Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2653/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilədən irəli gələn mübahisələr, mənzilin təhvil verilməsi) (Mülki mübahisənin kateqoriyası: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr; mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr; Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi); Mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-ə qarşı “müqavilədən irəli gələn mübahisələr, mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2896/2025 nömrəli, 2025-ci il 26 may tarixli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayətinə dair işə 10 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh1 MTK (Hikmət Yigitdöl şəxsində) və X10 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləsinə əsasən, həmin müqavilənin 1.3-ci bəndinə görə “Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərancamına əsasən Cavabdeh1 MT K Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 və A2 bloklarının orta hissəsində 4-cü mərtəbəsində liftin sol tərəfində yerləşən 12*25=300 m2 təşkil edən 21 və 22 nömrəli ofislər “Kooperativ” “Payçı”a (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. 2. xx.xx.2007-ci il tarixli Maliyyə arayışına əsasən, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı sahə X7 məxsusdur, pay dəyəri tam ödənilmişdir, borcu yoxdur. Bu binanın A1 və A2 girişi, 4-cü mərtəbəsində ümumi sahəsi 300 kv.m olan ofisin pay dəyəri 300.000 AZN məbləğində müəyyən edilir. Qeyd olunan məbləğ MTK-ya tam ödənilmişdir, borcu yoxdur.
3. Cavabdeh1 MTK (Hikmət Yigitdöl şəxsində) və X10 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 51 №-li müqavilədən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə görə “Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərancamına əsasən Cavabdeh1 MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın Xocalı prospektinə baxan orta hissəsinin 4-cü mərtəbəsində yerləşən və sahəsi 250 kv.m təşkil edən qeyri-yaşayış “Kooperativ” “Payçı”-a (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. 4. xx.xx.2007-ci il tarixli Maliyyə arayışına əsasən, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı qeyri-yaşayış sahəsi X7 məxsusdur. Bu binanın 2-ci mərtəbəsində ümumi sahəsi 250 kv.m olan, 1 №-li qeyri-yaşayış sahəsinin pay dəyəri 250.000 AZN tam ödənilmişdir.
5. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-178/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, 02 fevral 2007-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində 4-cü mərtəbədə lif tin sol tərəfində yerləşən, ölçüsü 121.5 kv.metr olan 22 saylı qeyri-yaşayış sahəsinin İddiaçı (bundan sonra-mətndə iddiaçı) təhvil verilməsi öhdəliyi Cavabdeh1 MTK-nın üzərinə qoyulmuşdur.
6. Həmin qətnamə ilə işin hallarından görünür ki, tərəflər arasında 02 fevral 2007-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 və A2 bloklarının orta hissəsində 4-cü mərtəbəsində liftin sol tərəfində yerləşən 12x25=300 kv.metr təşkil edən 21 və 22 nömrəli ofisləri İddiaçı verməyi, iddiaçı da öz növbəsində həmin qeyri-yaşayış sahələrinin tam dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Təqdim edilmiş 02 fevral 2007-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 və A2 girişi, 4-cü mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan ofisin pay dəyəri 300.000 manat müəyyən edilmiş və həmin məbləğ MTK-ya ödənilmişdir və iddiaçının borcu yoxdur. 02 mart 2023-cü il tarixdə tərəflər arasında tərtib edilmiş aktda Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında 12x25=300 kv.metr təşkil edən 21 və 22 nömrəli ofislər iddiaçıya təhvil verildiyi qeyd edilmişdir. Lakin hazırkı işin araşdırılması zamanı müəyyən edilmişdir ki, 21 nömrəli ofis təhvil verilsə də, 22 nömrəli ofis təhvil verilməmişdir. Eyni zamanda, iddiaçı həmin qeyri-yaşayış sahələrinin ümumi sahəsinin 300 kv.metr təşkil etmədiyini qeyd edərək "xxxx" MMC-yə müraciət edərək mütəxəssis rəyi almış, rəyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən binanın 4-cü mərtəbəsində yerləşən iddiaçıya məxsus obyektin ümumi sahəsinin 180.28 kv.metr olduğu müəyyən edilmişdir. Məhkəmə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın A1 və A” bloklarının orta hissəsində 4-cü mərtəbədə liftin sol tərəfində yerləşən 21 və 22 nömrəli ofislərin faktiki ümumi sahəsini müəyyən etmək üçün iş üzrə ekspertiza təyin etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 26 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, 4-cü mərtəbədə liftin sol tərəfində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 185.2 kv.metr, 22 nömrəli qeyriyaşayış sahəsinin faktiki ümumi sahəsi 1 21.5 kv.metr təşkil edir.
7. Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində 4-cü mərtəbəsinə xx.xx.2014-cü il tarixdə 170 kv.m, xx.xx.2016cı il tarixdə 348 kv.m, xx.xx.2014-cü il tarixdə 170 kv.m, xx.xx.2017-ci il tarixdə 137 kv.m sahəyə dair digər müqavilələr də bağlanmışdır. 8. xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, tərəflər Bakı Şəhər İcra “Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli, Sərancamına əsasən "xxxx" MTK-nın qanuni təmsilçisi Türkiyə vətəndaşı X2 Bakı şəhəri, Xocali prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsin də, aparılan Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Bakı Şəhər İcra Hakimiyyətinin 443 sayli xx.xx.2015-ci il tarixil Sərəncamına əsasən Cavabdeh2 MMC-yə ayrılmış Bakı şəhəri Xatai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi Cavabdeh3 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin Auditinin başa çatdığı tarixə Auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X2 şəriki - Cavabdeh2 MMC-nin təsisçisi və qanuni təmsilçisi Cavabdeh3 qəbul etməsindən və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunması barədə razılığa gəlmişlər. 9. xx.xx.20 19-cu il tarixli Auditor rəyindən görünür ki, "xxxx" MTK və İnter" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yüksəkmərtəbəli yaşayış kompleksinin tikintisi ilə bağlı olaraq aparılmış torpaq, mal, pul, əmlak, yaşayış, qeyriyaşayış sahələrinin alqı-satqısı və bununla bağlı olan digər müvafiq əməliyyatların yoxlanılması, o cümlədən, müvafiq şəxslərə vurulmuş ziyan məbləğinin, bir mənzilin neçə şəxsə satılmasının və kim tərəfindən satılmasının, satılan sahələrin dəyərinin və ölçüsünün, satışdan daxil olan vəsaitlərin MTK-ya və ya MMC-yǝ mədaxil edilib edilməməsinin, satış pullarının hara və necə xərclənilməsinin, inşa edilmiş hündürmərtəbəli yaşayış binalarında yerinə yetirilmiş tikinti işlərinin həcminin, işlərin və xidmətlərin faktiki icra vəziyyətinin, sərf olunmuş mal mater ialların miqdarının (ölçüsünün və ya çəkisinin), qiymətinin, məbləğinin, binaların inşaası zamanı tikinti norma və qaydalarına əməl edilib - edilməməsinin, tikintisi başa çatdırılmamış blokların layihə üzrə maya dəyərinin, hər iki Müəssisə üzrə olan bloklardan boş qalmış yaşayış və qeyriyaşayış sahələrinin və istintaq üçün xüsusi əhəmiyyət kəsb edən digər müvafiq faktların, məsələlərin, öhdəliklərin müəyyən edilməsi məqsədi ilə keçirilmiş Auditor yoxlamasının nəticəsində pozuntular müəyyən edilmiş, Cavabdeh1 MTK ilə müqavilə bağlamış şəxslər müəyyən edilmişdir. Həmin rəydə, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli qeyriyaşayış binasında 250 kv.m. sahənin xx.xx.2007-ci il tarixli müqavilə əsasında iddiaçı X5 adına rəsmiləşdirilməsi, həmin 250 kv.m sahə üzrə X10 yerləşdirilməsi və pro bleminin həll edilməli olan şəxs kimi göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK-ya və "xxxx" MTK- nın hüquqi varisi İnter MMC-nin rəhbəri X12 və digər şəxslərə ona Bakı şəhəri Xocalı prospekti 32 ünvanda yüksək mərtəbəli binanın A1 və A2 blokunun orta hissəsində 4-cü mərtəbəsində yerləşən 21 və 22 saylı qeyri-yaşayış sahəsindən istifadə edilməsinə yaradılan maneələrin qadağan edilməsi və faktiki zərərə görə X8 2500 manat, mənəvi zərərə görə 2500 manat, ödənilmiş dövlət rüsumuna görə 50 manat, cəmi 5050 (beş min əlli) pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını və eyni zamanda qanunu qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına yaratdığı maneəl ərə görə X9 cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MTK-ya, İnter MMC-yə, İnter MCC-nin rəhbəri X12 və digər şəxslərə ona Bakı şəhəri Xocalı prospekti 32 ünvanda yüksək mərtəbəli binanın A1 və A2 blokunun orta hissəsində 4-cü mərtəbəsində yerləşən 21 və 22 saylı qeyri-yaşayış sahəsindən istifadə edilməsinə yaradılan maneələrin qadağan edilməsi, obyektǝn istifadəyə yaradılan maneələrin aradan qaldırılmasına görə hər gün üçün müştərək qaydada 500 (beş yüz) manat və mənəvi zərərə görə 2500 manat, mənəvi zərərə ödənilmiş dövlət rüsumuna görə 50 manat, cəmi 2550 (iki min beş yüz ǝlli) manat pulun alınıb mənə ödənilməsi barədə qətnamə çıxar masını və eyni zamanda qanunu qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına yaratdığı maneələrə görə X9 cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-cı ildə “Hom-Paş Prestij MTK ilə ilə (bundan sonra cavabdeh) müqavilə bağlayaraq Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda yüksək mərtəbəli binanın A1 və A bloklarının orta hissəsində 4-cü mərtəbədə liftin sol tərəfində yerləşən 12x25=300 kv.m. ölçüdə 21 və 22 nömrəli ofislərin tikintisi haqqında müqavilə bağlamışlar, Müqavilənin 3-cü bəndinin tələbinə uyğun olaraq bir kv.m üçün 1000 manat olmaq şərti ilə cəmi 300.000 manat ödəmiş, 02 mart 2023-cü ildə cavabdeh müqavilə öhdəliyinə qismən əməl edərək nəzərdə tutulmuş qeyri-yaşayış sdahəsini iddi açıya təhvil vermişdir. Lakin təhvil verilən qeyri-yaşayış sahəsi aktda 300 kv.m. göstərilsə də, faktiki 160 kvm olmuşdur. Yəni müqavilədə nəzərdə tutulduğundan 140 kv.m. az sahə verilmişdir. Yaranmış mübahisə ilə əlaqədar Xətai Rayon Məhkəməsində iddiaçının qaldırdığı iddia xx.xx.2024-cü ildə təmin edilmişdir, məhkəmənin qətnaməsi xx.xx.2024-cü ildə icra edilərək müqavilədə nəzərdə tutulmuş sahə iddiaçıya təhvil verilmişdir. Lakin Cavabdeh1 MTK-nın hüquqi varisi İnter MMC-nin rəhbəri Qalib Əliyev və cavabdehin işçiləri iddiaçıya mülkiyyətində olan tikilidən istifadə etməyə maneə olurlar. Binanın girişində quraşdırılmış keçiddən tikinti materiallarını keçirib təmir işləri aparmağa imkan vermirlər. Səbəbini soruşduqda “müdiriyyətin göstərişdir” deyə cavab verirlər. Hansı ki, iddiaçıya təhvi l verilən hissədə tamamlama işləri aparmalıdır. Yaradılan maneəçilik nəticəsində iddiaçıya həm maddi, həm də mənəvi zərər vurulub və vurulmaqda da davam edilir. Qüvvədə olan məhkəmə qətnaməsinin icrasına mane olma inzibati və cinayət məsuliyyət yaradır və buna görə müvafiq cəzalar nəzərdə tutulur. Lakin icra məmurları icra sənədi üzrə icraata xitam verildiyini əsas gətirərək qətnamənin icrasına mane olan şəxsləri məsuliyyətə cəlb etməyin mümkünsüz olduğunu bildirirlər. Hazırda Cavabdeh1 MTK-ya faktiki sahibliyi İnter MMC-nin rəhbəri Cavabdeh3 həyata keçirir və qətnamənin icrasına maneə Cavabdeh3 və onun tabeleyində olan digər işçilər tərəfindən törədilir. İddiaçı xx.xx.2024-cü ildə "xxxx" MMC ilə icarə müqaviləsi bağlamışdır, həmin müqaviləyə əsasən mülkiyyətində olan qeyri-yaşayış sahəsin i istifadəyə yararlı hala salaraq "xxxx" MMC-yə təhvil verməli idi. Yaranmış vəziyyətdə xx.xx.2025-ci ildən etibarən hər ay iddiaçıya 15000 manat maddi zərər vurulacaq. Beləki, mülkiyyətində olan ərazi Xətai metrosunun yaxınlığında yerləşməklə biznes üşün əlverişli yer hesab olunur. 300 kvm qeyri yaşayış sahəsini icrayə verməklə (bir kvm üçün 50 manat olmaqla) hər ay 15000 manat gəlir əldə edəcəkdir. Belə ki, Qalib Əliyev qətnamənin icrasına maneə olmaqla təkcə iddiaçıya qarşı deyil, eyni zamanda dövlətə qarşı hörmətsizlik edir. Qalib Əliyevin özbaşına hərəkətləri nəticəsində iddiaçı müqavilə öhdəliklərinə əməl edə bilmədiyi üçün hər ay 500 (beş yüz) cərimə olunur. Bunun əsil adı özbaşınalıqdır, özbaşınalıq isə ictimai təhlükəli əməl olmaqla cinayət hesab olunur. Sonda Vəkil1 iddia tələb inin təmin edilməsini məhkəmədən xahiş etdi.
13. Cavabdeh2 MMC iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, əlavə edilmiş müqavilədən və audit aktından görünür ki, iddiaçının müqaviləsi sonradan tərtib olunmuş müqavilədir. Belə ki, 2018-ci il tarixdə "X17" MTK-nın sədri Himət Yigitdölün cinayətkar əməlləri araşdırılarkən, qeyd etdilən audit aktı tərtib olunmuş və orada bütün yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı müqavilələr öz əksini tapmışdır. Həmin aktın 17ci səhifəsindən görünür ki, iddiaçıya 250 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi verilmişdir. Deməli iddiaçının hal-hazırki iddia tələbində qeyd etdiyi 300 kv.m sahə ilə bağlı müqavilə saxtadır. Həmçinin qeyd olunan audit aktından da müəyyən olunur ki, iddiaçı ilə audit aktında olan X4 məxsus olan sahə üst-üstə düşür.
14. Cavabdeh1 MTK-nin nümayəndəsi Yiğitdöl Hikmət izahatında bildirdi ki, X5 iki müqaviləsi var: 250 kv.m və 300 kv.m, X5 Audit yoxlamasında adı var. Cəmi sahəsi 300 kv.m olan ofislər Elçin Səfərovun qanuni əmlakıdır, onlar Elçin Səfərova təhvil verilib, ordan rahat və maneəsiz istifadə etmək hüququ vardır, hər hansı maneənin yaradılması yanlışdır, belə maneə Cavabdeh1 tərəfidən deyil, Cavabdeh2 MMC və rəhbəri Cavabdeh3 tərəfindən yaradılır, Cavabdeh3 camaatın öz əmlakından istifadə edilməsinə manelər yaradır, özbaşınalığa yol verir, ona görə də hesab edir ki, Cavabdeh2 MMC-nin üzərinə də öhdəlik qoyulmalıdır. X13 qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi.
15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(011)-978/2025 saylı işi üzrə x x.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Ş.İ.Əliyev).
16. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, məhkəmə, iddia tələbinin “"xxxx" MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” hissəsinə münasibətdə qeyd edir ki, işin müəyyən edilmiş hallarından da göründüyü kimi Cavabdeh1 MTK və ya digər şəxslər tərəfidən iddiaçıya Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda yüksək mərtəbəli binanın A1 və A2 blokunun orta hissəsində 4-cü mərtəbəsində yerləşən 21 və 22 saylı qeyri yaşayış sahələrindən istifadə edilməsinə hər hansı maneələrin yaradılması müəyyən edilməmişdir.
17. Məhkəmə, iddia tələbinin “Cavabdeh2 MMC və onun rəhbəri X12 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” hissəsinə münasibətdə qeyd edir ki,Cavabdeh2 MMC və Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MTK-nın qanuni təmsilçisi X2 Bakı şəhəri, Xocali prospekti 32 ünvanında inşa etdiyi qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Cavabdeh2 MMCyə ayrılmış Bakı şəhəri Xatai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi Cavabdeh3 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsi nəzərdə tutulmuş, qeyd edilən X1 250 kv.m sahə ilə bağlı zərərçəkdiyi göstərilmişdir, hazırda 250 kv.m sahəyə dair iddiaçının hər hansı bir tələbi yoxdur. Bununla belə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-178/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 MTK- nın üzərinə qoyulmuş vəzifələrin icrasına Cavabdeh2 MMC və Cavabdeh3 tərəfindən hər hansı bir maneənin olması hallarda müəyyən deyil. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı deyil və ona görə də məhkəmə tərəfindən təmin oluna bilməz. Məhkəmə, iddia tələbinin “zərərin ödənilməsi və X12 barədə xüsusi qərardad çıxarılması” hissəsinə münasibətdə qeyd edir ki, bu hallar, mübahisəli sahələrdən istifadə edilməsinə maneələrin yaradılması ilə bağlı olduğundan, cavabdehlərin hər hansı hüquqazidd əməlləri müəyyən edilmədiyindən iddia tələbi bu hissədə də əsaslı deyil və təmin edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçı X5 cavabdehlər "Hom-Paş Prestij” MTK və "İnter” MMC-ə qarşı "cavabdehlər "xx xx" MTK-ya, İnter MMCyə, İnter MCC-nin rəhbəri X12 və digər şəxslərə Bakı şəhəri Xocalı prospekti 32 ünvanda yüksək mərtəbəli binanın A1 və A2 blokunun orta hissəsində 4-cü mərtəbəsində yerləşən 21 və 22 saylı qeyri yaşayış sahəsindən istifadə edilməsinə yaradılan maneələrin qadağan edilməsi, obyektən istifadəyə yaradılan maneələrin aradan qaldırılmasına görə hər gün üçün müştərək qaydada 500 manat və mənəvi zərərə görə 2500 manat, mənəvi zərərə ödənilmiş dövlət rüsumuna görə 50 manat, cəmi 2550 manat pulun alınıb ona ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu da iddiaçın ın özünə aid edilməlidir.
18. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 16.1, 149.2, 139.1, 157.2, 157.4, 157.8, 182.1, 560.1, 560.2, 560.3, 567, 568.1, 575.2, 646.1-ci maddələribnə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına və Azərbaycann Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 107, 119.1, 124.2, 217.4-cü maddələrinə maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
19. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(011)-978/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, ləğv edib iddianın təmin olunması barədə qətnamə çıxarmaq və Cavabdeh3 İddiaçı istifadəsində olan 21 saylı qeyri-yaşayış sahəsinin giriş qapısını hörərək həmin sahəyə dəhlizdən girişi məhdudlaşdırmasına və dəhlizi özünə məlum olan şəxsə satmasına görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, hazırda Cavabdeh1 MTK-ya faktiki sahibliyi İnter MMCnin rəhbəri Cavabdeh3 həyata keçirir və qətnamənin icrasına maneə əsasən Cavabdeh3 və onun tabeliyində olan digər işçilər tərəfindən törədilir. Məhkəmə araşdırmaları və mübahisəli əraziyə yerli baxışla sübut olundu ki, iddia ər izəsində göstərilən İddiaçı məxsus olan qeyri-yaşayış sahəsi iki hissədən ibarət olmaqla 4-cü mərtəbənin liftindən sol tərəfində yerləşir. Həmin qeyri-yaşayış sahəsinin dəhlizin solunda yerləşən hissəsinin qapısı Cavabdeh3 tərəfindən hörülərək həmin hissəyə dəhlizdən girişi məhdudlaşdırıb və dəhlizin həmin hissəsini özünə məlum olan şəxsə qanunsuz sataraq istifadəçilərin ümumi mülkiyyətində olan qeyri-yaşayış sahəsini faktiki olaraq özgəninkiləşdirib. Bu işin mübahisəsiz halıdır. Lakin hakim Şəhriyar Əliyev yerli baxışın bu hissəsini qəsdən qətnaməyə daxil etməyib. Daxil etməyib ona görə ki, artıq yerli baxışla Cavabdeh3 iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən istifadə etməsini qeyri-mümkün etməsi təsdiqini tapmışdır. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ikinci hissəsi birinci hissəy ə paralel yerləşir və hər iki hissənin ölçüləri təqribən eynidir. Yerli baxış zamanı ikinci hissəyə yaratdığı maneəni onunla izah etdi ki, mübahisələrin həlli məqsədi ilə xx.xx.2019cu ildə tərtib edilmiş auditor rəyində İddiaçı ayrılan qeyri-yaşayış sahəsinin ölçüsü 250 kv.m göstərilmişdir. Yəni iddiaçıya məxsus qeyri-yaşayış sahələrindən istifadə edilməsinə maneə yaratması Cavabdeh3 tərəfindən etiraf edilmişdir. İş materialları ilə İddiaçı "xxxx" MTK ilə xx.xx.2007-cildə bağlanmış müqavilə ilə iddiaçıya 300 kvm qeyri-yaşayış şahəsi, xx.xx.2007-ci il tarixli müqavilə ilə isə 250 kvm qeyri-yaşayış sahəsi verilməsi nəzərdə tutulan müqavilələr mövcuddur. "xxxx" MTK-nın nümayəndəsi eyni sahəyə 2 müqavilə bağlanmasını qeyri-yaşayış sahəsinin ölçüsü ilə izah etdi. Cavabdeh3 isə bu günə kimi 30 0 kvadrat metrə bağlanan müqaviləni mübahisələndirməmişdir. Mübahisələndirməyə ehtiyac da yoxdur ona görə ki, İddiaçı artıq ödədiyi 50000 manatı tələb etməmişdir. xx.xx.2007-ci ildə bağlanmış müqavilə xx.xx.2007-ci ildə bağlanmış müqavilədə buraxılmış qüsurların aradan qaldırılması məqsədi ilə bağlanmışdır. Müqavilələrdəki tarixlər bir gün fərqlə müxtəlif olmasına baxmayaraq, İddiaçı verilməsi nəzərdə tutulan sahə eynidir. Yəni hər iki müqavilədə verilməsi nəzərdə tutulan sahə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda yüksək mərtəbəli binanın A1 və A2 blokunun orta hissəsində 4-cü mərtəbəsində yerləşən 21 və 22 saylı qeyri-yaşayış sahələridir. Göstərilən nömrələr altında olan qeyriyaşayış sahəsi İddiaçı istifadəsinə verilib. Lakin Cavabdeh2 MMC-nin rəhbəri X12 şəxsi maraqları səbəbindən həm in sahələrdən İddiaçı istifadəsinə imkan vermir və bu işin mübahisəsiz halıdır. Buna görə də məhkəmənin Cavabdeh2 MMC-nin rəhbəri Cavabdeh3 tərəfindən İddiaçı ona məxsus sahələrdən istifadəsinə əngəl törətməsi halının müəyyən olunmaması barədə gəldiyi nəticənin faktiki əsası yoxdur. Qəribə təzad yaranır. Qalib Əliyev qeyri-yaşayış sahəsindən istifadə edilməsinə əngəl törətdiyini etiraf edir. Lakin məhkəmə bu halın müəyyən olunmadığı nəticəsinə gəlib. Cavabdeh İnter MMC-nin rəhbəri Cavabdeh3 məhkəməyə ünvanlandığı yazılı etirazda İddiaçı 250 kv.m qeyriyaşayış sahəsi verilməsinin nəzərdə tutulduğunu göstərmişdir. Yerli baxış zamanı iddiaçıya 250 kv.m sahədən istifadə etməsinə nə üçün maneə törətməsinin səbəbi soruşulduqda o, suala cavab verməkdən yayınaraq həmin mərtəbədəki qeyri-yaşayış sah əsinin müqavilədə nəzərdə tutulan sahədən az olduğunu bildirmişdir. Başqa sözlə, iddiaçıya istifadəsində olan sahədən istifadə etməsinə maneə olmasını etiraf etmişdir. Yazılı etirazda iddiaçıya verilən sahə ilə X3 məxsus olan sahələrin üst- üstə düşməsi göstərilib. Hansı ki, məhkəməyə belə bir sübut təqdim olunmayıb. Audit aktında 17-ci səhifədəki cədvəldən görünür ki, X6 ilə müqavilə iddiaçı ilə bağlananan müqavilədən 10 il sonra bağlanıb. Belə bir vəziyyətdə qeyri-yaşayış sahələrinin üst-üstə düşməsi Cavabdeh3 uydurmasından başqa bir şey deyil. Cavabdeh3 istifadəçilər arasında münaqişə yaradaraq vəzifəsindən sui-istifadə etməsi faktıdır bu, bu şəxsin barəsində tədbir görülməlidir. İşə əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinine-2(011)178/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, qə tnaməsi ilə Bakı şəhəri Xocalı prospekti 32 ünvanda yüksək mərtəbəli binanın A1 və A2 blokunun orta hissəsində 4-cü mərtəbəsində yerləşən 22 saylı qeyri-yaşayış sahəsinin İddiaçı verilməsi qərara alınıb və qətnamə qanunu qüvvəsini aldığına görə icra edilib. Qeyri-yaşayış sahəsinin ölçüsü 121,5 kv.m. müəyyən olunub. Məhkəmənin hazırkı iş üzrə qətnaməsi isə qanunu qüvvəsini almış qətnamə ilə İddiaçı təhvil verilmiş qeyri-yaşayış sahəsindən istifadəsinə yönələn əngəlləri qanuni hesab etmişdir ki, bunun adı qəsdən qanunsuz qətnamə çıxarmaqdır. Məhkəmə gəldiyi nəticəni həm də onunla əsaslandırıb ki, Cavabdeh2 MMC və Qalib Əliyevin müqavilə üzrə hər hansı bir öhdəliyi yoxdur və həmin mərtəbədə boş yer yoxdur. Məhkəmənin gəldiyi bu nəticə istinad etdiyi Audit aktına ziddir. Audit akı ilə binanın idarəçiliyi Cavabdeh2 MMC-yə verilib. Sözü gedən mərtəbədə İddiaçı verilən qeyri-yaşayış sahələrinin boş olması yerli baxışla təstiq olunub. Başqa sözlə məhkəmənin qəsdən qanunsuz və əsassız qətnamə çıxarması tədqiq olunan sübutlarla təsdiqini tapıb. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Hüquqdan sui-istifadə edən Cavabdeh2 MMC və onun rəhbəri Cavabdeh3dir. Malik olduqları vəzifədən suiistifadə edərək iddiaçını mülkiyyətindən istifadəsinə imkan vermirlər. Alqı-satqının müddəalarının mübahisə ilə əlaqəsi yoxdur. Mübahisənin predmetini mülkiyyətdən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılmasıdır. Məhkəmə ist inad etdiyi normaların tələblərinə əməl etməyərək iddiaçının istinad etdiyi halları sübut etməsini nəzərə almayaraq məhkəmə iclasında tədqiq olunan sübutlara deyil, arzuladığı qətnaməni çıxarmışdır. İşin halları iddianın təmin olunmasını zəruri etdiyi halda məhkəmə tədqiq olunan sübutlara qəsdən düzgün qiymət verməmişdir. İddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsindən istifadəsinə yaradılan maneələr tamamilə sübut olunmasına baxmayaraq işin hallarına uyğun olmayan qətnamə çıxarılmışdır. 21.İddiaçının nümayəndəsi Vəkil1 eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, yaradılan maneələrin aradan qaldırılması və maddi ziyanın "xxxx" MTK ilə əlaqəsi olmadığı üçün iddianın həmin hissəsindən imtina etmişdir. 22.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil 1 sonuncu iddia tələbinin dəqiqləşmə ərizəsini müdafiə etdiyini və xx.xx.2007-ci il tarixli müqaviləni qüvvədə olan müqavilə hesab etdiklərini bildirməklə, HomPaş Prestij” MTK-ya qarşı heç bir tələbləri olmadığını, maneələrin “İnter“ MMC tərəfindən yaradıldığını, müqavilə üzrə onlara 300 kv.m-dən ibarət sahə verilməli olduğunu, onlara verilən qeyriyaşayış sahəsinin ölçüsünün isə 180 kv.m olduğunu, 250 kv.m-dən ibarət sahə verilərsə, bununla razı olduqlarını qeyd etmiş və apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 23.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi Vəkil2 qeyd etmişdir ki, problem iddiaçının əlavə sahələri tələb etməsindədir, iddiaçı ona verilən qeyri-yaşayış sahəsinin yanındakı əmlakı da istəyir ki, bu da mümkün deyildir, çünki həmin əmlak başqa bir şəxsə məxsusdur, audit aktı ilə də müəyyən edilmişdir ki, həmin əmlak başqa bir şəxsə məxsusdur və bundan əlavə həmin aktla iddiaçı hüquqları pozulmuş şəxslər siyahısında qeyd edilməmiş, müqavilə üzrə qeyd edilən sahə ona təhvil verilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya verilən əmlakın ölçünün az olması ilə bağlı onlar hər hansı şəkildə hərəkət edə bilməzlər, 250 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini iddiaçıya Cavabdeh1 MTK verməli idi, indi isə belə bir ölçüdə əmlak mövcud deyildir. 24.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, 2(103)-2896/2025 nömrəli qətnaməsi ilə (hakimlər F.Ş.Talışınski (sədrlik edən və məruzəçi), A.N.İmanov, M.A.Məmmədov) iddiaçının apellyas iya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin 2(011)-978/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. 25.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab etmişdir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və hüquqdan sui-istifadəyə şərait yaradan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən, maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və ya qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi üzrə xüsusatlar müəyyən edilmir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 26.Kollegiya bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-178/2024 saylı xx.xx.2024-cü il tarixli qətna məsindən görünür ki, 02 fevral 2007-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində 4-cü mərtəbədə liftin sol tərəfində yerləşən, ölçüsü 121.5 kv.metr olan 22 saylı qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh "Hom-Paş Prestij” MTK-nın üzərinə qoyulmuşdur. Məhkəmənin qətnaməsi xx.xx.2024-cü ildə icra edilərək müqavilədə nəzərdə tutulmuş sahə iddiaçıya təhvil verilmiş, sonradan icra məmurları icra sənədi üzrə icraata xitam verildiyini əsas gətirərək qətnamənin icrasına maneə olan şəxsləri məsuliyyətə cəlb etməyin mümkünsüz olduğunu bildirdiklərini əsas gətirərək iddiaçı hazırki iddianı irəli sürmüşdür. İddiaçı özü həmin qeyri-yaşayış sahələrinin ümumi sahəsinin 300 k v.metr təşkil etmədiyini qeyd edərək "AZ- Ekspertiza” MMCyə müraciət edərək mütəxəssis rəyi almış, rəyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən binanın 4-cü mərtəbəsində yerləşən iddiaçıya məxsus obyektin ümumi sahəsinin 180.28 kv.metr olduğu müəyyən edilmişdir. Qeyd edilməlidir iddiaçı (nümayəndəsi) özü şikayətində (əlavədə) qeyd edir ki, “xx.xx.2007-ci ildə bağlanmış müqavilə xx.xx.2007-ci ildə bağlanmış müqavilədə buraxılmış qüsurların aradan qaldırılması məqsədi ilə bağlanmışdır. Müqavilələrdəki tarixlər bir gün fərqlə müxtəlif olmasına baxmayaraq İddiaçı verilməsi nəzərdə tutulan sahə eynidir”. 27.Beləliklə, eyni sahə üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı qəbul edilmişsə, bu halların ümumiyyətlə müzakirəsi mülki prosessual mənada yolverilməzdir.
28. İşin halların və tərəflərin mövqelərini təhlil edən məhkəmə kollegiyası hesab edib ki, iddiaçı maneələrin aradan qaldırmaq iddiası pərdəsi altında əslində hüquqlardan suiistifadə meyllərini nümayiş etdirir.
29. Belə ki, şəxs özü bəyan edir ki, formal olaraq iki müqavilə mövcud olsa da, əslində bu müqavilələr üzrə İddiaçı verilməsi nəzərdə tutulan sahə eynidir. Əgər bu yer eynidirsə və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə də ölçüsü 121.5 kv.metr olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh "Hom-Paş Prestij” MTKnın üzərinə qoyulması müəyyən edilmişdirsə, əlavə sahələrdə hüquqların təsdiqi müəyyən edilmirsə və hazırki iddia tələbinin əsası hüquqların təsbiti ilə bağlı olsa da, belə tələb mövcud olan hüquqlara qarşı maneələrin aradan qaldırılması barədədir, sahələrin təsbit edilməsi barədə tələb irəli sürülmədiyindən, iddiaçıya əlavə sahənin verilməsi əsasında iddianın təmin edilməsi, prosessual mənada məhkəmənin vəzifə səlahiyyətlərinin aşması kimi hüquqlardan (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Tərəflər arasında iddiaçının sahibliyinə verilməli olan sahənin həcmi ilə bağlı mübahisə olsa da, hazırda iddiaçı (nümayəndəsi) müqavilə öhdəlikləri üzrə vəzifələri müəyyən edilən "Hom-Paş Prestij” MTK-ya qarşı tələbinin müdafiə etmədiyini bəyan edir, digər Cavabdeh2 MMC-nin nümayəndəsi isə problemlərin iddiaçının əlavə sahələri tələb etməkdə olduğunu bildirir, mövcud vəziyyətlə bağlı heç bir maneə törədilmədiyini bildirir.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1.,16.1., 157.2., 157.4., 391, 404.1., 404.3., 420.1., 420.1.5., 420.3.2., 420.3.3., 560.1., 560.2, 560.3.1., 567., 568.1., 575.2.-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14, 76, 77, 80-88, 119, 216-218, 372, 385-390-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a)Kassasiya şikayətinin dəlilləri:
31. İddiaçı (onun vəkili Vəkil1) apellyasiya instansiya məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli qətnaməsini ləğv edib iddianın təmin olunması və cavabdehin cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusu qərardad çıxarılmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi normalarının bir çoxunun mübahisə ilə əlaqəsi yoxdur, bir çoxu isə düzgün tətbiq olunmayıb. 21 saylı qeyri-yaşayış sahəsi qanunu qüvvəsini almış Mülki Məcəllə qətnaməsinə əsasən İddiaçı təhvil verilib. Yaranmış vəziyyətdə hüququdan sui-istifadəni Cavabdeh2 MMC-nin etdiyi mübahisə oluna bilməz. Görünən odur ki, məhkəmə kollegiyası iddiaçı ilə cavabdehin yerlərini dəyişik salıb.Cavabdehin nümayəndəsinin iddiaçının artıq sahə tələb etməsi barədə izahatı heç bir əsas olmadan məhkəmə kollegiyası tərəfindən qəbul edilmişdir. Müqavilə üzrə tələb olunan sahə 300 kv.m.-dir. Məhkəmə kollegiyasının mübahisənin predmetinə yerli baxış keçirmədən işə nəticə verməsi işin həqiqi hallarını aydınlaşdırmağa maraqlı olmadığının göstəricisidir. Məhkəmə kollegiyası bu niyyətini müvəqqəti təminat tədbiri barədə ərizəni təmin etməməsində də göstərm işdir. Sonda qətnamənin 19-cu bəndinin birinci cümləsinə münasibət bildirməyi zəruri hesab edir. Həmin bəndə göstərilir ki,“ beləliklə, eyni sahə üzrə qanunu qüvvəsini almış məhkəmə qərarı qəbul edilmişsə, bu halların də vermək niyyəti yoxdur. Yalnız 21 saylı 180 kv.m. müzakirəsi mülki prosessual mənada yol verilməzdir“. Əgər belədirsə qanunu qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçıya təhvil verilmiş qeyri-yaşayış sahəsindən yaradılan maneələrin aradan qaldırılması barədə iddianın təmin olunmamasına səbəb nədir sualına məhkəmə kollegiyası aydınlıq gətirməmişdir. Göründüyü kimi məhkəmə kollegiyasının qəbul etdiyi qətnamə işin hallarına uyğun deyil.
33. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 16.1, 157.2, 157.4, 157.8, 391, 404.1-404, 420-ci mad dələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 80-88, 119, 218, 372, 385,390-cı maddələrinə istinad edilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
34. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
35. Maddə 14.1.Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
36. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
37. Madd ə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
38. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
39. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
40. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
41. Maddə 560.3.1. Qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqc adan müəyyən edilmiş qüvvəsi yoxdur
45. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.
46. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyas ı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətini iddiaçı tərəfindən qətnamə tam mübahisələndirdiyindən apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. İddiaçının iddia tələbindən aydın olur ki, müqavilə üzrə əldə etdiyi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində 4-cü mərtəbədə liftin sol tərəfində yerləşən, ölçüsü 121.5 kv.metr olan 22 saylı qeyri-yaşayış sahəsinin Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü ildə qətnaməsi ilə ona təhvil verilməsi qət olunmuş, qətnamə xx.xx.2024-cü ildə icra edilmişdir. Ona daha əvvəl və qətnamə ilə ona təhvil verilmiş sahələrdən Cavabdeh1 MTK-nın hüquqi varisi İnter MMC-nin rəhbəri Qalib Əliyev və cavabdehin işçiləri istifadə etməyə maneə olurlar. Bu maneə binanın girişində quraşdırılmış keçiddən tikinti materiallarını keçirib təmir işləri aparmağa imkan verilməməsi ilə həyata keçirilir. Bunlara istinad edərək iddiaçı maneələrin aradan qaldırılmasını tələb edir.
53. İşə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iddiada istinad edilən faktiki halları araşdıraraq və tikilini yerində müayinə edərək bu qənaətə gəlmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-178/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 MTK-nın üzərinə qoyulmuş vəzifələrin icrasına Cavabdeh2 MMC və Cavabdeh3 tərəfindən hər hansı bir maneə yoxdur.
54. İddiaçı apellyasiya və kassasiya şikayətlərində iddia tələbində olmayan faktiki əsaslara və qanuni qüvvədə olan qətnamənin icrası ilə bağlı yaranmış hallara istinad edir. Lakin qeyd edilməlidir ki, həmin istinad olunan hallar üzrə irəli sürülmüş dəlillərə hazırkı işin icraatında qiymət verilə bilməz.
55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
56. Bu qərarın 55-ci bəndində göstərildiyi kimi işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq norm aları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
58. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2896/2025 nömrəli, 26 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.