Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2697/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı X1 nümayəndəsi X2 və vəkili Qurbanov Valeh Mahmud oğlunun, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış öhdəliyin bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli 2(103)-12544/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Və kil verdiyi kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə yaranmış öhdəliyinin bölünməsi, 24.726 ABŞ dolları məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-7794/2018 saylı, 23 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Sərdar Mehralıyev) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2160/2019 saylı, 04 aprel 2019-cu iltarixli qətnaməsi ilə, iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7794/2018 saylı, 23 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Cavabdeh ümumi öhdəliklər üzrə yaranmış bo rca görə 24726 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun alınıb İddiaçı verilməsi qət edilmişdir. (hakimlər Tofiq Səmədov (sədrlik edən və məruzəçi) İkram Şirinov, Elşən Kazımov ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5780/2019 saylı, 19 avqust 2019-cu iltarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2160/2019 saylı, 04 aprel 2019-cu iltarixli qətnaməsi ləğv edilmiş iş yeni apellyasiya baxışına qaytarılmışdır. (hakimlər Əhməd Nurməmmədov (sədrlik edən və məruzəçi) Mehparə Əhmədova, Ənvər Şadıyev ) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12544/2019 saylı, 05 dekabr 2019-cu iltarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilə rək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7794/2018 saylı, 23 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Cavabdeh 24726 (iyirmi dörd min yeddi yüz iyirmi altı) ABŞ dollarının, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 (qırx beş) manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakimlər Aida Hüseyn (sədrlik edən və məruzəçi) Etibar Nəbiyev, Raqib Qurbanov ) Cavabdeh(Vəkil) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,apelyasiya instansiya məhkəməsi hər hansı bir sübut olmadan iddiaçı kreditə götürülən pul məbləğinin ailənin ehtiyaclarına sərf olunmasını müəəyn etməklə, sübutetmə yükünü əsassız olaraq cavabdehin üzərinə qoymuşdur. Halbuki qeyd edilən halın sübut edilməsi vəzifəsi iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı təkidlə bildirir ki, kreditə götürülən pul ailənin ehtiyaclarına sərf olunmuşdur Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı X1 nümayəndəsi X2 və vəkili Qurbanov Valeh Mahmud oğlu kassasiya şikayətini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. M əhkəmə kollegiyası tərəflərin vəkillərini, iddiaçının nümayəndəsini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12544/2019 saylı, 05 dekabr 2019cu iltarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad edilməsinə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəmə si də şikayətin belə dəlillərini araşdırmır və onlara qiymət vermir. Başqa sözlə, qanunvericiliyin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq zərurətindən irəli gələrək, müəyyən işlər üzrə (kassasiya şikayətindən dəlillərindən və s. asılı olaraq) aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Bu baxımdan, hazırki iş üzrə də məhkəmə kollegiyasının apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallara istinad etməsi işin faktiki ha llarını araşdırma kimi qəbul edilməməlidir. İddia tələbindən görünür ki, iddiaçı tələbini cavabdehlə birgə nikah vaxtı Abu-Dabi Kommersiya bankından iki dəfəyə, 05 mart 2016-cı il tarixli müqavilə ilə 172000 AED dirhəmi, daha sonra isə 51232 AED dirhəmi kredit götürməsi, nikahlarının 05 iyul 2017-ci ildə pozulması, götürülmüş kreditin ailə ehtiyaclarına ödənilməsi, 05 iyul 2017-ci ilə qədər banka ödənilməmiş qalan 181000 AED dirhəmi borcu qalması, 1 ABŞ dollarının 3,66 AED dirhəminə nisbəti nəzərə alınmaqla, nikahın pozulduğu günə banka kredit müqaviləsi üzrə 49453 dolları borcunun olması ilə əsaslandırmışdır. Tələbin hüquqi əsası kimi iddiaçı Ailə Məcəlləsinin 32, 36, 37, 41.1 və 41.2-ci maddələrinə istinad etmişdir. Cavabdeh iddiaya etirazını kredit götürülən vaxt iddiaçı ilə ailə münais əbtlərinin artıq pozulmuş olması, kredit müqaviləsinin bağlandığı vaxt iddiaçının Dubayda, özünün isə Bakıda yaşaması, kredit müqaviləsi ilə götürülmüş pul məbləğindən onun xəbərinin olmaması, həmin məbləğin ailə ehtiyacları üçün deyil, bir hissəsinin iddiaçının özünün şəxsi borclarına, bir hissəsinin isə iddiaçının özünə avtomobil alınmasna yönəlməsi ilə əsaslandırmışdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən tərəflərin kredit müqaviləsi bağlanan zaman ailə münasibətlərinin mövcud olması, cavabdehin ilk dəfə 29.04.2016-cı il tarixdən 28.05.2016-cı il tarixə, ikinci dəfə 24.06.2016-cı il tarixdən 08.07.2016-cı il tarixə, üçüncü dəfə isə 07.10.2016-cı il tarixdən 10.03.2017-ci il tarixə qədər Dubay şəhərində hər dəfə uzun müddət yaşaması, bu səfər lərin anası ilə birgə Dubayda keçirilən alışveriş (endirim) festivallarına getməsi barədə cavabdehin dəlillərinin heç nə ilə sübut edilməməsi, bununla da tərəflərin münasibətlərinin 2016-cı ilin əvvəllərindən korlansa da daha sonra münasibətlərin normallaşmasını müəyyən edərək, götürülən kreditin məhz ailə ehtiyaclarına xərclənməsi nəticəsinə gəlib iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianı təmin etmiş, gəldiyi nəticəni də Ailə Məcəlləsinin 41.2-ci maddəsi ilə əsasalndırmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyasının bu mövqeyi ilə razılaşmır. Belə ki, apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi nəticəsinə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarında şərh edilən göstərişlərə formal yanaşımış, iddianı təmin e tmək üçün zəruri olan işin hallarını işdə olan sübutlarla müəyyən etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə 19 avqust 2019-cu iltarixli qərarında iddia tələbinin hüquqi əsasını təşkil edən Ailə Məcəlləsinin 41-ci maddəsinin tətbiqi üçün götürülən kreditin ailə ehtiyaclarına sərf edilməsi halının müəyyən edilməli olması barədə göstəriş olsa da, apelyasiya instansiyası məhkəməsi həmin göstərişlərə səthi yanaşaraq, qeyd edilən halın mövcudluğu ilə bağlı gerçək araşdırma aparmamış, əvvəlcə tərəflərin 2016-cı ilin əvvəllərindən münasibətlərinin pisləşməsini işin mübahisəsiz halı kimi müəyyən etmiş, daha sonra yalnız cavabdehin iddiaçının yaşadığı Dubay şəhərinə bir neçə dəfə uzun müddətli səfər etməsi ilə onların ailə münasibətlərinin həm rəsmi, həm də faktiki davam e tməsini müəyyən etməklə ziddiyyətli mövqe nümayiş etdirmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası birgə nikah dövründə cavabdehin adına alınmış mənzilin iddiaçının adına rəsmiləşməsinə dair cavabdehin 05 avqust 2016-cı il tarixdə razılıq ərizəsi verməsini onların yalnız ailə münasibətlərini davam etdirməsi kimi qiymətləndirsə də, iddiaçının dəlillərini – götürülmüş kredit məbləğinin həmin mənzilin alınmasına və ya aylıq ödənişlərinə yönəlib-yönəlməməsi ilə bağlı halları araşdırmadan iddianı təmin etmişdir. Halbuki iddia tələbinin təmin olunmasının əsas şərti kredit müqaviləsi bağlanan zaman tərəflərin ailə münasibətlərinin faktiki pozulub-pozulmaması, hətta münasibətlər faktiki pozulmuş olsa belə götürülmüş kreditin ailə ehtiyaclarına xərclənib-xərclənməməsi halının müəyyən edi lməsindən asılıdır. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi kreditin qalıq məbləği olan 49453 ABŞ dollarının yarısının, yəni 24726 ABŞ dollarının cavabdehdən tutulmasını qət edərkən yalnız iddiaçının dəlilləri ilə yetərlənmiş, məbləğin müəyyən edilməsi üçün tərəflərin boşandığı 05 iyul 2017-ci il tarixinə qədər kredit müqaviləsi üzrə cavabdehin nə qədər borcu qalması, AED dirhəminin ABŞ dollarına məzənnəsinin nə qədər olması kimi mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmamış, nəyə görə məhz 24726 ABŞ dolları tutulmalı olmasını qətnamədə əsaslandırmamışdır. Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələbinə görə isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Şərh e dilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunması nəticəsinə gələrkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu da qətnamənin ləğvi üçün əsas verir. Çünki Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instansiyasının qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda göstərilən nöqsanları aradan qaldırmalı və bunun nəticəsi olaraq qanuni və əsaslı qərar qəbul etməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417, 419, 420 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2019-cu il tarixli, 2(103)12544/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan
Məhkəmə qərarları › İş №2(102)-2697/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2697/2020
22.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver