Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2696/2019 22.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli 2(103)-8782/2018 saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiy a şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək şəhid ailəsi kimi ona AR Dövlət Sığorta Kommersiya Şirkətindən 11000 manat məbləğində sığorta ödənişinin hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-311/2018 saylı, 30 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Ə.Məhərrəmova) iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Sənan Hacıyev, hakimlər Rafael Eyvazov və Fuad Talışinski) 03 oktyabr 2018-ci il tarixli 2(103)8782/2018 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsini n 2(001)-311/2018 saylı 30 may 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.12.2018-ci il tarixli 2(103)-8782/2018 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının həyat yoldaşı 02.04.1993-cü ildə güllə yarası aldıqdan 19 il sonra öldüyü üçün ona sığorta pulunun ödənilməsindən imtina edilməlidir. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu qənaətlə razılaşmış və əsaslı hesab etmişdir. Lakin iddiaçının həyat yoldaşı 18 iyun 2014-cü il tarixdə döyüş zamanı aldığı xəsarətlərdən həlak olmuşdur, yəni onun aldığı xəsarətlərlə ölümü arasında səbəbli əlaqə vardır və bu əlaqənin olması məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi tətbiq edilməli olan normanı səhv təfsir etmiş, prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Prosessual məsələlər: İddiaçının nümayəndəsi Nümayəndə və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdirlər. Cavabdeh məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçının mərhum əri İbrahim Səlimov 02.04.1993-cü il tarixdə hərbi xidmət dövründə yaralandığı üçün xidmətdən tərxis olunmuşdur. Onun Azərbaycan Respublikası torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə aldığı yaralardan 18 iyun 2014-cü il tarixdə ölməsi faktı Sumqayıt şəhər Məhkəməsinin 13 mart 2015-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, həmçinin Sumqayıt İnzibati İqtisad məhkəməsini n 04.09.2015-ci il tarixli qərarı ilə İddiaçı AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə qarşı iddiası təmin olunaraq X3 “şəhid” statusunun, onun ailəsinə isə “şəhid ailəsi” statusunun təsdiq olunması üçün müvafıq arayışın verilməsi öhdəliyi AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin üzərinə vəzifə kimi qoyulmuşdur. AR Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanlanmış 23 avqust 2016-cı il tarixli cavab məktubundan görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin "b" bəndinə əsasən sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, kontuziya, travma, xəstələnməsi) nəticəsind ə xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə sığorta ödənişi verilir. Ərizədən göründüyü kimi, X4 23 avqust 1993-cü ildə hərbi xidmətdən tərxis olunmuş və bu hadisədən 20 ildən artıq müddət keçdikdən sonra, yəni 18 iyun 2014-cü ildə ölmüşdür. Ona görə də X2 ölümü ilə əlaqədar onun varislərinə Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri mümkündür. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun göstərişləri sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıq dan sonra üç il müddətində öldükdə ona sığorta ödənişi vermək hüququnu verir, hazırda isə İbrahim Səlimov 02 aprel 1993-cü ildə güllə yarası aldıqdan 19 il sonra öldüyündən və bunun əksini sübuta yetirən hər hansı dəlil məhkəməyə təqdim edilmədiyindən iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası v ətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər; - 27-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinin tələbinə görə sığorta edilən hərbi qulluqçulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. - 3-cü maddəsinin tələbinə görə hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır; - 4-cü maddəsinə əsasən bu qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir; - 5-ci maddəsinin «b» bəndinə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətinə öldükdə ona 100 faiz miqdarında sığorta ödənişi ödənilir. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, iddiaçının mərhum əri İbrahim Səlimo vun 02.04.1993-cü il tarixdə hərbi xidmət dövründə yaralandığı üçün xidmətdən tərxis olunması işin mübahisəsiz halıdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə sığorta olunanın həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra məhz üç il müddətində öldükdə ona sığorta ödənişi vermək hüququ nəzərdə tutulmuşdur. İbrahim Səlimov isə 02 aprel 1993-cü ildə güllə yarası alsa da, həmin tarixdən qanunda nəzərdə tutulduğu kimi 3 il deyil, 19 il sonra vəfat etmişdir ki, bu halda istinad edilən qanunun tələbi baxımından Dövlət Sığorta Kommersiya Şirkətinin sığorta ödənişinin verilməsindən imtinası üçün əsasdır. Məhkəmə koll egiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edərək iddianın qismən edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin q ətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli 2(103)-8782/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2696/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2696/2019
22.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver