Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5780/2022 17.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı "Bank of Azerbaijan” ASC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh nümayəndəsi vəkil Nümayəndə1 iştirakı ilə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh(bundan sonra iddiaçı) "Bank of Azerbaijan” ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fondunun ilkin iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı(bundan sonra cavabdeh)Cavabdeh qarşı "kreditin, ona hesablanmış faizlərin qaytarılması”, Cavabdeh "Bank of Azerbaijan” ASC-yə qarşı "müqavilənin etibarsız hesab olunması” tələbinə dair qarşılıqlı və müstəqil tələb irəli sürən 3cü şəxs X2 cavabdehlər "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fonduna və Cavabdeh qarşı “ipoteka qeydiyyatının ləğv edilməsi və mənzilin yüklülükdən azad edilməsi” tələbi barədə iddiasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-32/2021 saylı işi üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh və müstəqil tələb irəli sürən 3-cü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə (kassasiya instansiya məhkəməsinin müəyyən etdiyi ipoteka predmetinə tutma yönəldilməsinə aid hissədə) Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı "Bank of Azerbaijan” ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fondu Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2009-cu il tarixli, 345 saylı kredit müqaviləsinə əsasən 46724.26 AZN əsas borc, 18972.48 AZN faiz borcu olmaqla, cəmi 65696.74 AZN, 87/13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 3 726.03 AZN əsas borc, 1 149.34 AZN faiz borcu, 10.64 AZN cərimə borcu, cəmi 4886.01 AZN manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun "Bank of Azerbaijan” ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fondunun xeyrinə tutulması, ipoteka qoyulmuş Cavabdeh məxsus ünvan 1 ünvanına tutmanın yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh "Bank of Azərbaijan” ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fonduna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla "Bank of Azerbaijan” ASC arasında xx.xx.2013-cü ildə bağlanmış xx.xx.2009-cu il tarixli 345 saylı kredit müqaviləsinə 1 saylı Əlavənin və xx.xx.2013-cü ildə bağlanmış 87/13 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 iyul 2009-cu il tarixli 345 saylı alğı-satqı və ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Müstəqil tələb irəli sürən 3-cü şəxs X1 of Azərbaijan” ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fonduna və Cavabdeh qarşı ipoteka qeydiyyatının ləğv edilməsi və mənzilin yüklülükdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə nikah dövründə alınmaqla birgə mülkiyyətlərində olan və Bakı şəhər, B.Nuriyev küçəsi, ev 52, mənzil 132-nin "Bank of Azerbaijan”Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka qeydiyyatının ləğv edilməsi və həmin mənzilin ipoteka ilə dövlət yüklülüyündən azad edilməsi barədə qətnamı qəbul edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-32/2021 saylı işi üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Cavabdeh "Bank of Azərbaijan” ASC-nin xeyrinə xx.xx.2009-cu il tarixli, 345 saylı kredit müqaviləsi üzrə 46724,26 manat əsas borc,18972.48 manat faiz borcu olmaqla cəmi 65696.74 manat pulun tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş, dəyəri 115000 manat təşkil edən Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsindəki 52 saylı evin 132 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və əldə olunan vəsaitdən borcun ödənilməsi, Cavabdeh "Bank of Azərbaijan” ASC-nin xeyrinə 87/13 saylı xx.xx.2013-cü il tarixli müqaviləsi üzrə 3726.03 manat əsas, 1149,34 manat faiz, 100 manat cərimə olmaqla cəmi 4975,37 manat pulun tutulması, Cavabdeh 30 manat dövlət rüsumu "Bank of Baku” ASC-nin xeyrinə, 500 manatın iş üzrə keçirilmiş qiymətləndirmə ekspertizasının xərci "PREMİUM LEQAL SERVİCES”MMC-nin xeyrinə tutulması, qalan hissədə ilkin iddianın təmin olunmaması, Cavabdeh Bank of Azərbaijan” ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fonduna qarşı 15 may 2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab olunmasına dair qarşılıqlı iddiasının, müstəqil tələb irəli sürən 3-cü şəxs X2 Bank of Azərbaijan” ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fonduna və Cavabdeh qarşı ipoteka qeydiyyatının ləğv edilməsi və mənzilin yüklülükdən azad edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
5. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - 24 iyul 2009-cu il tarixli 345 saylı kredit müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 132-ci mənzilinin alınması məqsədilə Bank tərəfindən ona 300 ay müddətinə qaytarılmaq şərtilə Cavabdeh 50000 manat məbləğində kredit verilmişdir; - 24 iyul 2009-cu il tarixli AN-İ seriyalı ******* nömrəli yaşayış sahəsinin alğı-satqı və ipoteka müqaviləsinə əsasən "Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 345 saylı kredit müqaviləsinə təminatı olaraq Cavabdeh ilə həmin tarixdə 345 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı, ümumi yaşayış sahəsi 42.65 kv.m olan yaşayış evi "Bank of Azerbaijan” ASC-də ipoteka ilə yüklü edilmişdir; - AR ƏMDK yanında DƏDRX-nın MH seriyalı ******* nömrəli çıxarışına müvafiq ünvan 1 "Bank of Azerbaijan” ASC-də ipoteka ilə yüklü edilmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 772 nömrəli reyestr kitabının 72109 nömrəli vərəqində qeydiyyata alınmışdır; -xx.xx.2018- ci il tarixli maliyyə arayışa əsasən Cavabdeh ilə "Bank of Azerbaijan” ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə ilə cavabdehin "Bank of Azerbaijan” ASC-yə 46724.26 AZN əsas borc, 18972.48 AZN faiz borcu olmaqla, cəmi 65696.74 AZN borcu vardır; "Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 87/13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə 20 %-lə 10.000 AZN məbləğində kredit verilmişdir; -xx.xx.2018-ci il tarixli maliyyə arayışa əsasən Cavabdeh ilə "Bank of Azerbaijan” ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehin 3726.03 AZN əsas borcu, 1149.34 AZN faiz borcu, 10.64 AZN cərimə borcu, cəmi 4886.01 AZN manat borcu vardır; - xx.xx.2009-cu il tarixli kassa məxaric orderinə əsasən bank tərəfindən Cavabdeh 59000 manat pul verilmişdir; xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən bank məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir; -"Bank of Azerbaijan” ASC ilə Cavabdeh arasında bağlanmış 24 iyul 2009-cu il tarixli 1345 saylı təminatlı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən 24 iyul 2009-cu il tarixli 1345 saylı müqavilənin şərtləri mütəmadi pozulması səbəbindən bankdan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədilə verilmiş ipoteka kreditinin şərtləri aşağıdakı şəkildə dəyişdirilmişdir. 1345 nömrəli kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 8 faizdən 14 faizə qaldırılsın. Kredit müddəti ilkin müqavilə ilə təyin olunmuş kimi qalsın. 11 aprel 2012-cü il tarixinə olan cəmi 57103.59 manat qalıq öhədlik müqaviləyə olan bu əlavə ilə təyin edilmiş cədvəl üzrə ödənilsin. Ödəniş cədvəlinə əsasən borclu 255 ay müqddətinə hər ayın 01 dən gec olmayaraq 702.70 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; "X8” MMC-nin qiymətləndimə rəyinə əsasən toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 52, mənzil 132 üzrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti 115000 manat təşkil edir; -AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 2584 nömrəli xx.xx.2019-cu il tarixli xətşünaslıq ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş, mülki işin 35-42 ci vərəqələrində olan "Bank of Azerbaijan” ASC ilə Cavabdeh adlarında olan 15 may 2013-cü il tarixli № 87/13 nömrəli Təminatsız kredit müqaviləsinin 2-6-cı vərəqələrində "Borc alan” qrafalarındkı imzalar və 7-ci vərəqəsində "Fiziki şəxs” qrafasındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur; -AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 1063 nömrəli xx.xx.2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2009- cu il tarixli 345 saylı kredit müqaviləsi və həmin müqaviləyə 1 saylı əlavə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh "Bank of Azerbaijan” ASC-yə olan borcu 46724.26 manat əsas, 18972.48 manat faiz borcu təşkil edir( iş l.cild.səh.6-12, 14, 20-23, 32, 33-42, 78; iş l l.cild.səh. 9,15,86).
6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7753/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh və müstəqil tələb irəli sürən 3-cü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-32/2021saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7753/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermiş və Ali Məhkəmənin 2(102)-2666/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7753/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsində ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Qərarda Mülki Prosessual Məcəllənin 14, 77.1, 88, 407.2, 416; Mülki Məcəllənin 448.1, 739.1; “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 10.4, 11.1, 11.2, 14, 33-cü maddələrinə istinadən qeyd edilmişdir ki, kredit borcu tələbinin təmin edilməsi və qarşılıqlı iddianın rədd olunması hissələrində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.Qeyd olunan hissə ilə bağlı kassasiya şikayətinin dəlilləri əsasən cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəmələrinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin kredit borcu tələbinin təmin edilməsi və qarşılıqlı iddianın rədd olunması hissələri ilə bağlı digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Bununla yanaşı, ipoteka predmetinə tutuma yönəldilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmış,ipoteka müqaviləsinin qüvvəyə minməsi və ipoteka hüququnun yaranması barədə Qanunun 10 və 11-ci maddələrində müəyyən edilmiş qayda əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə qeydiyyatına da eyni cür şamil edilməlidir. Əks halda qanunvericiliyin əlavə ipotekanın qeydiyyatı ilə bağlı nəzərdə tutduğu məqsədlərinə nail olmaq da mümkün olmayacaqdır. Bu baxımdan ipoteka ilə təmin edilmiş kredit müqaviləsi üzrə əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdirilmişdirsə ipotekanın dəyişdirilmiş şərtlərlə yaranan öhdəliyin də təminatı olması üçün bununla bağlı ipoteka müqaviləsinə dəyişikliklər edilməli və həmin dəyişikliklər dövlət qeydiyyatına alınmalıdır. Əks halda "İpoteka haqqında” Qanunun 10, 11 və 14-cü maddələrinə əsasən mövcud ipoteka yalnız ilkin şərtlərlə yaranmış öhdəliklərin təminatı kimi qalmaqla, dəyişdirilmiş şərtlərlə yaranan öhdəliklərin həmin ipotekaya yönəldilməsi üçün hüquqi (qanuni) əsas olmayacaqdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişdir. Ən azından ona görə ki, ilk iddia üzrə iddiaçı iddia tələbində 10.64 manat cərimə ödənilməsini tələb etdiyi halda, məhkəmə həmin cəriməni nədənsə 100 manatadək artırmışdır. Bundan əlavə, iddiaçının istinad etdiyi xx.xx.2009-cu il tarixli 345 saylı kredit müqaviləsində kredit 8 faizlə verildiyi halda, birinci instansiya məhkəməsi həmin müqavilə üzrə deyil,Cavabdeh tərəfindən mübahisələndirilən digər müqavilə üzrə 14 faizlə hesablanmış faiz borcunu tutmuşdur,hansı ki, həmin müqaviləyə xx.xx.2013-cü ildə edilmiş 1 saylı Əlavə 3 tərəfi yəni kreditor, borcalan (öhdəliyi ötürən) və yeni borclu arasında bağlanılmış, lakin faktiki öhdəliyi götürən və yeni borclu eyni şəxs, yəni Cavabdeh göstərilmişdir. Bu hal onu sübut edir ki, kreditor öz üstün mövqeyindən çıxış edərək borclunun onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdırmış və onu daha ağır şərtlərlə müqavilə bağlamağa məcbur etmişdir. Belə ki, həmin 1 saylı Əlavənin 1.1-ci bəndinə görə illik faiz dərəcəsi 8 fazidən 14 faizə qaldırılmış, eləcə də, iddiaçı həmin dövrədək kreditdən ödənişlər etdiyi və ona əlavə hər hansı kredit verilmədiyi halda, 50000 manatlıq kreditin məbləği naməlum səbəblərdən 57103.59 manata qaldırılmışdır. Ola bilər ki, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə yığılan əsas, faiz və hesablanmış dəbbə pulu yenidən kredit şəklində hesablanmaqla, yeni kredit kimi sənədləşdirilmişdir ki, bu hal qanunvericilikdə nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddiaçıya ilk kredit müqaviləsi üzrə müqavilə müddəti 300 aylıq olduğu halda, bank təşkilatı xx.xx.2013-cü il tarixədək hesablanmış faiz və dəbbə pulunu yenidən kredit şəklində iddiaçıya hesablamaqla qanunvericiliyin qeyd olunan tələblərini pozmuşdur. Bundan əlavə, birinci instansiya məhkəməsi qətnamənin qət etdi hissəsində "ilk iddianın qalan hissədə təmin edilməməsini" qeyd etsə də, ilk iddianın hansı hissədə rədd edilməsi məlum deyil. Halbuki, məhkəmə ilk iddianı hansısa hissədə rədd etməyib, əksinə tələb olunan məbləğdən də artıq məbləği Cavabdeh bankın xeyrinə tutmuşdur.Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı və müstəqli tələb irəli sürən şəxsin iddialarını rədd edərkən hesab etmişdir ki, həmin iddiaların tam və ya qismən təmin olunması üçün qanuni əsaslar mövcud deyil və qeyd olunan tələblərlə əlaqədar məhkəməyə kifayət qədər sübutlar təqdim olunmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə əsaslandırılmadığına və qanunsuz olduğuna görə ləğv edilməklə, həmin hissədə qarşılıqlı iddia tam təmin edilməlidir. Tərəfindən xx.xx.2018-ci il tarixli qarşılıqlı iddia verilmiş, 14 may 2019-cu il tarixli qarşılıqlı iddia ərizəsinə əlavə ilə müraciət edilmiş, sonda isə 12 mart 2020-ci il tarixli qarşılıqlı iddia ərizəsinə əlavə məhkəməyə təqdim edilərək, qarşılıqlı iddia tələbinin aşağıdakı formada qəbul edilməsi xahiş olunmuşdur: 'Bank of Azerbaijan' ASC ilə Cavabdeh arasında 11 aprel 2013-cü ildə bağlanmış 24 iyul 2009-cu il tarixli 345 saylı kredit müqaviləsinə 1 saylı Əlavənin və xx.xx.2013-cü ildə bağlanmış 87/13 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 24 iyul 2009-cu il tarixli 345 saylı alğı-satqı və ipoteka müqaviləsinin ləğv edilməsi barədə. Birinci instansiya məhkəməsi isə yalnız 1 cümlə ilə bir hissədə qarşılıqlı iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Qeyd olunan fərdi yaşayış evi Rasinm Əhmədov ilə həyat yoldaşının birgə nikah dövründə əldə edildiyi, kredit müqaviləsi üzrə əsas borcun məbləği və kreditin faizi dəyişdiyi halda, əlavə ipoteka müqaviləsi bağlanılmamış və həmin əlavə dövlət reyestrində qeydə alınmamışdır. Odur ki, hazırki vəziyyətdə kredit müqaviləsi üzrə öhdəliklərin ipoteka predmeti olan mənzilə yönəldilməsi mümkün deyildir. Lakin hazırkı mülki işdə ipoteka müqaviləsinə əlavənin bağlanması və həmin əlavənin dövlət qeydiyyatına alınmasını təsdiq edən sübut yoxdur. Sonradan əsas öhdəliyin ölçüsü və faizlər dəyişdirilmiş, bu dəyişiklik ipoteka müqaviləsində öz əksini tapmamış və əlavə dövlət qeydiyyatı aparılmamışdır. Cavabdeh 15 may 2013-cü il tarixli müqavilədən məlumatı olmamış, onun həmin kredit müqaviləsindəki imzaları saxtalaşdırılmışdır. Ən əsası odur ki, Cavabdeh problemli kredit götürən şəxs kimi Bankların qara siyahısında qeydiyyata alınmış, bu məqsədlə bir çox banklara kredit götümək üçün müraciətlər edəndə, hamısı ona kredit verməkdən imtina edir və ən çoxu iş yeri olması nəzərə alınmaqla 1000 manat kredit verilməsinin mümkün olmasını bildirmişlər. Belə bir problemli şəxs olduğu halda, "xxxx" ASC-nin onsuz da həmin bankda problemli kredit alan kimi qeydə alınan şəxsə əlavə kredit müqaviləsi bağlamaqla kredit verməsi inandırıcı deyildir. Çox güman ki, Bank işçiləri Cavabdeh onlarda olan 24 iyul 2009-cu il tarixli kredit müqaviləsində olan sənədlərini saxtalaşdırmaqla 2013-cü ildə yeni müqavilə tərtib edib, adına kredit götürməklə mənimsəmiş, onun 24 iyul 2009-cu il tarixli kredit müqaviləsi üzrə ödədiyi ödənişlərin təyinatını dəyişdirib, saxtalaşdırılmış müqavilənin icrasına yönəltmiş, nəticədə isə onu zərərə salmışlar. Göründüyü kimi Cavabdeh həmin dövrdə 8 faizlə krediti güclə ödədiyi halda, əlavə 20 faizlə 10000 manat kredit verməsi gülünc bir iddiadır və həqiqəti əks etdirmir. Ona görə də iddia ərizəsində istinad olunan xx.xx.2013-cü il tarixli kredit müqaviləsi etibarsız hesab edilməlidir. Bundan əlavə, Cavabdeh əsli olan 24 iyul 2009-cu il tarixli 345 saylı kredit müqaviləsində 50000 manat məbləğində verilmiş kreditin 300 ay müddətinə və 8 faizlə verilməsi göstərilsə də, Bank iddia ərizəsində ondan kreditin 14 faizlə qaytarılmasını tələb edir. Eləcə də, verilən ekspert rəyləri hər hansı formada əsaslandırılmamış, yalnız Bankın təqdim etdiyi maliyyə arayışını olduğu kimi ekspert rəyinə köçürtməklə bankın mənafeyinə uyğun rəy vermişdir. Bununla bağlı təkrar ekspertiza keçirilməsi barədə vəsatətlər verilsə də, hər hansı münasibət bildirilmədən əsassız olaraq rədd edilmişdir. Ən əsası isə Bank xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubunda yalnız 87/13 saylı kredit borcu üzrə xx.xx.2018-ci il tarixə hesablanmış 3726,03 manat əsas və 1107,94 manat faiz borcu və 10,64 manat cərimənin 5 gün müddətində ödənilməsi barədə guya ki xəbərdarlıq etmiş, digər xx.xx.2009-cu il tarixli 345 saylı kredit müqaviləsi üzrə hər hansı xəbərdarlıq məktubu ünvanlamamışdır. Qeyd olunan xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubunu guya ki onun Tovuz rayonundakı rəsmi qeydiyyatda olduğu ünvana ekspress (SKY mail Service) poçtla göndərmiş, həmin ekspress 6 saatlıq yolu həmin gün gedib oradakı kimliyi heç birinə məlum olmayan "Məmmədov” soyadlı qonşuya imza edilməklə təqdim edilməsi barədə saxta qəbz qoymuşlar. Hansıki həmin soyadda qonşu mövcud deyil və eyni gündə poçta təqdim edilən sənədin həmin gün 6 saat yol yedib rayonda kiməsə təqdim etməsi mümkün deyildir. Bank tərəfindən ona kredit borcunun ödənilməsi barədə rəsmi qaydada hər hansı xəbərdarlıq edilmədən birbaşa olaraq ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş göndərməsi isə qanunsuz və əsassız olmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsi işin mahiyyətini ümumiyyətlə araşdırmamış, eləcə də əsassız olaraq vəsatətləri təmin etməmişdir. Ən əsası isə Bank təşkilatı tərtib etdiyi bütün sənədləri elə tərtib edib ki, bütün sənədlərdə yalnız imza yeri saxlanılıb, qalan bütün rekvizitlər isə kompüter vasitəsilə çap edilmişdir ki, bu da bankın həmin sənədləri saxta tərtib etməsinin bariz nümunəsidir.
9. Müstəqil tələb irəli sürən 3-cü şəxs X3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli 2(007)-32/2021 saylı qətnaməsinin ləğv edilməsini və onun “ipoteka qeydiyyatının ləğv edilməsi və mənzilin yüklülükdən azad edilməsi” barədə iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nizami rayon Məhkəməsi işi düzgün araşdırmamış, yalnız bir cümlə ilə onun iddiasını rədd etmişdir. Halbuki, o, xx.xx.2001-ci ildə Cavabdehla faktiki nikaha daxil olmuş, nikahlarını 11 sentyabr 2003-cü ildə rəsmiləşdirmişlər, onların nikahından xx.xx.2003-cü ildə Aysu, xx.xx.2009-cu ildə Fidan adlı 2 qızları doğulmuşdur. Cavabdeh ilə nikahda olduğu müddətdə sonuncu İddiaçıAçıq Səhmdar Cəmiyyəti ilə xx.xx.2009-cu ildə 345 nömrəli kredit və ipoteka müqavilələri bağlayıb, qeydiyyatda olduğu və yaşadığı Bakı şəhər, B.Nuriyev küçəsi, ev 52, mənzil 132-ni almaq üçün 8 faiz ödəmək şərtilə 300 ay müddətinə 50000 manat kredit götürmüşlər. Eyni zamanda, həmin kredit müqaviləsi üzrə birgə mülkiyyətlərində olan mənzillərini ipoteka ilə yüklü etmişlər. Həmin vaxt qeyd olunan mənzili 60000 manata almışlar və öz vəsaitləri hesabına müqavilədə göstərilən 10000 manatın 9000 manat hissəsini bank vasitəsilə mənzili satana, qalan 1000 manat hissəsini isə beh şəklində verdilər, həmin vaxt kredit və ipoteka müqavilələri bağlanarkən, Bank həmin müqavilələrin tərtibində iştirakını təmin etməmişdir. Bundan sonra isə Nizami rayon Məhkəməsi tərəfindən ona məhkəməyə çağırılarkən məlum oldu ki, ondan sonrakı müddətdə Bank həyat yoldaşı ilə bağladığı müqaviləsinə dəyişiklik edib, ailə vəziyyətlərini və kreditin ödənilməsini çətinləşdirən yeni müqavilə imzalamağa məcbur etmiş, bu zaman həmin dövrdə 50000 artıq ipoteka üçün kredit verilmədiyi halda, ilkin müqavilə üzrə ödənilməmiş penyaları yenidən hesablayıb 57000 manat şəklində yeni müqavilə imzalatmış, həmçinin kreditin faizini 8-dən 14-ə qaldırmış, ən acınacaqlısı isə həyat yoldaşına 1 qəpik pul vermədən 20 faizlə qaytarmaq şərtilə əlavə 10000 manatlıq müqavilə bağlatdırıb, onsuz da ağır olan vəziyyətlərini daha da bərbad etmişdir. Lakin cavabdehlər öz aralarında kredit müqaviləsinin şərtlərini daha da ağırlaşdırsalar da, onun Cavabdeh ilə nikahda olduğunu nəzər almamış, həmçinin ipoteka müqaviləsinə əlavə bağlamayıb və yeni müqavilənin dövlət qeydiyyatını aparmamışlar. İş üzrə cavabdehlər əvvəlki kredit müqaviləsinin icrasının edilməsi ilə bağlı onların şərtlərindən, məqsədindən və təyinatından fərqlənən kredit müqaviləsinə əlavə adı altında yeni müqavilə bağlayaraq, yeni şərtlərlə və baş kredit müqaviləsinin şərtlərindən kənara çıxan yeni müqavilə bağlamış və həmin vaxt yeni şərtlərlə bağlanmış müqavilələr üzrə ipotekaların qeydiyyatını yenidən həyata keçirməli olduqları halda, belə qeydiyyatı aparılmasını yerinə yetirməmiş və yeni şərtlərlə bağlamış müqavilələrə uyğun ipoteka müqavilələri bağlamamışlar. Eləcə də, şərtləri ailələri üçün ölümə bərabər və bankın öz üstün mövqeyindən istifadə edib kredit müqaviləsinə əlavə bağlanmasından da məlumatı olmamışdır. Belə olan halda isə hazırkı iş üzrə Bankın ipoteka predmetlərinə tələbin yönəldilməsini tələb etməsi vicdanlılığın tələb edilən hərəkət hesab edilə bilməz. Lakin cavabdehlər arasında öhdəliyin mahiyyəti və ölçüsü dəyişdiyi halda, ipotekanın əlavə dövlət qeydiyyatı aparılmayıb və bu barədə onunla həyat yoldaşının razılığı alınmamışdır.Bu əsasla da hesab edir ki,birgə nikah dövründə alınmaqla mülkiyyətlərində 132 nömrəli mənzil kredit müqaviləsi üzrə öhdəliklərin təmini üsulu kimi çıxış edə bilməz və ipotekanın dövlət qeydiyyatı ləğv edilməlidir. Cavabdeh ailə münasibətlərinin dağılmaması naminə Bankın bütün qanunsuzluğu və ağır şərtləri qarşısında kredti müqaviləsinə əlavəni və 10000 manat götürməsi barədə kredit müqaviləsi bağlamışdır ki, hazırki vəziyyətdə Rasimin onu bu barədə xəbərdar etməməsi nəticəsində artıq ailə münasibətləri tamamilə pozulmuşdur, birgə təsərrüfat aparmırlar. İşi araşdıran məhkəmə isə onun iddiasını olduğu kimi qətnaməsinə köçürüb, iddianın nəyə görə əsassız olması və iddiasının qanunvericliyin hansı tələbinə görə rədd olması barədə heç bir qeydiyyat aparmamışdır. Belə olan halda, araşdırma predmeti olmayan iddia ərizəsinin yenidən apellyasiya qaydasında qanuni və ətraflı araşdırılmasına zərurət yaranmışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətinə uyğun izahat verməklə tərəflər arasında barışığın mümkün olmadığını, ipoteka qoyan və ipoteka saxlayanın eyni şəxs olduğunu, lakin iddiaçı tərəfin öz üstün mövqeyindən istifadə edərək cavabdehə qol çəkdirdiyini, tutmanın ipoteka predmetinə yönəldilməsinin qeyri-mümkün olduğunu, yeni müqavilə bağlanarkən onun dövlət qeydiyyatına alınmadığını, notarial qaydada təsdiqlənmədiyini bildirmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 faiz məbləğinin 50% azaldılması ilə bağlı qarşı tərəfə təklif verdiklərini, lakin onların bu təkliflə razı olmadıqlarını qeyd edərək ilkin müqavilənin qanuni olduğunu bildirmiş, tutmanın ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir.
12. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən müstəqil tələb irəli sürən 3-cü şəxs X2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.
14. Məcəllənin 419.4 və 420-ci maddələrinin tələblərinə görə: Qərar qəbul edildiyi andan qüvvəyə minir və kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 fevral 2012-ci il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
16. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən və kassasiya instansiya məhkəməsinin müəyyən etdiyi hissədə(qətnamənin ipoteka predmetinə tutma yönəldilməsi hissəsində) yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-12, 15, 34.1, 36.1, 36.3, 39, 47.4, 48,59; Mülki Məcəllənin 269-270, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 550-554, 556, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80 - 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Qətnamə üzrə maddi hüquq normaların tətbiqində ümumilikdə qüsurlar müəyyən edilməsə də, ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi əsasları ilə həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsaslar mövcuddur. Belə ki, İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir, əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə qeydiyyatına da eyni cür şamil edilməli və ipotekanın dəyişdirilmiş şərtlərlə yaranan öhdəliyin də təminatı olması üçün bununla bağlı ipoteka müqaviləsinə dəyişikliklər edilməli və həmin dəyişikliklər dövlət qeydiyyatına alınmalı olduğu halda bunlar təmin edilməmişdir. Bu əsaslar təminatın və qətnamənin ilk və 3-cü şəxsin tələblərinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsində qanuniliyi anlamını şübhə altına alan amillərdir.
18. “İpoteka haqqında” Qanunun 11-ci maddəsinə əsasən Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. İpoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir. İpoteka müqaviləsində ipoteka kağızının verilməsi və ya rəsmiləşdirilməsi nəzərdə tutulubsa, ipoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı yuxarıda göstərilən məlumatlarla yanaşı, ipoteka kağızının verilməsi və ya rəsmiləşdirilməsi barədə də məlumat qeyd edilir.
19. Qanunun 14-cü maddəsində qeyd edilmişdir ki, İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır:ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə;əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə;ipoteka predmeti özgəninkiləşdirildikdə.İpotekanın əlavə dövlət qeydiyyatı haqqında ərizəyə ipoteka müqaviləsində dəyişikliklərin edilməsi, tələbin başqa şəxsə keçməsi və ipoteka predmetinin özgəninkiləşdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilmiş surəti əlavə edilir. İpoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti dəyişdikdə, ipoteka predmeti dəyişdirildikdə və ya özgəninkiləşdirildikdə müvafiq olaraq ipoteka kağızında dəyişikliklər aparılır və əlavə dövlət qeydiyyatına alınır. İpoteka kağızı ilə rəsmiləşdirilən ipotekanın əlavə dövlət qeydiyyatı ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə aparılır. İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən və daşınar əmlakın rəsmi reyestrindən çıxarışla, ipoteka kağızında isə müvafiq qeydin edilməsi ilə təsdiq edilir.
20. Apellyasiya şikayətləri qeyd edilən əsaslarla qismən təmin, ipoteka predmetinə tutmanın yönəldilməsi və müstəqil tələb irəli sürən 3-cü şəxs X2 iddiasının rədd edilməsi hissəsində qətnamə ləğv, tələb olmadığından şikayət verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci onları ödəyən şəxslərə aid edilməlidır.
21. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ:
Cavabdeh və müstəqil tələb irəli sürən 3-cü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətləri baxılan hissədə qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-32/2021 saylı işi üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsi tutmanın Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsindəki 52 saylı evin 132 saylı mənzilinə yönəldilməsi və müstəqil tələb irəli sürən 3-cü şəxs X2 iddiasının rədd edilməsi hissəsində (qismən) ləğv edilsin. İddiaçı "Bank of Azerbaijan” ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fondunun Cavabdeh qarşı ipoteka qoyulmuş Cavabdeh məxsus ünvan 1 ünvanına tutmanın yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsinə dair iddiası (hissəsi) rədd edilsin. Müstəqil tələb irəli sürən 3-cü şəxs X2 Bank of Azərbaijan” ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fonduna və Cavabdeh qarşı ipoteka qeydiyyatının ləğv edilməsi və mənzilin yüklülükdən azad edilməsi tələbinə dair iddiası təmin edilsin. Bakı şəhər, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 52, mənzil 132-nin "Bank of Azerbaijan”Açıq Səhmdar Cəmiyyəti qarşısında (24 iyul 2009-cu il tarixli AN-İ seriyalı ******* nömrəli yaşayış sahəsinin alğı-satqı və ipoteka müqaviləsinə əsasən) ipoteka qeydiyyatı ləğv edilsin və mənzil ipoteka ilə dövlət yüklülüyündən azad edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.