Məhkəmə qərarları › İş №2(102)-2665/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2665/2023

28.08.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2665/2023 28.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (maraqlı şəxslər Maraqlı şəxs1 xüsusi notariusu X1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi) iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsızlığı, çıxarışın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X4 ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddia çı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (maraqlı şəxslər Maraqlı şəxs1 xüsusi notariusu X1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi) qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin və s. hüquqi sənədlərin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)552/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 28 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Lənkəran rayonu, Xarxatan kəndi ərazisində yerləşən 0,9274 ha torpaq sahəsi (bundan sonra - mübahisəli torpaq sahəsi) İddiaçı1, İddiaçı2, İddiaçı3 (bundan sonra – iddiaçılar), X2, Cavabdeh1 ümumi mülkiyyətdə olmuş, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmşidir. 2. 26 avqust 2022-ci il tarixdə Cavabdeh1 əvəzindən etibarnamə əsasında çıxış edən Hüseynov X5 rayonu, Xarxatan kəndində 0,9274 ha torpaq sahəsinin Cavabdeh1 məxsus hissəsini Cavabdeh2 bağışlamışdır. Onun torpaq sahəsinə mülkiyyət hüququ 02 sentyabr 2022-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (maraqlı şəxslər Maraqlı şəxs1 xüsusi notariusu X1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 avqust 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanmasına dair müqavilənin və onun əsasında Cavabdeh2 adına xx.xx.2022-ci il tarixdə qeydə alınmış çıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bünyaminlə Famil qardaşdır və onlar Lənkəran rayonu, Xarkatan kəndində yaşayırlar. Cavabdehlərdən Cavabdeh1 onların bacısı, Cavabdeh2 isə qardaşları Nümayəndə1 övladıdır. İddiaçı1 və İddiaçı2 iddiaçı qismində Lənkəran rayon məhkəməsində cavabdeh Nümayəndə1 qarşı torpaq münasibətləri üzrə mübahisə ilə bağlı iddia (həmin 2(049)-116/2022 saylı mülki iş hakim M.İsayevin icraatında) qaldırmışlar. xx.xx.2021-ci il tarixli çıxarışa əsasən onların, həmçinin bacıları X2 və Cavabdeh1 ümumi birgə mülkiyyətlərində olmaqla Lənkəran rayonun Xarxatan kəndində yerləşən 0,9274 ha torpaq sahəsi uzun müddətdir ki, Nümayəndə1 tərəfindən qanunsuz olaraq istifadə olunmaqdadır. Bununla bağlı mübahisə hazırda məhkəmənin icraatındadır və buna dair məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçıların ümumi birgə mülkiyyətində olan mübahisəli torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında daşınmaz əmlakın bağışlanmasına dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən hədiyyə verən Cavabdeh1 qardaşının oğlu olan hədiyyə alan Cavabdeh2 0,9274 ha torpaq sahəsinin özünə məxsus hissəsini hədiyyə vermişdir. Qeyd olunan müqaviləni isə Cavabdeh1 əvəzinə digər cavabdehin at ası, yəni məhkəmənin icraatında olmaqla müvafiq ekspertiza təyin edilərək icraatı dayandırılmış 2(049)-116/2022 saylı mülki iş üzrə cavabdeh olan Nümayəndə1 imza etmişdir. Bunun da məqsədi onların həmin iddia üzrə təyin edilmiş ekspertizanın nəticəsinə təsir etməkdir. Belə ki, qeyd olunan işdə olan daşınmaz əmlaka dair Çıxarışda Nümayəndə1 və Cavabdeh2 adları, yəni ümumi birgə mülkiyyətdə payları olmadığından onlar hazırki bağışlanma müqaviləsini formal olaraq imzalamaqla yeni çıxarış əldə edib öz niyyətlərinə çatmaq istəyirlər. Bununla yanaşı, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi cavabdehlər tərəfindən imzalanarkən onların digər mülkiyyətçilərin hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, müqavilədə hədiyyə verənin (Cavabdeh1) 0,9274 ha torpaq sahəsinin özünə məxsus hissəsini q ardaşının oğlu olan hədiyyə alan-Cavabdeh2 hədiyyə verdiyi qeyd olunmuşdur. Lakin həmin bağışlama müqaviləsində göstərilmiş və qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi:xx.xx.2021, reyestr nömrəsi: **********83 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda heç bir mülkiyyətçinin hansı ölçüdə paya malik olması göstərilməmişdir. Yəni, bağışlama müqaviləsinin predmeti olan daşınmaz əmlak paylı deyil, ümumi birgə mülkiyyətdir. Ümumi birgə mülkiyyətdə isə paylar ya mülkiyyətçilərin razılığı, ya da razılıq yoxdursa məhkəmənin qərarı əsasında müəyyənləşdirilə bilər. Hazırki halda isə belə bir razılıq və ya müvafiq məhkəmə qərarı olmadığından cavabdehlərin sözügedən bağışlama müqaviləsini imzalamaları qanunsuz və əsassızdır. Belə çıxır ki, Cavabd eh2 və eləcə də onun atası hazırki bağışlama müqaviləsini və buna dair də gələcəkdə çıxarış əldə olunarsa həmin sənədləri əsas gətirməklə 0,9274 ha torpaq sahəsinin istənilən hissəsini öz payı kimi qəbul edib oradan istifadə edə bilər. Bundan başqa xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi cavabdehlər tərəfindən imzalanarkən onların üstünlük hüququ da pozulmuşdur. Hesab edirlər ki, bununla bağlı onlara məlumat verilməli və razılıqları alınmalı idi. Müqavilə Maraqlı şəxs1nun xüsusi notariusu X1 tərəfindən təsdiq edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur ki, bu da yolverilməzdir.

5. Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə etiraz etmişlər. İddia tələbinə yazılı etirazda qeyd edilmişdir ki, Nümayəndə1 sözügedən bağışlama müqaviləsini imzalamaq səlahiyyəti olmuşdur. 30 iyul 2022-ci il tarixli etibarnamədən görünür ki, Lənkəran rayonunun Xarxatan kəndində qeydiyyatda olan Ağayeva X3 rayonunun Xarxatan kəndində qeydiyyatda olan Nümayəndə1 bir sıra səlahiyyətlər vermişdir ki, həmin səlahiyyətlərin içində istənilən torpaq sahəsinə dair sərəncam verilməsi və imza atmaq səlahiyyəti mövcuddur. Belə olan təqdirdə bağışlama müqaviləsinə münasibətdə saxtakarlığın olması istisna edilir. Bağışlama müqaviləsində göstərilmiş çıxarışda heç bir mülkiyyətçinin hansı ölçüdə paya sahib olmasının göstərilməməsi onun etibarsız hesab edilməsi üçün əsas deyil. Sözügedən ümumi birgə mülkiyyətin naturada bölgüsü tələbi ilə qısa müddət ərzində tərəflərindən iddia qaldırılacaqdır. Həmçinin, iddiaçılar alqı-satqı ilə bağlı qanunun analogiyasına istinad etməkdə haqlı deyillər ona görə ki, bağışlama müqaviləsi hüquqi təbiətinə görə digər müqavilələrdən, eləcə də alqı-satqı müqaviləsindən tamamilə fərqlənir.

6. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 dekabr 2022-ci il tarixli, 2(049)-3146/2022 saylı qətnaməsi ilə (hakim Toğrul Məmmədov) iddia rədd edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Beləliklə hədiyyə verən öz pay hüququnu bağışlamaqda sərbəst iradə ifadə etdirmişdir. Həmçinin hədiyyə verənin bağışlama müqaviləsi üzrə ilkin olaraq digər mülkiyyətçilərə əmlakı təklif etməsi alğı-satqı ilə bağlı müddəalara tətbiq edildiyindən iddia tələbinin həmin dəlilləri də əsassızdır. Həmçinin hədiyyə verən öz payı üzrə sərəncam verdiyindən məhkəmə hesab edir ki, bağışlama müqaviləsi, əqd üzrə iddiaçılar tərəf olmadığından iddia üzrə iddiaçılar subyektiv hüquqa da malik deyildirlər.

8. Həmçinin, hazırda mübahisələndirilən əqd üzə Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtlər pozulmadığından, Cavabdeh2 adına xx.xx.2022-ci il tarixdə qeydə alınmış çıxarışın etibarsızlığı üçün də hər hansı hüquqi əsas mövcud deyildir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 214.1, 324.1, 337.1, 359.1 və 666.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 107, 119.1 və 124.2-ci mad dələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişlər.

11. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Mübahisəli əmlak, yəni bağışlama müqaviləsinin predmeti olmuş 0,9274 ha torpaq sahəsi yalnız və bütövlükdə Cavabdeh1 mənsub deyil və o, birgə mülkiyyətdə olan əmlak barəsində öz istədiyi kimi sərəncam vermək iqtidarında ola bilməzdi. Cavabdeh1 birgə mülkiyyətdə olan torpaq sahəsinə payla naturada müəyyən edilmədən sərəncam verməklə digər birgə mülki yyətçilərin hüquqlarını pozmuşdar. Hazırkı vəziyyətdə Cavabdeh1 hərəkətləri 0,9274 ha torpaq sahəsinin digər birgə mülkiyyətçilərinin qanunla qorunan hüquqlarını pozur.

12. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-552/2023 nömrəli iş üzrə 04 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Tofiq Heydərov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və iddia təmin edilməklə cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 26 avqust 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanmasına dair müqavilə və həmin müqavilə əsasında Cavabdeh2 adına 02 sentyabr 2022-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirilən bağışlama müqaviləsinin imzalanmasında digər mülkiyyətçilərin razılığının olması barədə iş materiallarında hər-hansı dəlil yoxdur. Mübahisəli bağışlama müqaviləsinin bağlanmasını digər mülkiyyətçilər nəinki bəyənməyib, əksinə onların alıcı Cavabdeh2 ilə aralarında torpaqdan çıxarılma və torpağın naturada bölünməsi ilə bağlı hələ əvvəldən mübahisələri olmuşdur. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Nümayəndə1 qarşı onlara məxsus pay torpaq sahəsi və həmin pay torpaq sahəsində olan tikilinin zəbtdən azad olunması tələbinə dair iddiası Lənkəran Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərardadı ilə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzəri ndə payların müəyyən edilməsi və torpaq sahələrinin naturada bölünməsi tələbinə dair mülki işə baxılana qədər dayandırılmışdır. Bundan başqa, iddiaçılar Nümayəndə1 və Cavabdeh2 cavabdehlər İddiaçı2, İddiaçı1 və İddiaçı3 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahələri üzərində payların müəyyən edilməsi və torpaq sahələrinin naturada bölünməsi tələbinə dair iddiası Lənkəran Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılmışdır. Bu hal da ona dəlalət edir ki, mübahisəli müqavilənin tərəfləri, o cümlədən alıcı Cavabdeh2, birgə mülkiyyətçilərdən Cavabdeh1 torpaq sahəsinin özünə aid hissəsinin birinciyə bağışlamasına digər mülkiyyətçilərin razılığının olmamasından məlumatlı olmuşdur.

14. Apellyasiya məhkəməsinin qənaətinə görə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzrə mülkiyyətçilərdən birinin digər mülkiyyətçilərin razılığı olmadan sərəncam verməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə ziddir. Mülki Məcəllənin 222.2-ci maddəsinə görə, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Ümumi mülkiyyətdə olan əşya üzrə mülkiyyətçilərin paylarının bölünməsi və ondan payın ayrılması baş vermədən, digər mülkiyyətçilərin razılığı olmadan əşya barəsində sərəncam verilməsi qanuna ziddir. Qanunda “əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir” ifadəsi digər mülkiyyətçilərin razılığı olduğu halda əqdi mülkiyyətçilərdən birinin imzalamasını ehtiva e dir. Bu halda digər mülkiyyətçilərin yazılı olmasa da ümumən razılığın olması (etirazlarının olmaması) ortada olmalıdır və əqdi imzalayan tərəf digər mülkiyyətçilərin razılığının olmasını da sübuta yetirməlidir.

15. Bundan başqa, Cavabdeh2 adına yazılmış çıxarışın etibarsız hesab olunması, iddiaçının tələbinin birinci hissəsi ilə, yəni bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlıdır. Bağışlama müqaviləsinin etibarsızlığı həmin müqavilənin nəticələrinin etibarsızlığına səbəb olur. İddiaçılar ərizəsində Cavabdeh2 adına olan çıxarışın etibarsızlığını xahiş etməklə, mahiyyətcə daşınmaz əmlakın Dövlət Reyestrində sonuncunun adına olan hüquqi qeydiyyatın etibarsızlığını tələb etmişlər.

16. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi və Mül ki Məcəllənin 222.2, 222.3 və 337.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Qətnamədən Cavabdeh2 (vəkili Nümayəndə2) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur:

19. İddiaçılar hazırki mülki iş üzrə bağışlama müqaviləsinin tərəfi deyil və onların hüquq və mənafeyinə toxunan heç bir hal yoxdur, həmçinin belə bir halın mövcudluğu nə iddia ərizəsində, nə də apellyasiya şikayətində əsaslandırılmamışdır. Ona görə də iddiaçıların hazırki iddia tələbləri üzrə subyektiv hüquqları yoxdur.

20. Payların bərabər qaydada müəyyə n ediləcəyi ilə bağlı “qanuni gözlənti” vardır. Çünki birgə mülkiyyətçilər arasında başqa razılaşma olmamışdır. Mülki qanunvericiliyə əsasən də əgər tərəflər arasında başqa razılaşma yoxdursa, paylar bərabər sayılır. Bundan əlavə, gələcəkdə bağışlama vəd edildikdə və bu vəd notariat qaydasında təsdiqləndikdə bağışlama müqaviləsinin etibarlı olması da qeyd etdiyim sonuncu normada göstərilir. Yəni hədiyyə verən (əvvəlki birgə mülkiyyətçi) Cavabdeh1 Zaldr qızı gələcəkdə adına müəyyən ediləcək payı qardaşı oğlu (cavabdeh) Cavabdeh2 bağışlamışdır. Ona görə də, hazırki mülki iş üzrə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur.

21. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncam hüququnun bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilməli olmasının müəyyən edilməsi ə qdin etibasız hesab edilməsi üçün yetərli əsas deyildir. Belə ki, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilən Mülki Məcəllənin 339-349-cu maddələrində əqdlərin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

22. Apellyasiya məhkəməsi demək olar ki, heç bir araşdırma aparmadan və tərəfləri doğru-düzgün dinləmədən yekun nəticəyə gəlmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsinin iclasında aparılan videoçəkilişdən də aydın şəkildə prosesin 4-5 dəqiqə davam etməsi aydın şəkildə görülüb müəyyən edilə bilər. Bu hal həmçinin MPM-in 106-cı maddəsinin də tələblərinin pozulması deməkdir.

23. Apelyasiya instansiyası məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış ərizə məhkəmə araşdırma sı zamanı sübutlar qismində müzakirə olunmamış, məhkəmə yekun qərar qəbul edərkən həmin sübutu daha doğrusu bağışlama müqaviləsi üzrə iradəsini ifadə etmiş şəxsin təkrarən iradəsini məhkəməyə bildirməsini niyə qəbul etmədiyini, həmin müraciətin niyə nəzərə alınmadığını əsaslandırmamışdır.

24. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 414.1-ci maddəsinin tələblərini nəzərə alaraq qeyd edir ki, işə məhkəmə iclasında baxılması barədə verilmiş vəsatət həmin Məcəllənin 407.1.4-cü maddəsinə əsasən əsaslandırılmadığından təmin edilməməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıl arı birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.

27. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

28. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlah iyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.

29. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

30. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşı sında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki ha lların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh2 kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarıldığına görə ləğv edilməklə, iş yeni apellyasiya baxışına göndərilməlidir.

42. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, torpaq islahatı zamanı Lənkəran rayonu, Xarxatan kəndi ərazisində yerləşən 0,9274 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 (bundan sonra – iddiaçılar), X2 və Cavabdeh1 ümumi mülkiyyətinə verilmiş, mülkiyyətçilərdən Hüsniyyə Hüseynova ümumi mülkiyyətdə o lan torpaq sahəsindən ona çatan hissəsini 26 avqust 2022-ci il tarixdə Cavabdeh2 bağışlamışdır. Cavabdeh2 torpaq sahəsinə mülkiyyət hüququ 02 sentyabr 2022-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır.

43. Digər ümumi mülkiyyətçilər olan İddiaçı1, İddiaçı2 və İddiaçı3 hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət edərək yuxarıda göstərilən bağışlama müqaviləsini və Cavabdeh2 adına verilmiş dövlət reyestrindən çıxarışın eibarsız olunmasını xahiş etmişdir.

44. Birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı təmin edən apellyasiya məhkəməsinin qənaətinə görə birgə mülkiyyətdə olan torpaq sahəsi üzrə mülkiyyətçilərdən birinin digər mülkiyyətçilərin razılığı olmadan sərəncam verməsi Azərbaycan Respublikasının Mülki Məc əlləsinin tələblərinə ziddir. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Birgə mülkiyyətçi Cavabdeh1 0,9274 ha torpaq sahəsinin özünə aid hissəsini qardaşı oğlu Cavabdeh2 bağışlamaqla digər birgə mülkiyyətilərin hüququnu pozmuşdur.

45. Məhkəmə kollegiyası qeyd edir ki, Lənkəran rayonu, Xarxatan kəndi ərazisində yerləşən 0,9274 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 (bundan sonra – iddiaçılar), X2 və Cavabdeh1 ümumi mülkiyyətində olmuş, 26 avqust 2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Cavabdeh1 ümumi mülkiyyətdə olan torpaq sahəsinin özünə aid olan hissəsini qardaşı oğlu Cavabdeh2 bağışlamışdır. Bu zaman birgə mülkiyyətçilərin sayının, mülkiyyətdə olan əmlakın həcminin artıb-azalması, digər birgə mülkiyyətçilərin hüq uqlarının pozulması halları baş verməmişdir.

46. Bağışlama müqaviləsi əvəzsiz olduğuna görə digər birgə mülkiyytəçilərin torpaq sahəsinin birgə mülkiyyətçi Cavabdeh1 məxsus hissəsini satın almaqda üstünlük hüququ olmamışdır. Cavabdeh1 Cavabdeh2 ilə əvəz olunması birgə mülkiyyətdə olan torpaq sahəsinə mülkiyyətçilərdən hər hansı birinin payının artmasına və azalmasına, payların müəyyən edilməsinə, torpaq sahəsinin paylar üzrə fiziki bölgüsünə səbəb olmamış, birgə mülkiyyətçilərin Cavabdeh1 münasibətdə mövcud olmuş hüquq və vəzifələri hər hansı bir məhdudiyyət olmadan yeni birgə mülkiyyətçi Cavabdeh2 aid edilmişdir.

47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvercilikdə birgə mülkiyyətdə olan əmlakdakı payın özgənikiləşdirilməsinin həmin pay müəyyən edildikdən sonra həyata keçirilməs inin mümkünlüyü nəzərdə tutulsa da, Mülki Məcəllənin 666.2-ci maddəsinə görə əmlak hüquqlarının bağışlanması nəzərdə tutulmuşdur ki, bu da yuxarıda göstərilən halların əsaslılığına dəlalət edən haldır.

48. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-552/2023 nömrəli iş üzrə 04 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar