Məhkəmə qərarları › İş №2(102)-2696/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2696/2024

23.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2696/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X2 qarşı mülki iş üzrə QƏRARI Açar sözlər: ailə-nikah münasibətlərindən irəli gələn mübahisələr, uşaq tələbi, uşağın atanın yanında qalması, uşağın ananın yanında qalması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, idiaçı İddiaçı cavabdeh X2 qarşı “uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2607/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tər əfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və X3 xx.xx.2010-cu il tarixdə nikah bağlamış və həmin nikahdan iki uşaqları - xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X12 anadan olmuşdur.

2. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-754/2020 nömrəli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, övladları xx.xx.2015-ci il tarixdə doğulmuş X4 ananın yanında saxlanılması, xx.xx.2011-ci il tarixdə doğulmuş X5 atasından alınıb ananın himayəsinə verilməsi qət edilmişdir.

3. Məhkəmə qətnaməsi icra edilmiş, lakin xx.xx.2011-ci il tarixdə doğulmuş Yaqubzadə Malik 2021-ci ilin dekabr ayında iddiaçının yanına getmiş və hal-hazırd a iddiaçı ilə birlikdə yaşayır.

4. X4 Bakıxanov qəsəbəsində yerləşən 169 №-li tam orta məktəbdə təhsil almağı ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı şəhəri üzrə təhsil idarəsi N. Rzayev adına 169 №-li tam orta məktəbi tərəfindən xx.xx.2022-ci il tarixli 178 nömrəli arayışı verilmişdir.

5. X5 xx.xx.2022-ci il tarixdə elektron sistem vasitəsi ilə Bakıxanov qəsəbədəki 107 №-li tam orta məktəbə qeydiyyatdan keçməyi ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı şəhəri üzrə təhsil idarəsi 107 №-li tam orta məktəb tərəfindən xx.xx.2022-ci il tarixli 275 nömrəli arayışı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh X2 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkə məyə müraciət edərək, birgə nikahından xx.xx.2015-ci il tarixdə doğulmuş X4 cavabdehdən alınaraq iddiaçının himayəsinə verilməsi, xx.xx.2011-ci il tarixdə doğulmuş X5 və xx.xx.2015-ci il tarixdə doğulmuş X4 iddiaçının yanında və himayəsində saxlanmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-754/2020 saylı qətnaməsi ilə hər iki uşağın anasının himayəsinə verilməsi qət edilsə də, həmin qətnamə bu günədək icrasız qalmışdır. Belə ki, X11 anası ilə faktiki ayrı yaşamağa başladıqları ilk gündən öz iradəsi və israr etməsinə görə iddiaçının himayəsində qalmışdır. İcra məmuru dəfələrlə uşağa anası ilə qalmalı olduğunu bildirsə də, uşaq qətiyyətlə anasının himayəsində və yanında qalmaq ist əmədiyini, atası ilə qalmaq istədiyini bildirmişdir. Sonuncu dəfə icra məmuru iddiaçını və oğlunu icra şöbəsinə dəvət etdiyi zaman baş verən insident nəticəsində, Malik iddiaçının əlindən zorla alınmış, iddiaçının atası Malik Yaqubova xəsarət yetirilmiş və uşaq iradəsi əleyhinə, zorla qaçırılaraq anasına onun evində təhvil verilmişdir. Bu cür qanunsuzluq və özbaşınalıq törədilməsinə baxmayaraq, Malik cavabdehlə birgə, onun himayəsi altında qalmaqdan imtina etməkdə davam etmişdir. Malik Yaqubzadə anası ilə birgə qaldığı vaxt atasına dəfələrlə zənglər vurmuş, ismarıclar yazmış, onu anasının yanından götürməyini tələb etmişdir (uşağın whatsapp-da atasına yazdığı yazı iddiaya əlavə edilmişdir). Səbəb odur ki, uşaqların hər ikisi, həm Murad, həm Maliki anaları əsəbi olduğundan, psixoloji proble mlər yaşadığından heç bir səbəb olmadan tez-tez döymüş, ağır şəkildə cəzalandırmış, uşaqlara normal münasibət göstərməmişdir. Ona görə də uşaqlar ataları ilə qalmaq istəyirlər. İcra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən, 10 yaşlı Malikin icra hərəkətlərinin keçiriləcəyi zaman ciddi psixoloji sarsıntı keçirmə ehtimalını nəzərə alaraq obyektiv səbəblərdən icra sənədini icra etmək mümkün olmamışdır. İcra məmurunun xx.xx.2021-ci il tarixli aktına əsasən, Malik anası və ana nənəsi ilə gedərək şöbədən uzaqlaşmışlar. Ona görə də İcra məmuru tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qərar ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin buna baxmayaraq, bir neçə gün sonra Malik Yaqubzadə evdən qaçaraq taksiyə minmiş və atasına zəng vuraraq yaşadığı ünvanı taksi sürücüsünə izah etməyi xahiş etmişdir. Malik anası ilə qalmağa daha dözə bilmədiyini, orda yaşamaq istəmədiyini bildirərək ağlamağa başlamışdır. Malik etiraf edərək bildirmişdir ki, ona hədə-qorxu gəlirlər ki, əgər ananla qalmasan, atanı tutduracaqlar. Övladının mənafeyi, istəyi, psixoloji durumu, sağlamlığı iddiaçı üçün ən önəmlisidir. İddiaçı övladını heç nəyə məcbur etməmək, onun psixologiyasını pozmamaq üçün onu geri anasının yanına aparmamışdır. İddiaçı heç vaxt uşağı öz anasından ayırmamış, uşaq özü atası ilə qalmaq üçün hətta özünü təhlükəyə də atmışdır. Bu halın yenidən təkrar olacağı istisna deyil. X5 tibbi arayışından göründüyü kimi, onun daimi yaşadığı ünvan atasının evidi, yəni, Binəqədi rayonudur. Həmçinin xx.xx.2022-ci il tarixli “Dinləyici qeydiyyatı haqqında” müqavilə yə əsasən, iddiaçı X6 artıq təkmilləşdirmə kursuna da yazmış, uşağın təhsili ilə birbaşa özü məşğuldur. xx.xx.2015-ci il tarixdə doğulmuş X12 qardaşı Malik Yaqubzadəyə və atasına olduqca bağlıdır. Uşaqların birgə böyüməsi, bir-birinə qarşı yaxın münasibətdə qalması olduqca vacibdir.

8. Cavabdeh izahat verərək qeyd etmişdir ki, Malik atası tərəfindən öyrədildiyindən hazırda onu görmək istəmir. Malik onunla qaldığı zaman məktəbə tək gedib-gəlmiş və heç bir vaxt atasının yanına qaçmaq niyyətində olmamışdır. Belə ki, bunu istəsəydi asanlıqla edə bilərdi. Malik könüllü atasının yanına getməmiş, o, atası tərəfindən göndərilmiş taksi ilə getmişdir. Onlar bir yerdə yaşayan zaman mehriban olmuşlar. O, bir ana kimi uşağını tənbehləyə bilər, amma heç bir vaxt zor tədbiq etməmişdir. Qarşı tərəfin buna dair hər hansı bir sübutu yoxdur. Onun son bir il ərzində Maliki görməyə cəhd etməməyinin səbəbi iddiaçının aqressivliyi olmuşdur. 9. xx.xx.2011-ci il təvəllüdlü X11 dinlənilrkən bildirmişdir ki, o, əvvəllər iddiaçı və cavabdeh ilə birlikdə Sulutəpədə yaşamış, orada yerləşən Laçın məktəbində təhsil almış, 4 il ərzində əlaçı olmuşdur. Məhkəmə onu cavabdehin himayəsinə verdikdən sonra Bakıxanov qəsəbəsində yerləşən 169 nömrəli məktəbdə oxumağa başlamış, oraya 2 həftə getmişdir. Cavabdeh onu döydüyündən və iddiaçıya qarşı yönəltdiyindən o, evdən qaçmış və taksi ilə iddiaçının yanına - Sulutəpəyə getmişdir. Hal-hazırda məktəbə getmir, təhsildən geri qalır, o, Sulutəpədə yerləşən 103 nömrəli məktəbdə oxumaq istəyir, lakin cavabdeh onun sənədlərini iddiaçıya vermir. 2021-ci ilin dekabr ayından iddiaçı ilə yaşayır və bundan sonra da onunla qalmaq istəyir, cavabdehi heç görmür. 10. xx.xx.2015-ci il tarixdə doğulmuş X12 pedaqoqlar – 169 №-li tam orta məktəbin psixoloqu X7 və 107 №-li məktəbin direktor müavini X1 iştirakları ilə bildirmişdir ki, qardaşını istəyib-istəmədiyini bilmir, qardaşı onların yanından qaçıb atasının yanına getmişdir, atası onun anasını döydüyünə görə o, atasını istəmir, anası ilə qalmaq istəyir. Daha sərbəstləşəndən sonra qardaşı ilə birlikdə anasının yanında qalmaq istəyir. Malik anaları tərəfindən döyülməmişdir.

11. Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli, 1/2785 nömrəli rəyi ilə xx.xx.2011-ci il tarixdə doğulmuş X5 iddiaçının, xx.xx.2015-ci il tarixdə doğulmuş X4 cavabdehin himayəsinə verilməsi məqsədəuyğun hesab edilmişdir (uşaqların istəyi nəzərə alınmaqla).

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 11/592 nömrəli ekspert rəyinə əsasən X4 hazırda iddiaçıya və qardaşı X8 bağlılığı müəyyən olunmaqla, cavabdehə bağlılığı üzə çıxmır. Onun ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikir və mülahizələrinə kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. İddiaçının və cavabdehin fərdi-psixoloji xüsusiyyətlərində uşaqların emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur, hər iki uşağın normal psixi inkişafı baxımından hər iki valideyni ilə görüşlərinin və ünsiyyətinin təmin olunması psixoloji cəhətdən məqsədəmüvafiqdir. Muradın hazı rda cavabdehə və qardaşına bağlılığı müəyyən olunmaqla, iddiaçıya bağlılığı üzə çıxmır, onun ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikir və mülahizələrinə kənar psixoloji təsir əlamətləri müəyyən olunur, valideynləri arasında qarşılıqlı münasibətlərdə yaranmış gərginlik hər iki uşağın emosional-iradi sferasına və ayrı yaşayan valideyninə qarşı olan münasibətinə neqativ təsir göstərmişdir.

13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(008)-338/2023 nömrəli, 03 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia tələbi təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspert rəyinə əsasən 7 yaşında olan Muradın anasına bağlılığı müəyyən edilmiş, Qəyyumluq və Himayəçilik Komis siyasının rəyinə əsasən Muradın cavabdehə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmədə Murad sərbəst şəkildə cavabdehə olan sevgisini, bağlılığını, iddiaçıya olan aqressivliyini açıq surətdə nümayiş etmişdir. Bu əsasdan Murad cavabdehdən alınıb iddiaçıya verilə bilməz.

15. Hazırki mülki işdə məhkəmə iddianın 10 yaşlı Maliklə olan hissəsinə xüsusi həssaslıqla yanaşmağı zəruri hesab etmişdir. Belə ki, qeyd edildiyi kimi, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əsasən Malikin istəyi nəzərə alınmaqla onun atasına verilməsi məqsədəmüvafiq hesab edilmiş, ekspert rəyinə əsasən Malikin atasına bağlılığı müəyyən edilmiş, anasına bağlılığı üzə çıxmamışdır. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Malik atası ilə qalmaq istədiyini bildirmiş, lakin pedaqoqların işti rakı ilə keçirilən iclasa Malik gəlməmişdir. Atanın Malikə olan təsirini nəzərə alaraq uşağın özünün gəlmək istəmədiyini məhkəmə inandırıcı hesab etməmişdir. Odur ki, məhkəmə pedaqoqların yanında bir daha Malikin fikrini öyrənə bilməmişdir. Malikin cavabdeh tərəfindən döyüldüyünə dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Malikin cavabdehi istəməməyi üçün ciddi bir səbəb mövcud deyil, o, sadəcə iddiaçını həddindən artıq sevdyinə görə, iddiaçının cavabdehə qarşı aqressivliyi olduğuna görə iddiaçı ilə həmrəylik edir. İki qardaşın bir-birinə bağlılığı hazırki işdə qeyd-şərtsizdir. İddiaçının da fikrinə görə uşaqların birgə böyüməsi, bir-birinə qarşı yaxın münasibətdə qalması olduqca vacibdir. Malik Yaqubzadə hətta icra şöbəsində icra məmuruna bildirmişdir ki, qardaşı Murad Yaqubz adədən ötrü çox darıxır, onu görmək istəyir, onunla birgə qalmaq istəyir. Uşaqların bir-birindən ayrı böyümələri onların psixologiyalarına mənfi təsir göstərəcək. İki uşağın iddiaçıya verilməsi mümkün deyil, çünki Murad çox balacadır və iddiaçıya qarşı çox aqressivdir, onun cavabdehə daha çox ehtiyacı var.

16. Məhkəmə hesab etmişdir ki, Malikin fikri iddiaçı ilə qalmaq olsa da, bu onun maraqlarına ziddir. Belə ki, iddiaçı işləyir və uşağın iddiaçıya verilməsi faktiki ana olduğu halda nənəyə, babaya verilməsi deməkdir.

17. Məhkəmə hesab etmişdir ki, nə qədər Malik iddiaçı ilə qalmaq istəsə də, iki valideynin bir-birinə olan nifrəti, Muradın iddiaçını, Malikin də cavabdehi istəməməsi, Malikin iddiaçının yanında qalması onun cavabdehdən və kiçik qardaşından tamamilə soyumasına gətirib çıxara bilər. 10 yaşlı Malik cavabdeh və qardaşı ilə birlikdə yaşasa, o, iddiaçıya olan sevginin nəticəsində qardaşı Muradı da buna yönəldə bilər və bu da nəticədə hər iki uşağın hər valideynlə münasibətinin bərpasına gətirib çıxara bilər.

18. İddiaçının «cavabdeh heç bir yerdə işləmir, onun qazancı, gəliri yoxdur, uşaqları təkbaşına böyütməkdə çətinlik çəkir, hal-hazırda ərzaq, dərman vasitələri, texnika, kommunal xərclər və s. qiymətlərdə artım olduğundan cavabdehin tək başına övladlarıni və özünü saxlaması olduqca çətindir, hətta aliment tutulsa belə, cavabdehin uşaqların ildən-ilə artan maddi və mənəvi ehtiyaclarını qarşılaması mümkünsüz olacaqdır, lakin iddiaçı uşaqların iradə, həm də maddi və mənəvi təminat baxımından hər iki övladını saxlamaq, onları yanında və himayəsində yüksək təminatla saxlmağa qadirdir» mövqeyinə dair məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, uşaqların iddiaçıdan ayrı yaşaması idiaçını qeyd etdiyi qayğı göstərmək vəzifəsindən və hüququndan azad etmir. İddiaçının uşaqlarına lazımi maddi və mənəvi səviyyədə baxması uşaqların onun yanında qalmaları ilə şərtləndirilə bilməz.

19. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, cavabdehin də uşaqları iddiaçıdan uzaq tutmağa heç bir səbəbi yoxdur. İddiaçı uşaqlarını çox sevir, onlar haqqında çox böyük narahatçılıq hissi keçirdir və hər iki uşağın iddiaçı ilə sıx təmasda olmaları onların tərbiyəsinə, psixoloji vəziyyətlərinə ancaq müsbət təsir göstərəcək. Bu uşaqlar kifayət qədər iddiaçı və cavabdeh arasında olan münasibətlərdən sarsıntı keçirdiblər, böyük uşaq təhsilində geri qalıb, və bundan sonra iki valideyn bir-birinə olan nifrəti, aqressivliyi unudub, ancaq uşaqların psixi sağalmlqları ilə məşğul olmalıdılar. Bu onların övladları qarşısında, cəmiyyət qarşısında olan vəzifələridir.

20. Məhkəmə öz mövqeyini X10 və X16 BMT-nin Kovensiyasının 9-cu maddəsinin 3cü, 18-ci maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2, 49.3, 50.2, 52, 56.1, 58.2, 60.1, 60.2-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

21. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barəd ə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iddianı rədd etməklə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə ddianı rədd etməklə azyaşlı uşaqların mənafeyinə zidd qətnamə qəbul etmişdir. Məhkəmə nəzərə almamışdır ki, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-754/2020 nömrəli qətnaməsi ilə hər iki uşağın nikahın pozulmasından sonra cavabdehin yanında saxlanılması hissəsində bugünədək icrasız qalmışdır. Çünki həmin qətnamənin icra edilməsi ilə bağlı icra məmuru müvafiq icra hərəkətlərini həyata keçirmək istəsə də, Malik cavabdehin yanı na getməkdən imtina edir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3682/2023 nömrəli, 08 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışınski) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətində iddiaçı, cavabdehin yaşayış şəraitinin və maddi vəziyyətinin uşaqlar üçün əlverişli olmadığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. İşdə olan sənədlərdən isə həmin hal müəyyən edilmir. Belə ki, iş üzrə tərəflərin verdikləri məlumatlardan, Sabunçu Rayon İcra Hakimiyyəti nəzdində fə aliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyinə əlavə edilmiş “Müayinə aktlarından” görünür ki, həm iddiaçı, həm də cavabdehin yaşadıqları yaşayış sahələri tam kommunal şəraitli, orta təmirli, yaşayış üçün sanitar normalara cavab verir və zəruri məişət əşyaları ilə təchiz edilmişdir. Tərəflərin məhkəmələrə bildirdiklərindən həmçinin məlum olur ki, iddiaçının daimi iş yeri var və o, işləyir. Cavabdehin isə rəsmi iş yeri yoxdur. O, yaşadığı mənzildə bunun üçün şərait yaradaraq dırnaq ustası kimi fəaliyyət göstərir. Bundan başqa nəzərə alınmalıdır ki, əgər cavabdeh uşaqların saxlanılması ilə bağlı gələcəkdə maddi çətinliklə üzləşərsə, hazırki iş üzrə iddiaçıya “alimentin tutulması tələbi barədə” iddia irəli sürmək hüququna malikdir. Buna görə də, hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır.

25. İşə baxmış Rayon Məhkəməsi xx.xx.2011-ci il təvəllüdlü Malikin cavabdehin yanında deyil, onun yanında qalmaq barədə arzusunu nəzərə almaması barədə iddiaçının dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, Malik cavabdehin yanında deyil, iddiaçının himayəsində qalmaq barədə istəyini işə baxmış birinci instansiya məhkəməsinə bildirsə də, apellyasiya baxışı zamanı məhkəmə, iddiaçı tərəfin təşəbbüsü və hər iki valideynin razılığı ilə həm xx.xx.2011-ci il təvəllüdlü Maliki, həm də xx.xx.2015-ci il təvəllüdlü Muradın fikrini dinləmişdir. Malik bildirmişdir ki, o, iddiaçını sevir, onunla birlikdə yaşamaq istəyir. Qardaşı Murad üçün çox darıxır. İstəyir ki, o və Murad iddiaçının yanında yaşasınlar. O nu “Ədliyyədə” (İcra Şöbəsini nəzərdə tutur) iddiaçının əlindən zorla alıb qaçırıblar. O, hazırda məktəbdə təhsil ala bilmir. Lakin hazırlıqlara gedir. Çünki, cavabdeh sənədlərini oxuduğu məktəbdən alaraq başqa məktəbə təqdim etmişdir. O, cavabdeh ilə qalanda, nənəsi ayağı ilə onun dizinin üstünə çıxmış və dizini əzmişdir. Murad isə bildirmişdir ki, o, cavabdehin yanında yaşayır. İstəyir ki, qardaşı Malik də onlarla birlikdə yaşasın. Cavabdeh və nənəsi Maliki döyməmişlər. Nənəsi Malikin dizini əzməmiş, o, bunu görməmişdir. Göründüyü kimi Malik, qardaşı Muraddan fərqli olaraq cavabdehə aqressiv olduğunu göstərməyə çalışsa da, o, cavabdehə olan bu münasibətin hansı səbəbdən yarandığını izah edə bilməmişdir (o, bu barədə verilən suallara cavab verməmiş, ağlamışdır). Ona görə də uşaqların bi r-birindən ayrı yaşaması onların mənafeyinə uyğun deyil, çünki əks hal qardaşlar arasında bağlılığın qırılmasına gətirib çıxara bilər. Hər bir halda nəzərə alınmalıdır ki, uşaqların ana qayğısına daha çox ehtiyacları var. Yalnız müstəsna hallarda uşaqlar anadan alınaraq ataya verilə bilər. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Lakin hazırki halda, yuxarıda sadalanan hallardan heç biri mövcud deyil. Cavabdeh fiziki və psixi cəhətdən sağlamdır. Heç bir pis vərd işi yoxdur. O, hüququndan sui-istifadə etməmiş, uşaqlarına qarşı zor tətbiq etməmişdir. Bunun əksini təsdiq edən sübutları iddiaçı tərəf məhkəmələrə təqdim etməmişdir. Bu zaman isə nəzərə alınmalıdır ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə, 18ci maddəsinin 1-ci bəndinə, 27-ci maddəsinin 2-ci bəndinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17, 19-cu, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1, 49.2, 49.3, 60 -cı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 384, 385.2-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarına istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

27. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

28. İddiaçı kassasiya şikayətin i onunla əsaslandırmışdır ki, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Lakin məhkəmələr 12 yaşı olan Malikin fikrini nəzərə almamışdır. Məhkəmə Ailə Məcəlləsinin 52-ci maddəsini tətbiq etməməklə maddi hüquq normasını kobud şəkildə pozmuşdur. Malik bir dəfə məcbur olaraq iddiaçıdan alınıb cavabdehə verilib və o, taksi ilə iddiaçının yanına qaçıb. Bu işin mübahisəsiz halıdır. Çünki Malik öz fikirlərini sərbəst surətdə ifadə edə bilir və bu barədə ekspert rəyi də var. Malik qardaşına bağlıdır. O, qardaşı ilə birlikdə iddiaçının yanında qalmaq istəyir. Uşağın fikrinə hörmətlə yanaşaraq, ona xoş olan mühitdə onun yaşamasına şərait yaratmaq lazımdır. Öncə çıxarılmış qətnamə icra olunmur, uşaq cavabdehin yanına getmir. Bu qətnamə də icra olunmayacaq və hər dəfə icra şöbəsinə aparı lan uşağın psixikasına və sağlamlığına ziyan vuracaq. Uşaq əşya deyil ki, iddiaçıdan alınıb cavabdehə verilsin və bununla da iş bitsin. Nəzərə alınsa ki, çıxarılmış məhkəmə aktlarının icrası mütləqdir və məcburidir, amma bu cür işlərdə məhz məhkəmələrin yanlış qərarları uşaqların mənafeyinə zidd olur.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiyası məhkəməsi) 2(102)-159/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər Vidadi Məmmədov (məruzəçi), Zaur Əliyev və Aqil Abbasov) apellyasiya instansiyası məhkəməsinin 2(103)-3682/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, iddianın X9 aid rədd olunan hissədə ləğv edilərək, işin eyni hissədə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, idd iaçının kassasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin qalan hissədə dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır.

30. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olur ki, həmin məhkəmə tərəfindən Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, adıçəkilən normanın tələbinə zidd olaraq işə məhkəmədə baxılarkən artıq 12 yaş 6 aylığında olan Malikin fikri mütləq nəzərə alınmalı olduğu halda, bu baş verməmişdir. Həmin norma ilə təsbit olunan qaydaya, yəni 10 yaşına çatmış uşağın fikrinin mütləq nəzərə alınmalı olmasına istisna təşkil edən hallar eyni maddə ilə tənzimlənmiş, bu istisnayi hallar isə uşağın maraqlarına zidd olan hallar kimi nəzərdə tutulmuşdur. Bu kont ekstdə, işdən müəyyən edilir ki, rayon Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə xx.xx.2011-ci il tarixdə doğulmuş Malikin atasının himayəsinə verilməsi məqsədəuyğun hesab edilmiş (uşağın öz istəyi nəzərə alınmaqla), Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində Malikin atasına bağlılığı müəyyən olunmaqla, anasına bağlılığının üzə çıxmadığı göstərilmişdir. Məhkəmə iclasında bilavasitə dindirilən Malikin özü də atası ilə qalmaq istədiyini bildirmişdir. İşdən, həmçinin, müəyyən olunur ki, Malik taksi ilə atasının yanına getmişdir, 2021-ci ilin dekabr ayından, yəni fasiləsiz 2 ildir çoxdur ki, sonuncu ilə yaşayır. Malikin atasından alınıb anasına verilməsi barədə məhkəmə qətnaməsinin belə uzun müddət icra oluna bilməməsinin bir səbəbi də uşağın təkidlə bu icraya mane olması, zorla an asına verilməsinin onun təbiyəsi və inkişafı üçün kritik əhəmiyyət kəsb etməsi ilə bağlı olmuşdur. Göründüyü kimi, istinad olunan hallar aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilib, qiymətləndirilsə də, bu qiymətləndirmə uşağın üstün maraqları baxımından düzgün olmamış və mübahisə həmin maraqlar nəzərə alınmaqla həll edilməmiş, gəlinən nəticə qanunvericinin uşağın mənafeyinin qorunması ilə bağlı güddüyü məqsədlərə cavab verməmiş, 10 yaşına çatmış uşağın fikrinin mütləq nəzərə alınmalı olması qaydasına istisna təşkil etməklə uşağın maraqlarına zidd olan hallar uşağın əsas qayğı obyekti nöqteyi-nəzərindən əsaslandırılmamışdır. Bu mənada, sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması demək olub, iş üzrə toplanmış sübutetmə materiallarının qanunun tələblərinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların qiymətləndirilməsi prosesi sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Bu prosesdə sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə Malik Yaqubzadəyə aid hissədə qismən razılaşır. Belə ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş halları cavabdehin Malik onunla birlikdə qaldığı dövrlərdə valideynlik hüquqlarını həyata keçirərkən tərəflərin birgə nikahından anadan olmuş uşağın mənəvi inkişafı, fiziki və psixi sağlamlığının qorunması ilə bağlı vəzifələrini tam yerinə yetirməyə nail ola bildiyinə dair əminlik təlqin etmir, uşağın üstün mənafeyi, onun rifahına və inkişafına qayğının atanın yanında qaldığı təqdirdə daha yaxşı təmin oluna biləcəyi barədə qənaət formalaşdırır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

31. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-2607/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mübahisələndirilən hissədə təmin edilməsi, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-338/2023 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin həmin hissədə təmin ediməsi, xx.xx.2011-ci il təvəllüdlü X5 iddiaçının yanında saxlanılması qət edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisələndirilən hissədə qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Çünki iş materiallarından görünür ki, rayon Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə xx.xx.2011-ci il tarixdə doğulmuş Malikin atasının himayəsinə verilməsi məqsədəuyğun hesab edilmiş (uşağın öz istəyi nəzərə alınmaqla), Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində Malikin atasına bağlılığı müəyyən olunmaqla, anasına bağlılığının üzə çıxmadığı göstərilmişdir.

33. Məhkəmə iclasında bilavasitə dindirilən Malikin özü də atası ilə qalmaq istədiyi ni bildirmişdir. Həmçinin müəyyən olunur ki, Malik taksi ilə atasının yanına getmişdir, 2021-ci ilin dekabr ayından, yəni fasiləsiz 2 ildən çoxdur ki, sonuncu ilə yaşayır. Malikin atasından alınıb anasına verilməsi barədə məhkəmə qətnaməsinin belə uzun müddət icra oluna bilməməsinin bir səbəbi də uşağın təkidlə bu icraya mane olması, zorla anasına verilməsinin onun təbiyəsi və inkişafı üçün kritik əhəmiyyət kəsb etməsi ilə bağlı olmuşdur.

34. Kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə-psixoloji ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nətic ə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəməpsixoloji ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən məlum olur ki, həmin məhkəmə tərəfindən Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, adıçəkilən normanın tələbinə zidd olaraq işə məhkəmədə baxılarkən artıq 12 yaş 6 aylığında olan Malikin fikri mütləq nəzərə alınmalı olduğu halda, bu baş verməmişdir. Həmin norma ilə təsbit olunan qaydaya, yəni 10 yaşına çatmış uşağın fikrinin mütləq nəzərə alınmalı olmasına istisna təşkil edən hallar eyni mad də ilə tənzimlənmiş, bu istisnayi hallar isə uşağın maraqlarına zidd olan hallar kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, istinad olunan hallar birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilib qiymətləndirilsə də, bu qiymətləndirmə uşağın üstün maraqları baxımından düzgün olmamış və mübahisə həmin maraqlar nəzərə alınmaqla həll edilməmiş, gəlinən nəticə qanunvericinin uşağın mənafeyinin qorunması ilə bağlı güddüyü məqsədlərə cavab verməmiş, 10 yaşına çatmış uşağın fikrinin mütləq nəzərə alınmalı olması qaydasına istisna təşkil etməklə uşağın maraqlarına zidd olan hallar uşağın əsas qayğı obyekti nöqteyi-nəzərindən əsaslandırılmamışdır.

36. Məhkəmə kollegiyası Malikin atanın yanında qalmasının məqsədəmüvafiq olması ilə bağlı qəyyumluq və himayəçilik komissiyasının və psixoloji eksper tin rəylərini, uşağın atasına daha çox bağlı olmasını, atanın uşağın qayğısı ilə daha çox məşğul olması kimi işin fakitki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, Malikin atanın yanında qalmasını qanuni və əsaslı hesab etmişdir.

37. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həm də mütləq olaraq Malikin xx.xx.2011-ci il təvəllüdlü olmasını və onun fikrini nəzərə almışdır.

38. Məhkəmə kollegiyası Malikin qayğısı, təlim-tərbiyəsi və tələbatları ilə ciddi məğul olan atada saxlanılmasını uşağın üstün mənafeyinə uyğun hesab etmişdir.

39. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası mübahisələndirilən hissədə apellyasiya şikayəti ilə razılaşmışdır. Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş halları cavabdehin Malik onunla birlikdə qaldığı dövrlərdə valideynlik hüquqlarını həyata keçirərkən tərəflərin birgə nikahından anadan olmuş uşağın mənəvi inkişafı, fiziki və psixi sağlamlığının qorunması ilə bağlı vəzifələrini tam yerinə yetirməyə nail ola bildiyinə dair əminlik təlqin etmir, uşağın üstün mənafeyi, onun rifahına və inkişafına qayğının atanın yanında qaldığı təqdirdə daha yaxşı təmin oluna biləcəyi barədə qənaət formalaşdırır.

40. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 1, 2, 6-ci, 34-cü maddəsinin 4-cü, 60-cı maddəsinin 1-ci, 125-ci maddəsinin 7ci, 129-cu maddəsinin 3-cü hissələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 7 saylı Protokol un 5-ci maddəsinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın (BMT Baş Assableyasının 44/25 nömrəli nömrəli qətnaməsi ilə xx.xx.1989-cu ildə qəbul edilmiş, xx.xx.1990-cı il tarixdə qüvvəyə minmişdir) 3-cü maddəsinin 1-ci, 9-cu maddəsinin 1, 2, 3-cü, 12-ci maddəsinin 1, 2-ci, 18-ci maddəsinin 1-ci hissələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.2, 2.2, 3.0.4, 6.2, 49.1, 49.2, 50.1, 50.2, 50.3, 52, 56.1, 58.1, 60.1, 60.2-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 4, 5, 18, 19-cu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2, 217.4, 385.1.1, 385.1.4, 420-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması t ələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 2(103)-2607/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin yanaşma və mövqeyi tamamilə yalnış olmuşdur. Belə ki, işin halları birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilib, qiymətləndirilməklə uşağın üstün maraqları baxımından düzgün olmuş və mübahisə həmin maraqlar nəzərə alınmaqla həll edi lmiş, gəlinən nəticə qanunvericinin uşağın mənafeyinin qorunması ilə bağlı güddüyü məqsədlərə cavab vermiş, 10 yaşına çatmış uşağın fikrinin mütləq nəzərə alınmalı olması qaydasına istisna təşkil etməklə uşağın maraqlarına zidd olan hallar uşağın əsas qayğı obyekti nöqteyi-nəzərindən yetərli səviyyədə əsaslandırılmışdır.

43. Birinci instansiya və birinci apellyasiya məhkəmələri Malikin fikrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli qərarının tələbləri baxımından qiymət verərək hesab etmişlər ki, uşaqların bir-birindən ayrı yaşaması onların mənafeyinə uyğun deyil, çünki əks hal qardaşlar arasında bağlılığın qırılmasına gətirib çıxara bilər. Hər bir halda nəzərə alınmalıdır ki, uşaqların ana qayğısına daha çox ehtiyacları var. Yalnız, müstəsna hallarda uşaqlar anadan alınaraq ataya verilə bilərlər. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Lakin hazırki halda, yuxarıda sadalanan hallardan heç biri mövcud deyil. Cavabdeh fiziki və psixi cəhətdən sağlamdır. Heç bir pis vərdişi yoxdur. Cavabdeh hüquqdan sui-istifadə etməmiş, uşaqlarına qarşı zor tətbiq etməmişdir.

44. Məhkəmə iş üzrə halların və qarşılıqlı münasibətlərin müəyyən edilməsində yalnışlığa yol vermiş, əsaslandırmamış, sübutları yetər li səviyyədə və düzgün qiymətləndirməmiş, sübutların təkzibolunmazlığını rədd edən digər sübut və dəlillər gətirməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual hüquq normalarının da tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

46. Maddə

17. Hissə İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.

47. Maddə 17 Hissə İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

48. Maddə 17 Hissə Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

49. Maddə 34 Hissə İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onl arı tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

50. Maddə 60 Hissə İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

51. Maddə 125 Hissə Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

52. Maddə 129 Hissə İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya

53. Maddə 6 Hissə 1 Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 7 saylı Protokol

54. Maddə

5. Ər-arvadın hüquq bərabərliyi Ər-arvad nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. “Uşaq hüquqları haqqında” Konvensiya (BMT Baş Assableyasının 44/25 nömrəli nömrəli qətnaməsi ilə xx.xx.1989-cu ildə qəbul edilmiş, xx.xx.1990-cı il tarixdə qüvvəyə minmişdir)

55. Maddə 3, hissə

1. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təm in edilməsinə ilk növbədə diqqət yetirməlidir.

56. Maddə 9, hissə

1. İştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin ziddinə olaraq onlardan ayrılmasınlar, bir şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, belə ayrılıq uşağın ən yaxşı halda mənafeyi naminə labüddür. Belə ayrılıq bu və ya digər konkret halda labüd ola bilər. Məsələn, valideynlər uşaqla sərt rəftar edir və ya ona qayğı göstərmir, yaxud valideynlər bir-birindən ayrı yaşayırlar və belə olan təqdirdə uşağın yaşayış yeri barədə qərar qəbul edilməlidir.

57. Maddə 9, hissə

2. Bu maddənin 1-ci bəndinə uyğun olaraq hər cür araşdırma zamanı bütün əlaqədar tərəflərə araşdırmada iştirak etməyə və öz fikrini şərh etməyə imkan verilir.

58. Maddə 9, hissə

3. İştirakçı dövlətlər valideynlərinin biri və ya hər ikisi ilə ayrılmış uşağın hər iki valideynlə müntəzəm surətdə şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyirlər, bir şərtlə ki, bu münasibət və əlaqələr uşağın şəxsi maraqlarına zidd olmasın.

59. Maddə 12, hissə

1. İştirakçı dövlətlər baxışlarının formalaşdırmağa qadir olan uşağı həmin baxışları özünə aid bütün məsələlərlə əlaqədar azad ifadə etmək hüququ ilə təmin edirlər. Həm də uşağın baxışlarına onun yaşına və yetkinliyinə müvafiq surətdə lazımi diqqət yetirirlər.

60. Maddə 12, hissə

2. Bu məqsədlə uşağa imkan verilir ki, ona aid hər hansı məhkəmə araşdırmasının və ya inzibati araşdırmanın gedişində ya bilavasitə özü, ya da nümayəndə, yaxud müvafiq orqan vasitəsilə onu milli qanunveri ciliyin prosessual normalarında nəzərdə tutulan qaydada dinlənsinlər.

61. Maddə 18, hissə

1. İştirakçı dövlətlər uşağın təbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları - onlara əsas qayğı obyektidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

62. Maddə 1.2. Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir.

63. Maddə 2.2. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsası nda həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.

64. Maddə 3.0. Bu Məcəllənin vəzifələri aşağıdakılardır: 3.0.4. ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi.

65. Maddə 6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır.

66. Maddə 49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar.

67. Maddə 49.2. Hər bir uşaq ailədə yaş amaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.

68. Maddə 50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.

69. Maddə 50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.

70. Maddə 50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir.

71. Maddə

52. Uşağın öz fikrini bildirmək hüququ Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraql arına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

72. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

73. Maddə 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar.

74. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

75. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. “Uşaq hüquqları haqqı nda” Azərbaycan Respublikasının Qanunu

76. Maddə

4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

77. Maddə

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

78. Maddə

18. Valideynlərini n hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır.

79. Maddə

19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Mülki Prosessual Məcəllə

80. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

81. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

82. Maddə

88. Məhkəmə sübut lara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

83. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

84. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

85. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

86. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli s ürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

87. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

88. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

89. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

90. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

91. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün t ətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

92. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

93. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, ap ellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı rədd edən brinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

94. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

95. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilm iş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

96. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

97. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2607/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar