Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2676/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Fərhad qızının Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qızıl-zinət əşyaları, cehiz əmlakı, pul, mənzilə dair müqavilənin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 fevral 2023-cü il tarixli, 2(103)-127/2023 saylı qətnaməsindən İddiaçı Fərhad qızı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 27 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Cavabdeh1 ilə İddiaçı Fərhad qızı 03 avqust 2019-cu il tarixdə nikaha daxil olmuş, 19 yanvar 2021-ci il tarixdə nikahlarını pozmuşlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Fərhad qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyəri 5000 manat, 750 əyarlı, brilliant qaşlı, italyan qızılı olan bir dəst qızıl dəsti (boyunbağı, qolbaq, üzük və sırğa), dəyəri 1350 manat olan, 750 əyarlı, 10 qram çəkisi və 1 karat brilliant qaşları olan 1 ədəd nişan üzüyü, ad günündə cavabdeh tərəfindən ona hədiyyə edilmiş 600 manat dəyərində 1 ədəd qolbaq, ata evindən apardığı 1 ədəd 10 qram çəkisi olan 750 əyarlı dəyəri 1000 manat olan boyunbağı, 8 qram çəkisi olan 750 əyarlı bir cüt sırğa, 5 qram çəkisi olan 585 əyarlı bir cüt sırğa, iş üzrə Cavabdeh2, keçmiş qaynanası tərəfindən ona hədiyyə edilmiş, qırmızı qaşlı 30 qram çəkisi olan 1 ədəd kolye, qaynanasının onun ad günündə ona hədiyyə etdiyi 5 qram çəkisi olan qoşa halqa sirğa, valideynləri tərəfindən ona cehiz kimi alınmış dəyəri 4200 manat olan qonaq dəsti mebeli, (2 ədəd qorka, 1 ədəd kamod, 1 ədəd stol, 8 ədəd stul, 1 ədəd televizor altlığı), zala 700 manat dəyərində pərdə, 400 manat dəyərində lüstr, yataq otağı üçün 100 manat dəyərində pərdə, 90 manat dəyərində lüstr, qaşıq dəsti - Solinger Germany 84 parça qiyməti 300 manat, 2 ədəd sini (Lacquer pectectio) 150 manat, 1 dəst serviz (12 aş, 12 sous, 12 dolma, 12 tort, 2 böyük bul ud) qiyməti 650 manat, 3 ədəd şüşə bulud (çini ruletnisa) 80 manat, 12 ədəd xrustal stəkan çexia qiyməti 290 manat, 12 ədəd rozetka çexia qiyməti 360 manat, 6 ədəd xrustal armudu stəkan qiyməti 130 manat, 12 nəlbəki çexia qiyməti 150 manat, 12 ədəd rozetka Kobalt 1 ədədi 35 manat, 12 ədədi 420 manat, 1 ədəd çexiya istehsalı olan xrustal tort qabı qiyməti 300 manat, 2 qrafin 12 bokal xrustal qiyməti 250 manat, 6 ədəd fincan dəsti qiyməti 55 manat, 1 ədəd böyük ağ qaşlı vaza qiyməti 60 manat, 1 ədəd böyük ağ qaşlı qəndqabı qiyməti 60 manat, 2 ədəd böyük güldan 1 ədədi 90 manat (bogema), 2 ədəd böyük meyvəqabı 1 ədədi 180 manata (bogema), 1 ədəd qrafin 6 bokal (Çexoslovakiya) qiyməti 200 manat, 6 ədəd bağıma stəkan (mavi) qiyməti 60 manat, 6 ədəd bağıma stəkan (qırmızı) qiyməti 60 manat, üstü kəpənəkli servis (orjinal Cobalt) (6 çaşka, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkərqabı) qiyməti 200 ABŞ dolları, üstü qizilgüllü servis (orjinal Cobalt) (6 çaşka, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkərqabı) qiyməti 350 manat, 3 cür bir-birindən böyük 18 ədəd xrustal bokal qiyməti 180 manat, 2 ədəd xrustal bulud + 2 qəndqabı, qiyməti 150 manat, 1 ədəd xrustal bulud + 1 qəndqabı + 1 güldan, qiyməti 350 manat, 1 ədəd xrustal qrafin 6 ədəd bokal qiyməti 150 manat, 2 ədəd böyük xrustal vaza 1 ədədinin qiyməti 120 manat, 1 ədəd konyak qrafini, 6 ədəd bokal qiyməti 80 manat, 4 ədəd xrustal mürəbbə qabı qiyməti 360 manat, 6 ədəd bokal xrustal qiyməti 120 manat, X3 (orjinal cobalt Ozech Repubue) qiyməti 300 ABŞ dolları, çay dəsti (6 çaşka, 6 nəlb əki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkərqabı) qiyməti 450 manat, 1 ədəd ləpə qabı (üç mərtəbə) qiyməti 150 manat, yemək dəsti qiyməti 1350 manat, 1 ədəd böyük dairəvi bulud qiyməti 120 manat, 1 ədəd böyük uzunsov bulud qiyməti 110 manat, 1 ədəd kiçik uzunsov bulud qiyməti 90 manat, 1 ədəd supnik, 1 ədəd yağqabı qapaqlı, 2 ədəd böyük dərin bulud, 1 ədəd böyük kasa qiyməti 300 man, 6 ədəd dərin böyük bulud qiyməti 200 manat, 6 ədəd aş boşqabı qiyməti 180 manat, 6 ədəd dolma boşqabı qiyməti 150 manat, 6 ədəd pendir boşqabı qiyməti 120 manat, 2 ədəd duzqabı qiyməti 80 manat, 1 dəst güllü qazan dəsti (2 ədəd qazan (51, 71), tava (22 sm, 26sm, 30sm) 3 ədəd, çaydan+saxsı çaynik) qiyməti 300 manat, 3 ədəd çuqun qazan dəsti qiyməti 90 manat, Sofram nerjavika qazan (32 sm) böyük qazan dəsti (171), 4 ədəd çuqun qazan qiyməti 220 manat, 1 ədəd çaydan açıq yaşıl rəngli qiyməti 190 manat, 2 ədəd böyük çuqun ləyən 81—101 qiyməti 90 manat, 3 ədəd orta çuqun ləyən 51-41-41 qiyməti 75 manat, 2 ədəd balaca çuqun ləyən qiyməti 40 manat, 1 ədəd aluminium ləyən qiyməti 30 manat, aluminium 5 qazan, 1 ədəd mürəbbə ləyəni, 1 ədəd tava qiyməti 150 manat, 1 ədəd şüşə qazan qiyməti 50 manat, 1 dəst tefal qaşıq dəsti qiyməti 80 manat, 1 dəst biçaq dəsti (8 ədəd) qiyməti 120 manat, 1 ədəd gündəlik işlənən yemək qaşıq dəsti qiyməti 60 manat, 1 ədəd gündəlik işlənən qazan qaşıq dəsti qiyməti 60 man, 1 dəst tort kəsən bıçaq dəsti qiyməti 25 manat, 4 ədəd böyük, 4 ədəd balaca şüşəqabi qiyməti 120 manat, 3 ədəd keramik şüşə saxlama qabi qiyməti 25 manat, 1 ədəd “Gepas” ətcəkən maşın qiymə ti 430 manat, 1 ədəd tefal şüşə çaynik qiyməti 180 manat, 1 ədəd tefal ütü qiyməti 210 manat, 2 ədəd tərəvəz doğrama taxtasi qiyməti 10 manat, 3 ədəd göyərti saxlama qabi qiyməti 30 manat, 3 ədəd süfrə (ağ rəngli 100 manat, moloko-70 manat, qaşlı70 manat), 1 ədəd kətan süfrə (adi süfrə) qiyməti 40 manat, 2 ədəd süfrə qiyməti 120 manat, 12 ədəd çay dəsmalı qiyməti 100 manat, 12 ədəd əl-üz dəsmalı (İnci fırmasi) qiyməti 150 manat, 2 ədəd çəhrayı rəngli bədən dəsmalı qiyməti 60 manat, 2 ədəd əlüz dəsmalı dəsti, qiyməti 110 manat, 1 ədəd çəhrayı rəngli “Tac” firması bədən dəsmalı qiyməti 36 manat, 1 ədəd “Tac” firması əl-üz dəsmalı, qiyməti 18 manat, 2 ədəd əl-üz dəsmali çəhrayı rəng mirvarili qiyməti 60 manat, 4 ədəd çay dəsmali qiyməti 60 manat, “Tac” firmasından taxt üçün cüt nəfərlik yataq dəsti (2 çexollu) qiyməti 260 manat, Gold firması taxt cut nəfərlik qiyməti 150 manat, Casadora firması 3D pastel taxt cüt nəfərlik qiyməti 320 manat, İstanbul firması Güllü (mavi-çəhrayı) taxt cüt nəfərlik 2 çexollu qiyməti 200 manat, İstanbul firması bənövşəyi rəng taxt cüt nəfərlik qiyməti 150 manat, cehiz çamadan taxt pakrival, pastel taxt cüt nəfərlik qiyməti 350 manat, 1 pakrival dəsti üstü güllü qiyməti 150 manat, 1 ədəd buxov adyalı taxt ucun qiyməti 150 manat, “Tac” firmasından pakrival dəsti qiyməti 250 manat, 2 ədəd tək nəfərlik yaz adyalı qiyməti 150 manat, 3 ədəd tək nəfərlik qiş adyalı qiyməti 100 manat, 1 ədəd güllü yaz adyalı qiyməti 50 manat, 1 dəst Çin istehsalı iki nəfərlik yataq dəsti qiyməti 50 manat, 2 ədəd tək nəfərlik pastel 1 ədəd 70 manat, 2 ədəd tək nəfərlik yo rğan, 1 ədəd taxt yorğanı, bir taxt döşəyi, 1 ədəd balaca yastıq, 2 ədəd böyük yastıq, 2 ədəd dəri pencək, 2 ədəd dublyonka 2 ədəd sintifon kurtka, şəxsi geyim əşyaları (ev, çöl geyimləri, ayaqqabları, çantaları, 3 ədəd fen (ütü feni, qurudan fen, buran fen), 1 ədəd epilyator əşyaların cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması, mətbəx mebeli üçün verilmiş 2850 manat, divan üçün verilmiş 850 manat, evin pəncərələri üçün ödədiyi 220 manat, radiatorlar üçün ödədiyi 400 manat, hamam mebeli üçün ödədiyi 400 manat, kanalizasiya xətlərinin yenilənməsi üçün ödədiyi 300 manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, toy ər əfəsi zamanı valideynləri tərəfindən ona cehiz əşyaları alınarkən qonaq dəsti Cavabdeh1 evinə gətirildikdə, divanı geri qaytarmışdır ki, onun pulunu, yəni 850 manatı ona versin, o binanın birinci mərtəbəsində yerləşən sexdə daha yaxşısını alacaq. Həmçinin toy ərəfəsində Cavabdeh1 bildirmişdir ki, mətbəx mebelinin də pulu ona verilsin, onun tanışı olduğundan necə mebel istəsə yığdıracaq. Valideynləri də razılaşaraq 2850 manat məbləğində pulu cavabdehlərə vermişlər. O, Cavabdeh1 instagram səhifəsindən mebel şəkli çəkib vermişdir. Məhz həmin mebelin qiyməti baha olsa da, Cavabdeh1 həmin mebeli 2500 manata yığdıracağını bildirmişdir. Həmçinin evin təmiri aparılan zaman kanalizasiya xətlərinin yenilənməsi üçün 300 manat cavabdehlərə pul vermişdir. Lakin toy zamanı Cavabdeh1 mətbəxə ona vəd et diyi mebel deyil, olduqca aşağı qiymətə olan mebel quraşdırmışdır. O buna etiraz edəndə cavabdeh bildirmişdir ki, indi bundan istifadə etsin, gələcəkdə iddiaçının onlara vermiş pul vəsaiti ilə ona vəd etdiyi mətbəx mebelini alacaqdır. Cavabdehlərin yaşadıqları evdə iddiaçıya məxsus yuxarıda qeyd edilmiş əmlaklar qalmışdır. Cavabdehlərlə birgə yaşadığı 1 il ərzində hər maaş alanda maaşını alıb öz borclarını (pəncərələr üçün 220 manat, radiator üçün 400 manat) ödəyirdilər. Hətta hamam üçün alınmış mebelə görə 400 manat pulu belə ona ödətdirdilər. Ev üçün alınmış 1 ədəd “Gorenje” markalı sobanın 700 manatının 400 manatını özü ödəmişdir. Etiraz etmək istəyəndə Cavabdeh2 demişdir ki, ev sənin evindir, öz evin üçün alırsan.
4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkə məyə müraciət edərək, İddiaçı Fərhad qızının onlara qarşı qızıl-zinət, əmlak, pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsi və ondan evdən çıxarkən özü ilə apardığı Cavabdeh1 toyda hədiyyə edilmiş dəyəri 700 manat olan 1 ədəd kişi nişan üzüyünün və dəyəri 1250 manat olan bir ədəd “Romanson” markalı qol saatının, habelə Cavabdeh2 məxsus dəyəri 6800 manat olan 30 qram şəkili qırmızı qaşlı kolye və dəyəri 460 manat, 5 qram çəkisi olan ona aid ağ-sarı qızıldan olan qoşa halqalı bir cür sırğanın və onun “Main” kompleksi ilə aralarında bağlanmış Yasamal rayonu, Moskva prospekti 8, 27 saylı binanın 79 saylı mənzilinə dair tikinti müqaviləsinin alınıb qarşılıqlı iddia üzrə iddiaçılara verilməsinə dair tələblərinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. Qarşılıqlı i ddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı evdən çıxıb gedərkən ilkin iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları ilə yanaşı, Cavabdeh1 toyda hədiyyə edilmiş və dəyəri 700 manat olan 1 ədəd qızıl kişi nişan üzüyünü, dəyəri 1250 manat olan 1 ədəd “Romanson” markalı kişi qol saatını, Cavabdeh2 məxsus və dəyəri 6800 manat olan 30 qram çəkili qırmızı qaşlı kolyenin, dəyəri 460 manat və çəkisi 5 qram olan ağ-sarı qızıldan hazırlanmış qoşa halqalı bir cüt sırğanın, bundan başqa yaşadıqları və Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 8 ünvanında yerləşən 27 saylı binanın 79 saylı mənzilinə dair “Alqı-satqı, tikinti müqaviləsi”ni də özü ilə aparmışdır. Cavabdeh2 tərəfindən heç vaxt İddiaçı Fərhad qızına 30 qram çəkili qırmızı qaşlı kolye və 5 qram çəkisi olan qızıl qoşa halqalı 1 cüt sırğa hədiyyə edilməmişdir. İddiaçı Fərhad qızı xx.xx.2020-ci il tarixdə 2 xalası, xalası əri və polis əməkdaşı olan qohumu ilə birlikdə evə gələrək özünün hesab etdiyi əmlakları 166 yük daşıma xidməti ilə aparmaq istədikdə ona bildirilmişdir ki, apardığı qızıl-zinət əşyalarını və sənədləri gətirsin, sonra əşyalarını aparsın. İddiaçı qeyd etdiyi əşyaları yaşadıqları evin bir otağına yığaraq video çəkməklə qapını kilidləmiş, açarı özü ilə aparmış və həmin vaxtdan indiyədək sözügedən əmlaklar bağlı qapı arxasında saxlanılmışdır. Cavabdeh1 qızıl-zinət əşyalarını və sənədlərini ondan tələb etdikdə boynuna almayaraq məsuliyyətdən boyun qaçırmışdır. Həmçinin, Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsində aparılmış araşdırma zamanı qeyd olunan qızıl-zinət əşyalarının iddiaçı tərəfind ən evdən çıxarkən özü ilə aparıldığı müəyyən olunmuşdur. Bu, həmçinin qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş foto şəkillərdən də aydın görünmüşdür. Bundan başqa, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 8 ünvanında yerləşən 27 saylı binanın 79 saylı mənzil də iddiaçının iddia etdiyinin əksinə olaraq, tam təmirli olmuşdur. Həmin mənzilə 2019-cu ilin fevral ayında köçmüşlər. Mənzilin pəncərəsi, radiatorlar, kanalizasiya xətti, hamamı tam təmirli olmasaydı mənzildə yaşamaq mümkün olmazdı. İddiaçı Fərhad qızı tərəfindən cehiz mebelləri sifariş olunmuş və mebellər evə gətirilib qurulan zaman divan onun xoşuna gəlmədiyi üçün divana görə mebel mağazasının işçilərinə İddiaçı Fərhad qızı tərəfindən heç bir ödəniş edilməmişdir. Mətbəx mebelinin yığılması görə İddiaçı tərəfindən 1800 manat pul ödənilmiş, mebelin mərmər daşı və kranların pulunu qarşı tərəf 600 manat ödəmişdir. İddiaçı atası onkoloji xəstə olduğu üçün onun tərəfindən toyun tələsdirilməsi, habelə Cavabdeh1 və Cavabdeh2 ona gəlin gətirən zaman qızıl- zinət almağa maddi imkanlarının imkan vermədiyi üçün İddiaçı onlardan 1 ədəd nişan üzüyü almağı xahiş etmiş, gəlin gələn zaman toyda qızıl olmayan bijuteriya taxacağını bildirmişdir. Buna görə də, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ilə birlikdə Əhmədli metrosunun yaxınlığında yerləşən Zoluşka bijuteriya mağazasından dəyəri 5000 manat göstərilən bijuteriya komplektini toyda taxmaq üçün 40 manat məbləğində almışlar. Nişan üzüyü kimi isə ona ağ qızıldan olan üzüyü Laçın ticarət mərkəzindən 1200 manata almışlar. İddia ərizəsində qeyd edilən çəkisi 6 qram olan qızıl qolbağı C avabdeh1 Moskva univermağından 460 manata almış və İddiaçı xx.xx.2019-cu il tarixdə ad gününə hədiyyə etmişdir.
6. Məhkəmə iclasında iştirak edən İddiaçı Fərhad qızı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, icra məmuru akt tərtib edərkən müəyyən etdiyi, yerli baxış zamanı aşkar edilən əşyalar ona məxsus olmuşdur. İddia ərizəsində qeyd edilən digər əşyaların da qaynanası gildə olduğunu, onlardan alınıb iddiaçıya verilməsini xahiş etmişdir. Bildirmişdir ki, yalnız 6 ədəd bogema bokal Gülər və Elvinin birgə nikahı dövründə Gülərin razılığı ilə yaxın qohumlarına hədiyyə edilib. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, toydan əvvəl mətbəx mebeli yığılanda Elvin ona öz tanışına yığdıracağını bildirmiş və onlardan 2200 manat pul almışdır. İddiaçı instagramdan seçdiyi mətbəx mebelinin şəklini göstərmiş və həmin mebelin yığılmasını istəmişdir. Lakin 1 ay sonra gedib görmüşdür ki, həmin mebel yığılmamışdır. Elvin 1000 manat dəyərində mətbəx mebeli yığdırmışdır. Sonradan isə onlardan mətbəx mebeli üçün 300 və 250 manat məbləğində pul almışdır. Toya 3 gün qalmış, cehiz gəlmiş, qonaq dəsti, divan, 8 stol, qabaq stolu, 2 qorka, 1 kamot, 1 TV altlığı. Divan Elvinin xoşuna gəlməmiş və geri qaytarmışdır. Özünün bildiyi yer olduğunu bildirmiş və özünün alacağını demiş və İddiaçı 850 manat pulu qaynanası ilə Elvinə o, vermişdir. Toydan sonra anasıgil ona 300 manat pul vermiş, onu da qaynanası əlindən almışdır. Nişan üzüyünü 1300 manata Laçın Ticarət mərkəzindən almışlar. Qolbaq və komplekti-1 üzük, sırqa, kolye, qo lbağı isə qaynanası toydan 3 gün əvvəl gətirib ona vermişdir. Qaynanası avqust-sentyabr ayı üçün evin bank pulunu ödəməyini, sonra onun pulunu qaytaracağını bildirmişdir. Ondan sonra İstiqbala getmişlər, qaynanası divan alacağına söz vermişdir. İlkin iddia üzrə iddiaçı müəllimə işlədiyini, aldığı maaşla noyabr ayında qaynanasının göz əməliyyatı üçün 300 manat əməliyyat pulunu verdiyini, oktyabr ayında 400 manat radiator üçün, sonradan hamam təmiri üçün 400 manat verdiyini bildirmişdir. İş yoldaşının toyuna gedərkən qaynanası öz anasından yadigar qalan qırmızı komplekti ona vermiş, geyimi də qırmızı olduğu üçün taxmamış, amma faktiki olaraq qaynanası o komplekti ona bağışlamışdır. Mart ayında 700 manata soba almışlar. Aprel-may ayında 200 manat o vermişdir. Baldızının oğlu universitetə qəbu l olmuş, Elvin ona baldızı oğluna Qaradağda onun adına ipoteka ilə ev götürmək istədiklərini demiş, o, razı olmamışdır. Sentyabr ayının 14-də onu banka aparmaq istəmiş, getmədiyi üçün onunla dalaşmış və “mənimlə banka getməyən qadın nəyimə lazımdır” demişdir. Sentyabr ayının 15-də İddiaçı dərsə getmiş qayıdanda anasına zəng edib vəziyyəti danışmış, anası ona evlərinə getməyi söyləmişdir. Sentyabr ayının 17-də qızıl və cehizlərini götürmək məqsədi ilə evinə getmiş, qaynanası imkan verməmiş və ona evinə qayıtmağını, evinə qayıtsa hər şeyini ona verəcəyini bildirmişdir. Mətbəxdə ona məxsus ət çəkən maşın, qazan, qabqaşıq, ləyənlər qalmışdır. Qayınanası cehizinin hamısını yığmağa imkan verməmişdir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsinin məzmununa u yğun izahat verərək, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdeh2 həmçinin bildirmişdir ki, icra məmuru akt tərtib edərkən müəyyən etdiyi, yerli baxış zamanı aşkar edilən əşyalar Gülərə məxsus olmuşdur. İddia ərizəsində qeyd edilən digər əşyalar onlarda olmamış, yalnız 6 ədəd bogema bokal isə Gülər və Elvinin birgə nikahı dövründə Gülərin razılığı ilə yaxın qohumlarına hədiyyə edilmişdir. xx.xx.2021ci il tarixli məhkəmə iclasında Cavabdeh1 bildirmişdir ki, bu onun 2-ci evliliyi olmuşdur. Ona görə də qarşı tərəflə daha yaxşı tanış olmaqları üçün toy vaxtını uzadmışdır. Elə oldu ki, iddiaçının atası xəstə olduğundan Türkiyəyə aparmışlar. Böyüklər belə məsləhət etmişlər ki, toy tez olsun. Onlar da təklif etmişlər ki, cer-cehiz alınmasın, kiş ini müalicə etsinlər. Cavabdeh1 ev alıb təmir etmişdir. İddiaçı tərəf isə mebel almışdır. Həmin evə qış ayında köçmüş və radiatoru özü almışdır. İddiaçı hamam təmirini bəyəndiyi üçün ona “kim edibsə mətbəxi də ona elətdir” demiş, ona 1800 manat məbləğində pul vermiş, rəngi də özü seçmişdir. Daha sonra Cavabdeh1 olğu iddiaçının 1 il ərzində çox yalan danışdığını, dil kursuna 250 manata hazırlığa getdiyini, 100 manat anasına verdiyini, 100 manat yol pulu olduğunu, nişanlı vaxtı iddiaçıya qolbaq aldığını, nişan üzüyünü isə Laçın Ticarət mərkəzindən aldıqlarını, toyda taxılan komplektin isə qızıl yox, bijuteriya olduğunu, mənzil alıb təmir etdirdiyi üçün kifayət qədər pulu qalmadığını, əvvəl iddiaçıya bacısının, xalasının qızılını taxmağını məsləhət etdiyini, sonradan komplekt ala bilməyəcəyi üçün, əvəzində bijuteriya almaq barədə məsləhətləşdiklərini, Cavabdeh1 işdən çıxa bilmədiyi üçün anası Gülərin Əhmədlidə metro çıxışında yerləşən Zoluşka adlanan dükandan 40 manat dəyərində bijuterya götürdüklərini, pulunu anasının verdiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəməyə verdiyi izahatında sentyabrın 15-də o oğlu ilə işə getdiyini və Gülərin onlara işə gedəcəyini dediyini, sonradan Gülərin həmin gün işə getmədiyini öyrəndiklərini, həmin gün ona aldıqları sırğa, nişan üzüyü, Cavabdeh2 məxsus anasından yadigar qalan sepi, evin sənədini, nikah haqqında şəhadətnaməni apardığını, sonradan 2 xalası, özü, polis geyimində bir nəfərlə cehizlərini aparmağa gəldiyini, əşyaları xalası ilə bir otağa yığdığını, otağı bağladığını, ota qların və çöldə tikdirdiyi şkafın açarlarını apardığını, Cavabdeh2 ona apardığı ilkin iddia üzrə cavabdehlərə məxsus qızılları və evin sənədlərini gətirdikdən sonra Gülərə cehizlərini aparmağa icazə verəcəyini dediyini, 1 nişan üzüyü, 1 qolbağı olduğunu, onları da gündəlik taxdığını, ona görə özündə olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, ümumiyyətlə o öz qızılını öz otağında, Gülər də öz qızılını öz otağında saxlamışdır. Anasından qalan qızıl sırğanı Cavabdeh2 yataq otağındakı şifonerdən götürüb apardığını, onlarda ayrı-seçkilik olmadığını, ona görə də iddiaçının rahatlıqla otağına girib-çıxdığını bildirmişdir.
8. İcra məmuru tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan və həmçinin xx.xx.2021-ci il tarixli yerli baxış iclasının protokoluna əsasən İidiaçı İddiaçı Fərhad qızına məxsus cehiz əmlak - qonaq dəsti mebeli (2 ədəd qorka, 1 ədəd kamot, 1 ədəd stol, 8 ədəd stul, 1 ədəd televizor altlığı), qonaq otağı üçün pərdə, qonaq otağı üçün lüstr, yataq otağı üçün pərdə, yataq otağı üçün lüstr, qaşıq dəsti Solinger Germany 84 parça, 2 ədəd sini (Lacquer pectectio), 1 dəst servis (12 aş, 12 sous, 12 dolma, 12 tort, 2 böyük bulud), 3 ədəd şüşə bulud (çini ruletnisa), 12 ədəd xrustal stəkan çexia, 12 ədəd rozetka çexia, 6 ədəd xrustal armudu stəkan, 12 nəlbəki çexia, 6 ədəd rozetka kobalt, 1 ədəd çexiya istehsalı olan xrustal tort qabı, 2 qrafin 12 bokal xrustal, 6 ədəd fincan dəsti, 1 ədəd böyük ağ qaşlı vaza, 1 ədəd böyük ağ qaşlı qəndqabı, 2 ədəd böyük güldan (bogema), 2 ədəd böyük meyvəqabı (bogema), 1 ədəd qrafin 6 bokal (Çexoslovakiya), 6 ədəd bogem a stəkan (mavi), üstü kəpənəkli servis (Original Cobalt) (6 çaşka, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkərqabı), üstü qızılgüllü servis (Original Cobalt) (6 çaşka, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkərqabı), 3 cür bir-birindən böyük 18 ədəd xrustal bokal, 2 ədəd xrustal bulud, 2 qəndqabı, 1 ədəd xrustal bulud 1 qəndqabı, 1 ədəd xrustal qrafin 6 ədəd bokal, 2 ədəd böyük xrustal vaza, 1 ədəd konyak qrafini 6 ədəd bokal, 4 ədəd xrustal mürəbbə qabı, 6 ədəd bokal xrustal, X3 (Original cobalt Ozech Repubue) çay dəsti (6 çaşka, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkərqabı), 1 ədəd ləpə qabı (üç mərtəbə), yemək dəsti (1 ədəd böyük dairəvi bulud, 1 ədəd böyük uzunsov bulud, 1 ədəd kiçik uzunsov bulud, 1 ədəd supnik, 1 ədəd qapaqlı yağqabı, 2 ədəd böyük dərin bulud, 1 ədəd böyük kasa, 6 ədəd dərin böyük bulud, 6 ədəd aş boşqabı, 6 ədəd dolma boşqabı, 1 ədəd duzqabı, bir dəst güllü qazan dəsti (2 ədəd qazan (51, 71), tava (22 sm, 26sm, 30sm) 3 ədəd, çaydan, saxsı çaynik), 3 ədəd çuqun qazan dəsti, Sofram nerjavika qazan (32 sm) böyük qazan dəsti (171), 2 ədəd çuqun qazan, 1 ədəd çaydan açıq yaşıl rəngli, 2 ədəd böyük çuqun ləyən 81-101, 2 ədəd balaca çuqun ləyən və 2 ədəd orta ölçüdə çuqun ləyən, bir ədəd aluminium ləyən, 4 ədəd aluminium qazan, 1 ədəd tava, 1 dəst tefal qaşıq dəsti, 4 ədəd bıçaq, 1 ədəd gündəlik işlənən yemək qaşıq dəsti, 1 ədəd gündəlik işlənən qazan qaşıq dəsti, 1 ədəd tort kəsən bıçaq dəsti, 3 böyük və 4 balaca şüşə qablar, 3 ədəd keramik şüşəli saxlama qabı, 1 ədəd Gepas markalı ət çək ən maşın, 1 ədəd tefal şüşə çaynik, 1 ədəd tefal ütü, 2 ədəd tərəvəz doğrama taxtası, 3 ədəd göyərti saxlama qabı, 1 ədəd süfrə (moloko rəngli), 1 ədəd kətan süfrə, 1 ədəd adi süfrə, 6 ədəd çay dəsmalı, 6 ədəd əl-üz dəsmalı (inci firmasi), 1 ədəd çəhrayı rəngli bədən dəsmalı, 1 ədəd əl-üz dəsmalı dəsti, 1 ədəd çəhrayı rəngli Tac firmasına aid olan bədən dəsmalı, 1 ədəd çəhrayı rəngli Tac firmasına aid olan əl üz dəsmalı, 4 ədəd çay dəsmalı, “Tac” firmasından taxt üçün cüt nəfərlik yataq dəsti (2 çexollu), İstanbul firması bənövşəyi rəng taxt cüt nəfərlik, üstü güllü 1 ədəd puxovıy ədyal taxt üçün, 2 ədəd tək nəfərlik yazlıq ədyal, 1 ədəd güllü yaz ədyalı, 1 ədəd Çin istehsalı 2 nəfərlik yataq dəsti, 2 ədəd tək nəfərlik yorğan, 1 ədəd taxt döşəyi, 1 ədəd balaca yastıq, 2 ədəd böyük yastıq, 2 ədəd sintifon kurtka, şəxsi geyim əşyaları (ev, çöl geyimləri, ayaqqabılar), 1 ədəd fen (buran fen) tərəflər arasında mübahisələndirilməmişdir.
9. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-3868/2021 nömrəli iş üzrə 20 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Əyyubov) ilkin iddia tələbi qismən təmin edilərək, İddiaçı Fərhad qızına məxsus cehiz əmlak - qonaq dəsti mebeli (2 ədəd qorka, 1 ədəd kamot, 1 ədəd stol, 8 ədəd stul, 1 ədəd televizor altlığı), qonaq otağı üçün pərdə, qonaq otağı üçün lüstr, yataq otağı üçün pərdə, yataq otağı üçün lüstr, qaşıq dəsti Solinger Germany 84 parça, 2 ədəd sini (Lacquer pectectio), 1 dəst servis (12 aş, 12 sous, 12 dolma, 12 tort, 2 böyük bulud), 3 ədəd şüşə bulud (çini ruletnisa), 12 ədəd x rustal stəkan çexia, 12 ədəd rozetka çexia, 6 ədəd xrustal armudu stəkan, 12 nəlbəki çexia, 6 ədəd rozetka kobalt, 1 ədəd çexiya istehsalı olan xrustal tort qabı, 2 qrafin 12 bokal xrustal, 6 ədədlik fincan dəsti, 1 ədəd böyük ağ qaşlı vaza, 1 ədəd böyük ağ qaşlı qəndqabı, 2 ədəd böyük güldan (bogema), 2 ədəd böyük meyvəqabı (bogema), 1 ədəd qrafin 6 bokal (Çexoslovakiya), 6 ədəd bogema stəkan (mavi), üstü kəpənəkli servis (Original Cobalt) (6 çaşka, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkərqabı), üstü qızılgüllü servis (Original Cobalt) (6 çaşka, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkərqabı), 3 cür bir-birindən böyük 18 ədəd xrustal bokal, 2 ədəd xrustal bulud, 2 qəndqabı, 1 ədəd xrustal bulud 1 qəndqabı, 1 ədəd xrustal qrafin 6 ədəd bokal, 2 ədəd böyük xrustal vaza, 1 ədəd konyak qrafini 6 ədəd bokal, 4 ədəd xrustal mürəbbə qabı, 6 ədəd bokal xrustal, X3 (Original cobalt Ozech Repubue) çay dəsti (6 çaşka, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkərqabı), 1 ədəd ləpə qabı (üç mərtəbə), yemək dəsti (1 ədəd böyük dairəvi bulud, 1 ədəd böyük uzunsov bulud, 1 ədəd kiçik uzunsov bulud, 1 ədəd supnik, 1 ədəd qapaqlı yağqabı, 2 ədəd böyük dərin bulud, 1 ədəd böyük kasa, 6 ədəd dərin böyük bulud, 6 ədəd aş boşqabı, 6 ədəd dolma boşqabı, 1 ədəd duzqabı, bir dəst güllü qazan dəsti (2 ədəd qazan (51, 71), tava (22 sm, 26sm, 30sm) 3 ədəd, çaydan, saxsı çaynik), 3 ədəd çuqun qazan dəsti, Sofram nerjavika qazan (32 sm) böyük qazan dəsti (171), 2 ədəd çuqun qazan, 1 ədəd çaydan açıq yaşıl rəngli, 2 ədəd böyük çuqun ləyən 81-101, 2 ədəd balaca çuqun ləyən və 2 ədəd orta ölçüdə çuqun ləyən, bir ədəd aluminium ləyən, 4 ədəd aluminium qazan, 1 ədəd tava, 1 dəst tefal qaşıq dəsti, 4 ədəd bıçaq, 1 ədəd gündəlik işlənən yemək qaşıq dəsti, 1 ədəd gündəlik işlənən qazan qaşıq dəsti, 1 ədəd tort kəsən bıçaq dəsti, 3 böyük və 4 balaca şüşə qablar, 3 ədəd keramik şüşəli saxlama qabı, 1 ədəd Gepas markalı ət çəkən maşın, 1 ədəd tefal şüşə çaynik, 1 ədəd tefal ütü, 2 ədəd tərəvəz doğrama taxtası, 3 ədəd göyərti saxlama qabı, 1 ədəd süfrə (moloko rəngli), 1 ədəd kətan süfrə, 1 ədəd adi süfrə, 6 ədəd çay dəsmalı, 6 ədəd əl-üz dəsmalı (inci firmasi), 1 ədəd çəhrayı rəngli bədən dəsmalı, 1 ədəd əl-üz dəsmalı dəsti, 1 ədəd çəhrayı rəngli Tac firmasına aid olan bədən dəsmalı, 1 ədəd çəhrayı rəngli Tac firmasına aid olan əl -üz dəsmalı, 4 ədəd çay dəsmalı, “Tac” firmasından taxt üçün cüt nəfərlik yataq dəsti (2 çexollu), İstanbul firması bənövşəyi rəng taxt cüt nəfərlik, üstü güllü 1 ədəd puxovıy ədyal taxt üçün, 2 ədəd tək nəfərlik yazlıq ədyal, 1 ədəd güllü yaz ədyalı, 1 ədəd Çin istehsalı 2 nəfərlik yataq dəsti, 2 ədəd tək nəfərlik yorğan, 1 ədəd taxt döşəyi, 1 ədəd balaca yastıq, 2 ədəd böyük yastıq, 2 ədəd sintifon kurtka, şəxsi geyim əşyaları (ev, çöl geyimləri, ayaqqabılar), 1 ədəd fen (buran fen) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı Fərhad qızına qaytarılması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, icra məmuru tərəfindən tərtib olunan aktla, həmçi nin məhkəmə yerli baxış iclası zamanı müəyyən edilmiş əşyaların ilkin iddia üzrə iddiaçıya məxsus olması ilkin iddia üzrə cavabdehlər tərəfindən mübahisələndirilməmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, dəyəri 5000 manat, 750 əyarlı, brilliant qaşlı, italyan qızılı olan bir dəst qızıl dəsti (boyunbağı, qolbaq, üzük və sırğa), dəyəri 1350 manat olan, 750 əyarlı, 10 qram çəkisi və 1 karat brilliant qaşları olan bir ədəd nişan üzüyü, ad günündə cavabdeh tərəfindən ona hədiyyə edilmiş 600 manat dəyərində bir ədəd qolbaq, ata evindən apardığı bir ədəd 10 qram çəkisi olan 750 əyarlı dəyəri 1000 manat olan boyunbağı, 8 qram çəkisi olan 750 əyarlı bir cüt sırğa, 5 qram çəkisi olan 585 əyarlı bir cüt sırğa, iş üzrə cavabdeh, keçmiş qaynanası tərəfindən ona hədiyyə edilmiş, qırmızı qaşlı 30 qram çəkis i olan bir ədəd kolye, qaynanasının onun ad günündə ona hədiyyə etdiyi 5 qram çəkisi olan qoşa halqa sirqa, 6 ədəd rozetka kobalt, 1 ədəd güldan, 6 pendir boşqabı, 1 ədəd duzqabı, 2 ədəd çuqun qazan, 1 ədəd aluminium qazan, 4 ədəd bıçaq, 1 ədəd böyük şüşə qabı, 1 ədəd ağ süfrə, 1 ədəd qaşlı süfrə, 1 ədəd süfrə, 6 ədəd çay dəsmalı, 6 ədəd əl-üz dəsmalı (inci firmasi), 1 ədəd çəhrayı rəngli bədən dəsmalı, 1 ədəd əl-üz dəsmalı dəsti, 2 ədəd əlüz dəsmalı çəhrayı rəng mirvarili, Gold firması taxt cüt adamlıq, casadora firması 3D pastel taxt cüt nəfərlik, İstanbul firması Güllü (mavi-çəhrayı) taxt cüt nəfərlik 2 çexollu, cehiz çamadan taxt pakrival, pastel taxt cüt nəfərlik, bir pakrival dəsti, “Tac” firmasından pakrıval dəsti, 3 ədəd tək nəfərlik qış adyalı, 1 ədəd tək nəfərlik pastel, 1 ədəd t axt yorğanı, 2 ədəd dəri pencək, 2 ədəd dublyonka, çantalar, 2 ədəd fen cavabdehlər tərəfindən mübahisələndirildiyindən, həmçinin həmin əşyaların cavabdehlərdə olması, ilkin iddia üzrə İddiaçı Fərhad qızı tərəfindən mətbəx mebeli üçün 2850 manat, divan üçün 850 manat, evin pəncərələri üçün 220 manat, radiatorlar üçün 400 manat, hamam mebeli üçün 400 manat, kanalizasiya xətlərinin yenilənməsi üçün 300 manat pul verməsi iş materialları ilə, eləcə də ilkin iddia üzrə iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən, 6 ədəd bogema bokalın hədiyyə verilməsini hər iki tərəf qəbul etdiyindən iddia tələbi həmin hissədə əsassız hesab edilməli və rədd edilməlidir.
12. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi əmlakların dəyəri hissəsində rədd olunmalıdır. Belə ki, məhkəməyə həmin əmlakların dəyəri ilə bağlı heç bir sübut təqdim olunmamışdır.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Fərhad qızının evdən çıxarkən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 toyda hədiyyə edilmiş dəyəri 700 manat olan 1 ədəd kişi nişan üzüyünü və dəyəri 1250 manat olan 1 ədəd “Romanson” markalı qol saatını, habelə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məxsus dəyəri 6800 manat olan 30 qram çəkili qırmızı qaşlı kolye və dəyəri 460 manat, 5 qram çəkisi olan ona aid ağ-sarı qızıldan olan qoşa halqalı bir cüt sırğanı, “Main” kompleksi ilə aralarında bağlanmış Yasamal rayonu, Moskva prospekti 8, 27 saylı binanın 79 saylı mənzilinə dair tikinti müqaviləsini aparması iş materialları ilə müəyyən edilməmiş, həmçinin qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən sübuta yetirilməmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.2, 157.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı Fərhad qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətinin dəlilləri ilk iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir.
18. Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şik ayətinin dəlilləri qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 aprel 2022-ci il tarixli qərardadı ilə iş üzrə əmlakların qiymətinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin 18 iyul 2022-ci il tarixli ekspert rəyinə əsasən qiymətləndirilməsi tələb edilən qızıl-zinət və digər əşyaların dəyəri aşağıdakı kimi müəyyən edilmişdir: 750 əyarlı, brilyant qaşlı, İtalyan qızılı olan 1 dəst qızıl dəsti (boyunbağı, qolbaq, üzük və sırğa) - dəyəri 4340 manat; bijuteriya olduğu halda 60 manat, nişan üzüyü – dəyəri 1200 manat; qolbaq – 400 manat; boyunbağı – 850 manat; sırğa – 620 manat; sırğa – 300 manat; qırmızı qaşlı kolye – 2800 manat; qonaq dəsti mebeli (2 ədəd qorka, 1 ədəd kom od, 1 ədəd masa, 8 ədəd stul, 1 ədəd televizor altlığı) – 3000 manat; qonaq otağı üçün pərdə – 200 manat; qonaq otağı üçün çıl-çıraq – 80 manat; yataq otağı üçün pərdə - 50 manat; yataq otağı üçün çıl-çıraq – 40 manat; qaşıq dəsti – “Solinger Germany” 84 parça – 80 manat; 2 ədəd sini (“Lacquer pectectio”) – 100 manat; 1 dəst serviz (12 aş, 12 sous, 12 dolma, 12 tort, 2 böyük bulud) - 500 manat; 3 ədəd şüşə bulud (rulet üçün) - 0 manat (yəni mövcud deyil); 12 ədəd büllur stəkan (Çexiya Respublikasının istehsalı) qiyməti - 48 manat; 12 ədəd rozetka (Çexiya Respublikasının istehsalı) - 18 manat; 6 ədəd büllur armudu stəkan - 9 manat; 12 nəlbəki (Çexiya istehsalı) – 36 manat; 12 ədəd rozetka (kobalt) - 36 manat; 1 ədəd büllur tort qabı (Çexiya istehsalı) – 15 manat; 2 büllur qrafin və 12 büllu r bakal - 35 manat; 6 ədəd fincandan ibarət - 30 manat; 1 ədəd böyük ağ qaşlı vaza - 50 manat; 1 ədəd böyük ağ qaşlı qəndqabı - 50 manat; 2 ədəd böyük güldan (“Bogema”) - 100 manat; 2 ədəd böyük meyvə qabı (“Bogema”) - 100 manat; 1 ədəd qrafin və 6 bakal (Çexiya istehsalı) - 100 manat; 6 ədəd stəkan (mavi) - 12 manat; 6 ədəd stəkan (qırmızı) - 12 manat; üstü kəpənəkli orijinal kobaltdan olan servis (6 fincan, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkər qabı) - 50 manat; üstü qizilgüllü orijinal kobaltdan olan servis (6 fincan, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkər qabı) - 50 manat; 3 cür və bir-birindən böyük 18 ədəd büllur bakal - 70 manat; 2 ədəd büllur bulud və 2 qəndqabı + 1ədəd büllür bulud 1 qəndqabı, 1 güldan - 60 manat; 1 ədəd büllur qrafin və 6 ədəd bakal - 0 manat (yəni mövcud deyil); 2 ədəd böyük büllur vaza - 60 manat; konyak üçün 1 ədəd qrafin və 6 ədəd bakal - 40 manat; 4 ədəd büllur mürəbbə qabı - 40 manat; 6 ədəd büllur bakal - 30 manat; Çexiya istehsalı servis (orijinal kobalt) - 80 manat; ləpə qabı 10 manat, yemək dəsti (kobalt) - 500 manat; güllü qazanlardan ibarət 1 ədəd dəst (2 ədəd qazan (51 sm. və 71 sm.) 50 manat, 3 ədəd tava (22 sm., 26 sm., 30 sm.) – 70 manat; çaydan və saxsı çaynik - 15 manat; 3 ədəd çuqun qazan dəsti - 20 manat; paslanmayan metaldan hazırlanmış 2 qazan – 50 manat; böyük qazan dəsti – 50 manat; 4 ədəd çuqun qazan – 70 manat, 1 ədəd çaydan açıq yaşıl rəngli - 0 manat (yəni mövcud deyil); 2 ədəd böyük çuqun ləyən (81 sm. və 101 sm.) - 20 manat; 3 ədəd orta çuqun ləyən - 40 manat; 2 ə dəd balaca çuqun ləyən - 10 manat; 1 ədəd alüminium ləyən - 15 manat; 5 ədəd alüminium qazan – 70 manat; 1 ədəd mürəbbə ləyəni – 0 manat (yəni mövcud deyil); 1 ədəd tava - 20 manat; 1 ədəd şüşə qazan - 0 manat (yəni mövcud deyil); 1 ədəd tefal qaşıq dəsti - 15 manat; 8 ədəd bıçaqdan ibarət dəst - 30 manat; gündəlik işlənən yemək qaşıqlarından ibarət 1 ədəd dəst - 40 manat; gündəlik işlənən qazan-qaşıqdan ibarət 1 dəst - 20 manat; 1 dəst tort kəsən bıçaq dəsti - 10 manat; 3 ədəd böyük, 4 ədəd balaca şüşə qabi - 30 manat; 3 ədəd keramik şüşə saxlama qabi - 15 manat; 1 ədəd “Gepas” markalı ətçəkən maşın - 35 manat; 1 ədəd tefal şüşə çaynik - 25 manat; 1 ədəd tefal ütü 30 manat; 1 ədəd tərəvəz doğrama taxtasi - 6 manat; 1 ədəd göyərti saxlama qabı – 3 manat; 3 ədəd süfrə - 60 manat; 1 ədəd kət an süfrə (adi süfrə) – 5 manat; 1 ədəd süfrə (digəri yararsızdır) - 10 manat; 12 ədəd çay dəsmalı - 24 manat; 12 ədəd əl-üz dəsmalı 35 manat; 2 ədəd çəhrayı rəngli qətfə (bədən dəsmalı) - 4 manat; 3 ədəd əl-üz dəsmalı dəsti - 4 manat; 1 ədəd çəhrayı rəngli bədən dəsmalı 2 manat; 1 ədəd əl-üz dəsmalından ibarət dəst – 2 manat, əl-üz çəhrayı rəngli mirvarili – 0 manat (yəni mövcud deyil); 4 ədəd çay dəsmali - 12 manat; taxt üçün ikinəfərlik yataq dəsti (2 çexollu) (“Tac” firması) - 0 manat (yəni mövcud deyil); taxt üçün ikinəfərlik güllü (mavi-çəhrayı) dəst (2 çexollu, “İstanbul” firması) - 0 manat (yəni mövcud deyil); taxt üçün ikinəfərlik bənövşəyi rəngli dəst (“İstanbul” firması) - 0 manat (yəni mövcud deyil); cehiz çamadan taxt pakrival – 0 manat (yəni mövcud deyil), üstü güllü pakrıval dəsti – 0 manat (yəni mövcud deyil); 1 ədəd buxov adyalı taxt ucun - 20 manat; “tac” firmasından pokrıval – 0 manat (yəni mövcud deyil); 2 ədəd tək nəfərlik yaz adyalı - 10 manat; 2 ədəd tək nəfərlik qış adyalı - 0 manat (yəni mövcud deyil); güllü yaz adyalı 0 manat (yəni mövcud deyil); Çin istehsalı ikinəfərlik 1 ədəd yataq dəsti - 0 manat (yəni mövcud deyil); 2 ədəd tək nəfərlik pastel - 0 manat (yəni mövcud deyil); 2 ədəd tək nəfərlik yorğan – 100 manat, 1 ədəd taxt yorğanı – 70 manat, 1 taxt döşəyi – 50 manat, balaca yastıq 5 manat; böyük yastıq 20 manat; dəri pencək – 0 manat (yəni mövcud deyil); 2 ədəd dublyonka – 400 manat, 2 ədəd sintifon kurtka – 60 manat, şəxsi geyim əşyaları (ev, çöl geyimləri, ayaqqabılar, çantalar) – 200 manat, 3 ədəd fen (ütü feni, qurudan fen, buran fen) – 3 0 manat.
21. Məhkəmə tərəfindən ünvan 2 ünvanlanmış müvafiq sorğu əsasında məktəb tərəfindən məhkəməyə verilmiş 277 saylı, xx.xx.2022-ci il tarixli məktuba əsasən 2 “d” sinif müəllimi olan İddiaçı Fərhad qızı həmin sinif üzrə dərsi, o cümlədən xx.xx.2020ci il tarixdə, saat 13:00-dan saat 17:00 kimi olmuşdur.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 avqust 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/6612 saylı rəyinə əsasən 750 əyarlı, brilyant qaşlı, İtalyan qızılı olan 1 dəst qızıl dəsti (boyunbağı, qolbaq, üzük və sırğa) - dəyəri 3300 manat; 750 əyarlı, 10 qram çəkisi olan və 1 karat brilyant qaşları 1 ədəd nişan üzüyü – dəyəri 1100 manat; 585 əyarl ı 11 qram çəkisi olan 1 ədəd qolbaq – 990 manat; 750 əyarlı 10 qram çəkisi olan boyunbağı – 1210 manat; 750 əyarlı 8 qram çəkisi olan 1 cüt sırğa – 880 manat; 585 əyarlı 5 qram çəkisi olan 1 cüt sırğa – 450 manat; qırmızı qaşlı 30 qram çəkisi olan 1 ədəd kolye – 2700 manat; 585 əyarlı 5 qram çəkisi olan 1 cüt sirğa – 450 manat; qonaq dəsti mebeli (2 ədəd qorka, 1 ədəd komod, 1 ədəd masa, 8 ədəd stul, 1 ədəd televizor altlığı) – 3500 manat; qonaq otağı üçün pərdə – 500 manat; qonaq otağı üçün çıl-çıraq – 400 manat; qaşıq dəsti – “Solinger Germany” 84 parça – 250 manat; 2 ədəd sini (“Lacquer pectectio”) – 150 manat; 1 dəst serviz (12 aş, 12 sous, 12 dolma, 12 tort, 2 böyük bulud) - 600 manat; 3 ədəd şüşə bulud (rulet üçün) - 80 manat; 12 ədəd büllur stəkan (Çexiya Respublikasının istehsalı) qiyməti - 96 manat; 12 ədəd rozetka (Çexiya Respublikasının istehsalı) - 60 manat; 6 ədəd büllur armudu stəkan - 78 manat; 12 nəlbəki (Çexiya istehsalı) – 120 manat; 12 ədəd rozetka (kobalt) - 60 manat; 1 ədəd büllur tort qabı (Çexiya istehsalı) - 100 manat; 2 büllur qrafin və 12 büllur bakal - 50 manat; 6 ədəd fincandan ibarət - 30 manat; 1 ədəd böyük ağ qaşlı vaza - 60 manat; 1 ədəd böyük ağ qaşlı qəndqabı - 60 manat; 2 ədəd böyük güldan (“Bogema”) - 180 manat; 2 ədəd böyük meyvə qabı (“Bogema”) - 180 manat; 1 ədəd qrafin və 6 bakal (Çexiya istehsalı) - 150 manat; 6 ədəd stəkan (mavi) - 60 manat; 6 ədəd stəkan (qırmızı) - 60 manat; üstü kəpənəkli orijinal kobaltdan olan servis (6 fincan, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkər qabı) - 200 manat; üstü qizilgüllü orijinal kobaltdan olan servis (6 fincan, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkər qabı) - 350 manat; 3 cür və birbirindən böyük 18 ədəd büllur bakal - 180 manat; 2 ədəd büllur bulud və 2 qəndqabı 30 manat; 1 ədəd büllur bulud + 1 qəndqabı + 1 güldan - 50 manat; 1 ədəd büllur qrafin və 6 ədəd bakal - 150 manat; 2 ədəd böyük büllur vaza - 200 manat; konyak üçün 1 ədəd qrafin və 6 ədəd bakal - 80 manat; 4 ədəd büllur mürəbbə qabı - 200 manat; 6 ədəd büllur bakal - 78 manat; Çexiya istehsalı servis (orijinal kobalt) - 350 manat; 1 ədəd ləpə qabı (üç mərtəbə) - 150 manat; yemək dəsti (kobalt) - 1350 manat; güllü qazanlardan ibarət 1 ədəd dəst (2 ədəd qazan (51 sm. və 71 sm.), 3 ədəd tava (22 sm., 26 sm., 30 sm.) – 300 manat; 3 ədəd çuqun qazan dəsti - 90 manat; paslanm ayan metaldan hazırlanmış 2 qazan – 150 manat; 1 ədəd yaşıl çuqun qazan və 1 ədəd çaydan açıq yaşıl rəngli - 190 manat; 2 ədəd böyük çuqun ləyən (81 sm. və 101 sm.) - 90 manat; 3 ədəd orta çuqun ləyən - 75 manat; 2 ədəd balaca çuqun ləyən - 40 manat; 1 ədəd alüminium ləyən - 30 manat; 1 ədəd mürəbbə ləyəni və 1 ədəd tava - 80 manat; 1 ədəd şüşə qazan - 50 manat; 1 ədəd tefal qaşıq dəsti 50 manat; 8 ədəd biçaqdan ibarət dəst 80 manat; gündəlik işlənən yemək qaşıqlarından ibarət 1 ədəd dəst - 50 manat; gündəlik işlənən qazan-qaşıqdan ibarət 1 dəst - 50 manat; 1 dəst tort kəsən bıçaq dəsti - 20 manat; 3 ədəd böyük, 4 ədəd balaca şüşə qabi - 100 manat; 3 ədəd keramik şüşə saxlama qabi 21 manat; 1 ədəd “Gepas” markalı ətçəkən maşın - 228 manat; 1 ədəd tefal şüşə çaynik 180 manat; 1 ədəd tefal ü tü - 200 manat; 1 ədəd tərəvəz doğrama taxtasi - 10 manat; 1 ədəd göyərti saxlama qabı - 20 manat; 3 ədəd süfrə - 210 manat; 1 ədəd kətan süfrə (adi süfrə) - 40 manat; 12 ədəd çay dəsmalı - 120 manat; 12 ədəd əl-üz dəsmalı - 120 manat; 2 ədəd çəhrayı rəngli qətfə (bədən dəsmalı) - 70 manat; 3 ədəd əl-üz dəsmalı dəsti - 60 manat; 1 ədəd çəhrayı rəngli bədən dəsmalı və 1 ədəd əl-üz dəsmalından ibarət dəst – 80 manat, taxt üçün ikinəfərlik yataq dəsti (2 çexollu) (“Tac” firması) 200 manat; taxt üçün ikinəfərlik güllü (mavi-çəhrayı) dəst (2 çexollu, “İstanbul” firması) - 180 manat; taxt üçün ikinəfərlik bənövşəyi rəngli dəst (“İstanbul” firması) - 100 manat; Çin istehsalı ikinəfərlik 1 ədəd yataq dəsti - 50 manat; yataq dəsti 65 manat; 2 ədəd tək nəfərlik pastel – 180 manat; taxt örtüyü mavi g üllü 100 manat; taxt örtüyü buxov örtük 100 manat; 2 ədəd qış adyalı 100 manat; 2 ədəd yaz adyalı 80 manat; güllü tək nəfərli adyal 35 manat; 2 ədəd tək nəfərlik yorğan – 160 manat, 1 taxt döşəyi – 80 manat, 4 ədəd yastıq – 100 manat dəyərində müəyyən olunmuşdur.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-127/2023 nömrəli mülki iş üzrə 10 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Rəşad Həsənov) İddiaçı Fərhad qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni ilk iddianın həll edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmə klə, İddiaçı Fərhad qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və pul tələbi barədə” ilk iddiasının qismən təmin edilməsi, aşağıda qeyd edilən əşyaların naturada, naturada qaytarılması mümkün olmadı halda isə onların dəyərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı Fərhad qızına verilməsi: 750 əyarlı, brilyant qaşlı, İtalyan qızılı olan 1 dəst qızıl dəsti (boyunbağı, qolbaq, üzük və sırğa) - dəyəri 4340 manat; 750 əyarlı, 10 qram çəkisi olan və 1 karat brilyant qaşları 1 ədəd nişan üzüyü – dəyəri 1200 manat; - 585 əyarlı 11 qram çəkisi olan 1 ədəd qolbaq – 400 manat; - 750 əyarlı 10 qram çəkisi olan boyunbağı – 850 manat; - 750 əyarlı 8 qram çəkisi olan 1 cüt sırğa – 620 manat; - 585 əyarlı 5 qram çəkisi olan 1 cüt sırğa – 300 manat; - qırmızı qaşlı 30 qram çəki si olan 1 ədəd kolye – 2800 manat; - 585 əyarlı 5 qram çəkisi olan 1 cüt sirğa – 450 manat; - qonaq dəsti mebeli (2 ədəd qorka, 1 ədəd komod, 1 ədəd masa, 8 ədəd stul, 1 ədəd televizor altlığı) – 3500 manat; - qonaq otağı üçün pərdə – 500 manat; - qonaq otağı üçün çilçıraq – 400 manat; - yataq otağı üçün pərdə - 50 manat; - yataq otağı üçün çıl-çıraq – 40 manat; - qaşıq dəsti – “Solinger Germany” 84 parça – 250 manat; - 2 ədəd sini (“Lacquer pectectio”) – 150 manat; - bir dəst serviz (12 aş, 12 sous, 12 dolma, 12 tort, 2 böyük bulud) - 600 manat; - 3 ədəd şüşə bulud (rulet üçün) - 80 manat; - 12 ədəd büllur stəkan (Çexiya Respublikasının istehsalı) qiyməti - 96 manat; - 12 ədəd rozetka (Çexiya Respublikasının istehsalı) - 60 manat; 6 ədəd büllur armudu stəkan - 78 manat; - 12 nəlbəki (Çexi ya istehsalı) - 120 manat; 12 ədəd rozetka (kobalt) - 60 manat; - 1 ədəd büllur tort qabı (Çexiya istehsalı) - 100 manat; - 2 büllur qrafın və 12 büllur bakal - 50 manat; - 6 ədəd fincandan ibarət - 30 manat; - 1 ədəd böyük ağ qaşlı vaza - 60 manat; - 1 ədəd böyük ağ qaşlı qəndqabı 60 manat; - 2 ədəd böyük güldan (“Bogema”) - 180 manat; - 2 ədəd böyük meyvə qabı (“Bogema”) - 180 manat; - 1 ədəd qrafin və 6 bakal (Çexiya istehsalı) - 150 manat; - 6 ədəd stəkan (mavi) - 60 manat; - 6 ədəd stəkan (qırmızı) - 60 manat; - üstü kəpənəkli orijinal kobaltdan olan servis (6 fincan, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkər qabı) - 200 manat; - üstü qızılgüllü orijinal kobaltdan olan servis (6 fincan, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkər qabı) - 350 manat; - 3 cür və bir-birindən böyük 18 ədəd büllur bakal - 180 manat; - 2 ədəd büllur bulud və 2 qəndqabı - 30 manat; - 1 ədəd büllur bulud + 1 qəndqabı + 1 güldan - 50 manat; - 1 ədəd büllur qrafin və 6 ədəd bakal - 150 manat; - 2 ədəd böyük büllur vaza - 200 manat; - konyak üçün 1 ədəd qrafin və 6 ədəd bakal - 80 manat; - 4 ədəd büllur mürəbbə qabı - 200 manat; - 6 ədəd büllur bakal - 78 manat; - Çexiya istehsalı servis (orijinal kobalt) - 350 manat; - çay dəsti (6 fincan, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkər qabı) - 350 manat; - 1 ədəd ləpə qabı (üç mərtəbə) - 150 manat; - yemək dəsti (kobalt) - 1350 manat; - 1 ədəd böyük dairəvi buluddan, 1 ədəd böyük uzunsov buluddan, 1 ədəd kiçik uzunsov buluddan, 1 ədəd şorba qabından (supnik), 1 ədəd yağqabıdan (qapaql ı), 2 ədəd böyük dərin buluddan, 1 ədəd böyük kasadan, 6 ədəd dərin böyük buluddan, 6 ədəd aş boşqabısından, 6 ədəd dolma boşqabısından, 6 ədəd pendir boşqabısından, 2 ədəd duzqabıdan ibarət dəst – 500 manat; - güllü qazanlardan ibarət 1 ədəd dəst (2 ədəd qazan (51 sm. və 71 sm.), 3 ədəd tava (22 sm., 26 sm., 30 sm.) – 300 manat; - çaydan və saxsı çaynik - 15 manat; - 3 ədəd çuqun qazan dəsti - 90 manat; - paslanmayan metaldan hazırlanmış 2 qazan – 150 manat; - 1 ədəd yaşıl çuqun qazan və 1 ədəd çaydan aciq yaşıl rəngli - 190 manat; - 2 ədəd böyük çuqun ləyən (81 sm. və 101 sm.) - 90 manat; - 3 ədəd orta çuqun ləyən - 75 manat; - 2 ədəd balaca çuqun ləyən - 40 manat; - 1 ədəd alüminium ləyən - 30 manat; - 5 ədəd alüminium qazan – 70 manat; - 1 ədəd mürəbbə ləyəni və 1 ədəd tava - 80 manat; - 1 ədəd şüşə qazan - 50 manat; - 1 ədəd tefal qaşıq dəsti - 50 manat; - 8 ədəd biçaqdan ibarət dəst - 80 manat; - gündəlik işlənən yemək qaşıqlarından ibarət 1 ədəd dəst - 50 manat; - gündəlik işlənən qazanqaşıqdan ibarət 1 dəst -50 man; - 1 dəst tort kəsən bıçaq dəsti - 20 manat; - 3 ədəd böyük, 4 ədəd balaca şüşə qabi - 100 manat; - 3 ədəd keramik şüşə saxlama qabi 21 manat; - 1 ədəd “Gepas” markalı ətçəkən maşın - 228 manat; - 1 ədəd tefal şüşə çaynik - 180 manat; - 1 ədəd tefal ütü - 200 manat; - 1 ədəd tərəvəz doğrama taxtasi 10 manat; - 1 ədəd göyərti saxlama qabı - 20 manat; - 3 ədəd süfrə - 210 manat; - 1 ədəd kətan süfrə (adi süfrə) - 40 manat; - 1 ədəd süfrə - 20 manat; - 12 ədəd çay dəsmalı - 100 manat; - 12 ədəd əl-üz dəsmalı - 120 manat; - 2 ədəd çəhrayı rəngli qətfə (bədən dəsmalı) - 60 manat; - 3 ədəd əl-üz dəsmalı dəsti - 60 manat; - 1 ədəd çəhrayı rəngli bədən dəsmalı və 1 ədəd əl-üz dəsmalından ibarət dəst – 80 manat, - 4 ədəd çay dəsmali - 12 manat; - taxt üçün ikinəfərlik yataq dəsti (2 çexollu) (“Tac” firması) - 200 manat; - taxt üçün ikinəfərlik güllü (mavi-çəhrayı) dəst (2 çexollu, “İstanbul” firması) - 180 manat; - taxt üçün ikinəfərlik bənövşəyi rəngli dəst (“İstanbul” firması) - 100 manat; - 1 ədəd buxov adyalı taxt ucun - 20 manat; - 2 ədəd tək nəfərlik yaz adyalı - 20 manat; - 2 ədəd tək nəfərlik qiş adyali - 100 manat; - Çin istehsalı ikinəfərlik 1 ədəd yataq dəsti - 50 manat; - 2 ədəd tək nəfərlik pastel - 140 manat; - 2 ədəd tək nəfərlik yorğan – 160 manat, - 1 ədəd taxt yorğanı – 70 manat, - 1 taxt döşəyi – 80 manat, - 4 ədəd yastıq – 100 manat, - 2 ədəd dublyonka – 400 manat, - 2 ədəd sintifon kurtka – 60 manat, - şəxsi geyim əşyaları (ev, çöl geyimləri, ayaqqabılar, çantalar) – 200 manat, - 3 ədəd fen (ütü feni, qurudan fen, buran fen) – 30 manat, aşağıda qeyd edilən pul məbləğlərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı Fərhad qızına verilməsi: mətbəx mebelinin alınması üçün iddiaçı tərəfindən cavabdehlərə verilmiş pul məbləğinin əvəzi olaraq 2850 manat, - divanın alınması üçün iddiaçı tərəfindən cavabdehlərə verilmiş pul məbləğinin əvəzi olaraq 850 manat, - evin pəncərələrinin alınması üçün iddiaçı tərəfindən cavabdehlərə verilmiş pul məbləğinin əvəzi olaraq 220 manat, radiatorların alınması üçün iddiaçı tərəfindən cavabdehlərə verilmiş pul məbləğinin əvəzi olaraq 400 manat, - hamam mebe linin alınması üçün iddiaçı tərəfindən cavabdehlərə verilmiş pul məbləğinin əvəzi olaraq 400 manat, - kanalizasiya xətlərinin yenilənməsi üçün iddiaçı tərəfindən cavabdehlərə verilmiş pul məbləğinin əvəzi olaraq 300 manat, ilk iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlərin birgə verdikləri apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 20 sentyabr 2021-ci il tarixli qətnaməsinin qarşılıqlı iddianın həll edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsindən görünmüşdür ki, ilk iddianı qismən təmin etmiş məhkəmə cavabdehlərdən alınaraq iddiaçıya verilməli olan əmlakların dəyərini qətnamədə göstərməmiş, bununla da MPM-in 222.1-ci maddəsinin imperativ tələbinə əməl etməmişdir. Bu baxımdan qəbul edilməlidir ki, qətnamə ilk iddianın həll edilməsi hissəsində düzgün olmamışdır.
25. Məhkəmə kollegiyası 15 sentyabr tarixinin ilk dərs günü olmasını nəzərə alaraq qəbul etmişdir ki, müəllim işləyən şəxslər, o cümlədən iddiaçı həmin tarixdə saata 08:00-dən məktəbdə olmuşlar.
25. Məhkəmə həmçinin qeyd etmişdir ki, yuxarıda qeyd edilən rəylərdə bəzi əşyaların qiyməti iddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş ilk iddia ərizəsində qeyd edilən məbləğlərdən yuxarı olmuşdur. Lakin Məhkəmə MPM-in 218.3-ci maddəsinin tələbini nəzərə alaraq həmin əşyaların qiymətini iddia ərizəsinə əsasən müəyyən etmişdir. Məhkəmə hesab etmişdir ki, 3 ədəd şüşə bulud (rulet üçün), 12 ədəd çay dəsmalı, 2 ədəd çəhrayı rəngli qətfə (bədən dəsmalı), 2 ədəd tək nəfərlik pastelin naturada qaytarılması mümkün olmadıqda müvafiq olaraq, 80 manat, 100 manat, 60 manat və 140 manat məbləğlərində pul cavabdehlərdən tutulmalıdır.
26. Dəyəri 60 manat olan 2 ədəd əl-üz dəsmali (çəhrayı rəng mirvarili), dəyəri 150 manat olan taxt üçün ikinəfərlik yataq dəsti (“Gold” firması), dəyəri 320 manat olan taxt üçün ikinəfərlik 3D pastel (“Casadora” firması) qiyməti; dəyəri 350 manat olan cehiz çamadan taxt pokrıval, pastel, dəyəri 150 manat olan 1 ədəd pokrıval dəsti (üstü güllü), dəyəri 250 manatolan “Tac” firmasından pakrival dəsti, dəyəri 50 manat olan 1 ədəd güllü yaz adyali, 2 ədəd böyük yastıq, 2 ədəd dəri pencək və 1 ədəd epilyatorun mövcudluğu isə məhkəmə araşdırması zamanı öz təsdiqi ni tapmamış, iddiaçı həmin əşyaların mövcud olmasını sübut edə bilməmişdir. Bu səbəbdən də, Məhkəmə hesab etmişdir ki, ilk iddia bu hissədə tələbin sübuta yetməməsi əsası ilə təmin edilməməlidir.
27. Bundan əlavə, ilk iddianın digər hissəsi iddiaçı tərəfindən cavabdehlərə mətbəx mebelinin alınması üçün 2850 manat, divanın alınması üçün 850 manat, evin pəncərələrinin alınması üçün 220 manat, radiatorların alınması üçün 400 manat, hamam mebelinin alınması üçün 400 manat, mənzilin kanalizasiya xətlərinin yenilənməsi üçün 300 manat verdiyi pulun cavabdehlərdən tutularaq ona ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının bu tələbi cavabdehlər tərəfindən qismən təsdiq edilsə də, cavabdehlərin bu kimi mövqeyi, yəni qalan hissədə tələbin təsdiq etməmələrini özləri ni mülki məsuliyyətdən qorumaq üçün müdafiə etmələri kimi qəbul edilir. Həmçinin, iş üzrə tərəflər arasında olmuş və iş materiallarına əlavə edilmiş yazışmalardan görünmüşdür ki, əşyaların alınması və təmir işlərinin görülməsi ilə iddiaçı tərəfindən cavabdehlərə pul ödənilmişdir.
28. Belə ki, müzakirə edilən tələb təmin edilməlidir. İddiaçı tərəfindən çəkilmiş və yuxarıda qeyd edilən xərc cavabdehlərə məxsus yaşayış sahəsinin şəraitin yaxşılaşdırılmasına yönəlmiş, həmin yaxşılaşdırma həmin yaşayış sahəsində qalmış, iddiaçı həmin yaxşılaşdırmadan istifadə etmək imkanından artıq məhrum olunmuş, amma cavabdehlər həmin yaxşılaşdırmadan hazırda da bəhrələnmişlər, iddiaçı həmin yaxşılaşdırmaları yaşayış sahəsindən ayıra bilməmişdir. Bununla da, müəyyən edilmişdir ki, cavabdehlər iddiaçıya münasi bətdə əsassız olaraq varlanmışlar.
29. Apellyasiya instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, apellyasiya şikayətinin bu barədə dəlilləri əsassızdır, həmin hissədə birinci instansiya məhkəməsi cavabdehlərin qarşılıqlı iddianı sübut edə bilməməsi əsası ilə qarşılıqlı iddianı təmin etməməkdə haqlı olmuşdur.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 225, 1091.1, 1092.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri d. Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı Fərhad qızı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, ilk iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Şikayət onunla əsaslandırılmışdır ki, nikaha daxil olanadək atası və anası tərəfindən hədiyyə şəklində verilən əşyalar qətnamədə qeyd olunmayaraq, qaytarılması təmin edilməmişdir. Bundan başqa, məhkəmə prossesində şahid ifadələri və digər sübutlar tam nəzərə alınmamışdır.
33. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
34. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Vəkil2) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işi yenidən baxılması üçün apellyasiya ins tansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
35. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizələri təmin edilsə də, qarşılıqlı iddia ərizəsində tələb etdikləri əmlakların siyahıya alınması istiqamətində heç bir zəruri icra tədbirləri görülməmiş və nəticə etibarı ilə həmin hissədə icra məmurunun qanunsuz hərəkətlərinə diqqət yetirilməmişdir. Belə ki, iş üzrə məhkəmələr tərəfindən yalnız iddiaçı tərəfin mülahizələri nəzərə alınmış, onların ifadələri, mülki mübahisənin həllinə yönəlmiş vəsatət və xahişləri, onlarla bağlı qəbul edilmiş qərardadlar, aktlar qətnamə qəbul edilərkən nəzərə alınmamışdır.
36. Kassatorlar qeyd etmiş lər ki, iddiaçının işlədiyi məktəbin cavab məktubunda iddiaçının ümumiyyətlə həmin sinif üzrə dərsi, o cümlədən xx.xx.2020-ci il tarixdə, saat 13:00-dan saat 17:00-a kimi olduğu qeyd edilsə də, məhkəmə həmin bu faktı iddiaçının xeyrinə şərh edərək guya iddiaçının həmin gün, yəni xx.xx.2020-ci il tarixdə ilk dərs günü olduğu üçün saat 8-də evdən çıxması barədə əsassız qənaətə gəlmişdir. xx.xx.2020-ci il tarixi ilk dərs günü olmasına baxmayaraq “COVİD-19” Pandemiyası ilə əlaqədar olaraq həmin tarixdə məktəblərdə müəyyən məhdudiyyətlər olmaqla iş rejimi tətbiq edilmiş, şagirdlərlə yanaşı, müəllim kollektivi də mərhələli şəkildə tədrisə cəlb edilmiş və nəticə etibarı ilə hər hansı tədbirlərin keçirilməsi həmin dövrdə qadağan edilmişdir.
37. Bundan başqa kassatorlar qeyd etmişlər ki, iddiaçın ın vəsatəti əsasında "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydəki 750 əyarlı, brilyant qaşlı, İtalyan qızılı olan 1 ədəd qızıl dəsti (boyunbağı, qolbaq, üzük və sırğa) kimi qeyd olunan əşyanın bijuteriyaya daha çox oxşadığı barədə qeyd olunan xüsusatları deyil, habelə Məhkəmə Ekspertizası Mərkəzinə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydə 3300 manat məbləğində dəyərini deyil, həqiqiliyi şübhə altına alınan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydə həmin əşya qızıl olduqda 4340 manat dəyərində ola biləcəyi ehtimallarını qətnaməsində əsas götürmüş, lakin həmin qətnamədə nə üçün həmin dəstin bijuteriya olmadığını əsaslandırmamışdır.
38. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 29, 60, 71, 127-ci, Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 1.1, 14, 157.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31, 35-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 13, 14, 47, 76-79, 88, 217, 220, 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
41. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
42. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
43. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
44. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilə r.
45. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
46. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.
47. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
48. Maddə 1092.1. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
49. Maddə
34. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin ə sası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassa siya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Haz ırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
58. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
59. Tərəflər ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq n ormalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul edildiyini göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.
60. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətləri ilə eyni məzmunlu olan kassasiya şikayətlərinin dəlillərini və mülki iş materiallarını araşdıraraq qeyd etmişdir ki, tərəflər arasında mübahisə yaradan məsələlərdən biri – ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) cavabdehlərə məxsus və yaşadığı evi xx.xx.2020-ci il tarixdə saat neçədə tərk etməsi məsələsidir.
61. İddiaçı bildirir ki, o, tədris ilinin ilk dərs günü olan xx.xx.2020-ci il tarixdə səhər və cavabdehlərdən əvvəllər evdən çıxaraq işlədiyi məktəbə getmişdir. Müəllimə işlədiyi üçün özü ilə artıq heç nə götürməmiş, hətta gün dəlik istifadə oluna bilən qızılzinət əşyaları belə taxmamış, sonra isə cavabdehlər onu evə buraxmamışlar.
62. Bunu bildirən iddiaçı işlədiyi məktəb tərəfindən ona verilmiş 368 saylı, xx.xx.2022-ci il tarixli arayışı Məhkəməyə təqdim etmişdir. Qeyd edilən həmin arayışdan görünür ki, iddiaçı, xx.xx.2020-ci il tarixdə işdə olmuşdur.
63. Cavabdehlər isə bildirirlər ki, iddiaçı evi tərk etməyi əvvəlcədən planlaşdırmışdır. xx.xx.2020-ci il tarixdə, səhər onları işə yola saldıqdan sonra evi tərk edib və getdiyi zaman özünə və onlara məxsus qızıl-zinət əşyalarını da özü ilə aparıb.
64. Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil2 iddiaçının işlədiyi məktəb tərəfindən ona verilmiş nömrəsiz və tarixsiz arayışı Məhkəməyə təqdim etmişdir. Həmin arayışdan görünür ki, iddiaçı, xx.xx.2020-ci il tarixdə 13:10-d an 17:20-dək işdə olmuşdur. Bu məsələnin aydınlaşdırılması ilə bağlı Məhkəmə ünvan 2 müvafiq sorğu göndərmişdir. Bakı şəhəri C.Cahangirov adına 4 saylı tam orta məktəb tərəfindən Məhkəməyə verilmiş 277 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 2 “d” sinif müəllimi olan iddiaçının həmin sinif üzrə dərsi, o cümlədən xx.xx.2020-ci il tarixdə, saat 13:00-dan saat 17:00 kimi olmuşdur.
65. Məktəbin verdiyi bu cavab məktubu ilə bağlı iddiaçı bildirmişdir ki, sinif müəllimi olduğu sinfin dərsi saat 13:00-da saat 17:00 kimi olsa da, 15 sentyabr tarixi ilk dərs günü olduğu üçün bütün müəllimlər, o cümlədən o özü, artıq saat 09:00-da məktəbdə olmuşlar. Məhkəmə, 15 sentyabr tarixinin ilk dərs günü olmasını nəzərə alaraq qəbul edir ki, müəllim işləyən şəxslər, o cümlədən iddiaçı həmin tarix də saata 08:00-dən məktəbdə olmuşlar.
66. Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən bəlli olur ki, iddiaçı ilə Cavabdeh1 rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. İddiaçı cavabdehlərin yaşadıqları yaşayış sahəsinə gəlin köçmüş və valideynləri tərəfindən ona verilmiş cehiz əşyalarını da, həmin evə aparmışdır. Bir müddət sonra iddiaçı ilə Cavabdeh1 münasibətləri pozulmuşdur. İddiaçı cavabdehlərin mənzilini tərk etmişdir. İddiaçı bildirir ki, ona aid əşyalar cavabdehlərdə qalmışdır.
67. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamə ilə ilk iddia ərizəsində göstərilən əşyaların bir qisminin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi qət edilsə də, iddiaçı, qətnamədən verdiyi apellyasiya şikayətində ilk iddia ərizəsində göstərilən bütün əşyaların və əşyaların naturada qaytarılması mümkün olmadıqda isə onların dəyərinin və bəzi məişət əşyalarının alınması, hazırlanması və təmir işlərinin görülməsi ilə əlaqədar cavabdehlərə verdiyi pul məbləğlərinin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş edir.
68. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 222.1-ci maddəsinə görə, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərməlidir.
69. Birinci instansiya məhkəməsi hazırki iş üzrə qəbul etdiyi qətnaməsindən görünür ki, ilk iddianı qismən təmin et miş məhkəmə cavabdehlərdən alınaraq iddiaçıya verilməli olan əmlakların dəyərini qətnamədə göstərməmiş, bununla da MPM-nin 222.1-ci maddəsinin imperativ tələbinə əməl etməmişdir. Bu baxımdan qəbul edilməlidir ki, qətnamə ilk iddianın həll edilməsi hissəsində düzgün deyil.
70. Odur ki, göstərilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə ilk iddianın “əşyaların cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə” hissəsi ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
71. İş üzrə ilk iddianın həll edilməsi hissəsində yeni qətnamə qəbul edilməsi barədə nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qonaq dəsti mebeli (iki əd əd qorka, bir ədəd kamod, bir ədəd stol, 8 ədəd stul, bir ədəd televizor altlığı), qonaq otağı üçün pərdə, qonaq otağı üçün lüstr, yataq otağı üçün pərdə, yataq otağı üçün lüstr, qaşıq dəsti - Solinger Germany 84 parça, 2 ədəd sini (Lacquer pectectio), bir dəst servis (12 aş, 12 sous, 12 dolma, 12 tort, 2 böyük bulud), 3 ədəd şüşə bulud (çini ruletnisa), 12 ədəd büllur stəkan çexia, 12 ədəd rozetka çexia, 6 ədəd büllur armudu stəkan, 12 nəlbəki çexia, 6 ədəd rozetka kobalt, 1 ədəd çexiya istehsalı olan büllur tort qabı, 2 qrafin 12 bakal büllur, 6 ədədlik fincan dəsti, 1 ədəd böyük ağ qaşlı vaza, 1 ədəd böyük ağ qaşlı qəndqabı, 2 ədəd böyük güldan (bogema), 2 ədəd böyük meyvəqabı (bogema), 1 ədəd qrafin 6 bakal (Çexoslovakiya), 6 ədəd bogema stəkan (mavi), üstü kəpənəkli servis (Original c obalt) (6 çaşka, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkərqabı), üstü qızılgüllü servis (Original Cobalt) (6 çaşka, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkərqabı), 3 cür bir-birindən böyük 18 ədəd büllur bakal, 2 ədəd büllur bulud, 2 qəndqabı, 1 ədəd büllur bulud 1 qəndqabı, 1 ədəd büllur qrafin 6 ədəd bakal, 2 ədəd böyük büllur vaza, 1 ədəd konyak qrafini 6 ədəd bakal, 4 ədəd büllur mürəbbə qabı, 6 ədəd bakal büllur, X4 (Original cobalt CZECH) çay dəsti (6 çaşka, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkərqabı), 1 ədəd ləpə qabı (üçmərtəbə), yemək dəsti (1 ədəd böyük dairəvi bulud, 1 ədəd böyük uzunsov bulud, 1 ədəd kiçik uzunsov bulud, 1 ədəd supnik, 1 ədəd qapaqlı yağqabı, 2 ədəd böyük dərin bulud, 1 ədəd böyük kasa, 6 ə dəd dərin böyük bulud, 6 ədəd aş boşqabı, 6 ədəd dolma boşqabı, 1 ədəd duzqabı, bir dəst güllü qazan dəsti (2 ədəd qazan (51, 71), tava (22 sm, 26sm, 30sm) 3 ədəd, çaydan, saxsı çaynik), 3 ədəd çuqun qazan dəsti, Sofram nerjaveyka qazan (32 sm) böyük qazan dəsti (17l), 2 ədəd çuqun qazan, 1 ədəd çaydan açıq yaşıl rəngli, 2 ədəd böyük çuqun ləyən 81-101, 2 ədəd balaca çuqun ləyən və 2 ədəd orta ölçüdə çuqun ləyən, bir ədəd alüminium ləyən, 4 ədəd alüminium qazan, 1 ədəd tava, 1 dəst tefal qaşıq dəsti, 4 ədəd bıçaq, 1 ədəd gündəlik işlənən yemək qaşıq dəsti, 1 ədəd gündəlik işlənən qazan qaşıq dəsti, 1 ədəd tort kəsən bıçaq dəsti, 3 böyük və 4 balaca şüşə qablar, 3 ədəd keramik şüşəli saxlama qabı, 1 ədəd GEPAS markalı ət çəkən maşın, 1 ədəd tefal şüşə çaynik, 1 ədəd tefal ütü, 2 ədəd tərəvə z doğrama taxtası, 3 ədəd göyərti saxlama qabı, 1 ədəd süfrə (süd rəngli), 1 ədəd kətan süfrə, 1 ədəd adi süfrə, 6 ədəd çay dəsmalı, 6 ədəd əl-üz dəsmalı (inci firmasi), 1 ədəd çəhrayı rəngli bədən dəsmalı, 1 ədəd əl-üz dəsmalı dəsti, 1 ədəd çəhrayı rəngli Tac firmasına aid olan bədən dəsmalı, 1 ədəd çəhrayı rəngli Tac firmasına aid olan əl üz dəsmalı, 4 ədəd çay dəsmalı, “Tac” firmasından taxt üçün cüt nəfərlik yataq dəsti (2 çexollu), İstanbul firması bənövşəyi rəng taxt cüt nəfərlik, üstü güllü 1 ədəd buxov ədyal taxt üçün, 2 ədəd tək nəfərlik yazlıq ədyal, 1 ədəd güllü yaz ədyalı, 1 ədəd Çin istehsalı 2 nəfərlik yataq dəsti, 2 ədəd tək nəfərlik yorğan, 1 ədəd taxt döşəyi, 1 ədəd balaca yastıq, 2 ədəd böyük yastıq, 2 ədəd sintifon kurtka, şəxsi geyim əşyaları (ev, çöl geyimləri, ayaqqab ılar) və 1 ədəd fenlə (buran fen) bağlı hissədə cavabdehlər ilk iddia tələbini etiraf edirlər.
72. İşin müəyyən edilmiş hallarını nəzərə alan və apellyasiya şikayətləri ilə eyni məzmunlu olan kassasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır) (maddə 34.1.). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona m əxsusdur (maddə 34.2.).
73. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Nikaha girənədək ər-arva ddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (maddə 225.2.). Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır (maddə 225.3.).
74. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
75. Apellyasiya instansiyası məhkəməsi əmlakların qiymətinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə ekspertizası təyin etmiş və qiymətl əndirmənin keçirilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırmışdır. 76. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, UNİ/İ 70-620/22 saylı rəyindən görünür ki, qiymətləndirilməsi tələb edilən qızı-zinət və digər əşyaların dəyəi aşağıdakə kimi müəyyən edilir: 750 əyarlı, brilyant qaşlı, İtalyan qızılı olan bir dəst qızıl dəsti (boyunbağı, qolbaq, üzük və sırğa) - dəyəri 4.340 manat; bijuteriya olduğu halda 60 manat, nişan üzüyü – dəyəri 1.200 manat; qolbaq – 400 manat; boyunbağı – 850 manat; sırğa – 620 manat; sırğa – 300 manat; qırmızı qaşlı kolye – 2.800 manat; qonaq dəsti mebeli (iki ədəd qorka, bir ədəd komod, bir ədəd masa, 8 ədəd stul, bir ədəd televizor altlığı) – 3.000 manat; qonaq otağı üçün pərdə – 200 manat; qonaq otağı üçün çıl-çıraq – 80 manat; yataq otağı ü çün pərdə - 50 manat; yataq otağı üçün çıl-çıraq – 40 manat; qaşıq dəsti – “Solinger Germany” 84 parça – 80 manat; 2 ədəd sini (“Lacquer pectectio”) – 100 manat; bir dəst serviz (12 aş, 12 sous, 12 dolma, 12 tort, 2 böyük bulud) - 500 manat; 3 ədəd şüşə bulud (rulet üçün) - 0 manat (yəni mövcud deyil); 12 ədəd büllur stəkan (Çexiya Respublikasının istehsalı) qiyməti - 48 manat; 12 ədəd rozetka (Çexiya Respublikasının istehsalı) - 18 manat; 6 ədəd büllur armudu stəkan - 9 manat; 12 nəlbəki (Çexiya istehsalı) – 36 manat; 12 ədəd rozetka (kobalt) - 36 manat; 1 ədəd büllur tort qabı (Çexiya istehsalı) – 15 manat; 2 büllur qrafın və 12 büllur bakal - 35 manat; 6 ədəd fincandan ibarət - 30 manat; 1 ədəd böyük ağ qaşlı vaza - 50 manat; 1 ədəd böyük ağ qaşlı qəndqabı - 50 manat; 2 ədəd böyük gülda n (“Bogema”) - 100 manat; 2 ədəd böyük meyvə qabı (“Bogema”) - 100 manat; 1 ədəd qrafin və 6 bakal (Çexiya istehsalı) - 100 manat; 6 ədəd stəkan (mavi) - 12 manat; 6 ədəd stəkan (qirmizi) - 12 manat; üstü kəpənəkli orijinal kobaltdan olan servis (6 fincan, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkər qabı) - 50 manat; üstü qizilgüllü orijinal kobaltdan olan servis (6 fincan, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkər qabı) - 50 manat; 3 cür və bir-birindən böyük 18 ədəd büllur bakal - 70 manat; 2 ədəd büllur bulud və 2 qəndqabı + 1ədəd büllür bulud 1 qəndqabı, 1 güldan - 60 manat; 1 ədəd büllur qrafin və 6 ədəd bakal - 0 manat (yəni mövcud deyil); 2 ədəd böyük büllur vaza - 60 manat; konyak üçün 1 ədəd qrafin və 6 ədəd bakal - 40 manat; 4 ədəd büll ur mürəbbə qabı - 40 manat; 6 ədəd büllur bakal - 30 manat; Çexiya istehsalı servis (orijinal kobalt) - 80 manat; ləpə qabı 10 manat, yemək dəsti (kobalt) - 500 manat; güllü qazanlardan ibarət 1 ədəd dəst (2 ədəd qazan (51 sm. və 71 sm.) 50 manat, 3 ədəd tava (22 sm., 26 sm., 30 sm.) – 70 manat; çaydan və saxsı çaynik - 15 manat; 3 ədəd çuqun qazan dəsti - 20 manat; Paslanmayan metaldan hazırlanmış 2 qazan – 50 manat; böyük qazan dəsti – 50 manat; 4 ədəd çuqun qazan – 70 manat, 1 ədəd çaydan aciq yaşıl rəngli - 0 manat (yəni mövcud deyil); 2 ədəd böyük çuqun ləyən (81 sm. və 101 sm.) - 20 manat; 3 ədəd orta çuqun ləyən - 40 manat; 2 ədəd balaca çuqun ləyən - 10 manat; 1 ədəd alüminium ləyən - 15 manat; 5 ədəd alüminium qazan – 70 manat; 1 ədəd mürəbbə ləyəni – 0 manat (yəni mövcud deyil); 1 ədəd tava - 20 manat; 1 ədəd şüşə qazan - 0 manat (yəni mövcud deyil); 1 ədəd tefal qaşıq dəsti - 15 manat; 8 ədəd biçaqdan ibarət dəst - 30 manat; gündəlik işlənən yemək qaşıqlarından ibarət 1 ədəd dəst -40 manat; gündəlik işlənən qazan-qaşıqdan ibarət 1 dəst - 20 manat; 1 dəst tort kəsən bıçaq dəsti - 10 manat; 3 ədəd böyük, 4 ədəd balaca şüşə qabi - 30 manat; 3 ədəd keramik şüşə saxlama qabi - 15 manat; 1 ədəd “Gepas” markalı ətçəkən maşın - 35 manat; 1 ədəd tefal şüşə çaynik - 25 manat; 1 ədəd tefal ütü - 30 manat; 1 ədəd tərəvəz doğrama taxtasi - 6 manat; 1 ədəd göyərti saxlama qabı - 3 manat; 3 ədəd süfrə - 60 manat; 1 ədəd kətan süfrə (adi süfrə) – 5 manat; 1 ədəd süfrə (digəri yararsızdır)- 10 manat; 12 ədəd çay dəsmalı - 24 manat; 12 ədəd əl-üz dəsmalı - 35 manat; 2 ədəd çəhra yı rəngli qətfə (bədən dəsmalı) - 4 manat; 3 ədəd əl-üz dəsmalı dəsti - 4 manat; 1 ədəd çəhrayı rəngli bədən dəsmalı 2 manat; 1 ədəd əl-üz dəsmalından ibarət dəst – 2 manat, əl-üz çəhrayı rəngli mirvarili – 0 manat (yəni mövcud deyil); 4 ədəd çay dəsmali - 12 manat; taxt üçün ikinəfərlik yataq dəsti (2 çexollu) (“Tac” firması) - 0 manat (yəni mövcud deyil); taxt üçün ikinəfərlik güllü (maviçəhrayı) dəst (2 çexollu, “İstanbul” firması) - 0 manat (yəni mövcud deyil); taxt üçün ikinəfərlik bənövşəyi rəngli dəst (“İstanbul” firması) - 0 manat (yəni mövcud deyil); cehiz çamadan taxt pakrival – 0 manat (yəni mövcud deyil), üstü güllü pakrıval dəsti – 0 manat (yəni mövcud deyil); 1 ədəd buxov adyalı taxt ucun - 20 manat; “tac” firmasından pokrıval – 0 manat (yəni mövcud deyil); 2 ədəd tək nəfərli k yaz adyalı 10 manat; 2 ədəd tək nəfərlik qiş adyali - 0 manat (yəni mövcud deyil); güllü yaz adyalı 0 manat (yəni mövcud deyil); Çin istehsalı ikinəfərlik 1 ədəd yataq dəsti - 0 manat (yəni mövcud deyil); 2 ədəd tək nəfərlik pastel - 0 manat (yəni mövcud deyil); 2 ədəd tək nəfərlik yorğan – 100 manat, 1 ədəd taxt yorğanı – 70 manat, 1 taxt döşəyi – 50 manat, balaca yastıq 5 manat; böyük yastıq 20 manat; dəri pencək – 0 manat (yəni mövcud deyil); 2 ədəd dublyonka – 400 manat, 2 ədəd sintifon kurtka – 60 manat, şəxsi geyim əşyaları (ev, çöl geyimləri, ayaqqabılar, çantalar) – 200 manat, 3 ədəd fen (ütü feni, qurudan fen, buran fen) – 30 manat.
77. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə həmçinin məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azər baycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
78. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 9/6612 saylı rəyindən görünür ki, 750 əyarlı, brilyant qaşlı, İtalyan qızılı olan bir dəst qızıl dəsti (boyunbağı, qolbaq, üzük və sırğa) - dəyəri 3300 manat; 750 əyarlı, 10 qram çəkisi olan və 1 karat brilyant qaşları bir ədəd nişan üzüyü – dəyəri 1.100 manat; 585 əyarlı 11 qram çəkisi olan bir ədəd qolbaq – 990 manat; 750 əyarlı 10 qram çəkisi olan boyunbağı – 1210 manat; 750 əyarlı 8 qram çəkisi olan bir cüt sırğa – 880 manat; 585 əyarlı 5 qram çəkisi olan bir cüt sırğa – 450 manat; qırmızı qaşlı 30 qram çəkisi olan bir ədəd kolye – 2.700 manat; 585 əyarlı 5 qram çəkisi olan bir cüt sirğa – 450 manat; qonaq dəst i mebeli (iki ədəd qorka, bir ədəd komod, bir ədəd masa, 8 ədəd stul, bir ədəd televizor altlığı) – 3.500 manat; qonaq otağı üçün pərdə – 500 manat; qonaq otağı üçün çıl-çıraq – 400 manat; qaşıq dəsti – “Solinger Germany” 84 parça – 250 manat; 2 ədəd sini (“Lacquer pectectio”) – 150 manat; bir dəst serviz (12 aş, 12 sous, 12 dolma, 12 tort, 2 böyük bulud) - 600 manat; 3 ədəd şüşə bulud (rulet üçün) - 80 1anat; 12 ədəd büllur stəkan (Çexiya Respublikasının istehsalı) qiyməti - 96 manat; 12 ədəd rozetka (Çexiya Respublikasının istehsalı) - 60 manat; 6 ədəd büllur armudu stəkan - 78 manat; 12 nəlbəki (Çexiya istehsalı) – 120 manat; 12 ədəd rozetka (kobalt) - 60 manat; 1 ədəd büllur tort qabı (Çexiya istehsalı) - 100 manat; 2 büllur qrafın və 12 büllur bakal - 50 manat; 6 ədəd fincandan ibar ət - 30 manat; 1 ədəd böyük ağ qaşlı vaza - 60 manat; 1 ədəd böyük ağ qaşlı qəndqabı - 60 manat; 2 ədəd böyük güldan (“Bogema”) - 180 manat; 2 ədəd böyük meyvə qabı (“Bogema”) - 180 manat; 1 ədəd qrafin və 6 bakal (Çexiya istehsalı) - 150 manat; 6 ədəd stəkan (mavi) - 60 manat; 6 ədəd stəkan (qirmizi) - 60 manat; üstü kəpənəkli orijinal kobaltdan olan servis (6 fincan, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkər qabı) - 200 manat; üstü qizilgüllü orijinal kobaltdan olan servis (6 fincan, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkər qabı) - 350 manat; 3 cür və bir-birindən böyük 18 ədəd büllur bakal - 180 manat; 2 ədəd büllur bulud və 2 qəndqabı - 30 manat; 1 ədəd büllur bulud + 1 qəndqabı + 1 güldan - 50 manat; 1 ədəd büllur qrafin və 6 ədəd bakal - 150 manat; 2 ədəd böyük büllur vaza 200 manat; konyak üçün 1 ədəd qrafin və 6 ədəd bakal - 80 manat; 4 ədəd büllur mürəbbə qabı - 200 manat; 6 ədəd büllur bakal - 78 manat; Çexiya istehsalı servis (orijinal kobalt) - 350 manat; 1 ədəd ləpə qabı (üçmərtəbə) - 150 manat; yemək dəsti (kobalt) - 1.350 manat; güllü qazanlardan ibarət 1 ədəd dəst (2 ədəd qazan (51 sm. və 71 sm.), 3 ədəd tava (22 sm., 26 sm., 30 sm.) – 300 manat; 3 ədəd çuqun qazan dəsti - 90 manat; Paslanmayan metaldan hazırlanmış 2 qazan – 150 manat; 1 ədəd yaşıl çuqun qazan və 1 ədəd çaydan aciq yaşıl rəngli - 190 manat;2 ədəd böyük çuqun ləyən (81 sm. və 101 sm.) - 90 manat; 3 ədəd orta çuqun ləyən - 75 manat; 2 ədəd balaca çuqun ləyən - 40 manat; 1 ədəd alüminium ləyən - 30 manat; 1 ədəd mürəbbə ləyəni və 1 ədəd tava - 80 m anat; 1 ədəd şüşə qazan - 50 manat; 1 ədəd tefal qaşıq dəsti - 50 manat; 8 ədəd biçaqdan ibarət dəst - 80 manat; gündəlik işlənən yemək qaşıqlarından ibarət 1 ədəd dəst -50 manat; gündəlik işlənən qazan-qaşıqdan ibarət 1 dəst -50 man; 1 dəst tort kəsən bıçaq dəsti - 20 manat; 3 ədəd böyük, 4 ədəd balaca şüşə qabi - 100 manat; 3 ədəd keramik şüşə saxlama qabi - 21 manat; 1 ədəd “Gepas” markalı ətçəkən maşın - 228 manat; 1 ədəd tefal şüşə çaynik - 180 manat; 1 ədəd tefal ütü - 200 manat; 1 ədəd tərəvəz doğrama taxtasi - 10 manat; 1 ədəd göyərti saxlama qabı - 20 manat; 3 ədəd süfrə - 210 manat; 1 ədəd kətan süfrə (adi süfrə) - 40 manat; 12 ədəd çay dəsmalı - 120 manat;12 ədəd əl-üz dəsmalı - 120 manat; 2 ədəd çəhrayı rəngli qətfə (bədən dəsmalı) - 70 manat; 3 ədəd əl-üz dəsmalı dəsti - 60 ma nat; 1 ədəd çəhrayı rəngli bədən dəsmalı və 1 ədəd əl-üz dəsmalından ibarət dəst – 80 manat, taxt üçün ikinəfərlik yataq dəsti (2 çexollu) (“Tac” firması) 200 manat; taxt üçün ikinəfərlik güllü (mavi-çəhrayı) dəst (2 çexollu, “İstanbul” firması) - 180 manat; taxt üçün ikinəfərlik bənövşəyi rəngli dəst (“İstanbul” firması) - 100 manat; Çin istehsalı ikinəfərlik 1 ədəd yataq dəsti - 50 manat; yataq dəsti 65 manat; 2 ədəd tək nəfərlik pastel – 180 manat; taxt örtüyü mavi güllü 100 manat; taxt örtüyü buxov örtük 100 manat; 2 ədəd qış adyalı 100 manat; 2 ədəd yaz adyalı 80 manat; güllü tək nəfərli adyal 35 manat; 2 ədəd tək nəfərlik yorğan – 160 manat, 1 taxt döşəyi – 80 manat, 4 ədəd yastıq – 100 manat dəyərində müəyyən olunur.
79. Apellyasiya instansiyası məhkəməsi hər iki rəyi mülki iş mater ialları ilə birlikdə tədqiq edərək hesab etmişdir ki, aşağıdakı əşyalar cavabdehlərdən alınaraq iddiaçıya verilməli, onların naturada verilməsi mümkün olmadığı halda onların dəyəri cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir: 750 əyarlı, brilyant qaşlı, İtalyan qızılı olan bir dəst qızıl dəsti (boyunbağı, qolbaq, üzük və sırğa) - dəyəri 4.340 manat; 750 əyarlı, 10 qram çəkisi olan və 1 karat brilyant qaşları bir ədəd nişan üzüyü – dəyəri 1.200 manat; 585 əyarlı 11 qram çəkisi olan bir ədəd qolbaq – 400 manat; 750 əyarlı 10 qram çəkisi olan boyunbağı – 850 manat; 750 əyarlı 8 qram çəkisi olan bir cüt sırğa – 620 manat; 585 əyarlı 5 qram çəkisi olan bir cüt sırğa – 300 manat; qırmızı qaşlı 30 qram çəkisi olan bir ədəd kolye – 2.800 manat; 585 əyarlı 5 qram çəkisi olan bir cüt sirğa – 45 0 manat; qonaq dəsti mebeli (iki ədəd qorka, bir ədəd komod, bir ədəd masa, 8 ədəd stul, bir ədəd televizor altlığı) – 3.500 manat; qonaq otağı üçün pərdə – 500 manat; qonaq otağı üçün çıl-çıraq – 400 manat; yataq otağı üçün pərdə 50 manat (Məhkəmə Ekspertizası Mərkəzi qiyməti müəyyən edə bilmədiyindən "xxxx" MMC-nin rəyində göstərilən məlumat əsas götürülür); yataq otağı üçün çıl-çıraq – 40 manat (Məhkəmə Ekspertizası Mərkəzi qiyməti müəyyən edə bilmədiyindən "xxxx" MMC-nin rəyində göstərilən məlumat əsas götürülür); qaşıq dəsti – “Solinger Germany” 84 parça – 250 manat; 2 ədəd sini (“Lacquer pectectio”) – 150 manat; bir dəst serviz (12 aş, 12 sous, 12 dolma, 12 tort, 2 böyük bulud) - 600 manat; 3 ədəd şüşə bulud (rulet üçün) - 80 manat; 12 ədəd büllur stəkan (Çexiya Respublikasının ist ehsalı) qiyməti - 96 manat; 12 ədəd rozetka (Çexiya Respublikasının istehsalı) - 60 manat; 6 ədəd büllur armudu stəkan - 78 manat; 12 nəlbəki (Çexiya istehsalı) – 120 manat; 12 ədəd rozetka (kobalt) - 60 manat; 1 ədəd büllur tort qabı (Çexiya istehsalı) - 100 manat; 2 büllur qrafın və 12 büllur bakal - 50 manat; 6 ədəd fincandan ibarət 30 manat; 1 ədəd böyük ağ qaşlı vaza - 60 manat; 1 ədəd böyük ağ qaşlı qəndqabı 60 manat; 2 ədəd böyük güldan (“Bogema”) - 180 manat; 2 ədəd böyük meyvə qabı (“Bogema”) - 180 manat; 1 ədəd qrafin və 6 bakal (Çexiya istehsalı) - 150 manat; 6 ədəd stəkan (mavi) - 60 manat; 6 ədəd stəkan (qirmizi) - 60 manat; üstü kəpənəkli orijinal kobaltdan olan servis (6 fincan, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkər qabı) - 200 manat; üstü qizilgül lü orijinal kobaltdan olan servis (6 fincan, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkər qabı) - 350 manat; 3 cür və bir-birindən böyük 18 ədəd büllur bakal - 180 manat; 2 ədəd büllur bulud və 2 qəndqabı - 30 manat; 1 ədəd büllur bulud + 1 qəndqabı + 1 güldan - 50 manat; 1 ədəd büllur qrafin və 6 ədəd bakal - 150 manat; 2 ədəd böyük büllur vaza 200 manat; konyak üçün 1 ədəd qrafin və 6 ədəd bakal - 80 manat; 4 ədəd büllur mürəbbə qabı - 200 manat; 6 ədəd büllur bakal - 78 manat; Çexiya istehsalı servis (orijinal kobalt) - 350 manat; çay dəsti (6 fincan, 6 nəlbəki, 6 boşqab, 1 tort buludu, 1 çaynik, 1 südqabı, 1 şəkər qabı) - 350 manat; 1 ədəd ləpə qabı (üçmərtəbə) - 150 manat; yemək dəsti (kobalt) - 1.350 manat; 1 ədəd böyük dairəvi buluddan, 1 ədəd böyük uzunsov bulud dan, 1 ədəd kiçik uzunsov buluddan, 1 ədəd şorba qabından (supnik), 1 ədəd yağqabıdan (qapaqlı), 2 ədəd böyük dərin buluddan, 1 ədəd böyük kasadan, 6 ədəd dərin böyük buluddan, 6 ədəd aş boşqabısından, 6 ədəd dolma boşqabısından, 6 ədəd pendir boşqabısından, 2 ədəd duzqabıdan ibarət dəst – 500 manat (Məhkəmə Ekspertizası Mərkəzi qiyməti müəyyən edə bilmədiyindən "xxxx" MMC-nin rəyində göstərilən məlumat əsas götürülür); güllü qazanlardan ibarət 1 ədəd dəst (2 ədəd qazan (51 sm. və 71 sm.), 3 ədəd tava (22 sm., 26 sm., 30 sm.) – 300 manat; çaydan və saxsı çaynik - 15 manat (Məhkəmə Ekspertizası Mərkəzi qiyməti müəyyən edə bilmədiyindən "xxxx" MMC-nin rəyində göstərilən məlumat əsas götürülür); 3 ədəd çuqun qazan dəsti - 90 manat; Paslanmayan metaldan hazırlanmış 2 qazan – 150 manat; 1 ədəd yaşıl çuqun qazan və 1 ədəd çaydan aciq yaşıl rəngli 190 manat; 2 ədəd böyük çuqun ləyən (81 sm. və 101 sm.) - 90 manat; 3 ədəd orta çuqun ləyən - 75 manat; 2 ədəd balaca çuqun ləyən - 40 manat; 1 ədəd alüminium ləyən - 30 manat; 5 ədəd alüminium qazan – 70 manat (Məhkəmə Ekspertizası Mərkəzi qiyməti müəyyən edə bilmədiyindən "xxxx" MMC-nin rəyində göstərilən məlumat əsas götürülür); 1 ədəd mürəbbə ləyəni və 1 ədəd tava - 80 manat; 1 ədəd şüşə qazan - 50 manat; 1 ədəd tefal qaşıq dəsti - 50 manat; 8 ədəd biçaqdan ibarət dəst - 80 manat; gündəlik işlənən yemək qaşıqlarından ibarət 1 ədəd dəst -50 manat; gündəlik işlənən qazan-qaşıqdan ibarət 1 dəst -50 manat; 1 dəst tort kəsən bıçaq dəsti - 20 manat; 3 ədəd böyük, 4 ədəd balaca şüşə qabi - 100 manat; 3 ədəd keramik şüşə saxlama qabı - 21 ma nat; 1 ədəd “Gepas” markalı ətçəkən maşın - 228 manat; 1 ədəd tefal şüşə çaynik - 180 manat; 1 ədəd tefal ütü - 200 manat; 1 ədəd tərəvəz doğrama taxtasi - 10 manat; 1 ədəd göyərti saxlama qabı - 20 manat; 3 ədəd süfrə - 210 manat; 1 ədəd kətan süfrə (adi süfrə) - 40 manat; 1 ədəd süfrə (digəri yararsızdır)- 20 manat (Məhkəmə Ekspertizası Mərkəzi qiyməti müəyyən edə bilmədiyindən "xxxx" MMC-nin rəyində göstərilən məlumat əsas götürülür); 12 ədəd çay dəsmalı - 100 manat; 12 ədəd əl-üz dəsmalı - 120 manat; 2 ədəd çəhrayı rəngli qətfə (bədən dəsmalı) - 60 manat; 3 ədəd əl-üz dəsmalı dəsti - 60 manat; 1 ədəd çəhrayı rəngli bədən dəsmalı və 1 ədəd əl-üz dəsmalından ibarət dəst – 80 manat, 4 ədəd çay dəsmali - 12 manat (Məhkəmə Ekspertizası Mərkəzi qiyməti müəyyən edə bilmədiyindən "xxxx" MMC- nin rəyində göstərilən məlumat əsas götürülür); taxt üçün ikinəfərlik yataq dəsti (2 çexollu) (“Tac” firması) - 200 manat; taxt üçün ikinəfərlik güllü (mavi-çəhrayı) dəst (2 çexollu, “İstanbul” firması) - 180 manat; taxt üçün ikinəfərlik bənövşəyi rəngli dəst (“İstanbul” firması) - 100 manat; 1 ədəd buxov adyalı taxt ucun 20 manat (Məhkəmə Ekspertizası Mərkəzi qiyməti müəyyən edə bilmədiyindən "xxxx" MMC-nin rəyində göstərilən məlumat əsas götürülür); 2 ədəd tək nəfərlik yaz adyalı 20 manat (Məhkəmə Ekspertizası Mərkəzi qiyməti müəyyən edə bilmədiyindən "xxxx" MMC-nin rəyində göstərilən məlumat əsas götürülür); 2 ədəd tək nəfərlik qiş adyali 100 manat (Məhkəmə Ekspertizası Mərkəzi qiyməti müəyyən edə bilmədiyindən "xxxx" MMC-nin rəyində göstərilən məlumat əsas götürülür); Çin istehsalı iki nəfərlik 1 ədəd yataq dəsti - 50 manat; 2 ədəd tək nəfərlik pastel - 140 manat; 2 ədəd tək nəfərlik yorğan – 160 manat, 1 ədəd taxt yorğanı – 70 manat (Məhkəmə Ekspertizası Mərkəzi qiyməti müəyyən edə bilmədiyindən "xxxx" MMC-nin rəyində göstərilən məlumat əsas götürülür), 1 taxt döşəyi – 80 manat, 4 ədəd yastıq – 100 manat, 2 ədəd dublyonka – 400 manat (Məhkəmə Ekspertizası Mərkəzi qiyməti müəyyən edə bilmədiyindən "xxxx" MMC-nin rəyində göstərilən məlumat əsas götürülür), 2 ədəd sintifon kurtka – 60 manat (Məhkəmə Ekspertizası Mərkəzi qiyməti müəyyən edə bilmədiyindən "xxxx" MMC-nin rəyində göstərilən məlumat əsas götürülür), şəxsi geyim əşyaları (ev, çöl geyimləri, ayaqqabılar, çantalar) – 200 manat (Məhkəmə Ekspertizası Mərkəzi qiyməti müəyyən edə bilmədiyindən "xxxx" MMC-nin rəyində g östərilən məlumat əsas götürülür), 3 ədəd fen (ütü feni, qurudan fen, buran fen) – 30 manat (Məhkəmə Ekspertizası Mərkəzi qiyməti müəyyən edə bilmədiyindən "xxxx" MMC-nin rəyində göstərilən məlumat əsas götürülür).
79. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, yuxarıda qeyd edilən rəylərdə bəzi əşyaların qiyməti iddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş ilk iddia ərizəsində qeyd edilən məbləğlərdən yuxarıdır.
80. Lakin, apellyasiya instansiyası məhkəməsi MPM-nin 218.3-ci maddəsinin tələbini nəzərə alaraq həmin əşyaların qiymətini iddia ərizəsinə əsasən müəyyən etmişdir. Çünki MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, göstərilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi qeyd et mişdir ki, 3 ədəd şüşə bulud (rulet üçün), 12 ədəd çay dəsmalı, 2 ədəd çəhrayı rəngli qətfə (bədən dəsmalı), 2 ədəd tək nəfərlik pastelin naturada qaytarılması mümkün olmadıqda müvafiq olaraq, 80 manat, 100 manat, 60 manat və 140 manat məbləğlərində pul cavabdehlərdən tutulmalıdır.
81. Dəyəri 60 manat olan 2 ədəd əl-üz dəsmali (çəhrayı rəng mirvarili), dəyəri 150 manat olan taxt üçün ikinəfərlik yataq dəsti (“Gold” firması), dəyəri 320 manat olan taxt üçün ikinəfərlik 3D pastel (“Casadora” firması) qiyməti; dəyəri 350 manat olan cehiz çamadan taxt pokrıval, pastel, dəyəri 150 manat olan 1 ədəd pokrıval dəsti (üstü güllü), dəyəri 250 manatolan “Tac” firmasından pakrival dəsti, dəyəri 50 manat olan 1 ədəd güllü yaz adyali, 2 ədəd böyük yastıq, 2 ədəd dəri pencək və 1 ədəd epilyatorun mövcudl uğu isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, iddiaçı həmin əşyaların mövcud olmasını sübut edə biməmişdir.
82. Bu səbəbdən də, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, ilk iddia bu hissədə tələbin sübuta yetməməsi əsası ilə təmin edilməməlidir.
83. İlk iddianın digər hissəsi iddiaçı tərəfindən cavabdehlərə mətbəx mebelinin alınması üçün 2.850 manat, divanın alınması üçün 850 manat, evin pəncərələrinin alınması üçün 220 manat, radiatorların alınması üçün 400 manat, hamam mebelinin alınması üçün 400 manat, mənzilin kanalizasiya xətlərinin yenilənməsi üçün 300 manat verdiyi pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədədir.
84. Birinci instansiya məhkəməsi ilk iddianın qeyd edilən bu hissəsini iddiaçı tərəfindən sübuta yetirilməməsi əsası ilə təmin etməmişdir.
85. Cavabdehlər ilk iddia üzrə iddiaçının ərizəsində əks olunmuş bu tələbə etiraz etsələr də, qarşılıqlı iddiada göstərmişlər ki, iddiaçı mətbəxin təmirinə görə 1.800 manat məbləğində pul vermiş, radiatoru da özü almışdır.
86. İddiaçının bu tələbi cavabdehlər tərəfindən qismən təsdiq edilsə də, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin bu kimi mövqeyini, yəni qalan hissədə tələbin təsdiq etməmələrini özlərini mülki məsuliyyətdən qorumaq üçün müdafiə etmələri kimi qəbul etmişdir.
87. Bundan başqa apellyasiya instansiyası məhkəməsi cavabdehlərin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iş üzrə tərəflər arasında olmuş və mülki iş materiallarına əlavə edilmiş yazışmalardan görünür ki, əşyaların alınması və t əmir işlərinin görülməsi ilə iddiaçı tərəfindən cavabdehlərə pul ödənilmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, müzakirə edilən tələb təmin edilməlidir.
88. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən çəkilmiş və yuxarıda qeyd edilən xərc cavabdehlərə məxsus yaşayış sahəsinin şəraitin yaxşılaşdırılmasına yönəlmiş, həmin yaxşılaşdırma həmin yaşayış sahəsində qalmış, iddiaçı həmin yaxşılaşdırmadan istifadə etmək imkanından artıq məhrum olunmuşdur, amma cavabdehlər həmin yaxşılaşdırmadan hazırda da bəhrələnirlər, iddiaçı həmin yaxşılaşdırmaları yaşayış sahəsindən ayıra bilmir. Bununla da, müəyyən edilir ki, cavabdehlər iddiaçıya münasibətdə əsassız olaraq varlanmışlar.
89. Daha sonra apellyasiya insta nsiyası məhkəməsi haqla olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin tələblərinə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 157.7.). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Odur ki, qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş halına yanaşdıqda müəyyən edilir ki, ilk iddia üzrə iddiaçı cavabdehlərə məxsus yaşayış sahəsində aparılmış yaxşılaşdırmaya görə çəkdiyi xərcin əvəzinin ödənilməsi tələb etməkdə haqlıdır. Müzakirə edilən bu tələb əsaslıdır. Birinci instansiya məhkəməsi bu tələbi təmin etməməkdə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
90. Qarşılıqlı iddianın təmin olunmaması ilə bağlı cavabdehlərin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, bu apellyasiya şikayətinin dəlilləri əsassızdır, həmin hissədə birinci instansiya məhkəməsi cavabdehlərin qarşılıqlı iddianı sübut edə bilməməsi əsası ilə qarşılıqlı iddianı təmin etməkdə haqlı olmuşdur.
91. Belə ki, yuxarıda artıq qeyd edildiyi kimi, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdi yi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM; maddələr 14.2 və 71.1.). Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş halları üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: İddiaçı Fərhad qızı və cavabdehlər X1, Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayət ləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 fevral 2023-cü il tarixli, 2(103)-127/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.