Məhkəmə qərarları › İş №2(102)-2681/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2681/2019

19.04.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2681/2019 19.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, iddiaçının vəkili X3, Cavabdeh, cavabdehin vəkili Xnın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması və aliment borcunun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı ş əhəri Xəzər Rayon Məhkəməsinin 06 iyul 2018-cı il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması və aliment borcunun silinməsi tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və A.İmanov) Xəzər Rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 oktyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı X1 Cavabdeh qarşı iddia verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 iyul 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilən aliment üzrə yaranmış borcların ona aid hissədə silinməsi, həmin qətnamə ilə müəyyən edilən alimentin miqdarının azaldılaraq Cavabdeh saxlanılması üçün ondan hər ay 20 manat məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə iddiaçı cavabdehin qızıdır və onlar ayrı təsərrüfat aparmaqla bir-birlərindən ayrı yaşayırlar. Cavabdeh əmək pensiyaçısıdır. Pensiyanın məbləği 204 manatdır. İddiaçı isə İİ qrup əlilliyə görə əmək pensiyası alır və onun pensiyasının məbləği 166.60 manat təşkil edir. Həmçinin işin mübahisə edilməyən hallarına görə Bakı şəhəri Xəzər rayonu məhkəməsinin 25 iyul 2016-cı il tarixli qətnaməsi ilə hazırki iş üzrə iddiaçıdan və onun bacısı Mehriban Hüseynovadan 25 aprel 2016-cı ildən başlayaraq hər ay hər birindən 50 manat sabit pul məbləğində alimentin tutularaq hazırki iş üzrə cavabdehə verilməsi qət edilmişdir. Hazırki iddia tələbi həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının iddiaçıya münasibətdə azaldılmasından ibarətdir. İddiaçı bildirir ki, İİ qrup əlildir, işləmir, məşqulluq mərkəzində iş axtaran kimi qeydə alınmışdır. Bununla yanaşı oğlu X1 da əlildir. Əlilliyə görə aldığı pensiyası o ğlunun və özünün təminatına, müalicəsinə sərf edir. Ona görə də atası Cavabdeh saxlanılması üçün tutulan alimentin miqdarı azaldılaraq 20 manata endirilməlidir. Cavabdeh nümayəndəsi vasitəsi ilə iddiaya etiraz edir və bildirir ki, iddiaçının ondan tutulması qət edilmiş 50 manat alimenti ödəmək üçün maddi imkanı vardır. Ona görə də iddia rədd edilməlidir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi alimentin miqdarının azaldılması hissəsində ləğv edilməli, iddia qismən təmin edilməli, 19.04.2019-cu ildən başlayaraq İddiaçı Cavabdeh saxlanılması üçün hə r ay 30 manat aliment tutulmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından göründüyü kimi hazırkı iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (azaldılmasına) aiddir. Bu məsələnin həlli qaydası isə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunveric i prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. İşin hallraından göründüyü kimi iddiaçı işləmir, ll qrup əlildir və onun yeganə təminat mənbəyi əlilliyə görə aldığı 166.60 manat pensiya məbləğidir. İddiaçı bu məbləği özünün və oğlunun təminatı ilə yanaşı, müalicələri üçün zəruri olan dərmanlarının alınmasına sərf edir. Azərbaycan Respublikasında yaşayış minimumu haqqında Qanunun tələblərinə görə 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının maddi və ailə vəziyyəti onu göstərir ki, sonuncu ondan tutulması qət edilmiş 50 manat alimenti tam şəkildə ödəmək iqtidarında deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 50 manat alimentin miqdarının azaldılmasının rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli 19.04.2019-cu il tarixdən başlayaraq. İddiaçı Cavabdeh xeyrinə 30 manat aliment tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbi q olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.4-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 oktyabr 2018-ci il tarixli qətnaməsi alimentin miqdarının azaldılması hissəsində ləğv edilsin. İddia qismən təmin edilsin. 19.04.2019-cu ildən başlayaraq İddiaçı Cavabdeh saxlanılması üçün hər ay 3 0 manat aliment tutulsun. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar