Məhkəmə qərarları › İş №2(102)-2668/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2668/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2668/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Vəkil qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2668/21 (Açar sözlər: subroqasiya qaydasında sığorta pulu) Bakı şəhəri, 20 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “xxxx” AS-nin nümayəndəsi X1, vəkili Rnun və Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2586/2020 nömrəli iş üz rə xxx il tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 20 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 qarşı sığorta ödənişinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 2942,01 (iki min doqquz yüz qırx iki manat bir qəpik) manat sığorta ödənişi məbləğinin və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun, 7 (yeddi) manat notariat xərcinin 2979,41 (iki min doqquz yüz yetmiş doqquz manat qırx bir qəpik) manat pulun Cavabdeh1 tutulub iddiaçı “xxxx” ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyət i 07.05.2018-ci il tarixdə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 51-ci maddəsinə əsasən ərizə təqdim edərək, 2(012)-2194/2018 saylı mülki iş üzrə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 MMC-nin cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Sonradan iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, 2942,01 manat sığorta ödənişi məbləğinin və 30,40 manat məbləğində dövlət rüsumunun, 7 manat notariat xərcinin, cəmi 2979,41 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutulub iddiaçı “xxxx” ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 05.12.2014-cü il t arixində Bakı şəhəri, Cavadxan küçəsində, Cavabdeh1 “Daewoo BS 090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “xxxx” ASC-də sığortalanmış “Subaru Forester” markalı ** GS *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin 06.12.2014-cü il tarixli, No 13768 saylı arayışa əsasən ** TG *** dövlət qeydiyyat nişanlı “Daewoo BS 090” markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxs olaraq müəyyən edilmişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı “xxxx”ASC tərəfindən “Subaru Forester” markalı ** GS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq 29 42,01 manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehlər bugünə qədər həmin məbləğin geri ödənilməsindən qərəzli şəkildə yayınmışlar. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 sentyabr 2019-cu il tarixli 2(012)-4132/2019 nömrəli qərardadı ilə (hakim – Habil Əhmədov) məhkəməəmtəəşünaslıq-ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2020-ci il tarixli 31567 №-li ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxx” ASC tərəfindən tərtib edilmiş 26.01.2015-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtomobillərin qiymətləri nəzərər alınmaq 2013-cü il buraxılışlı, “Subaru Forester” markalı ** GS *** dövlət qeydiyyat nişanlı avt omobilin təmir-bərpa xərci avtoehtiyyat hisərlərinə köhnəlmə əmsalı tətbiq edilməklə təxminən 2544 manat müəyyən edilir. Lakin vurulmuş ziyan hesablanarkən ƏDV 18% nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsinin xxx il tarixli 2(012)-15/2020 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1dan iddiaçı «xxxx» ASC-nin xeyrinə 3001,92 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti və 7 manat notariat xərci olmaqla, cəmi 3038,92 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməli və ƏDV18% hesablanmaması nəzər ə alınmalıdır. Göründüyü kimi iddia tələbində “Subaru Forester” markalı ** GS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2942,01 manat göstərilməsinə baxmayaraq, ekspert rəyində 2544,00 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, xüsusi biliyə malik ekspertin rəyi daha əsaslı obyektiv olduğundan ziyanın məbləği rəydəki məbləğ hesab edilməli və sadə riyazi üsulla ƏDV18% hesablanması mümkün olduğundan əlavə olaraq hesablanaraq zərər məbləğinin üzərinə gəlməlidir. Belə ki, ekspert rəyində dəymiş zərər 2544,00 müəyyən edildiyindən, həmin məbləğin ƏDV-si (2544x18%=457,92) 457,92 manat təşkil edir ki, bu ümumilikdə vurulmuş zərərin məbləğini (2544+457,92=3001,92) 3001,92 manat edir ki, zərər məbləği həmin məbləğ götürülməlidir. İddia ərizəsində cavabdeh kimi eyni zamanda “Daewoo BS 090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2 MMC göstərilmişdir. Lakin həmin hüquqi şəxsə qarşı subroqasiya qaydasında iddiaçıya tələb etmək hüququ verilməsinin əsasları iddia ərizəsində göstərilməmiş və heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə qanunun tələblərini nəzərə alaraq hesab edir ki, Cavabdeh2 MMC-nin iş üzrə mülki hüquqi məsuliyyəti sübut olunmadığından tələbin ona yönəldiyi hissəsində iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1108.1, 1114.1-ci, ''İcbari Sığortalar haqqında'' Azərbaycan Respublikası Qanununun 25, 63.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qət namədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin ona aid hissədə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan iddiaçı “xxxx” ASC apelyasiya şikayəti verərək, qətnamənin Cavabdeh2 MMC-yə aid hissədə dəyişdirilməsi, cavabdehlərdən müştərək qaydada 2942.01 manatın, 30.40 manat dövlət rüsumunun və 7 manat notariat xərcinin, cəmi 2979.41 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abasov sədrlik edən və məruzəçi, Səyyad Qafari, Telman Məmmədov) 2(105)-2586/202 0 saylı, xxx il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri qismən təmin edilərək, hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-15/2020 saylı, xxx tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada iddiaçı «xxxx» ASC-nin xeyrinə subroqasiya qaydasında 2544 manat, iddia verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30,40 manat, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu və 7 manat notariat xərci olmaqla, cəmi 2596,80 manat məbləğində pulun tutulması, Cavabdeh1 apelyasiya şikayəti verilməsi üçün ödədiyi 15 manat məbləğində dövlət rüsumunun 10 manatının “xxxx” ASC-dən tutularaq ona verilməsi, aparılmış ekspertizanın xərci kimi 120 manat pulun “xxxx” ASC-dən, Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, mübahisə araşdırılarkən birinci instansiya məhkəməsi tərəfindən bir sıra prosessual pozuntulara yol verilmişdir. İş materiallarından görünür ki, «xxxx» məhkəmədə iddia qaldıraraq, 2942,01 manat sığorta ödənişi və 30,40 manat məbləğində dövlət rüsumu, habelə 7 manat notariat xərci olmaqla, cəmi 2979,41 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutulub iddiaçı “xxxx” ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə isə mübahisəni araşdıraraq öz qətnaməsilə bu iddianı qismən təmin etmiş, Cavabdeh1dan iddiaçı «xxxx» Açıq Səhmdar C əmiyyətinin xeyrinə 3001,92 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti və 7 manat notariat xərci olmaqla, cəmi 3038,92 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Bununla da, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən iddiadan kənara çıxmış, subroqasiya qaydasında 2942,01 manat məbləğində pul tələb edildiyi halda, Cavabdeh1 iddiaçının xeyrinə 3001,92 manat pul tutmuş, nəticədə MPM-nin 218.3cü maddəsinin tələblərini pozmuşdur. Bundan başqa, hazırkı tələb Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı qaldırılmış, lakin məhkəmə qətnaməsilə iddia yalnız Cavabdeh1 dair hissədə təmin edilmişdir. Bu nəticəyə gələrkən, məhkəmə Cavabdeh2 MMC-yə qarşı subroqasiya qaydasında iddiaçıya tələb etmək hüququ verilməsinin əsaslarının iddia ərizəsində göstərilmədiy inə və bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyinə əsaslanmışdır. Məhkəmə hesab etmşdir ki, Cavabdeh2 MMC-nin iş üzrə mülki hüquqi məsuliyyəti sübut olunmadığından tələb ona dair hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də birinci instansiya məhkəməsi prosessual normaları (MPM-nin 81 və 88-ci maddələri) pozmuşdur. Belə ki, işdə olan Bakı şəhər BPİ DYP İdarəsinin 06 dekabr 2014-cü il tarixli arayışından görünür ki, yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh1 idarə etdiyi DAEVOO markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi məhz Cavabdeh2 MMC-dir. Qeyd edilən prosessual pozuntulara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iş üzrə çıxarılmış qətnamə ləğv edilməlidir. Yol-nəqliyyat hadisəsi törədilərkən Cavabdeh 1 Cavabdeh2 MMC-nin mülkiyyətində olan “Daewoo BS 090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobili lazımi icazə olmaqla idarə etmiş, hadisəni əmək vəzifələrinin icrası zamanı törətmiş, buna görə də, sürücü tərəfindən vurulmuş ziyana görə MMC onunla birlikdə müştərək qaydada maddi məsuliyyət daşımalıdır. Dəymiş zərərin məbləğinin müəyyənləçdirilməsi məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və vurulmuş zərər nəticəsində 2013-cü il buraxılışlı, Subaru-Forester avtomobilinin təmir-bərpa xərci cəmi 2680,80 manat (dəyişilməli hissələrin qiyməti-1750,80 manat+təmir-bərpa işlərinin qiyməti 930 manat) müəyyən edilmişdir. Tədqiqat zamanı dəyişilməli hissələrin qiyməti 1750,80 manat müəyyən edilmiş, bu zaman illik 4 % aşınma nəzərə alınmış və tətbiq edilmiş, dəyiş ilməli hissələrin qiyməti 1750,80 manat müəyyən edilmişdir. Təmir-bərpa işlərinin qiyməti 930 manat əlavə edilsə, ümumilikdə avtomobilin təmir-bərpa xərci 2544 manat təşkil edir. Lakin işə baxan məhkəmə, ekspert tərəfindən avtomobilin təmir-bərpa xərci kimi müəyyən edilmiş 2544 manatı qəbul etməklə yanaşı, ehtiyat hissələrinə görə əlavə olaraq 457,92 manat ƏDV hesablamışdır. Məhkəmə kollegiyası hesab edir ki, ehtiyat hissələrinə görə əlavə 18 % ƏDV hesablanması barədə məhkəmənin gəldiyi bu nəticə əsassızdır, çünki ekspert dəyişilməli hissələrin qiymətini müəyyən edərkən bütün xərcləri nəzərə almış, son nəticədə bu məbləği 2544 manat müəyyən etmişdir. Beləliklə də, işin faktiki hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın məhz bu məbləğdə təmin edilməsi məqsədə müvafiqdir. K asasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh2 MMC (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh2 MMC-yə münasibətdə ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialları və tərəflərin məhkəmədə verdikləri izahatlarından da görünür və sübuta yetirilir ki. Cavabdeh1 adlı şəxsin cavabdeh MMC ilə heç bir hüquq münasibəti və işçisi olmamışdır. İş üzrə məhkəmə qətnamə çıxararkən istinad etdiyi Azərbaycan Respublikası MM-nin 1099.1-ci maddəsi hüquqi və fiziki şəxslərin vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərə görə məsuliyyət nəzərdə tutur. Ona görə də hazırkı iş üzrə "Ca vabdeh2" MMC cavabdeh ola bilməz. Bu halı işə baxan məhkəmə kollegiyası da araşdırmamış, "Cavabdeh2" MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və müvafiq sübutlarını təqdim etməsinə şərait yaratmamışdır. İşə baxan məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə heç bir araşdırma aparmamış, formal mülahizələrə istinad edərək nəticədə "Cavabdeh2" MMC-nə münasibətdə iş üzrə səhv nəticəyə gəlmiş, formal mülahizələrə əsaslanaraq "Cavabdeh2" MMC-yə münasibətdə əsassız və qanunsuz qətnamə çıxarmışdır. İşə baxan məhkəmə "Cavabdeh2" MMC-nin iş üzrə cavabdeh olmasına baxmayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmədə MMC-nin nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmənin rəsmi qaydada verməli olduğu məhkəmə bildirişlərini poçt vasitəsi ilə ünvana gö ndərməmişdir. Yalnız qətnamə poçt vasitəsi ilə ünvana göndərilmişdir. Bununla da işə baxan məhkəmə Azərbaycan Respublikası MPM-nin 9, 134, 135-ci maddəsinin tələblərini kobud şəkildə pozmaqla məhkəmədə MMC-nin nümayəndəsinin iştirakını təmin etməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı “xxxx” ASC-nin vəkili R məhkəməyə kasasiya şikayətinə etiraz ünvanlayaraq, etirazında göstərmişdir ki, Qeyd edilən yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 MMCnin mülkiyyətində olan “Daewoo BS 090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə edən Cavabdeh1 təqsirli olduğundan həm Cavabdeh1 və Cavabdeh2 MMC müştərək məsuliyyət daşımalı və zərər hər iki cavabdeh tərəfindən müştərək qaydada qarşılanmalıdır. Bundan başqa əmək qanunvericiliyi nə uyğun olaraq işçi işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyət daşıyır. Maddi məsuliyyət işçinin üzərinə o zaman qoyulur ki, ziyanın həqiqətən vurulduğu aşkar edilsin, təqsirkarın əməli müvafiq qanunla ziddiyyət təşkil etsin, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olsun. Tərəflərin maddi məsuliyyəti ziyanın vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq, müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmçinin, ziyan vurulduqdan sonra əmək münasibətlərinə x itam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Əgər işçi ziyanı tam maddi məsuliyyət daşıdığı hallarda vurmuşdursa, onun məbləği isə işçinin orta aylıq əməkhaqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Bu halda məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq, müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər. Bununla da məlum olur ki, işəgötürən işçisinin təqsiri nəticəsində üçüncü şəxslərə dəymiş zərəri qarşılamalı və daha sonra məhz işəgötürən tərəfindən ödənilən ziyanın məbləği reqress qaydada işçidən tələb olunmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh2 MMC-nin vəkili Vəkil və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən “xxxx” AS-nin nümayəndəsi X3 və vəkili R kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Cavabdeh1 nümayəndəsi X4 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlən ilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran t əqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifad ə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 25.1.3. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etm əyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının ( sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düz gün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlkin olaraq kasasiya şikayətinin cavabdeh MMC-nin məhkəmə iclasının vaxtı barədə məlumatlandırılmaması, ona sübutlarının təqdim edilməsi üçün şərait yaradılmaması barədə dəlili üzrə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, 05.10.2020-ci il tarixdə cavabdeh MMC-yə məhkəmə bildirişi ünvanlanmış, həmin bildirişdə məhkəmə iclasının 30.10.2020-ci il tarixdə keçiriləcəyi göstərilmiş, bildiriş 15.10.2020-ci il tarixdə poçt qəbzinin kötüyünə imza edilməklə qəbul edilmişdir. Bildiriş qəbul edildikdən 15 gün sonra, yəni 30.10.2020ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmiş, iştirak etməmək barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Bu səbəbdən apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxıb qətnamə qəbul etməkdə haqlı olmuş, hər hansı prosessual pozuntuya yol verməmişdir. Kasasiya şikayətinin cavabdeh MMC-nin cavabdeh Vəkil ilə əmək münasibətində olmadığına, buna görə məsuliyyət daşımalı olmadığına dair dəlili üzrə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhər BPİ DYP İdarəsinin 06 dekabr 2014-cü il tarixli arayışından görünür ki, yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh1 idarə etdiyi DAEVOO markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi məhz Cavabdeh2 MMC-dir. Yol-nəqliyyat hadisəsi törədilərkən Cavabdeh1 Cavabdeh2 MMC-nin mülkiyyətində olan “Daewoo BS 090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobili lazımi icazə olmaqla idarə etmiş, hadisəni əmək vəzifələrinin icrası zamanı törətmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 MMC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-258 6/2020 nömrəli iş üzrə xxx il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar