Məhkəmə qərarları › İş №2(102)-2666/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2666/2022

06.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2666/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı ilkin, Cavabdeh qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinə tutma yönəldilməsi, ipotekanın əlavə qeydiyyatı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə və Cavabdeh “müqavilənin etibarsız hesab olunması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının 2(103)7753/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 06 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank, hal-hazırda ləğv prosesindədir) ilə Cavabdeh (bundan sonra – borcalan və ya cavabdeh) arasında bağlanmış 24 iyul 2009-cu il tarixli, 345 saylı kredit müqaviləsinə əsasən, Bank borcalana illik 8 % dərəcəsi ilə, 300 ay müddətinə qaytarılmaq şərtilə 50000 manat məbləğində kredit vermişdir.

2. Eyni tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən borcalan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 132-ci mənzili (bundan sonra – ipoteka predmeti) 5900 0 manat əldə etmiş (9000 manat alıcı tərəfindən, 50000 manat Bank tərəfindən ödənilmişdir) və borcalan əldə etdiyi mənzili yuxarıdakı kredit müqaviləsinin təminatı qismində Bank qarşısında ipoteka ilə yüklü etmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

3. Bank və borcalan tərəfindən imzalanmış xx.xx.2013-cü il tarixli 1 saylı Əlavə ilə tərəflər arasında bağlanmış 24 iyul 2009-cu il tarixli, 345 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 8 %-dən 14 %-ə qaldırılmış, müddəti dəyişdirilməmiş, həmin tarixə yaranmış 57103,59 manat qalıq öhdəlik üzrə yeni ödəniş cədvəli tərtib olunmuşdur.

4. Bank və borcalan tərəfindən imzalanmış 87/13 saylı, xx.xx.2013-cü il tarixli digər kredit müqaviləsinə əsasən Bank borcluya 60 (altmış) ay müddətinə illik 20 %-lə 10.000 manat mə bləğində kredit vermişdir. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2009-cu il tarixli, 345 saylı kredit müqaviləsinə əsasən 46724.26 manat əsas borc, 18972.48 manat faiz borcu olmaqla, cəmi 65696.74 manat, 87/13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 3726.03 manat əsas borc, 1149.34 manat faiz borcu, 10.64 manat cərimə borcu, cəmi 4886.01 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Bankın xeyrinə tutulması, tələbin ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

6. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əs aslandırmışdır ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq yaranmış kredit öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş, cavabdehə öhdəliyin icrası ilə bağlı xəbərdarlıqlar edilsə də, heç bir nəticə əldə olunmamışdır.

7. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilik iddianın rədd edilməsi, Bankla aralarında 15 may 2013-cü il tarixdə bağlanmış 87/13 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bank işçiləri 24 iyul 2009-cu il tarixli kredit müqaviləsində olan sənədlərini saxtalaşdırmaqla 2013-cü ildə yeni müqavilə tərtib edib, adına kredit götürməklə mənimsəmiş, onun 24 iyul 2009-cu il tarixli kredit müqaviləsi üzrə ödədiyi ödənişlərin təyin atını dəyişdirib, saxtalaşdırılmış müqavilənin icrasına yönəltmiş, nəticədə isə onu zərərə salmışlar. Həmin dövrdə 8 faizlə krediti çətinliklə ödədiyi halda, ona əlavə 20 faizlə 10000 manat kredit verilməsi həqiqəti əks etdirmir.

9. İşə baxılarkən X1 müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə qoşularaq cavabdehlə nikah dövründə alınmaqla birgə mülkiyyətlərində olan ipoteka predmetinin Bank qarşısında ipoteka qeydiyyatının ləğv edilməsi və mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Müstəqil tələb onunla əsaslandırılmışdır ki, ipoteka predmeti 60000 manata alınmış və öz vəsaiti hesabına müqavilədə göstərilən 10000 manatın 9000 manat hissəsini Bank vasitəsilə satıcıya, qalan 1000 manat hissəsini isə beh şəklində vermiş, kredit və ipoteka müqavilələri bağlanarkən, Bank həmin müqavilələrin tərtibində iştirakını təmin etməmişdir. Məhkəməyə dəvət olunarkən məlum olub ki, ondan sonrakı müddətdə Bank həyat yoldaşı ilə bağladığı kredit müqaviləsinə dəyişiklik edib, onu ailə vəziyyətini və kreditin ödənilməsini çətinləşdirən yeni müqavilə imzalamağa məcbur edib. Həmin dövrdə 50000 manatdan artıq ipoteka üçün kredit verilmədiyi halda, ilkin müqavilə üzrə ödənilməmiş faiz və penyaları yenidən hesablayıb 57000 manat şəklində yeni müqavilə imzalatdırmış, həmçinin kreditin faizini 8-dən 14-ə qaldırmış, ən acınacaqlısı isə həyat yoldaşına 1 qəpik pul vermədən 20 faizlə qaytarmaq şərtilə əlavə 10000 manatlıq kredit müqaviləsi bağlamışlar.

11. İş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 2584 nömrə li, xx.xx.2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, mülki işin 35-42-ci vərəqələrində olan Bankla cavabdehin adlarında olan 15 may 2013-cü il tarixli, № 87/13 nömrəli Təminatsız kredit müqaviləsinin 2-6-cı vərəqələrində “Borc alan” qrafalarındakı imzalar və 7-ci vərəqəsində “Fiziki şəxs” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur.

12. Məhkəmə Ekspertiza Mərkəzinin 1063 nömrəli, xx.xx.2019-cu il tarixli rəyinə əsasən xx.xx.2009-cu il tarixli 345 saylı kredit müqaviləsi və həmin müqaviləyə 1 saylı əlavə qeyd olunan şərtləri nəzərə alaraq cavabdehin Banka olan borcu 46724.26 manat əsas, 18972.48 manat faiz borcu təşkil edir. 13. "xxxx" MMC-nin 20 fevral 2020-ci il tarixli, H/01-PLS №-li ekspert rəyində ipoteka predmetinin bazar dəyərinə uyğun likvid dəyəri 115.000 manat müəyyən edilmişdir.

14. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-32/2021 nömrəli iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Şəfiyeva) ilk iddia tələbi təmin edilmiş, cavabdehdən Bankın xeyrinə xx.xx.2009-cu il tarixli, 345 saylı kredit müqaviləsi üzrə 46724,26 manat əsas borc,18972.48 manat faiz borcu olmaqla, cəmi 65696.74 manat pulun tutulması, tutmanın dəyəri 115000 manat təşkil edən ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması və əldə olunan vəsaitdən borcun ödənilməsi, cavabdehdən Bankın xeyrinə tutulması qət edilmişdir. Qətnamə ilə ilkin iddia qalan hissədə, qarşılıqlı iddia və müstəqil tələb təmin olunmamışdır.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia və müstəqil t ələb irəli sürən 3-cü şəxsin iddiasının qanuni əsasları mövcud deyil və qeyd olunan tələblərlə əlaqədar məhkəməyə kifayət qədər sübutlar təqdim olunmamış, istinad edilən hallar sübuta yetirilməmişdir. i. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 442, 448.1, 739.1, 739.2 və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, müstəqil tələb irəli sürən 3-cü şəxsin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Müstəqil tələb irəli sürən 3-cü şəxs X1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ipoteka qeydiyyatının ləğv edilməsi və mənzilin yüklülükdən azad edilməsi barədə iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-7753/2021 nömrəli iş üzrə 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.İbayev (sədrlik edən və məruzəçi), E.Kazımov, Ş.Məhərrəmova) apelyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh və müstəqil tələb irəli sürən 3-cü şəxs X1 apellyasiya şikayətlərində Bankla kredit müqaviləsi bağla narkən onlara qarşı ədalətsiz davranılmasına, kreditin ödənilməsi barədə onlara xəbərdarlıq edilmədən tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəməyə müraciət olunmasına istinad edilmişlər və razılığa gəlmək üçün vaxt verilməsini, iş üzrə yenidən məhkəmə mühasibatlıq ekspertizası keçirilməsini xahiş etmişlər.

20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, cavabdeh və 3-cü şəxs şikayət verməklə məhkəmə prosesinin uzatmağa cəhd edirlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, işin yenidən baxılm ası üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayətində göstərilmişdir ki, ilk kredit müqaviləsi üzrə müqavilə müddəti 300 aylıq olduğu halda, Bank xx.xx.2013-cü il tarixədək hesablanmış faiz və dəbbə pulunu yenidən kredit şəklində iddiaçıya hesablamaqla qanunvericiliyin tələblərini pozmuşdur. İpoteka predmeti iş üzrə cavabdehin və onun həyat yoldaşı olan üçüncü şəxsin birgə nikah dövründə əldə edildiyi, kredit müqaviləsi üzrə əsas borcun məbləği 50000 manatdan 57103,59 manata və kreditin faizi 8-dən 14-ə dəyişdiyi halda, əlavə ipoteka müqaviləsi bağlanmamış və həmin əlavə dövlət reyestrində qeydə alınmamışdır. Cavabdehin 15 may 2013-cü il tarixli müqavilədən məlumatı olmamış, onun həmin kredit müqaviləsindəki imzaları saxtalaşdırılmışdır. Cavabdeh Bank tərəfindən mənzilindən çıxarılmaması və mübahisənin məhkəmədən kənar həll edilməsi üçün qarşılıqlı razılığa gəlməyə çox cəhd edib, bunu dəfələrlə Bankın əməkdaşlarına bildirib. Kredit borcunun əvvəlki qaydada 8 faizlə ödənilməsinə və borcun tam bağlanmasına indi də razıdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

23. Kassasiya şikayətinə iddiaçının yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

24. Maddə 448.1, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhd əsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

26. Maddə 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.

27. Maddə 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

28. Maddə 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestr ə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.

29. Maddə

14. İpotekanın əlavə qeydiyyatı (kredit və ipoteka müqavilələrinin bağlandığı dövrdə qüvvədə olmuş redaksiyada) 30. 14.1. İpotekanın əlavə qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: 31. 14.1.1. ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə; 32. 14.1.2. əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə; 33. 14.1.4. ipoteka predmeti özgəninkiləşdirildikdə. 34. 14.2. İpotekanın əlavə qeydiyyatı haqqında ərizəyə ipoteka müqaviləsində dəyişikliklərin edilməsi, tələbin başqa şəxsə keçməsi və ipoteka predmetinin özgəninkiləşdirilməsi barədə mü qavilənin notariat qaydasında təsdiq edilmiş surəti əlavə edilir.

35. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Mülki Prosessual Məcəllə

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, m əhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

40. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

42. Hazırkı kassasiya şikayətində qətnamə yalnız iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı ilkin iddianın təmin edilmiş və qarşılıqlı iddianın rədd olunması hissələrində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, kredit borcu tələbinin təmin edilməsi və qarşılıqlı iddianın rədd olunması hissələrində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə düzgü n qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Qeyd olunan hissə ilə bağlı kassasiya şikayətinin dəlilləri əsasən cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəmələrinin əsaslandırılması ilə razılaşır.

45. Kassasiya şikayətinin kredit borcu tələbinin təmin edilməsi və qarşılıqlı iddianın rədd olunması hissələri ilə bağlı digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

46. Bununla yanaşı, Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinə tutuma yönəldilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır.

47. Belə ki, “İpoteka haqqında” Qanuna əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və məhz bu andan ipoteka saxlayanın ipoteka hüququ əmələ gəlir (10.4, 11.1 və 11.2-ci maddələr).

48. Eyni zamanda “İpoteka haqqında” Qanunun 14-cü maddəsi nəzərdə tutur ki, daşınmaz əmlakın ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə qeydiyyatı aparılma lıdır. Bununla bağlı ərizəyə ipoteka müqaviləsində dəyişikliklərin edilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilmiş surəti əlavə edilməlidir.

49. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka müqaviləsinin qüvvəyə minməsi və ipoteka hüququnun yaranması barədə Qanunun 10 və 11-ci maddələrində müəyyən edilmiş qayda əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə qeydiyyatına da eyni cür şamil edilməlidir. Əks halda qanunvericiliyin əlavə ipotekanın qeydiyyatı ilə bağlı nəzərdə tutduğu məqsədlərinə nail olmaq da mümkün olmayacaqdır.

50. Bu baxımdan ipoteka ilə təmin edilmiş kredit müqaviləsi üzrə əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdirilmişdirsə ipotekanın dəyişdirilmiş şərtlərlə yaranan öhdəliyin də təminatı olması üçün bununla bağlı ipoteka müqaviləsinə dəyişikliklər edilməli və həmin dəyişikliklər dövlət qeydiyyatına alınmalıdır. Əks halda “İpoteka haqqında” Qanunun 10, 11 və 14-cü maddələrinə əsasən mövcud ipoteka yalnız ilkin şərtlərlə yaranmış öhdəliklərin təminatı kimi qalmaqla, dəyişdirilmiş şərtlərlə yaranan öhdəliklərin həmin ipotekaya yönəldilməsi üçün hüquqi (qanuni) əsas olmayacaqdır.

51. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini nəzərə almadan, MPM-in 88-ci maddəsinə əsasən işdə olan sübutlara həmin hüquq normalarına müvafiq olaraq qiymət vermədən ipoteka predmetinə tutma yönəldilməsi tələbini tam təmin etmişdir.

52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi ipoteka predmetinə tutma yönəldilməsi tələbinə aid hissədə ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7753/2021 nömrəli iş üzrə 20 dekabr 2021-ci il tarixli qətnaməsi ipoteka predmetinə tutma yönəldilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar