Məhkəmə qərarları › İş №2(102)-2675/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2675/2024

11.09.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2675/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (X21, X22, X8, X9 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin standard şərtlərinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (X21, X22, X8, X9 mübahisə predmeti barəsində müstəqil tələblə r irəli sürməyən üçüncü şəxslər) qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1281/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,2528 ha torpaq sahəsi xx.xx.2009cu il tarixində mülkiyyət hüququ üzrə dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınmışdır.

2. Satıcı Cavabdeh2 ilə alıcılar X21, X22, X8, X10, X14 arasında bağlanılmış xx.xx.2009-cu il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqav iləsinə əsasən satıcı, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 19 fevral 2009-cu il tarixində verilmiş 11/3120 nömrəli arayışa əsasən ünvan 1 ünvanında yerləşən 0,2528 ha torpaq sahəsindən 0,02 ha hissəsini X15, 0,015 ha hissəsini X20, 0,01 ha hissəsini X5, 0,0378 ha hissəsini X6, 0,01 ha hissəsini isə X1.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsi 34/75 saylı sahənin bir hissəsi xx.xx.2014-cü il tarixində xüsusi mülkiyyət hüququ ilə X11 adına qeydiyyata alınmış və mülkiyyətində olmuşdur.

4. X14 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Cavabdeh1 mərhumun vərəsəsi kimi xx.xx.2012-ci il tarixi ndə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh1 və Cavabdeh2 qarşı X14 ilə Cavabdeh2 arasında Bakı şəhəri 40 saylı Notariat Kontorundə xx.xx.2009-cu il tarixində AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Abşeron rayon Mənzil-İstismar hissəsinin təminatında olan faktiki olaraq 1950-ci ildən 8 saylı hərbi şəhərcik yerləşir. Mübahisəli torpa q sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətsiz istifadəyə verilmişdir. Mübahisəli ərazi 24 saat ərzində daimə mühafizə olunur, həmin əraziyə giriş yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinin icazəsi ilə mümkün olmuş və hal-hazırda da həmin ərazində yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus tikililər var. Cavabdeh1 mərhum anası X14 mübahisəli torpaq sahəsini Cavabdeh2 almışdır. Cavabdehin anası mərhum X11 20 fevral 2009-cu il tarixində mübahisəli torpaq sahəsini Cavabdeh2 almış və bu barədə aralarında seriya AN-1 ******* nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Halbuki, həmin vaxt mübahisəli torpaq sahəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi yerləşmişdir. Mübahisəli torpaq sahəsinin X11 adına sənədləşdirilmə si (çıxarışın alınması və ona əsas olmuş sənədlər) faktiki olaraq sənəd üzərində aparılmışdır. Torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə Müdafiə Nazirliyinin xəbəri olmamışdır. Cavabdeh2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatı olmadan 11572,8 kv.m. torpaq sahəsini ayrı-ayrı vətəndaşlara, alqısatqı müqavilələri əsasında, həmçinin cavabdehin mərhum anası X1. Lakin, mərhum Cavabdeh2 torpağın dəyərini ödəsə də, Cavabdeh2 satdığı torpaq sahəsini alıcıya verməmiş, yəni götürdüyü öhdəliyi yerinə yetirməmişdir. O, həmin torpaq sahəsini alıcıya verə də bilməzdi, çünki torpaq sahəsində həmin vaxt Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi yerləşdirilmişdir. Bununla da sübuta yetirilmişdir ki, sənədləşmə yalnız sənəd üzərində aparılmışdır. Qanunvericiliyin tələblərinə əsasən Azə rbaycan Respublikası müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin istifadəsində olan əmlakın özəlləşdirilməsi qadağan olunmuşdur. Lakin iş materiallarında görünmüşdür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 176 nömrəli 04 avqust 1999-cu il tarixli Fərmanının 2-ci bəndini kobud şəkildə pozularaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərini öz üzərinə götürərək, mübahisəli torpaq sahəsini bir kateqoriyadan digərinə keçirilməsinə sərəncam vermişdir. Nəticədə, müdafiə təyinatlı torpaq sahəsi qanunsuz olaraq özəlləşdirilmişdir. İşdə olan sənədlərdən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin statusu müdafiə təyinatlı torpaq sahəsi olmuşdur. Çünki həmin torpaq sahəsi Müdafiə Nazirl iyi tərəfindən mühafizə olunmuş və giriş-çıxış Müdafiə Nazirliynin icazəsi ilə mümkün olmuş və həmin ərazidə Müdafiə Nazirliyinə məxsus tikililər mövcud olmuşdur. Azərbaycan Respublikası qanunvericiliyinə müdafiə təyinatlı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi nəzərdə tutulmamışdır.

7. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddiaya etiraz verərək bildirmişdir ki, onun anası X3 Rizvan Əli oğlu ilə Bakı şəhəri 40 saylı notariat kontorundə xx.xx.2009-cu il tarixində AN-İ ******* nömrəli müqavilə bağlayaraq ünvan 3 ünvanında yerləşən sahənin 0,01 ha hissəsini almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiasında Nəsibə Məmmədova ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişdir. Bunu onunla əsaslandırmışdır ki, bu alqı-satqı müqaviləsi bağlanarkən torpaq sahəsi Müdafiə Nazirliyinə mənsub olmuşdur. Lakin Müdafiə Nazirliyi iddia ərizəsində Nəsibə Məmmədova ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin Mülki Məcəllədə və digər normativ-hüquqi aktda müəyyən olunmuş hansı hüquq normasına əsasən etibarsız hesab etdiyini əsaslandırmamışdır. Əqdləri etibarsız edən hüquqi əsaslar Mülki Məcəllədə və digər normativ hüquqi aktlarda konkret olaraq göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tələbini əsaslandığı faktiki əsaslara gəldikdə isə hesab etmişdir ki, bu hallar da əsassızdır. Belə ki, alqı-satqı müqaviləsi bağlanıldığı zaman torpaq sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə aid olmayıb. Cavabdehin anası Nəsibə Məmmədova mübahisəli torpaq sahəsini notariat kontorunda Cavabdeh2dan a lıb və həmin müqavilə bağlanılan zaman həmin torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olması dövlət reyestrində təsbit edilmişdir. Nəsibə Zeynalova qeyd edilən torpaq sahəsini alarkən, həmin torpaq sahəsini özgəninkiləşdirən Cavabdeh2 adına reyestrdə bu sahəyə dair mülkiyyət hüquqları qeydə alınmışdır. Bu qeydə alınan hüquq nə o vaxtı, nə də bu günə kimi mübahisələndirilməmişdir. Bu baxımdan Nəsibə Məmmədova belə mübahisənin mövcud olduğundan heç bir vaxt xəbəri ola bilməzdi, o səbəbdən də o, vicdanlı əldə edəndir. Digər tərəfdən iddiaçı əqdin əhəmiyyətsiz olduğunu iddia edirsə, belə olan halda Nəsibə Zaynalovanın əmlaka dair heç bir hüququ yaranmamış, satıcı Cavabdeh2 ona qarşı əmlakın geri tələb edilməsinə dair iddia tələbi irəli sürə bilərdi. Lakin göründüyü kimi, Cavabdeh2 tərəfindən nə N əsibə Məmmədovaya, nə də onun hüquqi varisi olan cavabdehə qarşı belə iddia qaldırılmamışdır. Digər tərəfdən iddiaçı isə 14 ildən sonra cavabdehə qarşı əqdin etibarsızlığı ilə bağlı iddia irəli sürmüşdür. Mübahisəli əqdlər baxımından isə yalnız əlaqədar şəxsin onun mübahisələndirilməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlmiş və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunmuşdur. Əqdin mübahisələndirilməsi yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti yaranmışdır. İddiaçı isə qanunvericiliklə nəzərdə tutulan bu işlə bağlı kəsici müddətdə əqdi mübahisələndirməmişdir. Digər tərəfdən əgər iddiaçı hesab edirsə ki, bu torpaq sahəsinin özəlləşdirilməs i qanunsuz olub, o, hazırda mübahisələndiriyi əqdi deyil, bu əqdin bağlanmasından əvvəl bağlanmış əqdi qanunsuz hesab edə bilər.

8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X21, X22, X8, X9 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər.

9. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinə yerində müayinə zamanı məlum olmuşdur ki, torpaq sahəsi hasara alınmış vəziyyətdə olmuş, girişi bağlı olmuş, torpaq sahəsinin üzərində bir sıra boş qalmış, sökülmüş tikililər mövcud olmuşdur.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, e-2(011)-819/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.R.Abbasova) iddia təmin edilməmişdir. 1

1. Birinci instansiya məhkəməsi ünvan 4 ünvanında yerləşən 0,2528 ha torpaq sahəsi digər təyinatlı torpaq sahəsi kimi Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq sonuncunun həmin torpaq sahəsinə mülkiyyət hüququ yaranmışdır. İddiaçı tərəf müqavilə predmeti olan torpaq sahəsinin iddiaçıya məxsus olduğunu, müdafiə təyinatlı torpaq sahəsi olduğunu iddia etsə də, Daşınmaz Əmlakın Dövlət Reyestrindəki bu qeydiyyatı mübahisələndirməmişdir. Belə olan halda, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olur, əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ həqiqi hesab edilir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 mülkiyyətində olan bu torpaq sahəsini X21, X22, X8, X10, X4, bunun müqabilində torpağın d əyəri alıcılar tərəfindən Cavabdeh2 ödənilmişdir. Qeyd edilən müqavilə, hər bir tərəf öz iradəsini ifadəsini bildirməklə, notarial qaydada təsdiq edilmiş, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin şərtlərinə uyğun tərtib edilmişdir. Beləliklə, həmin müqavilənin etibarlılığını şübhə altına alan halların mövcud olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 140, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 354.1, 354.2, 646.1, 646.2ci maddələrinə, Torpaq Məcəlləsinin 22-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi Qaydaları”nın 2, 3-cü bə ndlərinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1, 11-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 77.1 və 119.1-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsini Cavabdeh1 mərhum anası X14 Cavabdeh2 alqı-satqı müqaviləsi əsasında almışdır. Müdafiə Nazirliyinin iddia tələb i Cavabdeh2 da yönədilmişdir. Lakin məhkəmə əsl Cavabdeh2 məhkəmə prosesinə çağırsa da, onun məhkəmə iclasında iştirakını zəruri hesab etməmiş (Cavabdeh2 rəsmi qaydada xəbərdarlıq edilib-edilməməsini araşdırılmalıydı) və bu barədə tədbirlər görməmişdir. Həmin vaxt mübahisəli torpaq sahəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi yerləşmişdir. Mübahisəli torpaq sahəsinin cavabdehin adına sənədləşdirilməsi (çıxarışın alınması və ona əsas olmuş sənədlər) faktiki olaraq sənəd üzərində aparılmışdır. Təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh X14 aldığı torpaq sahəsinin əvəzinə Cavabdeh2 müəyyənləşdirilmiş pul məbləğini ödəmiş, Cavabdeh2 isə satdığı torpaq sahəsini alıcıya verməmiş, yəni götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Həmin torpaq sahəsini alıcıya verə də bilməzdi, çünki to rpaq sahəsində həmin Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi yerləşmişdir. Bununla da sübut edilir ki, sənədləşdirmə yalnız sənəd üzərində aparılmışdır. Qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin istifadəsində olan əmlakın özəlləşdirilməsi qadağan olunmuşdur. İşdə olan sənədlərdən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin statusu müdafiə təyinatlı torpaqdır. Azərbaycan Respublikasının qanunvericiliyində müdafiə təyinatlı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi nəzərdə tutulmamışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1281/2024 nömrəli mülki iş üzrə 26 fevral 2024-cü il tarixli qətnaməs i ilə (hakimlər M.Ə.Rüstəmli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən 0,2528 ha torpaq sahəsinə dair mülkiyyət hüququ xx.xx.2009-cu il tarixində dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınmışdır. Həmin qeydiyyat iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

18. Mülki qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.

19. Göründüyü kimi, Cavabdeh2 üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmış 0,2528 ha torpaq sahəsinin 0,01 ha hissəsini X2, sonuncunun həmin torpaq üzərində mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2009-cu il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi yazılı formada tərtib edilmiş və mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq notarial qaydada təsdiq edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmir.

22. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə onu da qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərə məhkəmə iclasları barədə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi qaydada məlumat verilmişdir.

23. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 139.3, 140, 144.1, 152.1, 337.1, 337.4, 646.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə” 2018-ci il 18 iyul tarixli qərarına, MPM-in 14.2, 77.1, 88, 217.3, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti Mülki Məcəllənin 337.1, 337.2, 337.5, 567, 646.1-ci, Torpaq Məcəlləsinin 22-ci, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında Qanunun” 31.1, 31.1.1-ci və MPM-in 14.2-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 X7 aldığı torpaq sahəsinin əvəzinə Cavabdeh2 müəyyənləşdirilmiş pul məbləğini ödəmiş, Cavabdeh2 isə satdığı torpaq sahəsini alıcıya verməmiş, yəni götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Çünki, torpaq sahəsində həmin vaxt Müdafiə Nazirliyinin “N” saylı hərbi hissə yerləşmişdir. İşdə olan sənədlərdən müəyyən edilmişdir ki, torpaq sahəsinin statusu müda fiə təyinatlı torpaq olmuşdur. Bu əsaslarla AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi imtina etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 9 fevral 2016-cı il tarixli 2(011)-229/2016 nömrəli qətnaməsi sübut kimi təqdim edilsə də, məhkəmə ondan istifadə etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əml aka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

28. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

29. Maddə

140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

30. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəf in sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

33. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

34. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərb aycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə” 2018-ci il 18 iyul tarixli qərarı.

35. Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

36. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. 37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliy i və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması ki mi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Kassasiya şikayətinin dəlillərində qey d olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq be lə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1281/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar