Məhkəmə qərarları › İş №2(102)-2651/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2651/2023

19.06.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2651/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya” X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: icraata xitam; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Ba zarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya” X2rşı “əmək haqqının və son haqq-hesabın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2860/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) 16 oktyabr 2013-cü il tarixdən 30 mart 2020-ci il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müxtəlif vəzifələrdə işləmişdir.

2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə iddiaçı arasında bağlanmış 30 mart 2020-ci il tarixli əmə k müqaviləsinə əsasən iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X3 (bundan sonra – cavabdeh və ya Observatoriya ) “Əmək bazarının monitorinqi və təhlili” şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır.

3. Cavabdehin 30 iyun 2020-ci il tarixli əmri ilə iddiaçı Azərbaycan Respublikasını Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) tutduğu vəzifədən azad edilmişdir.

4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(001)1734/2021 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “işə bərpa, məcburi işburaxma müddətin ə görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi, habelə qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin ödənilməsi” tələblərinə dair iddiası təmin edilməmişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 may 2022-ci il tarixli, 2(103)-3822/2022 saylı qətnaməsi ilə qətnamə ləğv edilmiş, iddia qismən - iddiaçının Observatoriyada əvvəlki vəzifəsinə - “Əmək bazarının monitorinqi və təhlili” şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsində təmin edilmiş, iddianın qalan hissəsi təmin olunmamışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2022ci il tarixli, 2(102)-4455/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 may 2022-ci il tarixli, 2(103)-3822/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.500 manat verilməyən əmək haqqının və 123,25 manat son haqq-hesabın verilməyən hissəsini ümumilikdə 1.623,25 manat və mediasiya üçün ödəmiş olduğu 52 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)4455/2022 nömrəli 24 oktyabr 2022-ci il tarixli qərarının “işə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat” bölməsinin 14-cü bəndində qeyd edilmişdir ki, həmçinin hazırkı işə əlavə olunan “əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında” cədvələ əsasən işə götürən əmək haqqı ödəməsində də qanunsuzluğa yol vermiş, ödənişlərin bir qismini etmədən, sadəcə formal kağız üzərində əmək haqqı müəyyən etmişdir. Bu isə, hüquqların əlavə olaraq kobud pozuntusudur. Həmin bölmənin 23-cü bəndində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi onu da vurğulayıb ki, iddiaçı əmək müqaviləsi üzrə işlədiyi müddət ərzində əmək haqqının ona ödənilməməsini və ya natamam ödənilməsini iddia edirsə, o, işlədiyi müddət üçün ödənilməmiş və ya natamam ödənilmiş əmək haqqının cavabdehdən tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər. O, 2022-ci ilin yanvar ayında Observator iyaya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Hakim iş materiallarını araşdıraraq hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla mübahisə olduğundan hazırkı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçı hesab edir ki, Observatoriya tərəfindən əmək haqqının natamam ödənilməsi, son haqq-hesabın düzgün hesablanmaması və gecikdirilməsi ilə bağlı iddia tələbi keçirilən məhkəmə proseslərində mübahisələndirilmədiyinə görə cavabdehə qarşı “pul” tələbinə dair iddia ərizəsinə yenidən baxılmalıdır. Cavabdeh onu işə cəlb edib, əmək haqqını ödəmədiyinə görə maddi məsuliyyətə cəlb edilməli, ödənilməmiş əmək haqqı birdəfəlik ödəniş formasında cavabdeh orqandan tutulmalı və ona ödənilməlidir. Ca vabdeh tərəfindən 2020-ci ilin aprel, may və iyun ayları üzrə hər ay 500 manat olmaqla cəmi 1500 manat əmək haqqı ona ödənilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin məhkəmə iclasında Observatoriyanın nümayəndəsi bildirmişdir ki, əmək müqaviləsi bildirişində əmək haqqı 1000 manat olmağına baxmayaraq, əmək haqqı 500 manat vəzifə maaşından, 500 manat mükafat hissəsindən ibarətdir. Ona əmək haqqının vəzifə maaşı verilmişdir. 500 manat mükafat hissəsi verilməmişdir. Observatoriyanın da büdcəsinin maliyyələşməsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən təmin edildiyinə görə, Observatoriyanın büdcə vəsaiti dövlət vəsaiti hesab olunur. Ona görə də, Observatoriyanın işçilərinin vəzifə maaşına aylıq mükafat əlavə edilə bilməz. Bununla da sübut olunur ki, əmək müqaviləsi bildirişində onun əmək haqqı vəzifə maaşından ştat cədvəlinə uyğun olaraq 1000 manatdır. Lakin Observatoriyanın rəhbərliyi tərəfindən Observatoriyada işlədiyi 3 ay müddətində əmək haqqı və son haqq-hesabı kəsirlə verilmişdir. Əmək haqqı və son haqq-hesabı hesablanaraq ona ödənilməlidir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1185/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən ödənilməmiş əmək haqqına görə 1.058,15 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, cavabdehdən 34 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2860/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(001)- 1185/2023 saylı qətnaməsi ləğv edilmiş və işin icraatına xitam verilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 261.0.2-ci maddəsinə istinadla hesab etmişdir ki, iddiaçının hazırkı tələbi daha əvvəl baxılmış iddia tələbinə daxil olan tələblərdən biridir. Həmin iddia tələbinə isə artıq baxılmışdır və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud dur. Belə ki, iddiaçı daha əvvəl cavabdehə qarşı “işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi, habelə qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin ödənilməsi tələbinə dair” iddia qaldırmış və həmin tələbində əmək haqqı ilə əlaqədar “iddianın əsaslandırılması haqqında” cədvələ əsasən 9.338,4 manat maddi və mənəvi ziyanın əvəzi olaraq 5.000 manat, ümumilikdə 14.338,4 manat pulun və qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “İddianın əsaslandırması haqqında” cədvəldən müəyyən edilir ki, iddiaçı həmin iddia tələbində əmək müqaviləsinin şərtində göstərilən əmək haq qı məbləğinin aprel, may və iyun ayları üzrə tam ödənilməməsinə görə hesablanmış məbləği də tələb etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3822/2022 nömrəli 13 may 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının tələbi həmin hissələrdə rədd edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbləri fərqli olduğu halda, hazırkı iş üzrə iddia tələbi ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 may 2022-ci il tarixli, 2(103)-3822 /2022 saylı qətnaməsində mübahisələndirilən iddia tələbini eyniləşdirmişdir. Belə ki, hazırkı iddia tələbi aşağıda göstəriləndir: -Əmək müqaviləsi üzrə iddiaçının işlədiyi müddət ərzində əmək haqqının iddiaçıya natamam ödənilməsi və ödənilməyən hissəsi olan 1500 manat əmək haqqının, 123.25 manat və mediasiya üçün ödənilmiş 52 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 may 2022-ci il tarixli, 2(103)-3822/2022 saylı qətnaməsi ilə mübahisələndirilən iddia tələbi isə aşağıda göstəriləndir: - Observatoriyada “əmək bazarının təhlili və proqnozlaşdırma şöbəsinin mütəxəssisi” vəzifəsinə bərpa edilmə, məcburi işburaxma müddətinə görə əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılma sı haqqında cədvələ əsasən 9338,4 (doqquz min üç yüz otuz səkkiz manat qırx qəpik) maddi və mənəvi ziyanın əvəzi olaraq da 5000 (beş min) manat, ümumilikdə cəmi 14338,4 (on dörd min üç yüz otuz səkkiz manat qırx qəpik) manat pulun və qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin bir faiz hissəsində hesablanacaq cərimənin cavabdehdən tutulması. Həmçinin, Bakı şəhərı Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(001)-1734/2021 saylı qətnaməsində iddia tələbinin “məcburi işburaxma müddətinə görə əmək haqqı 9338,4 manat maddi və mənəvi ziyanın əvəzi olaraq 5000 manat, ümumilikdə 14338.4 (on dörd min üç yüz otuz səkkiz manat qırx qəpik) manat pulun və qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin cavabdehdən tutulm ası” hissələri ilə əlaqədar qeyd edilib ki, iddia tələblərinin bu hissələri törəmə tələblərdir və əmək qanunvericiliyinə istinad edilən normasına əsasən bu tələblərin təmin olunub- olunmaması bilavasitə iddia tələbinin “işə bərpa” hissəsinin təmin olunub-olunmamasından asılıdır və bunu nəzərə alaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbləri bu hissələrdə də təmin edilməməlidir. Göründüyü kimi, məhkəmə mövqeyini əsaslandırarkən iddiaçıya əmək müqaviləsi üzrə əmək haqqının natamam ödənilməsinin müəyyən edilməsi və ödənilməyən hissənin ödənilməsi barədə iddia tələbi ilə gələcəkdə məhkəməyə müraciət etmək hüququnu izah edib. Bu özündə həm də onu ehtiva edir ki, işə baxan məhkəmə iddia tələbinin həmin hissələrinə ümumiyyətlə münasibət bildirməmişdir. Analoji mövqe Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(001)-1734/2021 saylı qətnaməsini ləğv edən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 may 2022-ci il tarixli, 2(103)3822/2022 saylı qətnaməsində də öz əksini tapıb. Belə ki, sözügedən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində maddi və mənəvi zərərin təmin edilməməsinə dair mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Qərarına istinadla əsaslandırılmışdır. Orada isə real zərər, əldən çıxmış fayda və mənəvi zərərlə bağlı müvafiq müddəaların əksini tapdığı hallara şamil olunan zərərdən danışılır ki, məhkəmə də tələbin həmin hissəsi barədə sözügedən Qərarda təsbit olunan zərər olmadığı qənaətinə gəlmişdir. Əgər Bakı Apelly asiya Məhkəməsi 13 may 2022-ci il tarixli, 2(103)-3822/2022 saylı qətnaməsini iddiaçının əmək müqaviləsi üzrə işlədiyi müddət ərzində əmək haqqının ona ödənilməməsinin müəyyən edilməsi və ya natamam hissənin ödənilməsi tələbinə dair qəbul etsəydi, o zaman bu münasibətləri tənzimləyən Əmək Məcəlləsinin 18-ci maddəsinin 2-ci hissəsinə istinad edərdi.

15. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 125-ci maddəsinin Vİİ hissəsi, Əmək Məcəlləsinin 9-cu maddəsinin “q” bəndi, 18-ci maddəsinin 2-ci hissəsi, 288-ci maddəsi, MPM-in 261.0.2-ci maddəsi ilə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

17. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

18. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.

19. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir:...387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa.

20. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Maddə 417.1.3. Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

23. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam y oxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. MPM-in 261.0.2-ci maddəsinə əsasən müvafiq olaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması iş üzrə icraata xitam vermək üçün əsasdır.

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, hazırkı iş üzrə eyni tərəflər arasında eyni predmeti barəsində eyni əsaslarla qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

28. Kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzə rə alınmalıdır ki, iddiaçının istinad etdiyi Bakı şəhərı Binəqədi Rayon Məhkəməsinin 2(001)-1734/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilmiş və həmin qətnamə ilə iddiaçının hazırkı tələbini də ehtiva edən maddi zərər tələbi təmin olunmamış, qətnamə qanuni qüvvəyə minmişdir.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2860/2023 nömrəli mü lki iş üzrə 2 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar