Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2642/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx" MMC-nə Maraqlı şəxsnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC) qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.11.2019-cu il tarixli 2(103)13788/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” MMC-nə və Maraqlı şəxsnə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 28.12.2018-ci il tarixli 557 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Solmaz Ədilova) 2(005)-2238/2019 saylı, 10 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İkram Şirinov-sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) 27 noyabr 2019-cu il tarixli 2(103)-13788/ 2019 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2238/2019 saylı, 10 sentyabr 2019-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.11.2019-cu il tarixli 2(103)-13788/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin mübahisəni həll edərkən gəldiyi nəticə qanuni və əsaslı deyildir, maddi və prosessua l hüquq normaları pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən səhvə yol verilmişdir. Belə ki, apellyasiya məhkəməsi iddianın təmin olunmamasını onunla əsaslandırır ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılaraq birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslıdır. Məhkəmə işi ədalətli araşdırmamışdır, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Apellyasiya məhkəməsi sübutlara düzgün qiymət verməyərək AR MM-nin 88-ci maddəsinin tələblərinə riayyət etməmişdir. MPM-nin 217.3-cü bəndinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, nəticədə maddi və prosessual hüquq normalarını pozmuşdur. MPM-nin 9-cu maddəsi ilə müəyyən olunan ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi prinsipini pozmuş, qanunvericiliyin tələblərinə əməl etməyərək iddiaçının hüquq və mənafelərinə toxunan qətnamə çıxarılmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” ASC-nin nümayəndəsi X4 məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən m əhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 7, 8-ci maddələrinə istinad etməklə işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, İddiaçı mülkiyyətində olan Goranboy rayonu R.Əliyev küçəsində 11 fərdi yaşayış evinin 0,06 ha torpaq sahəsi ilə birlikdə “xxxx” MMC tərəfindən 55.000 manata qiymətləndirilərkən həmin daşınmaz əmlakın bütün konstruktiv elementləri, təmir şəraiti, yerləşdiyi yer tam olar aq nəzərə alınmış, onların dəyəri qiymətləndirmənin keçirildiyi tarixdə təşəkkül tapmış bazar qiymətlərinə uyğun müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün əsaslı və qanunidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Goranboy Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək cavabdeh İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 16 mart 2015-ci il tarixli 026İAMR170315/01 saylı Kredit müqaviləsinin ləğv olunması, cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə 16 mart 2015-ci il tarixli 026İAMR170315/01 saylı kredit müqaviləsi üzrə 19628.05 ABŞ dolları əsas kredit borcu, 1725.36 ABŞ dolları faiz borcu, 801.21 ABŞ dolları penya borcu, cəmi 22154 ABŞ dolları, həmçinin AR ƏMDKY DƏDRX-nə ödənilən ipoteka predmetinə tutmanın yönəldilməsinə dair məktubun qeydə alınması üçün 32 manatın tutulması, cavabdeh İddiaçı məxsus, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, 0.06 ha torpaq sahəsi ilə birlikdə tutmanın yönəldilməsi, açıq hərrac vasitəsi ilə satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, satışdan əldə olunan vəsait hesabına “xxxx” ASC-yə olan kredit borcu, kreditdən istifadəyə görə faizlər, öhdəliklərin lazımi qaydada icra olunmamasına görə penya, dövlət rüsumu, satışdan əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda qətnamənin qalan hissədə cavabdeh İddiaçı ümumi qaydada tutulması, cavabdeh İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildə (evdə) olan, İddiaçı, X5 və X1 mülkiyyət hüquqlarına, həmin mənzildən istifadə edən şəxslərin isə sahiblik və istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması qət olunmuş, qarşılıqlı iddia təmin edilməmişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli qətnaməsi İddiaçı münasibətdə kredit borcu, faiz borcu və penya borcu tutulması hissəsində dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25.04.2017-ci il tarixli, 2(102)2773/17 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2016-cı il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışd ır İşin materiallarından görünür ki, qətnamə icraya yönəldikdən sonra Maraqlı şəxs sifarişi ilə “xxxx” MMC tərəfindən cavabdeh İddiaçı məxsus, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, 0.06 ha torpaq sahəsinin qiymətləndirilməsi həyata keçirilmiş və 28 dekabr 2018-ci il tarixli 557 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən sözügedən yaşayış evinin 0,06 ha torpaq sahəsi ilə birlikdə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 55 000 manat təşkil etməsi göstərilmişdir. İşin materiallarında olan “xxxx” MMC-nin 21.08.2019-cu il tarixli, 10-052/19 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, İddiaçı mülkiyyətində olan Goranboy rayonu R.Əliyev küçəsində 11 fərdi yaşayış evinin 0,06 ha torpaq sahəsi ilə birlikdə 19.0 8.2019-cu il tarixə qiyməti 55 000 manat təşkil edir. Əmlakın qiymətləndirilməsi aparılarkən əlavə tikililər nəzərə alınmışdır. İddiaçı hazırki tələbində “xxxx” ilə aralarında bağlanmış 16 mart 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya yalnız ev qoyulmuş, həyətyanı torpaq sahəsi ipoteka predmeti olmamış və evin qiyməti həmin ilin məzənnəsinə uyğun olaraq (1 ABŞ dolları=1.05 manat) 80.000 dollar, yəni 84.000 manata qiymətləndirildiyindən və hazırki il üçün məzənnənin 1 ABŞ dolları =1.7 manat olmasına və əslində, həmin məbləğin 136.000 manat hesablanmalı olmalı olmasına baxmayaraq, cavabdehin evin qiymətini əsassız olaraq 55.000 manat dəyərində müəyyən etməsinin qanuniliyini mübahisələndirmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü ma ddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Göstərilən Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən qiymətləndirilməsini təyin etmək hü ququ vardır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, qeyd edilən daşınmaz əmlak cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC tərəfindən qiymətləndirilərkən, bu zaman həmin daşınmaz əmlakın bütün konstruktiv elementləri, təmir şəraiti, yerləşdiyi yer tam olaraq nəzərə alınmış, onların dəyəri qiymətləndirmənin keçirildiyi tarixdə təşəkkül tapmış bazar qiymətlərinə uyğun müəyyən edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək həmçinin apellyasiya instansiyası məhkəməsinin iddiaçı tərəfindən həmin ekspert rəyini şübhə altına sala biləcək əsaslı sübutlar və iddiaçı tərəfindən iddia ərizəsində həmin d aşınmaz əmlakın qiymətinin daha yüksək olmasını sübut edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsinə dair dəlilin əsassız olmasına dair qənaəti ilə də razılaşır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olduğu üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, onlar əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilmə məli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.11.2019-cu il tarixli 2(103)13788/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2642/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2642/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver