Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2691/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Mənəvi zərərin ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2204/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 1 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qay dasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 27.09.1990-cı il tarixli XV-JQ seriyalı 384641 saylı doğum haqqında şəhadətnaməyə əsasən, X10 27 avqust 1990-cı ildə anadan olmuşdur. X2, anası İddiaçıdır. 2. 11.12.2019-cu il tarixli AZ-İİ seriyalı 041092 saylı ölüm şəhadətnaməsinə əsasən, X10 xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X19-Təcrübi və X9 rayon şöbəsinin 19 dekabr 2019-cu il tarixli 30 nömrəli ekspert rəyinə əsasən, mərhum şəxsin ölüm səbəbi olaraq, yüksək gərginlikli elektrik cərəyanının təsirindən törənmiş ağır dərəcəli elektrotravmatik şok müəyyən olunmuşdur.
3. Cəlilabad Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli 1(103)-76/2020 saylı hökmündən görünür ki, X20 Azərbaycan Respublikası CM -nin 162.2ci maddəsi ilə təqsirli bilinib 1 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 3 il sınaq müddətinə şərti hesab edilməsi, sınaq müddəti ərzində X15 davranışı üzərində nəzarəti həyata keçirən orqana xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, iş üzrə 180 manat məbləğində ekspertiza xərcinin təqsirləndirilən şəxs X12 alınaraq dövlət büdcəsinə ödənilməsi, X15 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm q anuni qüvvəyə minənədək dəyişdirilməməsi, hökmün icrasının Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. X15 "xxxx" ASC-nin Cənub RETSİ-nin X4 Ləkin şəbəkə sahəsində usta işləyərkən öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi X5 ölümünə səbəb olduqdan sonra mərhumun X2, daha sonra mərhumun həyat yoldaşı X16 iddia ilə məhkəməyə müraciət edərək vurulmuş mənəvi zərərin cavabdeh “Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən tutularaq onlara ödənilməsini iddia etmişdirlər.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4403/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat məbləğində pulun cavabdeh “Azərişıq" Açıq Səhmdar Cəmiyyə tindən tutularaq iddiaçı X6 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4288/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4403/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)6225/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)4288/2021 saylı xx.xx.2021-ci il tarixli tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi nin e-2(006)-4761/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat məbləğində pulun cavabdeh “Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı X8 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1695/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4761/2022 saylı 28 noyabr 2022-ci il tarixli qətnaməsinin mənəvi zərərin tutulması hissəsində dəyişdirilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 (iyirmi min) manat məbləğində pulun cavabdeh “Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2059/2023 saylı qərarı ilə iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)1695/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 50.000 manat məbləğində kompensasiyanın və ödənilmiş 240 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, min bir əziyyətlə gecələr yuxusuz qalıb keşiyində durduğu, özü ac qalıb ona yedizdirdiyi, böyüyüb ona dəstək olsun deyə günlərlə, aylarla, illərlə gözlədiyi oğlunu faciəvi surətdə itirmişdir. Belə ki, "xxxx" ASC-nin Cənub RETSİ-nin X4 Ləkin şəbəkə sahəsində usta işləyən X15 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə - oğlu X5 ölümünə səbəb olmuşdur. Cəlilabad Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli 1(073)-76/2020 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs X20 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququnda n məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 3 il sınaq müddətinə şərti hesab edilmişdir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X19-Təcrübi və X9 rayon şöbəsinin 19 dekabr 2019-cu il tarixli 30 nömrəli ekspert rəyindən görünmüşdür ki, X1 ölümünə yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmiş ağır dərəcəli elektrotravmatik şok səbəb olmuşdur. Mərhumun aldığı xəsarətlər elektrik yanığı yaraları yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 19 noyabr 2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə hə yat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. İlkin meyit əlamətlərinə əsasən, meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 4-8 saat əvvəl ölüm hadisəsi baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və hər hansı narkotik maddə aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş, əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 09 yanvar 2020-ci il tarixli 32301 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar cinayət işi materiallarında olan, «Rayon Elektrik Şəbəkəsinin X14 ustasının vəzifə təlimatı»nın 6, 7, 21, 31-ci bəndlərinin və cinayət işi materiallarında olan, «Rayon Elektrik Şəbəkəsinin X14 elektrik montyorunun vəzifə təlimatı»nın 1-ci bəndinin tələbləri pozulmuşdur. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(073)-76/2020 saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Bu baxımdan iddiaçı qeyd etmişdir ki, onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu səbəbdən, mərhum oğlunun ölümü nəticəsində keçirdiyi stress, narahatlıq, məyusluq və s. kimi halları nəzərə alaraq dəymiş mənəvi zərərin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq ona ödənilməsi tələbində haqlıdır.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(006)4406/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pul vəsaiti və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 120 manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (X29)
13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Mən əvi zərərin baş verməsinə səbəb olmuş hərəkət və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla ağlabatan məbləğ olaraq 10.000 (on min) manat pul vəsaiti vurulmuş mənəvi ziyanın əvəzi kimi cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi daha ədalətli və ağlabatandır.
14. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarında göstərildiyi kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınmasının zəruriliyi və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalı olması nəzərə alınmalıdır. Çünki, təmin edilən məbləğin vurulmuş mənəvi zərərin həcminə uyğunluğu kifayət qədər əsaslandırılmalı və cavabdehin də maliyyə vəziyyəti nəzərə alınmalıdır.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.2, 1097.1, 1099.1, 1115, 1121-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 119.1, 217.3, 217.4, 218.1, 216-220, 227, 233, 360-cı maddələrinə və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarı, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənəvi ziyanın ödənilməsi ilə bağı cavabdehlə aralarında hər hansı bir müqavilə olmamış və qanunvericilikdə də mənəvi z iyanın ödənilməsi ilə ümumiyyətə hər hansı bir miqdarda ödənilməsi nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmənin 50.000 manat tələbindən cavabdehdən 10.000 manat tutulması qanunun tələbinin pozulması kimi qiymətləndirilməlidir. Digər tərəfdən X7 mənəvi zərərə görə aldığı 30.000 manat məbləği ata olaraq aldığı mənəvi ziyana görə olmuşdur. Ərəstun Raciyevin ata kimi mənəvi zərər tələb etmək hüququ olduğu kimi onun da ana kimi oğlunun faciəvi ölümünə görə mənəvi zərər tələb etmək hüququ vardır. Amma bu mənəvi zərərin məbləği 10.000 manat müəyyən edilməli deyil, oğlu ilə şəfqət bağlılığı heç də az olmamışdır ki, bu məbləğ 10.000 manat qiymətləndirilmişdir. Bununla yanaşı məhkəmə cavabdeh qurum "xxxx" ASC-nin maddi vəziyyətini düzgün qiymətləndirməmiş və mənəvi ziyanın məbləğini aşağı salmı şdır. Halbuki "xxxx" ASC-nin nizamnamə kapitalından da görünür ki, cavabdehin maddi durumu kifayət qədər yüksəkdir. Göstərilənlərə əsasən qətnamənin - iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
18. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını kifayət qədər araşdırmamış, kompensasiyanın məbləğini müəyyən edərkən cavabdehin maliyyə vəziyyətini nəzərə almamış və dəymiş zərərə görə 10.000 manat məbləğində kompensasiyanın ödənilməli olduğu qənaətinə gəlsə də, konkret hansı meyarlara əsasən dəymiş zərərin miqdarını qeyd edilən məbləğdə olmasını hər hansı dəlillərlə əsaslandırmamışdır. Cavabdeh tərəfindən qətnamən in - iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2204/2024 nömrəli mülki iş üzrə 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4406/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (X3 (sədrlik edən və məruzəçi), X18 və X13)
20. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin apellyasiya şikayətinə münasibətdə dəlilləri əsassızdır. Belə ki, cavabdeh, X5 ölümü ilə əlaqədar olaraq bundan əvvəl mərhumun atasının, daha sonra isə mərhumun arvadının eyni tələblə məhkəməyə müraciət etmələrinin və müvafiq olaraq da onlara 30.000 və 20.000 manat zərərin ödənilməsini əsas gətirmişdir. Bununla belə, bu faktların mövcudluğu öz-özlüyündə mərhumun anasının belə tələblə çıxış etməsi hüquqdan suiistifadə kimi dəyərləndirilə bilməz. İddiaçının övladının ölümü səbəbindən mənəvi sarsıntılar keçirməsi, bilavasitə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olması zəruridir. İş materiallarında da mübahisəsiz qaydada müəyyən edildiyi kimi, cavabdehin işçilərinin təqsirli hərəkətləri nəticəsində göstərilən hadisə baş vermiş, iddiaçının öv ladı həmin hadisə nəticəsində ölmüş, bunun nəticəsində də iddiaçı ananın mənəvi sarsıntı keçirməsi mübahisəsizdir.
21. Digər tərəfdən məhkəmə kollegiyası iddiaçının, eləcə də cavabdehin apellyasiya şikayətinin – mənəvi ziyanın məbləği ilə bağlı bildirdiklərinə münasibətdə qeyd etmişdir ki, ailədə baş vermiş faciə ilə bağlı hər bir ailə üzvünün bu itki ilə bağlı mənəvi sarsıntı keçirməsi əsası ilə ayrılıqda cavabdehə qarşı qeyd edilən iddialarla müraciət etməsi onların hüququ olsa da, bu halda sonuncunun maddi vəziyyətinin nəzərə alınması qanunvericiliklə tənzimlənir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Plenum qərarında göstərildiyi kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların n əzərə alınmasının zəruriliyi və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalı olması nəzərə alınmaqla məhkəmə kollegiyası birinci instansiya məhkəməsi mənəvi zərərin məbləği hissəsində düzgün nəticəyə gəldiyini hesab etmişdir. Çünki təmin edilən məbləğin vurulmuş mənəvi zərərin həcminə uyğunluğu birinci instansiya məhkəməsi tərəfindən əsaslandırılmış, bu zaman cavabdehdən qeyd olunan hadisəyə görə mərhumun atası və həyat yoldaşının da ayrıayrılıqda mənəvi ziyana görə kompensasiya almasını, eləcə də cavabdehin maliyyə vəziyyəti də nəzərə alınmışdır. Mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkət və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri v ə ağırlığı, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla ağlabatan məbləğ olaraq 10.000 (on min) manat pul vəsaiti vurulmuş mənəvi ziyanın əvəzi kimi cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi ədalətli və ağlabatandır.
23. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.1, 21.3, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1115-ci maddələri; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 372.1, 372.2, 372.3, 372.4, 372.6, 372.7, 382, 384.0.1, 385.2, 405.0.1-ci maddələrinə; Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarı, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyi n məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh "xxxx" ASC (Vəkil2 Kazım oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
25. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq norm alarını pozmuş, düzgün tətbiq etməmişdir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli 3 nömrəli Qərarı”nın 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə v ə sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Lakin apelyasiya məhkəməsi heç bir əsas gətirmədən birinci instansiya məhkəməsi tərəfindən işə baxarkən bu halları nəzərə aldığı qənaətinə gəlmişdir.
26. Kassator qeyd etmişdir ki, cavabdeh "xxxx" ASC-nin əsas missiyası ölkəmizi fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və abonentlərə yüksək səviyyəli xidmət göstərməkdir. "xxxx" ASC bu prinsipləri əldə rəhbər tutaraq, bütün ölkə ərazisində xüsusən də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və təmir işlərini həyata keçirir. Qeyd olunan işlərin uğurla həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb etdiyindən hesab edirik ki, qətnamə ilə təmin edilmiş pul məbləği hədd indən artıq çox olmaqla "xxxx" ASC-yə ölkə miqyasında strateji layihələrin həyata keçirməsinə maneçilik törətmiş olur. Lakin apelyasiya məhkəməsi qeyd edilmiş xüsusatları kifayət qədər araşdırmamış, kompensasiyanın məbləğini müəyyən edərkən cavabdehin maliyyə vəziyyətini nəzərə almamış və dəymiş zərərə görə 10.000 (on min) manat məbləğində kompensasiyanın ödənilməli olduğu qənaətinə gəlsə də, konkret hansı meyarlara əsasən dəymiş zərərin miqdarını qeyd edilən məbləğdə olmasını hər hansı dəlillərlə əsaslandırmamış və baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamışdır.
27. Kassator şikayətini “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikasının A li Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli 3 nömrəli Qərarı”nın 10-cu bəndinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə ş əraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
32. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
33. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
34. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər
35. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
36. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
37. Konstitusiya Məhkəməsi Plen umunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksi yaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
38. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndi: Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hans ı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarı: Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Plenumun qərarında əlavə olaraq qeyd edilmişdir ki, ölənin yaxınının mənəvi təzminat tələbi ailə başçısını itirməyə görə zərərin əvəzi tələbi ilə eyniləşdirilməməlidir. Belə ki, Mülki Məcəllənin 1121-ci maddəsi ilə tənzimlənən ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məhz maddi zərərin qarşılanması məqsədli olub müvəqqəti əvəzləşdirici xarakter daşıyır. Azərbaycan R espublikasının Mülki Prosessual Məcəlləsi:
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etmə yə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mənəvi zərərə görə 10.000 manat məbləğində pulun ödənilməsi barədə nəticəyə gələrkən işin halları tam nəzərə alınmamışdır. Buna görə də kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2204/2024 nömrəli mü lki iş üzrə 16 aprel 2024-cü il tarixli qətnaməsi mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pul vəsaitinin "xxxx" İstehsalat Birliyindən alınaraq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilməli, uşağının ölməsi ilə əlaqədar mənəvi zərərə görə 1000 (min) manat məbləğində pul vəsaiti "xxxx" İstehsalat Birliyindən alınaraq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdr.
49. Belə ki, işin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyətli olan və məhkəmələr tərəfindən müəyyən edilmiş halları qərarda öz əksini tapmışdır.
50. İddia tələbinin maddi-hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin ifadə etdiyi hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir.
51. İşə baxmış məhkəmələr də mübahisənin həllinə bu normaları tətbiq etmiş, işin hallarını bu normaların dispozisiya şərtləri əsasında təhlil edərək yuxarıdakı nəticəyə gəlmişlər.
52. Məhkəmə kollegiyası qeyd edir ki, verilmiş iddia üzrə delikt hadisəsinin baş verməsi, bu hadisənin nəticəsində iddiaçının mənəvi zərərə uğraması, habelə mənəvi zərərin ödənilməsinə görə "xxxx" İstehsalat Birliyinin cavabdehlik daşıması mübahisələndirilmir. Ka ssasiya şikayətinin dəlilləri mənəvi zərərə görə ödənilməli olan kompensasiyanın məbləği ilə bağlıdır.
53. Nəzərə alınmalıdır ki, şəxsin ailə üzvlərinin ölməsi halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.
54. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Lakin ümumi qaydaya görə zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik meyarlarına uyğun müəyyən etməlidirlər.
55. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçırdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzər ə alınmalıdır.
56. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları və s. amillər nəzərə alınmalıdır. 57. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəti cəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
58. Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir.
59. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında mənəvi zərərlə bağlı məsələyə bu baxımdan yanaşaraq göstərmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab Apelyasiya instansiyası məhkəməsi iddiaçının səhhətinə vurulmuş mənəvi zərərə görə iddiaçıya ödənilməli olan kompensasiyanın miqdarını müəyyən edərkən işin hallarını bu meyarlara uyğun təhlil edərək düzgün nəticəyə gəlmişdir.
60. Lakin övladın ölümü ilə əlaqə dar mənəvi zərərə görə 10.000 kompensasiyanın müəyyən edilməsi, işin hallarına uyğun olan nəticə deyildir. Belə ki, yuxarıda da bəhs olunduğu kimi mənəvi ziyan, hadisənin insanın şüuruna mənfi təsir etməsi səbəbindən məruz qaldığı iztirab və sarsıntının nəticəsidir. Başqa sözlə, mənəvi sarsıntı və iztirab, şəxsin hadisəyə psixi münasibəti, hadisəni təhlil edib çıxardığı nəticədən sonra onu neqativ qiymətləndirməsi, bundan sonra mənfi emosiya yaranması ilə mümkündür. Hadisəyə görə sarsıntı və iztirab keçirmə, bilavasitə hadisəyə şüurlu münasibətlə bağlıdır. Hər hansı səbəbdən (azyaşlı, kəmağıllıq, psixi inkişafdan qalma və s.) hadisənin aktiv şüurlu təhlilə məruz qalmaması, daha az sarsıntı və iztiraba səbəb olur (yaxud səbəb olmur).
61. Məhkəmə kollegiyası mərhumun vəfatı səbəbindən ailə ü zvlərinin üzləşdiyi çətinlikləri və bu itkinin yaratdığı mənəvi iztirabları anlayır. Bununla yanaşı, kollegiya vurğulayır ki, belə bir mənəvi ziyanın maddi vəsaitlə tam kompensasiyası mümkün deyildir. Qeyd olunan hallarla bağlı mərhumun ailə üzvləri, atası və həyat yoldaşı daha əvvəl mənəvi ziyanla əlaqədar tələblərini irəli sürərək yüksək məbləğdə kompensasiya almışdır. Hər iki şəxsə ödənilən bu yüksək məbləğlər ümumilikdə mərhumun ailəsinin mənəvi ziyanını qarşılamağa xidmət etmişdir. Bu səbəbdən mərhumun anasına əlavə yüksək məbləğdə kompensasiya ayrılmasının hüquqi və iqtisadi baxımdan ədalətli olmadığı qənaətinə gəlmək olar.
62. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərərin 1000 manat məbləğdə məyyən olunması ağlabatandır və həmin məbləğ sosial, psi xoloji və iqtisadi qiymətləndirmə baxımından mütənasib və ədalətlidir.
63. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada birinci apelyasiya instansiyası məhkəməsinin valideynlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə müəyyənləşdirdiyi 10000 manat kompensasiya məbləği həmin meyara cavab vermir.
64. Kassatorun kasasiya şikayətində irəli sürdüyü digər dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılıb qiymət verilmişdir və məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır.
65. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 41 7 və 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 aprel 2024-cü il tarixli 2(103)2204/2024 nömrəli qətnaməsi mənəvi ziyanın tutulması hissəsində dəyişdirilsin. Mənəvi ziyan 1000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.