Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2690/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1 və Cavabdeh vəkili Vəkil2 iştirakları ilə. İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim: T.S.Kərimov;2(001)-36 88/18) İddiaçı Cavabdeh qarşı “alimentin hesablanma qaydasının dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3183/2011 saylı qətnaməsi ilə tutulan alimentin ödənilməsi qaydasının dəyişdirilməsi, Cavabdeh 12 avqust 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa qəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, alimentin ödənilməsi qaydasınının dəyişdirilmiş formada tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlaması, cavabdehdən iddiaçının xeyrinə hüquqi yardıma görə ödənilmiş 300 manat pulunun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə(hakim: V.Ə.Baxışova (sədrlik edən və məruzəçi), V.T.Həsənov və N.Ş.Cəfərov 2(103)-12604/2018) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 avqust 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşırına çatanadək saxlanılması üçün Cavabdeh Əşfər oğlundan onun xeyrinə tutulan alimentin miqdarının dəyişdirilərək hər ay əmək haqqının və digər gəlirlərinin 25%-i miqdarında müəyyən edilməsi və hüquqi yardıma görə ödənilmiş 300 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3183/2011 saylı 06 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə birgə nigahdan doğulmuş övladları, 12 avqust 2010-cu il təvəllüdlü X2 21 aprel 2011-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 400 manat məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının vətəndaşı olmaqla yanaşı hazırda daimi olaraq Kanadada yaşayır. Bundan əlavə olaraq Cavabdeh həmin dövlətin ərazisində fəaliyyət göstərən “xxxx” Şirkətində əsas rəhbər vəzifəsindən birini tutmaqla yüksək əmək haqqı alır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aylıq 400 manat aliment məbləği manatın devalivasiyasından sonra təxminən 210%dən çox dəyərdən düşmüşdür. Bel əki, qətnamə qəbul edilən dövrdə dollar/manat kursu nisbəti ilə aliment məbləği 500 dollardan bir az çox idisə, hazırda həmin məbləğ 234 dollara yaxındır. Amma uşağın təbii olaraq qida, təhsil,geyim və s tələbatı daim artmaqdadır.Eyni zamanda Cavabdeh uşağa görə tərəfindən çəkilmiş əlavə xərclərin ödənilməsində heç vaxt iştirak etməmiş və indi də iştirak etmir.Hesab etmişdir ki, aylıq 400 manat alimentin məbləği ədalətli və real deyildir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78-ci maddələrinin tələblərinin pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmiş, sübutların təqdim edilməsi üçün şərait yaradılmamış, cavabdehin nümayəndəsinin fikri əsas götürülmüşdür. Tərəfin izahatı Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil1 kassasiya şikatətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil2 kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələ lər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3183/2011 saylı 06 oktyabr 2011-ci il tarixli qətnaməsindən görünür ki, X3 iddiası qismən təmin edilərək tərəflər arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 12 avqust 2010-cu il təvəllüdlü uşaq X2 anası X3 yanında qa lmasının müəyyən edilməsi və 21 aprel 2011- ci il tarixindən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 400 manat alimentin Cavabdeh Əşfər oğlundan tutularaq X4 ödənilməsi qət edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, məhkəmə tərəfindən müəyyən olunmuş alimentin ödənilmə qaydasının dəyişdirilərək cavabdehin aylıq qazancının ¼ hissəsi miqdarında təyin edilməsi üçün qanuni əsaslar olmadığı halda birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmiş, Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbini nəzərə almamışdır. Buna görə də apelyasiya instansuiyası məhkəməsi hesab etmişdir ki, qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci v ə 385.1.3-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kim i tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Hər iki tərəf təsdiq edir ki, cavabdeh Kanadada yaşayır. Cavabdeh xarici dövlətin ərazisində işlədiyi və maaşını xarici valyutada aldığı üçün Binəqədi Rayon Məhkəməsinin 2(001)-3183/2011 saylı 06 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə tərəflərdən birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Alimentin məbləği məhkəmə tərəfindən müəyyən edildikdən sonra cavabdehin iş yerinin dəyişdiyi və ya qanunla alimentin məbləğinin dəyişdirilməsinə əsas kimi nəzərdə tutulmuş digər halların baş verdiyinə dair iş materiallarında heç bir sübut mövcud deyil. İddia ərizəsində 400 manat aliment məbləğinin uşağın maddi ehtiyaclarının ödənilməsi üçün kifayət edən məbləğ olmadığı qeyd edilsə də, uşağa görə iddiaçının əlavə xərclər çəkdiyinə dair məhkəməyə sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti təmin edilməli,Binəqədi rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli 2(001)-3688/2018 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq normaları pozulduğundan qətnaməni ləğv edərək yuxarıda göstərilən qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya ins tansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 29 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2690/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2690/2019
15.04.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver