Məhkəmə qərarları › İş №2(102)-265/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-265/2024

16.01.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-265/2024 16.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqının gecikdirilməsi ilə əlaqədar ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə (MMC-yə) qarşı əmək haqqı və onun gecikdirilməsi ilə əlaqədar ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 may 2023-cü il tarixli, 2(106)-55/2023 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şika yətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2020-xx.xx.2021-ci illərdə Cavabdeh MMC-də qiymətləndiriciekspert vəzifəsində işləmişdir. Əmək müqaviləsində onun əmək haqqı 855 manat müəyyən edilmişdir.

2. Cavabdeh müəssisə Salyan şəhəri, T.Davudzadə küçəsi 116-da vergi ödəyicisi kimi qeydiyyatda olmaqla təşkilati-hüquqi formasına görə məhdud məsuliyyətli cəmiyyətdir. 3. "xxxx" ASC-nin müştəri İddiaçı hesabından verdiyi çıxarışda İddiaçı fevral, mart, aprel və may ayları üçün əmək haqqı olaraq 3116,92 manat pulu xx.xx.2020-ci ildə alması əksini tapmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh MMC-nə (bundan sonra - cava bdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş əmək haqqı qismində 4674 manat pulun və həmin məbləğin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar iddianın məhkəməyə verildiyi günə qədər olan dövr üçün gündəlik 1 faiz olmaqla 10179,99 manat vəsaitin, habelə işdən azad olunduğu vaxt əmək haqqının iki misli miqdarında 1558 manatın, ümumilikdə 16411,99 manatın tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən xitam verilib. İşdən çıxarkən iddiaçıya əmək kitabçası verilməmiş, son haqq-hesab ödənilməmişdir. İddiaçının əmək haqqı 855 manat olmuş, işlədiyi dövr ərzində 2020-ci ilin iyun, iyul, avqust, oktyabr, noyabr və de kabr ayları üçün əmək haqqı ödənilməmişdir. 6 aylıq əmək haqqı 4674 manat təşkil edir. 2020ci ilin fevral, mart, aprel və may aylarının əmək haqqı sentyabr ayında ona ödənilmişdir. Əmək haqqını gecikdirdiyinə görə işəgötürən işçiyə hər gecikdirilən iş günü üçün azı bir faiz ödəniş etməlidir. Ona görə də 2020-ci ilin iyun, iyul, avqust, oktyabr, noyabr və dekabr ayları üçün əmək haqqı gecikdirildiyinə görə iddiaçıya 7383,38 manat, 2020-ci ilin fevral, mart, aprel və may ayları üçün əmək haqqı gecikdirilməklə xx.xx.2020-ci ildə verildiyi üçün 2796,61 manat ödənc verilməlidir. Eyni zamanda işəgötürən tərəfindən iki aylıq əmək haqqı ödənilməmişdir. İddiaçı tələbinin yerinə yetirilməsi məqsədi ilə dəfələrlə cavabdehə müraciət etmiş, lakin sonuncu pulu verməkdən imtina etmişdir.

6. Cavabdehin nü mayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.

7. Salyan Rayon Мəhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Səmədov) iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 6 aylıq ödənilməmiş əmək haqqına görə 4674 manatın və əmək haqqının ödənilməsinin gecikdirilməsi ilə əlaqədar iddia ərizəsinin məhkəməyə verildiyi günə qədər olan dövr üçün gündəlik 1 faiz olmaqla 10.179,99 manatın Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində 2020-ci ilin iyun, iyul, avqust, oktyabr, noyabr və dekabr ayları üçün əmək haqqı ödənilməmişdir. 6 aylıq əmək haqqısı 4674 manat təşkil edir. 2020-ci ilin fevral, mart, aprel və may aylarının əmə k haqqısı xx.xx.2020-ci ildən ona ödənilmişdir. Əmək haqqının gecikdirdiyinə görə işəgötürən işçiyə hər gecikdirilən iş günü üçün azı bir faiz olaraq 2020-ci ilin iyun, iyul, avqust, oktyabr, noyabr və dekabr ayları üçün 7383,38 manat ödəniş etməlidir. 2020-ci ilin fevral, mart, aprel və may ayları üçün isə 2796,61 manat ödəniş edilməlidir.

9. Məhkəmə hesab etmişdir ki, qalan hissədə iddia təmin olunmamalıdır.

10. Məhkəmə həmin nəticəyə gələrkən Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74, 75, 83, 84, 172, 195.1 264 296-cı maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş dir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətdə göstərilir ki, əvvəlcə xüsusi karantin rejimi ilə əlaqədar müəssisə fəaliyyət göstərməmişdir. Buna görə də həmin dövrdə nə iddiaçı əmək haqqı tələb edə, nə də cavabdeh əmək haqqını ödəyə bilərdi. Həmçinin cavabdehin fəaliyyətinə icazə verildikdən sonra da, iddiaçı iş yerinə gəlməmiş, özünün əmək funksiyalarını yerinə-yetirməmiş və bu səbəbdən də ona əmək haqqı ödənilməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı məhz vaxtamuzd işçi olmuşdur və qanunvericiliyə əsasən işçiyə müxtəlif işlər, vəzifələr, peşələr və ya ixtisas dərəcələri üzrə əmək vəzifələrini yerinə-yetirdikdə tarif (vəzifə) maaşları ödənilir və ə mək haqqına əlavə edilir. Göründüyü kimi, qanunvericilikdə vaxtamuzd işçinin əmək haqqının ödənilməsi şərt olaraq əmək müqaviləsinin qeydiyyatı ilə bağlı portalda qeydiyyatda olması deyil, əmək müqaviləsində müəyyən edildiyi kimi, işçinin iş yerində olması və onun özünün əmək funksiyalarını yerinə yetirməsidir.

13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-55/2023 saylı, 30 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - İ.Əsədov (sədrlik edən və məruzəçi), İ.Mayılov və T.Heydərov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh tərəf izahatında iddia edilən əmək haqqı məbləğinin ödənilmədiyini inkar etmə mişdir. Cavabdeh əmək haqqının ödənilməməsinin ondan asılı olmayan səbəbdən olduğunu bildirmişdir. Cavabdehin bildirdiyinə görə məlum pandemiya müddətində müəssisə işləməmişdir. Lakin izahatlardan və təqdim edilmiş materiallardan müəyyən edilir ki, 2020-ci ilin fevral, mart, aprel və may aylarının əmək haqqı xx.xx.2020-ci ildə İddiaçı ödənilmiş, 2020-ci ilin iyun, iyul, avqust, oktyabr, noyabr və dekabr ayları üçün əmək haqqı ödənilməmişdir. İddiaçının izahatından və təqdim edilmiş sənədlərdən görünür ki, ödənilməyən 6 aylıq əmək haqqı 4674 manat təşkil edir.

15. İddia edilir ki, əmək haqqını gecikdirdiyinə görə işəgötürən iddiaçıya 2020-ci ilin iyun, iyul, avqust, oktyabr, noyabr və dekabr ayları üçün 7383,38 manat ödəniş etməlidir. 2020-ci ilin fevral, mart, aprel və may ayları üçün isə gecikdirildiyinə görə 2796,61 manat ödəniş edilməlidir. Birinci instansiya məhkəməsi cavabdeh təşkilatdan 14853,99 manat pulun alınıb iddiaçıya verilməsini əsaslı hesab etmişdir.

16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş üzrə iddiaçının tələb etdiyi ödənişlərin hesablanması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertiza keçirilməsi məqsədilə əlavə materialların təqdim edilməsi üçün Məhkəmə Ekspertiza Mərkəzindən bir neçə dəfə vəsatət verilmiş, zəruri materialların ekspertə təqdim edilməsi MMC-yə həvalə edilmişdir. Bu barədə ekspertə həm yazılı (xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə), həm də şifahi göstəriş verilmişdir. MMC tərəfindən zəruri sənədlərin təqdim edilməsi təmin edilmədiyindən ekspert rəy verməkdən imtina etmiş və işi qaytarmışdır. B əzi müvafiq sənədlər ekspertə təqdim edilməsinə baxmayaraq, ekspert həmin sənədlərin rəy verilməsi üçün kifayət etməməsinə əsaslanaraq rəy verməkdən imtina etmişdir. Ekspert rəyinin verilməsindən imtinanın səbəbi ekspertə müvafiq sənədlərin cavabdeh tərəfindən təqdim edilməməsidir. Azərbaycan Respublikasının MPMnin 97.5-ci maddəsinə əsasən müvafiq ekspertizanın keçirilməsi üçün ekspert tərəfindən tələb olunan zəruri sənədlərin təqdim olunması üçün məsuliyyət cavabdeh MMC-nin üzərindədir. Cavabdeh ekspert tərəfindən dəfələrlə tələb olunan materialları təqdim etmədiyindən kollegiya bunu ekspertizanın keçirilməsindən cavabdehin imtinası, yaxud buna mane olma kimi qiymətləndirir və hesab edir ki, bu, iddiaçının tələbinin təsdiq olunması üçün əsas verir. Kassasiya şikayətinin və ona qarşı eti razın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Xüsusi karantin rejimi ilə əlaqədar müəssisə fəaliyyət göstərməmişdir. Buna görə də həmin dövrdə nə iddiaçı əmək haqqı tələb edə, nə də cavabdeh əmək haqqını ödəyə bilərdi. Həmçinin cavabdehin fəaliyyətinə icazə verildikdən sonra da, iddiaçı iş yerinə gəlməmiş, özünün əmək funksiyalarını yerinə-yetirməmiş və bu səbəbdən də ona əmək haqqı ödənilməmişdir. Məhkəmə cavabdehin iddiaçıya görə əmək haqqı ilə bağlı ver gi və sosial orqanlara ödədiyi vergi və sosial ödənişləri cavabdehdən təkrar tutaraq, qanunvericilikdə müəyyən edilmiş və büdcəyə ödənilməli olan vəsaiti, heç bir icbari ödənişlər üzrə tutma nəzərdə tutmadan iddiaçıya ödənilməsini nəzərdə tutan məhkəmə aktı qəbul etmişdir. Halbuki, təqdim edilmiş sənədlər əsasında 2020-ci ilin iyun, iyul, avqust, oktyabr, noyabr, dekabr ayları üçün ödənilməyən əmək haqqı və gecikdirməyə görə faiz məbləğinin hesablanması, eləcə də 2020-ci ilin fevral-may ayları üçün gecikdirilməyə görə faizlərin hesablanması məqsədilə apellyasiya baxışında məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertiza keçirilməsi məqsədilə əlavə materialların təqdim edilməsi üçün Məhkəmə Ekspertiza Mərkəzi ekspert rəyi verməkdən imtina etmiş və işi qaytarmışdır. Məhkəmə eks pert rəyi əsasında nəticəyə gəlməli olduğu halda, ekspert rəyi olmadan qərar çıxarmışdır. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi maddi normanı tətbiq edərkən, pozuntuya yol vermiş, apellyasiya şikayətində olan dəlillərə münasibət bildirməmiş, iş materiallarını araşdırmamış, ziddiyyət təşkil edən sübutlara münasibət bildirməmişdir. Xüsusi əhəmiyyət kəsb edən məsələlərə münasibət bildirilməsi üçün iş Məhkəmə Ekspertiza Mərkəzinə təkrar geri qaytarılması təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyası Maddə

35. Əmək hüququ Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdird iyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə

3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar

16. Fərdi əmək mübahisəsi - əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır. Maddə

2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri

3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin:... mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsas lanır. Maddə

9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır:... d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq;... Maddə

12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək;... Maddə

54. Əmək şəraitinin təmin edilməsi

1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir:... əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi;... Maddə

154. Əmək haqqı

1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqavi ləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə

156. Əməyinin ödənilməsi və onun dərəcələrinin müəyyən edilməsi

1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Maddə

169. Boşdayanma vaxtı əməyin ödənilməsi

1. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Maddə

172. Əmək haqqının verilməsi müddətləri

1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir....

4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkan ı olmadığı hallara şamil edilmir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamas ına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

23. Qa nunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tə nzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Baxılan iddia tələbi işçinin əmək haqqının ödənilməsi və gecikdirildiyinə görə ədəncin verilməsi barədədir və iddia tələbi Əmək Məcəlləsinin 9-cu maddəsinin d) bəndi, 54 və 172-ci maddələrinin müddəaları əsasında həll olunmalıdır.

27. Konstitusiyada bəyan edilərək təminat verilmiş əmək hüququ və istirahət hüququnun tərkib elementləri kimi əmək haqqı almaq və məzuniyyət hüququnun reallaşdırılması qaydaları Əmək Məcəlləsi ilə tənzimlənmişdir. Həmin Məcəllədə əmək haq qının on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməsi nəzərdə tutulmuşdur. Əmək haqqının verilməməsi yolverilməzdir.

28. Eyni zamanda Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

29. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023cü il tarixli qərarında göstərmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq v ə mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.

30. Adı çəkilən qərarda həm də qeyd olunmuşdur ki, şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur.

31. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır.

32. Əmək Məcəlləsinin 172-ci maddəsinin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötür ənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir.

33. Göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir.

34. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu müddəalar əsasında təhlil edərək, iddia tələbinin təmin olunması barədə nəticəyə gəlmişdir.

35. Cavabdeh kassasiya şikayətində iddiaçının əmək haqqının ödənilməsini tələb etdiyi dövrlərdə işə çıxmadığını, həmin dövrdə pandemiya ilə bağlı müəssisənin işləmədiyini bildirmişdir.

36. Əslində cavabdeh bu dəlilləri birinci instansiya məhkəməsində irəli sürməm iş, apelyasiya şikayətində bildirməsinə baxmayaraq, bununla bağlı sübutları (tabel jurnalını (kitabını), digər işçilərin siyahısını, həmin işçilərə əmək haqqının ödənilmədiyinə dair sənədləri və s.) təqdim etməmişdir. Cavabdehin işə davamiyyəti barədə təqdim etdiyi məlumat cədvəli özü tərəfindən tərtib olunub. Cavabdehin bildirdiyi kimi iddiaçı aylarla işə gəlməmişdirsə, onunla əmək müqaviləsinə xitam verməməsinin səbəbi aydın deyil, bu səbəbdən iddiaçının əmək haqqını tələb etdiyi aylarda işə çıxmadığı barədə dəlil ağlabatan sayılmamışdır.

37. Apelyasiya instansiyası məhkəməsi cavabdehin pandemiya ilə dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh etirazını məlum pandemiya ilə əlaqədar müəssisənin işləməməsi ilə əlaqələndirsə də, kollegiya bu halı iddianın təmin edilməsində n imtina üçün əsas hesab etmir.

38. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşır. Çünki Əmək Məcəlləsinin 169-cu maddəsində boşdayanma müddəti üçün əmək haqqının ödənilməsinin əsasları müəyyən olunur. Həmin normanın birinci hissəsinin məzmunundan irəli gələn əməyin ödənilməsini şərtləndirən “boşdayanma vaxtı”nın mənası – işçinin təqsiri olmadan əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirə bilməməsini ehtiva edir. Yəni bu normada işçinin təqsiri olmadığı halda, boşdayanma müddəti üçün əmək haqqının ödənilməsi işəgötürənin təqsirli olub-olmamasından asılı edilməmişdir. Sözügedən normanın ikinci hissəsində boşdayanma üçün əmək haqqının ödənilməməsi üçün müəyyən olunan yeganə əsas işçinin təqsiri üzündən əmək funksiyası üzrə öhdəliklərin yerinə yetirilm əməsidir.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 nömrəli qərarı ilə Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi tətbiq edilmiş və həmin qərarla iri ticarət obyektlərinin fəaliyyətinə, o cümlədən orada yerləşən obyektlərin fəaliyyətinə məhdudiyyət tətbiq edilmişdir. Həmin qərarın 1.4-cü bəndi ilə eyni zamanda fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilmişdir.

40. Bundan başqa, cavabdeh pandemiya dövründə müəssisənin işləmədiyi barədə dəlil irəli sürməsinə baxmayaraq, iddiaçının təqdim etdiyi "xxxx" ASC-nin m üştəri İddiaçı hesabından verilmiş çıxarışla müəyyən olunmuşdur ki, iddiaçıya 2020-ci ilin fevral, mart, aprel və may ayları üçün əmək haqqı hesablanmış və həmin aylar üzrə 3116,92 manat pulu cəm halda xx.xx.2020-ci ildə iddiaçıya ödənilmişdir (hesabına daxil olmuşdur).

41. Apelyasiya instansiyası məhkəməsi də buna istinadən haqlı olaraq cavabdehin pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətlər səbəbindən müəssisənin işləmədiyi barədə dəlillərini qəbul etməmişdir (14-cü paraqraf).

42. Məhkəmə kollegiyası göstərir ki, işəgötürən tərəfindən iddiaçının əmək hüququ pozulmuşdur. Çünki pandemiya ilə əlaqədar karantin tədbirlərinin tətbiq olunması səbəbindən boşdayanma, iddaçıya əmək haqqının ödənlməməsinə əsas vermir. Nazirlər Kabinetinin qərarlarında bu barədə müddəa yoxdur.

43. Baxılan mübah isənin həllində əmək haqqı ilə bağlı məhdudlaşdlrıcı norma kimi yalnız Əmək Məcəlləsinin 169-cu maddəsinə istinad oluna bilər. Həmin normaya görə işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Lakin pandemiya dövründə iddiaçının işə çıxmamaması müəyyən edilməmişdir.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

45. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdı rma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 may 2023-cü il tarixli, 2(106)-55/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar