılması və aliment tələbinə dair” iddiası təmin edilərək, tərəflər arasında xx xxxxxx 2007-ci ildə bağlanmış nikahın pozulması, uşaqların anaları Cavabdeh1 yanında saxlanılması, eyni zamanda uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx xxxxxx 2018-ci ildən başlayaraq hər ay, hər uşağa görə 154 manat olmaqla, cəmi 616 manat, xx xxxxxx 2019-cu ildən başlayaraq hər ay, hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 640 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh1 verilməsi qət edilib. Hazırda, iddiaçı iddia edir ki, cavabdehlə aralarında olan razılaşmaya əsasən ailəni qoruyub saxlamaq və nikahın pozulması barədə tələbindən imtina etməsi üçün mənzili n 2/3 hissəsini ona bağışlayıb. Lakin, cavabdeh razılaşmanı pozaraq nəinki nikahın pozulması barədə iddia tələbindən imtina edib, əksinə israrla iddianın təmin edilməsini tələb edib və nikahları məhkəmənin qətnaməsinə əsasən pozulub. Əslində bağışlama müqaviləsi aralarında olan digər münasibətləri pərdələmək məqsədilə bağlanıb. Bu səbəbdən də bağışlama müqaviləsi ləğv edilməlidir. Cavabeh isə iddia tələbinə etiraz edir və bildirir ki, bağışlama müqaviləsinin bağlanması nikahın pozulmaması ilə şərtləndirilməyib. Nikaha daxil olması və nikahın pozulmasını tələb etməsi onun müstəsna hüququdur. Həmin hüququn hər hansı qaydada məhdudlaşdırılması ilə bağlı razılaşma qanunsuz olmaqla yanaşı əhəmiyyətsizdir. İddiaçı ilə nikahları pozulduqdan sonra ölkədən getmək fikrində olub. İddiaçı isə onun ölk ədən getməməsi üçün mənzilə dair onunla bağışlama müqaviləsi bağlayıb. Apelyasiya instansiyası məhkəməsi, iddiaçının iddianın dəyişdirilməsinə dair məhkəməyə ərizə verməklə əslində yeni tələb irəli sürməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla apelyasiya instansiyası məhkəməsi iddiaçının bağışlama müqaviləsinin ləğv edilməsinə dair verdiyi tələb üzrə qətnamə çıxarmamaqla MPM-nin 218.3-cü maddəsinin tələblərini pozub. Həmin maddənin mənasına görə işə baxan məhkəmə iddia tələbindən o, vaxt kənara çıxa bilər ki, qanunda göstərilən hər hansı müstəsna hallar müəyyən edilmiş olsun. Nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyə görə iddianın dəyişdirilməsi hüququ yalnız iddiaçıya və ya mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçünc ü şəxsə məxsusdur. İddianın əsasını və predmetini, habelə iddia tələbinin həcmini iddiaçı öz mülahizəsinə əsasən müəyyən edir və nə işə baxan məhkəmə, nə də apelyasiya icraatı mərhələsində apelyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə iddianın həmin elemetlərini dəyişmək hüququna malik deyil. İddianın əsasını iddiaçının cavabdehə qarşı öz tələblərini əsaslandırmaq üçün irəli sürdüyü hallar, yəni tərəflər arasındakı maddi-hüquqi münasibətlərin yaranması, dəyişməsi və xitamının bağlı olduğu hüquqi faktlar təşkil edir. İddianın əsasının dəyişdirilməsi iddia tələbini təsdiq edən yeni hallara istinad edilməsində və ya ilkin əsasların bəzilərinin aradan qaldırılmasında ifadə oluna bilər. İddiaçının əvvəl irəli sürdüyü hüquqi faktların məzmununu dəqiqləşdirməsi və ya onları konkretləşdirməsi iddianın əsasının dəyişdirilməsi kimi qəbul edilə bilməz. İddianın əsasının dəyişdirilməsi o, zaman mövcud olur ki, maddi hüquq münasibətinin əsasını təşkil edən yeni hüquqi faktlar təqdim edilsin və ya həmin faktlar başqası ilə əvəz olunsun. Həmçinin, prosessual qanunverciliyə görə iddiaçı nəinki iddianın əsasını, həm də onun predmetini, yəni cavabdehə qarşı irəli sürdüyü tələbi (müdafiə etdiyi hüququnu və ya mənafeyini) dəyişdirə bilər. Hətta işə baxılması gedişində belə iddia tələbini yenisi ilə əvəz edə bilər. İddianın predmetinin dəyişdirilməsi zamanı iddia tələbinin mahiyyəti də dəyişdirilir. MPM-nin 53-cü maddəsinin tələblərinə görə iddiaçı, iddia tələbinin ünsürlərindən yalnız birini, yəni iddia tələbinin əsasını və ya predmetini dəyişməyə haqlıdır. Hər iki ünsürün, yəni həm idd ianın predmetinin, həm də əsasının dəyişməsi yeni iddia tələbi hesab olunur. Hazırki halda iddiaçı məhkəməyə əvvəl “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” barədə tələblə müraciət edib, sonradan isə yazılı ərizə verərək “bağışlama müqaviləsinin ləğv edilməsini” tələb etməklə iddiasını dəyişdirib. Göründüyü kimi iddiaçı, sonradan verdiyi ərizəsində əslində iddianın əsasını deyil, predmetini dəyişdirib, həm əvvəl, həm də sonradan verilmiş ərizədə iddianın əsasını “ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin yerinə yetirilməməsi” təşkil etmişdir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi, iddiaçının həm iddianın əsasını, həm də predmetini dəyişməklə əslində yeni tələb irəli sürməsi, bunun isə MPM-nin 53-cü maddəsinin tələblərinə görə yolverilməz olması barədə apelyasiya i nstansiyası məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir və belə qənaətə gəlir ki, apelyasiya icraatı mərhələsində öz təşəbbüsü ilə iddia tələbini dəyişib iddiaçının verdiyi tələb üzrə qətnamə çıxarmamaqla apelyasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini pozmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmədə mülki iş yalnız iddiaçının iddia ərizəsi əsasında başlandığı və iddianın dəyişdirilməsi səlahiyyəti müstəsna olaraq iddiaçıya məxsus olduğu üçün prosessual qanunvericilik, bir qayda olaraq qətnamə qəbul edilərkən məhkəmənin öz təşəbbüsü ilə iddia tələblərindən kənara çıxmasını qadağan edir (MPM-nin 5.1, 53, 218.3-cü maddələri). Digər tərəfdən, mülki qanunverciliyə görə əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə s əbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblərə cavab verdiyi hallarda etibarlı ola bilər. Sivilistika doktrinasında əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalı), əqdin məzmununa aid olunan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidir), əqdin formasına aid edilən şərt (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtl ərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və iştirakıçıları üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Mülki Məcəllənin 324.1-ci maddəsi əqdin ümumi anlayışını verir. Həmin maddəyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin anlayışından da göründüyü kimi, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. İradə insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq qabiliyyətində özünü göstərən insan psixikasının xüsusiyyətidir. İnsanın daxili aləmində əmələ gəlmiş istəyə əsaslanan iradə həmin istəyin gerçəkləşdirilməsi üçün ifadə edilməlidir. Mülki hüquq münasibətlərini n əmələ gəlməsi, dəyişdirilməsi və xitamı üçün bir tərəfin iradə ifadəsi yetərli olduqda birtərəfli əqdlər, iki tərəfin iradə ifadəsi tələb olunduqda ikitərəfli əqdlər, ikidən çox tərəfin iradə ifadəsi zəruri olduqda isə çoxtərəfli əqdlər meydana gəlir. Əqdin etibarsızlığı dedikdə- Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddənin mənasına görə əqd o hald a yalan əqd kimi qiymətləndirilə bilər ki, o başqa əqdi pərdələmək mənqsədi ilə bağlanmış olsun. Hazırki halda sözügedən bağaşlama müqaviləsinin tərəflər arasında olan hər hansı münasibətləri pərdələmək məqsədi ilə bağlanması mülki iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi bağışlama müqaviləsinin yalan əqd olmaqla, əslində başqa əqdi pərdələmək, yəni Cavabdeh1 nikahın pozulması tələbindən imtina etməsi və ailəsini qoruyub saxlaması şərti ilə iddiaçının mənzilin 2/3 hissəsini ona bağışlaması qənaətinə gəlsə də, gəldiyi nəticəni sadalanan maddələrin tələbləri baxımından kifayət qədər əsaslandırmayıb. Belə ki, əvvəla işdən görünür ki, tərəflərin ər-arvad münasibətləri faktiki olaraq uzun müddətdir ki, pozulub və hətta “nikahın pozulması tələbinə dair” mülki işə b axılarkən məhkəmənin qərardadı ilə xx xxxxxx 2018-ci il tarixdə tərəflərə barışıq üçün üç ay vaxt verilməklə işə baxılması təxirə salınsa da, Cavabdeh1 bu müddət ərzində nəinki nikahın pozulması tələbindən imtina edib, əksinə nikahın pozulmasını israrla tələb etdiyindən Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilərək, onlar arasında bağlanmış nikah pozulub. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi sözügedən bağışlama müqaviləsini yalan əqd hesab etsə də, onun mahiyyətini nəzərə almaqla, tərəflərin həmin müqaviləni bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları tətbiq etməməklə də qeyd olunan maddənin tələblərini pozub. Halbuki, Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə yalan əqdə onun mahiyyəti nəzə rə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq etməlidir. Daha sonra, Mülki Məcəllənin 666.1-ci maddəsində göstərilir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddənin mənasına görə bağışlama müqaviləsi üçün xarakterik cəhət onun əvəzsiz olmasıdır və bu zaman vadaredici səbəblər, bağışlamanın motivləri müqavilənin özü üçün əhəmiyyət kəsb etmir. Bağışlama müqa viləsi o, halda şərtlə bağlanmış sayıla bilər ki, belə bir şərt müqavilədə nəzərdə tutulmuş olsun. Belə şərtin nəzərdə tutulmadığı müqavilə hədiyyə alan üçün hədiyyə verən qarşısında hər hansı vəzifə yaratmır, çünki bu halda bağışlama müqaviləsi özünün birtərəfli xarakterini itirər. Əqdin şərtlə bağlanması isə Mülki Məcəllənin 328-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin mənasına görə əqdin şərtlə bağlanmış əqd kimi tanınması üçün onun iştirakçıları arasında bağlanmış müqavilədə həmin şərtlərin qeyd olunması zəruridir. Həmin hal mühüm əhəmiyyət kəsb edir. Tərəflər üçün belə əqd üzrə hüquqi nəticələr yalnız həmin şərtlərin yerinə yetirildiyi hallarda yarana bilər. Hazırda mübahisələndirilən bağışlama müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi baş verib-verməyəcəyi məl um olmayan hər hansı haldan asılı edilməyib, bir sözlə bağışlama müqaviləsinin hər hansı, o cümlədən Cavabdeh1 nikahın pozulması tələbindən imtina etməsi və ailəsini qoruyub saxlaması şərti ilə bağlanmış sayılması mülki iş materialları ilə istisna olunur. Kasasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, iddiaçının mənzilin 2/3 hissəsini cavabdehə bağışlamaqla əslində özünə aid olmayan əmlak üzərində sərəncam verməsi, payını müəyyən etmədən mənzilin 2/3 hissəsini cavabdehə bağışlamaqla onun mülki qanunvericiliyin tələblərini pozması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni də əsaslı saymaq olmaz. Çünki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələblərinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsində göstərilir ki, ümumi əmlakın bölünməsi zamanı ərarvadın bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Məcəllənin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyənləşdirilə bilər. Apelyasiya instansiyası məhkəməsi mübahisəli mənzilin birgə nikah müddətində əldə edilməklə tərəflərin ümumi birgə mülkiyyəti sayılmasına, məhz birgə mülkiyyət iştirakçıları sayılan tərəflərin qarşılıqlı razılaşmasına, yəni notarial qaydada bağlanmış bağışlama müqaviləsinə əsasən həmin mənzilə onların paylı mülkiyyətnin müəyyənləşdirilməsinə əhəmiyyət vermədən, işin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Kasasiya in stansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələ blərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 xxx kasasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-12958/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2641/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2641/2020
25.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver