Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2673/2020 12.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili İsmayılova Gülnarə Urşan qızının, cavabdeh “xxxx” ASC-nin vəkili Kərimov Anar Əbdüləli oğlunun iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı, “xxxx” ASC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiya sının 2(103)-14540/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili İsmayılova Gülnarə Urşan qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli, 2(006)5046/2019 saylı qətnaməsi ilə (hаkim R.A.Xəlilov) İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı, “xxxx” ASC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14540/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski,R.Ə.Eyvazov) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məh kəməsinin 2(006)-5046/2019 saylı iş üzrə 04 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı onun pensiya kartından “xxxx” ASC tərəfindən avtoödəmə tutulmalarının dayandırılması, bank ilə mövcud olan 28 sentyabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə faiz dərəcəsinin restrukturizasiya tarixindən (“xxxx” ASC ilə müqaviləsinin bağlanması tarixindən) azaldılması və həmin kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 18.02.2015-ci il tarixində «xxxx» ASC-nin Neftçilər Filialında 48 ay müddətinə illik 28% olmaqla 1530 ABŞ dollar məbləğində kredit almışdır. Həmin tarixdə dollar məzənnəsinin 0,78 manat mövcud olduğu nəzərə alınaraq, iddiaçının bankdan aldığı kred itin məbləği 1193,4 manat təşkil etmişdir. 28 sentyabr 2016-cı il tarixində «xxxx» ASC iddiaçıya qarşı olan tələb hüququnu «xxxx» ASC-yə güzəşt etmişdir. Həmin tarixdən əvvəl bağlanmış müqavilə üzrə yaranmış borc məbləğinə yeni kredit müqaviləsi bağlanılmışdır. Yeni kredit müqaviləsinin şərtlərinə görə iddiaçıya 60 ay müddətinə, 28 sentyabr 2021-ci il tarixinədək, 29% ilə (yəni faiz dərəcəsini 1% artırmaqla) 2678 manat məbləğində pul verilmişdir. Əslində iddiaçı bu pulları almayıb, məbləğ 2015-ci ildə iki dəfə baş vermiş manatın ucuzlaşması nəticəsində bank tərəfindən yeni məzənnə ilə hesablanaraq onun öhdəsinə qoyulmuşdur. Bankın hesablaşmaları nəticəsində, ödəniş cədvəlinə əsasən iddiaçı 2021-ci ilin sentyabr ayının 28-nə kimi banka əsas borc 2.678 manat, faiz borcu 2.422,29 manat, cəmi 5.100,29 manat ödəniş etməlidir. İddiaçının hüquqi savadsızlığından sui-istifadə edərək bank onu daha ağır şərtlər nəzərdə tutan müqaviləni imzalamağa məcbur etmişdir. Banka qarşı borcu restrukturizasiya tətbiq edib faiz dərəcəsini də 1% artırıblar (halbuki restrukturizasiyanın məqsədi əsas kredit borclarının ödənilməsi üçün fiziki şəxslərə güzəştli kreditlərin rəsmiləşdirilməsidir). İddiaçı tərəfindən bankdan cəmi 1193,4 manat məbləğində kredit əldə olunmuşdur. İddiaçının pensiyasının məbləği 160 manat təşkil edir, avtoödəmə sistemi vasitəsi ilə ondan 2016-cı ildən hər ay 85 manat pul tutulur və o, faktiki 75 manat pul vəsaiti hesabına dolanır, 73 yaşı var, bir neçə xroniki xəstəliklərdən əziyyət çəkir- aterosklerotik kardioskleroz, 2-ci dərəcəli hipertoniya, xroniki xolisestit və xroniki bronxit. Hazırda iddiaçı ağır və acınacaqlı vəziyyətdədir, yaxşı qidalanmaq və lazım olan dərmanları almaq üçün maddi imkanı olmur, mənzili üzrə kommunal xərcləri ödəyə bilmir. Gələcək 3 il ərzində kredit borcunun hazırki şərtlərlə ödənilməsi onun səhhətinə və həyatına ağır bir yükdür və işgəncəyə bərabərdir. İddiaçı pensiya kartından avtoödəmə qaydasında kredit borcunun tutulmasına dair narazı olduğu barədə dəfələrlə Beynəlxaq Banka rəsmi xəbər vermiş, lakin bank müraciətinə əhəmiyyyət verməmişdir. Devalvasiyalara görə bankın maliyyə vəziyyətini iddiaçı kimi ahıl yaşında olan pensiyaçıların hesabına yaxşılaşdırmaq yolverilməzdir və insan hüquqlarına ziddir. Bank ilə bağlanmış kredit müqaviləsinin şərtlərinə dəyişiklik edilməsi təklifi ilə iddiaçı banka müraciət etmişdir, yuxarıda qeyd et diyi səbəblərə görə müqavilənin müddətinin azaldılması, münasibətlərin 2019-ci ilin axırına kimi müəyyən edilməsi və bu müddətə uyğun faiz borcu hesablanıb yeni ödəniş qrafikinin ona verilməsini xahiş etmişdir. Bank müraciətini təmin etməmişdir. İddiaçı hesab edir ki, tərəfindən müqavilə üzrə öhdəliklərini icra etmək maliyyə imkanları olmadığı üçün müqavilə ləğv edilməlidir və borcverən bankın xeyrinə bu günə yaranmış əsas və faiz borcları iddiaçıdan tutulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iş in yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili İsmayılova Gülnarə Urşan qızı kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası mühasibatlıq ekspertizası təyin etməyərək borcu təşkil edən məbləği yoxlamamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclas ında İddiaçı və vəkili İsmayılova Gülnarə Urşan qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin vəkili Kərimov Anar Əbdüləli oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı, vəkili İsmayılova Gülnarə Urşan qızının, cavabdeh “xxxx” ASC-nin vəkili Kərimov Anar Əbdüləli oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, «xxxx» ASC ilə İddiaçı arasında bağlanmış 18.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank, İddiaçı illik 28% olmaqla, 48 ay müddətinə - 18 fevral 2019-cu il tarixinədək 1530 ABŞ dolları, 28.09.2016-cı il tarixli kredit müqaviləsinə görə illik 29% olmaqla, 60 ay müddətinə - 28 sentyabr 2021-ci il tarixinədək 2678 manat məbləğində kredit vermişdir. 28.09.2016-cı il tarixdə kredit müqaviləsi üzrə tələb hüququ «xxxx» ASC ilə «xxxx» ASC arasında bağlanmış “Kredit müqavilələri üzrə tələb hüququnun ötürülməsinə dair” müqavilələr əsasında «xxxx» ASC-yə güzəşt edilmişdir. Tələb hüququ «xxxx» ASC-yə keçdikdən sonra ödəniş cədvəlinə uyğun olaraq aylıq 85 manat hər ay iddiaçının təqaüd kartı hesabından akseptsiz qaydada (avtoödəmə xidməti vasitəsi ilə) silinir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1 və 6.2-ci maddələrinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərinə aiddir. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -405-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci, 1.3cü və 1.4-cü bəndlərinə əsasən, borc verən müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər ü çün borc alana illik 29 %, 60 ay müddətinə olmaqla 28 sentyabr 2021-ci il tarixinədək 2678 manat kredit verməyi, borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faziləri, o cümlədən bu müqavilə ilə irəli gələn digər pul öhdəliklərini (cərimə, dəbbə) borc verənə qaytarmağı öz öhdəsinə götürür. FİFD 29 % təşkil edir. Müqavilənin 5.1.12-ci bəndinə görə, borc alan müqavilə üzrə götürdüyü öhdəlikləri vaxtında və ya lazımi qaydada icra etmədikdə tələbi borc alanın əmək haqqı, təqaüd, pul gəlirləri və bütün əmlakına yönəltmək borc verənin, yəni bankın hüququdur. Göründüyü kimi, tərəflər müqavilənin qeyd edilən şərtlərini (əsas borca hesablanacaq faizi, habelə öhdəlik vaxtında icra edilmədikdə bu müqavilə üzrə borcun təqaüd və digər gəlirlərə yönəldiləcəyi) razılaşdırmaqla onu imzaladıqları üçün həmin şərtlər daxilində qarşılıqlı öhdəlikləri yaranmışdır. Buna baxmayaraq, İddiaçı, öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamış və bank tərəfindən həmin müqavilə şərtləri əsas götürülməklə iddiaçının kart hesabından akseptsiz qaydada tutmalar aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Apelyasiya instansiyası məhkəməsi cavabdehin razılaşdırılmış faizlərlə birgə hesablanmış aylıq ödəniş məbləğlərini iddiaçıya məxsus kart hesabından silməsi qanunvericiliyə və müqavilə şərtlərinə uyğun olduğu üçün iddianı həmin hissədə və müqavilənin ləğv edilməsi hissəsində də əsaslı hesab etməyərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci və 421.2-ci maddələrinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tər əf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, qanunverici tərəflərdən birinin tələbi əsasında müqavilənin ləğvini yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda məhkəmə qaydasında mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan işdə müqavilənin ləğv edilməsi ilə bağlı tərəflər arasında razılaşma olmadığından iddiaçının bu tələbinin əsaslı olması üçün bankın mü qaviləni əhəmiyyətli dərəcədə pozması sübuta yetirilməlidir. Lakin iddiaçı, məhkəməyə bu halı təsdiqləyən mötəbər sübutlar təqdim etməmişdir. Əksinə, işdən görünür ki, bank müqavilə üzrə öz öhdəliklərini tam şəkildə yerinə yetirmiş, iddiaçının isə bank qarşsında icra edilməmiş öhdəliyi qaldığından apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanunvericiliklə müəyyən edilmiş şərtlər sübuta yetirilmədiyindən müqavilənin ləğv edilməsinə dair tələbin də rədd edilməsi əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsi baxılan iddia tələblərinin (kart hesabından tutumanın dayandırılması, faiz dərəcəsinin azaldılması və müqavilənin ləğv edilməsi) hüquqi həlli üçün əhəmiyyət kəsb etmir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən mühasibatlıq ekspertizası təyin edilməyərək borcu təşkil edən məbləğin yoxlanılmadığını, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymə t verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14540/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul ed
Məhkəmə qərarları › İş №2(102)-2673/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2673/2020
12.06.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver