Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2692/2024 19.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətini onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandıqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2868/2024 nömrəli 03 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edil miş məhkəmə aktları
1. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra - cavabdeh) qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənəvi zərərə görə 20.000 manat, dövlət rüsumuna görə 150 manat olmaqla, ümumilikdə 20.150 manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-249/2024 nömrəli 25 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia tələbi təmin edilərək, Cavabdeh ASC-dən mənəvi zərərə görə 20000 (iyirmi min) manat və ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
3. Cavabdeh (vəkil X1) apellyasiya şikayəti verərək birinci instan siya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi, ödənilmiş 75 manat dövlət rüsumunun iddiaçıdan tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2868/2024 nömrəli 03 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımov) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-249/2024 nömrəli 25 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2868/2024 nömrəli 03 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 75 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin x eyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir; 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir; 404-1.1-ci maddəsinə əsasən kassasiya inst ansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir; 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir; 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci ma ddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; Kassasiya instansiyası məhkəməsinin mövqeyi
7. Aşağıda göstərilənlərə əsasən, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.
8. Hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, qeyd olunan şikayət səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış, bununla da kassasiya şikayəti MPM-in 407.3-cü maddəsinin tələbləri pozulmaqla verilmişdir.
9. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, 21 iyun 2024tarixində iş üzrə elektron sistemə əlavə edilmiş cavabdeh tərəfin kassasiya şikayətin i vəkil kimi Bağırzadə Nofəl İsax oğlu oğlu elektron qaydada imzalamışdır. Lakin, Bağırzadə Nofəl İsax oğlunun kassasiya şikayətini imzalaması üçün səlahiyyətini təsdiq edən sənəd iş materiallarında öz əksini tapmamışdır. Göründüyü kimi kassasiya şikayəti etibarnaməsi olmayan vəkil Nofəl Bağırzadə tərəfindən imzalanmşdır. Belə olduğu halda isə vəkil tərəfindən həmin kassasiya şikayətini MPM-in 408.1.1-ci maddəsinə əsasən imzalamaq hüququ olmamışdır. Eləcə də müəyyən edilir ki, kassasiya şikayəti cavabdeh təşkilatın sədri X2 tərəfindən elektron qaydada imzalanmamışdır.
10. Beləliklə, kassasiya şikayəti cavabdehin adından hüququ olmayan şəxs tərəfindən elektron qaydada imzalandığından, eləcə də cavabdeh təşkilatın sədri tərəfindən elektron qaydada imzalanmadığından, kassasiya şikayətinin icr aata qəbul edilməsindən imtina edilməlidir.
11. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in 408.1 və 408.1.1-ci maddələrinə tələblərinə uyğun olaraq kassasiya şikayətini geri qaytarmalı olduğu halda, buna əməl etməyərək, işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.
12. Şərh olunanları nəzərə alaraq və MPM-in 404, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2868/2024 nömrəli 03 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.